Məhkəmə qərarları › İş №1(043)-89/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-89/2020

18.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-89/2020 18.08.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X10, təqsirləndirilən şəxs X6 iştirakı ilə, xx xxxx 1987-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olan, işsiz, Gəncə şəhəri, DOS-107, ev 11 mənzil 18-də qeydiyyatda olan və Gəncə şəhəri, Məhsəti qəsəbəsində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X9xx xxxxxxxx 2019-cu il tarixdə gecə saat 04 radələrində Gəncə şəhəri, Məhsəti qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs2 məxsus yaşayış evinə pəncərəsini açaraq qanunsuz daxil olub evin zalına qoyulmuş televizor altlığının üzərində 1 ədəd 250 manat dəyərində 107 ekran ölçülü Samsung markalı televizoru və 1 ədəd 20 manat dəyərində Galaxy markalı DVD playeri ümumilikdə 270 manat dəyərində əmlakı gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən xx xxxxxxxx 2019-cu il tarixdə gecə saat 02 radələrində Gəncə şəhəri, Məhsəti qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs3 yaşadığı evə pəncərəsini açaraq qanunsuz daxil olub evin zalına qoyulmuş televizor altlığının üzərindən 1 ədəd 150 manat dəyərində 82 ekran ölçülü Nikai markalı televizoru gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən xx xxxxxx 2020-ci il tarixdə gecə saat 03 radələrində Zərərçəkmiş şəxs1 yaşadığıünvan 1 ünvanında yerləşən evə pəncərəsini açaraq qanunsuz daxil olub evin zalına qoyulmuş televizor altlığının üzərindən 1 ədəd 50 manat dəyərində Samsung markalı 82 ekran ölçülü televizoru, evin zalına bitişik otaqdan 1 dəsti 25 manat olan 43 dəst 1075 manat dəyərində “Maison Dor” markalı 50x90 ölçülü dəsmal dəstlərini, 1 ədəd 20 manat dəyərində 70x120 ölçüdə örtüyü, 1 dəsti 50 manat olan 7 dəst 350 manat dəyərində “Saten” markalı örtük dəstlərini, 1 dəsti 25 manat olan 2 dəst 50 manat dəyərində hamam dəstləri, 1 dəsti 35 manat olan 14 dəst 490 manat dəyərində yataq dəstlərini, 1 ədədi 45 manat olan 2 ədəd 90 manat dəyərində üst geyim dəstlərini, 60 manat dəyərində alt paltarları, 1 dəsti 2 manat olan 55 dəst 110 manat dəyərində “Eligül” markalı corab dəstlərini, 1 dəsti 2 manat olan 10 dəst 20 manat dəyərində “Style” markalı corab dəstlərini, 1 dəsti 3 manat olan 5 dəst 15 manat dəyərində “Trapez kids” markalı corab dəstlərini, 1 dəsti 2 manat olan 10 dəst 20 manat dəyərində “Şiş” markalı corab dəstlərini, 1 dəsti 2 manat olan 10 dəst 20 manat dəyərində “Ducks” markalı corab dəstlərini, 1 dəsti 2 manat olan 10 dəst 20 manat dəyərində “İnvesible” markalı corab dəstlərini, 1 dəsti 2 manat olan 8 dəst 16 manat dəyərində “Christory” markalı corab dəstlərini, 1 ədəd 1 manat dəyərində üzərində heç bir markalama yazısı olmayan ağ rəngli corab dəstini ümumilikdə 2407 manat dəyərində əmlakı gizli olaraq talamaqla oğurluq etmişdir. Bununla da, X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs X9 özünü ittiham olunduğu cinayət əməlinin törədilməsində təqsirli bilərək ifadəsində göstərdi ki,əvvəllər məhkum olunmuş, xx.xx.2019-cu il tarixdə azadlığa çıxmış və maddi vəziyyəti pis olduğu üçün oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə xx.xx.2019-cu il tarixdə təxminən saat 04 radələrində yaşadığı Gəncə şəhəri, Məhsəti qəsəbəsində olan küçələri gəzməyə başlamış, Məhsəti qəsəbəsində 12-ci küçəyə çatan zaman bir həyət evinin işıqlarının sönülü olduğunu görmüş və evdə heç kim olmadığını bilib, bundan sonra evin küçə tərəfdə olan plastik pəncərəsini yerdən tapdığı dəmir parçası ilə qanırıb açmış və evin içinə daxil olmuş, bundan sonra evi axtarmağa başlamış, lakin evdən qızıl və pul tapa bilməmiş, ona görə də qonaq otağında olan bir ədəd “Samsung” markalı plazma televizoru oğurlamaq qərarına gəlmiş, televizoru televizor altlığının üzərindən götürmüş və pəncərənin qarşına qoymuş, sonra da özü pəncərədən çıxmış və televizoru da pəncərənin qarşısından götürüb aparmış, televizoru yaşadığı evin yaxınlığında yarımtikilinin içərisinə qoymuş, səhəri gün həmin “Samsung” markalı televizoru götürüb Gəncə şəhər az işlənmiş ev əşyaları alıb-satan Şəfiqə adlı qadına 120 manata satmışdır. Həmin vaxt Şəfiqə ondan şəxsiyyət vəsiqənin surətini istəmiş, o da şəxsiyyət vəsiqəsini həmin qadına verib, televizorun evinin olduğunu, pula ehtiyacı olduğu üçün satdığını bildirmişdir. xx.xx.2019-cu il tarixdə təxminən saat 02 radələrində yaşadığı Gəncə şəhəri, Məhsəti qəsəbəsində olan küçələri gəzməyə başlamış, Məhsəti qəsəbəsində 12-ci küçəyə çatan zaman bir həyət evinin işıqlarının sönülü olduğunu görmüş və evdə heç kim olmadığını bilib bundan sonra evin küçə tərəfdə olan plastik pəncərəsini yerdən tapdığı dəmir parçası ilə qanırıb açaraq evin içinə daxil olub evi axtarmağa başlamış, lakin evdən qızıl və pul tapa bilməmiş, ona görə də qonaq otağında olan bir ədəd “Nikai” markalı plazma televizoru oğurlamaq qərarına gəlib televizoru televizor altlığının üzərindən götürmüş və pəncərənin qarşına qoymuş, sonra da özü pəncərədən çıxmış və televizoru da pəncərənin qarşısından götürüb apararaq yaşadığı evin yaxınlığında yarımtikilinin içərisinə qoymuş və səhəri gün həmin “Nikai” markalı televizoru götürüb Gəncə şəhər Mərkəzi Univermaqda telefon satan Ramin adlı şəxsə 80 manata satmış, Raminə televizorun evinin olduğunu, pula ehtiyacı olduğu üçün satdığını demiş, Ramin də onunla razılaşmış və 80 manat verib televizoru almışdır. O, Raminə pasportunun surətini təqdim etmişdir. Bundan başqa oğurluq məqsədilə xx.xx.2020-ci il tarixdə gecə saat 03 radələrində Gəncə şəhəri Sadıllı qəsəbəsinə getmiş, İ.Talıblı küçəsindən keçərkən evlərdən birinin işığının yanmadığını görmüş, evdə heç kimin olmadığına tam əmin olduqdan sonra evin pəncəsini üzərində olan bıçaqla güc verərək açmış və içəri daxil olub evin yataq otağında yataqdan çarşaf götürərək evdə otaqlarda əlinə keçən corab dəstlərini, yataq dətslərini, məhrabaları, hamam dəstini, masa dəstini, alt geyimləri və üst geyimləri, hamam xalatlarını çarşafın içinə doldurmuş, daha sonra qonaq otağında olan Samsung markalı televizoru da çarşafa bükərək çarşafı bağlamış və pəncərədən çıxaraq öz yaşadığı əraziyə getmiş, oğurladığı əşyaları yarımtikilinin içərisində gizlətmiş, səhəri gün isə bir ədəd Samsung markalı televizoru Ruslan adlı şəxsə 60 manata satmış, televizoru satan zaman Ruslana öz şəxsiyyət vəsiqənin surətini təqdim etmiş və televizorun oğurluq olmaması barədə qeyd aparmış, oğurladığı digər məişət əşyalarını isə Kəpəz bazarına gedərək tanımadığı şəxsələrə ucuz qiymətə satmış, ümumilikdə 150 manat pul əldə etmiş, pulu öz ehtiyacları üçün xərcləmişdir. Hazırda törətdiyi əməldən peşman olduğunu bildirərək ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında ifadə verən Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə saat 15 radələrində yaşadığı evdə təmir işləri gedəcəyi üçün ailəsi ilə birlikdə yaşadığı evdən çıxmış, onlar qaynatasının yaşadığı evə getmiş, xx xxxxxx 2020-ci il tarixdə saat 22 radələrində yaşadığı evə baş çəkmək üçün gəlmiş, evə gələn zaman evin ön pəncərəsinin açıq vəziyyətdə olmasını görmüş, evdən oğurluq olmasından şübhələnmiş, evin qapısını açaraq içəri girmiş, evin bütün qapıları açıq və otaqlar dağınıq vəziyyətdə olmuşduir. O, ilk öncə zalda olan televizor altlığının üzərinə qoyulmuş 1 ədəd 100 manat dəyərində Samsung markalı 82 ekran ölçülü qara rəngli plazma televizorun oğurlandığını aşkar etmiş, daha sonra zala bitişik digər otağa yığdığı cehizlik əşyalarının da oğurlandığını aşkar etmiş, ancaq dəqiq nə oğurlanmasını bilmədiyindən ilk öncə polisə bu barədə müraciət etməmişdir. xx xxxxxx 2020-ci il tarixdə arvadı Şahid2 yaşadığı evə gəlmiş, arvadı yaşadığı evdən 1 dəsti 23 manat olan 43 dəst ümumilikdə 989 manat dəyərində “Maison Dor” markalı 50x90 ölçülü dəsmal dəstlərinin, 1 ədəd 40 manat dəyərində 70x120 ölçüdə adi örtüyün, 1 dəsti 50 manat dəyərində olan 7 dəst 350 manat dəyərində “Saten” markalı örtük dəstlərinin, 1 dəsti 25 manat olan 2 dəst 50 manat dəyərində markasını xatırlamadığı hamam dəstlərinin, 1 dəsti 35 manat dəyərində olan 14 dəst 490 manat dəyərində markasını xatırlamadığım yataq dəstlərinin, 1 ədədi 45 manat dəyərində olan 2 ədəd 90 manat dəyərində markasını xatırlamadığım üst geyim dəstinin, ümumilikdə 60 manat dəyərində alt paltarlarının, 1 dəsti 3 manat olan 55 dəst 165 manat dəyərində “Eligül” markalı corab dəstlərinin, 1 dəsti 3 manat olan 10 dəst 30 manat dəyərində “Style” markalı corab dəstlərinin, 1 dəsti 3 manat olan 5 dəst 15 manat dəyərində “Trapez kids” markalı corab dəstlərinin, 1 dəsti 2 manat olan 10 dəst 20 manat dəyərində “şiş” markalı corab dəstlərinin, 1 dəsti 2 manat olan 10 dəst 20 manat dəyərində “Ducks” markalı corab dəstlərinin, 1 dəsti 2 manat olan 10 dəst 20 manat dəyərində “İnvesible” markalı corab dəstlərinin, 1 dəsti 3 manat olan 8 dəst 24 manat dəyərində “Christory” markalı corab dəstlərinin oğurlanmasını bildirmişdir. Oğurluq nəticəsində ona ümumilikdə 2463 manat məbləğində maddi ziyan dəymiş, oğurlanmış əşyaların az bir qismi tapılaraq ona qaytarılmış, qalan ziyan isə ödənilməmişdir. Məhkəmə iclasında ifadə verən Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki,o, qızı ilə birlikdə Gəncə şəhəri, Məhsəti qəsəbəsində ev tikdirmiş, qızı ailəsi ilə birlikdə Rusiya Federasiyasında yaşamış, o, başqa evi olduğu üçün həmin evdə yaşamamış, həmin evə tez-tez baş çəkə bilmədiyi üçün həmin evə qohumu Şahid4 nəzarət etmişdir. xx.xx.2019-cu il tarixdə Natiq qızı Ruhiyyəyə zəng edərək küçədən pəncərənin açıq vəziyyətdə olduğunu deyərək, evdən oğurluq olmasından şübhələnməsini bildirmişdir. Bundan sonra o, evə gedərək baxmış, evə baxan zaman evin zalına qoyduğu ona məxsus 1 ədəd 107 ekran ölçülü Samsung LCD plazma televizorun və 1 ədəd Galaxy markalı dvd playerin oğurlanmasını görmüşdür. Qızı xx xxxxxxx 2019-cu il tarixdə Gəncə şəhərinə gəlmiş, qızı özü də evə gedərək başqa nəyinsə oğurlanıb-oğurlanmadığını yoxlamaq qərarına gəlmiş, ancaq evdən başqa nəyinsə oğurlandığını aşkar etməmişdir. Oğurlanmış 1 ədəd 107 ekran ölçülü Samsung LCD plazma televizor qara rəngdə olmuş, təxminən 10 il əvvəl 560 manata almış və 1 ədəd Galaxy markalı dvd player boz rəngli olmuş, dvd playeri 10 il əvvəl 55 manata almışdır. Hazırda ona vurulmuş zərər ödənilməmiş, oğurlanmış əşyalar isə tapılıb ona qaytarılmamışdır. Məhkəmə iclasında ifadə verən Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki,ünvan 2 mənzil 26 ünvanında yaşasa da Gəncə şəhəri Məhsəti qəsəbəsi 15-ci küçədə də evi olmuş, həmin evə aradabir gedib baş çəkmiş, sonuncu dəfə xx.xx.2019-cu il tarixdə saat 14 radələrində evə gedib baş çəkmiş və evin həyətində olan ağacları sulamış, xx.xx.2019-cu il tarixdə saat 10 radələrində yenə ora baş çəkmək üçün gedən zaman evinin küçəyə baxan plastik pəncərəsinin açıq olduğunu görmüş, o, dərhal qapını açıb içəri daxil olmuş və evinin içərisinindəki əşyaların dağınıq halda olduğunu, evinin qonaq otağında olan bir ədəd 60x80 ölçüdə, “Nikai” markalı televizorun yerində olmadığını görmüş, bundan sonra evinə naməlum şəxsin girib oğurluq etdiyini bilmiş və dərhal polisə məlumat vermiş, onun Məhsəti qəsəbəsi 15-ci küçədə yerləşən evindən oğurluq olması nəticəsində evindən bir ədəd 60x80 ölçüdə, “Nikai” markalı plazma televizoru oğurlanmış və oğurluq nəticəsində ona 400 manat maddi ziyan dəymişdir. Hazırda ziyan ödənilməmiş və oğurlanmış əşya ona qaytarılmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Gəncə şəhəri Məhsəti qəsəbəsində qohumu olan Şahid5 anası Zərərçəkmiş şəxs2 məxsus ev olmuş, Zərərçəkmiş şəxs2 həmin evə tez-tez baş çəkə bilmədiyindən və Ruhiyyə ailəsi ilə birlikdə Rusiya Federasiyasında yaşadığından ondan evə nəzarət etməsini xahiş etmişlər. O da evə arabir gedib nəzarət etmiş, sonuncu dəfə xx.xx.2019-cu il tarixdə Məhsəti qəsəbəsinə gedərək evə nəzarət etmiş, həmin vaxt evdə heç bir hadisə olmamış, bundan sonra işlərinin çoxluğu ilə əlaqədar olaraq bir az gec yəni, xx.xx.2019-cu il tarixdə həmin evə nəzarət etməyə gedən zaman evin pəncərəsinin açıq olduğunu görüb evin qapısını açaraq evə daxil olduqda evin qonaq otağında olan 1 ədəd Samsung markalı 107 ekran ölçülü televizorun, 1 ədəd isə DVD aparatının yerində olmadığını, naməlum şəxs və ya şəxslər tərəfindən evin pəncərəsindən daxil olmaq yolu ilə gizli yolla oğurlandığını aşkar etmiş, buna görə də o, dərhal 102 xidmətinə sonradan isə Kəpəz RPİ-yə bu barədə rəsmi olaraq məlumat vermiş, həmin evdən 1 ədəd Samsung markalı televizordan və 1 ədəd 55 manat dəyərində DVD aparatından başqa hər hansı bir əşyanın oğurlanması barədə heç bir məlumatı olmamış, daha sonra həmin evdən oğurluq edən şəxsin X9 adlı şəxs olması müəyyən edilmişdir. Məhkəmə iclasında şahid qismində dinndirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, təxminən 2012-ci ildən etibarən yaşadığı evdə fərdi sahibkar kimi elektron məişət əşyalarının alqı-satqısı ilə məşğul olur. İşlənmiş əşyaları satan şəxslərin şəxsiyyət vəsiqələrinin surətlərini götürməklə alır. X7 əvvəllər tanımamış, xx.xx.2020-ci ildə X9 adlı şəxs yaşadığı evə gələrək Samsung markalı plazma televizor satmaq istəməsini demiş, Ruslanın gətirdiyi televizor 82 ekran ölçülü Samsung markalı qara rəngli LCD televizor olmuş, televizor çox işlənmiş olmuş, o, Ruslanla 60 manat qarşılığında razılaşmış, Ruslanın şəxsiyyət vəsiqəsinin kserosurətini almış, Ruslan kserosurətin üzərinə öz xətti ilə televizorun oğurluq və kredit olmadığını yazmış, imzası ilə təsdiq etmişdir. Kserosurətin üzərinə satdığı tarixi və məbləği də yazmış, bundan sonra Ruslan çıxıb getmiş, onun bir daha Ruslan ilə alqı-satqısı olmamış, o da Ruslandan aldığı televizoru tanımadığı müştəriyə 90 manata satmışdır. O, satdığı əşyaların qeydiyyatını aparmadığı üçün həmin müştərini tanımamışdır. Cinayət prosesi tərəflərinin razılığı ilə məhkəmə iclasında iştirak etməyən şahidlərin ifadələri məhkəmə iclasında elan edilmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki,Zərərçəkmiş şəxs1 onun əridir, xx xxxxxx 2020-ci il tarixdə saat 15 radələrində yaşadığı evdə təmir işləri gedəcəyi üçün ailəsi ilə birlikdə yaşadığı evdən çıxmış, və onun atasının yaşadığı evə getmişlər. Əri xx xxxxxx 2020-ci il tarixdə saat 22 radələrində yaşadığı evə baş çəkmək üçün gəlmiş, əri ona zəng edərək evdən zalda olan televizor altlığının üzərinə qoyulmuş 1 ədəd 100 manat dəyərində Samsung markalı 82 ekran ölçülü qara rəngli plazma televizorun oğurlandığını bildirmişdir. Əri ona əlavə olaraq cehizlik əşyaların da oğurlanmasını demiş, o, qorxduğu üçün bir neçə gün evə getməmişdir. xx xxxxxx 2020-ci il tarixdə evə gəlmiş, yaşadıqları evdən televizordan əlavə olaraq 1 dəsti 23 manat olan 43 dəst ümumilikdə 989 manat dəyərində “Maison Dor” markalı 50x90 ölçülü dəsmal dəstlərinin, 1 ədəd 40 manat dəyərində 70x120 ölçüdə adi örtüyün, 1 dəsti 50 manat dəyərində olan 7 dəst 350 manat dəyərində “Saten” markalı örtük dəstlərinin, 1 dəsti 25 manat olan 2 dəst 50 manat dəyərində markasını xatırlamadığı hamam dəstlərinin, 1 dəsti 35 manat dəyərində olan 14 dəst 490 manat dəyərində markasını xatırlamadığı yataq dəstlərinin, 1 ədədi 45 manat dəyərində olan 2 ədəd 90 manat dəyərində markasını xatırlamadığı üst geyim dəstinin, ümumilikdə 60 manat dəyərində alt paltarlarının, 1 dəsti 3 manat olan 55 dəst 165 manat dəyərində “Eligül” markalı corab dəstlərinin, 1 dəsti 3 manat olan 10 dəst 30 manat dəyərində “Style” markalı corab dəstlərinin, 1 dəsti 3 manat olan 5 dəst 15 manat dəyərində “Trapez kids” markalı corab dəstlərinin, 1 dəsti 2 manat olan 10 dəst 20 manat dəyərində “şiş” markalı corab dəstlərinin, 1 dəsti 2 manat olan 10 dəst 20 manat dəyərində “Ducks” markalı corab dəstlərinin, 1 dəsti 2 manat olan 10 dəst 20 manat dəyərində “İnvesible” markalı corab dəstlərinin, 1 dəsti 3 manat olan 8 dəst 24 manat dəyərində “Christory” markalı corab dəstlərinin oğurlanmasını bilmişdir. Oğurluq nəticəsində həmin əşyaları əri aldığı üçün ərinə ümumilikdə 2463 manat məbləğində maddi ziyan dəymişdir. İbtidai istintaq zamanışahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, Rusiya Federasiyasında yaşaymış, o, anası ilə birlikdə Məhsəti qəsəbəsində fərdi yaşayış evi tikdirmiş, ancaq anası Zərərçəkmiş şəxs2 həmin evdə yaşamamış, o, Rusiya Federasiyasından gələn zaman həmin evdə yaşamış, həmin evə qohumları Şahid4 nəzarət etmiş, xx.xx.2019-cu il tarixdə Natiq anası Bəstiyə zəng edərək küçədən pəncərənin açıq vəziyyətdə olduğunu deyərək, evdən oğurluq olmasından şübhələnməsini bildirmiş, bundan sonra onun anası Bəsti evə gedərək baxmış, anası evə baxan zaman evin zalına qoyduğu 1 ədəd 107 ekran ölçülü Samsung LCD plazma televizorun və 1 ədəd Galaxy markalı dvd playerin oğurlanmasını görmüş, o, xx xxxxxxx 2019-cu il tarixdə Gəncə şəhərinə gəlmiş, o, özündə evə gedərək başqa nəyinsə oğurlanıb-oğurlanmadığını yoxlamaq qərarına gəlmiş, o, evə baxanda anası Bəstinin göstərdiklərindən başqa heç bir əşyanın oğurlanmadığını görmüş, televizor qara rəngli olmuş, təxminən 10 il əvvəl 560 manata almış, Galaxy markalı Dvd player boz rəngli olmuş, dvd playeri də 10 il əvvəl 55 manata almışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 1995ci ildən etibarən səyyari qaydada işlənmiş ev əşyalarının alqı-satqısı ilə məşğul olur. İşlənmiş əşyaları satan şəxslərin şəxsiyyət vəsiqələrinin surətləri götürməklə alır. X7 əvvəllər tanımamış, təxminən 2019-cu ilin sentyabr ayında X9 adlı şəxs 055 *** ** ** mobil nömrəsindən onun istifadə etdiyi 055 *** ** ** mobil nömrəsinə zəng etmiş, həmin şəxs özünə məxsus satlıq televizor olmasını demiş və ona həmin televizoru satmağı təklif etmiş, o, televizora baxmaq üçün Ruslandan evinə gəlməsini istəmiş, həmin şəxs taksi ilə onun yaşadığı evin qarşısına gəlmiş, Ruslan 107 ekran ölçülü Samsung markalı LCD qara rəngli plazma televizor gətirmiş, televizor çox işlənmiş olmuş, o, Ruslanla 120 manat qarşılığında razılaşmışdır. Ruslanın şəxsiyyət vəsiqəsinin kserosurətini almış, bundan sonra Ruslan çıxıb getmişdir. Bundan sonra Ruslan bir dəfə də onunla əlaqə saxlayıb televizor satmaq istəsə də, o, şübhələndiyi üçün razılaşmamışdır. O, bundan başqa Ruslandan televizor almamış, X3 aldığı televizorun oğurluq yolu ilə əldə edilməsindən məlumatı olmamış, Ruslan Qəmbərov ona Galaxy markalı DVD player satmamış, o, Ruslandan Samsung markalı televizordan başqa heçnə almamışdır. Samsung markalı televizor hal-hazırda onda deyil, o, həmin televizoru müştəriyə satmış, ancaq satdığı əşyaların qeydiyyatını aparmadığından müştərinin kim olmasını bilmir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, X7 əvvəllər tanımış, Ruslanla eyni qəsəbədə yaşamış, ancaq Ruslanla onun sıx münasibəti olmamışdır. O, Mərkəzi Univermaqda telefon alqı-satqısı ilə məşğul olur, müştəri olduqca digər əşyaları da alıb satır. xx.xx.2019-cu il tarixdə günorta saatlarında Ruslan qara rəngli Nikai markalı plazma televizoru özü ilə onun işlədiyi mağazaya gətirmiş, Ruslan həmin televizoru yaşadığı evdən götürməsini, nənəsinin yas mərasiminə görə satıb pul əldə etmək istədiyini demişdir. O, Ruslandan neçəyə satmaq istədiyini soruşmuş, Ruslan ona 150 manata satmaq istədiyini demiş, televizor çox işlənmiş olduğu üçün o, Ruslana ancaq 100 manat verə biləcəyini demiş, Ruslan onunla razılaşmışdır. Ruslan ona ümumvətəndaş pasportunun surətini vermiş, o, həmin kserosurətin arxasına televizoru aldığı tarixi, modelini, Ruslanın adını, nömrəsini yazmış, Ruslana həmin kserosurətə qol çəkdirmiş, bundan sonra Ruslan çıxıb getmiş, o da həmin Nikai markalı plazma televizoru 120 manata tanımadığı bir müştəriyə satmışdır. Bir müddət sonra polis əməkdaşları ona yaxınlaşmış və Ruslandan televizor alıb-almadığını soruşmuş, o, alıb-satdığını, ancaq Ruslanın pasportunun kserosurətinin onda olmasını demiş, hal-hazırda televizoru satsa da, televizoru almağını təsdiq edəcək kserosurət onda olmuş və polisə təqdim etmişdir. X3 aldığı televizorun oğurluq yolu ilə əldə edilməsindən məlumatı olmamış, Ruslan Qəmbərov ona başqa hər hansı əşya satmamış, o, Ruslandan başqa heçnə almamış və ona başqa əşya satmağı təklif etməmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli “Baxış keçirilməsi və əşya götürülməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə Kəpəz Rayon Polis İdarəsinin təhqiatçısı X16 tərəfindən X6 təqdim etdiyi 1 ədəd 70X120 ölçüdə örtük, 1 dəst içərisinə 2 ədəd 50X90 ölçülü əl dəsmallarının daxil olduğu “MAİSON DOR” markalı dəsmal dəsti, 1 dəst içərisinə 2 ədəd 200X230 ölçülü örtükləri, 1 ədəd 70X60 ölçülü örtüyün daxil olduğu “SATEN” markalı örtük dəsti, 1 dəst STYLE markalı boz rəngli corab dəsti, 1 ədəd STYLE markalı yaşıl rəngli corab dəsti, 1 ədəd TRAPEZ KİDS markalı çəhrayı rəngli corab dəsti, 3 ədəd ELİGÜL markalı qırmızı rəngli corab dəstləri, 1 ədəd ELİGÜL markalı çəhrayı rəngli corab dəsti, 1 ədəd ŞİŞ markalı yasəmən rəngli corab dəsti, 1 ədəd DUCKS markaı çəhrayı rəngli corab dəsti, 3 ədəd İNVİSİBLE markalı ağ rəngli corab dəstləri, 1 ədəd CHRİSTORY markalı qəhvəyi rəngli corab dəsti, 1 ədəd ağ rəngli corab dəstinə baxış keçirilmiş və həmin əşyalar ondan götürülmüşdür. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli “Əşyanın tanınmaya təqdim edilməsi haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 tanınması üçün 1 ədəd 70X120 ölçüdə örtük, 1 dəst içərisinə 2 ədəd 50X90 ölçülü əl dəsmallarının daxil olduğu “MAİSON DOR” markalı dəsmal dəsti, 1 dəst içərisinə 2 ədəd 200X230 ölçülü örtükləri, 1 ədəd 70X60 ölçülü örtüyün daxil olduğu “SATEN” markalı örtük dəsti, 1 dəst STYLE markalı boz rəngli corab dəsti, 1 ədəd STYLE markalı yaşıl rəngli corab dəsti, 1 ədəd TRAPEZ KİDS markalı çəhrayı rəngli corab dəsti, 3 ədəd ELİGÜL markalı qırmızı rəngli corab dəstləri, 1 ədəd ELİGÜL markalı çəhrayı rəngli corab dəsti, 1 ədəd ŞİŞ markalı yasəmən rəngli corab dəsti, 1 ədəd DUCKS markaı çəhrayı rəngli corab dəsti, 3 ədəd İNVİSİBLE markalı ağ rəngli corab dəstləri, 1 ədəd CHRİSTORY markalı qəhvəyi rəngli corab dəsti, 1 ədəd ağ rəngli corab dəsti təqdim edilmiş, o da həmin əşyaların onun yaşadığı evdən oğurlanmış əşyaların bir hissəsi olduğunu bildirmişdir. İş materiallarına əlavə edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 107 nömrəli rəyində göstərilmişdir ki, 2019-cu ilin sentyabr ayına olan orta bazar qiymətləri istifadə olmuş, 1 ədəd Samsung markalı 107 ekran ölçülü LCD plazma televizor 250 manat, 1 ədəd Nikai markalı 82 ekran ölçülü plazma televizor 150 manat, 1 ədəd Galaxy markalı DVD player 20 manat dəyərindədir. İş materiallarına əlavə edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx xxxx 2020-ci il tarixli 36 nömrəli rəyində göstərilmişdir ki, 2020-ci ilin yanvar ayına olan orta bazar qiymətləri 1 ədəd 70X120 ölçüdə örtük 20 manat, 1 dəst içərisinə 2 ədəd 50X90 ölçülü əl dəsmallarının daxil olduğu “MAİSON DOR” markalı dəsmal dəsti 25 manat, üzərində heç bir markalama yazısı olmayan 2 ədəd 200X230 ölçülü örtük 40 manat dəyərində, 1 ədəd 70X60 ölçülü “SATEN” markalı örtük dəsti 30 manat dəyərində, 1 dəst STYLE markalı boz rəngli corab dəsti 2 manat, 1 ədəd TRAPEZ KİDS markalı çəhrayı rəngli corab dəsti 3 manat, 3 ədəd ELİGÜL markalı çəhrayı corab dəsti 6 manat, 1 ədəd ŞİŞ markalı yasəmən rəngli corab dəsti 2 manat, 1 ədəd DUCKS markalı çəhrayı rəngli corab dəsti 2 manat, 3 ədəd İNVİSİBLE markalı ağ rəngli corab dəstləri 6 manat, 1 ədəd CHRİSTORY markalı qəhvəyi rəngli corab dəsti 2 manat, 1 ədəd üzərində heç bir markalama yazısı olmayan ağ rəngli corab dəsti 1 manat, istifadə olmuş 1 ədəd Samsung markalı televizor 50 manat dəyərindədir. Beləliklə, məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi təqsirləndirilən şəxs X6 Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona isnad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməllərin əlamətləri ilə ona isnad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Təqsirləndirilən şəxsin hazırkı cinayəti törətməsi özünün etirafedici ifadəsi, zərər çəkmiş şəxslərin və şhaidlərin ifadələri və ekspert rəyləri ilə sübut olunur. Göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxs X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinməli və həmin maddənin sanksiyası hüdudlarında, cəza təyin etmənin ümumi əsasları nəzərə alınmaqla cəzalandırılmalıdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin arayışından və məhkəmə hökmünün surətindən görünür ki, X2 Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikasının məhkəməsinin xx xxxxxx 2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikas CM-in 29, 120.1-ci maddəsi ilə təqsirli bilinib 07 il 06 müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasının əvvəli xx xxxxxx 2005-ci il tarixdən hesablanmaqla xx xxxxxx 2013-cü ildə cəzasının sonu ilə azad edilmişdir. Bundan sonra X1 şəhəri Kəpəz Rayon Məhkəməsinin xx xxxxxxxx 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikas CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 03 il 06 ay müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bundan sonra o, Bakı şəhər Xəzər rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə cəzasının çəkilməmiş 10 ay 27 gün hissəsindən vaxtından əvvəl şərti azad olunmuşdur. İş materiallarında olan X17 İşlər üzrə Azərbaycan Respublikasının məhkəməsinin xx xxxxxx 2006-cı il tarixli hökmünün surətindən məlum olur ki, X9 Azərbaycan Respublikası CM-in 29, 120.1-ci maddəsi ilə təqsirli bilinərək cəzasının əvvəli xx xxxxxx 2005-ci il tarixdən hesablanmaqla 07 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli törədildiyi vaxt ağır cinayət hesab edildiyindən hazırkı cinayət işi üzrə cinayət əməli törədilərkən X6 X17 İşlər üzrə Azərbaycan Respublikasının məhkəməsinin xx xxxxxx 2006-cı il tarixli hökmünə əsasən yaranmış məhkumluğu cinayət törədilməzdən əvvəl ödənilmişdir. Ona görə də həmin məhkumluq təqsirləndirilən şəxsə cəza təyin edilərkən nəzərə alınmamalıdır. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 1(043)-77/2016 saylı xx xxxxxxxx 2016-cı il tarixli hökmünün surətindən görünür ki, X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhər Xəzər rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının surətindən görünür ki, X9 ona Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 1(043)-77/2016 saylı xx xxxxxxxx 2016-cı il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 10 ay 27 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. X6 Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 1(043)-77/2016 saylı xx xxxxxxxx 2016-cı il tarixli hökmü ilə yaranmış məhkumluğu ödənilmədiyindən R.Qəmbərovun əməlində cinayətlərin residivi mövcuddur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi X6 cəzasını ağırlaşdıran haldır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxs X6 cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxin şəxsiyyəti, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, o cümlədən təqsirləndirilən şəxsin əməlində cinayətlərin residivinin olması, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, eləcə də cəzanın səmərəliliyi və məqsədəuyğunluğu nəzərə alınmaqla təqsirləndirilən şəxsə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının son həddinin yarısından az olmayan müddətdə cəza təyin edilməlidir. X9 hazırkı cinayət işi üzrə ilk cinayət əməlini xx xxxxxxxx 2019-cu ildə, ikinci əməli isə xx xxxxxxxx 2019-cu il tarixdə törətmişdir. X6 çəkilməsindən şərti olaraq vaxtından əvvəl azad edildiyi cəzasının qalan hissəsi isə xx.xx.2019-cu il tarixdə başa çatmalı idi. Göründüyü kimi X9 şərti olaraq vaxtından əvvəl azad edildiyi cəzasının çəkilməmiş qalan hissəsi ərzində yenidən az ağır cinayət törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Buna görə də məhkəmə hesab edir ki, X8 tətbiq edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilməli və ona hökmlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. X6 əməlində cinayətlərin residivi olduğundan o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə müvafiq olaraq cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx xxxxx 2020-ci il tarixli 4(043)-34/2020 saylı həbs qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, X6 barəsində ********* nömrəli cinayət işi üzrə həbsetmənin əvvəli xx xxxxx 2020-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 1(043)- 120/2020 saylı cinayət işi üzrə hazırlıq iclasının xx xxxx 2020-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs X9 başqa cinayət əməlinə görə məhkəməyə verilmiş və onun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə X6 başqa cinayət işi üzrə həbsdə saxlanmasını nəzərə alaraq hesab edir ki, onun barəsində hazırda qətimkan tədbirinin seçilməsi zərurəti yoxdur. Məhkəmə hesab edir ki, X8 təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının əvvəli hökmün elan edildiyi vaxtdan hesablanmalıdır. İşdə mülki iddia və Azərbaycan Respubliaksı Cinayət Məcəlləsinin 99-1 maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak yoxdur. İş üzrə maddi sübutlar – Zərərçəkmiş şəxs1 saxlanca verilmiş 1 ədəd 70X120 ölçüdə örtük, 1 dəst içərisinə 2 ədəd 50X90 ölçülü əl dəsmallarının daxil olduğu “MAİSON DOR” markalı dəsmal dəsti, 1 dəst içərisinə 2 ədəd 200X230 ölçülü örtükləri, 1 ədəd 70X60 ölçülü örtüyün daxil olduğu “SATEN” markalı örtük dəsti, 1 dəst STYLE markalı boz rəngli corab dəsti, 1 ədəd STYLE markalı yaşıl rəngli corab dəsti, 1 ədəd TRAPEZ KİDS markalı çəhrayı rəngli corab dəsti, 3 ədəd ELİGÜL markalı qırmızı rəngli corab dəstləri, 1 ədəd ELİGÜL markalı çəhrayı rəngli corab dəsti, 1 ədəd ŞİŞ markalı yasəmən rəngli corab dəsti, 1 ədəd DUCKS markaı çəhrayı rəngli corab dəsti, 3 ədəd İNVİSİBLE markalı ağ rəngli corab dəstləri, 1 ədəd CHRİSTORY markalı qəhvəyi rəngli corab dəsti, 1 ədəd ağ rəngli corab dəsti hökm qanuni qüvvəyə mindikdən sonra qanuni sahibi Zərərçəkmiş şəxs1 qaytarılmalıdır. İş üzrə məhkəmə xərci - ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pul X4 alınaraq “X15 və Hüquq Şirkəti” X5 hesabına köçürülməli, X8 ibtidai istintaq dövründə göstərilmiş 25 saat hüquqi yardıma görə hər iş saatı üçün 6 manat olmaqla cəmi 150 (bir yüz əlli) manat pul dövlət büdcəsinin vəsaiti hesabına Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X12 ödənilməlidir. Məhkəmə göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası CPM-in 132, 197, 198, 346, 347, 349, 351, 353, 358, 381, 383, 384, 385-ci maddələrini rəhbər tutub HÖKM ETDİ: X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. X8 Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə tətbiq edilmiş cəzanın çəkilməsindən şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilsin. X8 Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 1(043)-77/2016 saylı xx xxxxxxxx 2016-cı il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 10 (on) ay 27 (iyirmi yeddi) gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilsin və X8 hökmlərin məcmusu üzrə qəti olaraq 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. X6 başqa cinayət işi üzrə həbsdə saxlanılması nəzərə alınaraq barəsində qətimkan tədbiri seçilməsin. İş üzrə maddi sübutlar Zərərçəkmiş şəxs1 saxlanca verilmiş 1 ədəd 70X120 ölçüdəörtük, 1 dəst içərisinə 2 ədəd 50X90 ölçülüəl dəsmallarının daxil olduğu “MAİSON DOR” markalı dəsmal dəsti, 1 dəst içərisinə 2 ədəd 200X230 ölçülüörtükləri, 1 ədəd 70X60 ölçülüörtüyün daxil olduğu “SATEN” markalıörtük dəsti, 1 dəst “STYLE” markalı boz rəngli corab dəsti, 1 ədəd “STYLE” markalı yaşıl rəngli corab dəsti, 1 ədəd “TRAPEZ KİDS” markalıçəhrayı rəngli corab dəsti, 3 ədəd “ELİGÜL” markalı qırmızı rəngli corab dəstləri, 1 ədəd “ELİGÜL” markalıçəhrayı rəngli corab dəsti, 1 ədəd “ŞİŞ” markalı yasəmən rəngli corab dəsti, 1 ədəd “DUCKS” markaıçəhrayı rəngli corab dəsti, 3 ədəd “İNVİSİBLE” markalı ağ rəngli corab dəstləri, 1 ədəd “CHRİSTORY” markalı qəhvəyi rəngli corab dəsti, 1 ədəd ağ rəngli corab dəstihökm qanuni qüvvəyə mindikdən sonra qanuni sahibi Zərərçəkmiş şəxs1 qaytarılsın. İş üzrə məhkəmə xərci - ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pul X4 alınaraq “X15 və Hüquq Şirkəti” X5 aşağıdakı hesabına keçirilsin: Kapialbank ASC Gənclik Mall filialı, KOD- 201025, VÖEN – **********, müxbir hesab – AZ37NABZ ********************, SWİFT kod A2BAZ2X, hesab AZ53AİİB********************. X8 ibtidai istintaq dövründə göstərilmiş 25 saat hüquqi yardıma görə hər iş saatı üçün 6 manat olmaqla cəmi 150 (bir yüz əlli) manat pul dövlət büdcəsinin vəsaiti hesabına Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X12 ödənilməsi üçün Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun aşağıdakı hesabına köçürülsün: Kapitalbank Gəncə icmal filialı, kod 200275, VÖEN **********, M/h AZ37NABZ********************, SWİFT BİK: AİİBAZ2X, hesab № AZ04AİİB********************, VÖEN **********. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apelyasiya protesti və ya apelyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar