Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-9/2020 21.10.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, zərərçəkmiş şəxslər X3 və Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1964-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 1(043)-140/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli hökmü ilə 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, ünvan 1 ünvanda yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1, 800 manat pul verəcəyi halda oğlu Şahid Gəncə şəhəri Vəli Xuluflu küçəsində olan “«Grand Qafqaz»” ticarət mərkəzinə mühafizəçi kimi işə düzəltdirəcəyi barədə inandırıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə 2017-ci ilin dekabr ayının sonlarında günü məlum olmayan tarixdə həmin ticarət mərkəzinin həyətində 800 manat pulunu alıb ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, Zərərçəkmiş şəxs7, 600 manat pul verəcəyi halda oğlu X15 şəhəri Vəli Xuluflu küçəsində olan “«Grand Qafqaz»” ticarət mərkəzinə mühafizəçi kimi işə düzəltdirəcəyi barədə inandırıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə 2017-ci ilin dekabr ayının sonlarında günü istintaqa məlum olmayan tarixdə həmin ticarət mərkəzinin həyətində 600 manat pulunu alıb ələ keçirməklə təkrar dələduzluq etmişdir. Bundan başqa o, Zərərçəkmiş şəxs6, 600 manat pul verəcəyi halda Gəncə şəhəri Vəli Xuluflu küçəsində olan “«Grand Qafqaz»” ticarət mərkəzinə mühafizəçi kimi işə düzəltdirəcəyi barədə inandırıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə 2018-ci ilin yanvar ayında günü istintaqa məlum olmayan tarixdə həmin ticarət mərkəzinin həyətində 600 manat pulunu alıb ələ keçirməklə təkrar dələduzluq etmişdir. Bundan başqa o, Zərərçəkmiş şəxs5, 600 manat pul verəcəyi halda Gəncə şəhəri Vəli Xuluflu küçəsində olan “Grand Qafqaz” ticarət mərkəzinə mühafizəçi kimi işə düzəltdirəcəyi barədə inandırıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə 2018-ci ilin yanvar ayının ortalarında günü istintaqa məlum olmayan tarixdə “«Grand Qafqaz»” ticarət mərkəzinin həyətində vahid niyyətlə 400 manat, 2018-ci ilin yanvar ayının sonlarında günü istintaqa məlum olmayan tarixdə həmin yerdə 200 manat, vahid niyyətlə ümumilikdə 600 manat pulunu alıb ələ keçirməklə təkrar dələduzluq etmişdir. Bundan başqa o, Zərərçəkmiş şəxs8 600 manat pul verəcəyi halda Gəncə şəhəri Vəli Xuluflu küçəsində olan “Grand Qafqaz” ticarət mərkəzinə mühafizəçi kimi işə düzəltdirəcəyi barədə inandırıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə 2018-ci ilin may ayında günü istintaqa məlum olmayan tarixdə həmin ticarət mərkəzinin həyətində 600 manat pulunu alıb ələ keçirməklə təkrar dələduzluq etmişdir. Bundan başqa o, Zərərçəkmiş şəxs3, 600 manat pul verəcəyi halda Gəncə şəhəri Vəli Xuluflu küçəsində olan “Grand Qafqaz” ticarət mərkəzinə mühafizəçi kimi işə düzəltdirəcəyi barədə inandırıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə 2018-ci ilin may ayında günü istintaqa məlum olmayan tarixdə həmin ticarət mərkəzinin həyətində 600 manat pulunu alıb ələ keçirməklə təkrar dələduzluq etmişdir. Bundan başqa o, Zərərçəkmiş şəxs4, 600 manat pul verəcəyi halda Gəncə şəhəri Vəli Xuluflu küçəsində olan “Grand Qafqaz” ticarət mərkəzinə mühafizəçi kimi işə düzəltdirəcəyi barədə inandırıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə 2018-ci ilin may ayının əvvəlində günü istintaqa məlum olmayan tarixdə həmin ticarət mərkəzinin həyətində 600 manat pulunu alıb ələ keçirməklə təkrar dələduzluq etmişdir. Bundan başqa o, Zərərçəkmiş şəxs2 qardaşı X6 800 manat pul verəcəyi halda Gəncə şəhəri Vəli Xuluflu küçəsində olan “Grand Qafqaz” ticarət mərkəzinə mühafizəçi kimi işə düzəltdirəcəyi barədə inandırıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə xx.xx.2018-ci il tarixdə saat 15 radələrində həmin ticarət mərkəzinin həyətində 600 manat pulunu alıb ələ keçirməklə təkrar dələduzluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, o, 2017-ci ilin dekabr ayında Gəncə şəhərində yeni açılmış, “Təzə bazar” və “Səbət Bazarı” kimi tanınan “Grand Qafqaz” ticarət mərkəzindən ticarət etmək üçün yer almış, sonradan orada satıcı tutub meyvə satdırmağa başlamış, sonradan həmin bazara mühafizəçi kimi düzəltmək məqsədilə “CV”, yəni şəxsi məlumatlar toplandığını, məlumatların bazarın içərisində olan ofisə təqdim edilə biləcəyini öyrənmişdir. Sonra oraya işə düzələn şəxslərin 300 manat maaş aldığını, bir gün işdə, iki gün evdə olduğunu və hansı sənədlərin lazım olduğunu orada işləyən şəxslərdən dəqiqləşdirmiş, bundan sonra tanış adamlardan işə düzəltmək adı ilə pul alıb özü götürmək, sənədləri isə adi vətəndaş kimi ofisə təqdim edərək pul qazanmağı planlaşdırmışdır. İlk dəfə orada iş olması barədə Şəmkir rayonunda yaşayan qohumu Zərərçəkmiş şəxs1 demiş, İsə ilə ilk dəfə telefonda danışmış və iş olmasını demiş, İsə də bir neçə gün sonra oğlu Elşənlə birlikdə bazara gəlmiş, İsəyə oğlunun 300 manat maaş alacağını, bir gün işdə, iki gün evdə istirahət edəcəyini və iş üçün hərbi biletin, şəxsiyyət vəsiqəsinin surəti, əlavə olaraq yaşayış yerindən arayış və 3x4 ölçüdə şəkillər almalı olduğunu demiş, bundan sonra İsəyə əlavə olaraq də 800 manat rüsum verməsini də demiş, İsə sənədləri sonra düzəldib gətirəcəyini, lakin 800 manat pulun üzərində olduğunu və verə biləcəyini demiş, İsə ilə razılaşmış və bazarda olan mağazaların yanında İsədən 800 manat pulu almış, İsəyə bazarda hələ təmir işləri getdiyini, bazar tam təmir olunandan sonra Elşənin gəlib işləyəcəyini demiş, bir neçə gündən sonra Elşən sənədləri də gətirib vermiş və sənədləri ofisə təqdim etmiş, pulu isə öz ehtiyaclarına xərcləmişdir. Bundan başqa “Grand Qafqaz” ticarət kompleksində meyvə tərəvəz satan Zərərçəkmiş şəxs7 ilə həmin bazarda tanış olmuş, 2017-ci ilin dekabr ayının sonlarında söhbət zamanı bazarda mühafizəçi kimi işçi axtarıldığını ona demiş, Məmmədtağı isə oğlu Seymur Mehtiyevin də işsiz olduğunu onu da işə götürməsini demiş, ona işin qaydasını izah etmiş və işə düzəlmək üçün sənədlərdən əlavə 600 manat pul verməli olduğunu demiş, Məmmədtağı da razılaşmış və səhəri gün Məmmədtağı onun oğlu Seymura dair sənədləri və 600 manat pulu bazarda olan çayxananın qarşısında ondan almış, onun oğlunun sənədlərini ofisə vermiş, 600 manat pulu isə özü xərcləmişdir. Bundan başqa bazarda işləyən zaman mağazasının yaxınlığındakı mağazada toxum satan Asif Məmmədovla tanış olmuş, 2018-ci ilin yanvar ayının əvvəlində xatırlamadığı tarixdə bu barədə Asifə bildirmiş, Asif də ilkin olaraq özü qohumu Eltuna orada mühafizəçi kimi işləmək üçün iş olduğunu bildirmiş, yenə də pul əldə etmək üçün Eltundan 600 manat pul alıb, onun verdiyi “CV”-ni isə işə qəbul üçün yaradılan ofisə təqdim etmək qərarına gəlmiş, ona görə də Asifin vasitəsilə Eltunla görüşən zaman iş üçün bəzi sənədlər yəni, şəxsiyyət vəsiqəsi, hərbi biletin surəti, yaşayış yerindən arayış və 3x4 ölçüdə şəkilər və özü üçün isə 600 manat lazım olduğunu demiş, Eltuna da ayda 320 manat alacağını, 20 manat sosial müdafiə fonduna tutulacağını, 300 manat maaş alacağını, bir gün işdə, iki gün isə evdə olacağını bildirmiş və Eltun razılaşaraq getmişdir. 2018-ci ilin yanvar ayının əvvəlində xatırlamadığı tarixdə Eltun 600 manat pulu və sənədləri gətirib bazarın içərəsində vermiş. Eltunun sənədlərini bazarda mühafizə işi üçün elan verilən ofisə vermiş, çünki ofisdə istənilən şəxsdən sənəd qəbul edilmiş, 600 manatı isə özünə götürmüş və şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan başqa, 2018-ci ilin yanvar ayının sonlarında yenə də Asif Məmmədov yaşadığı Samux rayonunda Sahib adlı şəxsin olduğunu, onun da işi olmadığını və onu da işlə təmin etməyimi xahiş etmiş, ona eyni qaydada sənədləri və 600 manat pulu gətirməsini demiş, əvvəlkilər kimi, pulunu özünə götürməyi və sənədləri, yəni “CV”-ni isə adi qaydada iş üzrə ofisə təqdim etmək barədə düşünmüş və bir neçə gün sonra Sahib adlı şəxs qardaşı Əşrəflə birlikdə gəlmiş və özünün işə düzəltmək istədiyini deyərək sənədləri və ilkin olaraq 400 manat pulu vermiş və 200 manat pulu isə sonra verəcəyini demiş, onunla razılaşmış və 400 manat pulu Sahibdən almış, sonra ona ayda 300 manat maaş alacağını, 1 gün iş, 2 gün də evdə olacaqlarını bildirmiş, daha sonra sənədləri adi qaydada ofisə vermiş, 400 manatı isə özünə götürmüş, bundan bir neçə gün sonra Sahib gətirib qalan 200 manatı da vermiş, Sahibə narahat olmamasını, onun işə düzəldəcəyini demiş, həmin 600 manat pulu özünün ehtiyacları üçün xərcləmişdir. Bundan başqa, 2018-ci ilin may ayının əvvəlində Eltun zəng edib bir neçə tanışı olduğunu və onların da işə düzəlmək istədiyini demiş, onları da düzəldə biləcəyini demiş və eyni qaydada onlardan sənədləri və 600 manatı gətirməsini bildirmiş, bundan bir neçə gün sonra Təbrizlə bazarda görüşmüş, Eltundan aldığı sənədlərlə eyni qaydada Təbriz də onları toplayıb hazırlıqlı gəlmiş, 2018-ci ilin may ayının əvvəlində xatırlamadığı tarixdə Eltunun yanında ondan da sənədləri, 600 manatı götürmüş və Təbrizə yaxın vaxtlarda işin düzələcəyi barədə söz vermiş, sonra Təbrizin sənədlərini sənəd qəbuluna dair ofisə vermiş, 600 manat pulu da özü xərcləmişdir. Bundan başqa 2018-ci ilin may ayının əvvələrində Təbriz zəng edib Əli və Elmir adlı tanışlarının da olduğunu, onları da “Grand Qafqaz” ticarət kompleksinə mühafizəçi kimi işə götürməsini xahiş etmiş, onunla razılaşmış və eyni qaydada sənədləri və pulu gətirməsini bildirmiş, bir neçə gün sonra Təbriz Elmir və Əli adlı şəxslərlə birlikdə yanına gəlmiş, Təbriz Əli və Elmirin də onunla tanış olduqlarını və hər ikisinin də işləmək istədiyini demiş, onlarla razılaşmış və eyni qaydada onlara işi və 300 manat maaş alacaqlarını izah eləmiş, bundan sonra onlar müvafiq sənədləri vermiş və 2018-ci ilin may ayının əvvəlində Əlidən 600 manat, Elmirdən də 600 manat pulu həmin bazarda almış, sonra onlara yaxın aylarda işlərinin düzələcəyini bildirmiş, onlar getdikdən sonra sənədləri ofisə vermiş, pulu isə özü xərcləmək üçün götürmüşdür. Bundan başqa 2018-ci ilin may ortalarında qohumu İsə zəng etmiş və Azər adlı şəxsin də olduğunu, onu da həmin bazara mühafizəçi kimi işə düzəltməsini xahiş etmiş, ona Azəri işə düzəldə biləcəyini demiş, xx.xx.2018-ci il tarixdə saat təxminən 15 radələrində Azər qardaşı Vüsalla birlikdə bazara yanına getmiş, onlarla görüşüb söhbət etmiş və bazar ərazisində gəzib işi Azərə izah etmiş, əvvəldən hansı sənədlər lazım olduğunu dediyi üçün sənədləri hazır vəziyyətdə vermiş, əlavə olaraq Vüsal 800 manat da pul vermiş, ondan 800 manatı götürmüş və qardaşı Azərin bir neçə aya işə düzələcəyini demiş, bundan sonra onlar çıxıb getmiş və yenə də pulu özünə götürmüş, sənədləri də adi qaydada ofisə vermişdir. Sonda təqsirləndirilən şəxs zərəçəkmiş şəxslərə vurduğu zərərin hamısını tam ödədiyini, onlarla barışıq əldə etdiyini və səhhətinin yaxşı olmadığını bildirərək ona cəza təyin edilərkən göstərilənlərin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs onun qohumudur. 2017-ci ilin dekabr ayının sonlarında oğlu Elşənlə birlikdə Gəncə şəhərində Şirzadla görüşmüş, Şirzad onlara Ş.İ.Xətai prospektində “X17 mərkəzinin açılmasını bildirmiş və ora oğlu Elşəni mühafizəçi kimi işə düzəldə biləcəyini bildirmiş, bunun üçün nə lazım olduğunu soruşmuş, Şirzad oğlunun yaşayış yerindən arayış, hərbi biletin surəti və xatırlamadığı sənədləri, bundan başqa isə 800 manat dövlət rüsumunu verməsini istəmiş, onunla razılaşıb və üzərində pul olduğu üçün elə oradaca, yəni Gəncə şəhəri Ş.İ.Xətai prospektində “Grand Qafqaz” Ticarət mərkəzinin qarşısında ona 800 manat pul vermiş, həmin müddət bazarda təmir işləri aparıldığından hələ istifadəyə verilməmiş, 2018-ci ilin may ayında tanışı Habilə belə bir işin olmasını bildirmiş, Habil isə Şirzadın əlaqə nömrəsini alıb onunla danışıb razılığa gəlmiş, 2018-ci ilin may ayında isə Habilin bacısı oğlu Vüsal Şirzada həmin “Grand Qafqaz” Ticarət mərkəzində 800 manat pul vermiş, həmin gündən sonra Şirzad onları aldatmış, nə oğlu Elşəni işə düzəltməmiş, nə də pulunu qaytarmamışdır. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona vurduğu zərəri tam həcmdə ödəmiş, onunla barışıq əldə etmişdir. Buna görə də təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində bildirdi ki, Gəncə şəhərində yeni fəaliyyətə başlamış “Grand Qafqaz” adlı ticarət mərkəzində meyvə tərəvəz satmaq üçün yer götürmüşdür. Həmin vaxtlarda, yəni 2017-ci ilin təxminən qış aylarında həmin bazarda administrator kimi fəaliyyət göstərən Təqsirləndirilən şəxs ona 1989-cu il təvəllüdlü oğlu X1 bazarda mühafızəçi kimi işə düzəldəcəyini vəd verib 600 manat pulunu bazarda almış, lakin sonradan vermiş olduğu vədinə əməl etməmiş və oğlunu işə düzəltməyərək 600 manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Bundan əlavə olaraq Şirzadın ailə üzvlərinin də ona 550 manat borcu olmuşdur. Şirzad və ailə üzvləri onun pulunu qaytarmadığından məcbur olub ərizə ilə polisə müraciət etmişdir. Məhkəmə zamanı Təqsirləndirilən şəxs dələduzluq yolu ilə ələ keçirdiyi pulu ona qaytararaq vurduğu ziyanı tam həcmdə ödəmişdir. Buna görə də ondan heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirdi ki, 2018-ci ilin may aylarında dayısı X7 tanışı İsə adlı şəxsin Şirzad adlı tanışının bəzi şəxsləri Gəncə şəhərində “Təzə bazar” deyiən ticarət mərkəzinə mühafızəçi kimi işə düzəltdiyini demiş, dayısı Şirzadla telefon vasitəsi ilə danışmış və Şirzad onlara bəzi sənədləri toplamalarını və 800 manat dövlət rüsumunu ödəmələrini demişdir. Şirzad həmin vaxt qardaşı X6 Gəncə şəhərində yerləşən “Təzə bazar” deyilən ticarət mərkəzinə mühafizəçi kimi işə düzəltmək barədə söz vermişdir. xx.xx.2018-ci il tarixdə saat təxminən 15 radələrində Gəncə şəhərində yerləşən “Təzə bazar”a getmiş və Şirzad adlı şəxsə zəng edərək onunla görüşmüşdür. Şirzad ona bazarın ərazisini gəzdirmiş, sonra bazarın ərazisində çayxanaya daxil olmuş və burada onun istədiyi sənədləri və 800 manat pulu Şirzada vermişdir. Şirzad ona qardaşı Azərin 2018-ci ilin may ayının axırında işə başlayacağını bildirmiş, lakin bir neçə ay keçsə də Şirzad qardaşını işə düzəltməmişdir. Hər dəfə məlumat aldıqda Şirzad onu aldatmış və gözləməsini demişdir. 2019-cu ilin fevral ayında artıq aldadıldığını dəqiqləşdirdiyi üçün ərizə ilə polisə müraciət etmişdir. İş məhkəməyə verildikdən sonra Təqsirləndirilən şəxs aldığı pulu geri qaytararaq ona vurduğu zərəri tam həcmdə ödəmişdir. Buna görə də hazırda təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qohumluq əlaqələri olduğu üçün tanımış, 2017-ci ilin dekabr ayında atası İsə Gəncə şəhərində Şirzadla görüşdmüş, həmin vaxt atasının yanında olmuş, Şirzad onun atasına Gəncə şəhəri, Ş.İ.Xətai prospektində «Grand Qafqaz» Ticarət mərkəzinin açılmasını bildirmiş və onu ora mühafızəçi kimi işə düzəldə biləcəyini bildirmişdir. Şirzad onu işə düzəltməsi üçün hərbi bilet, şəxsiyyət vəsiqəsinin surəti, yaşayış yerindən arayış və 800 manat pul istəmiş, atası onunla razılaşmış və üzərində 800 manat pul olduğu üçün Gəncə şəhəri, Ş.İ.Xətai prospektində «Grand Qafqaz» Ticarət mərkəzinin qarşısında onun yanında Şirzada 800 manat pul vermişdir. Həmin vaxt bazarda təmir işləri aparıldığından hələ istifadəyə verilməmişdir. Pulu verdikdən bir neçə gün sonra Şirzadın istədiyi sənədləri aparıb bazarda ona vermiş, həmin gündən sonra Şirzad onu işə düzəltməmiş və Şirzadın onları aldatdığını görüb atası bu barədə ərizə ilə polisə müraciət etmişdir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs8 məhkəmə iclaslarında iştirak etmədiklərindən cinayət prosesi tərəflərinin razılığı ilə onların ibtidai istintaqda verdikləri ifadələri məhkəmə iclasında elan edilərək tədqiq edilmişdir. İbtidai istintaqda zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində bildirmişdir ki, 2018-ci ilin may ayında xatırlamadığı tarixdə dostu Əli ona Gəncə şəhərində yerləşən “Səbət bazarı” kimi tanınan bazarda mühafzəçi işi olduğunu, özünün iş üçün pul verdiyini, əgər yer olsa onu da ora işə düzəltmək üçün köməklik edəcəyini demiş, o da nə qədər pul istədiklərini soruşmuş, Əli isə 600 manat pul verdiyini, onun da 600 manat pul verib ora işə düzələ biləcəyini bildirmişdir. O, Əlidən işi hansı qaydada olduğunu soruşanda ona hər ay 320 manat pul alacağını, iki gün evdə, bir gün işdə olacağını demiş, 20 manatı isə “sosial” üçün çıxılacağını, 300 manat nağd pul alacağını bildirmişdir. Həmin gün axşam Əli ona zəng etmiş və orada mühafizənin rəis olan Şirzad adlı şəxslə danışdığını, onun da işləməyi üçün bir nəfərlik yer olduğunu və müvafiq sənədlər lazım olduğunu demiş, o, Əli söhbət etdiyi gündən 2 gün sonra əvvəlcədən Şirzadın dediyi sənədləri, yəni hərbi biletin möhür olan hissəsini, şəxsiyyət vəsiqəsinin surətini, 3 ədəd 3x4 fotoşəkli, yaşayış yerindən arayışı və 600 manat pulu düzəldib Əli ilə birlikdə Gəncə şəhərində yerləşən “Səbət bazarı” kimi tanınan bazara gəlib Şirzadla görüşmüş, Şirzad ona Əli dediyi kimi, ayda 300 manat alacağını, bir gün işdə, iki gün evdə olacağını izah etmiş və sonra yaxın günlərdə bazarın açılışı olacağını, açılış olandan sonra isə işə çıxacaqlarını demişdir. O da inanmış və 600 manat pulu Əlinin yanında Şirzada vermiş, Şirzad isə 2018-ci ilin may ayının sonuna kimi işə çıxacaqlarını demiş, o isə razılaşıb oradan çıxıb getmiş, lakin həmin vaxtdan bir neçə ay keçsə də onların iş düzəlməmiş, Şirzad hər dəfə müxtəlif bəhanələr gələrək onu aldatmış, bundan sonra Şirzadın onu aldatdığını başa düşmüş və onun barəsində polisə şikayət etmişdir. İbtidai istintaqda zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində bildirdi ki, 2018-ci ilin may ayının əvvəllərində tanışı Təbrizlə söhbət edən zaman Gəncə şəhərində yerləşən “Grand Qafqaz” Ticarət Mərkəzində mühafizəçi işi olduğunu, özünün ora işə düzəlmək üçün 600 manat pul verdiyini demiş, o da ora işə düzəlmək istədiyini bildirmişdir. Təbriz Şirzad adlı şəxsə zəng etmiş və bir nəfər də işə düzəlmək istəyən olduğunu demiş, Şirzad da işə götürə biləcəyini bildirmiş, o da bu barədə tanışı Elmirə demiş və Elmir də işləmək istədiyini bildirmişdir. Təbriz onlara əvvəldən hansı sənədlər lazım olduğunu dediyi üçün iki gün sonra hazır sənədlərlə birlikdə, yəni hərbi biletin möhür olan hissəsini, şəxsiyyət vəsiqəsnin surətini, 3 ədəd 3x4 fotoşəkil, yaşayış yerindən arayışı və 600 manat pulu düzəldib Elmirlə birlikdə “Səbət bazarı” adlı bazara getmişlər. Sonradan Təbriz də ora gəlmiş və onları Şirzadla tanış etmişdir. Şirzad isə ona hər ay 320 manat pul alacağını, iki gün evdə, bir gün işdə olacağını, 20 manatı isə “sosial” üçün çıxılacağını, 300 manat nağd pul alacağını bildirmişdir. O, sənədlərini və 600 manat pulu Şirzadın özünə vermiş, Şirzad isə 2018-ci ilin may ayının sonuna, olmasa xx.xx.2018-ci il tarixə kimi işə çıxacağını demiş, o isə razılaşıb oradan çıxıb getmişdir. Lakin həmin vaxtdan bir neçə ay keçsə də onların işi düzəlməmiş, Şirzad hər dəfə müxtəlif bəhanələr gələrək onu aldatmış, bundan sonra Şirzadın onu aldatdığını başa düşmüş və Şirzadın barəsində polisə şikayət etmişdir. İbtidai istintaqda zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində bildirmişdir ki, 2018-ci ilin yanvar ayının ortalarında Gəncə şəhərində yerləşən “Grand Qafqaz” adlı bazarda toxum satan dayısı Asif Məmmədov ona zəng edib orada Şirzad adlı şəxs olduğunu və Şirzadın bazara mühafizəçi axtardığını bildirmiş, dayısı ona hərbi bileti, şəxsiyyət vəsiqəsinin surətini və yaşayış yerindən arayış, 3x4 ölçüdə 3 ədəd şəkil lazım olduğunu demiş, o isə təxminən 1 gün sonra həmin sənədləri götürüb bazara getmiş, orada dayısı onu Şirzadla tanış etmiş və mühafizənin rəisi olduğunu demişdir. O, sənədləri Şirzada təqdim edəndən sonra Şirzad 600 manat pul lazım olduğunu bildirmişdir. O da Samux rayonuna gedib evdən 600 manat götürüb yenidən ora qayıtmış və 600 manat pulu Şirzada vermişdir. Şirzad ona ayda 320 manat maaş alacağını, 20 manat isə sosiala pul çıxılacağını, bir gün işdə, iki gün evdə olacağını demiş və xx.xx.2018-ci il tarixdə artıq işə çıxacağını bildirmişdir. xx.xx.2018-ci il tarixdə o, Şirzaddan işin necə olduğunu soruşmuş, Şirzad isə iki nəfərin çatmadığını, əlavə iki nəfər də lazım olduğunu demiş, o da həmkəndlisi Zərərçəkmiş şəxs8 və Əşrəf Ağamalıyevə demiş, onlar da razılaşmış və hər ikisi 600 manat pulu Gəncə şəhərində Şirzada vermişdir. Şirzad yaxın günlərdə işinin alınacağını bildirsə də sonradan Şirzadın onu aldatdığı ona məlum olmuş və bu barədə polisə şikayət etmişdir. İbtidai istintaqda zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində bildirmişdir ki, 2018-ci ilin yanvar ayının sonlarında qardaşı Əşrəf “Grand Qafqaz” adlı bazara gedib həmkəndlisi Asif Məmmədovla görüşən zaman Asif ona Şirzad adlı şəxsi təqdim edib və Şirzadın bazara mühafizəçi axtardığını demiş, həmin vaxt Şirzad qardaşı Əşrəfə ayda 320 manat maaş alacağını, 20 manat isə sosiala pul çıxılacağını, bir gün işdə, iki gün evdə olacağını demişdir. Qardaşı Əşrəf isə bu barədə gəlib evdə demiş və bunun üçün hərbi bileti, şəxsiyyət vəsiqəsinin surəti və yaşayış yerindən arayış, 3x4 3 ədəd şəkil və 600 manat pul lazım olduğunu demişdir. O da orada işləyə biləcəyini bildirmiş və 2018-ci ilin yanvar ayının sonunda xatırlamadığı tarixdə Əşrəflə birlikdə Gəncə şəhərində yerləşən “Grand Qafqaz” ticarət mərkəzinə getmiş və orada ilkin olaraq 400 manat pulu və sənədləri vermiş, Şirzada qalan 200 manat pulu 10 günə verəcəyini demiş, Şirzad da razılaşmış və təxminən 10 gün sonra o, 200 manat pulu da aparıb Gəncə şəhərində Şirzada vermişdir. Şirzad isə xx.xx.2018-ci il tarixdə artıq işə çıxacağını bildirmiş, xx.xx.2018-ci il tarixdə Şirzad xx.xx.2018-ci il tarixdə işə çıxacağını demiş, lakin iş alınmamış, hər dəfə zəng etdikdə Şirzad bəhanə edib onu aldatmışdır. Sonradan artıq Şirzadın pul verməyəcəyini bildiyi üçün qardaşı X4rı aldatması barədə polisə şikayət etmişdir. İbtidai istintaqda zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində bildirmişdir ki, 2018-ci ilin may ayında xatırlamadığı tarixdə qohumu Eltun Gəncə şəhəri “Grand Qafqaz” adlı bazarda mühafzəçi işi olduğunu, özünün iş üçün pul verdiyini, iki nəfər əlavə işçi lazım olduğunu bildirmiş, o da nə qədər pul istədiklərini soruşmuş, Eltun isə 600 manat pul verdiyini, onun da 600 manat pul verib ora işə düzələ biləcəyini bildirmişdir. O, Eltundan işin hansı qaydada olduğunu soruşanda ona hər ay 300 manat pul alacağını, iki gün evdə, bir gün işdə olacağını demişdir. Eltunla söhbət etdiyi gündən 1 gün sonra, yəni həmin günün səhəri gün 600 manat pulu düzəldib, Eltunla birlikdə Gəncə şəhərində yerləşən “Grand Qafqaz” adlı bazara gəlib Şirzad adlı şəxslə görüşmüş, Şirzad ona xx.xx.2018-ci il tarixdə işə çıxacaqlarını demiş və iş barədə onları məlumatlandırmış, bundan sonra o, inanmış və 600 manat pulu mühafizəçi kimi işə düzəltməsi üçün Təqsirləndirilən şəxs vermişdir. Lakin həmin vaxtdan keçən təxminən 2 ay ərzində Şirzad nə onu işə düzəltməmiş, nə də ki, pulunu geri qaytarmamışdır. Şirzad hər dəfə müxtəlif bəhanələr gələrək onu aldatmış, sonradan ondan pulunu tələb etdikdə pulu yaxın vaxtlarda qaytaracağını desə də pulunu qaytarmamış, bundan sonra aldadıldığını başa düşüb Şirzadın barəsində polisə şikayət etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulan cinayətin tərkibi vardır. Təqsirləndirilən şəxsin təqsiri özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin və şahidin ifadələri ilə tam şəkildə öz təsdiqini tapmışdır. Təqsirləndirilən şəxs bunun üçün real imkanları və səlahiyyəti olmadığı halda zərərçəkmiş şəxsləri və onların yaxınlarını “Təzə bazar” və “Səbət bazarı” adları ilə də tanınan, Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən “Grand Qafqaz” ticarət mərkəzində işə düzəldəcəyi adı ilə aldadıb onların etibarından sui-istifadə edərək dələduzluq yolu ilə pullarını ələ keçirmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd). Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarına əlavə edilmiş, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs5, X5, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı verdikləri xx.xx.2019-cu il tarixli ərizələrdən, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və X3 məhkəmə iclaslarında verdikləri ərizələrdən görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə vurduğu ziyanı tam həcmdə ödəmişdir, zərərçəkmiş şəxslərin Təqsirləndirilən şəxs heç bir şikayət və tələbləri yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X2 xx.xx.2018-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin tarixədək məhkumluğu olmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini (CM-in 59.1.12-ci maddəsi) və cinayət nəticəsində vurulmuş maddi ziyanı tam olaraq ödəməsini (CM-in 59.1.13-cü maddəsi) nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə törədilmiş cinayətin iqtisadi xarakterli cinayət olmaqla onun ictimai təhlükəliliyinin əsasən zərərçəkmiş şəxslərə maddi ziyan vurulmasında ifadə olunduğunu, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslərə vurduğu zərəri tam həcmdə ödədiyini nəzərə alaraq qeyd edir ki, cəzanın məqsədlərindən olan sosial ədalətin bərpasına artıq qismən nail olunmuşdur. Cəzanın digər mqəsədlərinin təmin edilməsi üçün təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının yuxarı həddə təyin edilməsi təqsirləndirilən şəxsin şəxsiyyətinə və işin hallarına uyğundur. İş materiallarında olan Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 1(043)-140/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli hökmündən görünür ki, hazırkı cinayət işi məhkəmənin icraatında olarkən Təqsirləndirilən şəxs başqa cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 2 il azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, onun üzərinə yaşayış yerini saat 22:00-dan 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək, Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuş, cəzasının əvvəli cəzanı icra edən qurumda qeydiyyata alındığı vaxtdan hesablanmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Təqsirləndirilən şəxs hazırkı iş üzrə təqsirli bilindiyi cinayət əməllərini Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli hökmünün çıxarılmasından əvvəl törətdiyindən ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66-cı maddəsi ilə nəzərdə tutulmuş qaydada cəza təyin edilməli və hazırkı hökmlə təyin ediləcək cəza xx xxxxxxxx 2020-ci il tarixli hökmlə təyin edilmiş cəza ilə qismən toplanılaraq Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. İş materiallarında olan xx xxxxxx 2018-ci il tarixli “Şübhəli şəxsi tutma” protokolundan və “Qətimkan tədbirinin seçilməsi haqqında” xx xxxxxx 2018-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx xxxxxx 2018-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx xxxxxx 2018-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilərək həbsdən azad edilmişdir. İş materiallarında olan, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 1(043)-9/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmədən qaçıb gizləndiyi üçün onun barəsində axtarış elan edilmiş və seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilmişdir. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli “Axtarışda olan şəxsin tutulması barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutularaq Gəncə şəhər Baş Polis İdarəsinin X12 təhvil verilmişdir. İş materiallarında olan, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 1(043)-9/2020 saylı qərarından görünür ki, məhkəmə Təqsirləndirilən şəxs səhhətinin vəziyyətini nəzərə alaraq onun həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsi haqqında vəsatətini təmin etmişdir. Beləliklə müəyyən edilir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə 02 gün, məhkəmə prosesi zamanı isə 06 ay 22 gün olmaqla ümumilikdə 06 ay 24 gün həbsdə və ev dustaqlığında olmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həmin müddət həbsdə saxlamanın bir gününə azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla (01 il, 01 ay, 18 gün) ona təyin ediləcək qəti cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın çəkilməsinin əvvəli, birinci hökmə əsasən çəkilən cəzanın qəti cəza müddətinə hesablanmasının təmin olunması üçün Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 1(043)-140/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli hökmünə əsasən cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilməlidir. İş üzrə mülki iddia, xüsusi müsadirə olunmalı əmlak, maddi sübut və məhkəmə xərcləri yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 1(043)-140/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplanılsın və Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 04 (dörd) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə dövründə həbsdə saxlanıldığı 06 ay 24 gün müddət bir gün həbsdə saxlama müddətinə iki gün azadlığın məhdudlaşdırılması cəzası hesabı ilə hesablanaraq 01 (bir) il, 01 (bir) ay, 18 (on səkkiz) gün müddət ona təyin edilmiş qəti cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 10 (on) ay, 12 (on iki) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 22:00-dan saat 08:00-dək tərk etməmək, cəza çəkdiyi müddət ərzində Gəncə şəhərinin ərazisi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzasının icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Gəncə şəhər Probasiya Şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 1(043)-140/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli hökmünə əsasən cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirlsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Həmin müddət ərzində apelyasiya protesti və ya apelyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Qocayev
Məhkəmə qərarları › İş №1(043)-9/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-9/2020
21.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver