Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-9/2022 31.03.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun X6 üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində X6 üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1989-cu il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri, Kəpəz rayonu, Azərbaycan küçəsi, 2-ci döngə, ev 15 ünvanda qeydiyyatda olan, ünvan 2, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan 4,661 qram çəkidə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryəki və 11,573 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı məlum olmayan mənbədən, naməlum vaxtda və şəraitdə əldə edib qeyd edilən çəkidə narkotik vasitə qurudulmuş marixuananı ayrıayrılıqda 5,558 qram və 6,015 qram olmaqla iki ədəd kibrit qutularında, qeyd edilən çəkidə narkotik vasitə tiryəki ayrı-ayrılıqda 2,054 qram, 1,757 qram və 0,850 qram olmaqla üç ədəd bükümdə qablaşdırıb üzərində saxlamaqla daşımış, daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 16 fevral 2021-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 20:00-da Gəncə şəhəri, Kəpəz rayonu, Atatürk prospekti ilə X13 prospektinin kəsişməsində saxlanılaraq Gəncə şəhəri Kəpəz RPİ-yə gətirilib üzərində şəxsi axtarış keçirilən zaman onun qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı ümumi təmiz çəkisi 4,661 qram narkotik vasitə olan tiryək ayrıayrılıqda təmiz çəkiləri 2,054, 1,757 və 0,850 qram olmaqla üç ədəd bükümdə və ümumi təmiz çəkisi 11,573 qram narkotik vasitə olan qurudulmuş marixuana 5,558 qram və 6,015 qram olmaqla iki ədəd kibrit qutularında olmaqla əynindəki gödəkçənin sol iç yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə irəli sürülmüş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, anasının ölümündən sonra narkotik vasitə olan marixuanadan az-az hallarda istifadə etməyə başlamış, narkotik vasitəni tanımadığı şəxslərdən alıb istifadə etmişdir. Narkotik vasitəni alan zaman həmin şəxslərin adlarını və telefon nömrələrini götürməmişdir. Narkotik vasitələrdən mütəmadi olaraq istifadə etməmiş, əsasən fikrini dağıtmaq məqsədi ilə epizodik olaraq istifadə etmişdir. Marixuananı əvvəllər adətən siqaret giləsinə doldurub siqaret kimi çəkməklə istifadə etmiş, lakin son dövrlərdə narkotik vasitələrdən istifadə etməmişdir. Həmçinin narkotik vasitə olan qurudulmuş marixuanadan başqa heç bir növ narkotik vasitə istifadə etməmişdir. 16.02.2021-ci il tarixdə saat 11 radələrində bibisigilə getmək üçün yaşadığı evdən çıxıb, yolda piyada gedərkən onun yanında Toyota Prado markalı, nömrəsini xatırlamadığı qara rəngli bir avtomobil dayanmış, ondan Rəşad olub olmadığını soruşmuşlar. O, Rəşad olduğunu dedikdən sonra avtomobildəki mülki geyimli şəxslər onu tutub başına qara rəngli torba keçirərək Gəncə şəhərindəki polis şöbələrindən birinə gətirmişdir. Burada onu döymüş, barmağından bədəninə elektrik cərəyanı verərək işgəncə vermişlər və ondan narkotik vasitə əldə edib saxlaması barədə ifadə verməsini istəmişlər. O, özündən getmiş, ona su verib ayıltdıqdan sonra təkrarən ona narkotik vasitəni boynuna götürməsi barədə təzyiq göstərmişlər. O, artıq halsız olduğu üçün razılaşmış və narkotik vasitələri cibinə qoyduqdan sonra vəkil dəvət edib videoçəkilişlə onun üzərinə baxış keçirmişlər. Bundan sonra ona nə olduğunu və nə üçün imza etdiyini bilmədiyi sənədlərə imza etdirib onu Bakı şəhərinə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparmışlar. Tutulduğu zaman üzərində heç bir narkotik vasitə olmamışdır. Nə də o, Kəmaləddinə tutulmazdan bir neçə gün qabaq pulla və ya pulsuz narkotik vasitə verməmişdir. Kəmaləddinlə birlikdə bir neçə dəfə qurudulmuş marixuananı siqaretə doldurmaqla çəkmişdir. Həmin qurudulmuş marixuananı isə tanımadığı şəxsdən almışdır. Lakin, bu, tutulmazdan xeyli əvvəl olmuşdur. Kəmaləddinin nəyə görə ibtidai istintaqda ondan narkotik vasitəni 20 manat müqabilində alması barədə ifadə verməsini bilmir. Ehtimal edir ki, Kəmaləddini də qorxudublar və ifadə verməyə məcbur ediblər. O, tutulmazdan qısa müddət əvvəl ümumiyyətlə Kəmaləddinlə görüşməmişdir. Sonuncu dəfə Kəmaləddinlə tutulmazdan 10-15 gün əvvəl telefonla danışmışdır. Ümumiyyətlə Kəmaləddinə demişdir ki, narkotik vasitədən istifadə etmələri səhv hərəkətdir, ondan uzaq durmaq lazımdır. Polis əməkdaşlarının onu niyə tutmaları, ona şər atmalarının səbəbini bilmir. Təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadə ilə məhkəməyədək icraatda verdiyi ifadə arasında ziddiyət olduğundan məhkəmə tərəfindən onun məhkəməyədək icraat zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan edilərək tədqiq edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı öz ifadəsində göstərmişdir ki, təxminən 3 ildir narkotik vasitə olan marixuanadan istifadə etməyə başlamış, narkotik vasitəni Gəncə şəhəri ərazisindən tanımadığı şəxslərdən alıb istifadə etmişdir. Narkotik vasitəni alan zaman həmin şəxslərin adlarını və telefon nömrələrini götürməmişdir. Narkotik vasitələrdən mütəmadi olaraq istifadə etməmiş, əsasən fikirlərini dağıtmaq məqsədi ilə narkotik vasitələrdən istifadə etmişdir. Narkotik vasitələri ayda təxminən 3-4 dəfə siqaret giləsinə doldurub siqaret kimi çəkməklə istifadə etmiş, lakin son bir ayda narkotik vasitələrdən istifadə etməmişdir. Həmçinin narkotik vasitə olan qurudulmuş marixuanadan başqa heç bir növ narkotik vasitə istifadə etməmişdir. 16.02.2021-ci il tarixdə saat 11 radələrində yaşadığı evdən çıxıb Gəncə şəhəri istiqamətində getmiş, evdən çıxan zaman evdə olan zibilləri də özü ilə zibilxanaya atmaq məqsədi ilə götürmüş, evdən çıxıb bir neçə metr getdikdən sonra zibilxanaya yaxınlaşmış və zibilləri atan zaman zibilxananın yanında olan dirəyin dibində dağınıq vəziyyətdə 2 ədəd kibrit qutusunun və 3 ədəd bükümün olduğunu görmüşdür. Həmin kibrit qutularını açanda içərisində narkotik vasitələr olan qurudulmuş marixuananın olduğunu, digər 3 bükümün içərisində isə narkotik vasitə tiryəkə oxşar kütlələrin olduğunun şahidi olmuşdur. İlk başlarda narkotik vasitələri istifadə etmək məqsədi ilə özü ilə götürüb əynində olan gödəkcənin sol iç yan cibinə cibinə qoymuş, lakin yolda olan zaman onlardan istifadə etməmək qərarına gəlmiş və onları harasa uşaqların əlinin çatmayacağı yerə atmaq qərarını vermişdir. İşlərini yekunlaşdırdıqdan sonra Gəncə şəhərinə bir neçə yerə iş axtarmaq məqsədi ilə getmiş. lakin iş tapa bilməmiş və axşam saatlarında bibisi Elza Paşayevanın evinə gedib ona baş çəkmək qərarına gəlmişdir. Həmin gün saat saat 20 radələrdinə bibisinin yaşadığı evin yaxınlığında olan zaman bir neçə nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq kim olduğunu soruşmuş, özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu demiş, bu zaman həmin şəxslər özlərini təqdim edərək xidməti vəsiqələrini göstərib polis əməkdaşı olduqlarını, narkotik vasitələrin və psixotrop maddələrin üzərində saxlamağı və satışı ilə məşğul olmağım barədə onlarda məlumat olduğunu deyərək Kəpəz RPİ-yə dəvət etmişlər. Vəziyyəti bilib onlara etiraz etməmiş və ifşa olduğunu bilib Kəpəz RPİ-yə gəlmişdir. Kəpəz RPİ-yə gələndən sonra onu təhqiqatçının xidməti iş otağına aparmışlar. Xidməti iş otağında olan zaman təhqiqatçı tərəfindən hüquqlarının müdafiə olunması məqsədi ilə Gəncə şəhər 1 saylı vəkil Bürosunun vəkillərinin adlarının olduğu siyahını ona təqdim edilmiş, siyahıda olan vəkillərdən istənilən biri tərəfindən hüquqlarının müdafiə edilməsinə etirazının olmadığını demişdir. Bundan sonra təhqiqatçı vəkil Cəfər Hacıyevi dəvət etmiş, vəkil gəldikdən sonra təhqiqatçı ondan vəkilə etirazının olub-olmadığını soruşmuş, etirazının olmadığını bildirmişdir. Daha sonra hüquq və vəzifələrin izah olunaraq üzərinə şəxsi axtarış aparılacağı bildirilmiş, buna etiraz etmədən razılaşmış, daha sonra təhqiqatçı tərəfindən üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış aparılan zaman təhqiqatçı ilkin olaraq ona üzərində olan əşyalarını təqdim etməyi xahiş edilmişdir. Üzərində narkotik vasitələr olduğunu demiş və masaya yaxınlaşaraq əynində olan qara rəngli gödəkcənin sol yan iç cibindən plastik kartları, şəxsiyyət vəsiqəsini, 2 ədəd kibrit qutusunu və 3 ədəd bükümü, əynində olan cins şalvarın ön sağ yan cibindən açarı və pulları, həmçinin şalvarının sol cibindən özünə məxsus olan mobil telefonunu təqdim etmişdir. Sorğu zamanı plastik kartların komunal xidmətləri ödəmək üçün istfadə etdiyini, mobil telefonun, şəxsiyyət vəsiqəsinin özünə məxsus olduğunu, açarların evlərinin açarları olduğunu, pulların da özünə məxsus olduğunu demişdir. Daha sonra üzərinə şəxsi axtarış keçirilmiş və qanunla qadağan edilmiş hər hansı əşya aşkar edilməmişdir. Şəxsiyyət vəsiqəsi, mobil telefonu götürülsə də, kartlar, pullar və açarlar özünə geri qaytarılmışdır. Sorğu zamanı bükümlərdəkilərin və kibrit qutularında olan kütlələrin narkotik vasitələr olduğunu, onları həmin gün yaşadığı evin yaxınlığından tapdığını demişdir. Həmin kütlələr qablaşdırılaraq götürülmüş, bundan sonra videoçəkiliş dayandırılıb onunla bərabər digər iştirakçılara da həmin videoçəkiliş nümayiş etdirilmiş, sonda isə bu barədə protokol tərtib olunaraq ucadan oxunmuş, düz yazıldığı üçün digər iştirakçılarla birlikdə həmin protokola imza etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, 2008-ci il tarixdən bir neçə dəfə narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etməyə başlamış, narkotik vasitəni Gəncə şəhəri ərazisindən tanımadığı şəxslərdən alıb istifadə etmişdir. Narkotik vasitəni alan zaman həmin şəxslərin adlarını və telefon nömrələrini götürməmişdir. Əvvəllər narkotik vasitələrdən istifadə etsə də, sonradan narkotik vasitələrdən bir daha istifadə etməmək qərarına gəlmişdir. Bundan sonra da bir daha narkotik vasitə və ya psixotrop maddə istifadə etməmiş, 2020-ci ilin oktyabr ayının ortalarında qardaşının dostu Təqsirləndirilən şəxs ilə tanış olmuş, onunla tanış olandan sonra normal münasibətləri yaranmağa başlamış, işdən vaxt olanda görüşmüşlər. 17 fevral 2021-ci il tarixdə işlədiyi yerdə 3 nəfər mülki geyimli şəxs başına torba keçirərək onu Kəpəz Rayon Polis İdarəsinə aparmışlar. Polis əməkdaşlarından nə səbəblə onu polis idarəsinə apardıqlarını soruşduqda polis əməkdaşları ona Rəşadın videoçəkilişini göstərərək Təqsirləndirilən şəxs ona 20 manat məbləğində narkotik vasitə satdığını etiraf etdiyini demişlər və bildirmişlər ki, Rəşadın etirafını təsdiqləməlidir. Həmçinin onun cibinə polis əməkdaşları tərəfindən 3 qram çəkidə narkotik vasitə qoyulmuş və həmin narkotik vasitənin ona məxsus olduğunu deməsi bildirilmişdir. Kəpəz Rayon Polis İdarəsində onun üstünə baxış keçirilmiş, həmin narkotik vasitə onun üzərindən aşkar edilmişdir. O da məcbur olub narkotik vasitənin ona məxsus olduğunu və narkotik vasitəni Rəşaddan satın aldığını demişdir. Bakı şəhərində onu Rəşadla üzləşdirmişlər, polis əməkdaşları tərəfindən ona Rəşadın narkotik vasitəni ona satdığını etiraf etdiyi bildirildiyi üçün o da üzləşmə zamanı məcbur qalaraq bunu təsdiqləmişdir. Məhkəmə iclasında isə Rəşadın narkotik vasitə satmadığını dediyini gördüyü üçün həqiqəti demək qərarına gəlmişdir. Rəşadla birlikdə bir neçə dəfə narkotik vasitə olan qurudulmuş marixuana istifadə etmişlər, həmin vaxtlarda narkotik vasitəni Rəşad özü ilə gətirmişdir, lakin Rəşad nə o zaman, nə də ondan sonra heç vaxt ona narkotik vasitəni pul və ya nəsə başqa bir şey müqabilində verməmişdir. Şahid X2 ibtidai istintaqda şübhəli şəxs qismində verdiyi ifadə ilə məhkəmə iclasında verdiyi ifadəsi arasında ziddiyyət olduğu üçün onun ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan edilərək tədqiq edilmişdir. X4 ibtidai istintaqda şübhəli şəxs qismində verdiyi ifadəsində göstərmişdir ki, 2008-ci il tarixdən bir neçə dəfə narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etməyə başlamış, narkotik vasitəni Gəncə şəhəri ərazisindən tanımadığı şəxslərdən alıb istifadə etmişdir. Narkotik vasitəni alan zaman həmin şəxslərin adlarını və telefon nömrələrini götürməmişdir. Təxminən 2 ay ərzində bir neçə dəfə narkotik vasitələrdən istifadə etsə də, sonradan narkotik vasitələrdən bir daha istifadə etməmək qərarına gəlmişdir. Bundan sonra da bir daha narkotik vasitə və ya psixotrop maddə istifadə etməmiş, 2020-ci ilin oktyabr ayının ortalarında Təqsirləndirilən şəxs ilə tanış olmuş, onunla tanış olandan sonra normal münasibətləri yaranmağa başlamışdır. Təxminən 20-25 gün əvvəl Rəşad ona məxsus olan “Chevrolet Cruise” markalı, **-EK-*** qeydiyyat nişanlı avtomobillə Xanlar rayonuna getmək üçün müraciət etmiş, deməsinə görə, Rəşad orada bir nəfər şəxsə pul verməli olmuşdur. Rəşadla normal münasibətləri olduğuna görə onunla razılaşmış və birlikdə Gəncə şəhərindən yola düşmüşlər. Maşında onlardan başqa adam olmamış və maşını özü idarə etmişdir. Rəşad isə avtomobilin qabaq sərnişin oturacağında oturmuşdur. Gəncə şəhərindən yolda düşüb təxminən 30 dəqiqə yol getdikdən sonra Rəşad cibindən bir ədəd siqaret giləsini çxarıb onun içərisində narkotik vasitə marixuana olduğunu demiş və çəkmək istəyib-istəmədiyimi soruşmüşdur. Fikirlərini dağıtmaq üçün narkotik vasitə çəkə biləcəyini demiş, bu zaman Rəşad narkotik vasitəni yandırmış və ikisi həmin siqaret giləsini çəkib qurtarmışlar. Bundan sonra yollarına davam etmişlər və Xanlar rayonunda işlərini qutarandan sonra Gəncə şəhərinə geri qayıtmışlar. Bundan sonra sağollaşıb ayrılmışlar. Bu hadisədən bir müddət sonra yenidən Rəşadla birlikdə narkotik vasitə istifadə etməyə başlamışlar. Narkotik vasitələri mütəmadi olaraq Rəşad özü ilə gətirmiş və ondan birlikdə istifadə etmişlər. Rəşad istifadə etdikləri narkotik vasitələrin müqabilində ondan pul və ya digər əşya almamış, həmçinin heçnə istəməmişdir. Təxminən 4-5 gün əvvəl Rəşadla Gəncə şəhərində yerləşən 17 saylı məktəbin yaxınlığında görüşmüş, görüş zamanı ondan istifadə etmək məqsədi ilə narkotik vasitə almaq istədiyini demiş, bu zaman Rəşad üzərində narkotik vasitə marixuana olduğunu bildirmiş və bir ədəd kibrit qutusunu ona təqdim edərək onu 20 manata sata biləcəyini bildirmişdir. Onunla razılaşmış və ona 20 manat pul verib narkotik vasitəni bir ədəd kibrit qutusunda almışdır. Bundan sonra onunla bir daha danışmamış, narkotik vasitəni Rəşaddan alan zaman onların yanında başqa adam olmamışdır. Həmin müddətlərdə xəstə olduğuna görə evdən çölə çıxmamış və narkotik vasitədən istifadə edə bilməmiş, narkotik vasitələri isə ailə üzvləri görməsin deyə avtomobilinin arxa yük hissəsində gizlətmişdir. 17.02.2021-ci il tarixdə səhər saatlarında evdən iş axtarmaq məqsədi ilə çıxan zaman Rəşaddan aldığı narkotik vasitələri istifadə etmək üçün üzərində götürmüş, Gəncə şəhəri, Kəpəz rayonu, Sevinc qəsəbəsində olan zaman bir nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq kim olduğunu soruşmuşdur. Özümü təqdim edərək Şahid6 olduğumu demiş, bu zaman həmin şəxslər özlərini təqdim edərək xidməti vəsiqələrini göstərib polis əməkdaşı olduqlarını, narkotik vasitələrin və psixotrop maddələrin üzərində saxlamağı barədə onlarda məlumat olduğunu deyərək onu Kəpəz RPİ-yə dəvət etmişlər. Vəziyyəti bilib onlara etiraz etməmiş və ifşa olduğunu bilib Kəpəz RPİ-yə gəlmişdir. Kəpəz RPİ-yə gələndən sonra onu təhqiqatçının xidməti iş otağına aparmışlar. Xidməti iş otağında olan zaman təhqiqatçı tərəfindən hüquqlarının müdafiə olunması məqsədi ilə Gəncə şəhər 1 saylı vəkil Bürosunun vəkillərinin adlarının olduğu siyahını təqdim edilmiş, siyahıda olan vəkillərdən istənilən biri tərəfindən hüquqlarının müdafiə edilməsinə etirazının olmadığını demiş, bundan sonra təhqiqatçı vəkil Yusif Hüseynovu dəvət etmişdir. Vəkil gəldikdən sonra təhqiqatçı ondan vəkilə etirazının olub-olmadığını soruşmuş, etirazının olmadığını bildirmiş, daha sonra ona hüquq və vəzifələri izah olunaraq üzərində şəxsi axtarış aparılacağı bildirilmişdir. Buna etiraz etmədən razılaşmış, daha sonra təhqiqatçı tərəfindən üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış aparılan zaman təhqiqatçı ilkin olaraq ona üzərində olan əşyalarını təqdim etməyini xahiş etmişdir. Əynində olan göy rəngli cins şalvarın ön sağ yan cibindən bir ədəd bükümdə narkotik vasitə olan marixuananı, şalvarının sağ cibindən mobil telefonunu və pulu təqdim etmişdir. Daha sonra üzərinə şəxsi axtarş keçirilmiş və üzərindən qanunla qadağan edilmiş hər hansı əşya aşkar edilməmişdir. Sorğu zamanı pulların və mobil telefonun özünə məxsus olduğunu bildirmiş, daha sonra isə aşkar edilmiş bükümdəkinin narkotik vasitə olan marixuana olduğunu, onu 4-5 gün bundan əvvəl tanışı Təqsirləndirilən şəxs Gəncə şəhərində yerləşən 17 saylı məktəbin yanında aldığını, bunun müqabilində ona 20 manat pul verdiyini və onunla birlikdə bir neçə dəfə narkotik vasitələrdən istifadə etdiyini bildirmişdir. Bundan sonra pulu özünə geri qaytarılmış, mobil telefonu götürülmüş, narkotik vasitə isə ayrılıqda qablaşdılaraq götürülmüşdür. Bundan sonra videoçəkiliş dayandırılıb onunla bərabər digər iştirakçılara da həmin videoçəkiliş nümayiş etdirilmiş, sonda isə bu barədə protokol tərtib olunaraq ucadan oxunmuş, düz yazıldığı üçün digər iştirakçılarla birlikdə həmin protokola imza etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 16 fevral 2021-ci il tarixdə Gəncə şəhər sakini “Rəşad” adlı şəxsin qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələr əldə etməsi, özündə və yaşadığı ünvanda saxlayaraq daşıması və satışı ilə məşğul olması barədə məlumat daxil olmuş, həmin məlumat tərəfindən rəsmiləşdirilmiş və əməliyyat qrupu yaradılmışdır. Həmin qrupa şöbənin əməliyyat müvəkkilləri Şahid4, Şahid5, Şahid1 və təhqiqatçı Yusif Yusifov da daxil olmuşdur. Qrup üzvlərinə keçiriləcək əməliyyat tədbiri zamanı nə cür hərəkət etmələri barədə təlimatlandırılmışlar. Rəşad adlı şəxsin Gəncə şəhəri, Kəpəz rayonunda yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmiş və onun Gəncə şəhəri Kəpəz rayonunda olması barədə əməliyyat məlumatı daxil olduqdan sonra həmin şəxsi müəyyən etmək üçün qeyd olunan ünvana yola düşmüşlər. Gəncə şəhərinə çatan zaman təhqiqatçı X12 RPİ-nin inzibati binasına getmiş, Təqsirləndirilən şəxs Gəncə şəhəri, Kəpəz rayonu, Atatürk prospekti ilə X13 prospektinin kəsişməsində olması barədə əməliyyat məlumatı daxil olduqudan sonra 16.02.2021-ci il tarixdə saat 20 radələrində həmin yerdə xarici görünüşü Təqsirləndirilən şəxs oxşar şəxsə yaxınlaşaraq anket məlumatlarını soruşmuşlar. Bu zaman həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmiş, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olması barədə məlumat daxil olduğunu deyərək onu Kəpəz RPİ-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs buna etiraz etməmiş və onlarla birlikdə Kəpəz RPİ-yə gəlmişdir. Polis İdarəsində Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya psixotrop maddə olması ehtimal edildiyindən üzərinə şəxsi axtarış keçirilməsi məqsədilə onu təhqiqatçı Yusif Yuifovun olduğu xidməti iş otağına aparmışlar. Orada təhqiqatçı Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edib vəkillərin siyahısını təqdim etmiş, sonuncu siyahıda olan vəkillərdən istənilən vəkil tərəfindən hüquqlarının müdafiə edilməsinə etiraz etmədiyini bildirmişdir. Bundan sonra Gəncə şəhər 1 Saylı Vəkil Bürosundan vəkil dəvət edilərək Təqsirləndirilən şəxs təqdim olunduqdan sonra həmin vəkilə etirazının olub-olmaması soruşulmuş, sonuncu vəkilə etiraz etmədiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli bilindiyi və bununla bağlı video çəkilişdən istifadə edilməklə onun üzərinə şəxsi axtarış aparılacağı deyilmiş, sonuncu buna etiraz etmədiyini, üzərinə şəxsi axtarış aparılmasına razı olduğunu demişdir. Təqsirləndirilən şəxs etiraz etmədikdən sonra qərara əsasən ona təklif edilmişdir ki, üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə varsa könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs masaya doğru yaxınlaşaraq əynində olan gödəkcənin iç sol yan cibindən kartları, şəxsiyyət vəsiqəsini, 02 ədəd kibrit qutusunu, 03 ədəd bükümü, şalvarının ciblərindən açarları, pulu, və mobil telefonu çıxarıb təqdim etmiş, daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış, lakin qanunla qadağan edilmiş hər hansı əşya aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi əşyalara baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi mobil telefon və şəxsiyyət vəsiqəsi götürülsə də, açarlar, pul və plastik kartlar özünə geri qaytarılmışdır. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi digər əşyalara baxış keçirilməyə başlanmış, sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlələrin narkotik vasitə olduğunu demiş, kibrit qutuları açıldıqda onların içərisində narkotik vasitə qurudulmuş marixunaya, bükümlərin içərisində isə narkotik vasitə olan tiryəkə oxşar kütlələr aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlələri həmin gün yaşadığı evin yaxınlığından tapdığını demiş, bükümlər qablaşdırılaraq götürülmüş, bundan sonra baxış keçirilməsinin nəticəsinə dair baş təhqiqatçı tərəfindən protokol tərtib olunmuş, protokol iştirakçılara ucadan oxunmuş, protokol düzgün tərtib edildiyindən imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4, Şahid5 və Şahid1 eyni məzmunlu ifadə verərək Şahid2 ifadəsində göstərilən xüsusatları təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 17 fevral 2021-ci il tarixdə Gəncə şəhər sakini “Kamaləddin” adlı şəxsin qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələr əldə etməsi, özündə saxlayaraq daşıması barədə məlumat daxil olmuş, həmin məlumat tərəfindən rəsmiləşdirilmiş və əməliyyat qrupu yaradılmışdır. Həmin qrupa o, şöbənin əməliyyat müvəkkilləri Elçin Rüstəmov, Rüstəm Rüstəmov və təhqiqatçı Yusif Yusifov da daxil olmuşdur. Qrup üzvlərinə keçiriləcək əməliyyat tədbiri zamanı nə cür hərəkət etmələri barədə təlimatlandırılmışlar. Kamaləddin adlı şəxsin Gəncə şəhəri, Kəpəz rayonunda yaşayan Şahid6 olması müəyyən edilmiş və onun Gəncə şəhəri Kəpəz rayonunda olması barədə əməliyyat məlumatı daxil olduqdan sonra biz həmin şəxsi müəyyən etmək üçün qeyd olunan Kəpəz rayonuna yola düşmüşlər. Gəncə şəhərinə çatan zaman təhqiqatçı X12 RPİ-nin inzibati binasına getmiş, Şahid6 Gəncə şəhəri, Kəpəz rayonu, Sevinc qəsəbəsində olması barədə əməliyyat məlumatı daxil olduqudan sonra 17.02.2021-ci il tarixdə saat 12 radələrində həmin yerdə xarici görünüşü Şahid6 oxşar şəxsə yaxınlaşaraq anket məlumatlarını soruşmuşlar. Bu zaman həmin şəxs özünü təqdim edərək Şahid6 olduğunu bildirmiş, sonuncuya qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olması barədə məlumat daxil olduğunu deyib onu Kəpəz RPİ-yə dəvət etmişlər. Şahid6 buna etiraz etməmiş və onlara birlikdə Kəpəz RPİ-yə gəlmişdir. Polis İdarəsində Şahid6 üzərində narkotik vasitə və ya psixotrop maddə olması ehtimal edildiyindən üzərinə şəxsi axtarış keçirilməsi məqsədilə onu təhqiqatçı Yusif Yuifovun olduğu xidməti iş otağına aparmışlar. Orada təhqiqatçı Şahid6 hüquq və vəzifələrini izah edib vəkillərin siyahısını təqdim etmiş, sonuncu siyahıda olan vəkillərdən istənilən vəkil tərəfindən hüquqlarının müdafiə edilməsinə etiraz etmədiyini demiş, bundan sonra Gəncə şəhər 1 Saylı Vəkil Bürosundan vəkil dəvət edilib və Şahid6 təqdim olunaraq həmin vəkilə etirazının olub-olmaması soruşulmuşdur. Bu zaman Şahid6 vəkilə etiraz etmədiyini bildirmiş, bundan sonra sonuncunya qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli bilindiyi və bununla bağlı video çəkilişdən istifadə edilməklə onun üzərinə şəxsi axtarış aparılacağı deyilmiş, Şahid6 buna etiraz etmədiyini, üzərinə şəxsi axtarış aparılmasına razı olduğunu demişdir. Şahid6 etiraz etmədikdən sonra qərara əsasən ona təklif edilmişdir ki, üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə varsa könüllü olaraq təqdim etsin. Şahid6 masaya doğru yaxınlaşaraq əynində olan göy rəngli cins materialları şalvarın ciblərindən mobil telefonunu, pulunu, şalvarının ön sağ yan cibindən bir ədəd bükümü çıxarıb təqdim etmiş, daha sonra Şahid6 üzərinə şəxsi axtarış aparılmış, lakin qanunla qadağan edilmiş hər hansı əşya aşkar edilməmişdir. Daha sonra Şahid6 təqdim etdiyi əşyalara baxış keçirilmiş, baxış zamanı sonuncunun təqdim etdiyi mobil telefon götürülsə də, pul özünə geri qaytarılmışdır. Daha sonra Şahid6 təqdim etdiyi digər əşyalara baxış keçirilməyə başlanmış, sorğu zamanı o, həmin bükümün içərisində narkotik vasitə marixuana olduğunu, onu bir neçə gün əvvəl tanışı Təqsirləndirilən şəxs 20 manata aldığını, həmçinin onunla bir neçə dəfə narkotik vasitələr istifadə etdiyini bildirmişdir. Həmin bükümə baxış keçirilən zaman onun içərisində narkotik vasitə qurudulmuş marixuana olması müşahidə edilmiş, büküm qablaşdılaraq götürülmüş, bundan sonra baxış keçirilməsinin nəticəsinə dair baş təhqiqatçı tərəfindən protokol tərtib olunmuş, protokol iştirakçılara ucadan oxunmuş və protokola qeydlər daxil olmamış, imzalarla təsdiq edilmişdir. İş materiallarında olan: “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” 16.02.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək tədbirin gedişi zamanı şəraitdən asılı olaraq onun olduğu yerin və nəqliyyat vasitəsinin müşahidəsinin aparılması, tutulduqdan sonra zərurət olduğu təqdirdə üstünün yoxlanılması, polis orqanına gətirilməsi və üzərinə, ondan aşkar edilmiş əşyalara, nəqliyyat vasitəsinə və yaşayış yerinə baxış keçirilməsi, onun yaxalanmasından ötrü əməliyyat qrupunun yaradılması qərara alınmışdır. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 16.02.2021-ci il tarixli protokoldan və protokola əlavə edilmiş DVD diskdəki videogörüntüdən görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli gödəkçənin iç sol yan cibindən narkotik vasitə qurudulmuş marixuanaya və narkotik vasitə tiryəkə oxşar maddələr aşkar edilərək götürülmüşdür. “Mənzilə baxış və götürmə aparılması haqqında” 17.02.2021-ci il tarixli protokoldan və həmin protokola əlavə edilmiş DVD diskdəki videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanda yerləşən 8 saylı mənzilə baxış keçirilmiş və hər hansı kənar əşya, maddə aşkar edilməmişdir. “Şübhəli şəxsin dindirilməsi haqqında” 18 fevral 2021-ci il tarixli protokoldan və “Təqsirləndirilən şəxsin dindirilməsi haqqında” 18 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğlu həm şübhəli, həm də təqsirləndirilən şəxs qismində dindirilərkən onun üzərindən aşkar edilib götürülən narkotik vasitələr- tiryək və marixuananı öz şəxsi istifadəsi üçün götürdüyünü, lakin sonradan ondan istifadə etməmək qərarına gələrək atmaq üçün üzərində saxladığını demiş, lakin heç kimə narkotik vasitə satmadığını bildirmişdir. Məhkəmə-bioloji ekspertizasının 17 fevral 2021-ci il tarixli 7/195 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən...” yazısı və imzalar olan kağız paketdəki 02 (iki) ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri: 5,558 qram, 6,015 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Ümumi çəkisi 11,573 qramdır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidir. İş üzrə təyin edilmiş kompleks məhkəmə-bioloji və məhkəmə-kimyəvi ekspertizasının 17 fevral 2021-ci il tarixli 6/686 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” yazısı olan paketdəki 3 (üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 2,054 qr, 1,757 qr, 0,850 qr ümumi təmiz çəkisi 4,661 qram tünd qəhvəyi rəngli qətranabənzər maddələr xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - tiryəkdir. Tədqiqata təqdim edilmiş 3 (üç) ədəd bükümdəki tiryək xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidir. Tiryəkin ümumi təmiz çəkisi: 4,661 qr, tədqiqata sərf edildiyi miqdarı ümumi 0,09 qram, qalıq: 4,571 qramdır. Məhkəmə-bioloji ekspertizasının 19 fevral 2021-ci il tarixli 7/202 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində Təqsirləndirilən şəxs üzərindən götürülmüş 2 ədəd kibrit qutusunda olan marixuanalarla X2 üzərindən götürülmüş bir ədəd gümüşü rəngli kağız bükümdəki marixuana tərkiblərinə görə eynidir. Məhkəmə-kimyəvi ekspertizasının 22.02.2021-ci il tarixli 527/K nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürlmüş qan və sidik nümunələrinin tərkibində çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən “Kannabinoid” aşkar edilmiş, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, fenilalkilamin qrupu törəmələri, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. “Mobil telefon aparatına baxış keçirilməsi haqqında” 18 fevral 2021-ci il tarixli protokoldan görünür ki, X3 məxsus bir ədəd “Samsung” markalı mobil telefon aparatına baxış keçirilmiş, baxış nəticəsində cinayət işi üzrə əhəmiyyətli hallar, narkotik vasitələrin alqı-satqısına dair hər hansı məlumat aşkar edilməmişdir. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəis müavini F.Vəliyevin 30 mart 2021-ci il tarixli məktubundan görünür ki, istintaq zamanı narkotik vasitənin əldə edilmə mənbəyinin müəyyən edilməsi məqsədilə əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqana verilmiş istintaq tapşırığının icrası zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə bağlı məlumat daxil olsa da, həmin şəxslərin əhatə dairəsini, analoji cinayət əməllərini, cinayətkar əlaqələrini, onun Şahid6 və digər şəxslərlə əlbirliklərinin müəyyən edilməsi məqsədilə əməliyyat-axtarış tədbirləri keçirilmiş, lakin müsbət nəticə əldə edilməmişdir. Məhkəmə-narkoloji ekspertizasının 05 aprel 2021-ci il tarixli 957 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən başlanğıc mərhələli narkomaniya xəstəliyi aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. “Diskə baxış keçirilməsi haqqında” 04 may 2021-ci il tarixli protokoldan görünür ki, cinayət işi üzrə "xxxx" MMC-dən daxil olmuş 01 ədəd diskdə Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** mobil telefon nömrəsinə daxil olan və çıxan zənglərin siyahısı və telefon nömrələrinin sahiblərinə dair məlumatlara baxış keçirilmiş və cinayət işi üzrə əhəmiyyətli hallar, narkotik vasitələrin alqı-satqısı ilə bağlı məlumatlar aşkar edilməmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” 04 may 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli gödəkçənin iç sol yan cibindən aşkar edilərək götürülmüş 02 (iki) ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 5,558 qram, 6,015 qram, ümumi çəkisi 11,573 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana və 3 (üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 2,054 qr, 1,757 qr, 0,850 qr ümumi təmiz çəkisi 4,661 qram tünd qəhvəyi rəngli qətranabənzər maddələr xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək iş üzrə maddi sübut kimi tanınmışdır. Həmin qərarla X2 barəsində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, İXM-in 206-cı maddəsinə əsasən inzibati təsir tədbirlərinin görülməsi üçün materialın aidiyyəti üzrə göndərilməsi qərara alınmış, Şahid6 cinayət işi üzrə şahid qismində saxlanılmışdır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmiş və məhkum olunmamışdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi” haqqında Azərbaycan Respublikasinin Qanunun İ siyahısının 12-ci bəndində qurudulmuş marixuana adlı narkotik vasitənin şəxsi istehlak miqdarından artıq miqdarının 5 qram olması, külli miqdarın aşağı həddinin 500 qram, İ siyahısının 19-cu bəndində tiryək adlı narkotik vasitənin şəxsi istehlak miqdarından artıq miqdarının 0,5 qram, külli miqdarın aşağı həddinin 50 qram olması göstərilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi ilə mübarizə haqqında haqqında» Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununun 19-cu maddəsinin 1-ci hissəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların şəxsi istehlak miqdarından artıq olan miqdarda hazırlanması, kultivasiyası, əldə edilməsi, saxlanması, daşınması və ya göndərilməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada cinayət məsuliyyətinə səbəbdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddəsinə əsasən: 145.1. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. 145.2. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. 145.3. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011- ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, Cinayət Məcəlləsinin Xüsusi hissəsində təsbit olunmuş hər bir maddə konkret ictimai münasibətləri mühafizə altına alır, həmin münasibətləri cinayətkar qəsdlərdən qoruyur. Belə münasibətlər, terminoloji anlamda, cinayət tərkibinin zəruri elementi hesab olunan və «cinayətin bilavasitə obyekti» adlandırılan məfhumla ifadə olunur. Cinayətin bilavasitə obyekti cinayət qanunu ilə qorunan, cinayətin qəsd etdiyi və nəticədə zərər yetirilən və ya real zərər yetirilmə təhlükəsinə məruz qalan sosial əhəmiyyətli konkret dəyər, maraq və sərvətdir. Cinayətin bilavasitə obyekti konkret cinayətin zəruri elementi olmaqla əməlin konkret maddə ilə tövsifinin dəqiqləşdirilməsində mühüm rol oynayır. Cinayətin digər əlamətləri ilə yanaşı, onun obyektinin də dəqiq müəyyən olunması, əməlin faktiki əlamətlərinin cinayət qanununda nəzərdə tutulan konkret cinayət tərkibinin əlamətləri ilə eyniliyinin müəyyən olunmasına şərait yaradır. Əməlin tövsifinin mahiyyəti də elə bundan ibarətdir; öncə, cinayət hadisəsi baş verdikdən sonra kriminal qəsdə məruz qalan obyekt müəyyənləşdirilir, bundan sonra cinayət qanununda eyni münasibətləri, yəni eyni obyekti qoruyan maddə müəyyənləşdirilir və nəhayət tövsiyyə olunan maddədəki cinayət tərkibinin obyektinin əlamətləri ilə hadisə nəticəsində zərər görmüş obyektin faktiki əlamətləri üst-üstə düşərsə əməl uyğun maddə ilə də tövsif olunur. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMin 234.2-ci maddəsi ilə ittiham irəli sürülərək onun üzərindən aşkar edilmiş narkotik vasitələri satış məqsədi ilə əldə edib saxladığı və daşıdığı, bir hissəsini isə X1 göstərilmişdir. İttihamın həmin hissədə təsdiqi kimi X2 ifadəsi, eləcə də Şahid6 üzərindən aşkar edilmiş qurudulmuş marixuana kütləsinin Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş qurudulmuş marixuana kütləsi ilə eyni tərkibli olması əsaslandırılmışdır. İbtidai istintaq orqanı təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə irəli sürülmüş ittihamı təsdiq edən ən əsas sübut kimi ibtidai istintaq zamanı şübhəli şəxs qismində dindirilmiş X2 ifadəsinə əsaslanmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, ibtidai istintaq mərhələsində ona polis əməkdaşları tərəfindən təzyiq edilməsi, habelə ona Təqsirləndirilən şəxs videogörüntüsünün göstərilərək Rəşadın onun adını çəkdiyi və ona narkotik vasitəni satdığını deməsinin bildirilməsi nəticəsində məcbur qalaraq həqiqətə uyğun olmayan ifadə vermiş, əslində isə Təqsirləndirilən şəxs ona narkotik vasitə satmamışdır. Şahid6 həm ibtidai istintaqda, həm də məhkəmə iclasında verdiyi ifadələrində əvvəllər bir neçə dəfə Təqsirləndirilən şəxslə birlikdə qurudulmuş marixuanadan istifadə etdiklərini, narkotik vasitəni Rəşadın tapıb gətirdiyini, lakin narkotik vasitə üçün ondan pul almadığını bildirmişdir. Buna baxmayaraq Şahid6 ibtidai istintaqda şübhəli şəxs qismində dindirilərkən ona nəyə görə yalnız sonuncu dəfə (əməliyyat-axtarış tədbirindən 4-5 gün qabaq) Təqsirləndirilən şəxs ona narkotik vasitəni pul müqabilində verməsi ilə bağlı sual verilməmiş, onların arasındakı münasibətlər aydınlaşdırılmamışdır. Belə ki, Şahid6 məhkəmə iclasında verdiyi ifadədən müstəqil şəkildə götürüldükdə belə, onun ibtidai istintaqda verdiyi ifadəsi daxilən ziddiyyətlidir. Şahid6 Təqsirləndirilən şəxslə dost olduqlarını, Təqsirləndirilən şəxs bir neçə dəfə ona təmənnasız olaraq narkotik vasitə verdiyini bildirir, lakin nədənsə sonuncu dəfə narkotik vasitəni ona pulla satdığını bildirir və ibtidai istintaq orqanında şahidin bu ifadəsi heç bir sual doğurmur. Verilmiş ittihamda da Şahid6 narkotik vasitəni nə vaxt və harada əldə etməsi ilə bağlı araşdırma aparılmır və “naməlum vaxtda və yerdə” ifadəsindən istifadə edilir. Halbuki, Şahid6 ibtidai istintaqdakı ifadəsində narkotik vasitəni tutulmazdan 4-5 gün əvvəl 17 saylı məktəbin yanında görüşüb aldığını bildirmişdir. Şahid6 ifadəsinin “narkotik vasitəni 20 manat pul müqabilində almaq” hissəsi təqsirləndirilən şəxsə qarşı ittiham irəli sürülməsində istifadə olunsa da ifadənin narkotik vasitənin alınma yeri və vaxtı barədə hissəsi ilə belə çıxır ki, istintaq orqanı razılaşmır və ifadənin həmin hissəsi ilə bağlı araşdırma aparmaq zərurəti də görmür. Bundan başqa, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefon nömrəsinə daxil olan və çıxan zənglərin siyahısı və həmin telefon nömrələrinin sahiblərinə dair məlumatların yoxlanması zamanı da cinayət işi üzrə əhəmiyyətli hallar, o cümlədən narkotik vasitələrin alqı-satqısı ilə bağlı danışıqların aparılmasına dair məlumatlar aşkar edilməmişdir. Həmçinin, Şahid6 mobil telefonuna baxış keçirilərkən də narkotik vasitələrin alqı-satqısına dair məlumatlar, onun Təqsirləndirilən şəxslə əlaqələrinə dair məlumatlar aşkar edilməmişdir. Göründüyü kimi, ittihamın əsasını təşkil edən şahidin ibtidai istintaq zamanı verdiyi Təqsirləndirilən şəxs 20 manat pul müqabilində narkotik vasitə alması barədə ifadə ilə məhkəmə istintaqı zamanı verdiyi ifadə arasında ziddiyyət mövcuddur. Həmin ifadə daxilən də ziddiyyətli olmaqla ibtidai istintaq zamanı ifadədəki ziddiyyətlər araşdırılmamış və aradan qaldırılmamışdır. Təqsirləndirilən şəxsin narkotik vasitəni satış məqsədi ilə əldə etməsini təsdiq edən heç bir başqa sübut da yoxdur. Digər tərəfdən qeyd edilməlidir ki, təqsirləndirilən şəxsin yaşadığı mənzilə baxış keçirilsə də yaşadığı mənzildən heç bir qanunsuz predmet, narkotik vasitə, narkotik vasitənin qablaşdırılması üçün hər hansı bir cihaz və ya avadanlıq da aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş qurudulmuş marixuana və tiryəkin ümumi miqdarı və bükümlərdəki maddələrin ayrı-ayrılıqda çəkisi təqsirləndirilən şəxsin narkotik vasitələri şəxsi istifadəsi üçün əldə etməsi barədə ibtidai istintaqda verdiyi ifadəsinin inandırıcılığına dəlalət edir. Məhkəmə xüsusi olaraq qeyd etməyi vacib hesab edir ki, şəxsin başqa şəxsin cinayət əməli törətməsi barədə şübhəli şəxs qismində verdiyi ifadə ilə müqayisədə şahid qismində verdiyi ifadə daha mötəbər qəbul edilməlidir. Belə ki, şəxs şübhəli şəxs statusunda olduqda ona bilə-bilə yalan ifadə verməyə görə cinayət məsuliyyəti barədə xəbərdarlıq edilmir və şəxsin cinayət məsuliyyətinə cəlb edilmə təhlükəsi qarşısında özünün məsuliyyətini yüngülləşdirmək üçün yalan ifadə verməsi də mümkün ehtimaldır. Şahid6 hazırkı iş üzrə ibtidai istintaq zamanı 18 fevral 2021-ci il tarixdə şübhəli şəxs qismində dindirilmiş, protokoldan da göründüyü kimi ona bilə-bilə yalan ifadə verməyə görə cinayət məsuliyyəti daşıması barədə xəbərdarlıq edilməmişdir. Həmin gün hər iki şübhəli şəxs, yəni Təqsirləndirilən şəxs və Şahid6 üzləşdirilmişdir. Şahid6 barəsində şübhələr təsdiq edilmədiyindən o, 19 fevral 2021-ci il tarixli qərarla azad edilmiş, 04 may 2021-ci il tarixli qərarla onun barəsində cinayət işinin başlanması rədd edilmişdir. Bu baxımdan Şahid6 ibtidai istintaqda verdiyi ifadələrində Təqsirləndirilən şəxs 20 manat pul müqabilində narkotik vasitə olan qurudulmuş marixuana alması onun şahid qismində məhkəmədə verdiyi ifadəsi ilə təkzib edildiyindən və iş materiallarında Təqsirləndirilən şəxs Şahid6 narkotik vasitə satmasını təsdiq edən başqa sübut olmadığından məhkəmə Şahid6 şübhəli şəxs qismində verdiyi ifadəsini mötəbər sübut kimi qəbul etmir. Məhkəmə, iş üzrə mövcud sübutları qiymətləndirib, iş materiallarını təhlil edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi, yəni onun narkotik vasitə olan qurudulmuş marixuana və tiryəki satış məqsədi ilə əldə etməsi, saxlaması, daşıması və sartması məhkəmə istintaqı zamanı sübuta yetirilməmişdir. Bununla yanaşı məhkəmə tədqiq edilmiş sübutlarla Təqsirləndirilən şəxs satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan qurudulmuş marixuana və tiryəki qanunsuz olaraq əldə edib üzərində saxlaması və daşıması cinayətini törətməsinin təsdiq olunduğunu qeyd edir. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində tutulduğu zaman ümumiyyətlə onun üzərində narkotik vasitə olmadığını bildirsə də məhkəmə həmin ifadəyə tənqidi yanaşır. İlk növbədə qeyd edilməlidir ki, təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi ifadələrinin hamısını təkzib edir. Qeyd olunmalıdır ki, təqsirləndirilən şəxs ibtidai istintaq zamanı bir neçə dəfə üzərindən aşkar edilmiş narkotik vasitələrə münasibət bildirmişdir. Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadədə tutulduğu zaman təzyiqlərə məruz qaldığını, nəyə imza etdiyini və nə üçün imza etdiyini bilmədiyini, ibtidai istintaqdakı ifadəsinin təzyiq altında alındığını bildirmişdir. Məhkəmə həmin dəlilləri aşağıdakılara əsasən əsassız hesab edir: İlk növbədə təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və videoçəkiliş aparılmaqla, müdafiəçinin iştirakı ilə onun üzərində şəxsi axtarış aparılmışdır. Həmin videogörüntülərdən təqsirləndirilən şəxsin xüsusi psixoloji vəziyyətdə olması, yəni baş verən hadisələrə reaksiyasının adekvat olmaması müəyyən edilmir. Şübhəli şəxs qismində 17.02.2021-ci il tarixdə ifadəsi alındıqdan sonra təqsirləndirilən şəxs qismində 18.02.2021ci il tarixdə ifadə verir. Hər iki ifadə bir-biri ilə üst-üstə düşür və təqsirləndirilən şəxs narkotik vasitələrin özünə məxsus olduğunu etiraf edir, lakin həmin narkotik vasitələri şəxsi istifadəsi üçün saxladığını və heç kimə satmaq niyyətinin olmadığını və satmadığını bildirir. 05.05.2021-ci il tarixdə təqsirləndirilən şəxs bu dəfə özünün seçdiyi müdafiəçinin iştirakı ilə dindirilir və eyni ifadəni təkrar edir. 19.05.2021-ci il tarixdə təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə cinayət işinin materialları ilə tanış olarkən vəsatət verir və özünü Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə deyil, 234.1-ci maddəsi ilə təqsirli bildiyini göstərir. Bundan başqa təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətə 18.02.2021-ci il tarixdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində baxılarkən ona qarşı irəli sürülmüş ittihamla özünü qismən təqsirli bildiyini, narkotik vasitəni yaşadığı evin yaxınlığındakı işıq dirəyinin dibində tapdığını və öz istifadəsi üçün üzərində saxladığını, heç kimə satmadığını və satmaq niyyətinin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs yalnız tutulduğu zaman təzyiqə məruz qaldığını və ifadə verməyə məcbur edildiyini bildirsə də tutulduqdan xeyli müddət sonra da narkotik vasitəni şəxsi istifadəsi üçün əldə edib saxladığını etiraf etmişdir. Bundan başqa Bakı şəhəri Nərimanov Rayon Prokurorluğunun müstəntiqi Aytəkin Əhmədovanın 26 yanvar 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən təzyiq, təhqir, işgəncə və qeyri-insani davranışa məruz qalması faktı üzrə aparılmış araşdırma nəticəsində cinayət işinin başlanması rədd edilmişdir. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxsin tutulduğu zaman üzərində heç bir narkotik vasitənin olmaması ilə bağlı məhkəmə iclasında verdiyi ifadəsini həqiqətə uyğun olmayan hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan qurudulmuş marixuana və tiryəki əldə etməsi və saxlaması tamamilə sübuta yetirilir. Ona görə də, onun əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilməlidir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Elektron məhkəmə” informasiya sisteminindən əldə edilmiş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs X8 ilə evlidir və 11.04.2016-cı il təvəllüdlü X9 adlı bir uşağı vardır. Məhkəmə CM-nin 59.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin himayəsində azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal hesab edir. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etməmişdir. Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə 16 fevral 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli qərarı ilə onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin 08.05.2021-ci il tarixli qərarı ilə həbsdə saxlama müddəti 2 ay müddətinə uzadılmış, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli hazırlıq iclasının qərarı ilə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 11 noyabr 2021-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halın müəyyən edilməsi və ağırlaşdıran halın müəyyən edilməməsi, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsin hökm çıxanadək həbsdə (o cümlədən ev dustaqlığında) saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzasının əvvəli şübhəli şəxs qismində tutulduğu 16 fevral 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs ilk dəfə qəsdən törədilmiş az ağır cinayətin törədilməsinə görə azadlıqdan məhrumetmə cəzasına məhkum edildiyindən CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Hökmün icrasını təmin etmək məqsədilə təqsirləndirilən şəxsin barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək “həbs” qətimkan tədbirinə dəyişdirilməlidir. Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınmış, Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanması kamerasına təhvil verilmiş təmiz qalıq çəkisi 13,3501 qram olan narkotik vasitə - qurudulmuş marixuana və təmiz qalıq çəkisi 4,571 qram olan narkotik vasitə - tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, dörd ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 198.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə xərci - ekspertiza tədqiqatlarının dəyəri olan 325,74 manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə edilməli əmlak və mülki iddia yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən ibtidai istintaq və məhkəmə dövründə həbsdə (ev dustaqlığında) olduğu müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzasının əvvəli 16 fevral 2021-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək “həbs” qətimkan tədbirinə dəyişdirilsin və Təqsirləndirilən şəxs dərhal məhkəmə iclası zalından həbs edilsin. Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar – Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş təmiz qalıq çəkisi 13,3501 qram olan narkotik vasitə - qurudulmuş marixuana və təmiz qalıq çəkisi 4,571 qram olan narkotik vasitə - tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, dörd ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərci - ekspertiza tədqiqatının dəyəri olan 325,74 manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM, VÖEN **********, AZ34CTRE**********0002088501, X5, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə münasibətdə isə surəti ona verildiyi andan 20 gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə (təqsirləndirilən şəxs tərəfindən həmçinin həbsdə saxlama yerinin müdiriyyətinin vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddətlər ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Qocayev
Məhkəmə qərarları › İş №1(043)-9/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-9/2022
31.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver