Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-90/2022 29.06.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçi-Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə 29 iyun 2022-ci il tarixdə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında, xx.xx.1966-cı ildə Ermənistan Respublikasının Vardenis rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Gəncə şəhəri, Cavadxan qəsəbəsi, Yeni Yaşayış massivində yaşayan, məhkumluğu olmayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə, müəyyən etdi : Məhkəmə istintaqında müəyyən edildi ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd göy rəngli sellofan torbadakı təmiz çəkisi 420 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib özündə saxlamış, xx.xx.2022-ci tarixdə saat 17 radələrində həmin narkotik vasitəni üzərində daşıyarkən Nəqliyyatda Baş Polis İdarəsinin Gəncə stansiyasında xətt polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində X3 Vağzalı ərazisində saxlanılaraq Gəncə stansiyasında xətt polis şöbəsinin inzibati binasına aparılmış və orada üzərinə baxış keçirilərkən əlində saxladığı göy rəngli sellofan torbadan həmin 420 qram çəkidə olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü tam təqsirli bildi. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin «sübutların toplanılması, yoxlanılması və qiymətləndirilməsi»ndən bəhs edən 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual qanunvericiliyin tələbləri baxımından məhkəmə istintaqında şahid qismində dindirilmiş şəxslərin ifadəsini, ekspert rəyini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün sübut növləri kimi qəbul edir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ifadəsində göstərdi ki, Şəmkir rayonunda qeydiyyatda olsa da mütəmadi olaraq Gəncə şəhərində müxtəlif ünvanlarda yaşayır. 08 mart 2022-ci ildə saat 15 radələrində X3 vağzalının ətrafında gündəlik qalmaq üçün kirayə ev axtaran zaman “buz zavodu” deyilən ərazidə yerdə göy rəngli selofan torba görmüş, həmin torbanı götürərək içərisinə baxmış və orada narkotik vasitə olan marixuana olduğunu bilmişdir. O, həmin göy rəngli selofan torbanın içərisində marixuana olduğunu görüb öz istifadəsi üçün həmin narkotiki götürüb özündə saxlamışdır. Həmin gün saat 17 radələrində X3 vağzalında olarkən mülki geyimdə olan üç nəfər ona yaxınlaşmış, polis əməkdaşları olduqlarını ona demiş və onu Gəncə stansiyasında xətt polis şöbəsinə dəvət etmişlər. O, polis əməkdaşlarının təklifinə əsasən onlarla birlikdə polis şöbəsinə gəlmiş, onun üzərinə baxış keçirilmişdir. Əlində olan torbanı polis əməkdaşlarına təhvil vermişdir. Əməlindən peşman olduğunu və barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, DİNin Nəqliyyatda Baş Polis İdarəsinin Gəncə stansiyasında xətt polis şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Gəncə şəhər sakini Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olması və həmin narkotik vasitəni istifadə etmək məqsədi ilə 08 mart 2022-ci ildə saat 17 radələrində X3 Stansiyasının ərazisinə gələcəyi barədə məlumat daxil olmuş, dərhal bu barədə şöbə rəisinə raportla məruzə olunaraq təxirə salınmaz əməliyyat axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Rəhbərliyin göstərişinə əsasən əməliyyat qrupuna şöbənin əməkdaşları, əməliyyat müvəkkili GündüzYusubov, tağım komandiri Şahid2 və özü daxil olmuşdur. Qərar qəbul olunduqdan sonra qrup üzvləri ilə birlikdə 08 mart 2022-ci ildə saat 17 radələrində X4 Vağzalına gedərək məlumat daxil olan şəxsi müəyyən edib ona yaxınlaşıb özlərini təqdim etməklə şöbəsinin inzibati binasına dəvət etmişlər.Təhqiqatçı tərəfindən şöbəyə gətirilmiş şəxs Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz olaraq daşınmasında və istifadəsində şübhəli şəxs kimi saxlanılması barədə bildirməsindən sonra onun üzərinə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əlində olan göy rəngli selofan torbanın içərisindən narkotik vasitə marixuanaya bənzər kütlə aşkar edildi.Təqsirləndirilən şəxs həmin torbadan aşkar edilmiş kütlənin narkotik vasitə marixuana olduğunu bildirərək sorğu-sual zamanı “buz zavodunun” yaxınlığından tapdığını və özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid3 ilə eyni məzmunlu ifadə vermişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Andandonskinin-Rusiyaya qarşı» işi üzrə xx.xx.2006-cı il tarixli, həmçinin, «Saidinin-Fransaya qarşı» işi üzrə xx.xx.1993-cü il tarixli qərarlarında izah edilir ki, «sübutların mümkünlüyü» daxili qanunvericiliklə tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində əldə edilən, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Məhkəmə, Avropa İnsan Hüquqları Məhkəməsinin bu presedentlərinin şərhləri baxımından ibtidai araşdırma mərhələsində şahid qismində dindirilmiş Şahid1 ifadəsini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul etmişdir. Məhkəmə istintaqında ifadəsi elan edilmiş Şahid1 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin Gəncə stansiyasında xətt polis şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işlədir. Gəncə şəhər sakini Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olması və həmin narkotik vasitəni istifadə etmək məqsədi ilə 08 mart 2022-ci ildə saat 17 radələrində X3 Stansiyasının ərazisinə gələcəyi barədə məlumat daxil olmuş, dərhal bu barədə şöbə rəisinə raportla məruzə olunaraq təxirə salınmaz əməliyyat-taxtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuş, rəhbərliyin göstərişinə əsasən əməliyyat qrupunun təşkil edilməsini, şöbənin əməkdaşları, əməliyyat müvəkkili Şahid3, tağım komandiri Şahid2 və özü həmin qrupun tərkibində olmuşdur. O, həmçinin, qərar qəbul olunduqdan sonra qrup üzvləri ilə birlikdə 08 mart 2022-ci ildə saat 17 radələrində X4 Vağzalına getməkləri, təqribən 17 radələrində alınmış məlumata uyğun nişanələrdə olan bir nəfərin vağzal ərazisində müşahidə etdiklərini, ona yaxınlaşıb özlərini təqdim etməklə Gəncə xətt polis şöbəsinin əməkdaşları olduqlarını bildirdiklərini və həmin şəxsə üzərində narkotik olması barədə məlumat daxil olduğunu dediklərini, həmin şəxsi polis şöbəsinin inzibati binasına dəvət etdiklərini ifadəsində bildirmişdir. Bundan sonra həmin şəxsin onlarla birlikdə Gəncə xətt polis şöbəsinə gətirilməsi, şöbədə dərhal bu barədə rəhbərliyə raportla məruzə etdikdən sonra müvafiq araşdırma başlanıldığını, təhqiqatçı tərəfindən müdafiəçi dəvət olunmasını, saxlanılan şəxsə hüquq və vəzifələrinin izah edilməsini, sonra araşdırmanı aparan təhqiqatçı tərəfindən şöbəyə gətirilmiş şəxs Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz olaraq daşınmasında və istifadəsində şübhəli şəxs kimi saxlanılması barədə bildirməsindən sonra onun üzərinə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əlində olan göy rəngli selofan torbanın içərisindən narkotik vasitə marixuanaya bənzər kütlə aşkar edilməsini, sorğu zamanı Təqsirləndirilən şəxs, həmin torbadan aşkar edilmiş kütlənin narkotik vasitəyə bənzər maddənin nəşə-yəni marixuana olduğunu bildirməsini, həmin narkotiki “buz zavodunun" yaxınlığından tapdığını və özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Cinayət işinin materiallarnda olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X2 Bölməsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 16/287 nömrəli məhkəmə-kimyəvi ekspertizası rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində tədqiqata təqdim edilmiş üzərində «Şübhəli şəxs Məmmədov R» yazılar və imzalar olan göy rəngli polietilen torbadakı, digər göy rəngli polietilen torbada təmiz çəkisi 420 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanadır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanseri tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 488 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xətəliyindən əzab çəkir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı var,narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-in xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Məmmədov X1 Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2016-cı il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Şübhəli şəxsin tutulması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 17:30-da tutulmuşdur. Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi və MSY-dən azad olunması haqqında xx.xx.2022-ci il tarixli, qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə MSY-dən azad olunaraq barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd göy rəngli sellofan torbadakı təmiz çəkisi 420 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib özündə saxlamış, xx.xx.2022-ci tarixdə saat 17 radələrində həmin narkotik vasitəni üzərində daşıyarkən Nəqliyyatda Baş Polis İdarəsinin Gəncə stansiyasında xətt polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində X3 Vağzalı ərazisində saxlanılaraq Gəncə stansiyasında xətt polis şöbəsinin inzibati binasına aparılmış və orada üzərinə baxış keçirilərkən əlində saxladığı göy rəngli sellofan torbadan həmin 420 qram çəkidə olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır cinayət olmaqla narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olan cinayətdir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən olunmadı. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirli bilindiyi cinayət əməlinə görə qanunla müəyyən olunmuş qaydada cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bununla yanaşı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü bəndinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının aşağıdakı izah və tələblərini də nəzərə alır. Belə ki, həmin qərarın 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Göstərilən qərarın 2-ci bəndində isə izah edilir ki, cəzaların tətbiq edilməsi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub olmaması, (məsələn sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və.s) kimi hallara da diqqət yetirilməlidir. Ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən, törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halı, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əmlinə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyini ilə bağlı məsələni müzakirə edib, təqsirli bilindiyi maddə üzrə ona cəza növü kimi azadlıqdan məhrum etmə növündə cəza təyin olunmasını qanuni əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-in 56-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzasının əvvəli 29 iyun 2022-ci il tarixdən hesablanmalıdır. Hökm qanuni qüvvəsini alanadək Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilməlidir. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməlidir və yaşadığı yer üzrə narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə 32,40 (otuz iki manat 40 qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq ekspertiza mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak yoxdur. İş üzrə maddi sübut olan və Gəncə Stansiya xətt polis şöbəsinin maddi sübutları saxlama otağında saxlanılan, tədqiqata sərf edildikdən sonra təmiz çəkisi 419,8 qram narkotik vasitə olan marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə , hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün cəzasından çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 01 (bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan mərhumetmə cəzası saxlanılsın. Cəzasının əvvəli 29 iyun 2022-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Hökm qanuni qüvvəsini alanadək barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə zalından həbsə alınsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşadığı yer üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Gəncə Stansiya xətt polis şöbəsinin maddi sübutları saxlama otağında saxlanılan 419,8 qram narkotik vasitə olan marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, 01 ədəd DVD disk cinayət işinin materialında saxlanılsın. İş üzrə 32,40 (otuz iki manat 40 qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Büdcə təsnifatının kodu142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS), Dövlət xəzinadarlığı agentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE********************, hesaba ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev
Məhkəmə qərarları › İş №1(043)-90/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-90/2022
29.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver