Məhkəmə qərarları › İş №1(043)-91/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №1(043)-91/2021

05.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(043)-91/2021 05.04.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X3 iclas katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun X2 üzrə İdarənin rayon (şəhər) məhkəmələrində X2 üzrə şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, cinayət qanununda nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1983-cu ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə saat 12 radələrində ünvan 2-də yaşadığı evdə arvadı Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş ailə-məişət münasibətləri zəminində mübahisə zamanı əli ilə sonuncunu vurub döyərək ona sol gicgah nahiyəsinin və sol qulağın əzilməsi (qançır və şişkinliyi), sol gözün üst qapağının, hər iki bazu, hər iki bud nahiyələrinin qançırları, boyun nahiyəsinin sıyrığı kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa “YÜNGÜL” zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş cinayət qanununda nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ona istinad olunan əməli törətməsində özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Gəncə şəhərində yaşayır. Onun barəsində Kəpəz RPİ-nin PB-nə müraciət etmiş arvadı Zərərçəkmiş şəxs müraciətləri ilə tanış olmuşdur. O Tovuz rayon sakini olan Zərərçəkmiş şəxs ilə xx.xx.2014-cü ildə rəsmi qaydada ailə qurmuş, bu nikahdan 2 övladı 2015-ci il təvəllüdlü Miray Rzazadə və 2018-ci il təvəllüdlü Nuri Rzazadə dünyaya gəlmişdir. xx.xx.2021-ci il tarixdə arvadı Zərərçəkmiş şəxs qızı Miray Rzazadənin hazırlıq kursu ilə bağlı keçirilmiş tədbirdən evə gələrək tədbirdə çəkilmiş videogörüntüləri ona göstərmiş, həmin videogörüntüləri Ayişə ona göstərən zaman yaxşı çəkilmədiyini deyərək irad bildirmiş, buna görə də aralarında mübahisə yaranmış, mübahisə zamanı arvadı Zərərçəkmiş şəxs ona videogörüntülərin yaxşı çəkilməməsinə irad bildirdiyinə cavab qaytardığı üçün aralarında yaşadığı evin yataq otağında dava-dalaş baş vermiş, davadalaş zamanı əli ilə Ayişənin bədəninin müxtəlif nahiyyələrindən qəsdən vurub onu döymüşdür. Bundan sonra əsəbi sakitləşdiyi üçün arvadı Ayişəni daha döyməmişdir. O Ayişəni döydükdən sonra Ayişə öz yaşadığı ata evi olan Tovuz rayonu Aşağı Ayıblı kəndinə getmək istədiyini dediyi üçün özünə məxsus “Opel” markalı **-DZ-*** dövlət nömrə nişanlı avtomaşınla Ayişəni aparıb ata evi olan Tovuz rayonu Aşağı Ayıblı kəndində yerləşən evə qoymuşdur. Arvadı Zərərçəkmiş şəxs ilə aralarında olan dava-dalaş xx.xx.2021-ci il tarixdə saat təxminən 12 radələrində yaşadığı evin içərisində olmuş, həmin vaxt evdə ikisindən və azyaşlı uşaqlarından başqa heç kim olmamış, aralarında olan davadalaşı digər heç kim görməmiş, dava-dalaş təxminən 10-12 dəqiqə davam etmiş, səs küyə oraya kənar heç kim toplaşmamışdır. Etdiyi əməldən peşmandır, hazırda Zərərçəkmiş şəxs ilə barışmış, ona dəymiş ziyanı tam ödəmiş, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən qeyd olunanları nəzərə almağı xahiş edir. Bundan əlavə Təqsirləndirilən şəxs məhkəmə iclasında ərizə təqdim edərək, qeyd edilən cinayət qanununda nəzərdə tutulmuş əməli üzrə özünü təqsirli hesab etdiyini, zərərçəkmiş şəxslə barışdığını, hazırda bir yerdə yaşadıqlarını, zərərçəkmiş şəxsin ona qarşı şikayəti və tələbi olmadığını dedi. Dəymiş ziyanı tam ödədiyini, bununla əlaqədar olaraq işin icraatına xitam verilməsini və bu əsasla cinayət işinə xitam verilməsinin bəraətverici əsas olmadığının ona aydın olduğunu qeyd etdi. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə zərər çəkmiş şəxs qismində tanınmış və məhkəmə iclasında ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, xx.xx.2014-cü ildə Təqsirləndirilən şəxs ilə birgə nikaha daxil olmuş, birgə nikahdan xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X6 adlı azyaşlı övladları vardır. O, Zamir ilə birgə nikahda olduğu dövrdə ara-sıra aralarında ailəməişət münasibətləri zəminində mübahisələri olmuşdur. xx.xx.2021-ci il tarixdə saat 10:00da azyaşlı qızı Mirayın məktəbə hazırlıq kursu ilə bağlı tədbir olacağından Miray ilə birlikdə həmin kursu təşkil edən müəllimənin evinə getmiş, tədbirdə kursa gələn digər uşaqların valideynləridə iştirak etmiş, tədbirdə Mirayın şeir deməsini orada olan validenylərdən biri telefon ilə video çəkib həmin video görüntünü ona məxsus telefona vhatsap proqramı vasitəsilə göndərmiş, həmin gün saat təxminən 11 radələrində tədbir qurtardıqdan sonra Miray ilə birlikdə öz yaşadı evə gəlmişlər. Onlar evdə olan zaman təxminən saat 12 radələrində əri Zamirə Mirayın şeir deməsinin videosunu göstərmiş, Zamir videoya baxdıqdan sonra videonun yaxşı çəkilmədiyini bəhanə edib onun ünvanıma nalayiq söyüşlər söyərək mübahisə etmiş, həmin vaxt Zamirin əsəbləşdiyini görüb mübahisə etməməsi üçün Miray ilə birlikdə evin digər otağına keçmiş, digər otağa keçdikdən sonra Zamir arxasıyca otağa gələrək bir əli ilə sinəsindən tutaraq digər əli ilə isə onu vuracağı ilə hədələmiş, o ağladığı üçün Zamir saçından tutaraq yumruqla və təpiklə bədəninin müxtəlif nahiyyələrindən vurub onu döymüş və əlində olan mobil telefonunu alaraq valideynlərinə olanları deməyə qoymamışdır. Bundan sonra əri Təqsirləndirilən şəxs başının işə qarışmasından istifadə edib atası Qasım Qasımova zəng edərək olanları demiş, atası da Azərbaycan Respublikası DİN-nin 102 xidməti zəng mərkəzinə zəng edərək əri Zamirin onu döyməsi barədə məlumat vermişdir. Bundan sonra əri Təqsirləndirilən şəxs ilə aralarında mübahisələri və dava-dalaşları artdığından Zamir onu özünə məxsus “Opel” markalı avtomaşınla valideynlərinin yaşadığı Tovuz rayonu Aşağı Ayıblı kəndində yerləşən evə aparmış və azyaşlı övladları ilə birlikdə onu orada qoyub özü yenidən yaşadığı Gəncə şəhərinə qayıtmışdır. Əri Təqsirləndirilən şəxs onu xx.xx.2021-ci il tarixdə saat təxminən 12 radələrində onunla birlikdə yaşadığı ünvan 2 ünvanında döymüş, həmin vaxt azyaşlı uşaqları evdə olmuş və Zamirin onu döyməsini görmüşlər. Evdə azyaşlı uşaqları, Zamir və ondan başqa heç kim olmamış, Zamir ilə aralarında olan dava-dalaş təxminən 10-15 dəqiqə davam etmişdir. Bundan əlavə Zərərçəkmiş şəxs xx.xx.2021-ci il tarixdə məhkəməyə notarial qaydada ərizə ünvanlayaraq göstərmişdir ki, əri Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində iştirak edir. Bildirmişdir ki, o, Təqsirləndirilən şəxs bağışlamış. Hal-hazırda ailə olaraq birlikdə yaşadıqlarını və bununla bağlı Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirib, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” X11 canlı şəxsin ekspertizasının xx.xx.2021-ci il tarixli, 340 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər- sol gicgah nahiyəsinin və sol qulağın əzilməsi (qançır və şişkinliyi), sol gözün üst qapağının, hər iki bazu, hər iki bud nahiyələrinin qançırları, boyun nahiyəsinin sıyrığı- bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2021-ci il tarixə uyğun gəlir, ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa “Yüngül” zərər vurmaya aid edilir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən verilmiş xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Kəpəz RİH başçısının 1 nömrəli SİƏD üzrə nümayəndəsi xidmət sahəsinin xx.xx.2021-ci il tarixli, 394 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Kəpəz RİH başçısının 1 nömrəli SİƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlu xx.xx.1983-cü ildə ünvan 5 ünvanında qeydiyyatdadır. Onun barəsində bugünə kimi qonşular və sakinlər tərəfindən Gəncə şəhər Kəpəz rayon İcra Hakimiyyəti başçısının 1 saylı SİƏD üzrə nümayəndəliyinə heç bir şifahi və yazılı sürətdə şikayət daxil olmamışdır. İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs qızının və Təqsirləndirilən şəxs iş materiallarında olan yazılı ərizələrindən görünür ki, onlar barışmışlar və hər iki şəxs cinayət işinin icraatına xitam verilməsinə razıdır. İşin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə Şəhər Psixonevroloji Dispanseri tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli,1199 nömrəli arayışından görünür ki, Qasımova X9 Şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. İşin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə Şəhər Psixonevroloji Dispanseri tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 1200 nömrəli arayışından görünür ki, X1 Şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. İşin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə Şəhər Səhiyyə İdarəsi Narkoloji Dispanseri tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 1013 nömrəli arayışdan görünür ki, Qasımova X9 Şəhər Rayonlararası Narkoloji Dispanserdə qeydiyyatda durmur. İşin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə Şəhər Səhiyyə İdarəsi Narkoloji Dispanseri tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 1014 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə Şəhər Rayonlararası Narkoloji Dispanserdə qeydiyyatda durmur. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş ekspert rəyi, cinayət qanununda nəzərdə tutulmuş əməli törətmiş şəxsin və zərərçəkmiş şəxsin, istintaq hərəkətinin protokolları və digər sənədlərlə cinayət qanununda nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə saat 12 radələrində ünvan 2-də yaşadığı evdə arvadı Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş ailə-məişət münasibətləri zəminində mübahisə zamanı əli ilə sonuncunu vurub döyərək ona sol gicgah nahiyəsinin və sol qulağın əzilməsi (qançır və şişkinliyi), sol gözün üst qapağının, hər iki bazu, hər iki bud nahiyələrinin qançırları, boyun nahiyəsinin sıyrığı kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa “Yüngül” zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, cinayət qanununda nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, xx xxxxxx 2017-ci il tarixdən qüvvəyə minmiş «Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının xx xxxxxxx 2017-ci il tarixli Qanunu ilə Cinayət Məcəlləsinə aşağıdakı məzmunda 73.2-ci maddə əlavə edilmişdir: “Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir.” İş materiallarından görünür ki, zərərçəkmiş şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxslə barışmışdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tətbiq olunmasını istisna edən hal müəyyən edilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs həmin əməli ilk dəfə törətmiş, əvvəllər həmin əmələ görə məhkum olunmamış və cinayət məsuliyyətindən və cəzadan azad olunmamışdır. Buna görə də məhkəmə hesab edir ki, zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxslə barışması qəbul edilməli, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxs cinayət məsuliyyətindən azad olunmalı və barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. İş üzrə məhkəmə xərci, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73cü, CPM-nin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və onun barəsində cinayət təqibinə və hazırkı cinayət işi üzrə icraata xitam verilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Həmin müddət ərzində apelyasiya protesti və ya apelyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün qərar qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar