Məhkəmə qərarları › İş №1(043)-92/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-92/2021

09.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-92/2021 09.04.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun X3 üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində X3 üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1985-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 20 radələrində ictimai yer olan ünvan 2 ünvanının qarşısında yerləşən meyvə-tərəvəz dükanının yaxınlığında heç bir əsaslı səbəb olmadan ətrafda olan şəxslərə məhəl qoymadan, cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarını qərəzli surətdə pozulmasında ifadə olunan, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək Zərərçəkmiş şəxs kiməsə oxşatmağı səbəbindən sonuncunun ünvanına nalayiq ifadələr işlətməsi zamanı yaranmış mübahisə zəmnində onu nalayiq ifadələrlə təhqir etdikdən sonra Zərərçəkmiş şəxs özünə məxsus “Hyundai Accent” markalı, ** EH *** markalı avtomobilinə minib uzaqlaşmaq istəyərkən xuliqanlıq hərəkətlərini davam etdirib avtomobilin arxa qapısının dəstəyini dartaraq aça bilmədikdə, sonuncu avtomobilin qapısını açdıqdan sonra avtomobilin qabaq yan oturacağında əyləşib əli ilə Zərərçəkmiş şəxs üz və bədən nahiyələrinə vurub zərbələr endirməklə burun sümüyünün çatı və qançırı, alt dodağın səthi yarası ilə müşayiət olunan sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmaya aid xəsarətlər yetirmiş və sonuncuya məxsus “Hyundai Accent” markalı ** EH *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ qapısının dəstəyini sındırmaqla 60 manat, orta güzgüsünü sındırmaqla 60 manat və “Samsung A5 2015” markalı mobil telefonun ekranını sındırmaqla 150 manat, ümumilikdə Zərərçəkmiş şəxs 270 manat dəyərində ziyan vurmaqla özgənin əmlakının zədələnməsi ilə müşayiət edilən xuliqanlıq etmишдиr.Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, o, Şahid1 oğlunu uzun müddətdir ki, tanıyır, onunla qonşuluqda yaşayır. Bəhman Gəncə şəhəri DOS-102 ünvanında 147 saylı binanın qarşısında yolun kənarında meyvə-tərəvəz satışı ilə məşğul olur. xx.xx.2020-ci il tarixdə o, evdə axşamüstü yemək yeyərkən bir qədər spirtli içki qəbul etmiş, saat 20 radələrində Bəhmanla münasibəti yaxşı olduğundan sonuncu ilə söhbət etmək üçün işlədiyi meyvə-tərəvəz dükanına getmiş, içəri daxil olan zaman Bəhmanın yanında tanımadığı bir nəfər şəxs olmuşdur. O, həmin şəxsi digər bir tanıdığı şəxsə oxşadaraq həmin şəxsin ünvanına nalayiq ifadələr işlətmiş, həmin vaxt Bəhman ona həmin şəxsin əmisi oğlu olduğunu, adının Bəhruz olduğunu və onu digər bir şəxslə dəyişik saldığını demişdir. Bundan sonra isə Bəhruz onun üzərinə gələrək onun ünvanına nalayiq ifadələr işlətmiş və o, həmin vaxt Bəhruzun ünvanına söyüş söymədiyini, digər bir başqa şəxslə dəyişik saldığını bildirmişdir. Lakin Bəhruz əsəbiləşdiyi üçün aralarında mübahisə yaranmış və onlar bir-biri ilə dartışmışlar. Həmin vaxt mağazanın qarşısında olarkən oradan tanımadığı şəxslər keçdiyi üçün o, Bəhruza qırağa çəkilib orada söhbət etməyi bildirmişdir. Həmin vaxt Bəhruz ona ona özünə məxsus “Hyundai Accent” markalı abtomobilə minməyi və atomobildə söhbət etmələrini demişdir. Bəhruz avtomobilə orturduqdan sonra avtomobilin qapılarını açmamış, buna görə də o, avtomobilin arxa qapısının dəstəyini bərk dartmış, lakin qapı bağlı olduğu üçün qapının dəstəyi sınmışdır. Bəhruz qapıları açdıqdan sonra o, qabaq oturacaqda Bəhruzun yanında oturmuş, sərxoş vəziyətdə olduğu üçün əsəbiləşib Bəhruzun burun və dodaq nahiyəsinə əli ilə zərbə endirmişdir. Həmçinin sərxoş vəziyyətdə olduğu üçün avtomobilin orta güzgüsünü və Bəhruza məxsus Samsung A5 2015 markalı telefonunu vurub ekranını sındırmışdır. Bu zaman orada olan Akif adlı şəxs onu Bəhruzun avtomobilindən aşağı düşürərək onları ayırıb dalaşmağa icazə verməmişdir. Bundan sonra isə o, oradan uzaqlaşaraq yaşadığı ünvana getmişdir. Aralarında olan mübahisə və dava dalaş 15-20 dəqiqə müddətə davam etmiş, həmin vaxt hadisə yerinə yoldan keçən tanımadığı 2-3 nəfər şəxs toplaşmış, həmin vaxt Bəhruz ona hər hansı xəsarət yetirməmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Şahid1 onun əmisi oğludur. Bəhman Gəncə şəhəri DOS-102 ünvanında 147 saylı binanın qarşısında yolun kənarında meyvə tərəvəz satışı ilə məşğul olur. xx.xx.2020-ci il tarixdə saat 20 radələrində o, Bəhmanın işlədiyi dükana getmiş, içəri daxil olduqda Bəhmanın yanında tanımadığı bir nəfər şəxs olmuş, içəri daxil olduqda onlara, yəni Bəhman və həmin şəxsə sözlə salam vermişdir. Bu zaman Bəhmanın yanında olan tanımadığı adı sonradan ona məlum olan Cabbar adlı şəxs ona niyə salam vermədiyini soruşmuş, o, Bəhman və Cabbara ümumilikdə salam verdiyini dedikdə Cabbar onun əli ilə salam verməyini istəmişdir. O, isə sonuncuya yaxınlaşıb əl ilə salam vermişdir. Həmin vaxt Cabbar onu kiməsə oxşadaraq onu bir şəxslə dəyişik salmış, o, isə Cabbara həmin şəxs olmadığını bildirmişdir. Həmin vaxt telefonuna zəng gəldiyi üçün o, mağazadan çıxıb telefonla danışmış, daha sonra yenidən içəri daxil olmuş, həmin vaxt Cabbar dükanda olmamışdır. Təxminən beş dəqiqə sonra Cabbar yenidən dükana qayıtmış, yenidən onun yanına gələrək onu kimləsə dəyişik salmış və ona niyə danmağını bildirərək ünvanına nalayiq ifadələr işlətmiş, Cabbar həmin vaxt sərxoş vəziyyətdə olmuşdur. O, yenidən Cabbara onu dəyişik saldığını bildirdikdə, Cabbar onun ailəsinin ünvanına nalayiq ifadələr işlətmiş, o, isə sonuncunun sərxoş vəziyyətdə olduğunu gördüyü üçün heç nə cavab verməyərək dükandan çıxmışdır. Cabbar isə onun ardınca gələrək yenidən onunla mübahisə edib ünvanına nalayiq ifadələr işlətməyə davam etmişdir. O, orada olan Hunday accent markalı ** EH *** dövlət qeydiyyat nişanlı avtomobilinə yaxınlaşdıqda Cabbar onu təhqir edərək ona həmin avtomobili anasının hansı yollarla aldığını ondan soruşub ailəsini təhqir etmişdir. Həmin vaxt o, heç nə deməyərək avtomobilə minib oradan uzaqlaşmaq istəmiş, avtomobilə mindikdən sonra içəridən düymə ilə avtomobilin qapılarını bağlamış, mühərriki işə saldıqda Cabbar əl çəkməyərək avtomobilin arxa sağ qapısının dəstəyini dartdığı üçün o, qapının dəstəyi qırılmasın deyə qapıları açmışdır. Bundan sonra Cabbar avtomobildə onun yanına ön oturacağa oturmuş və əli ilə onun burnundan və dodaq nahiyəsindən zərbə endirmiş, bundan sonra Cabbar sakitləşməyərək avtomobilin arxa tərəfə baxmaq üçün istifadə olunan orta güzgüsünə əli ilə zərbə endirib ötürücünün yanında olan ona məxsus Samsung A5 2015 markalı ağ rəngli telefonunu götürərək həmin telefonu maşının qabaq şüşəsinə vurub ekranını sındırmışdır. Bu zaman orada səs küyə tanımadığı oradan keçən şəxslər toplaşmış və bir nəfər şəxs Cabbarı tutaraq avtomobildən çıxarıb onu sonuncunun onun əlindən almış, bundan sonra o, telefonunun ekranının sındırılmış vəziyyətdə olduğunu görmüşdür. Orada olan şəxslər Cabbara düzgün hərəkət etmədiyini, camaatın orada ailəsi ilə yaşadığı halda nə üçün səs küy salıb söyüş söyməyini irad tutmuşlar. O, isə avtomobilini sürərək oradan uzaqlaşmış, Cabbar isə onun telefonunu sındırdığı üçün oradan bir qədər uzaqaşdıqdan sonra tanımadığı bir nəfər taksi sürücüsündən telefon istəyərək baş vermis hadisə barədə DİN-in 102 zəng xidmətinə müraciət etmişdir.Zərərçəkmiş şəxs əlavə suallara cavab olaraq bildirmişdir ki, aralarında olan mübahisə və dava dalaş 15-20 dəqiqə müddətə davam etmiş, həmin vaxt səs küyə oradan keçən tanımadığı 2-3 nəfər şəxs toplaşmış, tanıdığı şəxslərdən isə Bəhman hadisənin şahidi olmuş, Cabbar onun avtomobilinə mindikdən sonra avtomobilin orta güzgüsünə əli ilə zərbə endirdikdən sonra mənim Samsung A5 2015 markalı telefonumu götürərək telefonu avtommobilin qabaq şüşəsinə vuraraq telefonun ekranını sındırmış, həmçinin Cabbar avtomobilin qapısının dəstəyini qapı bağlı olan halda açmaq istədiyi üçün dartıb sındırmış, ona məxsus Samsung A5 2015 markalı telefonun ekranının sındırılması nəticəsində ona 150 manat, orta güzgüsünün sındırılması nəticəsində 60 manat, həmçinin avtomobilin sağ arxa qapısının dəstəyinin sındırılması nəticəsində 60 manat ümumilikdə ona 270 manat maddi ziyan dəymişdir. Hazırda Təqsirləndirilən şəxs ona vurulmuş zərəri tam həcmdə ödəmiş, onunla barışmışdır. Təqsirləndirilən şəxs heş bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Gəncə şəhəri DOS-102 ünvanında 147 saylı binanın altında yerləşən zirzəmisində məşiət avadanlıqları təmiri ilə məşğul olur. xx.xx.2020-ci il tarixdə saat 20 radələrində orada işlədiyi zaman binanın qarşısında səs küy səsləri eşitmiş, dərhal nə baş verdiyinə baxmaq üçün binanın qarşısına çıxmışdır. Binanın qarşısına çıxan zaman Hunday accent markalı, **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobildə sükanda oturan şəxslə yanında oturan əvvəldən tanıdığı Cabbar adlı şəxsin avtomobilin içərisində dalaşdığını görmüş, bu zaman o, avtomobilin sağ qabaq qapısını açaraq Cabbarı aralayıb maşından aşağı düşürmüşdür. Bəhruz adlı şəxs isə özünə məxsus avtomobilin salonunda olan orta güzgüsünün və mobil telefonun sındığını bildirmişdir. Həmin vaxt Cabbarın sərxoş olduğunu gördüyü üçün sonradan adını bildiyi Bəhruz adlı şəxslə yenidən dalaşmasına icazə verməmiş və sonuncular oradan uzaqlaşıb getmişlər. Həmin vaxt səs-küyə oradan keçən tanımadığı 2-3 nəfər şəxs toplaşmış, həmçinin həmin vaxt binanın qarşısında meyvə-tərəvəz satan Bəhman hadisənin şahidi olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə yaşayır. Gəncə şəhəri DOS-102 ünvanında 147 saylı binanın qarşısında yolun kənarında meyvə tərəvəz satışı ilə məşğul oluram. Zərərçəkmiş şəxs onun əmisi oğludur, Təqsirləndirilən şəxs isə onunla qonşuluqda yaşayır və yoldaşlıq münasibətləri vardır. xx.xx.2020-ci il tarixdə saat 20 radələrində Cabbar sərxoş vəziyətdə onun işlədiyim dükana gəlmiş, onlar içəridə Cabbarla söhbət edən zaman Bəhruz dükana daxil olub salam vermiş, həmin vaxt Cabbar Bəhruzu kimləsə dəyişik salaraq Bəhruzun ünvanına nalayiq ifadələr işlətmiş, həmin vaxt o, Cabbara həmin şəxsi dəyişik saldığını və həmin şəxsin onun əmisi oğlu Bəhruz olduğunu bildirmişdir. Lakin Cabbar sərxoş vəziyyətdə olduğu üçün Cabbarla Bəhruzun arasında münahisə yaranmış və onlar bir qədər qırağa çəkilmişlər. O, isə dükana müştəri gəldiyi üçün müştəri ilə məşğul olmuş, bundan sonra Cabbar və Bəhruz dükanın yaxınlığında olan Bəhruza məxsus Hunday accent markalı, 20EH-236 dövlət qeydiyyat nişanlı avtomobil minmişlər. O, isə dükanı boş qoya bilmədiyi üşün onların ardınca gedə bilməmişdir. Bir qədər sonra Cabbarla Bəhruz avtomobilin içərisində mübahisə etdikləri və dalaşdıqları üçün oraya tanımadığı şəxslər toplaşmış və həmin şəxslərdən biri maşının qapısını açıb Cabbarı maşından düşürmüşdür. Bəhruz isə avtomobildən düşərək Cabbarın onun üz və burun nahiyəsinə zərbələr endirib xəsarət yetirdiyini, həmçinin telefonunu və avtomobilin güzgüsünü sındırdığını bildirmişdir. Həmin vaxt Cabbarın burun və dodaq nahiyəsində qızartı olmuş, bundan sonra onlar Cabbar və Bəhruzu dalaşmağa qoymamış və sonuncular oradan uzaqlaşıb getmişlər. Hadisə zamanı səs-küyə bir neçə nəfər toplaşmış, lakin Akifdən başqa heç kim davadalaşa müdaxilə etməmişdir. İş materiallarına əlavə olunmuş xx xxxxxx 2020-ci il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Kəpəz RPİ-nin təhqiqatçısı X5 oğlu tərəfindən hal şahidlərinin və zərərçəkmiş şəxsin iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, baxış zamanı Zərərçəkmiş şəxs məxsus “Hyundai Accent” markalı **-EH-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin arxa sağ qapısının dəstəyinin, avtomobilin salonunda olan orta güzgüsünün, həmçinin sonuncuya məxsus “Samsung A5 2015” markalı mobil telefonun ekranının sınması müəyyən edilmiş, “Samsung A5 2015” markalı mobil telefon protokol tərtib edilərək götürülmüşdür. İş materiallarına əlavə olunmuş məhkəmə-tibbi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 1824 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər – burun sümüyünün çatı və qançırı, alt dodağın səthi yarası bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri, qərarın təsviri hissəində göstərilən tarixə, yəni xx.xx.2020-ci il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulan cinayətin tərkibi vardır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs xx xxxxxx 2021-ci il tarixli ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış, sonuncu tərəfindən ona dəymiş maddi ziyan tam ödənildiyi üçün Təqsirləndirilən şəxs qarşı şikayəti və ya tələbi yoxdur. İş materiallarına əlavə edilmiş AZE 12432413 saylı və AZE 12432419 saylı şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, xx xxxx 2010-cu il təvəllüdlü X1 və xx xxx 2006-cı il təvəllüdlü X2 atası Təqsirləndirilən şəxsdur. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını (CM-in 59.1.4-cü maddəsi), zərərçəkmiş şəxslə barışıq əldə etməsini (CM-in 59.1.12-ci maddəsi) və cinayət nəticəsində vurulmuş maddi ziyanı tam olaraq ödəməsini (CM-in 59.1.13-cü maddəsi) nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə törədilmiş cinayətin ictimai təhlükəli nəticələrinin təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə vurduğu zərəri ödəməklə və onunla barışmaqla qismən aradan qaldırıldığını nəzərə alaraq hesab edir ki, cəzanın məqsədlərinə qismən nail olunmuşdur. Buna görə də təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının orta həddə təyin edilməsi təqsirləndirilən şəxsin şəxsiyyətinə və işin hallarına uyğundur. İş materiallarında olan xx xxxxxx 2021-ci il tarixli “Şübhəli şəxsin tutulması barədə” və “Qətimkan tədbirinin seçilməsi haqqında” xx xxxx 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx xxxxxx 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx xxxx 2021-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilərək həbsdən azad edilmişdir. Beləliklə müəyyən edilir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə 02 gün tutulmaqla həbsdə saxılanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən həmin müddət nəzərə alınmaqla Təqsirləndirilən şəxs təyin ediləcək cərimə cəzası yüngülləşdirilməlidir. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilməməlidir. İş üzrə maddi sübutlar – “Hyundai Accent” markalı **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobilin və “Samsung A5 2015” markalı mobil telefonun qanuni sahibi olan Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə məhkəmə xərci, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinib 1500 (bir min beş yüz) manat cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə həbsdə saxlanıldığı 02 gün müddət nəzərə alınmaqla Azərbaycan Respublikası CM-in 69.4-cü maddəsinə əsasən ona təyin edilmiş cərimə cəzası yüngülləşdirilsin və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1300 manat cərimə cəzası saxlanılsın. Cəzanın icrası Gəncə şəhər Probasiya Şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş “başqa yerə getməmək haqında” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübutlar – “Hyundai Accent” markalı **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobilin və “Samsung A5 2015” markalı mobil telefonun qanuni sahibi olan Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Həmin müddət ərzində apelyasiya protesti və ya apelyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar