Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(043)-93/2021 14.04.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun X2 üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində DİMÜŞ-nin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs – Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1968-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1-da qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binаsındа açıq məhkəmə iclasında bаxаrаq, müəyyən etdi: Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 17 radələrində yaşadığı ünvan 1 ünvanında tanışı Zərərçəkmiş şəxs ona olan borcunu qaytarmadığına görə aralarında şəxsi münasibətlərin pozulması nəticəsində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs əlində olan cib bıçağını alıb həmin bıçağın tiyəsi ilə sonuncunun sifət nahiyəsinə qəsdən bir dəfə vuraraq Zərərçəkmiş şəxs sol yanaq nahiyəsinin deşilmiş-kəsilmiş yarası xəsarəti ilə müşayiət olunan və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs təxminən 3 ildir ki, tanıyır. Sərxanla münasibətləri normal olmuş, aralarında heç bir ədavət və düşmənçilik münasibətləri olmamışdır. xx.xx.2020-ci il tarixdə Sərxan ondan borc pul istəmiş, o isə telefonunun kreditini ödəmək üçün saxladığı 30 manat pulu Sərxana vermişdir. Sərxan isə həmin pulu xx.xx.2020ci il tarixdə qaytaracağına söz vermişdir. xx.xx.2020-ci il tarixdə o, Sərxanın mobil nömrəsinə mesaj göndərərək 30 manat pulunu qaytarmasını istəmişdir. Sərxan isə 10 dəqiqəyə onun yaşadığı evə gəlib pulu qaytaracağını demişdir. Təxminən 10 dəqiqə sonra Sərxan onun yaşadığı evə gəlmişdir. O, Sərxandan pulunu istədikdə Sərxan ona pulunun olmadığını, pulu ona öz alacağını aldıqdan sonra verə biləcəyini demişdir. O isə telefonun pulunu keçirməli olduğunu bildirib onu aldatmasını Sərxana irad bildirmişdir. Həmin vaxt o, əsəbləşib Sərxanı təhqir etmişdir. Bu zaman Sərxan cibində olan bıçağı çıxararaq açılmamış vəziyyətdə onunla mübahisə etməyə başlamış və ona pulunun olmadığını, olanda verəcəyini demişdir. Sərxan sonradan daha da qızışaraq bıçağı açmış, açıq şəkildə yenə də əlində onunla danışıb mübahisəsini davam etmişdir. Həmin vaxt o, Sərxanın üzərinə gedərək sifət nahiyəsinə sillə ilə bir dəfə vurmuş və bıçağı əlindən alaraq onun sifət nahiyəsinə bıçaqla xəsarət yetirmişdir. Hal-hazırda zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə barışmışdır, zərər çəkmiş şəxsin ona qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs 1-2 ildir ki, yaşadığı evin yaxınlığından tanıyır, aralarında heç bir ədavət və düşmənçiliyi olmamışdır. 2020-ci ilin dekabr ayının əvvəllərində İlhamdan 30 manat borc pul almışdır. Bir neçə gün sonra isə İlham ondan pulunu tələb etməyə başlamışdır. Pulu olmadığı üçün İlhama olan borcunu qaytara bilməmişdir. xx.xx.2020-ci il tarixdə İlham yenə borcu qaytarmağını tələb etdiyi üçün o, İlhamın yaşadığı ünvana getmişdir. Həmin vaxt İlham evdə tək olmuşdur. O, İlhama pulunun olmadığını, tez bir zamanda borcunu verəcəyini izah etmişdir. Həmin vaxt İlham onunla kobud danışmış və onu təhqir etmişdir. O isə əsəbləşib üzərində gəzdirdiyi əl ilə açılıb bağlanan cib bıçağını çıxarıb açmadan həyətdə olan masanın üzərinə qoyaraq İlhamla mübahisə etməyə başlamışdır. Mübahisə zamanı o, həmin bıçağı götürüb açmış və qorxutmaq məqsədi ilə əlində tutaraq İlhamla mübahisə etməyə davam etmişdir. Həmin vaxt İlham ona sillə vurmuş və bıçağı onun əlindən alıb sifətinin sol yanaq nahiyəsinə bıçaqla xəsarət yetirmişdir. Hal-hazırda Təqsirləndirilən şəxsla barışmışdır və ona qarşı şikayəti və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 1964 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində iki ədəd deşici-kəsici alətin (alətlərin) təsiri nəticəsində əmələ gəlmiş, deşilmiş-kəsilmiş yara aşkar edilmişdir. Həmin yaralardan biri sağ qalça nahiyəsində yerləşməklə daxilə nüfuz edən yaradır və nazik bağırsağın müsariqəsini zədələmişdirdərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilir. Digər yara isə sol yanaq nahiyəsində yerləşmişdir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Məhkəmə-soyuq silah ekspertizasının xx xxxxxx 2021-ci il tarixli 16/64 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd bıçaq zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan turist bıcağı, soyuq silah hesab edilmir. “Sübutların qiymətləndirilməsi haqqında” xx xxxxxx 2021-ci il tarixli qərardan görünür ki, hadisə yerinə baxış zamanı götürülmüş bir ədəd soyuq silah hesab edilməyən turist bıçağı iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2019-cu il tarixdə cəza müddəti başa çatdığından şöbənin qeydiyyatından çıxarılmışdır. İş materiallarında olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş maddi və mənəvi zərər ödənilmişdır. İş materiallarında olan Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, o, zərər çəkmiş şəxslə barışmış, zərər çəkmiş şəxsə dəymiş maddi və mənəvi zərəri ödəmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən iş üzrə keçirilmiş ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə Təqsirləndirilən şəxs оğlu bаrəsində Аzərbаycаn Respublikаsı CM-nin 73.2-ci mаddəsinin tətbiq оlunmаsını istisnа edən hаl müəyyən etməmişdir. Belə ki, iş mаteriаllаrındаn görünür ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə bаrışmış, sonuncu zərərçəkmişə dəymiş ziyаnı ödəmişdir. Həmçinin iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs оğlu Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini ilk dəfə törətmiş, əvvəllər həmin əmələ görə məhkum olunmamış və cinayət məsuliyyətindən və cəzadan azad olunmamışdır. Belə olan təqdirdə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs dəymiş ziyanı ödəyərək onunla barışması nəzərə alınmalı və Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla, o, cinayət məsuliyyətindən azad edilməli və onun Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair hissədə cinayət işi üzrə icraata xitam verilməli, onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, iş üzrə maddi olan və Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan 1 ədəd soyuq silah hesab edilməyən turist bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 31,50 manat pul vəsaiti təqsirləndirilən şəxsdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 321, 346, 347 və 384cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara alır: Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 128-ci mаddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs barəsində həmin Məcəllənin 73.2-ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi olan və Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan 1 ədəd soyuq silah hesab edilməyən turist bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri – 31,50 manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə (Az.MEM; VÖEN **********; AZ34CTRE **********0002088501, X1, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba) ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və yа protesti verilə bilər. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №1(043)-93/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №1(043)-93/2021
14.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver