Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-95/2021 05.04.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, müdafiəçi- Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X5 iştirakı ilə, xx.xx.2021-ci il tarixdə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, xx.xx.1982-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkum olunmamış, Gəncə şəhəri X4 küçəsi ev 11 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına baxaraq məhkəmə, müəyyən etdi: Məhkəmə istintaqında müəyyən edildi ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə saat təxminən 12 radələrində Gəncə şəhəri Şadılı qəsəbəsi Ələddin Quliyev küçəsində keçmiş yeznəsi Zərərçəkmiş şəxs bacısı X1 yaşadığı ünvana gedərək sonuncunu narahat etməsi səbəbi ilə aralarında baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs onu nalayiq ifadələrlə təhqir edərək “sən kimsən bizim işimizə qarışırsan” deməsindən əsəbləşərək Zərərçəkmiş şəxs baş nahiyəsindən yumruq zərbələri ilə qəsdən vuraraq ona alt çənə nahiyəsinin yumşaq toxumalarının qançırşişkinlik halında əzilməsi, təpə nahiyəsinin qançırı, şişkinliyi kimi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa “Yüngül” zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsinə dair sadələşdirilmiş icraat qaydsında yekun protokol tərtib edilmişdir. Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş cinayət əməlinə görə özünü təqsirli bildi. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin «sübutların toplanılması, yaxlanılması və qiymətləndirilməsi»ndən bəhs edən 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəyini və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzğün tövsif olunmuşdur.Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından məhkəmə istintaqında təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələrini, ekspertiza rəyini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün subut növləri kimi qəbul edir. Belə ki, məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət törətməsinə dair özünü təqsirli bilərək göstəri ki, o, 2006-cı il tarixdə X6 ilə rəsmi qaydada ailə həyatı qurmuş, bu nikahdan 3 övladı var. Lakin ailə daxili problemlər səbəbi ilə 2020-ci ilin iyun ayında Nətəvan ilə rəsmi qaydada boşanmışlar. Nətəvan övladları ilə birgə onunla eyni həyətdə ayrı evdə yaşayır. X2 onun doğma bacısıdır. Bacısı Yeganə 2004-cü ildə Zərərçəkmiş şəxs ilə ailə qurmuş, həmin nikahdan 3 övladı var. Lakin mütamadi olaraq bacısı Yeganə ilə Həsən arasında münaqişələr olduğu üçün 2021-ci ilin fevral ayının sonlarında Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin qətnaməsi nikahları pozulmuşdur. Boşandıqdan sonra bacısı Yeganə övladları ilə birgə Gəncə şəhəri Şadılı qəsəbəsi Rəmziyə Veysəlova küçəsində kirayədə yaşayır. xx.xx.2021-ci il tarixdə saat təxminən 14 radələrində yaşadığı ünvana gələn zaman bacısı Yeganənin onlara gəldiyini görmüş, bacısı ona Həsənin yaşadığı evə gələrək onu və övladlarını narahat etməsini demişdir. O, isə bacısına Həsəni görən zaman bu barədə onunla söhbət edərəm demişdir. xx.xx.2021ci il tarixə saat təxminən 12 radələrində bacısı Yeganənin yaşadığı ünvana gedən zaman Gəncə şəhəri Şadılı qəsəbəsi Ələddin Quliyev küçəsində keçmiş yeznəsi Zərərçəkmiş şəxs ilə qarşılaşmışdır. O, Həsənə “sən hansı səbəblə bacımı və övladlarını narahat edirsən” demiş, Həsən isə onu nalayiq ifadələrlə təhqir edərək “sən kimsən bizim işimizə qarışırsan, orada mənim övladlarım yaşayır, mən onları görməyə gedirəm” demişdir. Həsənin bu sözlərindən sonra aralarında mübahisə yaranmış, mübahisə zamanı Həsənin sözlərinə əsəbləşdiyi üçün yumruqla bir neçə dəfə Həsənin üz nahiyəsindən vurmuşdur. Bu zaman Həsən heç nə olmamış kimi yanından uzaqlaşaraq getmişdir.Həmin vaxt küçədə onlardan başqa kimsə olmadığı üçün Həsəni vurduğunu görən olmamışdır. Əməlindən səmimi peşman olduğunu göstərərək ona daha yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, təqsirləndirilən şəxsin bacısı Yeganə Məmmədova ilə 2004-cü ildə ailə qurmuşlar. Birgə nikahlarından 3 uşaqları var. Lakin mütamadi olaraq aralarında ailə daxili münaqişələr olduğu üçün, birgə yaşaya bilmədikləri üçün boşanmaq qərarına gəlmişlər. 2021-ci ilin fevral ayının sonlarında Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin qətnaməsi ilə Yeganə Məmmədova ilə nikahları pozulmuşdur. xx.xx.2021-ci il tarixdə saat təxminən 11:30 radələrində Gəncə Dəmiryol xəstəxanasında müayinə olunduqdan sonra yaşadığı evə qayıdan zaman yoldan uşaqları üçün meyvə almış, Gəncə şəhəri Şadılı qəsəbəsi Rəmziyə Veysəlova küçəsinin baş tərəfində qızları Sevinc və Fəxriyənin məktəbdən gəlmələrini görmüşdür. O, qızlarını çağırıb görüşmüş, aldığı meyvəni onlara verib yaşadığı ünvan istiqamətində getmişdir. Saat təxminən 12 radələrində Gəncə şəhəri Şadılı qəsəbəsi Ələddin Quliyev küçəsinə çatan zaman keçmiş qaynı Təqsirləndirilən şəxs ilə qarşılaşmış, Səbuhi ona “sən niyə bacımın yaşadığı evə gedərək onu narahat edirsən” demiş, o isə “mən Yeganəni narahat etməmişəm, həmin evə uşaqlarımı görmək üçün getmişəm” demişdir. Onun bu sözündən sonra aralarında mübahisə yaranmış, mübahisə zamanı Səbuhi əvvəlcə baş zərbəsi ilə baş nahiyəsindən vurmuş, ardınca isə yumruq zərbələri ilə üz nahiyəsindən vurmuşdur. Bu zaman o səhhəti ilə bağlı Səbuhi ilə bacara bilməyəcəyini başa düşmüş, özünü toplayaraq oradan uzaqlaşmışdır. Yaşadığı evə gəlmiş və dərhal DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Təqsirləndirilən şəxs onu döyən zaman küçədə kimsə olmadığı üçün, Səbuhi onu vurduqdan sonra o dərhal oradan uzaqlaşaraq evə gəldiyi üçün hadisəni kənar şəxslər görməmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş zərər ödənilmədiyi üçün ondan şikayətçi olduğunu olduğunu bildirdi. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 Gəncə şəhər şöbəsinin xx.xx.2021-ci il tarixli canlı şəxsin espertizası haqqında 303 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarət-alt çənə nahiyəsinin yumşaq toxumalarının qançır-şişkinlik halında əzilməsi, təpə nahiyəsinin qançırı, şişkinliyi bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2021-ci il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. (i.v. səh.24-27) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 351-1495Q-3221 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur, (i.v. səh.74) Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyəti Başçısının Sadıllı qəsəbə inzibati nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur.(i.v. səh.73) Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli «böyük ictimai təhlükə törətməyən cinayət» olmaqla həyat və sağlamlıq əleyhinə olan cinayətdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə saat təxminən 12 radələrində Gəncə şəhəri Şadılı qəsəbəsi Ələddin Quliyev küçəsində keçmiş yeznəsi Zərərçəkmiş şəxs bacısı X1 yaşadığı ünvana gedərək sonuncunu narahat etməsi səbəbi ilə aralarında baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs baş nahiyəsindən yumruq zərbələri ilə qəsdən vuraraq ona alt çənə nahiyəsinin yumşaq toxumalarının qançır-şişkinlik halında əzilməsi, təpə nahiyəsinin qançırı, şişkinliyi kimi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa “yüngül” zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən olunmadı. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilindiyi cinayət əməlinə görə qanunla müəyyən olunmuş qaydada cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən, onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən halı, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını, onun ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bununla yanaşı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü bəndinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx xxxx 2003-cü il tarixli qərarının aşağıdakı izah və tələblərini də nəzərə alır. Belə ki, həmin qərarın 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Göstərilən qərarın 2-ci bəndində isə izah edilir ki, cəzaların tətbiq edilməsi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub olmaması, ( məsələn sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və.s) kimi hallara da diqqət yetirilməlidir. Ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyini ilə bağlı məsələni müzakirə edib, Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, yaşayış yerindən müsbət xarakterizə olunmasını, törətdiyi əməldən peşmançılıq hissi keçirərək öz hərəkətlərinə tənqidi yanaşıb özünü qınaq obyektinə çevirməsini onun islah olunmasına dəlalət edən hal hesab edib təqsirli bilindiyi maddənin sanksiyasında müəyyən edilən islah işləri cəzasının tətbiq olunmasını mümkün hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (mad.346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (mad.353.4.10) məsələlərdən biri də, məhkəmə məsrəflərinin (xərclərinin) ödənilməsi məsələsidir. İş üzrə məhkəmə xərci yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə iş üzrə müsadirə edilməli əmlak və maddi sübut yoxdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki iş üzrə həbsdə olmamış və barəsində hər hansı qətimkan tədbiri seçilməmişdir. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutuaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək aylıq qazancından 10 (on) faiz məbləğində pul dövlət nəfinə tutulmaqla 06 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Cəzasını iş yeri üzrə çəksin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs işlədiyi və qazancından dövlət nəfinə tutmalar aparıldığı vaxtdan hesablansın. Hökmün icrası Gəncə şəhər Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən Cavid Tağıyev
Məhkəmə qərarları › İş №1(043)-95/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-95/2021
05.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver