Məhkəmə qərarları › İş №1(043)-96/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №1(043)-96/2021

12.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(043)-96/2021 12.04.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X4 iclas katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun X3 üzrə İdarənin rayon (şəhər) məhkəmələrində X3 üzrə şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, cinayət qanununda nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1979-cu ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan. Təqsirləndirilən şəxsAzərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə saat 15 radələrində rəfiqəsi Şahid yaşadığı ünvan 2 ünvanda yaşayan Şahid qaynanası Zərərçəkmiş şəxs onun kosmetoloq kimi fəaliyyət göstərərək qadınların sifətində dəyişikliklər edib, bununla da günah işlətdiyini bildirməsi səbəbindən sonuncu ilə aralarında mübahisə yaranmış, aqressiv halda ayaqqabılarını geyinib evi tərk edən zaman ayaqqabısını Zərərçəkmiş şəxs tərəf atmış, bu zaman Zərərçəkmiş şəxs onun saçından tutub dartararaq ona fiziki ağrı ilə müşayiət edilən hərəkətinə adekvat olmayan, özünün fiziki cəhətdən üstünlüyündən istifadə edib Zərərçəkmiş şəxs əli ilə qəsdən cox saylı zərbələr vuraraq ona sol said nahiyəsinin yumşaq toxumalarının əzilməsi, hematoması, sıyrıqları kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa “Yüngül” zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş cinayət qanununda nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə özünü təqsirli bilərək göstərdi ki, zərərçəkmiş şəxs rəfiqəsi Şahid qaynanası olan Zərərçəkmiş şəxs təxminən 6 ildir tanıyır və mütəmadi olaraq Nailə ilə görüşmək üçün Nailənin yaşadığı evə qonaq kimi gedib-gəlmişdir. xx.xx.2021-ci il tarixdə saat təxminən 15 radələrində Nailənin yaşadığı Gəncə şəhəri Xalıqov küçəsi ev 4 ünvanına Nailəni görmək üçün qonaq getmiş, həmin vaxt evdə Nailədən başqa Nailənin qaynanası Zərərçəkmiş şəxs və az yaşlı uşaqları da olmuşdur. Evdə olan zaman Nailə ona çay süzdüyü üçün stolun ətrafında oturub Dilarə ilə söhbət etməyə başlamış, söhbət zamanı Dilarə ondan niyə gəlib-getmədiyini, nə işlə məşğul olduğunu soruşmuşdur. O, Dilarəyə kosmetoloq olmaq üçün həkim yanına kursa getdiyini bildirmiş, həmin vaxt Dilarə ona “namaz qılırsan, həm də insanların sifətində dəyişiklik edərək günah edirsən” demişdir. O, Dilarənin dediyi sözə əsəbləşərək Dilarəyə “günah iş görmürəm, mən cərrah deyiləm ki, insanların sifətini dəyişəm, özün mənə və digər qadınlara şər ataraq günah edirsən” deyib az yaşlı övladını da götürüb evdən çölə çıxmış, evin qapısının qarşısında aşağı əyilib ayaqqabısını ayağına geyinmək istəyən zaman Dilarənin onun saçından tutub onu vurmaq istədiyini görüb həmin vaxt Dilarənin saçından buraxması üçün əlləri ilə Dilarənin qollarından tutub Dilarəninin sifət və qol nahiyəsinə vuraraq Dilarəni arxaya itələmiş, həmin vaxt yanlarında olan Nailə isə aralarına girib onları aralamış və Dilarəni yaşadıqları evə apardıqdan sonra o oradan çıxıb getmişdir. Əməlindən peşmandır. Bundan əlavə Təqsirləndirilən şəxs oğlu məhkəmə iclasında ərizə təqdim edərək, qeyd edilən cinayət qanununda nəzərdə tutulmuş əməli üzrə özünü təqsirli hesab etdiyini, zərərçəkmiş şəxslə barışdığını, dəymiş ziyanı tam ödədiyini, bununla əlaqədar olaraq işin icraatına xitam verilməsini və bu əsasla cinayət işinə xitam verilməsinin bəraətverici əsas olmadığının ona aydın olduğunu qeyd etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərmişdir ki, gəlini Şahid rəfiqəsi olan Təqsirləndirilən şəxs təxminən 6 ildir ki, tanıyır. Samirə mütəmadi olaraq Nailə ilə görüşmək üçün yaşadıqları evə qonaq kimi gəlib-getmişdir. xx.xx.2021-ci il tarixdə saat təxminən 15 radələrində Samirə yenə onlara qonaq gəlmiş və söhbət əsnasında ona kosmetoloq işləməklə üz qırışlarının düzəldilməsi üçün yeni aparat aldığını bildirmişdir. O, həmin vaxt Samirəyə “günah edirsiniz insan necə doğulubsa o cür də qocalıb qəbr evinə getməlidir” demişdir. Həmin vaxt Samirə ona guya “sən günah etməmisən?” deyib onunla mübahisə etməyə başlamışdır. Mübahisə zamanı Samirə evdə olan stulu götürüb ona tərəf atmış və o kənara çəkildiyi üçün stul ona dəymədən yerə düşmüş, həmin vaxt Samirə üzərinə gəlib onu vurmaq istədiyi üçün Nailə Samirənin qarşısına keçib Samirəni üzərinə gəlməyə qoymamışdır. Həmin vaxt Samirə evdən çıxıb evin qapısının qarşısında ayaqqabısını geyinən zaman ayaqqabısını ona tərəf atıb yenidən üzərinə gəldiyi üçün Samirənin saçından tutmuş, Samirənin saçından tutduqdan sonra Samirə bir əli ilə sol qolundan tutub möhkəm sıxaraq digər əli ilə sol qol nahiyəsinə vurmağa və dırnaqları ilə xəsarət yetirməyə başlamışdır. Həmin vaxt yanlarnda olan Nailə Samirə ilə onun arasına girib onları aralamış və Samirə yaşadıqları evdən çıxıb getmişdir. O, yaşadığı evdə özünə gəldikdən bir neçə saat sonra Azərbaycan Respublikası Dİn-in 102 xidməti zəng mərkəzinə zəng edərək Samirənin onu döyməsi barədə məlumat vermiş, sonradan isə Kəpəz RPİ-nə Samirənin onu döyməsi barədə müraciət etmişdir. Həmçinin Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirib,Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X5” X9 xx.xx.2021-ci il tarixli, 331 nömrəli rəydən görünür ki, canlı şəxsin X1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər- Sol said nahiyəsinin yumşaq toxumaların əzilməsi, hematoması, sıyrıqları–bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2021-ci il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa “Yüngül” zərər vurmaya aid edilir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən verilmiş xx.xx.2021-ci il tarixli 351-1486Ə-3221 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Kəpəz RİH başçısının MKT İB-nin2 nömrəli xidmət sahəsinin xx.xx.2021-ci il tarixli, 438 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanında yaşayır. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Kəpəz RİH başçısının MKT İB-nin 2 nömrəli xidmət sahəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ərazidə müsbət xarakterizə olunur. İşin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə Şəhər Psixonevroloji Dispanseri tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 1369 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə Şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. İşin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə Şəhər Səhiyyə İdarəsi Narkoloji Dispanseri tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 1149 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə Şəhər Rayonlararası Narkoloji Dispanserdə qeydiyyatda durmur. İş materiallarına əlavə edilmiş X2 və Təqsirləndirilən şəxs iş materiallarında olan yazılı ərizələrindən görünür ki, onlar barışmış və hər iki şəxs cinayət işinin icraatına xitam verilməsinə razıdır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş ekspert rəyi, cinayət qanununda nəzərdə tutulmuş əməli törətmiş şəxsin və zərərçəkmiş şəxsin, istintaq hərəkətinin protokolları və digər sənədlərlə cinayət qanununda nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə saat 15 radələrində rəfiqəsi Şahid yaşadığı ünvan 5 ünvanda Zərərçəkmiş şəxs əli ilə qəsdən çox saylı zərbələr vuraraq ona sol said nahiyəsinin yumşaq toxumalarının əzilməsi, hematoması, sıyrıqları kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa “Yüngül” zərər vurmaya aid bədən xəsarətləri yetirməsi tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli ibtidai təhqiqat orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, cinayət qanununda nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, xx xxxxxx 2017-ci il tarixdən qüvvəyə minmiş «Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının xx xxxxxxx 2017-ci il tarixli Qanunu ilə Cinayət Məcəlləsinə aşağıdakı məzmunda 73.2-ci maddə əlavə edilmişdir: “Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir.” İş materiallarından görünür ki, zərərçəkmiş şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxslə barışmışdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tətbiq olunmasını istisna edən hal müəyyən edilməmişdir. Belə ki, Təqsirləndirilən şəxshəmin əməli ilk dəfə törətmiş, əvvəllər həmin əmələ görə məhkum olunmamış və cinayət məsuliyyətindən və cəzadan azad olunmamışdır. Buna görə də məhkəmə hesab edir ki, zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxslə barışması qəbul edilməli, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxs cinayət məsuliyyətindən azad olunmalı və barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. İş üzrə məhkəmə xərci, maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73cü, CPM-nin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və onun barəsində cinayət təqibinə və hazırkı cinayət işi üzrə icraata xitam verilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Həmin müddət ərzində apelyasiya protesti və ya apelyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün qərar qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar