Məhkəmə qərarları › İş №1(043)-97/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-97/2020

21.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-97/2020 21.09.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X1, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs, müdafiəçi- Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, xx xxxxxxxx 2020-ci il tarixdə X6 Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, xx.xx.1992–ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində 1 azyaşlı uşağı olan, orta təhsilli, işsiz, məhkum olunmamış, ünvan 1 mənzil 29 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş,hazırda Gəncə 2 saylı istintaq təcridxanasında saxlanılan. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə, müəyyən etdi: Məhkəmə istintaqında müəyyən edildi ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx xxxxxx 2019-cu il tarixdə saat 18 radələrində ünvan 3 və 15 ünvanlarında yerləşən binaların arasında dayanmış Zərərçəkmiş şəxs1 məxsus “Hyundai Santafe minik” markalı **-DX-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sol ön qapısının şüşəsini daşla sındıraraq salondan sonuncuya məxsus 300 manat dəyərində, 1 ədəd “Samsung J5” markalı mobil telefonu içərisindəki 10 manat dəyərində Azercell şəbəkəsində istifadə olunmuş “**********” saylı mobil nömrə ilə birlikdə gizli olaraq talayaraq ümumilikdə zərərçəkmiş şəxsə 310 (üç yüz on) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrar tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx xxxxxx 2020-ci il tarixdə saat 23 radələrində Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsində yerləşən Zərərçəkmiş şəxs2 icarə əsasında işlətdiyi “Bəylik” kişi salonunun giriş qapısına fiziki təsir göstərib açaraq qanunsuz olaraq içəri daxil olub oradan sonuncuya məxsus 1 ədəd 82 ekran ölçüdə 450 manat dəyərində “Samsung” markalı televizoru, 1 ədəd 5 manat dəyərində “Samsung” markalı televizorun pultunu, 1 ədəd 30 manat dəyərində “Samsung” markalı televizorun asılqanını, 1 ədəd 40 manat dəyərində “Euromax RT 555 HD” markalı peyk tunerini, 1 ədəd 50 manat dəyərində “Tefal” markalı elektrikli çaydanı, 1 ədəd 15 manat dəyərində “Geepas” markalı elektrikli çaydanı, 1 ədəd 15 manat dəyərində üzərində markası qeyd edilməmiş spirallı plitəni, 1 ədəd 65 manat dəyərində “Royce” markalı dreli, 1 ədəd 40 manat dəyərində üzərində markası qeyd edilməmiş feni, 1 ədəd 90 manat dəyərində “Philips” markalı feni, 1 ədəd 25 manat dəyərində “Powertec TR-658” markalı batareya ilə işləyən saç kəsən maşını, 1 ədəd 25 manat dəyərində “Kemei KM-5017” markalı batareya ilə işləyən saç kəsən maşını, 1 ədəd 25 manat dəyərində üzərində markası qeyd edilməmiş batareya ilə işləyən saç kəsən maşını, 2 ədəd hər birinin dəyəri 50 manat olmaqla ümumilikdə 100 manat dəyərində “Moser” markalı elektriklə işləyən saç kəsən maşını, 1 ədəd 50 manat dəyərində “Vitek VT-1350B” markalı elektriklə işləyən saç kəsən maşını, 2 qutu hər birinin dəyəri 8 manat olmaqla ümumilikdə 16 manat dəyərində 600 ml ölçüdə “dex” markalı şampunu, 2 qutu hər birinin dəyəri 12 manat olmaqla ümumilikdə 24 manat dəyərində “Belux” markalı 750 ml ölçüdə şampunu, 2 qutu hər birinin dəyəri 8 manat olmaqla ümumilikdə 16 manat dəyərində “Clear men” markalı 400 ml ölçüdə şampunu, 2 qutu hər birinin dəyəri 8 manat olmaqla ümumilikdə 16 manat dəyərində “İpek” markalı 750 ml ölçüdə şampunu, 2 qutu hər birinin dəyəri 10 manat olmaqla ümumilikdə 20 manat dəyərində “Elidor” markalı 750 ml ölçüdə şampunu, 1 ədəd 50 manat dəyərində “Coiffeur” markalı dəmir qayçını, 1 ədəd 50 manat dəyərində “Jaguar” markalı dəmir qayçını, 3 ədəd hər birinin dəyəri 15 manat olmaqla ümumilikdə 45 manat dəyərində üzərində markaları qeyd edilməmiş dəmir qayçını, 2 ədəd hər birinin dəyəri 7 manat olmaqla ümumilikdə 14 manat dəyərində “Arcade” markalı 400 ml ölçüdə saç lakını, 1 ədəd 8 manat dəyərində “Face Body” markalı 200 ml ölçüdə üz kremini, 1 ədəd 8 manat dəyərində “Garnier” markalı 150 ml ölçüdə üz kremini, 5 ədəd hər birinin dəyəri 15 manat olmaqla ümumilikdə 75 manat dəyərində üzərində markaları qeyd edilməmiş saç daraqlarını, 1 ədəd 15 manat dəyərində su motoru üçün nəzərdə tutulmuş hidrafon beynini, 1 ədəd 30 manat dəyərində üzərində markası qeyd edilməmiş qara rəngli idman gödəkcəsini, 1 ədəd 20 manat dəyərində üzərində markası qeyd edilməmiş göy rəngli jileti gizli olaraq talayıb ümumilikdə zərərçəkmiş şəxsə 1432 (bir min dörd yüz otuz iki) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrar tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx xxxxxx 2020-ci il tarixdə saat 13 radələrində Gəncə şəhəri, Ş.İ.Xətai prospekti 82 ünvanında yerləşən binanın həyətində dayanmış “xxxxxxxxxxxx” MMC-yə məxsus “İveco Daily 65C15H yük” markalı **-JX-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sol ön qapısının şüşəsini daşla qıraraq salondan Zərərçəkmiş şəxs3 məxsus 1 ədəd “Samsung J2 Prime” markalı 350 manat dəyərində mobil telefonu içərisindəki 10 manat dəyərində Azercell şəbəkəsində istifadə olunmuş “**********” saylı mobil nömrə və 5 manat dəyərində Bakcell şəbəkəsində istifadə olunmuş “**********” saylı mobil nömrə ilə birlikdə gizli olaraq talayaraq ümumilikdə zərərçəkmiş şəxsə 365 (üç yüz altımış beş) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü tam təqsirli bildi. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin «sübutların toplanılması, yoxlanılması və qiymətləndirilməsi»ndən bəhs edən 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəyini və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələbləri baxımından məhkəmə istintaqında təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin ifadələrini, ekspertiza rəyini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün subut növləri kimi qəbul edir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilib ifadəsində göstərdi ki, ünvan 1 mənzil 29 ünvanında ailəsi ilə birlikdə yaşayır. Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsində yerləşən obyektdə motosikletin təmiri ilə həmçinin, ehtiyyat hissələrinin satışı ilə məşğul olmuşdur. xx xxxxxx 2019-cu il tarixdə saat 18 radələrində Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsi gedərkən binaların arasında dayanmış “Hyundai Santafe minik” markalı avtomobili görüb, avtomobilin sahibinin restoranda olmasını güman edib şər qarışmasını gözləmiş və təxminən saat 18 radələrində “İmperial” şadlıq sarayının qarşısına getmişdir.Belə qərara gəlmişdir ki, həmin avtomobildən oğurluq etsin. Avtomobilin salonuna baxarkən orada bir ədəd “Samsung” markalı mobil telefon görmüşdür. Avtomobilin qapısı kilidli olduğundan əvvəlcə ətrafında heç kəsin olmadığını,dəqiqləşdirdikdən sonra yerdən götürdüyü daşla həmin avtomobilin sol ön qapısının şüşəsini sındıraraq salondakı “Samsung J5” markalı mobil telefonu götürərək oradan uzaqlaşmışdır. Telefonu götürdükdən sonra içərisindəki mobil nömrəni çıxarıb sındıraraq kənara atmış və telefonu özü ilə aparmışdır. Növbəti gün həmin mobil telefonu Gəncə şəhəri Mərkəzi Univermağın qarşısında tanımadığı şəxsə özünə məxsus olmasını bildirərək 90 manata satmışdır. Bundan başqa pula ehtiyacı olduğu üçün xx xxxxxx 2020ci il tarixdə qərara gəlmişdir ki, qonşuluqdakı gözəllik salonundan oğurluq etsin. Bu məqsədlə o, təxminən saat 20 radələrində salonu işlədən şəxslərin iş vaxtı qurtardıqdan sonra çıxıb getmələrini görüb saat 23 radələrində qaşığı götürərək həmin salona getmiş və salonun qapısının kilidini açaraq salondan 2 ədəd fen, 6 ədəd saç kəsən maşın, 10 ədəd müxtəlif markalı şampunlar, 5 ədəd dəmir qayçı, 2 ədəd saç lakı, 2 ədəd krem, 5 ədəd daraqları, masanın yanında olan bir ədəd göy rəngli jileti, bir ədəd qara rəngli idman gödəkcəsini bir ədəd dreli iki ədəd elektirikli çaydanı və bir ədəd spirallı plitəni, bundan əlavə orada olan xırda aparatı götürmüşdür. O, səhərisi günü oğurladığı əşyaları satmağa qərar vermiş, həmin əşyaların hamısını birdən satacağı şübhə yaradacağından onları hissə-hissə satmağa qərar vermiş, bu məqsədlə oğurladığı əşyaların bir qismini 20 manat qarşılığında Gəncə şəhərində “Sərçə bazarı” kimi tanıan bazarda tanımadığı şəxsələrə satmış, əldə etdiym qazancı öz ehtiyacları üçün xərcləmişdir. Növbəti gün yenə eyni qayadada əşyaların bir qismini ümumilikdə 25 manata Gəncə şəhərində “Sərçə bazarı” kimi tanınan bazarda tanımadığı şəxsələrə satmış və həmin satışdan əldə etdiyi qazancı da, öz ehtiyacı üçün xərcləmişdir. Oğurladığı şampunlardan 7 qutusunu, saç lakının bir ədədini istifadə etmişdir. Qalan 1 ədəd elektirklə işləyən çaydanı, 1 ədəd spirallı plitəni, 1 ədəd feni, 3 ədəd saç kəsən maşını, 3 qutu şampunu, 4 ədəd qayçını, 2 ədəd kremi, 1 ədəd saç lakını, 5 ədəd darağı, 1 ədəd göy rəngli jileti və bir ədəd qara rəngli idman gödəkcəsini, həmçinin televizorun pultunu istintaqa təqdim etmişdir. Bundan başqa gözəllik salonundan oğurluq etdikdən 4-5 gün sonra təxminən saat 13 radələrində Gəncə şəhərində piyada Texnologiya Universiteti istiqamətinə gedərkən “Unibank”-ın yaxınlığında 1 ədəd firmaların işlətdiyi “Mercedes Sprinter”ə bənzər üzərində “Lukoil” yazılı olan böyük yük maşını görmüşdür. Həmən avtomobilə yaxınlaşaraq pəncərədən baxıqda salonda 1 ədəd “Samsung J2” markalı mobil telefonu görmüşdür. Avtomobilin qapısı kilidli olduğundan yerdən götürdüyü daşla həmin avtomobilin sol ön qapısının şüşəsini sındıraraq salonda olan 1 ədəd “Samsung J2” markalı mobil telefonu götürmüşdür.Telefonu götürdükdən sonra içərisindəki nömrəni çıxarıb sındıraraq kənara atmış və telefonu özü ilə aparmışdır. Növbəti gün həmin mobil telefonu Gəncə şəhəri Mərkəzi Univermağın qarşısında tanımadığı şəxsə özünə məxsus olmasını bildirərək 50 manata satmışdır. Hazırda zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs3 dəymiş zərəri ödəmiş və onunla barışıq əldə etmişdir. Digər zərəçəkmiş şəxslərin ziyanlnı isə ödəyə bilmir. Əməlindən peşman olduğunu nəzərə alıb ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi hadisə tlə əlaqədar tanımışldır. Belə ki, xx.xx.2019-cu il tarixdə saat 17 radələrində özünə məxsus “Hyundai Santafe” markalı **-DX-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsində yerləşən “İmperial” şadlıq sarayına getmişdir. Şadlıq sarayının önündəki park yerində yer olmadığına görə həmin şadlıq sarayının qarşısındakı binaların arasında avtomobilini saxlayıb ikinci telefon kimi işlətdiyi “Samsung J5” markalı mobil telefonu avtomobilinin salonuna qoyaraq qapılarını kilidləyib toy məclisində iştirak etmək üçün restorana getmişdir. Təxminən saat 18-19 radələrində o zəng etməli olduğu üçün avtomobilində olan “Samsung J5” markalı mobil telefonu götürməyə getmiş, avtomobilə yaxınlaşdıqda avtomobilin ön sol qapısının şüşəsinin sındırıldığını görmüşdür. Həmin an avtomobilindən oğurluq olmasını güman edərək dərhal salona baxmış, salonda butun əşyaları yerində olsa da, “Samsung J5” markalı mobil telefonunun yerində olmadığını və onun oğurlandığını müəyyən etmişdir. O, ilkin olaraq işdən çıxarkən üzərində olan 800 manat pulu da, avtomobilin salonuna qoyduğunu zənn edərək həmin pulun da, oğurlandığını düşünmüş və dərhal DİN-in 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Polis əməkdaşları hadisə yerinə gələnədək o evlə telefon əlaqəsi saxladıqda pulun evdə olduğunu və sadəcə “Samsung J5” markalı mobil telefonunun içərisindəki “**********” saylı mobil nömrə ilə birlikdə oğurlandığını müəyyən etmişdir. Bir qədər sonra polis əməkdaşları hadisə yerinə gəlmiş, o polis əməkdaşlarına mövcud vəziyyəti bildirmiş və polis əməkdaşları hadisə yerini müayinə edərək müvafiq sənədləşmə aparmışlar. Bir neçə ay sonra ona məlum olmuşdur ki, avtomobilindən oğruluq etmiş şəxs əvvəllər tanımadığı Təqsirləndirilən şəxsdur. Qeyd etdiyi oğurluq hadisəsi nəticəsində onun 1 ədəd 300 manat dəyərində “Samsung J5” markalı mobil telefonu içərisindəki 10 manat dəyərində “**********” saylı mobil nömrə ilə birlikdə oğurlanmışdır. Telefon təzə və işlək vəziyyətdə olmuşdur. Həmçinin ona məxsus “Hyundai Santafe” markalı **-DX-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilinin sol ön qapısının şüşəsinin sındırılması nəticəsində ona 200 manat maddi ziyan dəymişdir. Ümumilikdə ona 510 manat dəyərində maddi ziyan dəymişdir. Onun Təqsirləndirilən şəxs hər hansı bir borcu, ədavəti və ya düşmənçiliyi olmamışdır. Ona dəymiş ziyan ödənilmədiyindən təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirmişdir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Gəncə şəhəri, Cavadxan qəsəbəsində ailəsilə birilikdə yaşayır. İcarə əsasında Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsində yerləşən “Bəylik” adlı kişi salonunu işlədir. Həmin salonu hər gün saat 08 radələrində açıb 20 radələrində bağlayır. xx.xx.2020-ci il tarixdə saat 20 radələrində yenə adəti üzrə salonu bağlayaraq evə getmişdir. xx.xx.2020-ci il tarixdə saat 08 radələrində o salonun qapısının kilidini açaraq içəri daxil olduqda siyirmələrin açıq olduğunu, əşyaların yerində olmadığını, yerdəki kafeldə isə qan damcısı olduğunu görmüş, dərhal mətbəxə keçib arxa qapıya baxıqda arxa qapının da, açıq olduğunu görmüşdür. Oradan arxa həyətə keçdikdə isə həyətin dəmir hasarının əyildiyini görüb anlamışdır ki, salondan oğurluq olmuşdur. Salona ilkin olaraq göz gəzdirib dərhal DİN-in 102 xidmətinə məlumat vermişdir. Bir qədər sonra polis əməkdaşları hadisə yerinə gəlmiş, o polis əməkdaşlarına mövcud vəziyyəti bildirmiş, polis əməkdaşları hadisə yerini müayinə edib müvafiq sənədləşməni aparmış və o ərizə ilə müraciət edərək oğurluq hadisəsi barədə məlumat verib oğurlanmış əmlakının siyahısını qeyd etmişdir. Qeyd olunan oğurluq nəticəsində ona ümumilikdə 1288 manat dəyərində maddi ziyan dəymişdir. Ona dəymiş ziyan ödənilmədiyi üçün təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, ünvan 6 mənzil 1 ünvanında ailəsilə birilikdə yaşayır “xxxxxxxxxxxx” MMC-də, satış assistenti vəzifəsində işləyir və həmin firmaya məxsus “İveco Daily” markalı **-JX-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə edir. xx.xx.2020-ci il tarixdə səhər saat 09 radələrində işə gedib satış həyata keçirmək üçün İveco Daily” markalı **-JX-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili götürüb şəhərin bir neçə yerində yerləşən obyektlərə satış həyata keçirdikdən sonra bank xidmətləri ilə əlaqədar Unibanka getməyə qərar vermişdir. Bu məqsədlə təxminən saat 12:55 radələrində idarə etdiyi “İveco Daily” markalı **-JX-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Gəncə şəhəri, Ş.İ.Xətai prospekti 2 ünvanına gedərək avtomobili həmin ünvanda yerləşən «Unibankın» olduğu binanın sol tərəfində “Ev çörəyi” sexinin yaxınlığında saxlamışdır. Təxminən saat 13:30 radələrində bankda işini bitirib avtomobilə yaxınlaşdıqda avtomobilin ön sol qapısının şüşəsinin sındırıldığını görmüşdür. Həmin an avtomobilindən oğurluq olmasını güman edərək dərhal salona baxmış, salonda butun əşyaları yerində olsa da, ona məxsus “Samsung J2 Prime” markalı mobil telefonu içərisindəki “**********” saylı və “**********” saylı mobil nömrələrlə birlikdə yerində olmadığını və onun oğurlandığını müəyyən etmişdir. Bundan sonra dərhal DİN-in 102 xidmətinə zəng edərək məlumat vermiş, bir qədər sonra polis əməkdaşları hadisə yerinə gəlmişlər. O, polis əməkdaşlarına mövcud vəziyyəti bildirmiş, polis əməkdaşları hadisə yerini müayinə edərək müvafiq sənədləşməni aparmışlar. Təxminən bir ay sonra ona məlum olmuşdur ki, avtomobilindən oğruluq etmiş şəxs əvvəllər tanımadığı Təqsirləndirilən şəxsdur. Qeyd etdiyi oğurluq hadisəsi nəticəsində onun 1 ədəd 350 manat dəyərində “Samsung J2 Prime” markalı mobil telefonu içərisindəki 10 manat dəyərində “**********” saylı mobil nömrə və 5 manat dəyərində “**********” saylı mobil nömrə ilə birlikdə oğurlanmışdır. Ona dəyən zərər ödənildiyindən şikayəti və tələbi olmadığını bildirmiş və bununla bağlı məhkəməyə notarial qaydada ərizə təqdim etmişdir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-in xx.xx.2020-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır.(i.v 174- 175) xx xxxx 2020-ci il tarixli Şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə, saat 21:00-da şübhəli şəxs qismində tutulmuşdur. ( i.v 46) X6 Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 4(043)-19/2020 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx xxx 2020-ci il tarixədək həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmışdır. (Cild 1, i.v 149- 151) Məhkəməyədək icraat zamanı aparılmış “xxxxxxxxxxx”xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxnin xx xxxxx 2020-ci il tarixli 53 nömrəli məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, 2019-cu ilin dekabr ayı üçün 1 ədəd “Samsung J5” markalı mobil telefon 150 manat, 1 ədəd ********** saylı Azercell şəbəkəsinin xidmətində olan mobil nömrə 5 manat, “Hyundai Santafe” markalı avtomobilin ön sol qapısının şüşəsi 160 manat, 2020-ci ilin fevral ayı üçün 1 ədəd Samsung markalı 82 ekran ölçüdə televizor 200 manat, 1 ədəd Samsung markalı televizorun pultu 5 manat, 1 ədəd Samsung markalı televizorun asılqanı 30 manat, 1 ədəd Euromax RT 555 HD markalı peyk tuneri 20 manat, 1 ədəd Tefal markalı elektrikli çaydan 10 manat, 1 ədəd Geepas markalı elektrikli çaydan 10 manat, 1 ədəd üzərində markası qeyd edilməmiş spirallı plitə 5 manat, 1 ədəd Royce markalı drel 25 manat, 1 ədəd üzərində markası qeyd edilməmiş fen 5 manat, 1 ədəd Philips markalı fen 15 manat, 1 ədəd Powertec TR-658 markalı batareya ilə işləyən saç kəsən maşın 20 manat, 1 ədəd Kemei KM-5017 markalı batareya ilə işləyən saç kəsən maşın 20 manat, 1 ədəd üzərində markası qeyd edilməmiş batareya ilə işləyən saç kəsən maşın 15 manat, 2 ədəd Moser markalı elektriklə işləyən saç kəsən maşın 40 manat, 1 ədəd Vitek VT-1350B markalı elektriklə işləyən saç kəsən maşın 15 manat, 2 qutu 600 ml ölçüdə “dex” markalı şampun 16 manat, 2 qutu “Belux” markalı 750 ml ölçüdə şampun 24 manat, 2 qutu “Clear men” markalı 400 ml ölçüdə şampun 16 manat, 2 qutu “İpek” markalı 750 ml ölçüdə şampun 16 manat, 2 qutu “Elidor” markalı 750 ml ölçüdə şampun 20 manat, 1 ədəd “Coiffeur” markalı dəmir qayçı 20 manat, 1 ədəd “Jaguar” markalı dəmir qayçı 20 manat, 3 ədəd üzərində markaları yazılmamış dəmir qayçı 45 manat, 2 ədəd “Arcade” markalı 400 ml ölçüdə saç lakı 14 manat, 1 ədəd “Face Body” markalı 200 ml ölçüdə üz kremi 6 manat, 1 ədəd “Garnier” markalı 150 ml ölçüdə üz kremi 6 manat, 5 ədəd müxtəlif növ üzərində markası qeyd edilməmiş saç daraqları 75 manat, 1 ədəd hidrafon beyni 5 manat, 1 ədəd qara rəngli idman gödəkcəsi 20 manat, 1 ədəd göy rəngli jilet 5 manat, 1 ədəd Samsung J2 Prime markalı mobil telefon 110 manat, 1 ədəd ********** saylı Azercell şəbəkəsinin xidmətində olan mobil nömrə 10 manat, 1 ədəd ********** saylı Bakcell şəbəkəsinin xidmətində olan mobil nömrə 3 manat, İveco Daily markalı avtomobilin ön sol qapısının şüşəsi 250 manat dəyərində, cəmi əşyaların dəyəri isə 1431 manat müəyyən olunmuşdur. (193-197) Məhkəmə istintaqı zamanı təqdim olunmuş Zərərçəkmiş şəxs3 xx.xx.2020-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, ona dəymiş ziyan ödənilmişdir, Təqsirləndirilən şəxs qarşı hər hansı şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı təqdim olunmuş AZ-İİİ 184642 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx xxxxxx 2013-cü ildə anadan olmuş Ayxan adlı azyaşlı uşağı vardır. Beləliklə, iş üzrə toplanmış sübutların həcmi təqsirləndirilən şəxsə istinad olunan oğurluq cinayəti üzrə sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli «az ağır» cinayət olmaqla mülkiyyət əleyhinə olan cinayətdir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən olunmadı. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilindiyi cinayət əməlinə görə qanunla müəyyən olunmuş qaydada cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən, onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilmiş ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs3 dəmiş zərəri ödəməklə onunla barışıq əldə etməsini, himayəsində azyaşlı uşağının olmasını, əməlindən səmimi peşman olmasını Cinayət Məcəlləsinin 59-cu maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bununla yanaşı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü bəndinə uyğunluğu haqqında» xx xxxxxx 1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx xxxx 2003-cü il tarixli qərarının aşağıdakı izah və tələblərini də nəzərə alır. Belə ki, həmin qərarın 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Göstərilən qərarın 2-ci bəndində isə izah edilir ki, cəzaların tətbiq edilməsi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub olmaması,məsələn sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və.s) kimi hallara da diqqət yetirilməlidir. Ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs3 vurduğu zərəri ödəməklə onunla razılıq əld etməsini, əməlindən peşman olmasını, himayəsində azyaşlı uşağının olmasını onun islah olunmasına dəlalət edən hal hesab edib onun cəmiyyətdən təcrid olunmadan islah olunmasını mümkün sayıb, barəsində təqsirliyi bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə yaşayış yerini günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək bir vəzifə olaraq qoyulmalı, onun davranışı üzərində nəzarət daimi yaşadığı yer üzrə probasiya şöbəsinə həvalə edilməlidir. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdən həbsdə olduğu 06 (altı) ay 19 (on doqquz) gün nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə zalından həbsdən azad olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (mad.346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (mad.353.4.10) məsələlərdən biri də, məhkəmə məsrəflərinin (xərclərinin) ödənilməsi məsələsidir. İş üzrə 50(əlli) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq “xxxxxxxxxxx”xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC-in hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə iş üzrə müsadirə edilməli əmlak yoxdur. Bundan başqa iş üzrə Zərərçəkmiş şəxs2 məxsus oğurlanmış əmlakların bir qisminin ona qaytarılması nəzərə alınmalıdır. İş üzrə maddi sübut, mülki iddia və müsadirə tətbiq ediləcək alət və vasitələr yoxdur. Göstərilənlərəəsasənvə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutuaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 6 (altı) ay 19 (on doqquz) günün bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla üzərində qəti olaraq 10 (on) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat pul Təqsirləndirilən şəxs tutularaq “xxxxxxxxxxx”xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC-in Kapital Bank ASCin Gənclik Mall filialı, kod 201025, VÖEN **********, SWİFT kod AİİBAZ2X, AZ 37 NABZ ********************, VÖEN **********, hesab AZ 53A İİB ******************** nömrəli hesaba ödənilsin. Hökmün icrası X3 şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində X6 Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar