Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-98/2021 23.06.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X6 iclas katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun X3 üzrə İdarənin rayon (şəhər) məhkəmələrində X3 şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və Müdafiəçi iştirakı ilə, xx.xx.1990-cı ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, Gəncə Apelyasiya Məhkəməsinin 18 mart 2020-ci il tarixli, 1(104)-128/2020 saylı qərarı ilə 1939,50 manat cərimə cəzası və 02 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmin cəzalardan 11 ay 17 gün müddətində azadlığın məhdudlaşdırılması və 1094,50 manat cərimə cəzası çəkilməmiş qalmış, məhkumluğu ödənilməmiş, Gəncə şəhəri Kəpəz rayonu N.Rəfibəyli küçəsi ev 43-də daimi qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib daşımış və saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən şəxsi istehlak miqdarından artıq, yəni təmiz çəkisi 0.174 qram olan narkotik vasitə “heroin”-i satış məqsədi ilə qanunsuz olaraq əldə edib yaşadığı evdə və üzərində saxlamaqla daşımış, 07 yanvar 2021-ci il tarixdə saat 20 radələrində Kəpəz RPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Gəncə şəhəri, Z.Hacıyev küçəsində yerləşən “H2O” avtoyuma məntəqəsinin yaxınlığında saxlanılıb Gəncə şəhər Kəpəz RPİ-nə gətirilmiş və üzərinə baxış keçirilən zaman əynində olan qara rəngli gödəkcənin sol yan cibindən 1 ədəd “Kent” markalı siqaret qutusunda satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşıdığı 2 ədəd gümüşü rəngli kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0.091 qram və 0.076 qram olmaqla, şəxsi istehlak miqdarından artıq, ümumilikdə təmiz çəkisi 0.167 qram olan, kustar üsulla hazırlanmış narkotik vasitə olan “heroin”, yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilərkən həmin evin qonaq otağında olan dolabdan satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı 1 ədəd 1 ml-lik birdəfəlik şprisdə 0.2 ml həcmində olan heroin məhlulunun tərkibində quru maddəsinin təmiz çəkisi 0.007 qram narkotik vasitə olan “heroin” aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ona elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində bildirdi ki, ailə üzvləri ilə birlikdə yaşayır. Əvvəllər oğurluq cinayəti törətdiyinə görə məhkum olunmuş və barəsində azadlığın məhdudlaşdırılması cəzası təyin olunmuş, hal hazırda X9 qeydiyyatda olmaqla cəza çəkir. Bir neçə ildir ki, narkotik vasitə olan “heroin”-dən istifadə edir. 07.01.2021-ci il tarixdə saat 20 radələrində Gəncə şəhəri, Zülfi Hacıyev küçəsində yerləşən H2O avtoyuma məntəqəsinin qarşısında idarə etdiyi Vaz 2106 markalı **-EX-*** qeydiyyat nömrə nişanlı avtomobili saxlayıb mağazadan meyvə alıb avtomobilə qayıdan zaman mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmiş, bundan sonra isə ona narkotik vasitə istifadə etməkdə, üzərində saxlamaqda və satmaqda şübhəli olduğunu bildirib onu polis idarəsinə dəvət etmiş və o, polis əməkdaşları ilə birlikdə Kəpəz RPİ-nə gəlmişdir. İdarədə ona hüquqlarını müdafiə etməsi üçün vəkil seçməyə şərait yaradılmış və o, təqdim edilən vəkillərin siyahısından hüquqlarını müdafiə etmək üçün vəkil X4 dəvət olunmasını xahiş etmişdir. Bundan sonra vəkil X11 təyin olunaraq ona təqdim olunmuş, vəkilinin iştirakı ilə üzərinə baxış keçiriləcəyi bildirilmiş, həmin vaxt ona hüquqları izah olunmuş və baxış zamanı əynində olan qara rəngli gödəkcənin sol yan cibindən “Kent” markalı siqaret qutusunda iki ədəd gümüşü rəngli kağız bükümlərdə narkotik vasitə olan “heroin” aşkar olunmuşdur. Polis əməkdaşları onun və vəkilin iştirakı ilə həmin bükümləri açaraq baxış keçirmiş, həmin bükümlər elektron tərəzidə çəkilmiş və çəkiləri kağızla birlikdə zərfdə qablaşdırılaraq ağzı DİN-in 120 saylı möhürü ilə möhürlənib üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra idarə etdiyi “Vaz 2106” markalı **-EX-*** qeydiyyat nömrə nişanlı avtomobilə baxış keçirilmiş, baxış zamanı avtomobildən hər hansı qanunla dövriyyəsi qadağan olunmuş əşya və ya narkotik vasitə aşkar edilməmişdir. Daha sonra isə yaşadığı ünvan 2 ünvanında yerləşən evə baxış keçirilmiş və baxış zamanı yaşadığı evin qonaq otağında olan dolabdan üzərində dərman izləri olan elektron tərəzi və içərisində naməlum məhlul olan 1 ml-lik şpris aşkar olunaraq götürülmüş, həmin şpris və tərəzi zərfdə qablaşdırılaraq ağzı DİN-in 120 saylı möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. O, üzərindən aşkar olunan kütlələrin narkomanlar arasında kakos kimi tanınan narkotik vasitə olan “heroin” olduğunu, həmin narkotik vasitəni iki ədəd bükümdə olmaqla 07.01.2021-ci il tarixdə günorta saatlarında yaşadığı evin yaxınlığında tanışı Ruslan adlı şəxsdən 30 manat müqabilində aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Üzərində olan narkotik vasitədən heç kimə nə verməmiş, nədə ki satmamış, özü istifadə etmək üçün əldə edərək üzərində saxlamışdır. Yaşadığı evdən aşkar olunmuş üzərində narkotik vasitə “heroin” izləri olan elektron tərəzinin istifadə etdiyi narkotik vasitənin dozasını və çəkilərini dəqiq müəyyən etmək məqsədi ilə istifadə edərək yaşadığı evdə saxlamış, şpris isə özü inyeksiya yolu ilə heroin qəbul etmək üçün istifadə etmiş və içərisində həmin heroin məhlulu qalmışdır. Narkotik vasitəni aldığı Ruslan adlı şəxsin anket məlumatları barədə hər hansı məlumatı yoxdur. Şahid3 tanıyır, aralarında hər hansı ədavət və ya düşmənçilikləri olmamış, yoldaşlıq münasibəti olmuş, heç vaxt nə Şahid3, nədə ki hər hansı digər şəxsə narkotik vasitə satmamış, 2020-ci ilin noyabr ayında Razinin gətirdiyi paltarlardan alaraq həmin paltarların müqabilində ona 60 manat pul vermiş, həmin paltarları sonuncudan haradan əldə etdiyini soruşduqda Razi ona bu barədə heç nə deməmiş, o, həmin paltarların müqabilində Raziyə narkotik vasitə olan “heroin” verməmişdir. Özünü qismən təqsirli bilir. Himayəsində azyaşlı uşağı var və özü də ağciyər xəstəsidir. Hazırda törətdiyi əməldən peşman olduğunu bildirib, yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Kəpəz RPİ-nin CAŞ-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiqləyərək ifadəsində bildirdi ki, 2009-cu ildən X10 xidmət edir, hazırda isə Kəpəz RPİnin CAŞ-nin baş əməliyyat müvəkkili vəzifəsində xidmətini davam etdirir. Ona Gəncə şəhəri, N.Rəfibəyli küçəsi, ev 43-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs üzərində və avtomobilində mütəmadi olaraq narkotik vasitələr gəzdirməsi, evində saxlaması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Belə ki, bir neçə ay əvvəl Gəncə şəhər Baş Polis İdarəsində istintaq edilən başqa bir cinayət işi üzrə oğurluq cinayəti törətmiş təqsirləndirilən Razi adlı şəxs istintaqa verdiyi ifadəsində bildirmişdir ki,o, mağazadab oğurladığı paltarların bir neçəsini narkotik alveri ilə məşğul olan Elmar adlı şəxsə pul müqabilində verərək, əvəzində ondan narkotik vasitələr alıb istifadə etmişdir. Ona görə də barəsində daxil olan məlumat əsasında 07.01.2021-ci il tarixdə Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi və yerinin müəyyən olunaraq üzərinə, avtomobilinə və evinə baxış keçirilməsi barədə qərar çıxarılmışdır. Həmin tarixdə Təqsirləndirilən şəxs Gəncə şəhəri, Z.Hacıyev küçəsində olması barədə əməliyyat məlumatı aldıqdan sonra CAŞ-nin əməliyyat müvəkkili Şahid2la birlikdə Gəncə şəhəri, Z.Hacıyev küçəsinə gedilmiş, həmin vaxt, yəni 07.01.2021-ci il tarixdə saat 20 radələrində Təqsirləndirilən şəxs Vaz 2106 markalı, **-EX- *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilində Z.Hacıyev küçəsində yerləşən “H2O” avtoyuma məntəqəsinin yaxınlığında olduğunu müəyyən edilmiş, Təqsirləndirilən şəxs avtomobilindən düşdükdən sonra yaxınlaşıb özlərini təqdim edərək xidməti vəsiqələrini göstərib barəsində qəbul olunmuş əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarı elan edib və avtomobili ilə birlikdə Kəpəz RPİ-nə aparmışlar. İdarədə Təqsirləndirilən şəxs hüquqları izah edildikdən sonra müdafiəçi dəvət etmək hüququ da izah edilmiş və vəkil X1 müdafiəçisi kimi iştirakı təmin edilmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və baxış zamanı əynində olan qara rəngli gödəkçənin sol yan cibindən “Kent” markalı siqaret qutusunda iki ədəd gümüşü rəngli kağız bükümlərdə spesifik kəskin iyli, narkotik vasitə olan “heroin”-ə bənzər kütlə aşkar olunmuşdur. Həmin bükümlərə baxış keçirilərək elektron tərəzidə çəkilmiş, çəkiləri kağızla birlikdə 0.12 və 0.13 qram gəlmiş, zərfdə qablaşdırılaraq ağzı DİN-in 120 saylı möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs məxsus “Vaz 2106” markalı **-EX-*** qeydiyyat nömrə nişanlı avtomobilə baxış keçirilmiş, baxış zamanı avtomobildən hər hansı qanunla dövriyyəsi qadağan olunmuş əşya və ya narkotik vasitə aşkar edilməmişdir. Daha sonra isə Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanında yerləşən evə baxış keçirilmiş və baxış zamanı evin qonaq otağında olan dolabdan üzərində izlər olan elektron tərəzi və içərisində naməlum məhlul olan 1 ml-lik şpris aşkar olunaraq götürülmüş, qablaşdırılaraq ağzı DİN-in 120 saylı möhürü ilə möhürlənmiş və müvafiq sənədləşmə aparılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Kəpəz RPİ-nin əməliyyat müvəkkili Şahid2 şahid Kəpəz RPİ-nin CAŞ-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 oğlunun ifadəsində göstərilənləri təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs tanıyır, aralarında hər hansı ədavət və ya düşmənçilikləri olmamış, yoldaşlıq münasibəti olmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitə satması barədə hər hansı məlumatı olmamış və heç vaxt sonuncudan narkotik vasitə almamışdır. Özünün barəsində polis idarəsındə istintaq edilən cinayət işi üzrə Təqsirləndirilən şəxs narkotik vasitə almağı barədə müstəntiqə ifadə verməmiş və ifadəsindəhəmin məlumat yanlışlıqla qeyd olunmuşdur. O, oğurladığı paltarları Elmara verib əvəzində narkotik vasitə heroin almamış, həmin paltarları isə Elmara 60 manat pul müqabilində satmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun oğludur, Elmar ailəsi ilə birlikdə onunla yaşayır. Elmar 2019-cu ildə oğurluq etdiyinə görə məhkum olunmuş və azadlığın məhdudlaşdırılması cəzası təyin olunmuş və həmin cəzasını çəkib qurtarmamışdır. Daha sonra isə 07.01.2021-ci il tarixdə Elmar üzərində narkotik vasitə saxladığına görə tutulmuş və hal hazırda 2 saylı istintaq təcridxanasında saxlanılır. O, Gəncə şəhər sakini Şahid3 əvvəllər tanımamış, Razi 2020-ci ilin noyabr ayında yaşadıqları ünvana gəlib paltar satdığını bildirmiş, Elmar Razidən paltar alaraq əvəzində 60 manat pul vermişdir, Razinin Elmarla arasında başqa hər hansı əlaqənin olmasından xəbəri olmamışdır. Elmar narkotik vasitə aludəçisidir və narkotik vasitə olan “heroin” istifadə edir, lakin heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. 2020-ci ilin noyabr ayında Razi yaşadıqları ünvana gəlib paltar satdığını bildirmiş, Elmar isə Razinin gətirdiyi paltarlardan alaraq həmin paltarların müqabilində ona 60 manat pul vermiş, Elmar həmin paltarların müqabilində Raziyə narkotik vasitə olan “heroin” verməmiş, ümumiyyətlə heç vaxt nə Raziyə, nədə başqa bir şəxsə narkotik vasitə satmamışdır. Yaşadığı Gəncə şəhəri, N.Rəfibəyli 43 ünvanında yerləşən evə baxış keçirilərkən aşkar olunmuş elektron tərəzi evin qonaq otağında olan dolabda uzun illərdir ki, istifadə olunmayaraq qalmış, polis əməkdaşları 07.01.2021-ci il tarixdə evə baxış keçirən zaman oradan tapılmışdır. Ola bilsin ki, Elmar özü narkotik vasitə istifadəçisi olduğu üçün istifadə etdiyi heroin tozu dolabda olan tərəzinin üzərinə düşərək orada quruyub qalmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işi başlama və icraata qəbul etmə” haqqında 08 yanvar 2021-ci il tarixli, 11 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 234.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanması qərara alınmışdır. “Şübhəli şəxsi tutma” haqqında 07 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 07 yanvar 2021-ci il tarixdə, saat 20:30-da şübhəli şəxs qismində tutulmuşdur. “Baxış və götürmə” haqqında 07 yanvar 2021-ci il tarixli, 17 nömrəli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində boz rəngli şalvarının sol yan cibindən 1 ədəd Nokia markalı mobil telefon, 3 manat pul, gödəkçənin sol cibindən “Kent” markalı siqaret qutusunun içərisindən siqaret falqasına bükülü iki ədəd bükümlərdə ilk baxışdan narkotik vasitə olan "heroin"-ə oxşar kütlə, əynində olan gödəkçənin iç cibindən 70 qəpik pul və mobil probasiya aparatı aşkar olunaraq götürülmüşdür. Götürülmüş "heroinə"-ə oxşar kütlələr elektron tərəzisində çəkilmiş, narkotik vasitəyə oxşar iki ədəd bükümlərdə, bir bükümdə çəkisi 0,12 (sıfır tam yüzdə on iki) qram, bir bükümdə 0,13 (sıfır tam yüzdə on üç), qram olmaqla aşkar olunduğu zərfdə qablaşdırıldı və ağzı Azərbaycan Respublikası DİN-nin 120 saylı möhürü ilə möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 3 manat və 40 qəpik pul, “Kent” markalı siqaret, Nokia markalı mobil telefon və mobil aparat özünə qaytarılmışdır. “Baxış və götürmə” haqqında 07 yanvar 2021-ci il tarixli, 18 nömrəli protokoldan görünür ki, 07.01.2021-ci il tarixdə Kəpəz RPİ-nin inzibati binasının həyətində Təqsirləndirilən şəxs məxsus ağ rəngli, "Vaz 2106” markalı, **-EX-*** dövlət nömrə nişanlı avtomaşına baxış keçirilmişdir. Təqsirləndirilən şəxs idarə etdiyi avtomaşına baxış keçirilən zaman avtomaşının salonundan 1 ədəd qara rəngli pul qabı və içərisində 15 manat pul, 1 ABŞ dolları. plastik kartlar və şəxsi sənədlər aşkar edilmişdir. Həmin aşkar edilmiş qeyd edilən əşyalar maddi sübut əhəmiyyəti kəsb etmədiyindən baxış qurtardıqdan sonra hər biri cam özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən hər bir narkotik vasitə və ya narkotik vasitəyə oxşar kütlə aşkar edilməmişdir. Ədliyyə Nazirliyinin Məhkəmə X5 Regional Bölməsi tərəfindən verilmiş məhkəməkimyəvi ekspertizasının 08 yanvar 2021-ci il tarixli, 16/27 nömrəli rəyindən görünür ki, “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən çıxan narkotik vasitə.” sözlər və imzalar kağız paketdəki, 2 (iki) ədəd “gümüşü” rəngli kağız bükümlərdə ayrı-ayrılıqda, təmiz çəkiləri 0,091 qram, 0,079 qram, ümumi təmiz çəkisi 0,167 qram maddələr, kustar üsulla hazırlanmış narkotik vasitə - “heroin”-dir. Tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs: Təqsirləndirilən şəxs yaşadığı evin şkafından aşkar edilən içərisində narkotik vasitəyə aid məhlul olan 1 ədəd şpris.” sözləri və imzalar olan kağız paketdəki, 1(bir) ədəd 1ml-likbirdəfəlik şprisdə 0,2 ml həcmində olan məhlul “heroin” məhluludur və həmin məhlulun tərkibində “heroin”-in quru maddəsinin təmiz çəkisi - 0,007 qramdır. Tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs: Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilərək 1 ədəd üzərində narkotik maddəyə oxşar izlərin olması ehtimal edilən tərəzi.” Sözləri və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd elektron tərəzinin üzərində heroin izləri vardır. Bu iz mikroçəki təşkil etdiyindən, yəni tərəzinin ölçmə həddindən aşağı olduğundan izin miqdarı təyin olunmur. “Materialın istintaq aidiyyəti üzrə göndərilməsi” haqqında 08 yanvar 2021-ci il tarixli, 22 nömrəli qərarından görünür ki, material Gəncə şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsinə göndərilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında 09 yanvar 2021-ci il tarixli, 15 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla ona həmin maddə ilə ittiham elan edilməsi qərara alınmışdır. “Vəsatətin rədd edilməsi” haqqında 09 yanvar 2021-ci il tarixli, 16 nömrəli qərarından görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs 09 yanvar 2021-ci il tarixdə dindirilməsi zamanı özünü Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittihamla qismən təqsirli bilməsi və onun gətirdiyi dəlillər cinayət işi üzrə toplanmış mötəbər sübutlarla təkzid edildiyindən Təqsirləndirilən şəxs göstərdikləri vəsatət kimi qəbul olunması və xüsusat təqsirləndirlən şəxsin özünü müdafiə xarakteri daşıyan hal kimi dəyərləndirilərək həmin xüsusat üzrə vəsatət əsassız olduğu üçün rədd edilməsi qərara alınmışdır. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 4(043)-4/2021 saylı, 09 yanvar 2021-ci il tarixli qərarın surətindən görünür ki, xx.xx.1990-cı il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, ünvan 4 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə, 07 aprel 2021-ci il tarixədək həbs qətimkan seçilməsi və həbsdə saxlama müddətinin əvvəli Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 07 yanvar 2021-ci il tarixdən hesablanması qərara alınmışdır. Gəncə şəhəri Kəpəz rayonu Evlər üçlüyünün 10.01.2021-ci il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Təqsirləndirilən şəxs üç az yaşlı övladı var. X12, X8 və X13. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdfiəsi Nazirliyinin tibbi-sosial ekspert komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə 22 may 2017-ci il tarixli çıxarışından görünür ki, Təqsirləndirilən şəxs “tənəffüs orqanlarının bakterioloji və historoloji təsdiq olunmuş vərəmi ağ ciyər vərəmi, tənəffüs yollarının qanhayxırma” diaqnozu ilə İİ qrup əlildir. Səhiyyə Nazirliyi Gəncə şəhəri Psixonevroloji Dispanserin 25 yanvar 2021-ci il tarixli, 398 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserin 30 yanvar 2021-ci il tarixli, 346 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 5(043)-10/2021 saylı, 19 yanvar 2021-ci il tarixli qərarın surətindən görünür ki, Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsinin CAŞ-nın əməliyyat müvəkkili, polis leytenantı Şahid2 Qəmbər oğlunun “Əməliyyataxtarış tədbirlərinin keçirilməsinə dair” 07 yanvar 2021-ci il tarixli qərarının Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinə dair hissəsi qanuni hesab edilməsi qərara alınmışdır. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 4(043)-22/2021 saylı, 17 fevral 2021-ci il tarixli qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsindən imtina olunması qərara alınmışdır. “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması” haqqında 19 fevral 2021-ci il tarixli, 202 nömrəli protokoldan görünür ki, Təqsirləndirilən şəxs göstərməsi ilə Gəncə şəhəri, Kəpəz rayonu, N.Rəfibəyli küçəsinə gedilmiş, Təqsirləndirilən şəxs yaşadığı N.Rəfibəyli ev 43 ünvanının yaxınlığını göstərərək bildirmişdir ki, üzərindən aşkar edilmiş iki bükümdə narkotik vasitəni 07.01.2021-ci il tarixdə günorta saatlarında Ruslan adlı şəxslə həmin yerdə görüşərək 30 manat müqabilində Ruslandan almışdır. Bundan sonra Təqsirləndirilən şəxs göstərməsi ilə Gəncə şəhəri, Kəpəz rayonu, Z.Hacıyev küçəsinə gedildi. O, həmin küçədə yerləşən H20 avtoyuma məntəqəsinin yaxınlığını göstərərək bildirmişdir ki, 07.01.2021-ci il tarixdə saat 20 radələrində üzərində iki bükümdə narkotik vasitə olan “heroin” saxladığı zaman özünə məxsus “Vaz 2106” markalı, **-EX-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili saxlayıb mağazaya düşüb qayıtdıqdan sonra həmin yerdə saxlanılaraq Gəncə şəhər Kəpəz RPİ-nə aparılmış və İdarədə üzərindən iki bükümdə narkotik vasitə “heroin” aşkar edilərək götürülmüşdür. Məhkəmədə tədqiq edilmiş 14 dekabr 2020-ci il tarixli Şahid3 barəsində istintaq edilən ********* nömrəli cinayət işi üzrə ibtidai istintaqa verdiyi ifadəsindən görünür ki, o, mağazadan oğurladığı paltarların bir neçəsini narkotik alveri ilə məşğul olan Elmar adlı şəxsə pul müqabilində verərək, əvəzində ondan narkotik vasitələr alıb istifadə etmişdir. Gəncə Apelyasiya Məhkəməsinin 1(104)-128/2020 saylı, 18 mart 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi, X7 CM-in 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinərək məhkum olunmalarına dair Göygöl Rayon Məhkəməsinin 28 yanvar 2020-ci il tarixli, 1(066)-09/2020 nömrəli hökmü məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi N.Heydərov tərəfindən verilmiş apelyasiya şikayətlərinə münasibətdə, məhkum Təqsirləndirilən şəxs aid olan hissədə dəyişdirilməsi, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 11.10.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-2-ci maddələri ilə təyin edilmiş 3000 (üç min) manat cərimə cəzasının ödənilməmiş qalan 1939,50 (bir min doqquz yüz otuz doqquz manat, əlli qəpik) manat hissəsi və Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 09.07.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təyin edilmiş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanmaq yolu ilə ona 1939,50 (bir min doqquz yüz otuz doqquz manat, əlli qəpik) manat cərimə cəzası və 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsi, Təqsirləndirilən şəxs artıq çəkmiş olduğu 02 (iki) ay 17 (on yeddi) gün azadlığın məhdudlaşdırılması cəzası və həbsdə saxlanıldığı 04 (dörd) ay 16 (on altı) gün müddət ona təyin olunmuş qəti cəzadan çıxılaraq Təqsirləndirilən şəxs üzərində 01 (bir) il 06 (altı) ay 11 (on bir) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılması, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş 1939,50 manat miqdarında cərimə cəzası müstəqil icra olunması qərara alınmışdır. “Sübutların qiymətləndirilməsi” haqqında 15 mart 2021-ci il tarixli, 98 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılması və barəsində “həbs” qətimkan tədbirinin seçilməsi nəzərə alınması, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli qanunsuz olaraq narkotik vasitəni satış məqsədi ilə əldə edərək saxlama kimi qiymətləndirilməsi nəzərə alınması, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 234.4.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibi müəyyən olunmadığından ona həmin maddə ilə ittiham elan edilməməsi, Təqsirləndirilən şəxs gətirdiyi dəlillər cinayət işi üzrə toplanmış mötəbər sübutlarla təkzib edildiyindən Təqsirləndirilən şəxs göstərdikləri özünü müdafiə kimi qiymətləndirilməsi, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar olunmuş ümumilikdə təmiz çəkisi 0.174 qram olan narkotik vasitə “heroin”-inin əldə edilmə tarixi və mənbəyi istintaqa məlum olmayan tarix və mənbə kimi qiymətləndirilməsi və ********* nömrəli cinayət işinin materiallarından fakta görə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ********* nömrəli cinayət işinin ayrılması və istintaqının davam etdirilməsi üçün icraata qəbul edilməsi, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0.127 qram olan narkotik vasitə “heroin”, tərkibində 0.1 ml həcmində “heroin” məhlulu olan 1 ədəd 1 ml-lik şpris, 1 ədəd üzərində “heroin” izləri olan elektron tərəzi, öz xüsusiyyətlərinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxta görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyi üçün maddi sübut kimi tanınması və təqsirləndirilən şəxs cinayət işinin materialları ilə tanış olduqdan sonra Gəncə şəhər BPİ-nin saxlama anbarına saxlanca verilməsi, 07.01.2021ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirlərindən sonra Kəpəz RPİ-də Təqsirləndirilən şəxs üzərinə, avtomobilinə və evinə baxış keçirilməsinin görüntülərini əks etdirən video çəkilişin köçürüldüyü 1 ədəd DVD disk iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınması və işə əlavə edilməsinin nəzərə alınması, iş üzrə təqsirləndirilən və şahid ifadələri, baxış və götürmə, ifadənin yerində yoxlanılması protokolları, məhkəmə-kimyəvi və məhkəmənarkoloji ekspertlərin rəyləri, həmçinin digər istintaq sənədləri iş materiallarına uyğun olduğu üçün sübut növü kimi qəbul edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 09.02.2021-ci il tarixli tələbnamədən görünür ki, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 11.10.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in CMnin 177.2.1 və 177.2.3-2-ci maddələri ilə təqsirli bilinərək 3000 manat cərimə cəzasına məhkum edilmiş, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 09.07.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 il azadlıqdan məhrum etmə və 2616 manat cərimə cəzasına məhkum edilmiş, Göygöl Rayon Məhkəməsinin 28.01.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 04 ay azadlıqdan məhrum etmə və 1939 manat 50 qəpik cərimə cəzasına məhkum edilmiş, Gəncə Apelyasiya Məhkəməsinin 18.03.2020-ci il tarixli qərarı ilə Göygöl Rayon Məhkəməsinin 28.01.2020-ci il tarixli hökmü dəyişdirilmiş, CM-nin 177.2.1, 66.5-ci maddəsinə əsasən qəti olaraq 01 il 06 ay 11 gün azadlığının məhdudlaşdırılması cəzası və 1939,50 manat cərimə cəzasına məhkum edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş özünün qismən etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə görə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmağa görə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə heroini 07.01.2021-ci il tarixdə 30 manat müqabilində Ruslan adlı şəxdən aldığını bildirməsi ilə bağlı ibtidai istintaq orqanı sonuncudan aşkar edilmiş narkotik vasitənin əldə edilmə mənbəyinin müəyyən edilməsi məqsədi ilə əməliyyat tapşırığı verilsə də nəticə əldə etmək mümkün olmamış, narkotik vasitənin əldə edilmə tarixi və mənbəyi ilə bağlı mötəbər sübutların əldə edilməsi istintaqla mümkün olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitəni qanunsuz olaraq əldə etdiyi mənbənin müəyyən edilməsi məqsədi ilə ********* nömrəli cinayət işinin materiallarından fakta görə Azərbaycan Respublikası CMnin 234.2-ci mddəsi ilə ********* nömrəli cinayət işi ayrılması və istintaqının davam etdirilməsi üçün icraata qəbul edilməsi qərara alınmışdır. Məhkəmə, Təqsirləndirilən şəxs ifadəsində üzərində olan narkotik vasitədən heç kimə verməməsi və ya satmaması, özü istifadə etməsi üçün əldə edərək üzərində saxlaması, yaşadığı evdən aşkar olunmuş üzərində narkotik vasitə heroin izləri olan elektron tərəzinin istifadə etdiyi narkotik vasitənin dozasını və çəkisini dəqiq müəyyən etməsi məqsədi ilə istifadə edərək yaşadığı evdə saxlaması barədə dəlillərini məsuliyyətdən yayınmaq məqsədi ilə verilmiş ifadə hesab edərək qeyd edir ki, Təqsirləndirilən şəxs 07 yanvar 2021-ci il tarixdə saat 20 radələrində Kəpəz RPİ-nin əməkdaşları tərəfindən Gəncə şəhəri, Z.Hacıyev küçəsində yerləşən “H2O” avtoyuma məntəqəsinin yaxınlığında saxlanılarkən üzərində 2 ədəd gümüşü rəngli kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0.091 qram və 0.076 qram olmaqla, şəxsi istehlak miqdarından artıq, ümumilikdə təmiz çəkisi 0.167 qram olan, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroinin aşkar edilməsi və yaşadığı evdə üzərində narkotik vasitə heroin izləri olan elektron tərəzinin və 1 ədəd 1 ml-lik birdəfəlik şprisdə 0.2 ml həcmində olan heroin məhlulunun aşkar olunması, Təqsirləndirilən şəxs ifadəsində yaşadığı mənzildə aşkar olunmuş şprisi inyeksiya yolu ilə heroin qəbul etməsi üçün istifadə etməsi və içərisində həmin heroin məhlulu qalmasını bildirməsi onu deməyə əsas verir ki, Təqsirləndirilən şəxs özü şprisdən istifadə etməklə inyeksiya yolu ilə heroindən istifadə edir, həmçinin o Gəncə şəhərində yaşamaqla saat 20 radələrində yaşadığı evə yaxın bir yerdə polis əməkdaşları tərəfindən saxlanılması, üzərində şprisin aşkar edilməməsi, onun şəxsi istehlak miqdarından artıq narkotik vasitənin özünün istifadəsi üçün lazimi müddətin olmaması və istifadə etməsini zəruri edən bir halın mövcud olmaması işin faktiki halları ilə müəyyən olunur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə istintaqı zamanı ifadələri alınmış şahid ifadələrindən görünür ki, Təqsirləndirilən şəxs üzərində və avtomobilində mütəmadi olaraq narkotik vasitələr gəzdirməsi, evində saxlaması və satışı ilə məşğul olması barədə hələ o, saxlanılmamışdan əvvəl polis əməkdaşlarına sonuncunun tanışı Şahid3 14.12.2020-ci il tarixdə məlumat vermiş və Şahid3 istintaqa verdiyi ifadəsində mağazadan oğurladığı paltarların bir neçəsini narkotik alveri ilə məşğul olan Elmar adlı şəxsə pul müabilində verərək, əvəzində ondan narkotik vasitələr alıb istifadə etməsini bildirdikdən sonra daxil olan məlumat əsasında polis tərəfindən 07.01.2021-ci il tarixdə Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi və yerinin müəyyən olunaraq üzərinə, avtomobilinə və evinə baxış keçirilməsi barədə qərar çıxarılmışdır. Həmin tarixdə isə Təqsirləndirilən şəxs saat 20 radələrində Vaz 2106 markalı, **-EX-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilində Gəncə şəhəri, Z.Hacıyev küçəsində yerləşən “H2O” avtoyuma məntəqəsinin yaxınlığında saxlanılıb Kəpəz RPİ-nə aparılaraq üzərinə keçirilən baxış zaman fakt öz təsdiqini tapmış yəni ayrı-ayrı bükümlərdə olmaqla Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə olan heroin, evindən isə narkotik vasitənin çəkilməsində istifadə etdiyi elektron tərəzi və sair əşyalar aşkar edilərək götürülmüşdür. Göründüyü kimi Təqsirləndirilən şəxs satış məqsədi ilə şəxsi istehlak miqdarından artıq narkotik vasitə olan heroini elektron tərəzidə hissələrə ayıraraq üzərində saxlamış və daşımışdır. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində üç azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan aşağı həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli şübhəli şəxs qismində tutulduğu 07.01.2021-ci il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir (CM-56.1.2). Gəncə şəhər Probasiya Şöbəsinin 23 iyun 2021-ci il tarixli, 67/20 nömrəli məktubundan görünür ki, Gəncə Apelyasiya Məhkəməsinin 1(104)-128/2020 saylı, 18 mart 2020-ci il tarixli qərarı ilə təyin olunmuş 01 il 06 ay 11 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının 06 ay 25 gününü çəkmiş, 11 ay 17 gün isə çəkilməmiş olaraq qalmış və 1939,50 manat cərimə cəzasının 845 manatını ödəmiş, 1094,50 manat ödənilməmiş olaraq qalmışdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Gəncə Apelyasiya Məhkəməsinin 18 mart 2020-ci il tarixli, 1(104)-128/2020 saylı qərarı ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 11 ay 17 gün iki günü azadlıqdan məhrum etmənin bir günü hesabı ilə hesablanaraq və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən bu hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən və Gəncə Apelyasiya Məhkəməsinin 18 mart 2020-ci il tarixli, 1(104)-128/2020 saylı qərarı ilə təyin edilən cərimə cəzasının çəkilməmiş qalan 1094,50 manat hissəsi isə tam birləşdirilməli, Təqsirləndirilən şəxs qəti olaraq cəzası təyin edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Gəncə Apelyasiya Məhkəməsinin 18 mart 2020-ci il tarixli, 1(104)-128/2020 saylı qərarı ilə təyin edilən cərimə cəzasının çəkilməmiş qalan 1094,50 (bir min doxsan dörd manat əlli qəpik) manat hissəsi müstəqil icra olunmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 26-cı bəndinə görə məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Məhkəmə qeyd edir ki, Səhiyyə Nazirliyi Gəncə şəhəri narkoloji Dispanserinin məhkəmə-narkoloji ekspertizasının 01 mart 2021-ci il tarixli, 191 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan “heroin”dən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. 2-ci qrup əlil olduğuna görə narkomaniya xəstəliyindən məcburi müalicə tətbiq edilə bilməz. Narkoloji dispanserdə qeydiyyatda götürülməsi məsləhət görülür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunsa da, onun eyni zamanda digər xəstəlikdən 2-ci qrup əlil olması nəzərə alınmaqla, ona narkomaniyadan məcburi müalicə təyin olunmamalı, yaşadığı ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Gəncə şəhər Baş Polis İdarəsinin xüsusi saxlanc yerinə təhvil verilmiş 1 ədəd üzərində “heroin” izləri olan elektron tərəzi dövlət nəfinə müsadirə olunmalı və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilməlidir. İş üzrə maddi sübut olan və Gəncə şəhər Baş Polis İdarəsinin xüsusi saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş tədqiqata istifadə etdikdən sonra qalıq qalmış 0.127 qram çəkidə narkotik vasitə olan “heroin” və tərkibində 0.1 ml həcmində “heroin” məhlulu olan 1 ədəd 1 ml-lik şpris hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir, Təqsirləndirilən şəxs üzərinə, avtomobilinə və evinə baxış keçirilməsinin görüntülərinin qeydə alındığı bir ədəd 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərci qismində aparılmış ekspertiza tədqiqatının dəyəri 32.40 (otuz iki manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutulub X2, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 3 (üç) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Gəncə Apelyasiya Məhkəməsinin 18 mart 2020-ci il tarixli, 1(104)- 128/2020 saylı qərarı ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 11 ay 17 günün iki günü azadlıqdan məhrum etmənin bir günü hesabı ilə hesablanaraq 5 ay 23 gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən bu hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən və Gəncə Apelyasiya Məhkəməsinin 18 mart 2020-ci il tarixli, 1(104)-128/2020 saylı qərarı ilə təyin edilən cərimə cəzasının çəkilməmiş qalan 1094,50 manat hissəsi isə tam birləşdirilsin, Təqsirləndirilən şəxs qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası və 1094,50 (bir min doxsan dörd manat əlli qəpik) manat cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Gəncə Apelyasiya Məhkəməsinin 18 mart 2020-ci il tarixli, 1(104)- 128/2020 saylı qərarı ilə təyin edilən cərimə cəzasının çəkilməmiş qalan 1094,50 (bir min doxsan dörd manat əlli qəpik) manat hissəsi müstəqil icra olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin və ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı tutulduğu vaxtdan yəni, 07 yanvar 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut olan və Gəncə şəhər Baş Polis İdarəsinin xüsusi saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş tədqiqata istifadə etdikdən sonra qalıq qalmış 0.127 qram çəkidə narkotik vasitə olan heroin və tərkibində 0.1 ml həcmində heroin məhlulu olan 1 ədəd 1 ml-lik şpris hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan və Gəncə şəhər Baş Polis İdarəsinin xüsusi saxlanc yerinə təhvil verilmiş 1 ədəd üzərində heroin izləri olan elektron tərəzi dövlət nəfinə müsadirə olunsun və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərinə, avtomobilinə və evinə baxış keçirilməsinin görüntülərinin qeydə alındığı bir ədəd 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərci qismində aparılmış ekspertiza tədqiqatının dəyəri 32 manat 40 (otuz iki manat qırx qəpik) qəpik pul Təqsirləndirilən şəxs tutulub X2, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilsin. Hökmdən elan olunduğu andan, məhkum Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(043)-98/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-98/2021
23.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver