Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-99/2020 27.11.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X2, Təqsirləndirilən şəxs və müdafiəçi-Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X1 iştirakı ilə xx xxxxxx 2020-ci il tarixdə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, xx.xx.1983-cü il tarixdə Gəncə şəhərində anadan olmuş Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, işsiz, əvvəllər məhkum olunmuş, Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsi, 2-ci dalan, ev 9-da qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilənədək ünvan 1 ünvanında yaşayan, hal-hazırda Gəncə şəhəri 2 saylı istintaq təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə, M ÜƏ Y Y Ə N ETDİ: Məhkəmə istintaqında müəyən edildi ki, Təqsirləndirilən şəxs məlum olmayan tarixdə və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı və heroini qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, Kəpəz rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2020-ci il tarixdə, saat 19:00-da Gəncə şəhəri, Məhrəsə bağında yerləşən “Şəms” şadlıq sarayının qarşısında saxlanılıb Kəpəz rayon Polis İdarəsinə gətirilərək üzərinə baxış keçirildikdə əynində olan qara rəngli gödəkçənin sol iç cibindən üzərində limon şəkli olan 1 ədəd sellofan torbaya bükülü vəziyyətdə, ümumi təmiz çəkisi 430 qram narkotik vasitə olan qurudulmuş marixuana, əynində olan qara rəngli cins şalvarın arxa cibindən isə 1 ədəd siqaret kağızına bükülü vəziyyətdə, ümumi təmiz çəkisi 0.208 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra-CM) 234.1-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin «sübutların toplanılması, yoxlanılması və qiymətləndirilməsi»ndən bəhs edən 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır.Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından məhkəmə istintaqında şahid qismində dindirilmiş şəxslərin ifadələrini, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün subut növləri kimi qəbul edir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, ünvan 1 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır və heç bir yerdə işləmir. Əvvəllər narkotik vasitədən istifadə etdiyi üçün Gəncə çayının kənarından tapdığı narkotik vasitəni özü istifadə etməsi üçün üzərində gəzdirərək daşımışdır. xx.xx.2020-ci il tarixdə Gəncə şəhəri, Məhrəsə bağında yerləşən “Şəms” şadlıq sarayının qarşısında tanışları Tofiq və Elmirlə görüşmüşdür. Həmin vaxt Gəncə çayının kənarından tapdığı narkotik vasitə marixuana və heroin üzərində olmuşdur. Tanışları Tofiq və Elmirlə təsadüfən Gəncə şəhəri, Məhrəsə bağında yerləşən “Şəms” şadlıq sarayının qarşısında görüşmüşdür. Elə həmin vaxt mülki geyimdə olan dörd nəfər polis əməkdaşları onlara yaxınlaşıb özlərini təqdim edərək şübhənin mahiyyətini izah edib onları Gəncə şəhər Kəpəz RPİ-nin inzibati binasına aparmışlar. Orada onun üzərinə baxış keçirmişlər. Baxış zamanı əynindəki qara rəngli gödəkçənin sol iç cibindən üzərində limon şəkli olan 1 ədəd yaşıl rəngli sellofan torbanın içərisində olan qurudulmuş marixuana və əynindəki qara rəngli şalvarın arxa cibindən siqaret kağızına bükülü vəziyyətdə narkotik vasitə olan heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Bundan sonra həmin kütlələr ayrı-ayrılıqda elektron tərəzidə çəkilmiş və qablaşdırılmışdır. Əməlindən peşman olduğunu göstərərək bir daha belə hallara yol verməyəcəyini bildirdi. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid4 ifadəsində göstərmişdir ki, o, 2018-ci ildən etibarən Gəncə şəhər Kəpəz RPİ-nin CAŞ-ın əməliyyat müvəkkili vəzifəsində çalışır. xx.xx.2020-ci il tarixdə Gəncə şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitə əldə etməkdə, qəbul etməkdə və üzərində saxlamaqda şübhəli olması barədə aldıqları əməliyyat məlumatına əsasən, tərəflərindən əməliyyat-axtarış tədbirləri keçirilmişdir. Qəbul edilmiş qərar əsasında, əməliyyat müvəkkilləri Şahid3, Elçin İsmayılov və Şahid5 ilə birlikdə xx.xx.2020-ci il tarixdə, saat 19 radələrində Gəncə şəhəri, Məhrəsə bağında yerləşən “Şəms” şadlıq sarayının qarşısında təqsirləndirilən şəxsi saxlamışlar. Baxış zamanı Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə olan heroinə və qurudulmuş marixunaya bənzər kütlələr aşkar edilmişdir. Həmin kütlələr elektron tərəzidə çəkilərək qablaşdırılmış və zərfə qoyulmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid5 və Şahid3 Şahid4 oğlu ilə eyni məzmunlu ifadə vermişlər. X4 Məhkəməsinin «Andandonskinin-Rusiyaya qarşı» işi üzrə xx.xx.2006-cı il tarixli, həmçinin, «Saidinin-Fransaya qarşı» işi üzrə xx.xx.1993-cü il tarixli qərarlarında izah edilir ki, «sübutların mümkünlüyü» daxili qanunvericiliklə tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində əldə edilən, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Məhkəmə, X4 Məhkəməsinin bu presedentlərinin şərhləri baxımından ibtidai araşdırma mərhələsində şahid qismində dindirilmiş Şahid2 və Şahid1 ifadəsini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid2 və Şahid1 ibtidai istintaq zamanı ifadələrində göstərmişlər ki, onlar, Təqsirləndirilən şəxs, təxminən 7-8 aydır ki, Gəncə şəhərindən tanıyırlar, Elşənlə aralarında heç bir ədavət və düşmənçilik münasibətləri olmamışdır. xx.xx.2020-ci il tarixdə, saat 19 radələrində onlar birlikdə Gəncə şəhəri, Məhrəsə bağında yerləşən “Şəms” şadlıq sarayının qarşısında dayanıb söhbət etmişlər. Həmin vaxt onlar çayxanaya gedib çay içməyi düşünürmüşlər. Bir qədər sonra tanışları Təqsirləndirilən şəxs da tək olaraq onların yanına gəlmişdir. Onlar Elşənlə həmin yerdə təsadüfən görüşmüşlər. Hər üçü orada dayanıb söhbət edərkən dörd nəfər mülki geyimdə olan tanımadığı polis əməkdaşları onlara yaxınlaşaraq özlərini təqdim etmiş və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqları üçün Gəncə şəhər Kəpəz RPİ-nin inzibati binasına getməli olduqlarını bildirmişlər. Beləliklə, polis əməkdaşları onları Kəpəz RPİ-yə aparmışlar. Orada müdafiəçi tələb etmiş və onları müdafiəçi ilə təmin etmiş, bundan sonra isə üzərinə baxış keçirmişlər. Həmin vaxt onlarn üzərində qanunla qadağan edilmiş hər hansı bir predmet, o cümlədən narkotik vasitə olmadığından izahatları alınaraq sərbəst buraxılmışar. Sonradan onlar, öyrənmişdir ki, həmin vaxt Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə aşkar edilmişdir. Onlar narkotik vasitədən istifadə etmir, Elşənin narkotik vasitə istifadə etməsini isə bilmirlər. Elşənin narkotik vasitədən istifadə etməsini yalnız xx.xx.2020-ci il tarixdə üzərindən narkotik vasitə aşkar edildikdən sonra bilmişlər. Onlar, xx.xx.2020-ci il tarixdə Elşənlə təsadüfən görüşmüş, Elşənin üzərində həmin vaxt narkotik vasitə olduğunu bilməmiş, əgər bundan məlumatları olsa idi Elşənlə bir yerdə dayanmazdılar. Məhkəməyədək icraat zamanı aparılmış və cinayət işinə əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Gəncə regional bölməsinin kompleks məhkəmə-kimyəvi və məhkəmə-bioloji ekspertizasının xx.xx.2020-ci il tarixli, 129 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd narkotik vasitə olan büküm” sözləri yazılmış, kağız paketdəki, 1 ədəd “gümüşü” rəngli kağız bükümdə təmiz çəkisi 0.208 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Tədqiqata təqdim olunmuş, üzərində “vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 sellofan torbada olan narkotik vasitə” sözləri yazılmış kağız paketdəki 1 ədəd polietilen torbada təmiz çəkisi 430 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. (i.v.81-84) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-nin xx xxxxxx 2020-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci, maddəsi ilə təqsirli bilinib CM-in 69.3-cü maddəsinə əsasən 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2019-cu ildə cəzasının sonu ilə azad olunmuşdur. (i.v.səh.122) Gəncə şəhər Probsiya Şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, 25/18 nömrəli arayışdan görünür ki, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 1(044)-84/2018 nömrəli, xx.xx.2018-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası xx.xx.2019-cu il tarixdə başa çatmışdır. Məhkəməyədək icraat zamanı aparılmış və cinayət işinə əlavə olunmuş Gəncə şəhəri Narkoloji Dispanserin xx.xx.2020-ci il tarixli, 223 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. (i.v.154) Şübhəli şəxs qismində tutulma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə, saat 19:30-da şübhəli şəxs qismində tutulmuşdur. (i.v.səh.19) Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 4 (043)-13/2020 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətində həbs qətimkan tədbiri seçilməklə, həbsdə saxlanma müddətinin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmışdır. (i.v.səh.112-114) Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli «az ağır cinayət» olmaqla narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olan cinayətdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs məlum olmayan tarixdə və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı və heroini qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, Kəpəz rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2020-ci il tarixdə, saat 19:00-da Gəncə şəhəri, Məhrəsə bağında yerləşən “Şəms” şadlıq sarayının qarşısında saxlanılıb Kəpəz rayon Polis İdarəsinə gətirilərək üzərinə baxış keçirildikdə əynində olan qara rəngli gödəkçənin sol iç cibindən üzərində limon şəkli olan 1 ədəd sellofan torbaya bükülü vəziyyətdə, ümumi təmiz çəkisi 430 qram narkotik vasitə olan qurudulmuş marixuana, əynində olan qara rəngli cins şalvarın arxa cibindən isə 1 ədəd siqaret kağızına bükülü vəziyyətdə, ümumi təmiz çəkisi 0.208 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən olunmadı. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirli bilindiyi cinayət əməlinə görə qanunla müəyyən olunmuş qaydada cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən, törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əmlindən səmimi peşman olmasını, himayəsində bir azyaşlı uşağın olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bununla yanaşı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü bəndinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx xxxx 2003-cü il tarixli qərarının aşağıdakı izah və tələblərini də nəzərə alır. Belə ki, həmin qərarın 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Göstərilən qərarın 2-ci bəndində isə izah edilir ki, cəzaların tətbiq edilməsi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub olmaması, ( məsələn sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və.s) kimi hallara da diqqət yetirilməlidir. Ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyini ilə bağlı məsələni müzakirə edib, təqsirli bilindiyi maddə üzrə ona cəza növü kimi azadlıqdan məhrumetmə cəzasının tətbiqini zəruri sayır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinin tələblərinə əsasən, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsə alındığı, 13 fevral 2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası CM-in 56-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji dispanserdə proflaktiki qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (mad.346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (mad.353.4.10) məsələlərdən biri də, məhkəmə məsrəflərinin (xərclərinin) ödənilməsi məsələsidir. İş üzrə 32.40 (otuz iki manat 40 qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq ekspertiza mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. İş üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə maddi sübut olan və Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan narkotik vasitə olan 429.8 qram qurudulmuş marixuana, 0.188 qram narkotik vasitə olan herain hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş cəzasının başlanğıcı xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan Gəncə şəhər Baş Polis İdarəsində xüsusi ayrılmış saxlanc yerində saxlanılan 429,8 qram narkotik vaistə olan qurudulmuş marixuana və 0,188 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs yaşadığı yer üzrə narkoloji dispanserdə proflaktiki qeydiyyata alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 32,40 (otuz iki manat 40 qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** nömrəli hesaba ödənilsin. Hökmdən elan olunduğu, məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev
Məhkəmə qərarları › İş №1(043)-99/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-99/2020
27.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver