Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-100/2020 01.10.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, məhkəmə iclas katibi Novruzov Maarif Vidadi oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə xx xxxxx 1993-cü ildə Göygöl şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1-də ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək saxlayıb daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1 ədəd kağız bükümdə 0,192 qram narkotik vasitə olan heroin əldə edib üzərində saxlamış və daşımış, xx xxxx 2020-ci il tarixdə saat 23 radələrində Gəncə şəhəri, Totanlı küçəsində karantin postunta xidmət aparan polis əməkdaşları tərəfindən şəxsiyyəti müəyyən edilməsi üçün saxlanılıb sənədləri yoxlanılarkən cibindən bir ədəd bükülünü şübhəli şəkildə çıxarıb yerə atdıqda polis əməkdaşları ondan yerə atdığı həmin kütlənin nə olduğunu soruşmuş, polis əməkdaşlarına həmin kütlənin lazımsız bir şey olduğunu bildirmiş, lakin polis əməkdaşları ona inanmayaraq yerə atdığı kütləni götürüb cibinə qoymasını tələb etdikdən sonra həmin yerə atdığı içərisində 0,192 qram heroin olan kütləni götürüb əynindəki qəhvəyi rəngli gödəkçəsinin sağ yan cibinə qoymuş, bundan sonra şübhəli şəxs qismində saxlanılaraq xx.xx.2020-ci il tarixdə saat 00:30-da olduğu yerdə, yəni Gəncə şəhəri, Totanlı küçəsində yerləşən karantin postunda, olduğu yerdən kənarlaşdırılmadan üzərində şəxsi axtarış aparılarkən əynindəki qəhvəyi rəngli gödəkçəsinin sağ yan cibindən 1 ədəd kağız bükümdə 0,192 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli onun özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, maddi sübutlar, ekspertiza rəyi, iş materiallarında olan və tədqiq olunan digər istintaq sənədləri ilə aşağıdakı qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, Göygöl rayon qaz idarəsində fəhlə işləmişdir, hal-hazırda isə işləmir. Hepatit C xəstəsi olduğu üçün hərbi xidmətdə olmamış, xəstəliyi ilə əlaqədar üç ildən bir Bakı şəhərinə 1 saylı Şəhər Klinik xəstəxanasına yoxlanışa getmişdir. O, sonuncu dəfə Bakı şəhərində yoxlandıqdan sonra, xx xxxx 2020-ci il tarixdə Bakı şəhərindən Göygöl şəhərinə qayıtmış, saat 23 radələrində Gəncə şəhərinə çatmışdır. Həmin vaxt Gəncə şəhərində Üçtəpə ərazisində polis əməkdaşları onun da içərisində olduğu Şahid1 idarə etdiyi avtomaşını saxlamışlar. Polis əməkdaşları onun və sürücünün sənədlərini tələb etmişlər. Vüsal həmin vaxt öz sənədlərini çıxarıb polis əməkdaşlarına vermiş, o isə sənədinin olmadığını demişdir. Onlar həmin vaxt avtomaşından düşüb yerdə gözləmiş, onun üzərində, yəni əynində olan qəhvəyi rəngli qış gödəkçəsinin sağ yan cibində olan 1 ədəd siqaret kağızına bükülmüş heroini cibindən çıxarıb yerə atmışdır. O, polis əməkdaşlarının üzərini axtarmağından qorxmuş və həmin kağıza bükülmüş heroini yerə atdıqda polis əməkdaşlarından biri bunu görmüşdür. Ona yaxınlaşıb yerə atdığı kütlənin nə olduğunu soruşduqda o, lazımsız bir əşya olduğunu demişdir. Lakin polis əməkdaşı inanmamış və həmin kütləni yerdən götürməsini bildirmişdir. O da kütləni götürmüşdür. Polis əməkdaşları həmin kütlənin nə olduğunu soruşmuş, o da narkotik vasitə heroin, yəni onun bildiyi adı ilə “kakos” olduğunu demiş və kütləni cibinə qoymuşdur. Polis əməkdaşları ona şübhəli olduğunu bildirmiş və şübhəli şəxs qismində saxlanıldığını demişlər. Ona üzərində şəxsi axtarış aparılacağını və bunun üçün müdafiəçi təyin edilməli olduğunu bildirmişlər. Ona vəkillərin siyahısı təqdim edildikdə siyahıda adı göstərilən Müdafiəçi1 hüquqlarını müdafiə etməsini istəmişdir. Bundan sonra Müdafiəçi1 həmin yerə dəvət edilmiş, müdafiəçi dəvət edildikdən sonra kamera çəkilişi ilə hüquq və vəzifələri izah edilmiş, şəxsi axtarış aparılmazdan əvvəl üzərində qanunla qadağan olunmuş əşya, predmet, o cümlədən narkotik vasitə varsa könüllü təqdim etməsini bildirmişlər. O da Bakı şəhərində yolun kənarından tapdığı 1 ədəd siqaret kağızına bükülmüş heroini təqdim etmişdir. Polis əməkdaşları həmin narkotik vasitə heroinin olduğu kağızı açıb içərisinə baxmışlar. Həmin kütlə elektron tərəzidə çəkilmiş, kütlənin çəkisi 0,27 qram təşkil etmişdir. Bundan sonra polis əməkdaşları üzərində şəxsi axtarış aparmış, lakin üzərində başqa hər hansı narkotik vasitə və qanunla qadağan olunmuş əşya aşkar edilməmişdir. Bundan sonra üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroin zərfə qoyularaq qablaşdırılmış və axtarışla bağlı protokol tərtib edilmişdir. O, həmin 1 ədəd kağız bükülüdə olan narkotik vasitə heroini Bakı şəhərində Nərimanov metrosunun yaxınlığında yolun kənarından tapmışdır. Təxminən 4-5 ay olar narkotik vasitə heroin qəbul edirmiş. Həmin narkotik vasitəni özü istifadə etmək üçün əldə etmişdir. Narkotik vasitə istifadəçisi olsa da, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Əməlindən peşman olmaqla məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı şahid qismində ifadə vermiş Şahid1 ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə tanışı Təqsirləndirilən şəxs ona zəng edərək Bakı şəhərindən qayıtdığını demiş, onu Gəncə şəhərində qarşılayıb Göygöl şəhərinə aparmasını xahiş etmişdir. O da özünə məxsus “Vaz 2107” markalı, ** XA *** dövlət nömrə nişanlı avtomaşınla Gəncə şəhərinə gedib Rafiqi götürmüşdür. Avtomaşınla hərəkət edib Gəncə şəhərində Totanlı küçəsinə çatdıqda karantin postunta onları saxlatmışlar. Polis əməkdaşları şəxsiyyətlərini müəyyən etmək məqsədi ilə ondan və Rafiqdən şəxsiyyət vəsiqələrini istəmişlər. Həmin vaxt üzərində iş vəsiqəsi olduğu üçün vəsiqəni çıxarıb göstərmişdir. Həmin vaxt Rafiq vəsiqəsinin üzərində olmadığını bildirmiş və cibindən nəsə çıxarıb yerə atmışdır. Polis əməkdaşları Rafiqə yaxınlaşıb yerə atdığı bükülünün nə olduğunu soruşmuş, Rafiq onlara cavabında həmin bükülünün əhəmiyyətsiz bir əşya olduğunu demişdir. Lakin polis əməkdaşları ona inanmayıb yerə atdığı bükülünü götürüb cibinə qoymağını tələb etmişlər. Təqsirləndirilən şəxs yerə atdığı bükülünü götürüb cibinə qoymuşdur. Daha sonra onlar şübhəli şəxs qismində saxlanılmışlar. Həmin yerə vəkil dəvət edildikdən sonra təhqiqatçı Tural Yusifli tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə heroinə oxşar kütlə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə “kakos” olduğunu demişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış qurtardıqdan sonra onun üzərində və avtomaşınında axtarış aparılmışdır. Onun üzərində və avtomobilində axtarış zamanı hər hansı qanunla qadağan olunmuş əşya və predmet aşkar edilməmişdir. Baxışla bağlı protokol tərtib edilmiş, iştirakçılar tərəfindən imzalanmışdır. Onun Təqsirləndirilən şəxs narkotik vasitə əldə etməsindən, üzərində gəzdirməsindən məlumatı olmamış, lakin Rafiqin hərdən narkotik vasitə qəbul etdiyini eşitmişdir. Məhkəmə baxışı zamanı şahid qismində ifadə vermiş Şahid2 ifadəsində göstərmişdir ki, hal-hazırda Gəncə şəhər Baş Polis İdarəsinin Post Patrul Xidmətinin polis nəfəri vəzifəsində xidmət edir. Azərbaycan Respublikasında koronavirus pandemiyası ilə əlaqədar elan edilmiş karantinlə bağlı Gəncə şəhərinə giriş-çıxışın məhdudlaşdırılması üçün o, xx xxxx 2020-ci il tarixdə Gəncə şəhəri, Totanlı küçəsində xidmətə cəlb edilmişdir. Saat 23 radələrində o, posta yaxınlaşan “Vaz 2107” markalı, ** XA *** dövlət nömrə nişanlı avtomaşını saxlatmış, həmin vaxt avtomaşında iki nəfər şəxs olduğunu müəyyən etmiş və həmin şəxslərin sənədlərini yoxlamışdır, Avtomaşında sükan arxasında əyləşmiş şəxsdən kim olduğunu soruşmuş və şəxsiyyətini təsdiq edən sənədlərini tələb etmişdir. Sürücü sənədlərini təqdim etdikdə Şahid1 olduğunu müəyyən etmişdir. Avtomobildə sərnişin olan şəxsdən kim olduğunu soruşub sənədlərini istədikdə həmin şəxs adının Təqsirləndirilən şəxs olduğunu bildirmiş, sənədlərinin üzərində olmadığını demişdir. Bu vaxt Təqsirləndirilən şəxs əlini cibinə salıb naməlum kütlə çıxarmış və yerə atmışdır. Onlar dərhal həmin kütləni götürüb cibinə qoymasını tələb etmiş və həmin kütlənin nə olduğunu soruşmuşlar. Təqsirləndirilən şəxs onlara lazımsız əşya olduğunu demiş və həmin kütləni yerdən götürüb cibinə qoymuşdur. Özünü şübhəli apardığı üçün onlar bu barədə rəhbərliyə məlumat vermişlər. Bir neçə dəqiqə sonra Gəncə şəhər Nizami rayon X4 bölməsinin təhqiqatçısı Tural Yusifli karantin postuna gələrək Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs müdafiəçi təyin edilmiş və üzərində video çəkilişlə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qəhvəyi rəngli gödəkçəsinin sağ yan cibindən 1 ədəd siqaret falqasına bükülü kütlə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən başqa hər hansı əşya və predmet aşkar edilməmişdir. Həmin kütlə elektron tərəzidə çəkilmiş və kütlənin çəkisi 0,27 qram təşkil etmişdir. Şəxsi axtarışla bağlı protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra avtomobilin sürücüsü Şahid1 şübhəli şəxs qismində saxlanılmış, müdafiəçi dəvət edildikdən sonra Şahid1 üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Şahid1 üzərindən hər hansı qanunla qadağan olunmuş əşya və predmet aşkar edildməmişdir. Daha sonra Şahid1 idarə etdiyi avtomaşında axtarış aparılmış və qanunla qadağan olunmuş əşya, predmet, o cümlədən narkotik vasitə aşkar edilməmişdir. Baxışın nəticələrinə dair protokol tərtib edilmiş və imzalanmışdır. Məhkəmə baxışı zamanı şahid qismində ifadə vermiş Şahid3 ifadəsində göstərmişdir ki, hal-hazırda Gəncə şəhər Baş Polis İdarəsinin Post Patrul Xidmətinin polis nəfəri vəzifəsində xidmət edir. Azərbaycan Respublikasında koronavirus pandemiyası ilə əlaqədar elan edilmiş karantinlə bağlı Gəncə şəhərinə giriş-çıxışın məhdudlaşdırılması üçün o, xx xxxx 2020-ci il tarixdə Gəncə şəhəri, Totanlı küçəsində xidmətə cəlb edilmişdir. Saat 23 radələrində o, posta yaxınlaşan “Vaz 2107” markalı, ** XA *** dövlət nömrə nişanlı avtomaşını saxlatmış, həmin vaxt avtomaşında iki nəfər şəxsin olduğunu müəyyən etmiş və həmin şəxslərin sənədlərini yoxlamışdır. Avtomaşında sükan arxasında əyləşmiş şəxsdən kim olduğunu soruşub şəxsiyyətini təsdiq edən sənədlərini tələb etdikdə sürücü sənədlərini təqdim etmiş və həmin şəxsin Şahid1 olduğunu müəyyən etmişdir. Avtomobildə sərnişin olan şəxsdən kim olduğunu soruşub sənədlərini istədikdə həmin şəxs adının Təqsirləndirilən şəxs olduğunu bildirmiş və sənədlərinin üzərində olmadığını demişdir. Bu vaxt Təqsirləndirilən şəxs əlini cibinə salıb naməlum kütlə çıxarmış və yerə atmışdır. Onlar dərhal həmin kütləni götürüb cibinə qoymasını tələb etmiş və həmin kütlənin nə olduğunu soruşmuşlar. Təqsirləndirilən şəxs onlara lazımsız əşya olduğunu demiş və həmin kütləni yerdən götürüb cibinə qoymuşdur. Həmin şəxsin özünü şübhəli apardığını görüb bu barədə rəhbərliyə məlumat vermişlər. Bir neçə dəqiqə sonra Gəncə şəhər Nizami rayon X4 bölməsinin təhqiqatçısı Tural Yusifli karantin postuna gələrək Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs müdafiəçi təyin edilmiş və üzərində video çəkilişlə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qəhvəyi rəngli gödəkçəsinin sağ yan cibindən 1 ədəd siqaret falqasına bükülü kütlə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən başqa hər hansı əşya və predmet aşkar edilməmişdir. Həmin kütlə elektron tərəzidə çəkilmiş və kütlənin çəkisi 0,27 qram təşkil etmişdir. Şəxsi axtarışla bağlı protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra avtomobilin sürücüsü Şahid1 şübhəli şəxs qismində saxlanılmış, müdafiəçi dəvət edildikdən sonra Şahid1 üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Şahid1 üzərindən hər hansı qanunla qadağan olunmuş əşya və predmet aşkar edildməmişdir. Daha sonra Şahid1 idarə etdiyi avtomaşında axtarış aparılmış və qanunla qadağan olunmuş əşya, predmet, o cümlədən narkotik vasitə aşkar edilməmişdir. Baxışın nəticələrinə dair protokol tərtib edilmiş və imzalanmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəmə kimyəvi ekspertizasının xx xxxx 2020-ci il tarixli, 16/245 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəyə oxşar kütlə” sözlər və imzalar olan, “Azərbaycan Respublikası DİN zərflər üçün № 182” məzmunlu dairəvi möhür əksi ilə möhürlənmiş olan kağız paketdəki bir ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,192 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx xxxxx 2020-ci il tarixli, 290 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan “Şəxsi axtarış və götürmə haqqında” xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri, Totanlı küçəsində yerləşən stasionar karantin polis postunun yaxınlığında saxlanılaraq onun üzərində şəxsi axtarış keçirilmişdir. Şəxs axtarış zamanı şübhəli Təqsirləndirilən şəxs üzərində olan qəhvəyi rəngli gödəkcənin sağ yan cibində saxlamış olduğu bir ədəd siqaret falqasına bükülmüş, toz halında, qəhvəyi rəngli, spesifik iyə malik olan narkotik vasitə olan heroinə oxşar kütlə aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhəri Rayonlararası Psixonevroloji Dispanseri tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 1716 saylı arayışdan görünür ki, Abbasov X1 dispanserdə qeydiyyatda durmur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan BESTLAB MMC-nin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs “Hepatit C” xəstəliyindən əziyyət çəkir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2020-ci il tarixli, 18/15 saylı Göygöl rayonu İcra Hakimiyyəti Başçısının Göygöl şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş «Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında» xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməli kimi qiymətləndirilməmişdir. Şahid1 əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 307.1-ci maddələrində nəzərdə tutulan cinayət əməli kimi qiymətləndirilməmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı aşkar edilmiş narkotik vasitə olan heroinin çəkisi 0,192 qram kimi qiymətləndirilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və tədqiqata sərf edildikdən sonra qalıq qalmış 0,142 qram heroin və 1 ədəd video görüntülərin əks olunduğu disk iş üzrə maddi sübut kimi tanınmış və həmin 1 ədəd disk cinayət işinə əlavə edilmişdir, 0,142 qram heroin isə Gəncə şəhər Baş Polis İdarəsinə məsul saxlanca verilmişdir. Məhkəmə iş üzrə hərtərəfli, obyektiv və tam araşdırma aparıb, məhkəmə baxışında tədqiq edilmiş sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlayaraq daşıması cinayətini törətməkdə təqsirliliyi tam sübuta yetirildiyindən onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Odur ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmalı və o, həmin maddə ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən “heroin” narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli qərarının 4-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, əməlin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan AzərbaycanRespublikasıDaxili İşlər Nazirliyinin Baş Əməliyyat və X2 xx.xx.2020-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-in 58-ci maddəsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarı). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına görə deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlüləlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də cinayətkarlıqla mübarizədə əsas diqqət sosialiqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs “Hepatit C” xəstəliyindən əziyyət çəkməsini, törətdiyi cinayət əməlini səmimi etiraf etməklə əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Cəzasını yüngülləşdirən hallar Cinayət Məcəlləsinin 58 və 59-cu maddələrinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs cəza təyin edilən zaman nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61ci maddəsində göstərilən onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq onun cəzasını yüngülləşdirən hallarla yanaşı, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət törətməsini), təqsirkarın şəxsiyyətini, onun “Hepatit C” xəstəliyindən əziyyət çəkməsini,törətdiyi cinayət əməlini səmimi etiraf etməklə əməlindən peşman olmasını, onun yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin etməklə onu cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə azadlığını məhdudlaşdırmaqla onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə isə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, həmin cinayət işi üzrə Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və saxlanması üçün Gəncə şəhər Baş Polis İdarəsinin X6 təhvil verilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx xxxx 2020-ci il tarixli “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi və təqsirləndirilən şəxsin azad edilməsi haqqında qərar”dan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və həmin tarixdə saxlanıldığı Gəncə şəhər Baş Polis İdarəsinin X3 azad edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs 02 gün müddətində şübhəli şəxs qismində Gəncə şəhər Baş Polis İdarəsinin X5 saxlanılmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 02 (iki) gün müddətində şübhəli şəxs qismində tutulmasını nəzərə alaraq həmin müddətin ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmasını məqsədə müvafiq hesab edir. Həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan RespublikasınınCinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtan hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir:yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək;elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək;məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək;müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 1 ünvanını axşam saat 23-dən səhər saat 07-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Göygöl rayonunun ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulmalıdır. Həmçinin məhkəmə iş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx xxxxx 2020-ci il tarixli, 290 nömrəli rəyini nəzərə alıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə cəlb edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinin tələbinə əsasən şəxsin cinayət törədərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinin tələbinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarında saxlanma müddəti ərzində işdə saxlanmalı və ya maraqlı təşkilat və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara təhvil verilməlidir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 132.1.7-ci maddəsinin tələbinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc yerində saxlanılan, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra təmiz çəkisi 0,142 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, bundan başqa cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı video görüntülərin əks olunduğu 1 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iş üzrə 32,40 (otuz iki manat qırx qəpik) manat məbləğində ekspertiza xərci mövcuddur ki, qeyd olunan məbləğ məhkəmə məsrəfləri olaraq Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən 8 (səkkiz) iş saatıməsrəf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2018-ci il tarixli Sərəncamının 1.3-cü bəndinə əsasən vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə dövlət hesabına göstərilən hüquqi yardıma görə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin İ hissəsinə müvafiq olaraq müəyyən edilmiş məbləğin 3 dəfə artırılması qərara alınmışdır. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına48 (qırx səkkiz) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia yoxdur, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CinayətMəcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək, yəni 02 (iki) gün şübhəli şəxs qismində tutulduğu müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabərhesablanmaqla 04 gün müddətona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri olan ünvan 1 ünvanını axşam saat 23:00dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Göygöl rayonunun ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Göygöl Rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə cəlb edilsin və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra təmiz çəkisi 0,142 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, bundan başqa cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı video görüntülərin əks olunduğu 1 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 32,40 (otuz iki manat qırx qəpik) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi olaraq Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 48 (qırx səkkiz) manat məbləğində pul keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Roman Ələkbərli
Məhkəmə qərarları › İş №1(044)-100/2020
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-100/2020
01.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver