Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-100/2021 23.09.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi Həsənov Ayxan Rasim oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçilər Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4 və Müdafiəçi2, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və onun qanuni nümayəndəsi X1 iştirakları ilə xx.xx.2001-ci ildə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1ində qeydiyyatda olan və yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1, xx.xx.2004-cü ildə Yevlax rayonu, Rüstəmli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Yevlax rayonu, Qaraməmmədli kəndində qeydiyyatda olan, Gəncə şəhəri, Nizami rayonu, Cavadxan qəsəbəsində təzə yaşayış massivdə yaşayan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olub bir qrup təşkil edərək təkrar, xeyli miqdarda özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, 05.09.2020-ci il tarixdə istintaqa məlum olmayan saatda Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında aralarında cinayətkar fəaliyyəti həyata keçirmək üçün rolları bölüşdürüb, Zərərçəkmiş şəxs Gəncə şəhəri, Nizami rayonu, Cavadxan qəsəbəsində təzə salınmış yaşayış massivində yerləşən evindən sonuncuya məxsus 1 ədəd 540 manat dəyərində brilyant qaşlı üzüyü və 1 cüt 400 manat dəyərində qızıl qulaqlıqları, vahid niyyətlə ümumilikdə 940 manat dəyərində özgə əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Bundan sonra o, təkrar olaraq 23.09.2020-ci il tarixdə saat 19 radələrində Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında aralarında cinayətkar fəaliyyəti həyata keçirmək üçün rolları bölüşdürüb, Zərərçəkmiş şəxs Gəncə şəhəri, Nizami rayonu, Cavadxan qəsəbəsində təzə salınmış yaşayış massivində yerləşən evindən sonuncuya məxsus ümumilikdə 3400 manat dəyərində brilyant qaşlı qızıl kaleni, qızıl qulaqlıq və qızıl üzük dəstini, 2 ədəd ümumilikdə 850 manat dəyərində qızıl qadın qolbağını, hər birinin dəyəri 400 manat olan 5 ədəd 2000 manat dəyərində qızıl qadın üzüklərini, 2 ədəd 800 manat dəyərində qızıl boyunbağını, 1 ədəd 250 manat dəyərində qızıl qolbağını, 1 ədəd 600 manat dəyərində qızıl qolbağını, 1 ədəd 400 manat dəyərində qızıl kişi üzüyünü, 1 ədəd 300 manat dəyərində ay-ulduz formalı qızıl klonu, 2 ədəd 350 manat dəyərində qızıl uşaq qolbağlarını, vahid niyyətlə ümumilikdə 8950 manat dəyərində xeyli miqdarda özgə əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olub bir qrup təşkil edərək təkrar, xeyli miqdarda özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, 05.09.2020-ci il tarixdə istintaqa məlum olmayan saatda Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında aralarında cinayətkar fəaliyyəti həyata keçirmək üçün rolları bölüşdürüb, Zərərçəkmiş şəxs Gəncə şəhəri, Nizami rayonu, Cavadxan qəsəbəsində təzə salınmış yaşayış massivində yerləşən evindən sonuncuya məxsus 1 ədəd 540 manat dəyərində brilyant qaşlı üzüyü və 1 cüt 400 manat dəyərində qızıl qulaqlıqları, vahid niyyətlə ümumilikdə 940 manat dəyərində özgə əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Bundan sonra o, təkrar olaraq 23.09.2020-ci il tarixdə saat 19 radələrində Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında aralarında cinayətkar fəaliyyəti həyata keçirmək üçün rolları bölüşdürüb, Zərərçəkmiş şəxs Gəncə şəhəri, Nizami rayonu, Cavadxan qəsəbəsində təzə salınmış yaşayış massivində yerləşən evindən sonuncuya məxsus ümumilikdə 3400 manat dəyərində brilyant qaşlı qızıl kaleni, qızıl qulaqlıq və qızıl üzük dəstini, 2 ədəd ümumilikdə 850 manat dəyərində qızıl qadın qolbağını, hər birinin dəyəri 400 manat olan 5 ədəd 2000 manat dəyərində qızıl qadın üzüklərini, 2 ədəd 800 manat dəyərində qızıl boyunbağını, 1 ədəd 250 manat dəyərində qızıl qolbağını, 1 ədəd 600 manat dəyərində qızıl qolbağını, 1 ədəd 400 manat dəyərində qızıl kişi üzüyünü, 1 ədəd 300 manat dəyərində ay-ulduz formalı qızıl klonu, 2 ədəd 350 manat dəyərində qızıl uşaq qolbağlarını, vahid niyyətlə ümumilikdə 8950 manat dəyərində xeyli miqdarda özgə əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduqları cinayət əməli onların özlərinin etirafedici ifadələri ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, maddi sübutlar, həmçinin işdə olan və tədqiq olunan digər istintaq sənədləri ilə aşağıdakı qaydada sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, anası X2 ilə birlikdə yaşayır. Atası 6 il bundan əvvəl vəfat edibdir. Onun ürəyində aritmiya, yəni ürəkdə damar tutması xəstəliyi var. Bu səbəbdən də onu hərbi xidmətə aparmayıblar. Təxminən bir il yarım bundan əvvəl Gəncə şəhəri, Gülüstan qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs2 ilə “İnstaqram” sosial şəbkəsində tanış olumuşdur. Həmin vaxtdan o, Nəcibə ilə danışmış və arabir Gəncə şəhərinə gəlib “Heydər Əliyev” parkında görüşmüşlər. O, Şəmkir rayonunda yaşadığı üçün Nəcibə ilə gec-gec görüşmüşlər. O, Nəcibə ilə istifadəsində olan telefon nömrəsi ilə danışmışdır. Nəcibə həmin telefonu gizli işlətmişdir. Nəcibə onunla danışan zaman anası həmin telefonu tutub Nəcibənin əlindən almışdır. Sonradan Nəcibə ona başqa adamın telefonu ilə zəng edib telefon almağını demişdir. O da pulu olmadığını demişdir. O, Nəcibəyə təklif etmişdir ki, pul tapıb telefon alsınlar. Nəcibə ona demişdir ki, özünün qızılları var. Həmin qızılları ona versin, o isə satıb ona telefon alsın. 2020-ci ilin iyul ayında o, yaşadığı ünvan 1indən Gəncə şəhərinə Nəcibəgilin yaşadığı evin yaxınlığına gəlmişdir. Nəcibə ilə görüşmüşdür. Nəcibə ona 1 ədəd qızıl sep və 100 manat pul vermişdir ki, sepi satıb əldə etdiyi pulun üstünə 100 manat pulu da qoyub Nəcibəyə telefon alsın. O, həmin sepi Şəmkir rayonunda “Mərkəzi Bazar” kimi tanınan yerdə qızıl alıq-satqısı ilə məşğul olan Sərvan adlı şəxsə öz şəxsiyyət vəsiqəsinin surəti ilə 94 manata satmışdır. O, Nəcibənin verdiyi 100 manata “Samsung” markalı telefon almış, sepdən əldə etdiyi pulu isə, telefona adaptor almış, sonra özü Şəmkir rayonuna gedib gəlməyinə, həmçinin özünə xərcləmişdir. O, aldığı telefonu Gəncə şəhərinə gəlib Nəcibəyə vermişdir. Bundan sonra Nəcibə ona demişdir ki, o, Gəncə şəhərində kirayə ev tutub burda yaşasın. O, da Nəcibəyə demişdir ki, maddi imkanı yaxşı deyil, əgər o, pul verərsə ev tutub kirayə yaşayar. O, Nəcibəyə demişdir ki, evdə qızıl olsa oğurlayıb ona versin və o, satıb pul əldə edib kirayə ev tutar. Nəcibə ona demişdir ki, bir evdə yaşadığı dayısıgilin qızılı var. Təxminən 3-4 gündən sonra, yəni 2020-ci ilin sentyabr ayının ortalarında o, Nəcibə ilə telefonla danışan zaman qərarlaşdırmışlar ki, Nəcibə dayısıgilin evindən qızılı oğurlayıb ona versin ki, o da satsın. Nəcibə həmin qızıldan oğurlayıb ona vermişdir. O da həmin oğurlanmış qızıllardan 1 ədəd sırğanı, 1 ədəd qızıl üzüyü Nəcibədən Gəncə şəhəri, Gülüstan qəsəbəsində götürüb Şəmkir rayonunda Sərvan adlı şəxsə 350 manata satmışdır. Bundan sonra Nəcibə ona demişdir ki, dayısıgildən qızıl oğurladıqdan sonra orda qalan qızıllarda Nəcibənin əlinin izi qalıbdır. Nəcibə ona demişdir ki, həmin qızılları da oğurlayıb ona versin. O da demişdir ki, həmin qızılları oğurlasa problem olar. Nəcibə də ona “heç bir problem olmayacaq, problem olarsa mənlikdi” demişdir. Təxminən sentyabr ayının sonlarında səhər saatlarında o, Nəcibəgilin yaşadığı evin yaxınlığına getmişdir. Nəcibə ona dayısıgilin qızıllarını oğurlayıb verəcəyini demişdir. Həmin gün günorta yarını keçsə də, Nəcibə qızılları oğurlayıb ona verməmişdir. O, yenidən Nəcibəyə zəng edib qızılları götürə bilmirsə, o, yaşadığı Şəmkir rayonuna qayıdacağını demişdir. Nəcibə də ona gözləməsini, dayısıgildən həmin qızılları oğurlayıb verəcəyini demişdir. Həmin gün təxminən saat 19 radələrində Nəcibə yaşadıqları evdən çıxıb Gülüstan qəsəbəsində 1 ədəd qızıl sep və klonu, 5 ədəd qızıl üzük, 1 ədəd qızıl qolbaq, 2 cüt qızıl sırğa, 1 ədəd bağlanan yeri sınıq olan qızıl qolbağı ona vermişdir. O da həmin qızılları Şəmkir rayonuna aparıb Sərvan adlı şəxsə öz şəxsiyyət vəsiqəsi əsasında satmışdır. Həmin qızıllar təxminən 4500-5000 manat pul etmişdir. Həmin pulları o, özü təkcə xərcləmişdir. Onun Nəcibə ilə razılığı belə olmuşdur ki, Nəcibə qızılları oğurlayıb ona verəcək, o da həmin qızılları satıb pulunu Gəncə şəhərinə gəlib-getməyə və Gəncə şəhərində kirayə ev tutub burda yaşamağı üçün istifadə edəcək. Nəcibənin qızılları oğurlaması nəticəsində əldə etdiyi pulları həmçinin özünün şəxsi ehtiyacları üçün xərcləmişdir. Nəcibənin oğurladığı qızıllar dayısı Fizuliyə məxsusdur və onlar qızılların oğurlanması barədə əvvəlcədən razılaşmışdılar, belə ki, o, Nəcibəyə həmin qızılları oğurladıqdan sonra sonuncuya həmin qızılları satıb pul əldə edəcəklərini demişdir. Hazırda törətdiyi cinayət əməlindən peşmandır, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və zərərçəkmiş şəxsin ondan hər hansı şikayət və tələbinin olmadığını nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, dayısı Zərərçəkmiş şəxs evində anası Güzar Quliyeva, nənəsi və dayısının ailəsi ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs1 təxminən 2020-ci ilin yanvar ayından tanıyır. Belə ki, Turalla “instaqram” sosial şəbəkəsində tanış olmuş, sonradan da telefonla danışıb Gəncə şəhərində parkda görüşmüşlər. Tural ünvan 1ində yaşayır. Tural arabir Gəncə şəhərinə gəlmiş və onlar görüşmüşlər. Turalın maddi vəziyyəti pis olduğundan o, Gəncədə kirayə ev tuta bilmirdi. Tural ona demişdir ki, maddi imkanı yaxşı deyil, əgər o, pul verərsə ev tutub kirayə yaşayar. Sonra demişdir ki, evdə qızıl olsa oğurlayıb ona versin və o, satıb pul əldə edib kirayə ev tutar. O, Turala demişdir ki, bir evdə yaşadığı dayısıgilin qızılı var. Onlar belə razılaşmışlar ki, o, dayısının qızılını oğurlayıb Turala verəcək, Tural da satıb pul əldə edəcək. Bu razılaşmaya əsasən o, dayısına məxsus qızıldan 1 ədəd briliyant qaşlı üzüyü və bir cüt sırğanı oğurlayıb Turala vermişdir. Sonradan Tural yenə də ondan qızıl istəmişdir. O yenə də dayısının evində olan bütün qızıllarını gizlin oğurlayıb Turala vermişdir. Sonradan dayısı qızıllarının oğurlandığını bilib polisə şikayət edən zaman o, dayısına həmin qızılları götürüb Turala verdiyini və Turalın ona etdiklərini demişdir. Dayısı da bu barədə polisə məlumat vermişdir. Dayısı qızılların oğurlandığını bildikdən sonra ona demişdir ki, Turala zəng edib qızılları istəsin. Tural da həmin vaxt 3 ədəd üzük gətirib qaytarmışdır. O da həmin qızılları dayısına vermişdir. Tural oğurlamış olduğu qızıllardan ona bir ədəd mobil telefon və telefon adaptoru almış, bir yerdə olarkən həmin pullardan birlikdə xərcləmişlər. Hazırda əməlindən peşmandır, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və zərərçəkmiş şəxsin ondan hər hansı şikayət və tələbinin olmadığını nəzərə alıb məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Gəncə şəhəri, N.Nərimanov prospekti, ev 249-da qeydiyyatda olsa da, Gəncə şəhəri Gülüstan qəsəbəsində təzə məhlələrdə yaşayır. Onun bacısı Gülzar Quliyeva və Gülzarın qızı Təqsirləndirilən şəxs2 da onun evində yaşayırlar. Gülzarın əri Qnyaz 1 ildir ki, vəfat edibdir. Bacısı Gülzar özü “İnsult” xəstəliyindən əziyyət çəkir və yataq xəstəsidir. Bunun üçün də bacısı və qızı onunla birlikdə yaşayır. 2020-ci ilin sentyabr ayının sonlarında evlərində olan 2 ədəd hər birinin dəyəri 200 manat olan kişi üzüyünün evdə olmadığını görmüşdür. O, qızılı axtarsa da, tapa bilməmişdir. 02 oktyabr 2020-ci il tarixdə o, bu barədə polisə müraciət etmişdir. Sonradan evdə olan digər qızıllar olan yerə baxdıqda digər qızılların da yerində olmadığını görmüşdür. O, yenidən polisə müraciət edib 3400 manat dəyərində brilyant qaşlı qızıl kale, qızıl qulaqlıq və qızıl üzük dəstinin, 2 ədəd 850 manat dəyərində qızıl qadın qolbağının, 5 ədəd 2000 manat dəyərində qızıl qadın üzüklərinin, 2 ədəd 800 manat dəyərində qızıl boyunbağının, 1 ədəd 250 manat dəyərində qızıl qolbağının, 1 ədəd 600 manat dəyərində boyunbağının, 1 ədəd 540 manat dəyərində brliyant qaşlı üzüyün, 1 ədəd 400 manat dəyərində qızıl kişi üzüyünün, 400 manat dəyərində 1 cüt qızıl qulaqlığın, 1 ədəd 300 manat dəyərində ay-ulduz formalı qızıl klonun, 2 ədəd 350 manat dəyərində qızıl uşaq qolbağının da oğurlandığını bilmişdir. O, yaşadığı evdə hamıdan bir-bir maraqlanıb qızılları görüb-görməməsini soruşduqda bacısı qızı Nəcibə ona demişdir ki, həmin qızılları o, götürübdür. Belə ki, Nəcibə 2020-ci ilin yanvar ayında instaqram sosial şəbəkəsində ünvan 1 sakini Təqsirləndirilən şəxs1 adlı şəxslə tanış olduğunu və həmin vaxtdan telefonla danışıb arabir Gəncə şəhərində prakda görüşdüklərini demişdir. Turalla Nəcibə aralarında evdən qızılları oğurlamaq barədə razılığa gəliblər. Nəcibə də əvvəlcə anasından hissə-hissə 600 manat pul və 2 ədəd qızılı gizli götürüb Turala veribdir. Sonradan Nəcibə ona məxsus yuxarıda qeyd etdiyi qızılları ondan və ailə üzvlərindən gizli şəkildə oğurlayıb Turala vermişdir. Həmin qızıllar ona və öz ailəsinə məxsusdur, həmin qızıllardan Nəcibənin istifadə etməsi və ya üzərində hər hansı bir sərəncam verici səlahiyyəti Nəcibəyə nə o nədə ki, ailə üzvlərindən heç kim verməyibdir. Nəcibə ondan gizlin həmin qızılları oğurlayıb Turala veribdir. İbtidai istintaq zamanı ona dəymiş ziyan təqsirləndirilən şəxslər tərəfindən tam ödənildiyi üçün hər iki təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, təxminən 7-8 ildir ki, Şəmkir rayonunda yerləşən “Həbibli ticarət mərkəzində” qızıl-zinət əşyalarının alışı və satışı ilə məşğul olur. Təqsirləndirilən şəxs1 qonşu kənddə yaşayan kənd sakini kimi üzdən tanıyır. Təxminən sentyabr ayının 10-dan sonra Tural tək başına yanına gəlmiş və demişdir ki, qızıl satmaq istəyir. O, nə qızıl olduğunu soruşmuş, Tural isə demişdir ki, heç bir problem yoxdur. Bundan sonra o, Turaldan şəxsiyyət vəsiqəsini tələb etmişdir. Turalın şəxsiyyət vəsiqəsində olan məlumatları özünün qızıl aldığı qeydiyyat dəftərində qeydiyyata almışdır. Tural ona 1 ədəd qızıl boyunbağı təqdim etmişdir. O, həmin boyunbağını çəkmiş və 20 qram olmuşdur. O, 1100 manat ödəyib Turaldan həmin boyunbağını almışdır. Təxminən 5-10 gün sonra Tural yenidən yanına gələrək qızıl satmaq istədiyini demişdir. O isə əvvəl də Turaldan qızıl aldığı üçün razılaşmışdır. O, Turalın şəxsiyyət vəsiqəsində olan məlumatları qeyd etmiş və 1 ədəd qızıl kişi üzüyü və 4.5 qram çəkidə qadın qızıl qolbağı almışdır. O, Turala 530 manat pul ödəmişdir. Bundan sonra bir dəfə də dəqiq bilmədiyi tarixdə Tural yanına gələrək yenə də qızıl satmaq istədiyini demişdir. O, artıq Turalı tanıdığı üçün heç bir qeydiyyat aparmadan yadında qalan 1 ədəd qızıl qadın üzüyü və yadında qalmayan digər qızıl əşyanı alıb təxminən 400 manata yaxın pul ödəmişdir. Bundan sonra Tural ona gətirib qızıl satmamışdır. O, Turaldan aldığı bütün qızıl zinət əşyalarının bir qismini satmış, digər qismini isə tanımadığı şəxsə çəki hesabı satmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında 02 oktyabr 2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə Zərərçəkmiş şəxs məxsus Gəncə şəhəri, Nizami rayonu, Cavadxan qəsəbəsində yerləşən fərdi yaşayış evində baş vermişdir. Məhkəmədə iclasında tədqiq edilmiş və iş materiallarında olan 21 oktyabr 2020-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 oğlu və Təqsirləndirilən şəxs2 istifadəsində olan mobil telefonlarına baxış keçirilən zaman sonuncuların mobil telefonunda Təqsirləndirilən şəxs2 hədə-qorxu gəlinməklə, ondan pul tələb edilməsi, eləcə də hər hansı bir video və foto şəkilə rast gəlinməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan könüllü təqdim edilmiş əşyanın maddi sübut kimi götürülməsi barədə 21 oktyabr 2020-ci il tarixli protokoldan görünür ki, cinayət işinin istintaqı üçün mühüm əhəmiyyət kəsb etdiyindən Təqsirləndirilən şəxs1 oğurladıqdan sonra Zərərçəkmiş şəxs qaytardığı və sonuncunun könüllü olaraq istintaqa təqdim etdiyi 3 ədəd qızıl üzüyə baxış keçirilmiş və həmin əşyalar götürülmüşdür. Məhkəmədə iclasında tədqiq edilmiş və iş materiallarında olan 04 noyabr 2020-ci il tarixli Təqsirləndirilən şəxs2 ifadəsinin yerində yoxlanması haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkilərdən görünür ki, istintaq hərəkəti keçirilmiş, Təqsirləndirilən şəxs2 dayısı Zərərçəkmiş şəxs məxsus Gəncə şəhəri, Nizami rayonu, Cavadxan qəsəbəsində yerləşən evi və dayısına məxsus qızılları evdən götürdüyü otağı və otaqdakı dolabın yerini göstərmişdir. Məhkəmədə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəməəmtəəşünaslıq ekspertizasının 19 yanvar 2021-ci il tarixli, 6\185-9\213 nömrəli rəyindən görünür ki, 1 ədəd sarı rəngli metaldan, üzərində qəhvəyi rəngli qaş olan üzük-üzərində “585” əyar damğası həkk olunmuş, metalı 585 əyarlı qızıla uyğundur, çəkisi 3,35 qramdır, qaşı qiymətli qaşlara aid deyil-251 manat, 1 ədəd sarı-gümüşü rəngli metaldan, üzərində ağ-şəffaf qaşları olan üzük-üzərində 585 əyar damğası həkk olunmuş, metalı 585 əyarlı qızıla uyğundur, çəkisi 3,70 qramdır, qaşı qiymətli qaşlara aid deyil-277 manat, 1 ədəd sarı rəngli metaldan, üzərində ağ-şəffaf qaşları olan üzük-üzərində 585 əyar damğası həkk olunmuş, metalı 585 əyarlı qızıla uyğundur, çəkisi 1,97 qramdır, qaşları qiymətli qaşlara aid deyil-148 manat müəyyən edilir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan qəbzdən görünür ki, oğurluq yolu ilə əldə edilmiş 3 ədəd qızıl qadın üzüyü zərərçəkmiş şəxsə saxlanması üçün təhvil verilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” 19 yanvar 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 170.1ci maddəsinin tərkib əlamətləri olmadığından həmin xüsusat üzrə cinayət təqibin başlanması rədd edilmiş və bu barədə material ayrılaraq Gəncə şəhər Prokurorluğuna göndərilmiş, Şahidn əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 194-cü maddəsinin tərkib əlamətləri olmadığından həmin xüsusat üzrə cinayət işinin başlanması rədd edimiş və bu bardədə material ayrılaraq Gəncə şəhər Prokurorluğuna göndərilmiş, zərərçəkmiş Zərərçəkmiş şəxs dəymiş ziyan kimi onu özünün qeyd etdiyi məbləğ, yəni həmin əşyaların ümumi dəyəri 9890 manat hesablanmış, Gülzar Quliyevaya məxsus dəyəri və məbləği istintaqa məlum olmayan qızıl və pulun Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 verməsi xüsusatı üzrə əməldə cinayət tərkibi olmaması əsasına görə cinayət işinin başlanması rədd edilmiş, bu barədə material ayrılaraq Gəncə şəhər Prokurorluğuna göndərilmiş, ibtidai istintaq zamanı oğurluq yolu ilə əldə edilmiş 3 ədəd qadın qızıl üzüyü maddi sübut kimi tanınmış və saxlanması üçün sahibi Zərərçəkmiş şəxs təhvil verilmişdir. Beləliklə, məhkəmə iclasında bilavasitə tədqiq edilən, biri digərini tamamlayan sübutlar əsasında müəyyən olunmuşdur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olub bir qrup təşkil edərək təkrar, xeyli miqdarda özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişlər. Məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qeyd edilən cinayət əməlini törətməkdə təqsirləri tam sübuta yetirilmiş və onların əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Buna görə də, onlar həmin maddələrlə təqsirli bilinərək onlara cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələrinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələri cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Bundan başqa, Təqsirləndirilən şəxs2 cinayət törədərkən yetkinlik yaşına çatmamışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 85.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanlara cərimə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və müəyyən müddətə azadlıqdan məhrum etmə cəza növləri təyin edilir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 25.10.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum edilməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 25.10.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum edilməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. Ona dəymiş ziyan tam şəkildə ödənilmişdir və məhkəmədən ərizəsinin nəzərə alınmasını xahiş edir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cinayəti yetkinlik yaşına çatmadığı dövrdə törətməsini, həmçinin Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslə barışıq əldə etmələrini, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəmələrini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmalarını, cinayət əməlini səmimi etiraf edərək peşmançılıq çəkmələrini təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəzalarını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə onu da qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur və cəzanı yüngülləşdirən hallar Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58 və 59-cu maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyin edilən zaman nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 84-cü maddəsinə əsasən 14 yaşı tamam olmuş, lakin 18 yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar qrupuna aid edilərkən, qanunvericilik həmin şəxslərin kifayət qədər əqli yetkinliyə çatmadıqlarını və həyat təcrübələrinin az olmasını nəzərə almışdır. Buna görə də, cinayət qanunvericiliyi yetkinlik yaşına çatmayanın törətdiyi cinayətə görə onların əməlinin tövsifində, məsuliyyətin həllində və cəza təyinində yetkinlik yaşına çatmayan şəxslərin əqli və iradəvi xüsusiyyətlərinin məhkəmələr tərəfindən nəzərə alınmasını məcburi sayır. Yetkinlik yaşına çatmayanların törətdiyi cinayətlərə görə tətbiq olunan cəza növü Birləşmiş Millətlər Təşkilatının Baş Məclisinin 29 noyabr 1985-ci ildə qəbul etdiyi «Yetkinlik yaşına çatmayanlar barəsində ədalət mühakiməsinin həyata keçirilməsi ilə bağlı X4»na («Pekin qaydaları») uyğun olduğu üçün, məhkəmə yetkinlik yaşına çatmayanın işi üzrə qəbul etdiyi qərarın və seçdiyi təsir tədbirinin təkcə işin hallarının hüquq pozuntusunun ağırlığına uyğunluğu prinsipinə deyil, həm də yetkinlik yaşına çatmayanın vəziyyətinə və marağına uyğun olmasını da rəhbər tutur. Əgər yetkinlik yaşına çatmayanın əməli hər hansı bir əsaslı səbəb olmadan başqası üzərində zor tətbiq etməklə bağlı deyildirsə və ya yetkinlik yaşına çatmayan dəfələrlə ciddi hüquq pozuntusuna yol verməmişdirsə, onun barəsində azadlıqdan məhrum etmə cəzası tətbiq edilməməlidir. Uşaq hüquqlarının və azadlıqlarının müdafiəsi, ədalət mühakiməsinin yetkinlik yaşına çatmayanların mənafelərinin qorunmasına yönəldilməsi barədə «Pekin qaydaları»nın əsas müddəaları «Uşaq hüquqları haqqında» Bəyənnamənin, Birləşmiş Millətlər Təşkilatının 20 noyabr 1989-cu il tarixli Konvensiyasının, eyni zamanda «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun və digər bu sahədə qəbul edilmiş çoxsaylı beynəlxalq aktlarında öz əksini tapmışdır. «Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli, 4 saylı Qərarın 1-ci bəndində göstərilir ki, yetkinlik yaşına çatmayan şəxslər barədə ədalət mühakiməsi ilk növbədə həmin şəxsin mənafelərinə xidmət etməli və belələri haqqında görülən təsir tədbirləri onun şəxsiyyətinə və qanuna zidd əməlinin xarakterinə uyğunluq təşkil etməli, yetkinlik yaşına çatmayan şəxslərin hüquqlarının müdafiəsi onların barəsində ədalətli cəzaların təyin edilməsinə, yetkinlik yaşına çatmayan şəxs tərəfindən yeni cinayətlərin törənməsinin qarşısının alınmasına, həmçinin həmin cinayəti doğuran səbəblərin aradan qaldırılmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 435.4.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan şəxs barəsində cəza tədbiri yalnız törədilmiş cinayətin hallarına və ağırlığına deyil, həmçinin yetkinlik yaşına çatmayan şəxsin vəziyyətinə və tələbatına, habelə cəmiyyətin tələbatına uyğun olmalıdır. Eləcə də, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 435.4.2-ci maddəsində isə göstərilir ki, yetkinlik yaşına çatmayan şəxsin azadlıqdan məhrum edilməsi ilə bağlı olan cəza tədbiri yalnız həmin məsələnin mükəmməl baxılmasından sonra tətbiq edilməli və imkan daxilində aşağı həddə endirilməlidir. Həmin Məcəllənin 435.4.3-cü maddəsinin tələblərinə görə yetkinlik yaşına çatmayan şəxs ağır və ya xüsusilə ağır cinayətin, habelə ağır nəticələrə səbəb olan zor tətbiq etməklə qəsdən törədilmiş cinayətin və ya digər ağır cinayətin təkrar törədilməsində təqsirli bilinmədiyi halda onun azadlıqdan məhrum edilməsi məqsədə uyğun deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 86.1-ci maddəsinə əsasən cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Həmçinin Məcəllənin 86.2-ci maddəsinə əsasən cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla birlikdə nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hansı növ cəzanın təyin edilməsi məsələsinə baxaraq, onların cəzasını yüngülləşdirən hallarla yanaşı, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət törətmələrini), təqsirkarların şəxsiyyətini, habelə təyin olunmuş cəzanın onların islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənləri nəzərə alaraq məhkəmə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, onun zərərçəkmiş şəxslə barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, onun ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, törətdiyi cinayət əməlini səmimi etiraf edərək əməlindən peşmançılıq çəkməsini, ona təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs1 törətdiyi cinayətə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Eyni zamanda məhkəmə hesab edir ki, cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə isə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 21 oktyabr 2020-ci il tarixli şübhəli şəxsin tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur və saxlanılması üçün Gəncə şəhər Baş Polis İdarəsinin Müvəqqəti saxlama Yerinə təhvil verilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 23 oktyabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 01 (bir) ay 15 (on beş) gün müddətə həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlama müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 21 oktyabr 2020-ci il tarixdən hesablanmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 29 oktyabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri həmin tarixdə ev dustaqlığı qətimkan təbdiri ilə əvəz edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 03 dekabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş ev dustaqlığı qətimkan təbdirinin müddəti 06 dekabr 2020-ci il tarixdən hesablanmaqla 21 yanvar 2021ci il tarixədək uzadılmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 19 yanvar 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş ev dustaqlığı qətimkan təbdirinin müddəti 21 yanvar 2021-ci il tarixdən 02 (iki) ay, yəni 21 mart 2021-ci il tarixədək uzadılmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 21 oktyabr 2020-ci il tarixdən hazırki hökm çıxarılan 23 sentyabr 2021-ci il tarixədək, yəni 11 (on bir) ay 02 (iki) gün müddətində həbsdə və ev dustaqlığında olmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 11 (on bir) ay 02 (iki) gün müddətində həbsdə və ev dustaqlığında olmasını nəzərə alaraq həmin müddətin ona təyin olunacaq azadlığın məhdudlaşdırlması cəzasından çıxılmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 üzərinə daimi yaşayış yeri olan ünvan 1i ünvanında yaşadığı evi axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, həmçinin Təqsirləndirilən şəxs1 elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, bundan başqa Təqsirləndirilən şəxs1 üzərinə Şəmkir rayonunun hüdudlarını tərk etməmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulmalıdır. Həmçinin Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilməli və hökm qanuni qüvvəyə minənədək barəsində “başqa yerə getməmək barədə” iltizam qətimkan tədbiri seçilməlidir. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onun təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş həddə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, onun şəxsiyyətini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, həmçinin onun yetkinlik yaşına çatmadığını, onun ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, törətdiyi cinayət əməlini səmimi etiraf edərək əməlindən peşmançılıq çəkməsini, ona təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini nəzərə alıb onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən sınaq müddəti təyin edilməklə ona təyin ediləcək müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs2 cəza çəkmədən islah olunmasını mümkün sayır, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərara gəlir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə müvafiq olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60.1-cı maddəsinin tələblərinə görə həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Beləliklə də, yuxarıda göstərilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilərək, barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə təyin edilmiş cəzanın şərti tətbiq edilməsi qənaətinə gələrək onun islah olunmasını və bu yolla cəzanın məqsədlərinə nail olunmasını mümkün hesab edir. Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 181.1-ci maddəsinə əsasən sınaq müddəti məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanır. Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 üzərinə sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.5-ci maddəsinin tələbinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Həmçinin Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinin tələbinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarında saxlanma müddəti ərzində işdə saxlanmalı və ya maraqlı təşkilat və ya şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara təhvil verilməlidir. Qanunun həmin tələbi baxımından məhkəmə hesab edir ki, işi üzrə maddi sübut kimi tanınmış 3 ədəd qızıl qadın üzüyünün saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iş üzrə 109,50 (yüz doqquz manat əlli qəpik) manat məbləğində ekspertiza xərci mövcuddur ki, qeyd olunan məbləğ məhkəmə məsrəfləri olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanları olmadıqları üçün onlara dövlət büdcəsi hesabına müdafiəçilər təyin edilmişdir. Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi üçün Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4 tərəfindən 20 (iyirmi) iş saatı, Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi üçün Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən 20 (iyirmi) iş saatı məsrəf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamının 1.3-cü bəndinə əsasən vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə dövlət hesabına göstərilən hüquqi yardıma görə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin İ hissəsinə müvafiq olaraq müəyyən edilmiş məbləğin 3 dəfə artırılması qərara alınmışdır. Odur ki, həmin hesabla təqsirləndirilən şəxslərə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi4 və Müdafiəçi2 vəkil işlədikləri Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına hər birinə 120 (yüz iyirmi) manat, cəmi 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia yoxdur, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353-cü və 356-cı maddələrini rəhbər tutub, məhkəmə hökm e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 21 oktyabr 2020-ci il tarixdən 23 sentyabr 2021-ci il tarixədək, yəni 11 (on bir) ay 02 (iki) gün həbsdə və ev dustaqlığında olduğu müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, 1 (bir) il 10 (on) ay 04 (dörd) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 01 (bir) il 01 (bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə daimi yaşayış yeri olan ünvan 1i ünvanında yaşadığı evi axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Şəmkir rayonunun ərazisinin hüdudlarını tərk etməmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzaya münasibətdə onun yaşayış yeri üzrə Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri ilə əvəz edilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyşdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1 və 70.3-cü maddələri tətbiq edilməklə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 01 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs2 sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 davranışı üzərində nəzarət onun qeydiyyatda olduğu və yaşadığı yer üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınmış 3 ədəd qızıl qadın üzüyünün sahibi Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. İş üzrə ekspertiza xərci olan 109,50 (yüz doqquz manat əlli qəpik) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxslərə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 və Müdafiəçi4 vəkil işlədikləri Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına hər birinə 120 (yüz iyirmi) manat, cəmi 240 (iki yüz qırx) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Roman Ələkbərli
Məhkəmə qərarları › İş №1(044)-100/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-100/2021
23.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver