Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-100/2022 29.03.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rüstəmov Turan Aydın oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri X3, müdafiəçi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subayi, işsiz, məhkumluğu olmayan, Gəncə şəhəri, Nizami rayonu, ünvan 3-də qeydiyyatda olan və yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan vaxtda və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda - yəni, 0,264 qram çəkidə, kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamış, 18,11.2021-ci il tarixdə 23:00 radələrində Gəncə şəhər BPİ-nin Cinayət Axtarış İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində o, Gəncə şəhəri, Mehmandarov küçəsində yerləşən “Araz” marketin yaxınlığında saxlanılaraq ünvan 1 ünvanda yerləşən Gəncə şəhər BPİ-nə gətirilmiş, onun üzərinə şəxsi axtarış aparılan zaman əynində göy rəngli cins şalvarın sağ arxa yan cibindən 1 ədəd sellofanın içərisində kağızı bükülmüş halda 0.264 qram çəkidə, ustar üsulla hazırlanmışpsixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, hazırda rəsmi olaraq heç yerdə işləmir, fərdi əməklə məşğul olur, subaydır və ailə üzvləri ilə birlikdə Gəncə şəhəri, Nizami rayonu, ünvan 3 ünvanda yaşayır. 08.11.2021-ci il tarixdə şəxsi işləri ilə bağlı Bakı şəhərinə getmiş, orada tanımadığı yerdə bir bükümü görüb götürmüş və içərisində “patı”, yəni psixotrop maddə olan metamfetamin olmuşdur. Həmin psixotrop maddə olan metamfetamindən bir qədərini qəbul etmiş, qalanını isə özü qəbul etmək üçün cibində saxlamış Gəncə şəhərinə gətirmişdir. 18.11.2021-ci il tarixdə saat 23:00-radələrində Gəncə şəhəri, Mehmandarov küçəsində yerləşən “Araz” marketin yaxınlığında mülki geyimdə 2 nəfər yaxınlaşaraq polis əməkdaşları olduqlarını, onun qanunsuz olaraq psixotrop maddələr əldə etməsində şübhəli olduğunu bildirərək onu Gəncə şəhər BPİ-nə aparmışıar. Orada təhqiqatçı tərəfindən onun hüququları izah edilmiş, müdafiəçi ilə təmin olunmuş, bundan sonra üzərinə videoçəkilişlə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarışdan əvvəl üzərində qanunla qadağan olunmuş hər-hansı bir əşya, predmet, dövriyyəsi qadağan edilmiş narkotik vasitə varsa təqdim edilməsi təklif olunmuşdur. O, əynində olan göy rəngli cins şalvarın sağ arxa yan cibində özü qəbul etmək üçün saxladığı 1 ədəd sellofana bükülmüş kağızın içərisində olan kütləni təqdim etmiş, həmin kütlənin içərisində psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir, Həmin psixotrop maddə aptek tərəzisində çəkilmiş, ümumi çəkisi 0,70 qram olduğu müəyyən edilmişdir. Bundan sonra onun üzərindən aşkar edilmiş psixotrop maddə qablaşdırılaraq zərfə qoyulmuş, möhürlənmiş, bu barədə protokol tərtib edilərək video çəkilmişi başa çatdırılmış, protokolun doğruluğu imzalarla təsdiq olunmuşdur. Əməlindən peşmandır. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, o, Gəncə şəhər BPİnin CAİ-də əməliyyat müvəkkili vəzifəsində işləyir, polis leytenantıdır. Ələsgər adlı şəxsi əvvəllər tanımamış, son vaxtlar Gəncə şəhərində həmin şəxsin barəsində qanunsuz olaraq psixatrop maddə əldə edib qəbul etməsi barədə məlumatlar daxil olmuşdur. O, Ələsgər adlı həmin şəxsin şəxsiyyətini dəqiqləşdirmiş, onun Gəncə şəhəri, Ordubadi küçəsi, 105 nömrəli evdə yaşayan, əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Onun Təqsirləndirilən şəxsla heç bir tanışlığı, ədavəti və düşmənçiliyi olmamışdır. 18 noyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs psixatrop maddə əldə etməsi, üzərində gəzdirməsi barədə əməliyyatı məlumat daxil olmuş, o, həmin məlumat barədə işlədiyi Gəncə şəhər BPİ-nin rəhbərliyinə məruzə etmiş və rəhbərlik tərəfindən əməliyyat axtarış tədbiri keçirilməsi barədə tapşırıq verilmişdir. O, dərhal həmin tarixdə işlədiyi idarənin kiçik inspektoru, polis serjantı Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs qanunsuz olaraq psixatrop maddə əldə etməsi, üzərində gəzdirməsini müəyyən etmək və yaxalanması məqsədilə əməliyyat-axtarış tədbiri keçirmişdir. Təqsirləndirilən şəxs 18 noyabr 2021-ci il tarixdə saat 23:00-da Gəncə şəhərində Mehmandarov küçəsindəki «Araz» marketin yaxınlığında yaxalayaraq işlədiyi Gəncə şəhər BPİ-nə gətirmiş və bu barədə raportla rəhbərliyə məruzə etmişdir. Təqsirləndirilən şəxs Gəncə şəhər BPİ-də üstünə şəxsi axtarış aparılması 18.11.2021-ci il tarixdə İstintaq və Təhqiqat idarəsinin təhqiqatçı, polis baş leytenantı Elçin Vəliyevə tapşırılmış və onun tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması barədə qərar qəbul edilmiş, müdafiəçi dəvət edilib müvafiq sənədləşmə aparılmışdır. Müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Gəncə şəhər KTB-nin inspektor kriminalisti, polis kapitanı Şahid3 tərəfindən «Sony» markalı video aparatın videoçəkmə funksiyasından istifadə edilməklə çəkiliş aparılmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində olan ehtimal edilən psixatrop maddə, narkotik vasitələri, digər əşyaları təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs əynindəki göy rəngli şalvarın sağ arxa yan cibindən 1 ədəd sellofan bükümündə kağıza bükülmüş halda kütləni çıxardaraq təqdim etmiş, Ələsgər Ələsgərov həmin bükülüdə «patı», yəni psixotrop maddə - metamfetamin olduğunu bildirmişdir. Həmin maddə iştirakçılara təqdim edilmiş, həmin maddə psixotrop maddə-metamfetaminə bənzər kütlə olması müəyyən olunmuşdur. Həmin kütlə təhqiqatçı tərəfindən onların iştirakı ilə sıfırlanmış aptek tərəzisində çəkilmiş və Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş həmin bükümün çəkisi 0,70 qram olması müəyyən olunmuş və zərfə qoyulub qablaşdırılmış, DİN-nin 91 saylı möhürü ilə möhürlənmiş, həmin zərfin üstü iştirakçılar tərəfindən imzalarla təsdiq edilmiş, şəxsi axtarış barədə protokol tərtib olunmuş, həmin protokol iştirak edən şəxslər, həmçinin Təqsirləndirilən şəxs tərəfindən imzalarla təsdiq olunmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid3 Yəhyə oğlu ifadəsində bildirdi ki, Gəncə şəhər BPİ-nin ekspert kriminalisti vəzifəsində işləyir, polis kapitanıdır. 18 noyabr 2021-ci il tarixdə Gəncə şəhər BPİ-də əməliyyat qrupunda olan zaman məsul növbətçinin ona Ələsgər adlı şəxsin psixotrop maddə əldə edib üzərində saxlamasında şübhəli olduğunu bildirmişdir. Təhqiqatçının xidməti iş otağında müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ arxa yan cibindən 1 ədəd sellofanın içərsində kağıza bükülmüş halda kütləni çıxararaq təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin büklümün “patı“ olduğunu, büklümün ona məxsus olduğunu, həmin bülkümü Bakı şəhərindən 10 gün əvvəl tapdığını, şəxsi istifadə üçün üzərində gəzdirdiyini, heç kimə satmadığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə aptek tərəzisində çəkilmiş, ümumi çəkisi 0.70 qrap olduqdan sonra həmin kütlə əvvəlki vəziyyətə qaytarılıb zərfə qoyularaq, Azərbaycan Respublikası DİN-nin 91 saylı möhürü ilə möhürlənmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 18.11.2021-ci il tarixli şəxsi axtarış və götürmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilməsi videokamera ilə çəkilərək protokola əlavə edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin 19.11.2021-ci il tarixli, 16/1229 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə ...” yazılar və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd sellofan torbanın içərisinə qoyulmuş 1 (bir) ədəd kağız bükümdə təmiz çəkisi 0.264 qram maddə, kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin 28.06.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların” siyahısına əsaslanaraq yoxlanıldı və müəyyən olundu ki, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr” in 1-ci siyahısının İİ bəndinə daxildir (Metamfetaminin təmiz çəkiləri – 0.264 qram tədqiqata sərf edildi- 0.02 qram, qalıq 0.24 qram). Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti başçısının 1 saylı SİƏD üzrə nümayənmdəliyi tərəfindən verilmiş 29.11.2021-ci il tarixli 5079 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir məlumat daxil olmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 06.02.2022-ci il tarixli 568 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 06.02.2022-ci il tarixli 532 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Narkoloji Dispanserdə qeydiyyatda durmur. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan 26.11.2021-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş və hazırda məhkumluğu yoxdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserinin 29.12.2021-ci il tarixli, 1560 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən epizodit istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkoloji dispanserdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Məhkəmə cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini etiraf edərək, əməlindən səmimi peşman olmasını, subay olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman Azərbaycan Respublikası CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, ailədə yeganə qazang gətirən şəxs olmasını, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini və cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Gəncə şəhəri, ünvan 3 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 18.11.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 18.11.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və saxlanma yerinə təhvil verilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 20.11.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə iltiizam” qətimkan tədbiri seçilərək o, saxlandığı Gəncə şəhəri BPİ-nin MSY-dən azad edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 18.11.2021-ci il tarixdən 20.11.2021-ci il tarixədək, 02 (iki) gün müddətində şübhəli şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikası CPM-nin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Azərbaycan Respublikası CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs, hazırkı cinayət işi ilə bağlı 18.11.2021-ci il tarixdən 20.11.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,244 qram təşkil edən narkotik vasitə olan metafetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və həmçinin iş üzrə sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 32,40 (otuz iki manat qırx qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X2 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 197-198, 344- 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən X1 18.11.2021-ci il tarixdən 20.11.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, 04 (dörd) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Gəncə şəhəri, Nizami rayonu, ünvan 3 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra qurumuna tapşırılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə yaşayış yeri üzrə ərazi Narkoloji Dispanserdə profilaktiki qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,244 qram təşkil edən narkotik vasitə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, iş üzrə sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 32,40 (otuz iki manat qırx qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X2 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi, VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №1(044)-100/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-100/2022
29.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver