Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-101/2020 11.09.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, məhkəmə iclası katibi Novruzov Maarif Vidadi oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1993-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, himayəsində iki nəfər azyaşlı uşağı olan, məhkum olunmamış, Gəncə şəhəri, Səfəvilər küçəsi, 4-cü döngə, ev 5-də qeydiyyatda olan, Gəncə şəhəri, Bakı fəhləsi küçəsində təzə məhlələrdə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 14 radələrində ünvan 1 ünvanın yaxınlığında qonşusu Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş şəxsi münasibətlər zəminində mübahisə zamanı Təqsirləndirilən şəxs, qonşusu Zərərçəkmiş şəxs sol əlinin 4cü barmağını qəsdən geri qatlayaraq “qanıraraq” dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin, şahidin ifadəsi, ekspertiza rəyi, həmçinin iş materiallarında olan və tədqiq olunan digər istintaq sənədləri ilə aşağıdakı qaydada sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan RespublikasınınCinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki,Gəncə şəhəri, Bakı fəhləsi küçəsi, təzə məhlələrdə ailəsi ilə birlikdə yaşayır. İlahə adlı qadın onunla qonşuluqda yaşayır. Onun İlahə ilə qonşu kimi münasibəti pis olmuşdur. Aralarında İlahə ilə dəfələrlə mübahisələr olsa da, ayıb bilib polisə müraciət etməmişdir. xx.xx.2020-ci il tarixdə saat 14 radələrində evdə əri İlhamın paltarını yumuş, bu zaman evin darvazası açıq olduğu üçün qonşu İlahənin qızının həyətindən keçdiyini görmüşdür. O da çölə çıxıb, İlahənin qızı Səmaya onun həyətindən keçməməsini, buranın onların yolu olmadığını demişdir. Səma da ona yaxşı edib keçdiyini demişdir. O da indi icazə verdiyini, lakin bir daha keçməməsini demişdir. Təxminən 30 dəqiqə sonra İlahə özü onun evinə onu təhqir edə-edə gəlib, həyətindən gündə bir dəfə keçəcəyini özündən razı və kobud şəkildə demişdir. Sonra İlahə öz çəpərinin onların çəpərə niyə bağlandığını deyəndə o da xəbəri olmadığını demişdir. İlahə də çəpəri tələsik halda göstərib əli ilə açmışdır. Sonra İlahə onun üstünə gəlib onun sinəsindən tutmuşdur. O da əli ilə İlahənin əllərindən tutub, kənara çəkilməsini demişdir. İlahə ona əlindəki mobil telefonla səsini yazdığını və polisə şikayət edəcəyini demişdir. İlahə bunu dedikdən sonra təkrar onu təhqir edib çıxıb getmişdir. İlahə adlı qadın onun sinəsindən tutub itələmək istəyərkən o, özünü müdafiə etmək məqsədi ilə İlahənin biləyindən tutub, kənara çəkmişdir. O, İlahə adlı qadın ilə dava edən zaman yanlarında sonuncunun qızı Səma olmuşdur. Qonşusu İlahə adlı qadın ilə aralarında olan dava 3-4 dəqiqə davam etmişdir. Himayəsində iki azyaşlı uşağının olmasını nəzərə alıb ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasındazərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ünvan 1-də ailəsi ilə birlikdə yaşayır. O, heç bir yerdə rəsmi olaraq işləmir və evdar qadındır. Ləman adlı qadın onunla qonşuluqda yaşayır. Onun Ləman ilə qonşu kimi münasibəti pis olmuşdur. Aralarında Ləman ilə dəfələrlə mübahisələr olsa da, ayıb bilib polisə müraciət etməmişdir. xx.xx.2020-ci il tarixdə saat 14 radələrində qızı Səma atasına siqaret almaq üçün marketə getmişdir. Qızı Səma marketdən qayıdanda ona qonşu Ləmanın qarşısını kəsdiyini və nalayiq formada evlərinin yanı ilə marketə getməməsini dediyini bildirmişdir. O da Ləmanın yaşadığı evə gemiş, evin darvazası açıq olduğundan Ləman onu görən kimi təhqir edə-edə çölə çıxmışdır. O, Ləmana nəyə görə qızının qarşısını kəsib oradan keçməməsini dediyini soruşmuşdur. Ləman da bir az aşağı gəlib onun gəldiyi yolun özünə aid olduğunu demişdir. Bu zaman onlar arasında sözlə mübahisələri yaranmışdır. Ləman nalayiq sözlərlə onu təhqir edib əlqol ilə danışmağa başlamışdır. Sonra onlar arasında mübahisə davaya çevriləndə Ləman əlləri ilə onun bədəninin müxtəlif nahiyyələrinə vurmaqla, sol əlinin barmaqlarını qanıraraq ona xəsarət yetirmişdir. Qızı Səma da gəlib hər ikisini aralamış, onu da evə aparmışdır. Ləman da çıxıb evə getmişdir. Hazırda Təqsirləndirilən şəxs şikayətçi olmaqla ona azadlıqdan məhrum etmə cəzası təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, Xarici dillər təmayüllü gimnaziyanın 9-cu sinif şagirdidir. Zərərçəkmiş şəxs onun anasıdır. Ləman adlı qadın onlarla qonşuluqda yaşayır. Ləmanla qonşu kimi münasibəti pis olmuşdur. Belə ki, valideynləri ilə Ləman arasında dəfələrlə mübahisə olmuşdur. xx.xx.2020-ci il tarixdə saat 14 radələrində o, atasına siqaret almaq üçün marketə getmişdir. Marketə yanlarında olan kəsə yoldan getmişdir. Həmin yol da Ləmangilin yaşadığı evin yanından keçir. O, Ləmangilin yaşadığı evin qarşısından keçəndə Ləman onun qarşısını kəsərək nalayiq formada onu təhqir edərək, evinin yanı ilə getməyə qadağa qoymuşdur. Ləman onu nalayiq formada təhqir etdiyi üçün o, özünü pis hiss etmiş, evə gələn kimi anası İlahəyə danışmışdır. Anası İlahə də Ləmanın yaşadığı evə getmiş, o da anası İlahənin arxasınca gedəndə Ləmanın nalayiq sözlərlə anası İlahəni təhqir edərək əlqol ilə danışdığını görmüşdür. Sonra anası İlahə ilə Ləman arasında mübahisə davaya çevrilmişdir. Dava zamanı Ləman əlləri ilə anası İlahənin bədəninin müxtəlif nahiyyələrinə vurmaqla, sol əlinin barmaqlarını qanıraraq xəsarət yetirmişdir. O da dərhal qonşuları Ləman ilə anası İlahəni aralamışdır. Sonra anası İlahəni evə aparmışdır. Ləman da çıxaraq evə getmişdir. Qonşuları Ləman anası İlahə ilə dava edən zaman əlləri ilə anasının əllərini qanıraraq xəsarət yetirmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan “Məhkəmə-Tibbi Ekspertiza və X4-Təcrübi Tədris” Birliyinin Gəncə şəhər şöbəsinin xx xxx 2020-ci il tarixli, 733 məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sol əlin İV barmağının proksimal falanqasının yerdəyişməyən sınığı, sol baldır nahiyyəsinin qançırı - bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri xx.xx.2020-ci il tarixə uyğun gəlir, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid edilir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2019-cu il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə ünvan 1 ünvanının yaxınlığınıda baş vermişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhər Nizami Rayon İcra Hakimyyəti başçısının 2 nömrəli SİƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli, 1073 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri, Nizami rayonu, Səfəvilər küçəsi, 4-cü döngə, ev 5-də qeydiyyatdadır, lakin Gəncə şəhəri, Bakı fəhləsi küçəsində təzə məhəllələrdə yaşayır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhər Nizami Rayon İcra Hakimyyəti başçısının 2 nömrəli SİƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli, 1074 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakteriza olunur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhəri Rayonlararası Psixonevroloji Dispanseri tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 2092 saylı arayışdan görünür ki, Zeynalova X1 Dispanserində qeydiyyatda durmur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx xxxx 2020-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221-ci maddəsinin tərkibi olmadığından barəsində həmin maddə ilə cinayət təqibi başlanması rədd edilmişdir. Beləliklə, məhkəmə iclasında bilavasitə tədqiq edilən, biri-digərini tamamlayan sübutlar əsasında müəyyən olunmuşdur ki,Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 14 radələrində ünvan 1 ünvanın yaxınlığında qonşusu Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş şəxsi münasibətlər zəminində mübahisə zamanı Təqsirləndirilən şəxs, qonşusu Zərərçəkmiş şəxs sol əlinin 4-cü barmağını qəsdən geri qatlayaraq “qanıraraq” dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətməkdə təqsiri tam sübuta yetirilmiş və onun həmin hərəkəti təhqiqat orqanı tərəfindən AzərbaycanRespublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Buna görə də o, həmin maddə ilə cinayət məsuliyyəti daşıyıb cəzalanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Göründüyü kimi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyəncinayət hesab olunur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X2 alınmış xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki,Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki nəfər azyaşlı uşaqları var. MəhkəməAzərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki nəfər azyaşlı uşaqlarının olmasını onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə onu da qeyd edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməlində AzərbaycanRespublikasının Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur və cəzanı yüngülləşdirən hal Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58 və 59-cu maddələrinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs cəza təyin edilən zaman nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini (böyük ictimai təhlükə törətməyən cinayət törətməsini), cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halı, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini nəzərə alıb hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə törətdiyi cinayətə görə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı Qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs AzərbaycanRespublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. AzərbaycanRespublikasının Cinayət Məcəlləsinin 49.1-ci maddəsinə əsasən islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. AzərbaycanRespublikasının Cinayət Məcəlləsinin 49.2-ci maddəsinə əsasən islah işlərinə məhkum olmuş şəxsin qazancından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğdə pul tutulur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 45.1-ci maddəsinə əsasən islah işləri növündə cəzanın icrası müddəti məhkumun işlədiyi və onun qazancından tutulmalar aparıldığı aylar və günlərlə hesablanır. Ona görə də cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli qazancından dövlət nəfinə tutulmalar aparıldığı gündən hesablanmalıdır. Məhkəmə araşdırması zamanı cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir.Cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 6 (altı) iş saatı məsrəf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2018-ci il tarixli Sərəncamının 1.3-cü bəndinə əsasən vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə dövlət hesabına göstərilən hüquqi yardıma görə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin İ hissəsinə müvafiq olaraq müəyyən edilmiş məbləğin 3 dəfə artırılması qərara alınmışdır. Odur ki, həmin hesabla cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabındanMüdafiəçi vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına36 (otuz altı) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353-cü və 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respubikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, aylıq qazancından dövlət nəfinə 10 (on) faiz məbləğində pul tutulmaqla, 03 (üç) ay müddətə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasının çəkilmə müddətinin əvvəli qazancından dövlət nəfinə tutulmalar aparıldığı vaxtdan hesablansın. Hökmün icrası cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxsyaşayış yeri üzrə icra qurumuna tapşırılsın. Cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxsgöstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 36 (otuz altı) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Roman Ələkbərli
Məhkəmə qərarları › İş №1(044)-101/2020
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-101/2020
11.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver