Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-102/2022 29.06.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı1, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx.xx.1987-cı ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM-in) 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs (bundan sonra Təqsirləndirilən şəxs) aldatma və etibardan suiistifadə etmə yolu ilə xeyli miqdarda özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir. Belə ki, o, tamah məqsədilə Zərərçəkmiş şəxs əmlakını hüquqa zidd, əvəzsiz ələ keçirmək niyyətilə aralarında yaranan etibarlı münasibətdən istifadə edərək sonuncunu pul müqabilində qardaşı X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə istintaq olunduğu cinayət işinin materiallarını həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif elətdirərək onu Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 2 saylı İstintaq Təcridxanasından azadlığa çıxmasına kömək edəcəyini bildirərək, üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyəti olmadığı halda, bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatlar verərək inandırıb, etibarından sui-istifadə etmə və aldatma yolu ilə 2021-ci ilin mart ayının birinci on günlüyündə Kürdəmir rayonu, Sığırlı kəndində 3800 manat pulu, bir həftə sonra isə Gəncə şəhərində yerləşən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 2 saylı İstintaq Təcridxanasının qarşısında 3000 manat pulu ələ keçirərək ümumilikdə zərərçəkmiş şəxsə vahid niyyətlə 6800 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli onun özünün etiraf ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş, şahid ifadələri, işdə olan və tədqiq olunan digər istintaq sənədləri ilə aşağıdakı qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, o, maddi imkanı zəif olduğu və iş tapa bilmədiyi üçün 2019-cu il tarixdə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Zaur Hüseynov tərəfindən barəsində olan cinayət işinə baxılarkən məhkəmə çağırışlarına getmədiyi üçün barəsində məhkəmənin qərarı ilə həbsli axtarış verilmiş və həmin qərar əsasında tutularaq Ədliyyə Nazirliyinin 2 saylı İstintaq Təcridxanasına təhvil verilmişdir. Həmin istintaq təcridxanasında olarkən X2 ilə tanış olmuş, Fəxrəddin Nəbiyev Azərbaycan Respublikasının 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində 4 ay həbs qətimkan tədbiri seçilmişdir. Onun barəsində xx.xx.2021-ci il tarixdə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hökmü ilə 2 il 2 ay 22 gün azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Həmin ərəfədə o, çölə çıxarkən Fəxrəddin Nəbiyevlə danışıq zamanı sonuncu ona da köməklik etməyini ondan xahiş etmişdir. O, da həmin vaxtı çölə çıxdığı üçün və pula ehtiyacı olduğu üçün fikirləşmişdir ki, Fəxrəddin Nəbiyevi azadlığa buraxmaq adı ilə aldaraq onun etibarından sui-istifadə edərək ondan pul alaraq öz tələbtlarını ödəyib, sonra isə pul olduqda onun pulunu qaytarar. O, azadlığa çıxmamışdan qabaq Fəxrəddin Nəbiyev ona qardaşı oğlu Amin Nəbiyevin mobil nömrəsini verərək onunla əlaqə saxlamağını xahiş etmişdir. O, da razılaşaraq həmin mobil nömrə ilə azadlığa çıxdıqda əlaqə saxlayaraq Fəxrəddin Nəbiyevin qardaşı Zərərçəkmiş şəxslə telefon danışığı aparmışdır. Telefon danışığı zamanı Zərərçəkmiş şəxs bildirmişdir ki, qardaşı Fəxrəddin Nəbiyevi azadlığa çıxartmaq üçün ümumilikdə ondan 6800 manat pul istəmiş, o, isə razılaşmışdır. Onlar razılaşdıqdan sonra 2021-ci ilin fevral ayının sonlarında onları aldaraq Fəxrəddin Nəbiyevin işini düzəltmək adı ilə Bakı şəhərinə getdiyini bildirmişdir. O, mart ayının əvvəllərində Bakı şəhərindən Kürdəmir rayonun Sırğırlı kəndinə Fəxrəddin Nəbiyevin qardaşı Zərərçəkmiş şəxs ilə görüşə getmiş, görüş zamanı Zərərçəkmiş şəxs qardaşının yanında tanımadığı bir nəfər şəxs olmuşdur. Görüş zamanı o, Fəxrəddin Nəbiyevin qardaşından 3800 manat pul almışdır. Həmin pulu götürərək Bakı şəhəri istiqamətinə getmiş, Bakı şəhərinə çatdıqdan sonra isə birbaşa Gəncə şəhərinə qayıtmışdır. Bundan təxminən bir həftə sonra, yəni 2021-ci ilin mart ayının ortalarında o, yenidən Zərərçəkmiş şəxs zəng edərək verdiyi 3800 manat pulun onun işi üçün kifayət etmədiyini, yenidən 3000 manat pul verməli olduğunu bildirmişdir. Ələddin isə razılşaraq ondan həmin pulu harda götürəcəyini soruşduqda, sonuncuya bildirmişdir ki, həmin 3000 manat pulu Gəncə şəhərinə gətirsin. Zərərçəkmiş şəxs isə onunla razılaşmış və sabahısı günü oğlu Şahid1 ilə birlikdə Gəncə şəhərinə gəlmişlər. O, onlarla Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 2 saylı İstintaq Təcridxanasının qarşısında görüşmüş, görüş zamanı ona 3000 manat pul vermişlər, sonra isə Amil və atası X3 ilə görüşmək üçün 2 saylı İstintaq Təcridxanasına getmişlər. O, Fəxrəddin Nəbiyevdən ümumilkdə 6800 manat pul alaraq onu aldatmış, pulu aldıqdan təxminən 2-3 gün sonra həmin mobil nörməni keçirmiş, mobil nömrəni ona görə keçirtmişdir ki, həmin pulu aldığı şəxslər onu bir müddət tapmasınlar. Pul olduqda isə Zərərçəkmiş şəxs aldığı pulu geri qaytarmağı fikirləşmişdir. Lakin ölkədə olan pandemiya rejimi ilə əlaqədar iş tapa bilməmiş və Fəxrəddin Nəbiyevdən aldığı ümumilikdə 6800 manat pulu geri qaytara bilməmişdir. Etdiyi əməldən səmimi peşmandır, hazırda zərərçəkmişə dəyən ziyanı tam ödəmiş və onunla barışıq əldə etmişdir. Odur ki,ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadə verərək göstərmişdir ki, X2 qardaşıdır. Fəxrəddin 2021-ci ilin oktyabr ayında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Fəxrəddin xəstə olduğuna görə o, Fəxrəddinə kömək etmək istəmişdir ki, xəstəliyi ilə bağlı azadlığa buraxılsın. Gəncə şəhərində yaşayan Tural adlı şəxs Fəxrəddinlə eyni istintaq təcridxanasında cəza çəkmişdir. Həmin vaxt Fəxrəddin ona telefonla zəng edərək demişdir ki, ***-***-**-** nömrəsindən sənə zəng edəcəklər və səninlə görüşəcəklər. Sənə deyiləcək əmanəti ona verərsən. Tural adlı şəxs də 2021-ci ilin mart ayının əvvələrində azadlığa buraxıldıqdan sonra ona zəng edərək ondan harada olduğunu və görüşmək istədiyini bildrimişdir. O, Turala Kürdəmir rayonunun Sığırlı kəndinə gəlməsini xahiş etmiş, Təqsirləndirilən şəxs Kürdəmir rayonun Sığırlı kəndinə gəlmişdir. O, Turalla Kürdəmir rayonun Sığırlı kəndində görüşüb bir qədər söhbət edərək Təqsirləndirilən şəxs 3800 manat pul vermişdir. Təqsirləndirilən şəxs pulu verdikdən təxminən bir həftədən sonra Tural ona zəng edərək demişdir ki, əlavə 3000 manat pulu verməlidir. O da Turala həmin pulu harda verməsini soruşduqda, Tural ona demişdir ki, Gəncə şəhərinə gəlsin. O, da qardaşı Fəxrəddinlə görüşmək üçün və 3000 manat pulu Turala vermək üçün Gəncə şəhərinə gəlmişdir. Gəncə şəhərində yerləşən istinatq təcridxanasının yanında Turalla görüşüb qalan 3000 manat pulu Turala vermiş, sonra qardaşı Fəxrəddinlə Gəncə şəhər 2 saylı İstintaq Təcirxanasında görüşmüşdür. Görüş zamanı Fəxrəddin ondan Turala pulu verib-vermədiyini soruşmuş, o, da Fəxrəddinə demişdir ki, deyilən 6800 manat pulu Turala vermişdir. Tural da demişdir ki, qardaşının azadlığa buraxılmağına köməklik edəcəkdir. O, qardaşı Fəxrəddin Nəbiyevlə görüşdükdən sonra Gəncə şəhərindən çıxaraq yaşadığı Kürdəmir rayonu, Sığırlı kəndinə getmişdir. Həmin gündən bu günə kimi Turalla əlaqə saxlamaq istəsə də,Tural telefonu söndürdüyünə görə Turala danışa bilməmişdir. Sonradan başa düşmüşdür ki, Tural onları aldadaraq 6800 manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Hazırda həmin pulu Tural onlara tam ödəmiş, odur ki, təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, X2 əmisidir. Fəxrəddin 2021-ci ilin oktyabr ayında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Fəxrəddin xəstə olduğuna görə atasıƏləddin də Fəxrəddinə kömək etmək istəmişdir ki, xəstəliyi ilə bağlı azadlığa buraxılsın. Gəncəşəhərində yaşayan Tural adlışəxs Fəxrəddinlə Azərbaycan RespublikasıƏdliyyə Nazirliyinin 2 saylıİstintaq Təcridxanasında eyni kamerada cəza çəkmişlər. Əmisi Fəxrəddin atasına telefonla zəng edərək demişdir ki, ***-***-**-** saylı nömrədən atasına zəng edəcəklər və atası ilə görşərərək 6800 manat pulu Turala versin. X7 adlı şəxs 2021-ci ilin mart ayının əvvələrində azadlğa buraxıdıqdan sonra zəng edərək harada olduğunu və görüşmək istədiyini bildirmişdir. Atası da Turala demişdir ki, Kürdəmir rayonunun Sığırlı kəndindədir. Tural isə Kürdəmir rayonuna gələcəyini bildirmiş və Sığırlı kəndinə gəlmişdir. X6 kəndində görüşərək dayısı Babəkin yanında Turala 3800 manat pul vermiş, Tural da əmisini azadlığa buraxdıracağını bildirmişdir. Təxminən bir həftədən sonra Tural atasına yenidən zəng edərək demişdir ki, əlavə 3000 manat pulu verməlidir. Atası da pulu harda verməli oldunu Turaldan soruşmuş, Tural isə Gəncəşəhərinə gəlməsini istəmişdir. Onlar da əmisi Fəxrəddinlə görüşmək üçün 3000 manat pulu Turala vermək üçün atası ilə Gəncəşəhərinə getmişlər. Gəncəşəhərində yerləşən 2 saylıİstintaq Təcridxanasının qarşısında Turalla görüşərək qalan 3000 manat pulu Turala vermişdir. Sonra əmisi Fəxrəddinlə görüşmək ücün Azərbaycan RespublikasıƏdliyyə Nazirliyinin Gəncəşəhər 2 saylıİstintaq Təcridxanasına daxil olaraq əmisi Fəxrəddinlə görüşmüşlər. Görüş zamanı Fəxrəddin onlardan Turala pulu verib- vermədiklərini soruşmuş, atası da əmisi Fəxrəddinə bildirmişdir ki, deyilən 6800 manat pulu Turala vermişdir. Tural da pulu aldıqdan sonra azadlığa buraxılmağına köməklik edəcəyinə söz vermişdir. Onlar əmisi Fəxrəddinlə görüşdükdən sonra Gəncəşəhərindən çıxaraq yaşadıqları Kürdəmir rayonu Sığırlı kəndinə getmişlər. Həmin gündən bu günə kimi Turalla əlaqə saxlamaq istəsələr də, Tural telefonu söndürdüyünə görə Turala zəng edə bilməmişlər. Sonradan bilmişlər ki, Tural atasıƏləddini aldadaraq 6800 manat pulu dələduzluq yolu iləələ keçirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində Şahid1 ifadəsini təsdiqləyərək onunla eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(043)-3/2021 nömrəli hökmü ilə təyin edilmiş 02 il 02 ay 22 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarında olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə dəyişdirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-ci maddəsinəəsasən dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etməcəzası nəzərdə tutulmuşdur. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsinə, zərərçəkmiş və şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Beləliklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, ona dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən tam ödənilmiş və ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə CM-nin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxsin əməlini etiraf etməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışaraq ona dəymiş ziyanı tam ödəməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halların məcmusunu və cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər və bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 08:00-dək və yaşadığı Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, bundan başqa onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanını iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cinayət işinin materiallarında olan Gəncə şəhər Probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli 10/2021 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(043)-3/2021 nömrəli hökmü ilə təyin edilmiş 02 il 02 ay 22 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 7(044)-209/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə barəsində Amnistiya elan edilməsi haqqında Qanun tətbiq edilməklə cəzası 1 il azaldılmış, onun barəsində xx.xx.2022-ci il tarixdə həbs qətimkan tədbiri tətbiq edilərək tutulmuş, həbsdə olduğu müddət cəza müddətinə hesablanmamış, xx.xx.2022-ci il tarixə azadlığın məhdudlaşdırılması cəzasının 01 il 01 ay 01 gün hissəsini çəkmiş, 01 ay 19 gün çəkilməmiş cəzası qalmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(043)-3/2021 nömrəli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çəkilməmiş qalan 01 ay 19 gün hazırki hökmlə təyin edilmiş cəzaya birləşdirilməklə üzərində qəti cəza təyin edilməlidir. Cinayət işinin materiallarında olan Gəncə ŞBPİ-nin 1-ci polis şöbəsinin məktubuna əlavə edilmiş xx.xx.2022-ci il tarixli “axarışda olan şəxsin tutulması barədə” protokoldan və Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasının xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixədə tutularaq Gəncə ŞBPİ-nin MSY-nə təhvil verilmiş, xx.xx.2022-ci il tarixdə 2 saylı İstintaq Təcridxanasına daxil olmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşması cəzasının müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən hökm çıxan tarixə həbsdə saxlanıldığı 01 ay 27 gün müddət, azadlığın məhdudlaşdırılması cəzasının bir gününə iki gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilməli və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməlidir. Məhkəmə hesab edir ki, cəzanın icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə probasiya şöbəsinə həvalə olunmalı və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablanmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən məhkum Təqsirləndirilən şəxs məhkəmədə 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, həmin müdafiəçinin işlədiyi vəkil bürosunun hesabına 90 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Gənə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 ay 19 gün hissəsi hazırkı hökmlə ona təyin olunmuş 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına tamamilə birləşdirilməklə, ona 02 il 07 ay 19 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 01 ay 27 gün müddət, azadlığın məhdudlaşdırılması cəzasının bir gününə iki gün hesablanmaqla, təyin edilmiş cəzadan 03 ay 24 gün çıxılaraq onun üzərində qəti olaraq 02 (iki) il 03 (üç) ay 25 (iyirmi beş) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 08:00-dək, yaşadığı Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə dəyişdirilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə Müdafiəçi2 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsindən ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Həmin müddət ərzində apelyasiya protesti və ya apelyasiya şikayəti verilməzsə, müddətin başa çatdığı gündən sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №1(044)-102/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-102/2022
29.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver