Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(044)-103/2020 01.09.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Kazımov Rasim Sarı oğlunun sədrliyi, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin məsləhətçisi (məhkəmə iclas katibi) Əliyev Nicat Şirzad oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1960-cı ildə Ermənistan SSR-də anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, Gəncə şəhəri, Gülüstan qəsəbəsində ünvansız evdə yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi Təqsirləndirilən şəxs (bundan sonra Təqsirləndirilən şəxs) xx.xx.2020-ci il tarixdə saat 21:15 radələrində Gəncə şəhəri Gülüstan qəsəbəsi ünvansız evdə arvadı Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs qəsdən əli ilə vuraraq ona sağ bazu, sol əl pəncəsi nahiyələrinin yumşaq toxumalarının əzniyi və hematoması, alın nahiyəsinin qançırı, hər iki said, sağ əl pəncəsinin üst səthinin sıyrıqları ilə nəticələnən sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül dərəcəli xəsarət yetirmişdir. Cinayət əməli törətmiş şəxs Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi eləcə də işdə olan və tədqiq olan digər iş materialları ilə aşağıdakı qaydada tamamilə sübuta yetirilmişdir. Məhkəmə iclasında cinayət əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona CM-in 128-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə Gəncə şəhəri, Gülüstan qəsəbəsi ünvansız evdə birlikdə yaşayır. Zərərçəkmiş şəxs ilə 2005-ci ildə qeyri-rəsmi, 2015-ci ildə isə rəsmi ailə qurmuşlar. Hazırda yaşadıqları ev ona məxsusdur. Mahizərlə rəsmi nigaha girdikdən sonra aralarında adi məişət problemlərinə görə mübahisələri yaranmağa başlamış və demək olar ki, həmin vaxtdan rəsmi olaraq boşanmasalar da ər arvad kimi birlikdə yaşamırlar. xx.xx.2020-ci il tarixdə Mahizər “pasyolka” deyilən ərazidə özü üçün kirayə tutub yaşadığı mənzil olan binanın qarşısına gəlmiş və zəng edib onu binanın qarşısına çağırmışdır. Mahizər ona evdən çıxıb getmək istədiyini bildirmiş, o, da Mahizərə etiraz etməmişdir. Həmin gün saat 21 radələrində Gülüstan qəsəbəsinə evə gedən zaman Mahizər ondan pulunu tələb etmiş və Mahizərlə aralarında mübahisə yaranmışdır. Mahizər ona əl-qol atmağa başlamış, həmin vaxt mobil telefonunu cibindən çıxarıb 102 xidmətinə zəng edib polis çağırmaq istəmiş, Mahizər ona zəng etməyə imkan verməyərək əlindən telefonu almış o, telefonu qaytarıb onun əlindən almaq istəmiş, Mahizər telefonu qaytarmaq istəmədiyindən o, Mahizəri əl zərbələri ilə döymüş, boğazından tutub boğmuş və saçından tutub başını divara vurub onun bədəninin müxtəlif yerlərinə xəsarətlər yetirmişdir. Sonra o, telefonu Mahizərin əlindən almış, evdən çıxıb getmişdir. Hazırda Zərərçəkmiş şəxs ilə barışmış, ona dəymiş ziyanı tamamilə ödəmiş, ona görə də cinayət məsuliyyətindən azad edilərək barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə Gəncə şəhəri, Gülüstan qəsəbəsi ünvansız evdə birlikdə yaşayır. Təqsirləndirilən şəxslə 2005-ci ildə ailə qurmuşlar. Hazırda yaşadıqları evi onun ata evini satıb həmin evdən aldığı 18000 ABŞ dollarını xərcləyib tikdirmişlər. Son zamanlar Musa başqa qadınla əlaqə saxladığından başqa evdə yaşayır. Ona görə də aralarında tez-tez mübahisələr olur. Bu səbəbdən də onunla yaşamaq istəmədiyini ona evi tikdirmək üçün verdiyi 18000 ABŞ dollarını qaytarmasını və boşanmağı tələb etmişdir. Musa isə yalandan guya ondan alıb evə xərclədiyi pulu ona qaytardığını iddia edir. xx.xx.2020-ci il tarixdə saat 18 radələrində Musanın birlikdə yaşadığı qadının evini öyrənmiş, həmin binanın qarşısına getmiş, lakin evə çıxmamış, Musanı binanın qarşısına çağırmış və orada Musaya “bəs deyilmi bu hərəkətlərin nə qədər davam edəcək” sözlərini demişdir. Musa cavabında “bura bu söhbətlərin yeridirmi, get evə mən axşam gələcəm söhbət edərik” demişdir. Həmin gün saat 21:15 radələrində Musa evə gəlmiş və evə girən kimi onunla kobud şəkildə danışmağa başlamışdır. Həmin vaxt Musaya “mənim sənə verdiyim 18000 ABŞ dolları qaytar mən acından ölürəm, gedək boşanaq bu söhbət qurtarsın” demişdir. Musa pulunu verməyəcəyini demişdir. Bu səbəbdən də Musa ilə aralarında mübahisə yaranmış, Musa onu şərləyib polisə zəng etmək istəyən zaman telefonunu onun əlindən almışdır. Musa telefonu qaytarıb onun əlindən almaq istəmiş, o, telefonu qaytarmaq istəmədiyindən Musa onu əl zərbələri ilə döymüş, boğazından tutub boğmuş və saçından tutub başını divara vurub onun bədəninin müxtəlif yerlərinə xəsarətlər yetirmişdir. Sonra Musa telefonu onun əlindən almış, evdən çıxıb getmişdir. Musa evdən çıxandan sonra Musanın onu döyməsi barədə 102 xidmətinə zəng edib məlumat vermiş və Nizami RPİ-nə şikayət ərizəsi yazmışdır. Hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tamamilə ödənilmiş, ona görə də cinayət əməli törətmiş şəxsin cinayət məsuliyyətindən azad edilərək barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhər “MTE və PA” şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 774 saylı “canlı şəxsin ekspertizası” rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər-sağ bazu, sol əl pəncəsi nahiyələrinin yumşaq toxumalarının əzniyi və hematoması, alın nahiyəsinin qançırı, hər iki said, sağ əl pəncəsinin üst səthinin sıyrıqları -bərk küt alətin (alətlərin) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2020-ci il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Beləliklə, məhkəmə iclasında bilavasitə tədqiq edilən, biri-digərini tamamlayan sübutlar əsasında müəyyən olunmuşdur ki,Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 21:15 radələrində Gəncə şəhəri, Gülüstan qəsəbəsi ünvansız evdə arvadı Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs qəsdən vuraraq ona əli ilə sağ bazu, sol əl pəncəsi nahiyələrinin yumşaq toxumalarının əzniyi və hematoması, alın nahiyəsinin qançırı, hər iki said, sağ əl pəncəsinin üst səthinin sıyrıqları ilə nəticələnən sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül dərəcəli xəsarətlər yetirmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, təhqiqat orqanı tərəfindən cinayət əməli törətmiş şəxs Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli CM-in 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə cinayət əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsin ifadələrini dinləyib, cinayət işinin materiallarını araşdırıb hesab edir ki, cinayət əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməklə cinayət təqibinə xitam verilməlidir. CM-in 128-ci maddəsinin sanksiyasında min manatdan min beş yüz manatadək miqdarda cərimə, iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. CM-in 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. CM-in 72-ci maddəsinin Qeyd hissəsinə əsasən şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materiallarında olan və məhkəmə baxışında tətqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 alınmışxx.xx.2020-ciil tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tətqiq edilmiş Gəncə şəhər 72 saylı Evlər Üçlüyü tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarekterizə olunur. CM-nin 73.1-ci maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tam ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş zərərçəkmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tamamilə ödənilmiş, ona görə də cinayət əməli törətmiş şəxsin cinayət məsuliyyətindən azad edilərək barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tətqiq edilmiş cinayət əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, zərərçəkmiş şəxslə barışmış, ona dəymiş ziyanı tamamilə ödəmişdir. Ona görə də cinayət işi üzrə cinayət məsuliyyətindən azad edilərək barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş edir. Beləliklə, məhkəmədə işə baxılarkən aydın olmuşdur ki, cinayət əməli törətmiş şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmış və ona dəymiş ziyanı tamamilə ödəmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, CM-in 128-ci maddəsi ilə cinayət əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət təqibinə xitam verilməlidir. Məhkəmə istintaqı zamanı cinayət əməli törətmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Müdafiəçi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək cinayət əməli törətmiş şəxsin hüquqlarının müdafiəsinə 5 (beş) iş saatıvaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 cinayət əməli törətmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə cinayət əməli törətmiş şəxsin hüquqlarının müdafiəsinə 5 (beş) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 5 (beş) saat hüquqi yardıma görə Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 30 (otuz) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. İş üzrə maddi sübut, mülki iddia, ekspertiza xərci və müsadirə tətbiq ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 37.4, 43.3, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən, cinayət məsuliyyətindən azad edilsin və barəsində cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 5 (beş) saat hüquqi yardıma görə Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 30 (otuz) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddətbaşa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Rasim Kazımov
Məhkəmə qərarları › İş №1(044)-103/2020
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(044)-103/2020
01.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver