Məhkəmə qərarları › İş №1(044)-104/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(044)-104/2022

13.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(044)-104/2022 13.04.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin məsləhətçisi (məhkəmə iclas katibi) Yediyarova Zeynəb Fərman qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru ədliyyə müşaviri X4, zərərçəkmiş şəxs X2, çinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə şəhər Hüquq Məsləhəxanasının vəkili X1, iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkum olunmamış, Göygöl rayonu, Topalhəsənli kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM-in) 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icrat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, 08.02.2022-ci il tarixdə saat 12:00 radələrində Gəncə şəhəri, Gəncə çayının İ.Qayıbov küçəsinin yaxınlığında olan sahilində ünvan 2 ünvanda Zərərçəkmiş şəxs ilə Göygöl rayonu, Topalhəsənli kəndində yaşayan Təqsirləndirilən şəxs şəxsi münasibət zəminində aralarında baş vermiş mübahisə zamanı Təqsirləndirilən şəxs yerdə olan üzəri torpaqlı daş parçasını Zərərçəkmiş şəxs atıb sol kürək Nahiyyəsindən vuraraq döş qəfəs nahiyyəsinin yumşaq toxumalarına səbəb olan qəsdən sağlamlığa yüngül dərəcəli xəsarət yetirməklə Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında bildirdi ki, o, zərərçəkmiş X5 təxminən 6-7 ildir ki, tanıyır, onunla heç bir ədavəti və ya düşmənçiliyi yoxdur, Zərərçəkmiş şəxs Gəncə çayının içərisində çay daşları yığarkən tanımışdır, çayın müəyyən bir hissəsi var ki, həmin hissədən daş yığmağa Polad imkan verməmiş və guya çayın həmin hissəsinin sahilində özünün məhləsi olduğunu və çayın bir hissəsindən ancaq özü daş yığa biləcəyini demiş, bu məsələnin üstündə bir neçə dəfə Səftərin onlarla və başqa şəxslərlə əsassız mübahisəsi olmuşdur. Sonuncu dəfə isə 08.02.2022-ci il tarixdə səhər saatlarında yük avtomobili sürücüsü Famil adlı tanıdığ şəxs onu zəng edərək Gəncə çayından çay daşı yığmaq üçün çağırmış, özü Famil ilə birlikdə Gəncə çayının içi ilə çay daşlarını yığmağa başlamış, bir qədər çaydan və çayın ətrafından daşları yığdıqdan bir müddət sonra Polad adlı həmin şəxs yanlarına gəlmiş və hər ikisinə nalayiq ifadələr işlətmiş, özləri isə Famil ilə birlikdə onu sakitləşdirməyə başlamış, Famil Poladdan nə istədiyini soruşmuş, Polda isə guya onun topladığı daşı yığdıqlarını və çaydan daş yığmamalarını, onun daşlarını qaytarıb boşaltmağı istəmişdir. Özü2 isə onun daşlarına dəymədiklərini, daşları başqa hissədən topladıqlarını dedikdə, Polad mübahisə etməyə davam etmiş, hər iksinin ünvanına nalayiq ifadələr işlətmiş, Polda yerdən əlinə daş alaraq ona ataraq – ona “sənə deməmişəm, bura gəlmə” demiş, özü isə Poladın atdığı bir neçə daşdan yayınmış, Familin avtomobilinin arxasına keçmişdir. Poladın sakitləşmədiyini görüb yerdən əlinə bir üzəri torpaqlı daş parçası aldığını və Polada atıb vurmuşdur. Famil isə Poladın atdığını daşların avtomobilinə deyəcəyindən ehtiyatı edərək oradan çıxıb getmiş, özü isə oradan uzaqlaşıb getmiş, mübahisə sonlanmışdır. Poladın topladığı heç bir daşı yığmamış, Polad özü gəlib haqsız yerə onları söyüb təhqir etmiş və daş atdığı üçünözü Polada daş atmışdır. Baş vermiş mübahisə 1-2 dəqiqə çəkmiş, daşla vurmaq isəanibir anda baş vermiş, özü heç bir xəsarət almamış, mübahisə baş verən vaxt isə orada özündən, Famildən və Poladdan başqa heç kim olmamışdır. O, hazırda zərərçəkmiş Zərərçəkmiş şəxs ilə barışmışdır, barəsində olan cinayət işinə xitam verilməsini xahiş etdi. Zərərçəkmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur, ona görə də təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. İstintaqda verilmiş və məhkəmə iclasında tədqiq edilmiş edilmiş Zərərçəkmiş şəxs ifadəsindən görünür ki, Gəncə şəhəri, İ.Qayıbov küçəsindən Gəncə Çayına düşən hisədə çayın kənarında məhlə yeri kimi torpağı var, həmin yerdə bir daxma tikmək üçün həmin yerin yaxınlığında çayın işində olan çay daşlarını uzun müddətdir, bir yerə toplayır, həmin daşları çayın içində müxtəlif yerlərdən toplayaraq bir yerə cəmləşdirmişdir ki, gələcəkdə istifadə edəcəkdir. Bu yaxınlarda hava almaq üçün çıxıb gəzmiş və gəzməyə Gəncə çayının həmin hissəsinə getmiş, 08.02.2022-ci il tarixdəgünorta saat təxminən 12 radələrində yenə həmin yerə Gəncə çayına getmiş, gedənzaman özünün orada topladığı çay daşlarının yerində olmadığını və yaxınlıqda isə yük avtomobili olduğunu, həmin avtomobilə çay daşları yığıldığını görmüş, həmin avtomobilin dövlət qeydiyyat nömrəsini ** BA *** olmuşdur. Həmin yük avtomobilinin sürücüsü olan və əvvəllər də bir neçə dəfə həmin yerdə görmüş olduğu, lakin adını bilmədiyi şəxsə yaxınlaşmış və yığmış olduqları daşları bir müddət əvvəl özü əziyyət çəkərək çaydan özü üçün topladığını, onların etdikləri hərəkətindüzgün olmadığını demiş və yığılan daşları yük avtomobilindən geri qaytarıb boşaltmalarını istəmiş, həmin şəxs isə əvvəlcə daşların müqabilində pul təklif etmişdir. Lakin özü onun pul verməyəcəyini bildiyi üçün daşlarını yerinə qaytarıb boşaltmasını istəmiş, lakin həmin şəxs çay daşlarını boşaltmaqdan imtina etmişdir. Aralarında sözlü mübahisə olmuş, bu vaxt həmin yüz avtomobilinə çay daşlarını yığan fəhlə, əvvəllərdə həmin yerdə daş yığarkən gördüyü Təqsirləndirilən şəxs anidən bir daş parçasını ataraq kürəyinin sol nahiyyəsindən onu vurduğunu və oradan qaçıb getmişdir.. Sürücü isə avtomobilinə əyləşmiş və sürüb oradan uzaqlaşmış, özü isə əvvəlcə xəstəxanaya müraciət etməmişdir. Lakin 10.02.2022-ci il tarixdə xəstəxanaya müraciət etmiş, baş vermiş mübahisə zamanı özü heç kimi vurmadığını, mübahisə baş verən vaxt orada özü, Afiq və yük avtomobilinin sürücüsü Famildən başqa heç kim olmamışdır. İstintaqda verilmiş və məhkəmə iclasında tədqiq edilmiş edilmiş Şahid İsrafil oğlunun ifadəsindən görünür ki, o, heç yerdə işləmir. Özünə məxsus **-BA-*** dövlət qeydiyyat nişanlı Zil markaləı yük avtomobili ilə bəzi xatlarda yüklərin daşınması ilə məşğul olmuş, Təqsirləndirilən şəxs “Baboş” ləqəbi ilə tanımış, Afiq fəhləlik ilə məşğul olmuş, Zərərçəkmiş şəxs əvvəllər tanımamış və onunla heç bir ədavəti və ya düşmənçiliyi olmamış, 08.02.2022-ci il tarixdə səhər saatlarında zəng edərək Gəncə çayından çay daşı qığmaq üçün Afiqi çağırmışdır. Özü Afiq ilə birlikdə Gəncə çayının içi ilə hərəkət etməyə başlamış və Afiq çay daşlarını yığmağa başlamış, bir qədər çaydan və çayın ətrafından daşları yığdıqdan sonra Polad adlı həmin şəxs yanlarına gəlmiş və hər ikisinə nalayiq ifadələr işlətməyə başlamış, özləri isə Afiq ilə birlikdə onu sakitləşdirməyə başlamışlar. Poladdan nə istədiyini soruşmuş, Polad isə guya onun topladığı daşı yığdıqlarını və çaydan daş yığmamağı, onun daşlarını qaytarıb boşaltmağı istəmiş, onlar Poladın daşlarına dəymədiklərini, daşları başqa hissədən topladıqlarını demişlər, lakin Polad mübahisı etməyə davam etmiş, hər ikisinin ünvanına nalayiq ifadələr işlətmiş, Polad yerdən əlinə daş alaraq Afiqə atmağa başlamış və Afiqə “sənə deməmişəm, bura gəlmə” demişdir. Afiq Poladın atdığı bir neçə daşdan yayınmaq üçün onun yük avtomobilinin arxasına keçmiş, Afiq Poladın atdığı daşların avtomobilə dəyəcəyini deyərək, Afiq və Poladın sakitləşmədiyini görmüş, yerdən əlinə üzəri torpaqlı daş parçası almış və Polada atıb vurmuş, Poladın atdığı daşların avtomobilinə dəyəcəyindən ehtiyat edərək oradan çıxıb getmişdir. Poladın topladığı heç bir daşı yığmamışlar. Baş vermiş mübahisə zamanı orada özü, Afiq və Poladdan başqa heç kim olmamış, mübahisə ani bir anda baş vermiş və 1-2 dəqiqə çəkmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan məhkəmə tibb ekspertizasının 16.02.2022ci il tarixli 249 saylı rəyindən görünür ki, 1943-cü il təvəllüdlü Zərərçəkmiş şəxs Səftar oğlunun bədənində aşkar edilmiş xəsarət – döş qəfəsi nahiyyəsinin qançır-şişkinlik halında əzilməsi –bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlməsi, qərarın təsviri hissəsində göstərilən tarixdə, yəni 08.02.2022-ci il tarixdə əmələ gələ bilməsi, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilməsi müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında bilavasitə tədqiq edilən, biri-digərini tamamlayan sübutlar əsasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs, 08.02.2022-ci il tarixdə saat 12:00 radələrində Gəncə şəhəri, Gəncə çayının İ.Qayıbov küçəsinin yaxınlığında olan sahilində ünvan 2 ünvanda Zərərçəkmiş şəxs ilə Göygöl rayonu, Topalhəsənli kəndində yaşayan Təqsirləndirilən şəxs şəxsi münasibət zəminində aralarında baş vermiş mübahisə zamanı Təqsirləndirilən şəxs yerdə olan üzəri torpaqlı daş parçasını Zərərçəkmiş şəxs atıb sol kürək Nahiyyəsindən vuraraq döş qəfəs nahiyyəsinin yumşaq toxumalarına səbəb olan qəsdən sağlamlığa yüngül dərəcəli xəsarət yetirməklə Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs törətdiyi cinayət əməli CM-in128-cimaddəsiilə düzgün tövsif edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işə əlavə edilmiş zərərçəkmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur, ona görə də təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işə əlavə edilmiş Təqsirləndirilən şəxs oğlunun ərizəsindən görünür ki, o, hazırda zərərçəkmiş Zərərçəkmiş şəxs ilə barışmışdır, barəsində olan cinayət işinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməklə cinayət təqibinə xitam verilməlidir. Məhkəmə iclasında elan edilmiş və işdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsindən alınmış 18.02.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Azərbaycan Respublikası CM-in 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CM-nin 10.4-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və həmin əmələ görə cəza müəyyən edən, cəzanı ağırlaşdıran, yaxud cinayət törətmiş şəxsin vəziyyətini başqa cür ağırlaşdıran cinayət qanununun geriyə qüvvəsi yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-nin 73.2-ci maddəsi tətbiq olunmaqla barəsində olan sadələşdirilmiş icraat materiallarına xitam verilməsini məhkəmə mümkün hesab edir. Beləliklə, məhkəmədə işə baxılarkən aydın olmuşdur ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə Təqsirləndirilən şəxs, həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət təqibinə xitam verilməlidir. İş üzrə maddi sübut, mülki iddia, ekspertiza xərci və müsadirə tətbiq ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 37.4, 43.1.2, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə Təqsirləndirilən şəxs, həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və barəsində cinayət təqibinə xitam verilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddətbaşa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar