Məhkəmə qərarları › İş №1(044)-107/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-107/2022

27.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-107/2022 27.04.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Kazımov Rasim Sarı oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Əliyev Nicat Şirzad oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X5 və Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1998-ci ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, ailəli, məhkum olunmuş, Kəlbəcər rayonu Çərəkdar kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353 və 356-cı maddələrini rəhbər tutub, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs təkrar 10.08.2021-ci il tarixdə, saat 17 radələrində Gəncə şəhəri, Nizami rayonu, Gülüstan qəsəbəsi, ADAU-6 ətrafında yerləşən və Zərərçəkmiş şəxs məxsus ünvansız fərdi yaşayış evinin həyətinə hasardan aşmaqla, oradan isə həmin vaxt açıq vəziyyətdə olan pəncərənin nəfəsliyini yırtaraq həmin pəncərədən keçməklə evin içərisinə qanunsuz olaraq daxil olub yataq otağından 1700 manat nağd pulu, fionit qaşlı, 583 əyarlıq, 5 qram çəkidə və 500 manat dəyərində qadın üçün 1 ədəd qızıl üzüyü, sadə qaşlı, 583 əyarlıq, 4 qram çəkidə və 350 manat dəyərində qadın üçün 1 ədəd qızıl üzüyü, halqavari formada, qaşsız, 583 əyarlıq, ümumilikdə 7 qram çəkidə və 700 manat dəyərində qadın üçün 1 cüt qızıl sırğanı, sadə ağ qaşları olan, 583 əyarlıq, ümumilikdə 3 qram çəkidə və 200 manat dəyərində qadın üçün 1 cüt qızıl sırğanı, həmçinin digər yataq otağından 220 manat nağd pulu və 500 ABŞ dolları, yəni həmin tarixə olan milli məzənnə ilə 850 manat dəyərində “Emporio Armani” markalı kişi üçün 1 ədəd qol saatını, ümumilikdə isə zərərçəkmiş şəxsin 4520 manat dəyərində əmlakını gizli yolla talayıb oğurluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Tərtər rayonu, Şıxarx qəsəbəsində ailə üzvləri ilə birlikdə yaşayır və heç bir yerdə işləmir. X3 onun doğma xalasıdır və Samirə Gəncə şəhəri, Gülüstan qəsəbəsində ailəsi ilə birlikdə yaşayır. Özü əvvəllər, yəni 2016-cı ildə tələbə olanda bir müddət xalası Samirənin evində yaşamışdır. Xalası Samirə və ailə üzvləri ilə aralarında heç bir ədavət, düşmənçilik münasibətləri olmamışdır. 10.08.2021-ci il tarixdə xalası Samirənin qonşuluğunda yaşayan bir qızın toyu imiş. Belə ki, həmin qızı tələbə vaxtından sevirmiş. Ona görə də həmin qızın toyunu görmək üçün Tərtər rayonundan tanımadığı şəxsin yol avtomobili ilə Gəncə şəhərinə gəlib birbaşa xalasıgilin evlərinin yaxınlığına getmişdir. Oraya çatanda küçənin sakinlərinin, eləcə də xalasıgilin ailəlikcə qonşuluqda yaşayan şəxsin toy məclisinə getdiklərini görmüşdür. Həmin vaxt xalasının evindən oğurluq etmək qərarına gəlmişdir. Bir qədər orada gizlicə dayanıb evin sakinlərinin tamamilə evdən çıxıb getmələrini gözləmiş, daha sonra hasardan aşıb xalası Samirənin evinin həyətinə düşüb evin pəncərəsində olan nəfəsliyi yırtaraq açıq olan pəncərədən evə daxil olmuşdur. Evin içərisində olarkən bir-bir otaqlarda axtarış etməyə başlamış və evin yataq otağında olan döşəyin altından 60 manat nağd pul, döşəyin üzərində olan xatırlamadığı sayda qızıl üzük və qızıl sırğanı, digər yataq otağından 01 ədəd kişi qol saatını və əl çantasından 100 manat nağd pulu, eləcə də bank kartlarını götürüb evə daxil olduğu qaydada çıxıb getmişdir. Belə ki, evdən çıxdıqdan sonra birbaşa Gəncə Avtovağzalının yaxınlığında yol avtomobili ilə Tərtər rayonuna qayıtmışdır. Həmin gün oğurladığı qızılları, saatı və bank kartlarını aparıb öz evində gizlətmişdir. Həmin gün axşam saatlarında anası Mətanət işdən qayıtdıqda anasına törətdiyi oğurluq barədə məlumat vermişdir. Ertəsi gün anası Mətanət ondan həmin qızılları, saatı və bank kartlarını götürüb xalası Samirəyə qaytarmışdır. Oğurladığı 160 manat pulu isə özü yolda xərcləmişdir. O, ifadəsində həmçinin bildirmişdir ki, o, xalası Samirənin evindən 1920 manat deyil, 160 manat nağd pul oğurlamış, puldan başqa oğurladığı nə varsa qaytarmışdır. Pulqabının içərisindən pulları götürərkən kartları səhvən götürmüş, həmin kartların pin kodunu bilmirmiş, ona görə də kartlardan pul çıxara bilməzmiş. Belə ki, evdən oğurluq edərkən tələsik əlinə keçənləri götürüb çıxmışdır. Kartlarla bağlı heç bir məqsədi yox imiş.Ona sadəcə pul və qızıl lazım imiş. Hadisə günü Gəncə şəhərinə tək gəlmiş, heç kim ona oğurluq etməkdə köməklik etməmişdir. Oğurladığı qızılları satıb pul əldə etmək istəyirmiş, lakin anası Mətanət buna mane olmuşdur. Sonda təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən peşman olduğunu, zərər çəkmiş şəxsə dəymiş zərəri tam həcmdə ödədiyini bildirdi və onun barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. İfadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, ünvan 2 ünvansız fərdi yaşayış evində ailə üzvləri ilə birlikdə yaşayır və Gəncə şəhərində "xxxx" MMC-də sürücü işləyir. Yaşadığı ev həyət evidir. 10.08.2021-ci il tarixdə, saat 16 radələrində ailəlikcə yaşadığı evdən çıxıb qapı və pəncərələri kilidləyərək toy mərasiminə getmişlər. Həmin gün axşam saat 21 radələrində evə qayıdıb açarla giriş qapısını açıb evə daxil olduqda evin bütün otaqlarının dağınıq vəziyyətdə olduğunu, evdə axtarış aparıldığını, qonaq otağının pəncərəsində olan tor nəfəsliyin yırtılıb pəncərənin açıq vəziyyətdə olduğunu aşkar etmiş və oğurluq olmasından şübhələnərək həyat yoldaşı Samirə bu barədə Azərbaycan Respublikası DİN-in 102 xidmətinə müraciət etmişdir. Bir qədər sonra evə polis əməkdaşları gəlmiş, polis əməkdaşlarının iştirakı ilə evə ətraflı nəzər yetirdikdə müəyyən etmişdir ki, naməlum şəxs və ya şəxslər onlar evdə olmadığı müddətdə evin həyətinə, oradan da zalın həmin vaxt açıq olan pəncərəsindən tor nəfəsliyini yırtaraq qanunsuz şəkildə evə daxil olmuş və evin otaqlarında bir-bir ətraflı axtarış apararaq yataq otağındakı döşəklərin altından 1700 manat nağd pul, həmin yataq otağında döşəyin üzərində olan 1 ədəd fionit qaşlı, 583 əyarlıq, 5 qram çəkidə 500 manat dəyərində qadın qızıl üzüyü, 1 ədəd sadə qaşlı, 583 əyarlıq, 4 qram çəkidə 350 manat dəyərində qadın qızıl üzüyü, 1 cüt halqavari formada, 583 əyarlıq, ümumilikdə 7 qram çəkidə 700 manat dəyərində qaşsız qızıl sırğanı, 1 cüt sadə ağ qaşları olan, 583 əyarlıq, ümumilikdə 3 qram çəkidə 200 manat dəyərində qızıl sırğanı, həmçinin digər yataq otağında olan pulqabıların içərisindən 220 manat nağd pul, ümumilikdə 1920 manat nağd pul, həmin yataq otağında dolabçanın üzərindən 500 ABŞ dolları dəyərində “Emporio Armani” markalı 1 ədəd kişi qol saatı, həmin otaqda olan pulqabların içərisindən 1 ədəd “Birkart” kredit kartını, eləcə də 2 ədəd təqaüd kartını oğurlamışlar. Kartların içərisində pul olmamışdır. O, ərizəsində səhvən kartda 1800 manat pul olduğunu qeyd etmiş, lakin sonradan dəqiqləşdirmişdir ki, kartlarda pul olmamış və “birkart” kredit kartı əvvəlcədən dondurulubmuş. Digər təqaüd kartlarını isə banka müraciət edib deaktiv etmişlər. Sonradan məlum olmuşdur ki, oğurluğu etmiş şəxs arvadı Samirənin bacısı Mətanətin oğlu Təqsirləndirilən şəxsdur. Belə ki, Orxan təxminən 23 yaşlarındadır və ailəlikcə Tərtər rayonunda yaşayır. Təxminən iki il əvvəl Orxan onun evinə bir-iki ay qalıb Gəncə şəhərində avtomobil sürücülük kursuna getmişdir. Ona görə də evin yerinə və giriş-çıxışına bələddir. Bundan başqa, onlar evdə olmadığı həmin gün, yəni 10.08.2021-ci il tarixdə qonşuluqda yaşayan şəxsin toy mərasimi imiş və Orxan toyu olan həmin qızı sevirmiş. Axşam saatlarında oğurluğu aşkar etdikdən sonra oğlu Tural onlara bildirmişdir ki, xalasıoğlu Orxanı küçədə görmüşdür. Onlar Orxanın oğurluq etdiyini sonradan düşünüb baldızı Mətanətə zəng edib bu barədə bildirmişlər. Mətanət də Orxanın oğurluq etdiyini etiraf edərək Orxanın oğurladığı 1 ədəd saatı, 1 ədəd fionit qaşlı, 583 əyarlıq, 5 qram çəkidə 500 manat dəyərində qadın qızıl üzüyü, 1 cüt halqavari formada, 583 əyarlıq, ümumilikdə 7 qram çəkidə 700 manat dəyərində qaşsız qızıl sırğanı, 1 cüt sadə ağ qaşları olan, 583 əyarlıq, ümumilikdə 3 qram çəkidə 200 manat dəyərində qızıl sırğanı və bank kartlarını gətirib qaytarmış, lakin 1 ədəd sadə qaşlı, 583 əyarlıq, 4 qram çəkidə 350 manat dəyərində qadın qızıl üzüyü qaytarmamışdır. O, ifadəsində daha sonra bildirmişdir ki, Təqsirləndirilən şəxs və ailə üzvləri ilə aralarında hər hansı ədavət və düşmənçilikləri olmamışdır. Oğurluqla bağlı ona 4520 manat maddi ziyan dəymişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Tərtər rayonu, Şıxarx qəsəbəsində ailə üzvləri ilə birlikdə yaşayır və heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs onun doğma oğlu, Şahid1 isə ana bir, ata ayrı olan bacısıdır. X11 şəhəri, Gülüstan qəsəbəsində ailə üzvləri ilə birlikdə yaşayır. Oğlu Orxan isə əvvəllər tələbə olanda Gəncə şəhərində bacısı Samirənin evində bir müddət yaşamışdır.11.08.2021-ci il tarixdə oğlu Orxan ona qızıl-zinət əşyaları, qol saatı və bank kartları göstərib onları xalası Samirənin evindən oğurladığını bildirmiş, həmçinin Gəncə şəhərinə Samirənin qonşuluğunda yaşayan sevdiyi qızın toyuna baxmaq üçün getdiyini, sonradan fikri dəyişib Samirəgilin evlərində heç kim olmadığından istifadə edərək oradan oğurluq etdiyini açıqlamışdır. Həmin vaxt o, Orxana bərk qəzəblənmiş və Orxanı möhkəm danlamışdır. Elə həmin gün bacısı Samirəyə zəng edib oğlu Orxanın onun evindən oğurluq etdiyini bildirmiş və onda olan əşyaları qaytaracağını demişdir. Həmin gün Gəncə şəhərinə, bacısı Samirənin evinə gəlmiş və 02 cüt qızıl sırğa, 01 ədəd qızıl üzük, 01 ədəd kişi qol saatı və bank kartlarını qaytarmış, həmçinin üzrxahlıq etmişdir. Həmin vaxt Samirə oğurlanmış qızıl-zinət əşyalarından 01 ədəd qızıl üzük və 1920 manat pulun qayıtmadığını bildirmişdir. O isə bu barədə xəbəri olmadığını, Orxanın ona verdiklərinin hamısını qaytardığını izah etmişdir. O, ifadəsində həmçinin bildirmişdir ki, oğlu Orxan ondan xəbərsiz Gəncə şəhərinə getmiş, həmçinin Orxanın ilk başda oğurluq niyyəti olmamışdır. Orxan ona həmçinin bildirmişdir ki, xalasının evindən 160 manat pul oğurlamış, həmin pulu da yolda xərcləmişdir. Orxan ona həmçinin bildirmişdir ki, bank kartları pulun arasında qarışığa düşüb səhvən gəlmişdir. Oğurluqdan sonra Orxan ona nə vermişdirsə o, həmin əşyaları Samirəyə qaytarmışdır. Məhkəmə baxış iclasında tədqiq edilmiş və iş materiallarında olan “hadisə yerinə baxış keçiriilməsi” haqqında 20 avqust 2021-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Gəncə şəhəri, Gülüstan qəsəbəsi, AKTA-6 adlanan ərazidə yerləşən və Zərərçəkmiş şəxs oğluna məxsus və həyətyanı sahəsi olan fərdi yaşayış evidir. Evin həyətyanı sahəsinə açılan plastik pəncərə açıq, pəncərənin nəfəsliyi isə yırtılmışdır. Ev dəhliz, zal və 4 yataq otağından ibarətdir. Zalda olan güzgülü dolabçanın siyirmələri açıq, içərisindəki ləvazimatlar dağınıq vəziyyətdədir. Yataq otaqlarında döşəklər, yorğanlar və digər yataq dəstləri dağınıq vəziyyətdədir. Görünür ki, evin yataq otaqlarında axtarış aparılmışdır. Dəhlizdən evə daxil olduqda sağdakı yataq otağında olan çarpayının üzərində zəncirbəndləri açıq vəziyyətdə pulqabları var. Dəhlizdən evə daxil olduqda qarşıdakı yataq otağında olan paltar dolabının qapıları açıq vəziyyətdədir. Həmin otaqda döşək və yorğanlar paltar dolabının sağ tərəfində divara bitişik və səliqəli şəkildə üst-üstə yığılmış, həmin döşəklərin üzərində isə 01 ədəd pulqabı var. Baxış zamanı Zərərçəkmiş şəxs və Şahid1 evdən oğurluq olmasını, oğurluğu edən şəxs (lər)in pəncərənin açıq olmasından istifadə edib içəri daxil olduğunu, bütün otaqlarda axtarış apardığını və qızıl-zinət əşyalarını, pul, qol saatı və bank kartlarını oğurladığını bildirmişlər.Hadisə yerinə baxış gecə vaxtı və süni işıqlandırma şəraitində aparılmış, hadisə yerinin fotoşəkilləri çəkilmiş, eləcə də 20 ədəd əl-barmaq izi götürülərək qablaşdırılmışdır. Məhkəmə baxış iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikasının DİN-in KTİ-nin 13.08.2021-ci il tarixli, 011-7529-1221 nömrəli məktubdan görünür ki, əl-barmaq izlərinin 01 ədədi Təqsirləndirilən şəxs sağ əlinin böyük barmağı ilə eynilik təşkil etmişdir. Məhkəmə baxış iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəmədaktiloskopik ekspertizasının 18.11.2021-ci il tarixli, 21/659R nömrəli rəyindən görünür ki, şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 10 ədəd əl-barmaq izlərindən 01 ədəd əlbarmaq izi ilə xx.xx.1998-ci il tarixdə Yevlax rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sağ əlinin böyük barmağı ilə eynilik müəyyən edilmişdir. Məhkəmə baxış iclasında tədqiq edilmiş və iş materiallarında olan şübhəli şəxs Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması haqqında 02 noyabr 2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, o, ifadəsində göstərdiyi xüsusatları əyani olaraq hadisə yerində təkrarlamaqla öz ifadəsini təsdiq etmişdir. İfadənin yerində yoxlanılması zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən göstərilən cinayətin törədilmə mexanizmi baş vermiş cinayət hadisəsi ilə üst-üstə düşür. Məhkəmə baxış iclasında tədqiq edilmiş və iş materiallarında olan 13 noyabr 2021ci il tarixli “Əşyaya baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, təqdim edilmiş əşyalar: 01 cüt halqavari formada qaşsız qızıl sırğa, 01 cüt sadə qaşları olan qızıl sırğa, 01 ədəd fionit qaşlı qadın qızıl üzü, 01 ədəd “Emporio Armani” markalı kişi qol saatı. Zərərçəkmiş şəxs iştirakı ilə həmin əşyalara baxış keçirilərkən Zərərçəkmiş şəxs bildirmişdir ki, baxış keçirilən əşyalar ona məxsusdur, 10.08.2021-ci il tarixdə yaşadığı evdən oğurlanmış və sonradan qohumları Təqsirləndirilən şəxs anası Şahid2 tərəfindən onlara qaytarılmışdır. Məhkəmə baxış iclasında tədqiq edilmiş və iş materiallarında olan 23 noyabr 2021ci il tarixli “Üzləşdirmə haqqında” protokoldan görünür ki, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərilən xüsusatları, yəni yaşadığı evdən 160 manat yox, 1920 manat pul oğurlanmasını, oğurlanmış əşyaların arasında bir deyil, iki ədəd qızıl üzük olduğunu Təqsirləndirilən şəxs üzünə qarşı deyərək ifadəsini təsdiq etmişdir. Məhkəmə baxış iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəməəmtəəşünaslıq ekspertizasının 08.12.2021-ci il tarixli, 9/8114 nömrəli rəyindən görünür ki, 2021-ci ilin avqust ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən aşağıdakı qaydada müəyyən edilmişdir: fionit qaşlı, 583 əyarlıq, 5 qram çəkidə qadın üçün qızıl üzük 400.0 manat, sadə qaşlı, 583 əyarlıq, 4 qram çəkidə qadın üçün qızıl üzük 320.0 manat, halqavari formada, qaşsız, 583 əyarlıq, ümumilikdə 7 qram çəkidə qadın üçün qızıl cüt sırğa 560.0 manat, sadə ağ qaşları olan, 583 əyarlıq, ümumilikdə 3 qram çəkidə qadın üçün qızıl cüt sırğa 240.0 manat. 01 ədəd “Emporio Armani” markalı kişi üçün qol saatı haqqında kifayət qədər məlumat olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmamışdır. Məhkəmə baxış iclasında tədqiq edilmiş və iş materiallarında olan 17 dekabr 2021ci il tarixli sənədin cinayət iişnin materiallarına əlavə edilməsi haqqında protokoldan görünür ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının rəsmi internet səhifəsindən 01 ABŞ dollarının 01 Azərbaycan manatına 10.08.2021-ci il tarixə olan məzənnəsi müəyyən edilmişdir ki, 01 ABŞ dolları 10.08.2021-ci il tarixdə 1.70 manat olmuşdur. Məhkəmə baxış iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən və Goranboy rayon Məhkəməsinin 02.06.2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Goranboy rayon Məhkəməsinin 02.06.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinib 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Məhkəmə baxış iclasında tədqiq edilmiş və iş materiallarında olan Bərdə rayon Məhkəməsinin 15.03.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayon Məhkəməsinin 15.03.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinib qəti olaraq 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Məhkəmə baxış iclasında tədqiq edilmiş və iş materiallarında olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə ünvanlanmış ərizəsindən görünür ki, təqsirləndirilən şəxslə barışmış, ona qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə baxış iclasında tədqiq edilmiş və iş materiallarında olan 26 fevral 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli əlavə olaraq Azərbaycan Respublikası CM-nin 157, 177.2.1 və 186.1-ci maddələri ilə qiymətləndirilməmişdir. Təqsirləndirilən şəxs əməli cinayətin residivi kim qiymətləndirilməmişdir. Təqsirləndirilən şəxs əməli cinayətdən könüllü imtina kimi qiymətləndirlməmişdir. Cinayət işinə əlavə edilmiş və hadisə yerinə baxış zamanı götürülmüş əl-barmaq işzləri, zərərçəkmiş şəxsə qaytarılmış 01 cüt halqavari formada qaşsız qızıl sırğa, 01 cüt sadə qaşları olan qızıl sırğa, 01 ədəd fionit qaşlı qadın qızıl üzü, 01 ədəd “Emporio Armani” markalı kişi qol saatı maddi sübut kimi qəbul edilib qiymətləndirilmişdir, maddi sübtların sahibində saxlanılması nəzərə alınmışdır. Təqsirləndirilən şəxs bank kartlarını talamağa görə ittiham elan edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda qeyd olunan cinayət əməllərini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş özünün etirafedici ifadəsi ilə yanaşı, ifadəs elan edilmiş zərər çəkmiş şəxsin və şahidin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir. Təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməllərdən peşmançılıq hissi keçirməsini (CM-nin 59.2), zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyərək onunla barışıq əldə etməsini və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını (CM-59.1.12, 59.1.13) nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunma imkanları hələ tükənməmişdir və cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Digər tərəfdən qeyd edilməlidir ki, azadlıqdan məhrum etmə cəzası təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında daha yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması cəzasına alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddəsinin sanksiyasının həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 20:00-dan saat 08:00-dək və yaşadığı Tərtər rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarəti edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. İş materiallarına əlavə edilmiş Tərtər rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş məktubundan görünür ki, Bərdə rayon Məhkəməsinin 15.03.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinib qəti olaraq 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs 18.04.2022-ci il tarixdə Tərtər rayon İcra və Probasiya Şöbəsində ilkin qeydiyyata götürülmüş və o, bugünkü tarixədək, yəni 27.04.2022-ci il tarixədək həmin cəzanın 09 gününü çəkmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bərdə rayon Məhkəməsinin 15.03.2022-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası ilə hazırki hökmlə təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzası qismən toplanılmaqla, ona qəti cəza təyin edilməli, cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bundan başqa iş materillarında olan 01 noyabr 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokolundan görünür ki, Təqsirləndirilən şəxs 01.11.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materillarında olan 03.11.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir və həmin tarixdə Gəncə şəhər Baş polis İdarəsinin MSY-dən azad edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs 02 gün müddətində şübhəli şəxs qismində Gəncə şəhər Baş Polis İdarəsinin X7 saxlanılmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 02 (iki) gün müddətində şübhəli şəxs qismində tutulmasını nəzərə alaraq həmin müddətin ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd zərfin içərisində qablaşdırılmış əl-barmaq izləri cinayət işin materiallarında saxlanılmalıdır, 01 cüt halqavari formada qaşsız qızıl sırğa, 01 cüt sadə qaşları olan qızıl sırğa, 01 ədəd fionit qaşlı qadın qızıl üzü, 01 ədəd “Emporio Armani” markalı kişi qol saatı qanuni sahibinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili X8 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 22 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X5 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 132 manat məbləğində pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Bərdə Rayon Məhkəməsinin 15.03.2022-ci il tarixli 1(021)-60/2022 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası hazırki hökmlə ona təyin edilmiş 02 (iki) il müddətə azadlığın mədudlaşdırılması cəzası ilə qismən toplanılsın və onun üzərində qəti olaraq 03 (üç) il müddətə azadlığın mədudlaşdırılması cəzası saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Bərdə Rayon Məhkəməsinin 15.03.2022-ci il tarixli 1(021)-60/2022 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş cəzadan çəkilmiş 09 (doqquz) gün hazırki cəzadan azadlığın məhdudlaşdırılması cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının bir gününə bərabər tutulmaqla çıxılaraq üzərində 02 (iki) il 11 (on bir) ay 21 (iyirmi bir) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə 01.11.2021-ci il tarixdən, 03.11.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, azadlıqdan məhrum etmə cızasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından 4 (dörd) gün çıxılaraq, üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 17 (on yeddi) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının əvvəli, onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri olan ünvan 1 ünvanını axşam saat 20:00dan səhər saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Tərtər rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökm qanuni qüvvəyyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə epidemiya əleyhinə rejimə, sanitariya-gigiyena və karantin rejimlərinə riayət edilməsi ilə bağlı X1 tövsiyələrinə və Nazirlər Kabineti yanında operativ qərargahın qərarlarına əməl edilməsi vəzifəsi qoyulsun. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd zərfin içərisində qablaşdırılmış əl-barmaq izləri cinayət işin materiallarında saxlanılsın, 01 cüt halqavari formada qaşsız qızıl sırğa, 01 cüt sadə qaşları olan qızıl sırğa, 01 ədəd fionit qaşlı qadın qızıl üzü, 01 ədəd “Emporio Armani” markalı kişi qol saatı qanuni sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza tədqiqatının cəmi dəyəri 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X2 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE********************saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X5 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 132 (yüz otuz iki) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim : Rasim Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar