Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-109/2021 19.05.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Əlizadə Kamran Mehman oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə rayon (şəhər) instansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi X1, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1977-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, “Azəriqaz” İstehsalat Birliyində qazın satışı xidmətində nəzarətçi çilingər işləyən, əvvəllər məhkum olunmamış, ünvan 11-də qeydiyyatda olan və yaşayan, barəsində «başqa yerə getməmə haqqında iltizam» qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 139-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs oğlu (bundan sonra-Təqsirləndirilən şəxs) 25.11.2020-ci il tarixdə “Covid-19” virusu ilə bağlı test analizi verməklə 02.12.2020-ci il tarixdən testin nəticəsinin pozitiv, yəni yeni növ virusu yaymaq təhlükəsi olmasını bilə-bilə xüsusi karantin rejiminə əməl edərək həmin müddəti evdə keçirməli olduğu halda 02.12.2020-ci il tarixdə saat 10 radələrində yaşadığı ünvan 1 ünvanında yerləşən evini qanunsuz tərk edib ünvan 12də, həmin gün saat 20 radələrində Gəncə şəhəri “Azərsənayetikinti” SC-nin 3 saylı müəssisəsi ərazisinə, 03.12.2020-ci il tarixdə saat 09 radələrindən 11 radələrinədək olan müddət ərzində yaşadığı ünvan 1 ünvanında yerləşən evini qanunsuz tərk edib ünvan 3 ünvanında yerləşən “DNK” adlı klinikaya və Gəncə şəhəri Kəpəz Mehmanxanasının yerləşdiyi ərazilərdə, 07.12.2020-ci il tarixdə saat 09 radələrində ünvan 1 ünvanında yerləşən evini qanunsuz tərk edib ünvan 5 ünvanının yerləşdiyi ərazilərdə, 12.12.2020-ci il tarixdə saat 13 radələrində yaşadığı ünvan 1 ünvanında yerləşən evini qanunsuz tərk edib ünvan 12də, 15.12.2020-ci il tarixdə saat 10 radələrindən 18 radələrinədək olan müddət ərzində yaşadığı ünvan 1 ünvanında yerləşən evini qanunsuz tərk edib ünvan 6ya qəsəbəsi, Göygöl rayonu, Üçtəpə kəndi, Gəncə şəhəri, Gülüstan qəsəbəsi, 37 saylı binanın yanı, Gəncə şəhəri, Qızıl qaya qəsəbəsi, Gəncə şəhəri, N.Nərimanov prospekti, 10-cu döngə, Gəncə şəhəri, Ə.Cəmil küçəsi 4, Gəncə şəhəri “Lyuks otel”, Gəncə şəhəri avtovağzal yolu ilə Ə.Ü.Gəncəvi küçəsi, Gəncə şəhəri, Vaqif küçəsi 104, Gəncə şəhəri, Ş.İ.Xətai prospekti 155, Gəncə şəhəri, Cavadxan küçəsi, 28 B, Gəncə şəhəri, A.İsgəndərov küçəsi 46 ünvanında yerləşən ərazilərində, 16.12.2020-ci il tarixdə saat 10 radələrindən 19 radələrinədək olan müddət ərzində yaşadığı ünvan 1 ünvanında yerləşən evini qanunsuz tərk edib Gəncə şəhəri Kəpəz Mehmanxanasının yanı, Gəncə şəhəri, Ə.Cəmil küçəsi 4, Gəncə şəhəri, Vaqif küçəsi 104, Gəncə şəhəri, N.Nərimanov prospekti 10-cu döngə, ünvan 9 ünvanında yerləşən ərazilərdə olmaqla epidemiya əleyhinə, eləcə də karantin rejimini kobud surətdə pozub yeni növ koronavirus infeksiyasının yayılması üçün real təhlükə yaratmışdır. Bununla da o, Azərbaycan Respublikası CM-in 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs oğlu törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxs, ekspertiza rəyi, eləcə də, işdə olan və tədqiq olunan digər iş materialları ilə aşağıdakı qaydada tamamilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs oğlu ona CM-in 139-1.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, ünvan 1-də qeydiyyatdadır və orada yaşayır. Onun yaşadığı ərazi həmçinin Gəncə şəhəri, Ə.Əliyev küçəsi ilə də kəsişmədə yerləşir. 2020-ci ilin noyabr ayının təxminən 25-də onun bədənində halsızlıq olduğundan yoxlanmaq üçün Gəncə şəhər TTYS-na məlumat vermiş və həkim gəlib yaşadığı evdə “Covid-19” virusu ilə bağlı test götürmüşdür. 02.12.2020-ci il tarixdə, səhər saatlarında onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə “İTS.GOV.AZ”-dan analiz nəticəsinin pozitiv çıxması, yəni “COVİD-19” virusuna yoluxmağı ilə bağlı sms gəlmiş, həmin sms məlumatı gələn zaman o, yaşadığı evdə olmuşdur. Həmin sms mətnində yaşayış yerini tərk etməyi, əgər karantin rejimini pozacağı təqdirdə Azərbaycan Respublikası İnzibati Xətalar və Cinayət Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyət cəlb oluna biləcəyi barədə xəbərdarlıq da qeyd edilmişdir. Həmçinin 02.12.2021-ci il tarixdə Gəncə şəhər Gigiyena və Epidemiologiya Mərkəzindən adı yadında qalmayan həkim ona zəng edərək səhhətini soruşmuş, o isə səhhətinin normal olduğunu bildirmişdir. 03.12.2021-ci il tarixdə Gəncə şəhər 3 saylı poliklinikanın sahə həkimi Rəna həkim onun mobil telefonuna zəng edərək səhhətini soruşmuş və hansı dərmanlardan istifadə etdiyini maraqlanmışdır. O, isə Rəna həkimə immunitet gücləndirən dərmanlardan istifadə etdiyini bildirmişdir. Adlarını qeyd etdiyi hər iki həkim ona evdən çıxmamağını ona dəfələrlə tapşırmışlar. 03.12.2020-ci il tarixdə təxminən saat 08 radələrində o, həkim müayinəsindən keçmək və ağciyərlərini yoxlatmaq qərarına gəlmiş və yaşadığı evi tərk edərək Gəncə şəhəri Q.Hüseynli küçəsində yerləşən “DNK-clinik” xəstəxanasına həkim - rentgenoloq Xalid İbrahimovun yanına getmiş, orada ağ ciyərlərimi rentgenə saldırmış və ona yüngül soyuqlama olduğunu deyilmişdir. Bundan sonra o, yaşadığı evə qayıtmış, yaşadığı evdə qalıb müalicəsini davam etdirmişdir. Eyni zamanda virusa yoluxmağı ilə bağlı evi və həyəti spirt, xlor ilə dezinfeksiya olunmuşdur. 07.12.2020-ci il tarixdə saat 09 radələrində yaşadığı evi tərk edərək yenə də Gəncə şəhəri, Q.Hüseynli küçəsində yerləşən “DNK-clinik” xəstəxanasına Eldar həkimin yanına getmiş, həkim onu müayinə etmiş və yenidən evə qayıtmışdır. Bundan bir neçə gün sonra onun mobil telefonuna polis əməkdaşları tərəfindən zəng gəlmiş, evdən çıxmağı barədə ondan soruşmuşlar. O, da evi tərk edib həkimə getməyi barədə bildirmiş, ona evdən bir daha çıxmamağı deyilmiş, o, həmin tələblərə riayət edəcəyini demişdir. 16.12.2020-ci il tarixdə onun mobil telefonuna “İTS.GOV.AZ”-dan yenə sms gəlmiş və həmin smsdə qeyd edilən virusla bağlı özünütəcrid müddətinin bitdiyi qeyd etmişdir. Bundan sonra o, sərbəst şəkildə istədiyi yerə gedib gəlmişdir. Əlavə olaraq onun mobil telefon nömrəsinə “İTS.GOV.AZ”-dan analiz nəticəsinin pozitiv çıxması, yəni “COVİD-19” virusuna yoluxmağı ilə bağlı gələn sms mətnlərini sildiyi üçün göstərə bilməmişdir. O, daha sonra ifadəsində bildirmişdir ki, səhhəti normal olduğu üçün özünü yaxşı hiss edir. Ona görə onda korona virus olmadığını düşünərək 2021-ci ilin dekabr ayının 12də, 15-də, 16-da müxtəlif saatlarda Gəncə şəhəri ərazisinə gedib gəlmişdir. Həmin vaxt tibbi maskadan istifadə etmiş, heç kimlə yaxın təmasda olmamışdır. O, özünu normal hiss etdiyi üçün koronavirus yox qrip olduğunu düşünüb yaşadığı evi tibbi maskadan istifadə etməklə bir neçə dəfə tərk edərək işlərinin arxcasınca getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdr ki, o, X2 2012-ci ildən , tutduğu vəzifədə isə 2013-cü ildən xidmət edir. Polis əməkdaşının funksional vəzifələrindən olan ictimai asayişi və ictimai təhlükəsizliyi təmin etmək məqsədi ilə hal-hazırda ölkədə yayılmış “Covid-19” virusu ilə aparılan mübarizə tədbirləri çərçivəsində həmin virusa yoluxmuş və ambulator müalicəyə buraxılmış xəstələrin təlimata uyğun olaraq evdən çölə çıxmamalarına, insanların ictimai yerlərdə sosial məsafə saxlamalarına, tibbi maskalardan istifadə etmələrinə tərəflərindən nəzarət həyata keçirilir. Bununla bağlı X3 əməkdaşları tərəfindən ictimai reydlər, qəfil yoxlamalar, inanılmış şəxslərin məlumatlarından istifadə etmə və digər üsullardan istifadə edilir. Onlara Gəncə şəhər BPİ-nin növbətçi hissəsindən şəxslərin evin tərk etməsi barədə də koordinatlar verilmiş və həmin siyahı üzrə CAİ-nin əməkdaşları vətəndaşlara zəng edib həqiqətən də evi tərk edib etməməsi barədə məlumat almışdır. 07.12.2020-ci il tarixdə “Covid-19” virusunun daşıyıcısı Təqsirləndirilən şəxs yaşadığı evi tərk edib digər şəxslərlə ünsiyyətdə olaraq onları virusa yoluxdurma təhlükəsi yaratması məlumat alıb ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng etmiş, telefon danışığı zamanı ondan evi tərk edib etməməsini soruşduqda Təqsirləndirilən şəxs 03.12.2020-ci il tarixdə və 07.12.2020-ci il tarixlərində Gəncə şəhəri Q.Hüseynli küçəsinə getməsini bildirmişdir. O, bu barədə CAİ-nin rəisinə məlumat vermiş və CAİ-nin rəisi Vilayət Allahverdiyev də bu barədə rəhbərliyə bu barədə raportla müraciət etmişdir. İstintaqda verilmiş və məhkəmə iclasında tədqiq edilmiş edilmiş Şahid1 ifadəsindən görünür ki, Gəncə şəhər 3 nömrəli poliklinikanın sahə həkimi vəzifəsində çalışır. Koronovirus pandemiyası yayıldıqdan sonra ev şəraitində müalicə alan koronavirus xəstələrinin vəziyyəti ilə maraqlanır. Belə ki, koronavirus testi pozitiv çıxan şəxslərin vəziyyəti ağır olanlar xəstəxanada stasionar şəkildə, vəziyyəti yüngül olanlar isə ev şəraitində müalicə alırlar. Həmin xəstəliyin inkubasiya dövrü 14 gündür. Əldə etdikləri tibbi məlumatlar əsasında və praktiki olaraq müəyyən edilmişdir ki, həmin 14 gün müddətində müalicə əsasında xəstə sağalmalıdır. Ev şəraitində müalicə olunmalı xəstələrin siyahısı ərazi aidiyyəti üzrə Gəncə şəhər Səhiyyə İdarəsi tərəfindən onlara göndərilir və klinikanın ərazisində yaşayan həmin sakinlərlə 14 gün ərzində telefon vasitəsi ilə əlaqə saxlayaraq vəziyyətlərinə nəzarət edirlər. Bu qaydaya uyğun olaraq Gəncə şəhər Səhiyyə İdarəsindən onlara daxil olmuş məlumata əsasən poliklinikanın sakini, ünvan 1-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs koronavirus test nəticəsinin pozitiv çıxdığını və ev şəraitində müalicə almalı olmasını müəyyən etmişdir. Bundan sonra həmin şəxsin adı poliklinikanın ilkin müraciət edənlərin qeydiyyatı jurnalına qeyd olunmuş və adına ambulator xəstənin tibbi kartası açılmışdır. Həmin jurnal və ambulator xəstənin tibbi kartasına baxış keçirə biləcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ilə istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə əlaqə saxlayaraq xəstəyə arbitrol həblərinin, azitramisin dərman vasitələrini qəbul etməsi tövsiyyə edilmiş, eyni zamanda 14 gün ərzində yaşayış yerini tərk etməməli olması barədə xəbərdarlıq edilmiş və 14 gün ərzində Təqsirləndirilən şəxslə telefon əlaqəsi saxlanılaraq səhhətinə nəzarət edilmiş və 14-cü gün, yəni 16.12.2020-ci il tarixdə onun səhhətində hər hansı bir nasazlıq müəyyən etmədikləri üçün 14 günlük karantin qeydiyyatından çıxartmışlar. O, daha sonra ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs “Covid-19” virusu aşkar edilmiş və 02.12.2020-ci il tarixdə bu barədə Vüqarın özünə məlumat verilmişdir. 14 günlük müalicə müddətini də nəzərə almaqla 16.12.2020-ci il tarixdən Təqsirləndirilən şəxs sağalmış hesab edilir. İlk 14 gün xəstəliyin inkubasiya dövrüdür. Ona görə də həmin müddət ərzində xəstə yaşayış yerini tərk etməməli, özünü təcrid etməli, digər şəxslərlə təmasda olmamalıdır. Ona görə ki, həmin müddət ərzində xəstəliyin yayılması labüddür. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Gəncə şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin 13.12.2020-ci il tarixli 4558 saylı məktubundan görünür ki, COVİD – 19 Milli Məlumat bazasında ünvan 10 ünvanda yaşayan Təqsirləndirilən şəxs 01.12.2020-ci ildə, Covid 19 infeksiyasına görə müayinəsinin nəticəsinin pozitiv olması qeyd edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan 03.12.2020-ci il tarixli radioliji şöbənin həkimi Xalid İbrahimov tərəfindən 1977-ci il tarixdə anadan olmuş Təqsirləndirilən şəxs müayinəsinin nəticəsindən görünür ki, Təqsirləndirilən şəxs hər iki ağciyər üst payda kalsifik dəyişkənlik izlənilir. Hər iki kök peribronxial genişlənməsi-sərtləşməsi və sinusların sərbəst olduğu göstərilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Gəncə şəhər Nevroloji Dispanseri tərəfindən 06.01.2021-ci il tarixdə verilmiş 43 saylı arayışdan görünür ki, xx.xx.1977-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Gəncə şəhər Narkoloji Dispanser tərəfindən 11.01.2021-ci il tarixdə verilmiş 113 saylı arayışdan görünür ki, xx.xx.1977-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Gəncə şəhər Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan 12.01.2021-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Şahid1 təqdim etdiyi “ilkin müraciət edənlərin qeydiyyatı jurnalında” 1977-ci il il təvəllüdlü, ünvan 11-də yaşayan Təqsirləndirilən şəxs 02.12.2020-ci il tarixdə qeydiyyata alınmış və təqdim olunmuş “Xəstənin tibbii kartası”na baxış zamanı 02.12.2020-ci il tarixdə Təqsirləndirilən şəxs adına açılmış və kartanın 2-ci vərəqində xəstəliyin simptomlarına əsasən ona COVİD-19 diaqnozunun qoyulması qeyd edilmiş, həmin kartda xəstə Təqsirləndirilən şəxslə aparılmış telefon əlaqələri barədə qeydlər öz əksini tapmışdır. Həmin kartdan məlum olmuşdur ki, Təqsirləndirilən şəxs ilə 02.12.2020-ci il tarixdə telefon əlaqəsi saxlanılmış, ona ev şəraitində müalicə olunması, evdən çölə çıxmaması tövsiyyə edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan ambulator xəstənin tibbi kartasının surətindən görünür ki, Təqsirləndirilən şəxs xəstəliyin simptomlarına əsasən ona COVİD- 19 diaqnozunun qoyulması qeyd edilmiş, həmin kartda xəstə Təqsirləndirilən şəxslə aparılmış telefon əlaqələri barədə qeydlər vardır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 13.02.2021-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 139-1.1-ci maddəsi ilə ittiham edilməsi və iş üzrə istintaq hərəkətləri protokolları, içərisində baş vermiş cinayətə dair video görüntü və məlumatlar olan 2 ədəd DVD disk, cinayət işinə əlavə olunmuş digər sənədlər sübut kimi tanınması qərara alınmışdır. Beləliklə, məhkəmə iclasında bilavasitə tədqiq edilən, biri-digərini tamamlayan sübutlar əsasında müəyyən olunmuşdur ki, 25.11.2020-ci il tarixdə “Covid-19” virusu ilə bağlı test analizi verməklə 02.12.2020-ci il tarixdən testin nəticəsinin pozitiv, yəni yeni növ virusu yaymaq təhlükəsi olmasını bilə-bilə xüsusi karantin rejiminə əməl edərək həmin müddəti evdə keçirməli olduğu halda 02.12.2020-ci il tarixdə saat 10 radələrində yaşadığı ünvan 11 ünvanında yerləşən evini qanunsuz tərk edib ünvan 12də, həmin gün saat 20 radələrində Gəncə şəhəri “Azərsənayetikinti” SC-nin 3 saylı müəssisəsi ərazisinə, 03.12.2020-ci il tarixdə saat 09 radələrindən 11 radələrinədək olan müddət ərzində yaşadığı ünvan 1 ünvanında yerləşən evini qanunsuz tərk edib ünvan 13 ünvanında yerləşən “DNK” adlı klinikaya və Gəncə şəhəri Kəpəz Mehmanxanasının yerləşdiyi ərazilərdə, 07.12.2020-ci il tarixdə saat 09 radələrində ünvan 11 ünvanında yerləşən evini qanunsuz tərk edib ünvan 14 ünvanının yerləşdiyi ərazilərdə, 12.12.2020-ci il tarixdə saat 13 radələrində yaşadığı ünvan 1 ünvanında yerləşən evini qanunsuz tərk edib ünvan 12də, 15.12.2020-ci il tarixdə saat 10 radələrindən 18 radələrindək olan müddət ərzində yaşadığı ünvan 11 ünvanında yerləşən evini qanunsuz tərk edib ünvan 6ya qəsəbəsi, Göygöl rayonu, Üçtəpə kəndi, Gəncə şəhəri, Gülüstan qəsəbəsi, 37 saylı binanın yanı, Gəncə şəhəri, Qızıl qaya qəsəbəsi, Gəncə şəhəri, N.Nərimanov prospekti, 10-cu döngə, Gəncə şəhəri, Ə.Cəmil küçəsi 4, Gəncə şəhəri “Lyuks otel”, Gəncə şəhəri, Avtovağzal yolu ilə Ə.Ü.Gəncəvi küçəsi, Gəncə şəhəri, Vaqif küçəsi 104, Gəncə şəhəri, Ş.İ.Xətai prospekti, 155, ünvan 7 ünvanında yerləşən ərazilərində, 16.12.2020-ci il tarixdə saat 10 radələrindən 19 radələrinədək olan müddət ərzində yaşadığı ünvan 1 ünvanında yerləşən evini qanunsuz tərk edib Gəncə şəhəri Kəpəz Mehmanxanasının yanı, Gəncə şəhəri, Ə.Cəmil küçəsi 4, Gəncə şəhəri, Vaqif küçəsi 104, Gəncə şəhəri, N.Nərimanov prospekti, 10-cu döngə, ünvan 15 ünvanında yerləşən ərazilərdə olmaqla epidemiya əleyhinə, eləcə də karantin rejimini kobud surətdə pozub yeni növ koronavirus infeksiyasının yayılması üçün real təhlükə yaratmışdır. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətməkdə təqsiri tam sübuta yetirilmiş və onun həmin hərəkəti təhqiqat orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Buna görə də o, həmin maddə ilə cinayət məsuliyyəti daşıyıb cəzalanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsinin sanksiyasında Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda - iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Göründüyü kimi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 07.01.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 15.02.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə onu da qeyd edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur və cəzanı yüngülləşdirən hallar Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58 və 59-cu maddələrinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs cəza təyin edilən zaman nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini (böyük ictimai təhlükə törətməyən cinayət törətməsini), cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin şəxsiyyətini, onun cəzasını yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini nəzərə alıb hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə törətdiyi cinayətə görə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Göstərilənləri nəzərə alaraq məhkəmə cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 44.1-ci maddəsinə əsasən cərimə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və məbləğdə məhkəmə tərəfindən təyin edilən pul tənbehidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 44.2-ci maddəsinə əsasən cərimə törədilmiş cinayətin ağırlığı və məhkumun əmlak vəziyyəti nəzərə alınmaqla iyirmi min manatadək miqdarda və ya cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) bir mislindən on mislinədək, habelə cinayətin predmetinin dəyərinin yüz faizinədək miqdarda müəyyən olunur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 25-ci maddəsinə əsasən əsas cəza kimi və ya şərti məhkum etmə zamanı əlavə cəza kimi cərimə növündə cəzanın icrası məhkumun yaşadığı və ya işlədiyi yerin, yaxud onun əmlakının olduğu yerin icra məmuru, digər əsas cəza növlərinə əlavə cəza kimi təyin edilmiş cərimənin icrası isə məhkumun əsas cəzanı çəkdiyi yerin icra məmuru tərəfindən həyata keçirilir. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. İş üzrə sübut kimi tanınmış 2 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353-cü və 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respubikasının Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 2500 (iki min beş yüz) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Hökmün icrası cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra qurumuna tapşırılsın. İş üzrə sübut kimi tanınmış iki ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №1(044)-109/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-109/2021
19.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver