Məhkəmə qərarları › İş №1(044)-11/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-11/2022

10.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-11/2022 10.03.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Yediyarova Zeynəb Fərman qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs5 və onun müdafiəçisi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi5, Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs1 İnqlab oğlunun və onun müdafiəçisi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs6 və onun müdafiəçisi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X7, Təqsirləndirilən şəxs4 və onun müdafiəçisi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4, Təqsirləndirilən şəxs2 və onun müdafiəçiləri Göygöl rayon Vəkil bürosunun vəkili X23 iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, əvvəllər məhkum olunmuş, Gəncə şəhəri, Kəpəz rayonu, Gənclər küçəsi, ev 5-də qeydiyyatda olan və yaşayan, barəsində 19 noyabr 2020-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, 22.09.2021-ci il tarixdə barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə, xx.xx.2000-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işsiz, Gəncə şəhəri, Z.Hacıyev küçəsi ev 2-DÖN, ev 17də qeydiyyatda olan və yaşayan, 03 avqust 2020-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, 06 avqust 2020-ci il tarixdə barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş, 14 dekabr 2020-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 CM-nin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə, xx.xx.1994-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri, Kəpəz rayonu, Qurtuluş küçəsi, döngə 1, ev 25/19, mənzil 1-də qeydiyyatda olan və yaşayan, 25 oktyabr 2020-ci il tarixədə barəsində həbs qətimkan tədbiri seçilmiş, 06 noyabr 2020-ci il tarixdə barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş, Təqsirləndirilən şəxs3 CM-ni 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə, xx.xx.1985-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkum olunmamış, işsiz, Gəncə şəhəri, Kəpəz rayonu, DOS-6, ev 152, mənzil 7-də pasport qeydiyyatında olan və yaşayan, 25 oktyabr 2020-ci il tarixədə barəsində həbs qətimkan tədbiri seçilmiş, 13 noyabr 2020-ci il tarixdə barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş, Təqsirləndirilən şəxs4 CM-nin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə, xx.xx.1988-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkum olunmamış, işsiz, Gəncə şəhəri, Kəpəz rayonu, Aydınbəyov küçəsi, ev 53, mənzil 23-də qeydiyyatda olan və yaşayan, 19 avqust 2020-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs5 CM-nin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə, xx.xx.1977-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, işsiz, ünvan 8-də yaşayan, 22 iyul 2020-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs6 CM-nin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1, X52, X24, X35, Təqsirləndirilən şəxs3, X57, X29, Təqsirləndirilən şəxs6, X36, Təqsirləndirilən şəxs5, X30, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, Miri, Tural (Seyid ləqəbli), Elnur, Rəşad, Pərviz, Ziya adlı, “Nəriş” ləqəbli şəxslərlə, həmçinin şəxsiyyətləri istintaqa məlum olmayan digər şəxslərlə birlikdə Gəncə şəhəri ərazisində söz sahibi olduqlarını Gəncə sakinləri arasında nümayiş etdirmək, bir qədər öncə, yəni, 13.07.2020-ci il tarixdə, saat 16 radələrində Renad Əliyevi, Rəşad Əliyevi və Şahid11 əlbir olaraq xuliqanlıq niyəti ilə döymüş şəxslər, yəni, Zərərçəkmiş şəxs1, X58, Zərərçəkmiş şəxs2, X12, həmçinin şəxsiyyətləri istintaqa məlum olmayan digər şəxslər üzərində öz üstünlüklərini göstərmək məqsədi ilə sonuncularla Gəncə şəhəri, Bağman qəsəbəsi, Təbriz küçəsində yerləşən Ürək xəstəxanasının yaxınlığında görüş yeri təyin etmişlər, bundan sonra xuliqanlıq niyyətlərini və əməllərini davam etdirmək və həyata keçirmək, Gəncə şəhəri ərazisində özü üstünlüklərini göstərmək, Gəncə şəhər ərazisini kriminogen zonalara bölmək məqsədi ilə 13 iyul 2020-ci il tarixdə, saat 22 radələrində Gəncə şəhəri, Təbriz küçəsində yerləşən Ürək xəstəxanasının yaxınlığında, 296 nömrəli fərdi yaşayış evinin qarşısında Zərərçəkmiş şəxs1, Rəsul Musayev, Zərərçəkmiş şəxs2, Pərviz Salmanov, həmçinin şəxsiyyətləri istintaqa məlum olmayan digər şəxslərlə görüşərək, ümumi niyyətdən birgə iştirak edib nalayiq söyüşlər söyüb cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, özləri və ətrafda olan avtomobil təmiri sexlərində, mağazalarda, istirahət mərkəzlərində və kafelərdə işləyən şəxslər, orada olan müştərilər, ətrafda yaşayan şəxslərə qarşı aşkar surətdə laqeydlik və etinasızlıq göstərilməsi, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən hərəkətlər edərək Təqsirləndirilən şəxs3, Renad Əliyev, Araz Məmmədzadə, Həsən Həsənov, Təqsirləndirilən şəxs2 həmçinin şəxsiyyətləri istintaqa məlum olmayan digər şəxslər əl dəyənəkləri, taxta parçaları və daşla zərbələr endirərək, Zərərçəkmiş şəxs1 məxsus “Mersedes Benz G55 AMG” markalı, **-PB-*** dövlət nömrə nişanlı avtomobilin qabaq sol və sağ güzgüsünü sındırmaqla, avtomobilin ban hissəsini bir neçə yerdən əzməklə Zərərçəkmiş şəxs1 2490 (iki min dörd yüz doxsan) manat, eyni zamanda Zərərçəkmiş şəxs2 məxsus “VAZ 2106” markalı, **-BE-*** dövlət nömrə nişanlı avtomobilin ön alın şüşəsini, arxa görüntü şüşəsini, ön sağ və sol faralarını, arxa sağ və sol faralarını, qapı şüşələrini sındırmalqa, avtomobilin ban hissəsini bir neçə yerdən əzməklə, Kamran Novruzov isə, silah qismində istifadə etdiyi və istintaq zamanı əldə edilərək götürülməsi mümkün olmayan bıçaqla həmin avtomobilin təkərlərini deşməklə Zərərçəkmiş şəxs2 568 (beş yüz altmış səkkiz) manat maddi ziyan vurmaqla, daha sonra isə Zərərçəkmiş şəxs1, Rəsul Musayevi, Zərərçəkmiş şəxs2, Pərviz Salmanovu, həmçinin şəxsiyyətləri istintaqa məlum olmayan digər şəxslərə zor tətbiq edilməsi hədəsi ilə onların üzərinə hücum etməklə silah qismində istifadə edilən əşyaları tətbiq etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq edilməsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs2, X52, X24, X35, Təqsirləndirilən şəxs3, X57, X29, Təqsirləndirilən şəxs6, X36, Təqsirləndirilən şəxs5, X30, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, Miri, Tural (Seyid ləqəbli), Elnur, Rəşad, Pərviz, Ziya adlı, “Nəriş” ləqəbli şəxslərlə, həmçinin şəxsiyyətləri istintaqa məlum olmayan digər şəxslərlə birlikdə Gəncə şəhəri ərazisində söz sahibi olduqlarını, Gəncə sakinləri arasında nümayiş etdirmək, bir qədər öncə, yəni, 13.07.2020-ci il tarixdə, saat 16 radələrində Renad Əliyevi, Rəşad Əliyevi və Şahid11 əlbir olaraq xuliqanlıq niyəti ilə döymüş şəxslər, yəni, Zərərçəkmiş şəxs1, X58, Zərərçəkmiş şəxs2, X12, həmçinin şəxsiyyətləri istintaqa məlum olmayan digər şəxslər üzərində öz üstünlüklərini göstərmək məqsədi ilə sonuncularla Gəncə şəhəri, Bağman qəsəbəsi, Təbriz küçəsində yerləşən Ürək xəstəxanasının yaxınlığında görüş yeri təyin etmişlər, bundan sonra xuliqanlıq niyyətlərini və əməllərini davam etdirmək və həyata keçirmək, Gəncə şəhəri ərazisində özü üstünlüklərini göstərmək, Gəncə şəhər ərazisini kriminogen zonalara bölmək məqsədi ilə 13.07.2020-ci il tarixdə, saat 22 radələrində Gəncə şəhəri, Təbriz küçəsində yerləşən Ürək xəstəxanasının yaxınlığında, 296 nömrəli fərdi yaşayış evinin qarşısında Zərərçəkmiş şəxs1, Rəsul Musayev, Zərərçəkmiş şəxs2, Pərviz Salmanov, həmçinin şəxsiyyətləri istintaqa məlum olmayan digər şəxslərlə görüşərək ümumi niyyətdən birgə iştirak edib nalayiq söyüşlər söyüb cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, özləri və ətrafda olan avtomobil təmiri sexlərində, mağazalarda, istirahət mərkəzlərində və kafelərdə işləyən şəxslər, orada olan müştərilər, ətrafda yaşayan şəxslərə qarşı aşkar surətdə laqeydlik və etinasızlıq göstərilməsi, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən hərəkətlər edərək o, Təqsirləndirilən şəxs3, Renad Əliyev, Araz Məmmədzadə, Həsən Həsənov, həmçinin şəxsiyyətləri istintaqa məlum olmayan digər şəxslər əl dəyənəkləri, taxta parçaları və daşla zərbələr endirərək Zərərçəkmiş şəxs1 məxsus “Mersedes Benz G55 AMG” markalı, **-PB-*** dövlət nömrə nişanlı avtomobilin qabaq sol və sağ güzgüsünü sındırmaqla, avtomobilin ban hissəsini bir neçə yerdən əzməklə Zərərçəkmiş şəxs1 2490 (iki min dörd yüz doxsan) manat, eyni zamanda Zərərçəkmiş şəxs2 məxsus “VAZ 2106” markalı, **-BE-*** dövlət nömrə nişanlı avtomobilin ön alın şüşəsini, arxa görüntü şüşəsini, ön sağ və sol faralarını, arxa sağ və sol faralarını, qapı şüşələrini sındırmalqa, avtomobilin ban hissəsini bir neçə yerdən əzməklə, Kamran Novruzov isə, silah qismində istifadə etdiyi və istintaq zamanı əldə edilərək götürülməsi mümkün olmayan bıçaqla həmin avtomobilin təkərlərini deşməklə Zərərçəkmiş şəxs2 568 (beş yüz altmış səkkiz) manat maddi ziyan vurmaqla, daha sonra isə Zərərçəkmiş şəxs1, Rəsul Musayevi, Zərərçəkmiş şəxs2, Pərviz Salmanovu, həmçinin şəxsiyyətləri istintaqa məlum olmayan digər şəxslərə zor tətbiq edilməsi hədəsi ilə onların üzərinə hücum etməklə silah qismində istifadə edilən əşyaları tətbiq etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq edilməsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs3, X52, X24, X35, Təqsirləndirilən şəxs1, X57, X36, X29, Təqsirləndirilən şəxs6, Təqsirləndirilən şəxs5, X30, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, Miri, Tural (Seyid ləqəbli), Elnur, Rəşad, Pərviz, Ziya adlı, “Nəriş” ləqəbli şəxslərlə, həmçinin şəxsiyyətləri istintaqa məlum olmayan digər şəxslərlə birlikdə Gəncə şəhəri ərazisində söz sahibi olduqlarını Gəncə sakinləri arasında nümayiş etdirmək, bir qədər öncə, yəni, 13.07.2020-ci il tarixdə, saat 16 radələrində Renad Əliyevi, Rəşad Əliyevi və Şahid11 əlbir olaraq xuliqanlıq niyəti ilə döymüş şəxslər, yəni, Zərərçəkmiş şəxs1, X58, Zərərçəkmiş şəxs2, X12, həmçinin şəxsiyyətləri istintaqa məlum olmayan digər şəxslər üzərində öz üstünlüklərini göstərmək məqsədi ilə Şahid11 məxsus “Opel Vectra” markalı **-DZ-*** dövlət nömrə nişanlı, Ramil Hüseynova məxsus “Renault Meqan” markalı **-EH- *** nömrə nişanlı, Təqsirləndirilən şəxs6 məxsus “VAZ-2107” markalı **-RK-*** dövlət nömrə nişanlı, Röyal Məmmədova məxsus “Vaz 21015” markalı **-LV-*** dövlət nömrə nişanlı, Renad Əliyevin idarə etdiyi “Mercedes Benz C” markalı, **-ZL-*** dövlət nömrə nişanlı avtomobillərlə qrup halında qarşı tərəflə görüşmək üçün 13 iyul 2020-ci il tarixdə, saat 17 radələrində Gəncə şəhər Kəlbəcər şəhərciyinin yanına gedərkən Gəncə şəhəri, N.Nərimanov prospektində yerləşən, “Əllərin dairəsi” adlanan yerdə Zərərçəkmiş şəxs1 və onunla birlikdə olan şəxslərlə rastlaşmışlar, xuliqanlıq əməllərini və niyətlərini davam etdirərək zorun tətbiq edilməsi hədəsi ilə camaatın gözü qarşısında olduqları avtomobillərlə qarşı tərəfin olduqları avtomobilləri saxlatmaq və dalaşmaq üçün təxminən yarım saat Gəncə şəhəri ərazisində təqib edərək, işıqforlarda qarşılarını kəsərək şəhər sakinləri və yol hərəkətinin digər iştirakçıları arasında vahimə yaratmışlar, qarşı tərəf onlardan sayca az olduqları üçün avtomobillərini saxlamayıb aralandıqdan sonra onlar xuliqanlıq niyəti ilə planlı şəkildə hərəkət etmək üçün yenidən Poçt qəsəbəsi ərazisində yığışaraq qarşı tərəflə telefon vasitəsi ilə əlaqə saxlayaraq mübahisəni və dava-dalaşı davam etdirmək üçün Gəncə şəhəri, Bağman qəsəbəsi, Təbriz küçəsində yerləşən Ürək xəstəxanasının yaxınlığında görüş yeri təyin etmişlər, bundan sonra xuliqanlıq niyyətlərini və əməllərini davam etdirmək və həyata keçirmək, Gəncə şəhəri ərazisində öz üstünlüklərini göstərmək, Gəncə şəhər ərazisini kriminogen zonalara bölmək məqsədi ilə 13.07.2020-ci il tarixdə, saat 22 radələrində Gəncə şəhəri, Təbriz küçəsində yerləşən Ürək xəstəxanasının yaxınlığında, 296 nömrəli fərdi yaşayış evini qarşısında Zərərçəkmiş şəxs1, Rəsul Musayev, Zərərçəkmiş şəxs2, Pərviz Salmanov, həmçinin şəxsiyyətləri istintaqa məlum olmayan digər şəxslərlə görüşərək ümumi niyyətdən birgə iştirak edib nalayiq söyüşlər söyüb cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, özləri və ətrafda olan avtomobil təmiri sexlərində, mağazalarda, istirahət mərkəzlərində və kafelərdə işləyən şəxslər, orada olan müştərilər, ətrafda yaşayan şəxslərə qarşı aşkar surətdə laqeydlik və etinasızlıq göstərilməsi, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən hərəkətlər edərək o, Həsən Həsənov, Renad Əliyev, Araz Məmmədzadə, Təqsirləndirilən şəxs2, həmçinin şəxsiyyətləri istintaqa məlum olmayan digər şəxslər əl dəyənəkləri, taxta parçaları və daşla zərbələr endirərək Zərərçəkmiş şəxs1 məxsus “Mersedes Benz G55 AMG” markalı, **-PB-*** dövlət nömrə nişanlı avtomobilin qabaq sol və sağ güzgüsünü sındırmaqla, avtomobilin ban hissəsini bir neçə yerdən əzməklə Zərərçəkmiş şəxs1 2490 (iki min dörd yüz doxsan) manat, eyni zamanda Zərərçəkmiş şəxs2 məxsus “VAZ 2106” markalı, **-BE-*** dövlət nömrə nişanlı avtomobilin ön alın şüşəsini, arxa görüntü şüşəsini, ön sağ və sol faralarını, arxa sağ və sol faralarını, qapı şüşələrini sındırmalqa, avtomobilin ban hissəsini bir neçə yerdən əzməklə, Kamran Novruzov isə, silah qismində istifadə etdiyi və istintaq zamanı əldə edilərək götürülməsi mümkün olmayan bıçaqla həmin avtomobilin təkərlərini deşməklə Zərərçəkmiş şəxs2 568 (beş yüz altmış səkkiz) manat maddi ziyan vurmaqla, daha sonra isə Zərərçəkmiş şəxs1, Rəsul Musayevi, Zərərçəkmiş şəxs2, Pərviz Salmanovu, həmçinin şəxsiyyətləri istintaqa məlum olmayan digər şəxslərə zor tətbiq edilməsi hədəsi ilə onların üzərinə hücum etməklə silah qismində istifadə edilən əşyaları tətbiq etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq edilməsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs4, X52, X24, X35, Təqsirləndirilən şəxs1, X57, X36, X29, Təqsirləndirilən şəxs6, Təqsirləndirilən şəxs5, X30, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Miri, Tural (Seyid ləqəbli), Elnur, Rəşad, Pərviz, Ziya adlı, “Nəriş” ləqəbli şəxslərlə, həmçinin şəxsiyyətləri istintaqa məlum olmayan digər şəxslərlə birlikdə Gəncə şəhəri ərazisində söz sahibi olduqlarını Gəncə sakinləri arasında nümayiş etdirmək, bir qədər öncə, yəni, 13.07.2020-ci il tarixdə, saat 16 radələrində Renad Əliyevi, Rəşad Əliyevi və Şahid11 əlbir olaraq xuliqanlıq niyəti ilə döymüş şəxslər, yəni, Zərərçəkmiş şəxs1, X58, Zərərçəkmiş şəxs2, X12, həmçinin şəxsiyyətləri istintaqa məlum olmayan digər şəxslər üzərində öz üstünlüklərini göstərmək məqsədi ilə Şahid11 məxsus “Opel Vectra” markalı **-DZ-*** dövlət nömrə nişanlı, Ramil Hüseynova məxsus “Renault Meqan” markalı **-EH- *** nömrə nişanlı, Təqsirləndirilən şəxs6 məxsus “VAZ-2107” markalı **-RK-*** dövlət nömrə nişanlı, Röyal Məmmədova məxsus “VAZ 21015” markalı **-LV-*** dövlət nömrə nişanlı, Renad Əliyevin idarə etdiyi “Mercedes Benz C” markalı **-ZL-*** dövlət nömrə nişanlı avtomobillərlə qrup halında qarşı tərəflə görüşmək üçün 13 iyul 2020-ci il tarixdə, saat 17 radələrində Gəncə şəhər Kəlbəcər şəhərciyinin yanına gedərkən Gəncə şəhəri, N.Nərimanov prospektində yerləşən, “Əllərin dairəsi” adlanan yerdə Zərərçəkmiş şəxs1 və onunla birlikdə olan şəxslərlə rastlaşmışlar, xuliqanlıq əməllərini və niyətlərini davam etdirərək zorun tətbiq edilməsi hədəsi ilə camaatın gözü qarşısında olduqları avtomobillərlə qarşı tərəfin olduqları avtomobilləri saxlatmaq və dalaşmaq üçün təxminən yarım saat Gəncə şəhəri ərazisində təqib edərək, işıqforlarda qarşılarını kəsərək şəhər sakinləri və yol hərəkətinin digər iştirakçıları arasında vahimə yaratmışlar, qarşı tərəf onlardan sayca az olduqları üçün avtomobillərini saxlamayıb aralandıqdan sonra onlar xuliqanlıq niyəti ilə planlı şəkildə hərəkət etmək üçün yenidən Poçt qəsəbəsi ərazisində yığışaraq qarşı tərəflə telefon vasitəsi ilə əlaqə saxlayaraq mübahisəni və dava-dalaşı davam etdirmək üçün Gəncə şəhəri, Bağman qəsəbəsi, Təbriz küçəsində yerləşən Ürək xəstəxanasının yaxınlığında görüş yeri təyin etmişlər, bundan sonra xuliqanlıq niyyətlərini və əməllərini davam etdirmək və həyata keçirmək, Gəncə şəhəri ərazisində özü üstünlüklərini göstərmək, Gəncə şəhər ərazisini kriminogen zonalara bölmək məqsədi ilə 13.07.2020-ci il tarixdə, saat 22 radələrində Gəncə şəhəri, Təbriz küçəsində yerləşən Ürək xəstəxanasının yaxınlığında, 296 nömrəli fərdi yaşayış evinin qarşısında Zərərçəkmiş şəxs1, Rəsul Musayev, Zərərçəkmiş şəxs2, Pərviz Salmanov, həmçinin şəxsiyyətləri istintaqa məlum olmayan digər şəxslərlə görüşərək ümumi niyyətdən birgə iştirak edib nalayiq söyüşlər söyüb cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, özləri və ətrafda olan avtomobil təmiri sexlərində, mağazalarda, istirahət mərkəzlərində və kafelərdə işləyən şəxslər, orada olan müştərilər, ətrafda yaşayan şəxslərə qarşı aşkar surətdə laqeydlik və etinasızlıq göstərilməsi, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən hərəkətlər edərək Təqsirləndirilən şəxs3, Həsən Həsənov, Renad Əliyev, Araz Məmmədzadə, Təqsirləndirilən şəxs2, həmçinin şəxsiyyətləri istintaqa məlum olmayan digər şəxslər əl dəyənəkləri, taxta parçaları və daşla zərbələr endirərək Zərərçəkmiş şəxs1 məxsus “Mersedes Benz G55 AMG” markalı **-PB-*** dövlət nömrə nişanlı avtomobilin qabaq sol və sağ güzgüsünü sındırmaqla, avtomobilin ban hissəsini bir neçə yerdən əzməklə Zərərçəkmiş şəxs1 2490 (iki min dörd yüz doxsan) manat, eyni zamanda Zərərçəkmiş şəxs2 məxsus “VAZ 2106” markalı **-BE-*** dövlət nömrə nişanlı avtomobilin ön alın şüşəsini, arxa görüntü şüşəsini, ön sağ və sol faralarını, arxa sağ və sol faralarını, qapı şüşələrini sındırmalqa, avtomobilin ban hissəsini bir neçə yerdən əzməklə, Kamran Novruzov isə, silah qismində istifadə etdiyi və istintaq zamanı əldə edilərək götürülməsi mümkün olmayan bıçaqla həmin avtomobilin təkərlərini deşməklə Zərərçəkmiş şəxs2 568 (beş yüz altmış səkkiz) manat maddi ziyan vurmaqla, daha sonra isə Zərərçəkmiş şəxs1, Rəsul Musayevi, Zərərçəkmiş şəxs2, Pərviz Salmanovu, həmçinin şəxsiyyətləri istintaqa məlum olmayan digər şəxslərə zor tətbiq edilməsi hədəsi ilə onların üzərinə hücum etməklə silah qismində istifadə edilən əşyaları tətbiq etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq edilməsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs5, X52, X24, X35, Təqsirləndirilən şəxs1, X57, X36, X29, Təqsirləndirilən şəxs6, Təqsirləndirilən şəxs4, X30, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Miri, Tural (Seyid ləqəbli), Elnur, Rəşad, Pərviz, Ziya adlı, “Nəriş” ləqəbli şəxslərlə, həmçinin şəxsiyyətləri istintaqa məlum olmayan digər şəxslərlə birlikdə Gəncə şəhəri ərazisində söz sahibi olduqlarını Gəncə sakinləri arasında nümayiş etdirmək, bir qədər öncə, yəni, 13.07.2020-ci il tarixdə, saat 16 radələrində Renad Əliyevi, Rəşad Əliyevi və Şahid11 əlbir olaraq xuliqanlıq niyəti ilə döymüş şəxslər, yəni, Zərərçəkmiş şəxs1, X58, Zərərçəkmiş şəxs2, X12, həmçinin şəxsiyyətləri istintaqa məlum olmayan digər şəxslər üzərində öz üstünlüklərini göstərmək məqsədi ilə Şahid11 məxsus “Opel Vectra” markalı **-DZ-*** dövlət nömrə nişanlı, Ramil Hüseynova məxsus “Renault Meqan” markalı **-EH- *** nömrə nişanlı, Təqsirləndirilən şəxs6 məxsus “VAZ-2107” markalı, **-RK-*** dövlət nömrə nişanlı, Röyal Məmmədova məxsus “Vaz 21015” markalı **-LV-*** dövlət nömrə nişanlı, Renad Əliyevin idarə etdiyi “Mercedes Benz C” markalı, **-ZL-*** dövlət nömrə nişanlı avtomobillərlə qrup halında qarşı tərəflə görüşmək üçün 13.07.2020-ci il tarixdə, saat 17 radələrində Gəncə şəhər Kəlbəcər şəhərciyinin yanına gedərkən Gəncə şəhəri, N.Nərimanov prospektində yerləşən, “Əllərin dairəsi” adlanan yerdə Zərərçəkmiş şəxs1 və onunla birlikdə olan şəxslərlə rastlaşmışlar, xuliqanlıq əməllərini və niyətlərini davam etdirərək zorun tətbiq edilməsi hədəsi ilə camaatın gözü qarşısında olduqları avtomobillərlə qarşı tərəfin olduqları avtomobilləri saxlatmaq və dalaşmaq üçün təxminən yarım saat Gəncə şəhəri ərazisində təqib edərək, işıqforlarda qarşılarını kəsərək şəhər sakinləri və yol hərəkətinin digər iştirakçıları arasında vahimə yaratmışlar, qarşı tərəf onlardan sayca az olduqları üçün avtomobillərini saxlamayıb aralandıqdan sonra onlar xuliqanlıq niyəti ilə planlı şəkildə hərəkət etmək üçün yenidən Poçt qəsəbəsi ərazisində yığışaraq qarşı tərəflə telefon vasitəsi ilə əlaqə saxlayaraq mübahisəni və dava-dalaşı davam etdirmək üçün Gəncə şəhəri, Bağman qəsəbəsi, Təbriz küçəsində yerləşən Ürək xəstəxanasının yaxınlığında görüş yeri təyin etmişlər, bundan sonra xuliqanlıq niyyətlərini və əməllərini davam etdirmək və həyata keçirmək, Gəncə şəhəri ərazisində öz üstünlüklərini göstərmək, Gəncə şəhər ərazisini kriminogen zonalara bölmək məqsədi ilə 13.07.2020-ci il tarixdə, saat 22 radələrində Gəncə şəhəri, Təbriz küçəsində yerləşən Ürək xəstəxanasının yaxınlığında, 296 nömrəli fərdi yaşayış evini qarşısında Zərərçəkmiş şəxs1, Rəsul Musayev, Zərərçəkmiş şəxs2, Pərviz Salmanov, həmçinin şəxsiyyətləri istintaqa məlum olmayan digər şəxslərlə görüşərək, ümumi niyyətdən birgə iştirak edib nalayiq söyüşlər söyüb cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, özləri və ətrafda olan avtomobil təmiri sexlərində, mağazalarda, istirahət mərkəzlərində və kafelərdə işləyən şəxslər, orada olan müştərilər, ətrafda yaşayan şəxslərə qarşı aşkar surətdə laqeydlik və etinasızlıq göstərilməsi, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən hərəkətlər edərək, Təqsirləndirilən şəxs3, Həsən Həsənov, Renad Əliyev, Araz Məmmədzadə, Təqsirləndirilən şəxs2, həmçinin şəxsiyyətləri istintaqa məlum olmayan digər şəxslər əl dəyənəkləri, taxta parçaları və daşla zərbələr endirərək Zərərçəkmiş şəxs1 məxsus “Mersedes Benz G55 AMG” markalı, **-PB-*** dövlət nömrə nişanlı avtomobilin qabaq sol və sağ güzgüsünü sındırmaqla, avtomobilin ban hissəsini bir neçə yerdən əzməklə Zərərçəkmiş şəxs1 2490 (iki min dörd yüz doxsan) manat, eyni zamanda Zərərçəkmiş şəxs2 məxsus “VAZ 2106” markalı, **-BE-*** dövlət nömrə nişanlı avtomobilin ön alın şüşəsini, arxa görüntü şüşəsini, ön sağ və sol faralarını, arxa sağ və sol faralarını, qapı şüşələrini sındırmalqa, avtomobilin ban hissəsini bir neçə yerdən əzməklə, Kamran Novruzov isə, silah qismində istifadə etdiyi və istintaq zamanı əldə edilərək götürülməsi mümkün olmayan bıçaqla həmin avtomobilin təkərlərini deşməklə Zərərçəkmiş şəxs2 568 (beş yüz altmış səkkiz) manat maddi ziyan vurmaqla, daha sonra isə Zərərçəkmiş şəxs1, Rəsul Musayevi, Zərərçəkmiş şəxs2, Pərviz Salmanovu, həmçinin şəxsiyyətləri istintaqa məlum olmayan digər şəxslərə zor tətbiq edilməsi hədəsi ilə onların üzərinə hücum etməklə silah qismində istifadə edilən əşyaları tətbiq etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq edilməsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs6, X24, X35, Təqsirləndirilən şəxs1, X52, Təqsirləndirilən şəxs3, X29, X57, X36, Təqsirləndirilən şəxs5, X30, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, Miri, Tural (Seyid ləqəbli), Elnur, Rəşad, Pərviz, Ziya adlı, “Nəriş” ləqəbli şəxslərlə, həmçinin şəxsiyyətləri istintaqa məlum olmayan digər şəxslərlə birlikdə Gəncə şəhəri ərazisində söz sahibi olduqlarını, Gəncə sakinləri arasında nümayiş etdirmək, bir qədər öncə, yəni, 13.07.2020-ci il tarixdə, saat 16 radələrində Rəşad Əliyevi, Renad Əliyevi və Şahid11 əlbir olaraq xuliqanlıq niyəti ilə döymüş şəxslər, yəni, Zərərçəkmiş şəxs1, X58, Zərərçəkmiş şəxs2, X12, həmçinin şəxsiyyətləri istintaqa məlum olmayan digər şəxslər üzərində öz üstünlüklərini göstərmək məqsədi ilə Şahid11 məxsus “Opel Vectra” markalı **-DZ-*** dövlət nömrə nişanlı, Ramil Hüseynova məxsus “Renault Meqan” markalı **-EH- *** nömrə nişanlı, ona məxsus “VAZ-2107” markalı **-RK-*** dövlət nömrə nişanlı, Röyal Məmmədova məxsus “Vaz 21015” markalı **-LV-*** dövlət nömrə nişanlı, Renad Əliyevin idarə etdiyi “Mercedes Benz C” markalı **-ZL-*** dövlət nömrə nişanlı avtomobillərlə qrup halında qarşı tərəflə görüşmək üçün 13.07.2020-ci il tarixdə, saat 17 radələrində Gəncə şəhər Kəlbəcər şəhərciyinin yanına gedərkən Gəncə şəhəri, N.Nərimanov prospektində yerləşən, “Əllərin dairəsi” adlanan yerdə Zərərçəkmiş şəxs1 və onunla birlikdə olan şəxslərlə rastlaşmışlar, xuliqanlıq əməllərini və niyətlərini davam etdirərək zorun tətbiq edilməsi hədəsi ilə camaatın gözü qarşısında olduqları avtomobillərlə qarşı tərəfin olduqları avtomobilləri saxlatmaq və dalaşmaq üçün təxminən yarım saat Gəncə şəhəri ərazisində təqib edərək, işıqforlarda qarşılarını kəsərək şəhər sakinləri və yol hərəkətinin digər iştirakçıları arasında vahimə yaratmışlar, qarşı tərəf onlardan sayca az olduqları üçün avtomobillərini saxlamayıb aralandıqdan sonra onlar xuliqanlıq niyəti ilə planlı şəkildə hərəkət etmək üçün yenidən Poçt qəsəbəsi ərazisində yığışaraq qarşı tərəflə telefon vasitəsi ilə əlaqə saxlayaraq mübahisəni və dava-dalaşı davam etdirmək üçün Gəncə şəhəri, Bağman qəsəbəsi, Təbriz küçəsində yerləşən Ürək xəstəxanasının yaxınlığında görüş yeri təyin etmişlər, bundan sonra xuliqanlıq niyyətlərini və əməllərini davam etdirmək və həyata keçirmək, Gəncə şəhəri ərazisində öz üstünlüklərini göstərmək, Gəncə şəhər ərazisini kriminogen zonalara bölmək məqsədi ilə 13.07.2020-ci il tarixdə, saat 22 radələrində Gəncə şəhəri, Təbriz küçəsində yerləşən Ürək xəstəxanasının yaxınlığında, 296 nömrəli fərdi yaşayış evinin qarşısında Zərərçəkmiş şəxs1, Rəsul Musayev, Zərərçəkmiş şəxs2,Pərviz Salmanov, həmçinin şəxsiyyətləri istintaqa məlum olmayan digər şəxslərlər görüşərək ümumi niyyətdən birgə iştirak edib nalayiq söyüşlər söyüb cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, özləri və ətrafda olan avtomobil təmiri sexlərində, mağazalarda, istirahət mərkəzlərində və kafelərdə işləyən şəxslər, orada olan müştərilər, ətrafda yaşayan şəxslərə qarşı aşkar surətdə laqeydlik və etinasızlıq göstərilməsi, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən hərəkətlər edərək Renad Əliyev, Həsən Həsənov, Araz Məmmədzadə, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, həmçinin şəxsiyyətləri istintaqa məlum olmayan digər şəxslər əl dəyənəkləri, taxta parçaları və daşla zərbələr endirərək Zərərçəkmiş şəxs1 məxsus “Mersedes Benz G55 AMG” markalı, **-PB-*** dövlət nömrə nişanlı avtomobilin qabaq sol və sağ güzgüsünü sındırmaqla, avtomobilin ban hissəsini bir neçə yerdən əzməklə Zərərçəkmiş şəxs1 2490 (iki min dörd yüz doxsan) manat, eyni zamanda Zərərçəkmiş şəxs2 məxsus “VAZ 2106” markalı, **-BE-*** dövlət nömrə nişanlı avtomobilin ön alın şüşəsini, arxa görüntü şüşəsini, ön sağ və sol faralarını, arxa sağ və sol faralarını, qapı şüşələrini sındırmalqa, avtomobilin ban hissəsini bir neçə yerdən əzməklə, Kamran Novruzov isə, silah qismində istifadə etdiyi və istintaq zamanı əldə edilərək götürülməsi mümkün olmayan bıçaqla həmin avtomobilin təkərlərini deşməklə Zərərçəkmiş şəxs2 568 (beş yüz altmış səkkiz) manat maddi ziyan vurmaqla, daha sonra isə Zərərçəkmiş şəxs1, Rəsul Musayevi, Zərərçəkmiş şəxs2, Pərviz Salmanovu, həmçinin şəxsiyyətləri istintaqa məlum olmayan digər şəxslərə zor tətbiq edilməsi hədəsi ilə onların üzərinə hücum etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq edilməsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs1 CM-nin 221.3-cü maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində bildirdi ki, o, baş vermiş hadisə yerində olsa da, heç bir davada iştirak etməmişdir. X37, X47, X13, X25, X19, X26, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs3, “Seyid” ləqəbli Turalı tanıyır. Həmin şəxslərlə eyni bir ərazidə qaldığı üçün münasibətləri var, heç bir ədavət və ya düşmənçilikləri yoxdur. 13.07.2020-ci il tarixdə, təxminən saat 18 radələrində Poçt qəsəbəsinin oğlanlarından hansısa ona zəng edib dostu Rəşad Əliyevin digər dostu Emin və Eminin tanışları ilə aralarında problemin olduğunu və dalaşdıqlarını bildirmişdir. Sonra Rəşad və yanında xatırlamadığı bir neçə nəfər onun yaşadığı evin yaxınlığına gəlmişlər. O, Rəşaddan nə baş verdiyini soruşmuş, Rəşad da ona demişdir ki, Emin və Eminin tanışları ilə dalaşıblar. Bundan sonra o yaşadığı evin həyətinə qayıtmış, həmin ərəfələrdə Zərərçəkmiş şəxs1 onun mobil terlefonuna zəng edib Rəşadgillə mehribançılıq yaratmağını xahiş etmişdir. O, da Eminə demişdir ki, “çalışaram mehribançılıq yaradım. Amma dava mənim davam deyil. Mənlə dalaşmış olsaydın sənə konkret söz deyərdim. Rəşadla dalaşıbsan çalışıb qaydasına qoyarıq”. Təxminən 20 dəqiqədən sonra Akifin avtomobili onların evinin yaxınlığında dayanmışdır. Akifin avtomobilində yadında qalmayan tanışlarından hansısa onu çağırmışdır. O, da onların yanına getmişdir. Həmin vaxt Akifin avtomobilində 4 nəfər şəxs olmuşdur. O, avtomobildə arxada oturmuşdur. Avtomobildə olan şəxslər demişlər ki, Rəşadgilnən dalaşan Emin və Eminin tanışları ilə “Bağmanın başı” kimi adlanan, Gəncə şəhər Təbriz küçəsində yerləşən “Ürək xəstəxanası”nın yaxınlığına söhbət etməyə gedirlər. O, da razılaşıb onlarla birlikdə həmin yerə getmişdir. Həmin vaxt Akifin avtomobilindən başqa Renadın, Ramilin, Vüqarın avtomobilində də Poçt qəsəbəsinin oğlanları həmin yerə getmişlər. Həmin avtomobildə olan şəxslərin də kim olduqlarını xatırlamır. 13.07.2020-ci il tarixdə təxminən saat 21 radələrində onlar Gəncə şəhəri, Təbriz küçəsində yerləşən “Ürək xəstəxanası”nın yanına getmişlər. Avtomobillər “Vüsal” şadlıq sarayının yan tərəfində yerləşən küçədə dayanmışlar. Onlar avtomobildən düşmüşlər. Həmin vaxt o, Rəşada yaxınlaşıb söhbət ediləcək yerin bura olmasını soruşmuşdur. Rəşad da həmin yerdə söhbət edəcəklərini və Emingilin gəlməsini gözləməsini demişdir. O, da demişdir ki, “namazın vaxtıdır, gedək, səhəri gün Emingillə görüşüb söhbət edib mehribançılıqla yoluna qoyarıq”. Rəşad da onunla razılaşmışdır. Onlar getdikləri avtomobillərə əyləşib yenidən Poçt qəsəbəsinə qayıtmışlar. O, evə tələsmişdir ki, namazını qılsın. Onlar Təbriz küçəsi ilə hərəkət edib geri qayıdan zaman Poçt qəsəbəsinin oğlanları Eminin avtomobilini görüb dayanmışlar. Həmin vaxt o, Akifin avtomobilində olmuş, Akif də avtomobilini bir kənara verib dayanmışdır. O, avtomobildən düşəndə Emin avtomobilini üzü Yeni Gəncə istiqamətinə sürmüş və xatırlamadığı və üzlərini qaranlıq olduğu üçün görmədiyi şəxslər Eminin avtomobilinə tərəf qaçmışlar. O, həmin şəxslərə qışırıb demişdir ki, avtomobillərinə otursunlar həmin yerdən gedib səhəri gün oturub söhbət etsinlər. O, bunu deyib qayıtmışdır ki, avtomobilə minsin, həmin vaxt qara rəngli “VAZ 21015” markalı avtomobil onun yanında dayanmışdır. Həmin avtomobildə xatırlamadığı tanışlarından kimsə avtomobilə oturmağını demişdir. O, da avtomobilə əyləşib yaşadığı evə getmişdir. Əməlindən səmimi peşmandır. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs2 CM-nin 221.3-cü maddəsi ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində bildirdi ki, hadisə vaxtı X80 Universitetinin 3-cü kurs tələbəsidir, X37, X47, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, X13, X14, X19, X26, Şahid11 tanıyır. Həmin şəxslər Poçt qəsəbəsində yaşayır, o, da həmin şəxsləri bir ərazinin sakinləri kimi tanımış, ancaq elə də yaxından münasibəti yoxdur. Sadəcə bir-birlərini görəndə bir tanış kimi salamlaşmışlar. 13.07.2020-ci il tarixdə, təxminən saat 18 radələrində o, eyni küçədə yaşadığı Aqşin adlı tanışı ilə Poçt qəsəbəsində, “Tural” şadlıq sarayının yaxınlığında rastlaşmış, Aqşin ona “Poçtovoy uşaqlarının” yanına getdiyini bildirmişdir. O, da Aqşinlə birlikdə piyada gedərkən yolda Tural adlı tanışı öz avtomobili ilə onların yanında dayanmış və avtomobilə oturmağı onlara təklif etmiş, Aqşinlə o, Turalın avtomobilinə oturmuşlar, o, arxa sağ tərəfdə, Aqşin isə ön sağ tərəfdə oturmuşlar. Tural avtomobili idarə edib Poçt qəsəbəsində “8-ci küçənin stadionu” kimi tanınan yerdə saxlamışdır. Həmin vaxt orda xeyli sayda təxminən 40 nəfər cavan oğlanlar toplaşmışlar. Həmin şəxlərdən tanıdığı Renad Əliyev, Atin Əliyev, Rəşad Əliyev, Həsən Həsənov, Ramil Hüseynov, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Kamran Novruzov, Şahid11, Araz Məmmədzadə, Seymur, Ələsgər, Seyid ləqəbli Tural, Ayxan, Asəf adlı-Aska, Pərviz, Cıpban ləqəbli- Elnur və tanımadığı bir neçə nəfər başqa şəxslər də olmuşdular. Orada həmçinin, Renadın “Kia” markalı, Ramilin “Meqan” markalı, Vüqarın “Opel” markalı və yadında qalmayan bir neçə avtomobil dayanmışdır. Onlar oraya çatanda adamın çox olduğunu görüb o, Turala qayıdıb getmələrini demişdir. Həmin vaxt orada adlarını çəkdiyi şəxslər getdiklərini bildirib avtomobillərə oturmuşlar. O, Aqşin, Aska ləqəbli Asəf və Ayxan Turalın avtomobilinə oturmuşlar. Tural avtomobili idarə edib yaşadığı küçənin qarşısına gəlmişdir. O, orda avtomobildən düşmüşdür. Tural avtomobili idarə edib onların küçəsinə daxil olmuşdur. 2-3 dəqiqədən sonra Tural onların küçəsindən çıxıb “otur bir yerdə gedib qayıdaq” deyə müraciət etdiyi üçün o, da Turalın avtomobilinə oturmuşdur. Sonra Tural avtomobili idarə edib “Pasyolka” kimi tanınan əraziyə doğru hərəkət etmişlər. Həmin vaxt Turalın avtomobilində bir ədəd taxtadan olan bel sapı olmuşdur. Yolda gedən zaman o, Turaldan hara getdiklərini soruşanda sonuncu “gedib, qayıdacağıq” deyə ona cavab vermişdir. Həmin vaxt Aqşin demişdir ki, tanışları Rəşadı döyüblər və sonuncunu döyən şəxslərlə davaya gedirlər. Aqşinin söhbətindən o, bilmişdir ki, Emin, Vaqif və həmin şəxslərin tanışları Renadla Rəşadı həmin gün Gəncə şəhərinin Bakı istiqamətində olan çıxışında döyüblər. Bunun üçün də Poçt qəsəbəsinin cavanları yığılıb həmin şəxslərlə Təbriz küçəsində “Ürək xəstəxanası”nın yaxınlığında görüş təyin edib dava edəcəklər. Həmin vaxt o, utandığı üçün maşından düşməmiş və fikirləşmişdir ki, maşından düşsə digər şəxslər ona pis baxacaqlar, lakin o, Turalın avtomobilinə minəndə dava olacağını bilməmişdir. Tural avtomobili “Ürək xəstəxanası” istiqamətində idarə etmişdir. Turalın avtomobilindən başqa həmin vaxt Renad, Ramil, Akif adlı şəxslərin avtomobili və tanımadığı şəxslərin “VAZ 2107”, “VAZ 2106” markalı ümumilikdə 7-8 avtomobil həmin istiqamətə getmişlər. Onlar “Ürək xəstəxanası”nın yanına çatıb Emin, Vaqif və tanışlarının gəlmədiyini görmüşlər. Orada olan şəxslər avtomobilləri sürüb “Vüsal” şadlıq sarayının yan tərəfindəki küçədə saxlayıb Emin və tanışlarının gəlməsini gözləməyi təklif etdikləri üçün orada olan avtomobil sahibləri də avtomobillərini həmin yerə sürüb dayanmışlar. Təxminən 20-25 dəqiqədən sonra orada olan şəxslər bilirmişlər ki, Emin və tanışları gəlməyəcək, söhbət qaldı səhərə, sonra onlar yenidən gəldikləri avtomobillərə minib yaşadıqları Poçt qəsəbəsinə qayıtmışlar. Həmin vaxt Turalın avtomobilini Aqşin idarə etmiş, Tural özü ön sağ oturacaqda, o, arxa sağ tərəfdə, Aska ortada, Ayxan isə sol arxa tərəfdə oturmuşlar. Onlar “Ürək xəstəxanası”nın yaxınlığına çatanda Emin və sonuncunun tanışlarının yolun sol tərəfində dayandıqlarını görmüşlər. Onlarla gedən şəxslər də Emingili görüb avtomobillərini saxlamışlar və avtomobildə olan şəxslər əllərində taxta dəyənəklə avtomobillərindən yerə düşmüşlər. O, da Askanın sözünə əsasən Turalın avtomobilində olan taxta dəyənəyi götürüb avtomobildən yerə düşmüş, lakin həmin taxta dəyənəkdən istifadə etməmişdir. Həmin vaxt onlar tərəfdən gedən şəxslər əllərindəki dəyənəklə Eminin “Qalinvagen” markalı avtomobilini vurmağa başlamışlar. Eminin tanışları ilə dava düşmüş, o, avtomobildən düşən zaman Emin öz “Qalinvagen” markalı avtomobilini Yeni Gəncə istiqamətinə idarə etmiş, Eminlə gələn tanışları isə üzü əks istiqamətə, yəni “Vüsal” şadlıq sarayı istiqamətə qaçmışlar. Onlarla gedən şəxslər də əllərində dəyənək həmin şəxslərin dalınca qaçmışlar. Emin həmin vaxt avtomobilini hərləyib onlarla gedən şəxslərin üzərinə sürüb “Vüsal” şadlıq sarayı itiqamətində hərəkət etmişdir. Onlarla gedən şəxslər Eminin avtomobilinin arxasınca qaçmışlar. O, bir yerdə əlində dəyənək Eminin və sonuncunun tanışlarının arxasınca tutmaq məqsədilə qaçsa da həmin şəxsləri onları bilməmişlər. Sonra o, və orada olan şəxslər yenidən əvvəlki yerlərinə qayıtmışlar. Sonra o, əlindəki bel sapı ilə Turalın avtomobilinə minmiş, həmin vaxt Tural özü avtomobilini idarə etmiş, Aqşin ön sağ tərəfdə, Aska isə arxa sol tərəfdə oturmuşdur. Onların dördü də Poçt qəsəbəsinə qayıtmışlar. O, öz yaşadığı evə getmiş, bel sapı isə Turalın avtomobilində qalmışdır. Həmin gün dava yerindən onlardan sonra qayıdanlardan eşitmişdir ki, Emin və tanışları tərəfdən gələn kimsə odlu silahdan atəş açmışdır. Hadisə vaxtı Renad Əliyev, Atin Əliyev, Rəşad Əliyev, Həsənov Həsən, Ramil Hüseynov, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Kamran Novruzov, Şahid11, Araz Məmmədzadə, Seymur, Ələsgər, Seyid ləqəbli Tural, Ayxan, Asəf adlı Aska, Pərviz, Cıpban ləqəbli Elnur və tanımadığı bir neçə nəfər başqa şəxslər də orada olmuşlar. Əməlindən səmimi peşmandır. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs3 ona CM-nin 221.3-cü maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirdi ki, X37, X47, Təqsirləndirilən şəxs1, X13, X25, X19, X26, Təqsirləndirilən şəxs5 tanıyır. Onlarla eyni bir ərazidə qaldığı üçün münasibəti var, heç bir ədavət və ya düşmənçiliyi yoxdur. Təqsirləndirilən şəxs4u da tanıyır. Həbib Gəncə şəhər “Kavrovu” kimi adlanan ərazidə yaşayır. Həbib onların yaşadığı Poçt qəsəbəsinin oğlanları, o, Rəşad Əliyev və digərləri ilə dost münasibətindədir. Münasibətləri yaxşıdır aralarında heç bir ədavət və düşmənçilikləri yoxdur. 13.07.2020-ci il tarixdə təxminən saat 16 radələrində o yaşadığı küçədə olan zaman küçə sakinlərindən kimsə təxminən 6-7 avtomobilin Poçt qəsəbəsində 7-ci küçə istiqamətində getdiyini və həmin şəxlərin dava etmək üçün toplaşdıqlarını demişdir. O, da Poçt qəsəbəsində yaşadığı üçün, həmçinin orada yaşayan oğlanların əksəriyyətini tanıdığı üçün kimin dava etməsini öyrənmək üçün 7-ci küçə istiqamətinə getmişdir. O, ora gedəndə orada tanıdığı Rəşad Əliyevin, Renad Əliyevin, Ələsgərin, Vüqarın olduğunu görmüşdür. Həmin vaxt Rəşadın üzündə göyərti və şişkinlik olmuşdur. O, nə olduğunu soruşanda Rəşad demişdir ki, onu Emin və Eminin tanışları döymüşlər. Rəşadgil toplaşıb döyən şəxslərələ dava etməyə getdiklərini dedi. O, da bunun üçün yaşadığı evə qayıdıb özü ilə taxta parçası götürmüşdür ki, dava edən zaman lazım olarsa istifadə etsin. O, yaşadığı evdən taxtanı götürüb yola çıxmışdır. Həmin vaxt Renadın, Vüqarın, Akifin, Ramilin avtomobilinin ard-arda getdiyini görüb Vüqarın avtomobilinə əl edib saxlatmışdır. Həmin vaxt Vüqarın avtomobilini Ələsgər idarə etmiş və avtomobildə Rəşad Əliyev, Şahid11, Təqsirləndirilən şəxs4 oturmuşlar. O, avtomobilə oturan zaman bilmişdir ki, Emin və Eminin tanışları ilə Bakı şəhəri istiqamətində olan avtomobil yolunun sağ tərəfində məcburi köçkünlər üçün salınmış yaşayış massivinin yaxınlığında görüşüb dalaşacaqlar. Onlar həmin yerə getsələr də Emin və Eminin tanışları ilə görüşə bilməmişlər. Belə ki, onlar avtomobilləri ilə Gəncə şəhəri istiqamətində gəlmişlər. Onlar da getdikləri avtomobillərlə Emin və Eminin tanışlarının arxasınca düşüb saxlatmaq istəsələr də, həmin şəxslər avtomobili saxlamamışlar. “Piribor” kimi adlanan yerdə Emin idarə etdiyi avtomobili işıqforda saxlamışdır. Onların avtomobildən Rəşad və Həbib, Ramil Hüseynov öz avtomobilindən düşüb Eminə saxlamasını desələr də, Emin avtomobili saxlamayıb sürüb getmişdir. O, içərisində olduğu avtomobil də daxil olmaqla onlarla birlikdə olan digər avtomobillər şəhər daxilində Emin və Eminlə birlikdə olan şəxslərin arxasınca düşmüşlər. Buna baxmayaraq Emin və Eminin yanında olan şəxslər avtomobili saxlamayıb getmişlər. Bundan sonra onlar Poçt qəsəbəsinə qayıdıb orada yenidən toplaşmışlar. Orada tanıdığı və tanımadığı təxminən 20-25 nəfər şəxlər olmuşdur. Onlar Emin və Eminin yanında olan şəxslərlə dava etmək üçün Gəncə şəhəri, Təbriz küçəsində yerləşən “Ürək xəstəxanası”nın yanına getmişlər. Həmin vaxt o, yenə də Vüqarın avtomobili ilə ora getmişdir. Vüqarın avtomobilini Ələsgər idarə etmişdir. Rəşad Əliyev avtomobildə ön sağ oturacaqda, Vüqar özü arxa sağ tərəfdə, o, ortada, Həbib isə arxa sol tərəfdə əyləşmişdir. Onlar həmin yerə gedib avtomobili “Vüsal” şadlıq sarayının yan tərəfində bir küçədə saxlamışlar. Həmin vaxt Renadın, Ramilin, Akifin və tanımadığı bir neçə nəfərin, 4-5 avtomobili də orda dayanmışdır. O, tanıdığı şəxslərdən orda Renad, Rəşad Əliyev, Qurban, Ramil Hüseynov, Həbib, Kamran, Araz, Təqsirləndirilən şəxs5 və tanımadığı bir neçə nəfər şəxslər orda olmuşdur. Onlar orda dayandıqdan təxminən 20-25 dəqiqə keçdikdən sonra orda olan şəxslər demişlər ki, Emin və Eminin yanında olan şəxslər davaya gəlmədilər. Bunun üçün də onlar yenidən Poçt qəsəbəsinə qayıtmaq üçün avtomobillərə minmişlər. Həmin vaxt o, yenə də Vüqarın avtomobilinə minmişdir. Ələsgər avtomobili idarə etmişdir. Vüqar arxa sağ tərəfdə, o ortada, Kamran onun sol tərəfində oturmuşlar. Onlar geri qayıdan zaman onlarla gedən şəxslərin avtomobillərin yolun ortasdında dayanıb avtomobildən düşdüklərini və yolun sol tərəfində dayanan “Qalinvagen” kimi tanınan avtomobilə tərəf getdiklərini görmüşdür. O, və onunla avtomobildə olan şəxslər də avtomobildən düşüb həmin yerə getmişlər. O, dava olacağını bilib əlində olan taxta parçasını da götürmüşdür. Orada olan şəxlər Eminin avtomobilini vurduqlarını görüb o, da əlində olan taxta ilə həmin avtomobili vurmuşdur. Sonra orda olan şəxslərin dalınca əllərində taxta parçası ilə qaçmışlar. Bundan sonra onlar yenidən hadisə yerinə qayıtmışlar. O, Kamran, Araz, Ramil və bir neçə nəfər xatırlamadığı şəxslər orada dayanan Emin tərəfdən gələn Vaqif adlı şəxsin avtomobilini vurub sındırmış, sonra üzü mal-qoyun bazarı istiqamətində getmişlər. Həmin vaxt Eminin avtomobili yüksək sürətlə onlara tərəf gəlmişdir. O, əlində olan taxta parçasını Eminin avtomobilinə atmışdır. Eminin arxasınca gələn “4 göz” kimi tanınan avtomobildən atəş açılmışdır. Həmin atəşin biri Vüqarın avtomobilinə dəymiş digərini də havaya atmışdır. Əməlindən səmimi peşmandır. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs4 ona CM-nin 221.3-cü maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək bildirdi ki, Rəşad Əliyevi uzun müddətdir ki, Poçt qəsəbəsi sakini kimi tanıyır və münasibətləri sıx və yaxşı olmuşdur. Aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Renadı da Poçt qəsəbəsi sakini kimi tanıyır, lakin Renadla bir o qədər münasibəti olmamışdır. Onun istifadəsində, lakin oğlunun kirvəsi Namiq Məmmədovun adına olan ***-******* saylı mobil telefon nömrəsi var idi ki, 13.07.2020-ci il tarixdə, saat təxminən 17-18 radələrində Rəşad yadında qalmayan hansısa nömrədən onun istifadəsində olan 055-75 67171 saylı nömrəyə zəng edərək kiminləsə dalaşdıqlarını bildirmiş və onu “Paştavoy”a çağırmışdır. O, da nə baş verdiyini öyrənmək üçün tək olaraq “Paştavoy”a, “kruq” deyilən yerə getmişdir. Həmin vaxt orada Rəşad və adlarını bilmədiyi, lakin üzdən tanıdığı 5-6 nəfər “Paştavoy” uşaqları olmuşdur. Rəşaddan nə baş verdiyini soruşduqda Rəşad ona bildirmişdir ki, Renadın söhbətinə görə Gəncə şəhəri Kəlbəcər şəhərciyinin yanında Kəlbəcərli oğlanlarla, Emin və adlarını bilmədiyi hansısa şəxslərlə dalaşmış və buna görə aralarında mübahisə böyümüşdür. O, həmin vaxt Rəşaddan və yanında olan digərlərindən qarşı tərəflə barışmaq istədiklərini soruşmuşdur. Rəşad və yanında olanlar isə qarşı tərəflə barışmaq istəmədiklərini və mübahisəni davam etdirəcəklərini ona bildirmişlər. O, mübahisənin böyüdüyünü və davadalaş olacağını başa düşüb oradan evlərinə getmişdir. Həmin günü gecə saatlarında isə eşitmişdir ki, Rəşad və “Paştavoy” uşaqları Bağman qəsəbəsinə gedərək qarşı tərəflə dalaşmışlar. Hadisədən bir qədər sonra polis tərəfindən axtarıldığını bilmişdir. Lakin işin ciddi olduğunu bilmədiyi üçün polisə gəlməmişdir. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs5 ona CM-nin 221.3-cü maddəsi ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində bildirdi ki, X37, X47, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, X13, X25, X19, X26, Şahid11 tanıyır, həmin şəxslərlə eyni bir ərazidə qaldığı üçün tanıyır, münasibəti yaxşıdır heç bir ədavəti və ya düşmənçiliyi yoxdur. 13.07.2020-ci il tarixdə, saat 20 radələrində o, tanışı X66 qəsəbəsində Azərbaycan Əsgəri küçəsində söhbət edən zaman tanışı “Rambı” ləqəbli şəxs onun istifadəsində olan telefonla zəng edib harada olduğunu soruşmuş, o, da olduğu yeri bildirmişdir. Təxminən 2-3 dəqiqə sonra Rambı öz idarə etdiyi qırmızı rəngli avtomobillə onun yanına gəlmişdir. Həmin vaxt Rambı ləqəbli şəxsin avtomobilində tanıdığı Rəşad və tanımadığı başqa bir adam da olmuşlar. Rambı avtomobilə oturmağı ona bildirdiyi üçün o, avtomobilə oturmuş və tanışı Röyal da öz “VAZ 21015” markalı avtomobili ilə onların arxasınca gəlmişlər. Yolda o, hara getdiklərini soruşanda Rambı demişdir ki, X76 adlı şəxs və tanışları döymüşlər, bunun üçün də Poçt qəsəbəsinin cavanları Emin və tanışları ilə Təbriz küçəsində “Ürək xəstəxanası”nın yaxınlığında dava etmək üçün görüş təyin etmişlər. Həmin vaxt ona məlum olmuşdur ki, oraya davaya gedirlər. O, getmək istəməsə də Rambıgilə heç nə deyə bilməmiş, fikirləşmişdir ki, getməkdən imtina etsə onu yaxşı qəbul etməyəcəklər. Bu səbəbdən də o, imtina etməkdən utanıb bir söz deməyib həmin şəxslərlə deyilən yerə getmişdir. Yolda 20 nömrəli məktəbin qabağında Rambı sükandan düşüb qabaq sol tərəfdə oturmuş, Rəşad avtomobili idarə etməyə başlamışdır. “Ürək xəstəxanası”nın yanına çatanda onlar orada dayanmışlar, Röyal da onların arxasınca həmin yerə gəlmişdir. Rambının avtomobilini orada saxlayıb onlar Röyalın avtomobilinə minmişlər. Rambı telefonla danışdıqdan sonra Poçt qəsəbəsinin oğlanlarının “Vüsal” şadlıq sarayının yaxınlığında olduqlarını və Röyala avtomobili oraya sürməyini demişdir. Röyal avtomobili oraya sürüb şadlıq sarayının yan tərəf küçəsində saxlamışdır. Həmin vaxt orda tanıdığı şəxslərdən, Araz, Ayaz, Qurban, Ramil, Həsən, Rəşad, Renad, Atin, Ələsgər, Vüqar, Kamran, Həbib, Miri, Ayxan və tanımadığı təxminən 30-35 nəfər şəxs olmuşdur. Orada bir daha söhbətdən məlum olmuşdur ki, Rəşadı və Renadı döyən şəxslərlə həmin yerdə dava olacaqdır. Həmin vaxt Emin tərəfdən tanımadığı şəxs oraya gəlmiş, Qurban və Renadla söhbət etmiş, həmin günün səhəri 3-5 nəfər oturub söhbət etməyi təklif etmişdir. Bir qədər həmin şəxslə söhbətdən sonra Qurbangil razılaşmışlar ki, səhər görüşüb söhbət edərlər. Bunun üçün də orada olan şəxslərə demişlər ki, Poçt qəsəbəsinə qayıtsınlar. O, Röyalın avtomobilinə oturmuş, orada olan şəxslər də öz avtomobilinə minib “Ürək xəstəxanası” istiqamətinə getmişlər. Ürək xəstəxanasının yaxınlığına çatanda Qalinvagen markalı avtomobilin yolun sol tərəfində dayandığını görmüşlər. Onlarla qayıdan şəxslər də avtomobillərini orada saxlamış əllərində dəyənəklə həmin Qalinvagen tərəfə qaçıb avtomobilə zərbələr vurmağa başlamışlar. O, da Röyalın avtomobilindən düşüb həmin yerə getmişdir. Sonra Qalinvagen avtomobili üzü Yeni Gəncə istiqamətində sürmuş, Emin tərəfdən gələn şəxlər isə üzü “Vüsal” şadlıq sarayı istiqamətində qaçmışlar. Onlarla gedən tanışlar da həmin şəxslərin ardınca qaçmışlar. O, da tanışlarına qoşulub həmin istiqamətdə qaçmışdır. Həmin vaxt Emin Qalinvagenlə onların üstünə sürüb onları vurmaq istəmiş, onlar bir qədər aşağı qaçıb sonradan geri qayıtmışlar. Sonra o, Ramilin avtomobilinə minmiş, sonuncu avtomobilini hərləyən zamanı Röyalın avtomobilini görmüş və düşüb Röyalın avtomobilinə minərək Poçt qəsəbəsinə sürməsini Röyala demişdir. O, avtomobilin ön tərəfində oturmuş, bir qədər avtomobili idarə edəndən sonra qabaqda Qurbanın dayandığını görüb Röyala saxlamasını demiş və Qurban da avtomobilin arxa tərəfində oturmuşdur. Sonra onlar Poçt qəsəbəsinə qayıtmışlar. Əməlindən səmimi peşmandır. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs6 ona CM-nin 221.2.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirdi ki, özünə məxsus avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. O, müştəri götürmək üçün öz avtomobili ilə həmişə qəsəbədə olan “Fama” marketin qarşısında dayanır. Poçt qəsəbəsində yaşayan Qurban, Həsən, Seymur, Renad, Vüqar, Rəşad adlı şəxsləri uzun müddətdir ki tanıyır, həmin şəxslərlə heç bir ədavət və düşmənçiliyi yoxdur. 13.07.2020-ci il tarixdə, saat 16 radələrində o, həmişə olduğu kimi “Fama” marketin qarşısında dayanıb müştəri gözləyərkən tanışları Həsən, Seymur, İntiqam və tanımadığı bir nəfər şəxs onun maşınına minərək “Pasyolka” adlanan əraziyə sürməsini istəmişlər. O, nə baş verdiyini bilməmiş və avtomobilini həmin şəxslərin dediyi əraziyə sürməyə başlamışdır. O, yolda olarkən Həsən Rəşadla, Renatla telefon vasitəsi ilə danışarkən başa düşmüşdür ki, Rəşad və Renad kiminləsə dalaşıblar və Həsəni də həmin dava ilə bağlı yanlarına çağırırlar. “Pasyolka” adlanan əraziyə çatarkən orada Vüqarın “Opel” markalı avtomobili ilə, Renadın “Kia Sorento” markalı avtomobili ilə, Raminin “Megan” markalı avtomobili ilə orada olduqlarını, yanlarında əlavə olaraq bir neçə xatırlamadığı avtomobilin, həmçinin Rəşadın, adlarını xatırlamadığı, lakin üzdən tanıdığı, əsasən “Poçt” qəsəbəsində yaşayan şəxslərin orada olduqlarını görmüşdür. Bir qədər orada dayandıqdan sonra orada olan söhbətdən başa düşmüşdür ki, Rəşad və Renadın dalaşdıqları Emin adlı şəxs həmin şəxslərlə görüşmək üçün Bakı yolunun üstünə, Kəlbəcər şəhərciyinin qarşısına çağırır. Buna görə onların hamısı birlikdə Eminin dediyi yerə getməyə başlamışlar. Həsən, Seymur, İntiqam və tanımadığı bir nəfər şəxs yenə də onun maşınına minmişlər. O, həmin yerə getmək istəməsə də Həsən onu məcbur edərək dostunun döyüldüyünü bildirib həmin yerə sürməyini istəmişdir. Onlar deyilən əraziyə gedərkən “Əllərin dairəsi” adlanan yerdə Emin adlı şəxsin özünə məxsus ağ rəngli “Mercedes” markalı avtomobillə Gəncə şəhərinin içərisinə doğru hərəkət etdiyini görmüşlər və hamısı avtomobillərini geriyə döndərib Eminin maşınının arxasınca gəlmişlər. “Priborun kruqu” adlanan yerdə Emin öz avtomobilini işıqforda saxlayarkən Vüqar özünə məxsus “Opel” markalı avtomobili Eminin maşınının qarşısına sürərək onun yolunu kəsmiş və avtomobildən düşmüşdür. Onlarla olan digər şəxslər də avtomobildən düşüb Eminin maşınına yaxınlaşaraq sonuncunu maşından düşürmək istəyərkən Emin avtomobilini hərəkətə gətirərək oradan uzaqlaşmışdır. Həmin vaxt onun idarə etdiyi avtomobil Eminin maşınının arxasında olmuş və onlar yenidən Eminin avtomobilinin arxası ilə sürməyə başlamışlar. Vüqar bir neçə dəfə öz avtomobili ilə Eminin maşınını sıxaraq saxlatmaq istəsə də Emin maşını saxlamamış və harasa getmişdir. Onların hamısı isə oradan «Poçt» qəsəbəsinə getmişlər və maşınında olan şəxslər maşından düşdükdən sonra o, yemək yeməsi üçün evinə getmişdir. Bir qədər yemək yeyib yenidən saat 20-21 radələrində “Fama” marketin qarşısına getmişdir ki, taksi kimi fəaliyyətini davam etdirsin. Həsən, Seymur onun maşınına minərək qəsəbədə “kruq” deyilən əraziyə sürməsini istəmişlər. Həmin vaxt Həsəngil davaya getdiklərini ona bildirmişlər. O, deyilən əraziyə getmək istəməsə də Həsən, Rəşad, Renad, Ramin və digərləri ilə münasibəti yaxın olduğuna görə utanıb həmin şəxslərlə getməkdən imtina etməmişdir. Onlar oradan “kruq” deyilən əraziyə getmişlər. Həmin vaxt orada Renadın, Vüqarın, Raminin avtomobilini görmüşlər, həmin şəxslərin özləri ilə yanaşı Rəşad, Qurban və adlarını xatırlamadığı digər şəxslər də orada olmuşlar. Bir qədər orada dayandıqdan sonra Emingillə “Bağman” ərazisində görüş olacağını bildirmişlər. Bundan sonra Həsən, Qurban və Seymur da onun maşınına minmişlər, onlar oradan “Bağman” deyilən əraziyə getmişlər ki, Emingillə görüşsünlər. Onlarla birlikdə ora Renad, Vüqar, Ramil, həmçinin tanımadığı 2-3 avtomobil və 20-25 nəfərə yaxın şəxs də gəlmişdir. Həmin əraziyə çatdıqdan sonra bir qədər dayanıb Eminlə zəngləşmişlər və görüşün səhərə qaldığını demişlər. Onlar oradan geri qayıdarkən isə “döş əti” kimi tanınan kababxananın qarşısında Eminin maşınının dayandığını gördükləri üçün bütün maşınlar, həmçinin o, da həmin yerdə dayanmışlar və avtomobildə olan bütün şəxslər, onun avtomobilində isə olan Qurban, Seymur və Həsən adlı şəxslər də onun avtomobilindən yerə düşərək Eminin avtomobilinin üstünə hücum çəkmişlər. O, isə öz avtomobilindən düşüb avtomobilin yanında dayanıb nə baş verdiyinə baxmağa başlamışdır. Onlarla birlikdə ora getmiş şəxslər Eminin maşınını daşla, taxta ilə vurmağa başlamışlar və Emini maşından düşürmək istəmişlər. Lakin Emin maşını sürərək oradan uzaqlaşmış və bir neçə dəqiqədən sonra yenidən hadisə yerinə gələrək avtomobili orada olan şəxslərin üstünə sürüb yenidən hadisə yerindən uzaqlaşmışdır. Bundan sonra Həsən və tanımadığı şəxslər onun maşınına minmişlər və onlar oradan Poçt qəsəbəsində “kruq” deyilən əraziyə getmişlər. Əməlindən səmimi peşmandır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, X12 onun dostudur. “Mişa” ləqəbli Mətləb də tanışıdır. Həmin şəxslərin hər ikisi ilə münasibəti yaxşıdır, heç bir ədavəti və ya düşmənçiliyi olmamışdır. 12.07.2020-ci il tarixdə təxminən saat 21 radələrində dostu Pərviz ona zəng edib dedi ki, tanışı “Mişa” ləqəbli Mətləb digər tanışları Xəyalın telefondan “Watsap” vasitəsi ilə Mətləbin ünvünına, yəni arvad, var yox söyüşləri söymüşdür. O, Pərvizə demişdir ki, Mişa yəqin piyandır. Bu səbəbdən də Mişaya baş qoşmamasını, sonuncunun telefonlarından gələn zənglərə cavab verməməsini demişdir. Bir nə qədər sonra Pərviz ona yenə də zəng edib Mişanın əl çəkmədiyini və İmamzadənin yanına gəlməsini dediyini bildirmişdir. O, yenə də Pərvizə demişdir ki, Mişanın telefonlarına cavab verməsin. Təxminən 30 dəqiqə sonra Pərviz yenə zəng edərək bildirmişdir ki, Mişa İmamzadənin yanına gəlməyənin ünvanına nalayiq söyüşlər söymüş, Pərvizi həmin yerə çağırmışdır. O, da evdən çıxıb öz idarə etdiyi “Mersedes Benz G 55 AMG” markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Atatürk prospektindən Dəmir yol vağzalının «dörd yolu» kimi tanınan yerdən Pərvizi və yanında olan tanışları Uralı götürmüşdür. Pərviz ona demişdir ki, Mişa, Renad və Xəyal yeyib-içib sərxoş vəziyyətdədilər və İmamzadə yolunda gözləyirlər. O, Pərvizə demişdir ki, Mişa zəng etsə cavab verməsin, səhəri gün ayıq başla söhbət edərlər. Onun Gəncə şəhərinin mərkəzində işi olduğundan Pərviz və Urala da onunla birlikdə getmələrini demişdir. O, işini yekunlaşdırdıqdan sonra yenidən Dəmiryol vağzalı istiqamətinə qayıtmışlar. Bir nə qədərdən sonra Pərviz demişdir ki, Mişa yenə də “Watsap” vasiəti ilə “sms” göndərib İmamzadə yoluna çağırmışdır. O, da İmamzadə tərəfə doğru avtomobilini idarə etmişdir. «Sərin» şadlıq sarayını keçəndən sonra dairədə yenidən geri qayıdıb Pərvizə demişdir ki, Mişaya zəng etsin, şəhər tərəfdə söhbət etsinlər. O, Gəncə şəhəri Keçid küçəsi ilə üzü Savxoz Nizami dairəsinə tərəf gedəndə qarşıdan Renadın idarə etdiyi “Kia” markalı avtomobilin gəldiyini görmüşdür. O, əli ilə işarə etmişdir ki, ardınca şəhər istiqamətinə gəlsinlər. Lakin Renadgil də üzü İmamzadə istiqamətində keçmişlər. Sonra Mişa yenidən Pərvizə zəng edib İmamzadənin yanına gəlmələrini demişdir. O, da avtomobilini geri hərləyib İmamzadə istiqamətində Renadın avtomobilinin arxasınca getmişdir. Onlar avtomobilləri İmamzadənin yaxınlığında saxlamışlar, Pərviz və Ural ondan əvvəl avtomobildən yerə düşmüşlər. Sonra o, avtomobildən düşmüşdür. Həmin vaxt görmüşdür ki, Mişa əlində nəsə dəyənək formasında bir alətlə Pərvizin üzərinə gedib Pərvizə zərbələr endirir, Pərviz də qaçır. Həmin vaxt Mişanın ayağı nəyəsə ilişib yerə yıxılmış, Pərviz sonuncunun əlindəki dəyənəyi tutub əlindən almaq istəmiş, Mişa isə cəhd etmişdir ki, ayağa qalxıb Pərvizi vursun. Həmin vaxt o, Ural, orada olan digər avtomobillə gələn Xəyal, Renadla bir yerdə Mişanı və Pərvizi tutub aralamışlar. Bundan sonra Renad Pərvizi tutub badalax verərək yerə yıxmış, özü də Pərvizin üstünə yıxılmışdır. Həmin vaxt o, Uralla birlikdə Renadı tutub qaldırmışlar ki, Pərvizi döyməsin. Onlar Renadı araladıqdan sonra o, Renad və Pərvizə öz iradını bildirmişdir ki, “bu nə hərəkətdir edirsiniz, dəyənək nəyə lazım idi, Pərvizi təkmi görübsünüz, niyə döyürsünüz”. Bundan sonra Renad onun üstünə gəlib ona nalayiq söyüşlər söymüşdür. Həmin vaxt Xəyal da Uralın üstünə gedib Uralla dava etmək istəmişdir. Sonra Renad avtomobilinə gedib avtomobildən, səhv etmirsə bıçaq götürüb onun üstünə gəlmişdir. Həmin vaxt Mişa, Ural və Pərviz ona demişdir ki, Renad içkili olduğu üçün sonuncuya baş qoşmasın. Həmin vaxt Mişa araya girib Renadı aralamışdır ki, onunla dava etməsin. Sonra Renad gedib onun avtomobilinə minmiş, ona ana bacı söyüşləri edib onunla gedib təkbətək dava etməyini istəmişdir. Həmin vaxt o, əsəbləşib Renadla dava etmək üçün avtomobilinə minib oradan getmək üçün sükanın arxasına əyləşmək istəyəndə Pərviz və Ural onu tutub saxlamışlar. Xəyal da Renadı avtomobildən yerə düşürtmış və oradan çıxıb getmişlər. O, da Pərviz və Uralla birlikdə çıxıb getmişlər. O, yaşadığı evə getməyini Pərvizə tapşırmış və avtomobilindəki həmin şəxsləri düşürdüb getmişdir. Təxminən 1 saat sonra, yəni 13.07.2020-ci il tarixdə saat 00:10 radələrində Renad ona zəng edib yaşadığı evin qarşısına çıxmağını demişdir. O, evdə olduğunu, səhərisi gün zəng edib danışmağı Renada bildirmişdir. Renad əvvəlcə onunla razılaşsa da təxminən 10 dəqiqədən sonra yenidən ona zəng edib yaşadığı evin qarşısına çıxmağını bildirmişdir. O, pəncərədən baxanda Renadın yaşadığı evin qarşısında dayandığını görmüşdür. O, elə güman etmişdir ki, Renad əvvəlcə olan söhbətə görə ondan üzr istəmək üçün gəlibdir. O, Renadın yanına düşmış, sonuncu avtomobilinə əyləşməyi ona bildirmişdir. Həmin vaxt Renadın avtomobilində bir nəfər tanımadığı şəxs öndə, digəri isə arxada əyləşmişdir. O, avtomobilin arxa sağ tərəfində əyləşmişdir. O, həmin iki nəfəri görəndə fkirləşmişdir ki, Renad onu aparıb həmin şəxslərlə birlikdə döymək istəyir. Həmin vaxt Renad avtomobili idarə edib hərəkətə başlamışdır. Həmin zaman öndə bir avtomobilin dayandığını və həmin avtomobilin içində ön tərəfdə Xəyalın oturduğunu görmüşdür. Xəyal əyləşdiyi avtomobil də hərlənib hərəkət etmişdir. Renad da həmin avtomobilin arxasınca hərəkətə başlayanda o, qətiləşdirmişdir ki, həmin şəxslər onu döyməyə aparırlar. Həmçinin Renadın avtomobilində ön sol tərəfdə oturan tanımadığı şəxs də Renada işarə ilə nəsə demişdir. O, dərhal Renada avtomobili saxlamasını desə də Renad avtomobili saxlamayıb getmək istəyəndə o, avtomobilin qapısını açmış və Renad da avtomobili saxlamışdır. O, avtomobildən yerə düşmüş, Renad da avtomobildən düşdüb onun yanına gəlmişdir. O, Renada irad bildirmişdir ki, nəyə görə uşaq yığıb onun üstünə gəlir. Həmin vaxt avtomobildə ön sol tərəfdə oturan şəxs demişdir ki, “ağali uşaq nədi ee, biz uşağıq”. Həmin vaxt Xəyal da ora gəlmiş, o, Renada demişdir ki, “sən kimsən ki, gecə vaxtı mənim evimə gəlmisən?”. Sonra Renada demişdir ki, “çıx get sonra danışarıq”. Renadgil də çıxıb getmişlər. Renad avtomobilinə mindikdən sonra yenidən ona zəng edib Poçt qəsəbəsində məktəbin həyətinə gəlməyini demişdir. O, fikirləşmişdir ki, Renadın dediyi yerə getməsə Renad yenə də onun evinə gələcək. Bunun üçün də Pərvizə zəng edib olanları danışmış və birlikdə Renad dediyi yerə getməyi bildirmişdir. Onlar bir yerdə poçt qəsəbsinə getmişlər. Yolda Xəyal ona zəng edib məktəbin həyətinə getməməyi, yanacaq doldurma məntəqəsinin yanına gedib orada söhbət etməyi bildirmişdir. Xəyal ona demişdir ki, Renad sərxoşdu, sonuncu ilə dava etməyə getməyin. Pərvizlə o, yanacaq doldurma məntəqəsinin yanına getmişlər. Orada Xəyal, tanımadığı 7-8 nəfər və Renad olmuşlar. O, və Pərviz avtomobildən düşüb həmin şəxslərə yaxınlaşmışdır. Həmin vaxt tanıdığı Ramil adlı şəxs onlara yaxınlaşıb demişdir ki, səhər Renadla ayıq başla söhbət edərsiniz. Həmin vaxt o, orada olan Renadla onların yaşadığı evə gəlib onu çağıran avtomobilin ön tərəf oturacağında əyləşən şəxsə demişdir ki, «sən nə üçün mənim qapıma gəlmişdin». Həmin şəxs də ondan üzr istəmiş, daha sonra isə onlara demişdir ki, evlərinə getsinlər və sabah söhbət edib onun yaşadığı evə gəldiyini izah edib Renadı səhv edərlər. 13.07.2020-ci il tarixdə təxminən saat 15 radələrində o, Renada zəng edib harada olduğunu soruşmuş, ötən gecə yaşadığı evə gəldiyi üçün oturub söhbət etmək istədiyini bildirmişdir. O, Renadı Gəncə-Bakı yolunun 1-ci kilometirliyində salınmış qəsəbəyə çağırmış, həmin qəsəbəyə gedəndə Pərviz ona zəng edib Renadla görüşüb-görüşmədiyini soruşanda o, məcburi köçkünlər üçün yeni salınmış qəsəbəyə getdiyini, orada Renadla görüşəcəklərini bildirmişdir. Pərviz də həmin yerə gələcəyini ona demişdir. Həmin vaxt oraya onlar tərəfdən Pərvizin tanışları olan tanıdığı Vaqif adlı şəxs, sonradan isə tanımadığı 3-4 nəfər şəxslər də gəlmişlər. Bir neçə dəqiqə sonra isə Ural da həmin yerə gəlmişdir. Bunlardan təxminən 40 dəqiqə sonra tanıdığı Vüqar ona zəng edib “ay Emin biz hamımız tanışıq. Özün bilirsən ki, Renad içəndə danışığını bilmir. Bir səhfdi edib bağışla çıxıb getsin” deyə ona müraciət etmişdir. O, da Vüqara demişdir ki, səhv edən zəng edib üzr istəyər. Həmin vaxt Vüqar demişdir ki, onların olduğu yerə gəlib söhbət edərlər. Təxminən 20 dəqiqədən sonra Renad öz avtomobili ilə onların olduqları yerə gəlmiş, Renaddan başqa avtomobildə tanıdığı Rəşad və Vüqar adlı şəxslər də olmuşlar. Həmin vaxt yəni, 13.07.2020-ci il tarixdə, saat 17 radələrində Renadgilnən onlar görüşmüşlər. Rəşad ona yaxınlaşıb onunla kənarda təklikdə söhbət etmək istədiyini demişdir. Həmin vaxt orada olan Anarın tanışları Rəşada demişlər ki, “gəlin burda söhbət edək”. Rəşad da əli ilə işarə edib “ə siz saxlıyın” deyərək səslənmişdir. Həmin vaxt orada olan şəxslər Rəşadın üstünə gedib Rəşadı və yanında olan Renadı döymüşlər. Sonra o, Vüqar, Pərviz, Ural onları aralamışlar. Renadı, Vüqarı və Rəşadı gəldikləri avtomobilə mindirib yola salmışlar ki, çıxıb getsinlər. Renadgil də oradan çıxıb getmişlər. Vüqar ona zəng edib Rəşadı döyənləri və onu nalayiq söyüşlərlə hədələmişlər. Bundan sonra onun telefonuna tanımadığı şəxlərdən zəng olunmuş, onu müxtəlif yerlərə söhbət etməyə çağırmışlar və “Rəşadı vurubsuz, gəlin cavab verin” demişlər. O, da həmin şəxlərlə danışıb söhbəti şirinliklə başa vurmağı çalışmış, lakin həmin şəxslər yenidən qızışmışlar. Həmin vaxt Xəyal ona zəng edib bildirmişdir ki, Rəşad və dostları xeyli sayda adam yığıb o, və Rəşadı döyən şəxslərlə dava etməyə hazırlaşırlar. O, Rəşad və dostlarının böyüyü kimi tanıdığı Qurban adlı avtoriteti yığıb dostlarını sakitləşdirməsini xahiş etmişdir. Qurban ona hadisədən məlumatı olduğunu və Rəşadın hansı səbəbə vurlumasını, Rəşad qardaşı olduğunu, Rəşadı vuranlar cavablarını alacağını ona demişdir. O, Qurbandan xahiş etmişdir ki, bu söhbəti başa çatdırsın, mehribançılıqla qurtarıb getsin. Qurban da ona “baxarıq deyib telefon əlaqəsini kəsmişdir. Bundan sonra o, öz avtomobili ilə Pərviz və Uralla birlikdə həmin yerdən çıxıb yaşadıqları evə getmək qərarına gəlmişlər. Onlar Bakı-Gəncə yoluna çıxıb Gəncə şəhəri istiqamətində hərəkət edən zaman Nizami prospektinin girəcəyində olan dairədə görmüşdür ki, Renadın avtomobili və Vüqarın “Opel” markalı avtomobili yolun sağında dayanıb, lakin o, dayanmayıb yoluna davam etmiş, əgər dayansa həmin şəxslər çox olduqları üçün onları döyüb xəsarət yetirəcəklər. O, “Cihazqayırma” zavodunun yanında olan işıqfora çatanda Vüqarın Opel markalı avtomobili, üzərində taksi işarəsi olan “VAZ 2107” markalı, “VAZ 2106” markalı avtomobillər, Renad öz avtomobilini, Ramil idarə etdiyi avtomobili onun avtomobilinin önünə, sağ və soluna sürüb avtomobilini saxlamağını ondan tələb etmişlər. Həmin avtomobillərin içində xeyli sayda adamlar olduqları üçün o, avtomobilini orda saxlamaqla özünü və avtomobilində olanları təhlükəyə atacağını başa düşmüşdür. Bunun üçün də avtomobili saxlamayıb çıxıb getmişdir. O, həmin şəxslərdən yayınıb gözündən itmək istəmiş, lakin həmin şəxslər bütün şəhəri onun arxasınca siqnal verərək saxlamağını tələb etmişlər və ona işarələrlə hədə-qorxu gəlmişlər. Vüqar həmin vaxt ona zəng edib avtomobili saxlamağını demişdir. O, da “saxla deyirsən, gör indi nağaracam” deyə cavab verəndə Vüqar «nə edəcəksən, polisə məlumat verəcəksən» demiş və o, telefonunu söndürmüşdür. Bundan sonra həmin şəxslər onun arxasınca gəlməmişlər. O, Avtozavod qəsəbəsinə gedib avtomobilini saxlayıb yenidən Qurbana zəng edib tanışlarına söz-söhbətə son qoymasını bildirsə də Qurban bunun mümkün olmadığını bildirib mübahisəni davam etdirəcəyini demişdir. Həmin gün təxminən saat 21 radələrində tanımadığı şəxslər ona zəng edib demişlər ki, Qurbangil Qızılca yoluna mübahisəyə və dava-dalaşa çağırırlar. O, həmin yerə getmək istəməmiş, lakin digər tanışları da ona zəng edib demişlər ki, Qurbangil dava-dalaş etmək üçün həmin yerə çağırırlar. O, Qurbana zəng etsə də sonuncu telefona cavab verməmişdir. O, axırda məcbur qalıb Gəncə şəhər Təbriz küçəsində yerləşən kardioloji xəstəxananın qarşısına getmişdir. Həmin vaxt orda Vaqifə məxsus “VAZ 2106” markalı avtomobil, həmçinin sonuncunun tanışlarının orada olduqlarını görmüşdür. O və Pərviz də orada bir tərəfdə dayanmışlar. Bir neçə dəqiqədən sonra Qızılca qəsəbəsi tərəfdən təxminən 15-20 sayda avtomobil gəlib onlar olduqları yerdə dayanmışdır. Həmin vaxt o, Pərvizlə birlikdə onun avtomobilində dayanmışlar. Həmin vaxt avtomobildən düşən şəxslər onun və orada olan tanışlarının ünvanına nalayiq söyüşlər söyərək əllərində olan dəyənək, taxta parçaları daşla onun avtomobilini vurub zədələmişlər. O, avtomobili ilə yanaşı ona da xəsarət yetiriləcəyini görüb məcbur qalaraq avtomobilini Gəncə şəhər Yeni Gəncə istiqamətində hərəkət etdirmişdir. Həmin vaxt orda olan Ramil, Vüqar və tanımadığı çoxlu sayda şəxslər avtomobilinin yan güzgülərini sındırmışlar, söyüşlər söyüb orada vahimə yaratmışlar. Avtomobilinin güzgülərini sındırdıqları və zədələdikləri üçün o, əsəbləşmiş və avtomobili hərləyib həmin şəxslərin üstünə sürmüşdür ki, həmin şəxsləri vursun ki, ürəyi sakitləşsin. O, həmin şəxslərin üstünə getsə də həmin şəxslər yenə də əllərində olan daş dəyənəklə yenidən onun avtomobilini vurub zədələmişlər. O, Yeni Qızılca qəsəbəsi istiqamətdə hərəkətdə olarkən postu keçib getmiş və yenidən geri qayıtmış, kənarda dayanıb baxmışdır ki, həmin şəxslər oradan çıxıb getsinlər və o, da rahat çıxıb getsin. Həmin vaxt Vaqif onlara zəng etmişdir ki, avtomobilini saxladığı yerdə gizlənib və orada olan şəxslər axtarırlar. O, məcbur qalıb yenidən həmin yerə getmişdir. Yenə də postu keçib getmişdir. Polis ona saxla işarəsi versə də o, saxlamamış və qorxmuşdur ki, həmin şəxslər onu və avtomobildə olan şəxsləri polisin yanında gəlib döyərlər. O, postu keçib əvvəlki yerə çatana yaxın Vüqarın “Opel” markalı avtomobili yolun sağ tərəfində dayanmışdır. Vüqar və sonuncunun yanında olan 6-7 nəfər şəxslər yenidən onun üstünə cumub dəyənəklə avtomobilini vurmuşlar. O, da Vüqarın avtomobilini sürtüb keçmiş, orada olan şəxslərin hamısı orada ona daş, dəyənək atdıqları üçün o, avtomobili saxlamayıb sürüb evinə getmişdir. Hadisə zamanı avtomobilinə ziyan dəymişdir. Təqsirləndirilən şəxslərlə barışmışdır, onlardan hər hansı şikayəti və tələbi yoxdur. Ona dəyən ziyan tam olaraq ödənilmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində bildirdi ki, 13.07.2020-ci il tarixdə, saat 16 radələrində tanışı Zərərçəkmiş şəxs1 onun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edib Poçt qəsəbəsinin oğlanları ilə bir gün əvvəl mübahisəsi olduğunu və həmin mübahisəni 13 iyul 2020-ci il tarixdə görüşüb davam edəcəyini ona bildirmişdir. Poçt qəsəbəsinin oğlanları ilə olan söhbətdə yanında olmağı Emin ondan xahiş etmiş, tanıdığı və etibar etdiyi bir iki nəfər oğlan da aparmağı ona bildirmişdir. O, da tanıdığı X38 istifadəsindəki ***-***-**-** və Ülvi Hüseynovun istifadəsindəki ***-***-**-** saylı mobil telefon nömrələrinə zəng edib Eminin dediklərini həmin şəxslərə bildirmişdir. Rəsul onunla bir yerdə kikboks idman növü ilə məşğul olmuş, uzun müddət münasibətləri yaranmış və məcburi köçkünlər üçün salınmış qəsəbədə yaşayır. Ülvini də uzun müddətdir ki tanıyır, sonuncu ilə şəhərdə tanışlarının vasitəsilə dost olmuşdur. Həmin vaxt Rəsul yaşadığı qaçqın şəhərciyində olduğunu, həmin tərəfin şəhərdən kənar olduğunu və söhbətin də orada olmasını məsləhət görmüşdür. O, Ülviyə və Eminə həmin qəsəbəyə gəlmələrini demişdir. Təxminən 20 dəqiqə keçdikdən sonra onun özü də həimn yerə getmişdir. O, oraya gedən zamanı dostu Rəsul Musayev, Ülvi Hüseynov və həmin şəxslərin yanında tanımadığı 2-3 nəfər şəxslər olmuşlar. Sonradan oraya Anar tanımadığı taksi avtomobili ilə, bir qədər sonra isə Zərərçəkmiş şəxs1 öz avtomobili ilə dostu Pərviz Salmanovla birlikdə oraya gəlmişlər. Emin onların yanına gəldikdən sonra Poçt qəsəbəsində olan Renad adlı şəxsə zəng edib həmin yerdə gözlədiklərini bildirmişdir. Emin həmin müddət ərzində danışmışdır ki, bir gün əvvəl Renad adlı şəxslə mübahisəsi düşmüş, mübahisədən sonra Renad gecə yarıdan sonra Emingilə zəng edib sonuncunu evdən çıxardıb yenidən mübahisə etmiş, mübahisənin davamını həmin günə saxlamışlar. Təxminən 50-55 dəqiqədən sonra adını Renad kimi bildiyi şəxs özünə məxsus olan qara rəngli “Kia” markalı avtomobili ilə oraya gəlmişdir. Həmin vaxt Renadın yanında adlarını sonradan bildiyi Rəşad və Vüqar adlı şəxslər də olmuşlar. Həmin şəxslər avtomobildən düşən kimi Rəşad Emini yanına çağırmış, Emin Rəşadın yanına gedəndə onlar da Eminlə getmək istəyəndə Rəşad onlara alçaldıcı cavab verərək «ə sən saxla əəə, məni səf salmayın» sözlərini demişdir. Rəşadın həmin sözlərinə görə sonuncu ilə onun arasında mübahisə düşmüş, həmin vaxt Eminlə Rəşad kənara çəkilmiş, o, isə Renadı qırağa çəkib Eminə qarşı etdiklərinin səhv olduğunu bildirmişdir. Həmin vaxt Renadla sözü çəpləşmiş, o, Renadı yumruqla vurmuş, Rəşad da qışqıraraq onun üstünə gəlib onu vurmaq istəyəndə o, Rəşadı qabaqlamış, yumruq və kəllə ilə sonuncunu vurub yerə yıxmışdır. Həmin vaxt Emin, Rəsul və digərləri onları aralamışlar, Renadgil gəldikləri avtomobilə minib oradan getmişlər. Renadgil onlarla görüşüb davam etmək istədiklərini çatdırmışlar. Bundan sonra onlar həmin yerdən uzaqlaşıb şəhərin mərkəzi istiqamətində gedərkən Poçt qəsəbəsinin oğlanları «Pribor» adlanan yerdə 4-5 avtomobillə işıqforda onların qabağını kəsmişlər. Onlar həmin yerin mərkəz olduğunu, dava edərlərsə polis tərəfindən tutulacaqlarını bildirmişlər. Buna baxmayaraq Poçt qəsəbəsinn oğlanları avtomobilləri ilə onların avtomobillərini təqib etmişlər, sonradan isə ayrılıb çıxıb getmişlər. Həmin vaxt onun avtomobilində Ülvi, Rəsul, sonuncunun 2 nəfər tanışları, Eminin avtomobilində isə sonuncu ilə yanaşı Anar və Pərviz olmuşlar. Onlar dağılıb öz evlərinə getmək, Renadgilnən zəngləşib mübahisəni mehribançılıqla həll etmək qərarına gəlmişlər. Lakin Poçt qəsəbəsində olan Qurban, Renad, Rəşad və digərləri mübahisəni və dava-dalaşı davam etdirmək üçün Eminə zəng edib Göygöl rayon Qızılca qəsəbəsinə gəlmələrini tələb etmişlər. Onlar ilkin olaraq həmin yerə getmək istəməsələr də Qurbanın çoxsaylı zəngindən sonra həmin yerə getmək qərarına gəlmişlər. Emin ona zəng edib çayın qırağındakı tanışlarını da götürüb həmin yerə getmələrini bildirmişdir. Həmin vaxt o, öz tanışı Ülvi və Rəsula da zəng edib dava olacağını bildirmişdir. Ülvi onu da götürməyi ona bildirsə də Rəsul həmin ərazidə olduğunu demişdir. Ülvi və Rəsulun dediyi tanımadığı şəxsləri götürüb Qızılca qəsəbəsi istiqamətində hərəkət etmişdir. Yolda Emin ona zəng edib tapşırmışdır ki, Təbriz küçəsində “Ürək Xəstəxanası”nın yanında dayanıb gözləsinlər. O, həmin yerə çatanda orada heç kim olmamışdır. Sonradan Rəsul tanımadığı avtomobillə, Emin isə öz avtomobili ilə Anar və Pərvizlə birlikdə oraya gəlmişlər. X77 telefon danışıqları etmiş, mübahisənin sabahı günə qalmağını razılaşmışlar. Onlar öz avtomobiilərinə istiqamətində gedən zamanı yolun hərəkət istiqamətində 9-10 avtomobilin dayandığını, həmin avtomobillərin içərisindəki şəxslərin əllərində dəyənəklə onların üstünə gəldiklərini görmüşlər. Həmin şəxslər dəyənəklərlə Eminin avtomobilinə zərbələr endirmişlər. Həmin vaxt Emin avtomobilini sürüb oradan uzaqlaşmışdır. Həmin şəxslər onların üstünə hücum çəkmişlər, o, həmin şəxslərin ona xəsarət yetirəcəklərini görüb oradan təxminən 500 metr məsafədə qaçdıqdan sonra bir nəfərdən xahiş etmişdir ki, həmin şəxsin evində gizlənsin. Həmin şəxs də etiraz etməyib onu evinə salmışdır. O, tanımadığı həmin şəxsin evində olan zamanı əlində dəyənəklər olan şəxslərin səslərindən eşitmişdir ki, onu axtarırlar. O, təxminən 10 dəqiqədən sonra həmin evdən çıxıb hadisə yerinə qayıtmış və avtomobilinin yararsız hala salındığını görmüşdür. O, polis əməkdaşlarına özünü təqdim edib maşının sənədlərini verib Polis İdarəsinə getmişdir. Təqsirləndirilən şəxslərlə barışmışdır, onlardan hər hansı şikayəti və tələbi yoxdur. Ona dəyən ziyan tam olaraq ödənilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X52 ifadəsində bildirdi ki, X12, Müdafiəçi6 Zahid oğlu, “Mişa” ləqəbli Mətləb və Xəyal onun tanışlarıdır, həmin şəxslərlə münasibəti yaxşıdır, heç bir ədavəti və ya düşmənçiliyi olmamışdır. 12.07.2020-ci il tarixdə o, Xəyal və Mişa ilə istirahət etmək üçün Daşkəsən rayonuna getmişlər. Onların hər üçü də orada sipirtli içki qəbul edib yeyib–içən zamanı Mişa, Xəyalın telefonu ilə tanışları Pərvizlə “Watsap” vasitəsi ilə danışmışlar. Həmin vaxt aralarında nə səbəbdənsə mübahisə düşmüş, telefonda bir-birlərinə nalayiq söyüşlər söymüşlər. Mişa, Pərvizə demişdir ki, Gəncə şəhərinə qayıdandan sonra söhbət edəcəkdir. Həmin gün təxminən saat 21 radələrində onlar Daşkəsən rayonundan Gəncə şəhərinə qayıtmışdılar. Mişa, Pərvizə zəng edib “İmamzadə” türbəsinin yanına gəlməyi və söhbət etmək istədiyini bildirmişdir. O, Mişa və Xəyalla birlikdə onun idarə etdiyi “Kia Sarento” markalı, **-HT-*** nömrə nişanlı avtomobillə “İmamzadə” istiqamətində gedərkən həmin vaxt yolda Eminin idarə etdiyi “Mercedes Benz G 55 AMG” markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobillə rastlaşmışlar. Onlar dal-qabaq “İmamzadənin” yanına gedib orada dayanmışlar. Həmin vaxt Mişa arxada oturmuş, Mişa onun avtomobilində olan beyzbol idman oynunun taxtasını götürüb Eminin avtomobilindən düşən Pərvizin üstünə gedib sonuncunu vurmuş, aralarında dava düşmüş və Mişa yerə yıxılmışdır. O, Pərvizi arxadan tutub aralamış və dalaşmasınlar deyə Pərvizin ayağından badalax vermişdir. Həmin vaxt Emin ona irad olaraq Mişanı nə üçün sərxoş vəziyyətdə həmin yerə apardığını ona bildirmişdir. O, da Eminə demişdir ki, Mişa özü əl çəkməyib gedibdir. Bu səbəbdən də Eminlə onun arasında mübahisə düşmüşdür. Eminlə o, sözlə bir-birlərinə nalayiq söyüşlər söymüşlər. Sonra o, Eminin avtomobilinə minmişdir ki, gedib sonuncu ilə təklikdə söhbər etsin. Həmin vaxt orada olan tanışları Mişa, Xəyal, Pərviz və Eminlə gələn Ural onları sakitləşdirmişlər. Mişa avtomobilindən götürdüyü beyzbol taxtasını həmin yerdə yerə atmışdır. O, həmin taxtanı götürüb arxa ayaqaltına qoymuşdur. Sonra onlar ayrılmışlar və Gəncə şəhəri Dəmir yol vağzalının yaxınlığına qayıtmışlar. O, Xəyal və Mişa ilə birlikdə 20 nömrəli orta məktəbin qarşısında dayanıb söhbətləşmişlər. Sonra o, həmin şəxslərdən ayrılıb Poçt qəsəbəsinə getmişdir. Orada tanışları, eyni küçədə yaşadığı Rüstəm və Pərvizlə rastlaşmış, həmin şəxslərlə söhbətləşmişlər. Həmin şəxslər onun avtomobilinə minmişlər. O, bir qədər hərləndikdən sonra fikirləşmişdir ki, Eminlə heç bir səbəb olmadan mübahisə etmişdir. 13.07.2020-ci il tarixdə təxminən saat 00:10 radələrində o, Eminə zəng edib harada olduğunu və sonuncu ilə görüşmək istədiyini bildirəndə Emin evdə olduğunu, səhər açılanda görüşəcəyini demişdir. O, bir daha Emindən xahiş etmişdir ki, onunla görüşsün. Emin də evdə olduğunu deyəndə o, yaşadığı evin qarşısında olduğunu bildirmişdir. Bir neçə dəqiqədən sonra Emin həyətə çıxmış, onun avtomobilinə əyləşmişdir. Pərviz avtomobildə ön oturacaqda oturduğu üçün Emin arxada əyləşmiş, həmin vaxt Rüstəm də arxa oturacaqda əyləşmişdir. Emin avtomobili sürüb bir qədər yaşadığı evdən qıraqda danışmağı ona bildirdiyi üçün o, avtomobili idarə edib bir qədər getmişdir ki, Emin avtomobili saxlamağını dediyi üçün o, avtomobili saxlamış və Emin avtomobildən yerə düşdüyü üçün özü də Eminin ardınca yerə düşmüşdür. Söhbət zamanı dava edən Mişa ilə Pərviz Salmanovun kənarda qaldığını, səbəb olmadan onun üstünə nəyə görə düşdüyünü Eminə bildirəndə sonuncu «camaatı yığıb niyə mənim üstümə düşübsən» deyə ona müraciət etmişdir. O, da avtomobilində olan şəxslərin onun tanışları olduğunu, həmin şəxslərin bu işə heç bir aidiyyatı olmadığını demişdir. Emin ona demişdir ki, «get sonra söhbət edərik». O, da avtomobilinə əyləşib getmiş, təxminən 20 dəqiqədən sonra Eminə zəng edib Poçt qəsəbəsində olduğunu və sonuncunu gözlədiyini demişdir. Emin də təxminən 30-40 dəqiqədən sonra Poçt qəsəbəsinə gəlmiş, həmin vaxt Eminin yanında tanımadığı iki-üç nəfər şəxslər də olmuşlar. O, orada olanda yanında Pərviz, Rüstəm, “Bij” ləqəbli Ramil və xatırlamadığı bir neçə nəfər şəxslər də olmuşlar. Orada Eminlə o, söhbətləşmiş və orada olan tanışları demişlər ki, «bir tanışsınız, söhbəti qurtarın çıxıb gedin». Emin isə onun tanışları ilə birlikdə evinə gedib çağırdığı üçün öz narazılığını bildirmişdir. Sonra Emin və orda olan tanışlar demişlər ki, «sabah görüşüb danışarsız». Bundan sonra onlar çıxıb getmişlər. 13.07.2020-ci il tarixdə təxminən saat 15-16 radələrində Emin ona zəng edib onunla görüşmək istədiyini deyəndə o, da evdə olduğunu, çıxıb zəng edəcəyini demişdir. Sonra o, bibisi oğlu Vüqara zəng edib Eminin onunla görüşmək istədiyini demişdir. Vüqar, Poçt qəsəbəsində məktəbin yanında olduğunu bildirmiş və onu həmin yerə çağırmışdır. O, da öz avtomobili ilə həmin yerə getmişdir. Həmin vaxt Vüqarın yanında tanışı Rəşad da olmuşdur. Vüqar ondan nə olduğunu soruşmuş, o, olanları Vüqara danışmışdır. Vüqar da Eminə zəng edib telefonda zarafatla “nə istiyisən mənim dayım oğlundan. Gəlin bir yerdə çay içib sizi barışdırım” demişdir. Sonra Emin telefonda nə dedisə Vüqar da gəlib bir yerdə oturub çay içib danışarıq demişdir. Vüqar ona və Rəşada demişdir ki, Emin məcburi köçkünlər üçün salınmış yaşayış massivində onları gözləyir və gedib orada söhbət etsinlər. Vüqar, Rəşad və o, idarə etdiyi avtomobillə həmin gün təxminən saat 17 radələrində Emin olduğu yerə getmişdilər. Həmin vaxt Eminin yanında tanımadığı 5 nəfər şəxslər olmuşlar, onlar avtomobildən düşmüşlər, Vüqarla o, orada olan şəxslərin hamsı ilə görüşsələr də Rəşad heç kimlə görüşməyib Emini bir qırağa çəkmiş və Eminlə təklikdə söhbət etmək istədiyini bildirmişdir. Həmin vaxt orda olan şəxslər Rəşadı yanlarına dəvət etsə də Rəşad qəbul etməyib, Eminlə bir kənarda tək söhbət etmişdilər. Bir qədər sonra Rəşadla orada olan şəxslər arasında mübahisə düşmüş, orada olan şəxslər onu və Rəşadı yerə yıxıb döymüşdülər. Bibisi oğlu Vüqar və qarşı tərəfdən olan şəxslərdən bəziləri onları aralamışlar və o, tez avtomobilini idarə edib Vüqarla Rəşadı götürüb həmin yerdən getmişdir. Onlar Poçt qəsəbəsinə getmişlər. Vüqar yolda Eminə zəng edib düzgün hərəkət etmədiyini bildirmişdir. Sonra Rəşad öz tanışı Qurbana zəng edib Emin və sonuncunun tanışları tərəfindən döyüldüyünü demişdir. Onlar Poçt qəsəbəsinə çatanda 7 nömrəli xətt marşurutunun sonuncu dayanacağında Qurban onları gözləmiş, Rəşad olanları Qurbana danışmışdır. Həmin vaxt Vüqar yenə də Eminlə telefonla danışmış, Emin də həmin yerdə olduğunu və ora gəlmələrini demişdir. Bundan sonra bu hadisə barədə Poçt qəsəbəsində yaşayan tanışlar xəbər tutub onlar olduqları yerə gəlmişlər. Həmin vaxt bibisi oğlu Vüqar, tanışları Rəşad, Qurban eyni küçədə yaşadığı Rüstəm, Pərviz Eminin olduğu yerə getmək qərarına gəlmişlər. Təxminən saat 19 radələrində Rüstəm və Pərvizlə birlikdə o, öz idarə etdiyi avtomobillə, Vüqarın avtomobilində isə Vüqar, Rəşad, həmçinin xatırlamadığı digər şəxslər Gəncə şəhərinin Bakı istiqamətində çıxacağına getmişlər. Həmin vaxt yolda onlara “bij” ləqəbli Ramil öz idarə etdiyi avtomobillə qoşulmuşdur. Onlar oraya gedib Emini və tanışlarının onları döydüyü yerdə olmadığını görüb Gəncə istiqamətində qayıtmışlar. Onlar Nizami prospektinin girişində dayanmışlar ki, Emin və tanışları gələndə görüşüb danışsınlar. Təxminən 10-15 dəqiqə sonra Emin idarə etdiyi avtomobillə onlar olduqları yerə qayıtmışdır. Emin avtomobili saxlamayıb şəhər istiqamətinə getmişdir. Onlar da Eminin arxasınca getmişlər, lakin Emin avtomobili saxlamamışdır. O və onunla birlikdə gedən şəxslər yenidən Poçt qəsəbəsinə qayıtmışlar. Orada Qurban və Qurbanın tanımadığı təxminən 7-8 nəfər tanışı ilə birlikdə Emin və sonuncunun tanışları ilə dava etmək üçün Gəncə şəhər Təbriz küçəsinin baş tərəfinə, “Ürək xəstəxanası”nın yanına gedəcəklərini demişlər. Onlar yenə də yuxarda qeyd etdiyi avtomobillərlə yanaşı, əlavə olaraq onun qonşusu Seyid ləqəbli Tural, Xəyal, Qurban, bundan başqa poçt qəsəbəsində yaşayan tanımadığı Qurbanın tanışları ilə birlikdə Təbriz küçəsinə getmişlər. Həmin vaxt saat təxminən 21 radələri olardı. Onlar oraya gedəndə Qurbanın tanışları yolda öz avtomobilləri ilə onlara qoşulmuşlar. Həmin yerə gedib çatana qədər təxminən onun da avtomobili daxil olmaqla 8 ədədə yaxın avtomobil olmuşdur. Onlar orada “Vüsal” şadlıq sarayının yan küçəsinə keçib Eminin və sonuncunun tanışlarının gəlməsini gözləmişlər. Təxminən 15-20 dəqiqə orada gözləmişlər. Sonra Emingilin gəlmədiklərini, görüşün sabaha qaldığını bildirdikləri üçün onlar dayandıqları küçədən çıxıb Təbriz küçəsinə çatanda Emin və tanışlarının dayandığını görmüşlər. Həmin vaxt onlarla gedən avtomobillər orada dayanmışdır. O, təxminən sıra ilə sonuncu avtomobil olmuş, o, da avtomobilini saxlamış, Rüstəm və Pərviz də avtomobildən düşmüşlər. Onlar tərəfdən gedənlər Emin və sonuncu ilə gələn şəxslərin avtomobillərini daş və taxta parçaları ilə vurub zədələməyə başlamışlar. Həmin vaxt orada olan şəxslərdən görmədiyi biri odlu silahdan atəş açmış, lakin kimin atəş açdığını o, bilməmişdir. Sonra o, onunla bir yerdə oraya gedən şəxslərə “tez avtomobilə otursunlar, qaçıb gedək” deyə müraciət etmiş, həmin vaxt o, avtomobilini Qızılca istiqamətində sürüb getmişdir. Sonra o, avtomobilini öz yaşadığı evə aparmayıb, eyni küçədə yaşadığı Seyid ləqəbli Turalgilin evinin həyətinə aparıb saxlamışdır ki, ara sakitləşəndən sonra götürər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X57 ifadəsində bildirdi ki, Renadı Poçt qəsəbəsi sakini kimi uzun müddətdir ki tanıyır, sonuncu ilə münasibətləri həmişə yaxşı olmuşdur. Emini isə Renada görə tanımış, sonuncu ilə də münasibətləri normal olmuşdur. 13.07.2020-ci il tarixdə, təxminən saat 16 radələrində o, Renad və sonuncunun bibisi oğlu Vüqarla Poçt qəsəbəsində birlikdə çayçıda olarkən Renad, Eminə zəng edib görüşmək istədiyini bildirmişdir. O, nə baş verdiyini soruşanda Renad bildirmişdir ki, bir gün qabaq Renadla Emin arasında mübahisə olmuşdur. Çayçıda olarkən Vüqar da Eminə zəng edərək görüşmək və söhbət etmək istədiyini bildirmişdir. Emin onlara Kəlbəcər şəhərciyinin yaxınlığında olduğunu bildirərək onların həmin yerə getmələrini istəmişdir. O, Vüqar və Renadla birlikdə sonuncuya məxsus “Kia Sorento” markalı avtomobillə Eminin dediyi yerə, Kəlbəcər şəhərciyinin yanına çöllük bir əraziyə getmişlər və orada Eminlə görüşmüşlər. Həmin vaxt Eminin yanında tanımadığı 5-6 nəfər şəxslər də olmuşlar. Həmin şəxslər Renaddan nə üçün gecə vaxtı Eminin yaşadığı evə getdiyini soruşmuş və bu zəmində həmin şəxslərlə Renadın arasında mübahisə yaranmış, həmin şəxslər onları döyməyə başlamışlar. Həmin vaxt o, yerə yıxıldığı üçün sol qolundan xəsarət almışdır. Lakin kim onu yıxdığını görə bilməmişdir. Oradakı mübahisə təxminən 10-15 dəqiqə davam etdikdən sonra onlar birtəhər Emingilin əlindən çıxıb Poçt qəsəbəsinə getmişlər.Orada ətraflarına tanışları yığılmağa başlamış və nə olduğunu soruşanda onlar hadisəni danışmağa başlamışlar. Həmin vaxt orada Qurban, Seyid və bir çox adlarını bilmədiyi, lakin üzdən tanıdığı şəxslər olmuşdur. Onlar orada olarkən mübahisəni davam etdirmək üçün Eminə tez-tez zəng edərək harada olduğunu soruşmuşlar, görüşmək istədiklərini bildirmişlər. Bir qədər telefonda söhbət etdikdən sonra Vüqarın “Opel” markalı avtomobili, Ramilin markasını bilmədiyi qırmızı rəngli maşını, həmçinin Renadın maşını ilə Abbas Səhət deyilən ərazidə yaşayan Ceyhun adlı şəxsin yanına getmişlər ki, Eminin yerini onlara desin və Eminlə görüşüb nə üçün onları döydüklərini soruşsunlar. Onlar avtomobillərlə Abbas Səhət adlanan yerə çatarkən təsadüfən Eminin idarə etdiyi avtomobillə qarşılaşmışlar. Həmin vaxt onlar Emindən saxlamasını tələb etsələr də Emin maşını saxlamamışdır. Bir qədər Gəncə şəhəri ərazisində Eminin arxası ilə maşın sürsələr də, Emin maşını saxlamadığı üçün onlar Emindən aralanıb Poçt qəsəbəsinə gedib orada stadionun yanında yığışmışlar. Bir qədər orada gözlədikdən sonra onlara xəbər gəlmişdir ki, Gəncə şəhərində olan «mal bazarının» yaxınlığında Emin və sonuncunun tanışları ilə görüşəcəklər. Buna görə onlar yuxarıda adlarını çəkdiyi şəxslərlə, həmçinin digər tanımadığı şəxslərlə birlikdə oradan birbaşa «mal bazarının» yanına getmişlər və orada olarkən Emin öz avtomobili ilə, tanışları isə qara rəngli “VAZ-2106” markalı avtomobili ilə həmin əraziyə gəlmişlər, dərhal onlarla birlikdə olan şəxslərin hər biri dəyənəklə, daşla Eminin maşınını və “VAZ-2106” markalı maşını vurmağa başlamışlar. Emin öz avtomobili ilə hadisə yerindən qaçıb uzaqlaşmışdır. Bir qədərdən sonra Emin öz maşını ilə yenə hadisə yerinə qayıtmış, Vüqarın maşınını vurmuş, həmçinin öz maşınını ətrafda olan şəxslərin üstünə sürüb hadisə yerindən qaçmışdır. Bir qədərdən sonra onlar oradan aralaşmışlar. Baş vermiş sonuncu hadisə vaxtı orada onlar tərəfdən Renad, Vüqar, Qurban, Seyid və digər tanımadığı şəxslər olmuşlar. Qarşı tərəfdən isə Emin və tanımadığı digər şəxslər olmuşdur. Hava qaranlıq olduğu üçün şəxslərin üzünü də dəqiq görə bilməmişdir. Hadisə təxminən 20-25 dəqiqə davam etmiş, ətrafa yaxınlıqda yaşayan sakinlər yığışmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X29 ifadəsində bildirdi ki, X52, X57, Təqsirləndirilən şəxs1, Ayaz adlı, Kamran “Bij” ləqəbli Ramin, “Seyid” ləqəbli Turalı uzun müddətdir ki, tanıyır, həmin şəxslərlə, uşaqlıqdan bir ərazidə yaşamış, münasibətləri də yaxşı olmuşdur. 13.07.2020-ci il tarixdə, təxminən saat 01 radələrində Renad ona zəng edib tanıdığı Eminlə mübahisəsi və davası düşdüyünü, Poçt qəsəbəsində Eminin və tanışlarının söhbətə gəldiklərini, onun da yanına getməyini demişdir. Həmin vaxt o, başqa yerdə olduğu üçün Renada gələ bilməyəcəyini demişdir. 13.07.2020-ci il tarixdə, təxminən saat 16 radələrində Renad yenidən ona zəng edib Eminlə gecəni söhbət etdikdən sonra günorta Rəşad, Vüqar və Renad gedib Emin və tanışları ilə söhbət edən zaman Emin və tanışları Rəşadı və Renadı döydüyünü sonuncu ona bildirmişdir. İndi də Poçt qəsəbəsinin oğlanları Emin və Eminin tanışları ilə dava etdiyini, onun da getməyini demişdir. O, da Renada Poçt qəsəbəsində «Ucuzluq» geyim dükanının qarşısında dayandığını və onu da ordan götürməsini demişdir. Renad öz avtomobili ilə onu həmin yerdən götürmüşdür. Həmin vaxt Renadın avtomobilində tanımadığı şəxs olmuşdur. Həmin vaxt Renadın avtomobilindən başqa 8 avtomobil dava yerinə getmişdir. O, tanıdığı şəxslərdən Renadın, “Bij” ləqəbli Ramilin “Meqan” markalı avtomobili, Vüqarın “Opel” markalı avtomobili, Akif adlı şəxin qırmızı rəngli “VAZ 2107” markalı avtomobili orada olmuşdur. Yerdə qalan avtomobilin isə kimə məxsus olduğunu bilməmişdir. O, Renadın avtomobilinə mindikdən sonra bilmişdir ki, Renad, Emin və Eminin tanışları Renadı və Rəşadı döydükləri üçün həmin şəxslərlə Gəncə şəhəri «Ürək xəstəxanası»nın yaxınlığında davaya gedirlər. Onlar həmin yerə getmişlər. Həmin yer yaşayış yeri olduğu üçün Qurban və Renad demişdir ki, Emin və Eminin tanışları gələnə qədər heç kim avtomobildən düşməsin, Vüsal şadlıq sarayının yan tərəfində olan küçədə gözlənilsin. Qurbanın özü həmin yerə hansı avtomobillə gəldiyini o, bilməmişdir. Təxminən 10-15 dəqiqədən sonra Eminin tanışlarındən biri həmin yerə gəlib görüşün sabaha qalmasını demişdir. Həmin vaxt o, Renadın avtomobilindən siqaret çəkmək üçün yerə düşmüş, avtomobildən düşən zaman avtomobildə olan əl dəyənəyini özü ilə götürmüş, götürməkdə məqəsədi isə həmin vaxt dava düşərsə özünü qorumaq üçün istifadə etmək olmuşdur. Eminin tanışı ilə Renad və Qurban söhbət etmişdir. Bundan sonra onlar razılaşmışlar ki, görüş səhərə qalsın. Bunun üçün də onlar avtomobillərə minib «Poçt» qəsəbəsinə qayıtmışlar. Həmin vaxt o, Qurbanla birlikdə Akifin “VAZ 2107” markalı avtomobilində əyləşmiş, o, arxa sol oturacaqda, Qurban sol tərəfdə, ön oturacaqda isə kimin oturduğunu bilməmişdir. Həmin vaxt taxta parçasını da özü ilə götürmüşdür. Onlar Təbriz küçsinə qayıdıb Yeni Gəncə isitiqamətində gedəndə Eminin Mercedes markalı avtomobilinin yolun sol tərəfində dayandığını və tanışlarının da orada dayandığını görmüşlər. Həmin vaxt onlarla gedən avtomobillərin hamısı orda dayandıqları üçün onlar da orada dayanmışlar. O, əlində taxta düşüb Eminin avtomobili tərəfə getmiş, onlarla gedən şəxslərin hamısı da həmin istiqamətə gəlmişlər. Emin avtomobilində oturub pəncərə və qapısını bağlamışdır. Emin avtomobildən düşməmiş, o və digər orada əlində taxta olanlar Eminin avtomobilinə zərbələr endirmişlər və dava düşmüşdür. Eminin yanında gələn şəxslər “mal qoyun” bazarı istiqamətində qaçmışlar. Həmin vaxt Emin avtomobilini Yeni Gəncə istiqamətinə sürüb qaçmış, o, isə yenidən gəldiyi istiqamətə qaçıb dayanmışdır. Həmin vaxt Emin avtomobilini hərləyib onlar tərəfə sürüb avtomobilini onların üstünə çəkib onları vurmaq istəmiş, həmin vaxt o, əlindəki taxta ilə yenidən Eminin avtomobilinin sağ tərəfindən vurmuşdur. Sonra o, Akifin avtomobili tərəfə qayıtmış, o, yenə də arxa tərəfdə oturmuşdur. Qurban da əvvəlki yerində oturmuşdur. Akifə Poçt qəsəbəsi istiqamətində getməyi demişdir. Həmin vaxt Qurban avtomobildən düşmüş, onlar isə çıxıb getmişlər. Həmin cinayət hadisəsinə onu Renad cəlb etmiş, sonuncunun deməyi əsasında o, həmin davaya getmişdir. O, əlindəki taxta parçasını Renadın avtomobilindən götürmüş və Eminin avtomobilinə vurmuşdur. Nizami RPİ-yə gətirilən zamanı üzərindən aşkar edilmiş açılıb-bağlanan cib bıçağı ona məxsus olmuş, həmin bıçağı üzərində gəzdirməkdə hər hansı bir məqsədi olmamışdır. Təbriz küçəsində baş verən hadisə zamanı həmin bıçaq evdə olmuş, o, həmin bıçaqdan hadisə zamanı istifadə etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X36 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs1, X57, X52, X35, X29, Şahid11, X24, Təqsirləndirilən şəxs3 tanıyır, həmin şəxslər onunla eyni bir ərazidə yaşayıb uşaqlıqdan bir yerdə böyümüşlər. Həmin şəxslərin hər biri ilə münasibəti yaxşıdır, heç bir ədavəti və ya düşmənçiliyi yoxdur. 13.07.2020-ci il tarixdə, saat 15 radələrində tanışı X29 onun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edib X39 tanımadığı şəxslər tərəfindən döyüldüyünü və həmin şəxslərlə Poçt qəsəbəsinin oğlanları bir yerə yığılıb yenidən davaya getdiklərini demişdir. O, da Həsənə, Poçt qəsəbəsinin mərkəzinə yəni, 7 nömrəli xətt marşurutunun sonuncu dayanacağına gələcəyini deyib evdən çıxmışdır. O, həmin yerə gedib heç kimin olmadığını görmüş, Azərbaycan Əsgəri küçəsi istiqamətində piyada getmişdir ki, Həsəngili tapsın. O, piyada gedən zamanı yolda “bij” ləqəbli Ramilin avtomobili ilə rastlaşmış, Ramil avtomobili saxlamış və o, Ramildən nə baş verdiyini soruşanda sonuncu Renad və Rəşadın Emin və tanışları tərəfindən döyüldüyünü ona bildirmişdir. Daha sonra Ramil ona avtomobilə oturmağı və bir yerdə Renad, Rəşadı döyən şəxslərlə söhbətə getməyi bildirmişdir. O, həmin şəxslərlə görüşə gedərlərsə döyüləcəklərini güman edib bu barədə Ramildən soruşanda sonuncu narahat olmamağı, həmin yerə getməyi demişdir. O, da Ramlin avtomobilində ön sağ oturacaqda əyləşmişdir. Ramil ona məcburi köçkünlər üçün salınmış yeni qəsəbənin yanına Emin və tanışları ilə görüşəcəyini demişdir. Həmin yerə gedərkən Ramil yolda telefonla danışıb Vüqargilə deyilən yerə gəldiyini demişdir. Ramil telefonla yolda Seyid ləqəbli Turalla danışıb “sərçə” bazarı kimi tanınan yerin yaxınlığından sonuncunu götürəcəyini demişdir. Onlar Turalı «Kəpəz» stadionunun yaxınlığından götürüb Gəncə şəhərinin Bakı istiqamətində çıxışına getmişlər. Ramil avtomobili “Nizami Məqbərə”sinin yanından hərləyib Gəncə istiqamətində olan yola qayıtmış, həmin vaxt Emin adlı şəxsin idarə etdiyi “Qalinvagen” kimi tanınan “Mercedes” markalı avtomobil də oraya gəlmişdir. Eminin avtomobilindən başqa “VAZ 2106” markalı və “Mercedes” markalı “4 göz” kimi tanınan avtomobil də oraya gəlmişdir. Ramil avtomobildən düşüb Eminlə söhbət etməyə başlamışdır. Sonra Emin avtomobilini sürüb getmiş, Ramil də öz avtomobili ilə Eminin arxasınca getmişdir. Onlar “Piribor” kimi yerə çatanda həmin vaxt tanışları Vüqarın “Opel” markalı avtomobili, Atinin idarə etdiyi “Mercedes C” markalı avtomobil, Renadın “Kia” markalı avtomobili, Akifin “VAZ 2107” markalı avtomobili həmin yerə gəlmişdir. Həmin vaxt orda avtomobillərdən tanıdıqları, Vüqar, Ələsgər, Rəşad, Renad və yadında qalmayan bir neçə nəfər şəxs düşüb Eminin avtomobili tərəf getmişlər. Lakin Emin avtomobilin qapısını açmamış, sonra Emin avtomobili sürüb getmişdir. Onlar da Eminin arxasınca şəhərdə yarım saata qədər hərlənsələr də Emin dayanmamışdır. Sonra Ramilə onlar tərəfdən gedən uşqalardan kimsə zəng edib Poçt qəsəbəsinə qayıtdıqlarını dediyi üçün onların hamısı birlikdə, yəni Ramil idarə etdiyi avtomobildə onunla, Tural və Ramil özü, Atin idarə etdiyi “Mercedes” markalı avtomobildə özü tək Eminin avtomobilinin arxasınca hərəkət etmişlər. Vüqar, Renad və Akifin idarə etdiyi avtomobillə Poçt qəsəbəsinə qayıtmışlar. Onlar da Poçt qəsəbəsinə qayıtmışlar. O, öz yaşadığı küçənin baş tərəfində Ramilin avtomobilindən yaşadığı evə getmək üçün düşmüşdür. O, avtomobildən düşəndə Ramilə demişdir ki, nəsə bir dava olsa zəng edib ona da xəbər edər. Sonra o, yaşadığı evə getmişdir. Həmin gün təxminən saat 20 radələrində bacısıgili atasına məxsus “VAZ 2107” markalı, **-CM-*** nömrə nişanlı avtomobillə yaşadıqları Gəncə şəhər Bağman qəsəbəsində “Ürək xəstəxanası”nın yaxınlığında yaşadıqları evlərinə aparmış, təxminən 5-10 dəqiqə keçmiş həmin ərazidə yaşayan şəxslər demişlər ki, Poçt qəsəbəsində yaşayan Qurban və tanışlarının Təbriz küçəsində digər şəxslərlə kütləvi davası gedir. O, tez Təbriz küçəsi istiqamətinə getmiş, Təbriz küçəsinə çıxanda Ramilin avtomobilinin həmin yerdən keçdiyini görmüş, Ramil onu görüb avtomobilini saxlayıb ona demişdir ki, “uşaqlar hamsı qaçıb gedibdir. Sən tək burda nə edirsən. Qaç get indi polislər gələcəklər”. Ramil demişdir ki, Vüqarın avtomobili xarab olduğu üçün hadisə yerində qaldığına görə Vüqarı və yanında olan şəxsləri götürməyə gedir. O, nə hadisə baş verdiyini Ramildən soruşanda sonuncu ona bildirmişdir ki, Emin və Eminin tanışları ilə onların tanışları arasında kütləvi dava baş vermiş və qarşı tərəfdən gələn şəxlərlə dava zamanı qarşı tərəf qaçıb getmişdir. O, həmin hadisə baş verən yerə baxan zamanı Eminin yanında gələn 32 seriyası ilə olan “VAZ 2106” markalı avtomobilin şüşələrinin yarasız hala salındığını, faralarının qırıldığını görmüş, həmin avtomobili Poçt qəsəbəsinin oğlanları etdiyini demişdir. Sonra Ramil onu düşürtmüşdür ki, gedib Vüqarın hadisə yerində xarab olub qalan avtomobilini işə salsın. Ramil hadisə yerinə qayıtmamağı, Emin və Eminin tanışlarının onu görərlərsə döyüb xəsarət yetirəcəklərini ona bildirmişdir. O, Ramilin avtomobilindən düşüb taksi avtomaşınına minib yaşadığı Poçt qəsəbəsinə qayıtmışdır. Atasına məxsus “VAZ 2107” markalı avtomobil isə bacısıgilin həyətində qalmış, lakin o, həmin istiqamətə qayıtmamışdır ki, Emingil həqiqətən onu görüb tanıyar və onu döyərlər. Səhəri gün isə atası özü gedib bacısıgilin həyətindən avtomobili götürmüşdür. Həmin günün səhəri Poçt qəsəbəsinin sakinlərindən eşitmişdir ki, hadisə yerində odlu silahdan da atəş açılmışdır. O, Təbriz küçəsində “Poçtavoy” uşaqlarının dava etdiklərini eşitdikdən sonra onun özü də “Paçtavoy”dan olduğuna görə həmin dava olan yerə getsə də dalaşmaq fikri olmamışdır. Belə ki Ramil ona bildirmişdir ki, qarşı tərəfdən olan şəxslər küçələrdə gəzərək onlar tərəfdən dalaşanları axtarırlar və ona məsləhət bilmişdir ki, oradan aralansın. Bundan əlavə həmin gün günorta vaxtı qarşı tərəflə mübahisə olarkən o, həmin mübahisədə iştirak etdiyindən fikirləşmişdir ki, onu görüb tanıya bilərlər. Bu səbəbdən o, başqa avtomobillə oradan uzaqlaşıb getmişdir. Gəncə şəhəri Təbriz küçəsində baş vermiş dava-dalaş vaxtı onun istifadəsində ***-***-**-** saylı mobil telefon nömrəsi olmuş, lakin həmin gün günorta vaxtı o, Həsənlə danışsa da və Həsən ona Rəşadın döyüldüyünü bildirsə də sonradan telefonunun enerjisi bitdiyi üçün gün ərzində o, heç kimlə əlaqə saxlaya bilməmişdir. 13.07.2020-ci il tarixdə, günorta saatlarında Emin və sonuncunun tanışları ilə mübahisə etmiş şəxslər onun tanışları olduğundan, həmçinin eyni qəsəbədə yaşadıqlarından o, hadisə yerinə getməyə məcbur olmuş, çünki gələcəkdə onun tanışları ona pis baxacaqlar və tanışları qarşısında utanmağına səbəb ola bilərdi. Səhəri günü camaat arasında gedən söz-söhbətdən ona məlum olmuşdur ki, mübahisə vaxtı odlu silahdan da istifadə edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X24 ifadəsində bildirdi ki, X37, X47, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, X25, X13, X26, Şahid11, Seyid ləqəbli Turalı uzun müddətdir ki, tanıyır, həmin şəxslərlə eyni ərazidə yaşamış, münasibətləri də yaxşı olmuşdur. 13.08.2020-ci il tarixdə, saat 20 radələrində o, yaşadığı evdən çıxıb Poçt qəsəbəsində 7 nömrəli xətt marşurutunun sonuncu dayanacağına getmişdir. O, ora gedəndə görmüşdür ki, “Bij” ləqəbli Ramilin Meqan markalı avtomobili, Akifə məxsus “VAZ 2107” markalı avtomobili, ağ rəngli “VAZ 2106” markalı avtomobili, Vüqara məxsus “Opel” markalı avtomobili, tanışı Atin içərisində olduğu boz rəngli Meqan, Renada məxsus “Kia” markalı avtomobillər içərisində xeyli sayda cavan oğlanlar hərəkət edib gedirlər. O, əl edib Bəxtiyarın idarə etdiyi Atin olan avtomobili saxladaraq həmin avtomobilə minmiş, avtomobildə onların üçündən başqa heç kim olmamışdır. O, avtomobilə minəndə bu qədər şəxsin hara getdiyini soruşmuş, Atin də demişdir ki, qardaşı Renadı və Rəşad Əliyevi döyən şəxslərlə davaya gedirlər. Onlar digər hərəkət edən avtomobillərlə Gəncə şəhər, Təbriz küçəsində yerləşən «Ürək xəstəxanası»nın yaxınlığına getmişlər, «Vüsal» şadlıq sarayının yan tərəf küçəsində avtomobilləri saxlayıb yerə düşmüşlər. Həmin vaxt orada tanıdığı X52, X57, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, X36, X24, X35, Şahid11, Seyid ləqəbli Tural, Ələsgər, qırmızı rəngli “VAZ 2107” markalı avtomobilin sahibi Akif, Ayxan, “Nəriş” ləqəbli şəxsi, “Rambı” ləqəbli şəxsi, “Aska” ləqəbli Asəf adlı şəxs və tanımadığı təxminən 10-15 nəfər şəxslər olmuşlar. Təxminən 20-25 dəqiqədən sonra Atin qayıtmaqlarını demiş, həmin vaxt o, içdiyi pivə şüşəsi onun əlindən düşüb Bəxtiyarın avtomobilinin oturacağını islatdığı üçün o, Ələsgərin idarə etdiyi Vüqara məxsus Opel markalı avtomobildə arxa oturacaqda oturmuşdur. Həmin vaxt Ələsgərin idarə etdiyi avtomobildə, ön sağ tərəfdə Ayaz, arxa sol tərəfdə o, sağ tərəfdə isə tanımadığı bir cavan oğlan oturmuşdur. Onlar «Ürək xəstəxanası» istiqamətdə gedəndə yolun sol tərəfində qarşı tərəfdən gələn Eminə məxsus “Qalinvagenin” orada dayandığını və Eminin tanışlarının orda dayandığını görmüşlər. Həmin vaxt onlarla gedən şəxslər öz avtomobillərini orada saxlatmışlar. Avtomobildə olan şəxslərin bəziləri əlində dəyənək Eminin avtomobili tərəfə getmişlər. Ələsgər də avtomobili saxlatmış, onlar da avtomobildən düşüb Eminin avtomobili və tanışları olan tərəfə getmişlər. Həmin vaxt onların avtomobilində olan Ayazın da əlində taxta dəyənək olmuş, Ayaz Qalinvagenə çatan kimi əlindəki dəyənəklə avtomobilə zərbə vurmuş, o, da özündən biixtiyar həmin avtomobili vurmuşdur. Sonra Emin “Qalinvageni” idarə edib Yeni Gəncə istiqamətdə getmiş, Eminlə gələn şəxslər isə üzü «mal» bazarı istiqamətində qaçmışlar. Onlarla gedən şəxslər də həmin şəxlərin arxasınca qaçmışlar. O, da bir qədər qaçsa da sonra qaça bilməyib dayanmış və Bəxtiyarın avtomobilinə minib Poçt qəsəbəsinə getməyini demişdir. Həmin vaxt Atin də avtomobildə olmuş, onlar bir qədər getsələr də Atin həmin yerə qayıtmağı Bəxtiyara bildirdiyi üçün onlar yenidən həmin yerə qayıtmışlar. Onlar ora çatanda “Bij” ləqəbli Ramilin avtomobilinin Emin tərəfdən gələn “VAZ 2106” markalı, **-BE-*** dövlət nömrə nişanlı avtomobilin qarşı tərəfində dayandığını, orada Ramilin özü, Ayaz, Araz və bir neçə nəfər xatırlamadığı şəxslərin oolduqlarını görmüşdür. Sonra Atinlə o, da oraya getmişlər. Araz, Ayaz əlində taxta parçası ilə həmin “VAZ 2106” markalı, **-BE-*** dövlət nömrə nişanlı avtomobili vurmuşlar, o və digərləri də təpiklə həmin avtomobili vurmuşlar. Sonra o, üzərində olan açılıb-bağlanan bıçaqla həmin avtomobilin dörd ədəd təkərini də deşdiyi üçün təkərlərdə olan hava boşalmış və təkərlər yerə yatmışdır. Bundan sonra o, oradan «Vüsal» şadlıq sarayı istiqamətində qaçmış, o, həmin istiqamətə gedəndə Qalinvagen markalı avtomobilin onlar tərəfə gəldiyini görüb yuxarı qayıtmışdır. “Qalinvagen” onların üstünə doğru hərəkət etdiyi üçün o, geri qayıdıb əks istiqamətə qaçmışdır. Həmin vaxt odlu silahdan atəş açılmasının səsini eşitmiş, o, geri çönüb baxanda tünd rəngli “4 göz” kimi tanınan Mercedes markalı avtomobildən yan tərəfdə oturmuş sərnişinin atəş açdığını görmüşdür. Həmin tanımadığı şəxs onun görmədiyi silahdan iki dəfə atəş açmışdır. Sonra həmin şəxslər oradan uzaqlaşıb getmişlər. O, da «Ürək xəstəxanası» istiqamətində qaçmış, oradan da taksi avtomaşınına oturub yaşadığı evə getmişdir.O, tanışlarının davaya getdiyini görüb özü könüllü olaraq tanışları ilə birlikdə davaya getmişdir. O, hadisə yerində olarkən yalnız üzərindəki bıçaqla “VAZ 2106” markalı avtomobilin təkərlərini deşmiş, həmin avtomobilin sahibinin qarşı tərəfdən davaya gələn şəxslərdən birinə məxsus olduğunu bilib avtomobilin təkərlərini deşmişdir. O, yaşadığı evin qonaq otağındakı vazın içərisində saxladığı açılıb-bağlanan bıçağı polis əməkdaşlarına təqdim edə bilərdi. O, həmin bıçağı həmişə üzərində gəzdirmiş, hadisə yerinə gedəndə də həmin bıçaq üzərində olmuş və o, həmin bıçağı davaya gedəndə məqsədli şəkildə aparmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X35 ifadəsində göstərdi ki, onun özünə məxsus “Renault Meqan” markalı, **-EH-*** nömrə nişanlı avtomobili var. 13.07.2020-ci il tarixdə o, idarə etdiyi avtomobillə yaşadığı evə gedən zamanı Poçt qəsəbəsində yanacaq doldurma məntəqəsinin yaxınlığında tanışları Seyid və sonuncunun yanında olan tanımadığı şəxs onun avtomobilini saxlamışdılar. O, da avtomobilini saxlamış, həmin şəxslər avtomobilə əyləşib həmin vaxt yolun əks istiqaməti ilə hərəkətdə olan, tanışı Vüqara məxsus “Opel” markalı, Renada məxusu “Kia Sarento” markalı və tanımadığı şəxslərə məxsus təxminən 5-6 avtomobilin arxasınca getməyini bildirmişlər. O, da həmin şəxslərin arxasınca avtomobilini sürmüş, yolda Seyid və tanımadığı şəxsin söhbətindən ona məlum olmuşdur ki, Renadla tanıdığı Zərərçəkmiş şəxs1 bir gün əvvəl aralarında olan münaqişə ilə bağlı Emin və sonuncunun tanışları ilə davaya gedirlər. O, bildiyinə görə dava-dalaş məcburi köçkünlər üçün salınmış qəsəbənin yaxınlığında olmalı imiş. Bu səbəbdən də həmin istiqamətdə getmişlər. O, gedən şəxslərin sayının çox olduğunu görüb Emini görüb uzaqlaşması üçün həmin avtomobillərdən ayrılıb Gəncə şəhər istiqamətində olan yolda dayanmış, bir qədər sonra Emin həmin yerdən keçəndə o, Eminə işarə edib dayanmasını bildirmişdir ki, düşüb Eminlə söhbət etsin ki, dava düşməmiş qaçıb getsin. Lakin Emin avtomobili saxlamayıb sürüb getmişdir. Emin avtomobili idarə edib Çihazqayırma zavodu istiqamətində hərəkət etmişdir. O, idarə etdiyi avtomobili Eminin idarə etdiyi avtomobilin yaxınlığına sürüb uzaqlaşıb getməsini, dava olarsa pis nəticələnəcəyini bildirmək istəsə də Emin ona məhəl qoymayıb sürüb getmişdir. O, və digər avtomobillər də Eminin arxasınca hərəkət etmişlər. O, sadəcə olaraq avtomobilində tanışlar oturduğu üçün həmin şəxslərin arxasınca hərəkət etmişdir. Onun dava etmək niyyəti olmamışdır. O, həmin şəxsləri düşürüb gedə də bilməzdi, çünki belə bir şey yaxşı qəbul edilmir və o cür hərəkət etmiş olsaydı həmin ərazidə hörmətdən düşmüş olardı. Emin həmin vaxt gözdən itmişdir. Sonra avtomobildə olanlar demişdilər ki, dava Gəncə şəhəri Təbriz küçəsində “Kardioloji xəstəxana” adlanan yerin yaxınlığında olacaqdır. Onlar həmin yerə getmişlər. Onlar orada bir qədər dayanıb Eminin gəlməsini gözləmişlər, Emin gəlmədiyi üçün və avtomobillərin çox olduğu üçün onlar qərarlaşmışlar ki, avtomobilləri ara küçələrdən birinə verib gözləsinlər. Təxminən 20-25 dəqiqə orada gözləyib 13.07.2020-ci il tarixdə, təxminən saat 21 radələrində yenidən Gəncə şəhəri Təbriz küçəsi istiqamətində qayıtmışlar. Həmin vaxt onlarla gedən avtomobillərin sırasında onun avtomobili altıncı yerdə olmuşdur. O, yola yeni çıxan zaman xeyli sayda insanların daş, taxta parçaları ilə Eminin və orada olan “VAZ-2106” markalı avtomobilə daş və dəyənəklə zərbələr yetirdiklərini görmüşdür. Lakin o, həmin şəxslərin kim olduqlarını bilməmişdir. Həmin ərəfələrdə odlu silahdan atəş səsi eşitmiş, o, Seyidi çağırıb həmin yerdən uzaqlaşıb getməsini demiş, Seyid də onun avtomobilinə minmiş və onlar oradan uzaqlaşıb getmişdilər. O, avtomobili orada saxlasa da, avtomobildən düşməmişdir. Gəncə şəhər Təbriz küçəsində Eminə məxsus avtomobilin və “VAZ 2106” markalı avtomobilin daş və dəyənəklə vurulub ziyan yetirildiyini görmüş, lakin kiminsə vurulub fiziki zərər aldığını görməmiş, maşınları da əzən şəxslərin kim olduğunu bilməmişdir. O, atəş səsi eşitsə də kim və hansı silahdan atdığını görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X30 ifadəsində bildirdi ki, 13.07.2020ci il tarixdə o, Seymurun yanına getmiş, qırmızı rəngli xarici avtomobil gəlib onların yanında dayanmış və Seymur həmin avtomobildə arxa sol tərəfdə oturmuşdur. O, Seymurdan hara getdiyini soruşanda sonuncu ona zəng vuracağını demişdir. Həmin avtomobildə həmin vaxt Seymurdan başqa 3-4 nəfər tanımadığı başqa şəxslər də olmuşlar. O, elə güman etmişdir ki, Seymurun davası düşüb və davaya gedir. O, da həmin qırmızı rəgli avtomobilin arxasınca getmişdir. Həmin avtomobil hərəkət edib H.Əliyev prospektində 20 nömrəli orta məktəbin qarşısında dayanmış, avtomobilin ön tərəfində oturan arıq bədən qurluşlu şəxs və sükanın arxasında dolu idmançı bədən qurluşlu şəxs avtomobildən düşüb yerlərini dəyişmişlər. Avtomobili arıq bədən quruluşlu şəxs idarə etməyə başlayanda o, həmin şəxslərin yanına sürüb əli ilə Seymura hara getdiyini soruşmuşdur. Seymur da əli ilə ona işarə edib arxalarınca gəlməyini demişdir. Sonra həmin avtomobilin arxasınca hərəkət edib Gəncə şəhər Təbriz küçəsində yerləşən “Ürək xəstəxanası”nın yaxınlığına gedib orada dayanmışlar. O, da avtomobilindən düşüb Seymura yaxınlaşmışdır. Həmin vaxt Seymurun yanında olan şəxslər ondan siqaret istədikləri üçün o, həmin şəxslərə siqaret vermişdir. Seymurdan nə baş verdiyini soruşanda sonuncu bir problem olduğunu deimşdir. Sonra Seymurun yanında olan şəxslərlə söhbətindən başa düşmüşdür ki, kiminləsə dalaşmışlar və yenidən həmin yerdə görüşüb dava etmək üçün görüş təyin etmişdilər. O, orada dayanıb gözləmişdir ki, görsün dava nə yerdə qalacaq. Təxminən 10-15 dəqiqədən sonra Seymur onun avtomobilinin ön sağ oturacağında əyləşib “Ürək xəstəxanası” istiqamətinə sürməyini demiş, o, da həmin istiqamətə sürmüşdür. Həmin vaxt Seymur oraya getdiyi qırmızı rəngli Meqan, göy rəngli “VAZ 2106” markalı avtomobil, ağ rəngli nömrə nişanını bilmədiyi “VAZ 2107” markalı avtomobil və xatırlamadığı bir neçə avtomobilin həmin istiqamətə getmişlər. O, da həmin şəxslərin ardınca hərəkət etməyə başlamış, “Ürək xəstəxanası”nın yaxınlığına çatanda yolun sol tərəfində əks istiqamətə dayanmış Galinvagen kimi tanınan Mercedes markalı avtomobilin dayandığını görmüşdür. Həmin vaxt qeyd etdiyi avtomobillər yolun hərəkət istiqamətində dayanıb yolun hərəkətini məhdudlaşdırmışlar. O, avtomobilini saxlamış, avtomobildən düşən şəxslərin əllərində dəyənəklər olduğunu görmüşdür. Həmin şəxslər dəyənəklə “Galinvagen”in üzərinə hücum edib avtomobilə zərbələr endirmişlər. O, avtomobili idarə edib “Ürək xəstəxanasının” qarşısında saxlamış, həmin vaxt Qalinvagen avtomobili o, olduğu tərəfə sürüb sonra isə yenidən hərləyib avtomobili dəyənəklə vuran şəxslərin üstünə sürüb “mal-qoyun bazarı” istiqamətinə sürüb getmişdir. Təxminən 2-3 dəqiqədən sonra o, idarə etiyi “VAZ 21015” markalı avtomobillə Qalenvagen hərəkət etdiyi istiqamətə getmiş, Qalenvagen karantinlə əlaqədar yaradılmış postdan keçib Daşkəsən rayonu istiqamətində getmişdir. O, avtomobilini hərləyib yenidən dava olan yerə qayıtmışdır. Həmin vaxt Seymur qırmızı rəngli Meqandan düşüb onun avtomobilinə oturmuşdur. Bir qədər öndə isə adını Qurban kimi tanıdığı şəxs də onun avtomobilinə əyləşmişdir. Hadisə zamanı əllərində dəyənək olan şəxsləri o, tanımamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirdi ki, 13.07.2020-ci il tarixdə, saat 21 radələrində o, işlətdiyi traktorun təkərlərinin havasını doldurmaq üçün Gəncə şəhər Təbriz küçəsində “Ürək xəstəxanası”nın yaxınlığında yerləşən təkər təmiri sexinə getmişdir. O, həmin yerə gedəndən təxminin 5-10 dəqiqə sonra olduğu yerdən yolun əks istiqamətində avtomobillər dayandığını, xeyli sayda təxminin 70-80 nəfər tanımadığı şəxslərin əllərində dəyənəklə avtomobildən düşdüklərini və həmin yerdə olan “Qalinvagen” kimi tanınan “Mercedes” markalı avtomobilin üstünə tökülüşdüklərini görmüşdür. Həmin şəxslər “Qalinvagen” markalı avtomobili dəyənəklə vurmuşlar, sonra avtomobilin yanında olan şəxslərlə dalaşmışlar. Dava zamanı bəzi şəxslər oradan qaçmışlar. “Mercedes” markalı avtomobil də üzü Yeni Gəncə istiqamətinə sürüb qaçmışdır. Orada əlində dəyənək olan şəxslərdən bəziləri Mercedesin ardınca, bəziləri isə qışqırıb ucadan söyüşlər söyüb ətrafda qorxu yaradaraq əllərində dəyənəklə digər tanımadığı şəxslərin ardınca qaçmışlar. O, və orada olan şəxslər qorxub həmin şəxslərə yaxınlaşmayıb bir qırağa çəkilib dayanmışlar ki, həmin şəxslər getsin sonra işlərinə davam etsinlər. Buna baxmayaraq həmin şəxslər öz qanunsuz və vahimə yaradan hərəkətlərindən əl çəkməmişlər. Belə ki, “Mercedes” markalı avtomobil yenidən fırlanıb həmin qaçan kütləyə doğru avtomobili idarə edib həmin şəxslərin üzərinə sürmüş, əllərində dəyənək olan şəxslər də yenidən həmin Qalinvageni dəyənək və daşla vurub zədələmişlər. Qalinvagen bu dəfə mal bazarı istiqamətində sürüb getmişdir. Həmin piyada olan əllərində dəyənəkli şəxslərin bəziləri piyada, bəziləri isə gəldikləri avtomobilə minib Qalinvagenin arxasınca getmişlər. Həmin şəxslər onların olduqları yerdən uzaqlaşsalar da sonradan həmin şəxslər oraya qayıdıb 296 nömrəli evin qarşısında dayanan “VAZ 2106” markalı avtomobilə əllərində olan dəyənək və bıçaqla zədələr yetirib avtomobilin təkərlərini çırıb pəncərələrini, fənərlərini sındırıb, detallarını isə əzmişlər. Həmin şəxslər o qədər qərəzli və vahiməli hərəkətlər etmişlər ki, onlar qorxudan həmin şəxslərə yaxınlaşa bilməmişlər. Orada ondan başqa həmin yerdə yaşayan sakinlər, taksi sürücüləri, təkər təmirinin işlədən və oraya təmirə gələn insanlar həmin şəxslərin hərəkətlərindən təlaşa düşmüşlər. “VAZ 2106” markalı avtomobili yararsız hala saldıqdan sonra həmin şəxslər əllərində dəyənəklə mal bazarı istiqamətində getmişlər. Həmin şəxslər bazar istiqamətində gedən zaman Qalinvagen yenidən onların olduqları istiqamətə hərəkət edib avtomobili əllərində dəyənək olan şəxslərin üzərinə sürmüş, əllərində dəyənək olan şəxlər də yenidən çılğınlaşıb dəyənəlklərini və yerdən götürdükləri daşı Qalinvagenə atmışlar. Qalinvagenin arxasınca isə qara rəngli “4 göz” kimi tanınan “Mercedes” markalı avtomobil onlara tərəf hərəkət edərək avtomobildə olan şəxs odlu silahdan bir neçə dəfə havaya atəş açmışdır. O, və orada olan şəxslər qorxub həmin yerdən qaçmışlar, sonra hadisəni törətmiş onun tanımadığı həmin şəxslər oradan uzaqlaşıb getmişlər. O, hansı silahdan atəş açıldığını görməmiş, odlu silahdan açılan atəş nəticəsində o, heç bir xəsarət almadığı üçün ekspertdən keçmək istəməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində bildirdi ki, COVİD- 19 virusunun yayılmasının qarşısının alınması məqəsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən elan edilmiş sərt karantin rejimi ilə əlaqədar olaraq Gəncə şəhər ərazisində polis tərəfindən stosianar postlar yaradılmışdır. O, və digər polis əməkdaşları müxtəlif vaxtlarda təyin edilmiş postlarda xidməti vəzifələrini icra etmişlər. 13.07.2020-ci il tarixdə təxminən saat 22 radələrində o, və Nizami RPİ-nin PPX-nin əməkdaşları Şahid8 və Şahid10la birlikdə karantin rejimi ilə əlaqədar Gəncə şəhər Təbriz küçəsində “Vüsal” şadlıq sarayının qarşısında Gəncə şəhərinə Göygöl rayon Qızılca qəsəbəsindən daxil olan və Gəncə şəhərindən həmin istiqamətə hərəkət edən avtomobillərin xüsusi icazəsini yoxlamışlar. Həmin vaxt onlar xidmətdə olduqları yerdən təxminən Gəncə şəhəri istiqamətində 400-500 metr aralıda Təbriz küçəsində yerləşən Ürək xəstəxanasının qarşısında xeyli sayda şəxsin ucadan qışqırıq səslərini eşitmişlər. Yaranmış səs-küy vahimə yaratdığından diqqətlərini cəlb etmiş və onlar xidməti fəaliyyətlərindən yayınıb səs-küy yaranan istiqamətə baxıb bir qədər ora tərəf irəliləmişlər. Bu zaman həmin istiqamətdən onlara doğru yüksək sürətlə ağ rəngli “Qalinvagen” kimi adlanan “Mercedes Benz” markalı, ** PB *** nömrəli avtomobilin gəldiyini görmüşlər. O, və digər polis əməkdaşları həmin avtomobilə saxla işarəsi vermələrinə baxmayaraq avtomobilin sürücüsü onların qanuni tələbinə məhəl qoymayıb avtomobili saxlamayıb postdan Qızılca qəsəbəsi istiqamətinə hərəkət edib getmişdir. Onlar avtomobilin gəldiyi istiqamətə baxanda həmin ərazidə bir neçə şəxsin qaçışdığını, bir neçəsinin nalayiq ifadələr işlətdiyini, iki tərəfdən müəyyən şəxslərin kütlə halında toplaşaraq qarşılıqlı dalaşıb, əllərində olan əşyaları bir-birlərinə tətbiq etməklə ümumi ahəndən kənar çıxıb orada yaşayan sakinlər, həmin ərazidə işləyən, yolla evinə gedən şəxslər arasında qorxu və vahimə yartdığını görmüşlər. Onlar xidməti postlarını tərk edə bilmədikləri üçün o, bu barədə zəng edib Gəncə şəhər Nizami RPİ-nin Növbətçi Hissəsinə məlumat vermiş və həmin əraziyə polis əməkdaşlarının göndərilməsini bildirmişdir. Bir neçə dəqiqə keçdikdən sonra Qızılca qəsəbəsi istiqamətindən həmin ağ rəngli “Qalinvagen” kimi adlanan Mercedes Benz markalı, ** PB *** nömrəli avtomobilin onlara tərəf gəldiyini görüb yenidən saxla işarəsi vermələrinə baxmayaraq həmin avtombilin sürücüsü yenə də onun və xidmətdə olan digər polis əməkdaşlarının qanuni tələbinə məhəl qoymamış, avtomobili postda saxlamamış, Təbriz küçəsi ilə Ürək xəstəxanası istiqamətində hərəkətini davam etdirib həmin kütlədə olan şəxsləri üzərinə sürüb heç kimi vurmadan orada olan Opel markalı avtomobilə çırpılıb qorxu yaradaraq həmin yerdən uzaqlaşmışdır. Sonra isə arxada hərəkət edən qara rəngli “4 göz” kimi tanınan Mercedes markalı avtomobildən kimsə odlu silahdan atəş aça-aça hərəkətini davam etdirib insanları təlaş və qorxuya salmışdır. Həmin vaxt orada olan vətəndaşlar qaçaraq onların yanlarına gəlib qorxduqlarını və həmin şəxslərin hərəkətlərinin qarşısını almalarını xahiş etmişlər. O, yenidən Nizami RPİ-nin Növbətçi Hissəsinə zəng edib hadisə yerinə əməliyyat qrupunu göndərməsini bildirmişdir. Təxminən 10 dəqiqədən sonra polis əməkdaşları hadisə yerinə gəlmişlər. Həmin şəxlərin qərəzli və aqressiv hərəkətləri, yaratmış olduğu vahiməli səslər o qədər qorxu yartmışdır ki, postdan keçən avtomobillər həmin yerə getməmiş, həmçinin ətrafda olan şəxslər qaçıb onların yanına gəlmişlər ki, həmin şəxslərin qanunsuz hərəkətlərindən ziyan çəkməsinlər. Hadisə ümumilikdə təxminən 15-20 dəqiqə davam etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərdi ki, Renad onun dayısı oğludur, sonuncu ilə münasibətləri həmişə yaxşı olmuşdur. Gəncə şəhər sakini olan Emini də uşaqlıqdan tanıyır, sonuncu ilə də münasibətləri normal olmuşdur. 13.07.2020-ci il tarixdə, saat 16 radələrində o, Renad və Rəşadla Poçt qəsəbəsində birlikdə olarkən Renad, Eminin zəng edib görüşmək istədiyini, gecə vaxtı aralarında anlaşılmamazlıq yarandığını onlara bildirmişdir. O, nə baş verdiyini soruşanda Renad bildirmişdir ki, bir gün qabaq Emin arasında mübahisə olmuşdur. O, Emini tanıdığı üçün, həmçinin münasibətləri yaxşı olduğu üçün Eminə zəng edərək hər hansısa bir çayçıda görüşmək və söhbət etmək istədiyini bildirmişdir. Emin onlara Kəlbəcər şəhərciyinin yaxınlığında olduğunu bildirmiş və ora getmələrini istəmişdir. O, Rəşad və Renadla birlikdə sonuncuya məxsus “Kia Sorento” markalı avtomobillə Eminin dediyi yerə, Kəlbəcər şəhərciyinin yanına çöllük bir əraziyə getmişlər. Həmin əraziyə çatana qədər o, elə bilmişdir ki, Emin onları hansısa bir çayçıya dəvət edir. Lakin ora çatanda ona məlum olmuşdur ki, həmin ərazi çöllük və kimsənin olmadığı bir ərazidir. Həmin vaxt orada Emin və tanımadığı 5-10 nəfər şəxs də orada olmuşlar. Ərazinin çöllük olduğunu nəzərə alaraq dava düşməsin deyə Renaddan maşında oturmasını xahiş etmiş, onun özü isə avtomobildən yerə düşmüşdür ki, Emini kənara çəksin və söhbət etmək üçün hansısa bir çayçıya aparsın. Lakin Renad da onun arxasınca avtomobildən yerə düşmüşdür. O, Eminlə görüşdükdən sonra Eminin yanında olan digər şəxslər Renaddan nə üçün gecə vaxtı Eminin yaşadığı evə getdiyini soruşmuşlar və bu zəmində mübahisə yaranmışdır. Mübahisə vaxtı isə həmin şəxslərdən bəziləri Renadı, bəziləri isə Rəşadı döyməyə başlamışlar. Həmin şəxslərin Rəşadı nə üçün döydükləri ona məlum olmamışdır. Həmin şəxslər Renadı yerə yıxıb təpikləyən vaxt zərbələr Renada dəyməsin deyə o, Renadın üstünə uzanmışdır. O, Renadın üstünə uzandıqdan sonra isə həmin şəxslər onu da təpiklə vurmağa başlamışlar. Renad birtəhər həmin şəxslərin əlindən çıxaraq avtomobilinə oturmuş və avtomobili hərəkətə gətirərək oradan uzaqlaşmaq istəmişdir. Həmin vaxt Rəşad da həmin şəxslərin əlindən çıxıb qaçaraq Renadın avtomobilinə minmişdir. Renad avtomobili yenidən hərəkət etdirmiş və bir qədər qabaqda saxlamış, o, da qaçaraq Renadın avtomobilinə minmişdir. O, həmin şəxslərdən aralanıb qaçarkən isə həmin şəxslər onun arxasınca daş da atmışlar. Həmin daşlar ona dəyməsə də əmin şəxslərin onu təpiklə bir neçə dəfə vurmaları nəticəsində sol çiynindən, sinəsinin sol hissəsindən xəsarət almış və bədəni bərk ağrımışdır. Həmin şəxslərin Rəşadı və Renadı da döymələri nəticəsində sonuncular da xəsarət almışlar. Onlar oradan Poçt qəsəbəsinə getmişlər. Orada ətraflarına tanışları yığılmağa başlamış, nə olduğunu soruşanda onlar hadisəni olduğu kimi danışmışlar. Bundan sonra hərə bir-birinə zəng edərək hadisəni danışmağa başlamışdır. Həmin vaxt orada Araz, Rəşad, Renad, Pərviz, Ramil və bir çox adlarını bilmədiyi, lakin üzdən tanıdığı şəxslər də olmuşlar. Orada olarkən isə ətrafında olan şəxslər Eminə tez-tez zəng edib harada olduğunu soruşmuşlar və görüşmək istədiklərini bildirmişlər. Lakin onun bədəni bərk ağrıdığı üçün danışanlara fikir verməmişdir. Bir qədər telefonda söhbət etdikdən sonra o, bildiyi qədər barışıq əldə etmək üçün onun avtomobili, Ramilin markasını bilmədiyi qırmızı rəngli maşını, həmçinin Renadın maşını ilə Abbas Səhət deyilən əraziyə getmişlər. Onlar avtomobillərlə Abbas Səhət adlanan yerə çatarkən təsadüfən Eminin idarə etdiyi “Mersedes Benz” markalı, ağ rəngli avtomobili ilə qarşılaşmışlar. Həmin vaxt Emindən avtomobili saxlamasını tələb etsələr də Emin maşını saxlamadığı üçün onlar bir qədər Gəncə şəhəri ərazisində Eminin arxası ilə maşın sürsələr də, sonuncu maşını saxlamadığı üçün onlar da Emindən aralanıb Poçt qəsəbəsinə gedib orada stadionun yanında yığışmışlar. Həmin vaxt oraya yuxarıda göstərdiyi şəxslərdən başqa Qurban və adlarını bilmədiyi başqa şəxslər də gəlmişlər. Kimsə Eminlə telefon vasitəsi ilə danışmış və qərara gəlmişlər ki, Gəncə şəhərində mal bazarının yaxınlığında görüşəcəklər. O, ağrıdığı üçün avtomobilində oturmuş, gedən danışıqlara fikir verməmiş və yalnız fikirləşmişdir ki, Emingillə görüşsünlər və barışıq əldə etsinlər ki, mübahisə böyüməsin. Onlar yuxarıda adlarını çəkdiyi şəxslərlə, həmçinin digər tanımadığı şəxslərlə birlikdə oradan mal bazarının yanına getmişlər və Emingilin gəlməsini gözləməyə başlamışlar. Həmin vaxt o, artıq bədənində olan ağrılara dözə bilmədiyi üçün avtomobilini orada saxlamışdır ki, Rəşad və digərləri onun avtomobili ilə söhbətdən sonra geri qayıtsınlar. Onun özü isə taksiyə minərək oradan aralanıb öz yaşadığı evinə getmişdir. Təxminən 5 dəqiqədən sonra kimsə ona zəng edərək Emingilin bir neçə avtomobillə oraya gəldiklərini, onlarla birlikdə getmiş şəxslərlə Emingil arasında qarşılıqlı dava düşdüyünü, onun avtomobilini isə odlu silahla atəş açaraq zədələdiklərini bildirmişdir. Buna baxmayaraq o, oradan yaşadığı Yeni Gəncə qəsəbəsindəki evinə getmiş və aldığı xəsarətlərlə bağlı ev şəraitində müalicə olunmağa başlamışdır. Səhəri günü isə eşitmişdir ki, polis əməkdaşları orada olan şəxsləri saxlayaraq həbs edibdir. O, hadisədə iştirak etməsə də, hər bir halda polis tərəfindən həbs ediləcəyindən qorxduğu üçün evdən çölə çıxmamış və aldığı xəsarətlərlə bağlı da həkimə müraciət etməmişdir, yalnız uzun müddət ev şəraitində müalicə almışdır. Kəlbəcər şəhərciyinin yanında onlar tərəfdən o, Rəşad və Renad olmuşlar. Qarşı tərəfdən isə 5-10 nəfər şəxslər olsalar da o, həmin şəxslərdən yalnız Emini tanımışdır. Həmin şəxslər heç bir əsaslı səbəb olmadan Renadın gecə vaxtı nə üçün Eminin evinə getdiyini bəhanə edərək onları döyməyə başlamışlar. Həmin hadisə vaxtı o, sol qolundan, sinəsinin sol hissəsindən xəsarət almış, həmin xəsarətləri ona kim yetirdiyini bilməmiş, lakin hal-hazırda bədəni üzərində heç bir xəsarət izi qalmadığından tibbi ekspertizadan keçmək istəməmişdir. Sonradan eşitmişdir ki, hadisə vaxtı Emin tərəfdən hadisə yerinə gəlmiş Rəsul adlı şəxs odlu silahdan istifadə edərək onun avtomobilini zədələmiş, o, Rəsul adlı həmin şəxsi tanımamış, sonuncunun nə məqsədlə onun avtomobilinə zərər yetirdiyini bilməmişdir. Baş vermiş sonuncu hadisə vaxtı orada onlar tərəfdən Renad, Qurban, Rəşad, Ramil, Pərviz və digər tanımadığı şəxslər olmuşlar. Qarşı tərəfdən isə oraya kimin gəldiyini o, görməmiş, çünki Emin və sonuncunun tanışları oraya gələnə qədər o, hadisə yerindən aralanıb getmişdir. O, baş vermiş sonucu hadisə yerinə getməkdə məqsədi Emingillə görüşüb barışıq əldə etmək olmuş, lakin ağrılarına dözə bilməyib Emingil oraya gələnədək o, hadisə yerindən çıxıb getmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid8 ifadəsində bildirmişdir ki, COVİD-19 virusunun yayılmasının qarşısının alınması məqəsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən elan edilmiş sərt karantin rejimi ilə əlaqədar olaraq Gəncə şəhər ərazisində polis tərəfindən stosianar postlar yaradılmışdır. O, və digər polis əməkdaşları müxtəlif vaxtlarda təyin edilmiş postlarda xidməti vəzifələrini icra etmişlər. 13.07.2020-ci il tarixdə təxminən saat 22 radələrində o, və Nizami RPİ-nin PPXnin əməkdaşları polis serjantı Şahid9 və Şahid10la birlikdə karantin rejimi ilə əlaqədar Gəncə şəhər Təbriz küçəsində “Vüsal” şadlıq sarayının qarşısında Gəncə şəhərinə Göygöl rayon Qızılca qəsəbəsindən daxil olan və Gəncə şəhərindən həmin istiqamətə hərəkət edən avtomobillərin xüsusi icazəsini yoxlamışlar. Həmin vaxt onlar xidmətdə olduqları yerdən təxminən Gəncə şəhəri istiqamətində 400-500 metr aralıda Təbriz küçəsində yerləşən Ürək xəstəxanasının qarşısında xeyli sayda şəxsin ucadan qışqırıq səslərini eşitmişlər. Yaranmış səs-küy vahimə yaratdığından diqqətlərini cəlb et və onlar xidməti fəaliyyətlərindən yayınıb səs-küy yaranan istiqamətə baxıb bir qədər ora tərəf irəliləmişlər. Bu zaman həmin istiqamətdən onlara doğru yüksək sürətlə ağ rəngli “Qalinvagen” kimi adlanan “Mercedes Benz” markalı, ** PB *** nömrəli avtomobilin gəldiyini görmüşlər. O, və digər polis əməkdaşları həmin avtomobilə saxla işarəsi vermələrinə baxmayaraq avtomobilin sürücüsü onların qanuni tələbinə məhəl qoymayıb avtomobili saxlamayıb postdan Qızılca qəsəbəsi istiqamətinə hərəkət edib getmişdir. Onlar avtomobilin gəldiyi istiqamətə baxanda həmin ərazidə bir neçə şəxsin qaçışdığını, bir neçəsinin nalayiq ifadələr işlətdiyini, iki tərəfdən müəyyən şəxslərin kütlə halında toplaşaraq qarşılıqlı dalaşıb, əllərində olan əşyaları bir-birlərinə tətbiq etməklə umumi ahəndən kənar çıxıb orada yaşayan sakinlər, həmin ərazidə işləyən, yolla evinə gedən şəxslər arasında qorxu və vahimə yartdığını görmüşlər. Onlar xidməti postlarını tərk edə bilmədikləri üçün o, bu barədə zəng edib Gəncə şəhər Nizami RPİ-nin Növbətçi Hissəsinə məlumat vermiş və həmin əraziyə polis əməkdaşlarının göndərilməsini bildirmişdir. Bir neçə dəqiqə keçdikdən sonra Qızılca qəsəbəsi istiqamətindən həmin ağ rəngli “Qalinvagen” kimi adlanan “Mercedes Benz” markalı, ** PB *** nömrəli avtomobilin onlara tərəf gəldiyini görüb yenidən saxla işarəsi vermələrinə baxmayaraq həmin avtombilin sürücüsü yenə də onun və xidmətdə olan digər polis əməkdaşlarının qanuni tələbinə məhəl qoymayıb avtomobili postda saxlamayıb Təbriz küçəsi ilə Ürək xəstəxanası istiqamətində hərəkətini davam etdirib həmin kütlədə olan şəxsləri üzərinə sürüb heç kimi vurmadan orada olan “Opel” markalı avtomobilə çırpılıb qorxu yaradaraq həmin yerdən uzaqlaşmışdır. Sonra isə arxada hərəkət edən qara rəngli “4 göz” kimi tanınan Mercedes markalı avtomobildən kimsə odlu silahdan atəş aça-aça hərəkətini davam etdirib insanları təlaş və qorxuya salmışdır. Həmin vaxt orada olan vətəndaşlar qaçaraq onların yanlarına gəlib qorxduqlarını və həmin şəxslərin hərəkətlərinin qarşısını almalarını xahiş etmişlər. O, yenidən Nizami RPİ-nin Növbətçi Hissəsinə zəng edib hadisə yerinə əməliyyat qrupunu göndərməsini bildirmişdir. Təxminən 10 dəqiqədən sonra polis əməkdaşları hadisə yerinə gəlmişlər. Həmin şəxlərin qərəzli və aqressiv hərəkətləri, yaratmış olduğu vahiməli səslər o qədər qorxu yaratmışdır ki, postdan keçən avtomobillər həmin yerə getməmiş, həmçinin ətrafda olan şəxslər qaçıb onların yanına gəlmişlər ki, həmin şəxslərin qanunsuz hərəkətlərindən ziyan çəkməsinlər. Hadisə ümumilikdə təxminən 15-20 dəqiqə davam etmişdir. Hadisə zamanı nə o nədəki digər polis əməkdaşları xəsarət almış, xuliqanlıq hadisəsini törətmiş şəxslərdən, hər hansı biri onlara qarşı hər hansı bir zor tətbiq edən və ya zor tətbiq etmə hədəsi ilə müşayiət edilən hərkətlər etməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid10 eyni məzmunlu ifadə verərək Şahid8 ifadəsində göstərmiş olduğu xüsusatları təsdiq etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş X48 ifadəsində göstərmişdir ki, o, özünə məxsus Mercedes E class markalı, **-CJ-*** dövlət nömrə nişanlı avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olur, müştəri tapmaq üçün avtomobilini daha çox camaat arasında “Döş əti” kimi tanınan kafenin yaxınlığında saxlayır. 13.07.2020-ci il tarixdə, saat 21 radələrində həmişə olduğu kimi o, müştəri gözləmək üçün avtomobilini həmin ərazidə saxlamış, özü isə yolun digər tərəfində tək olaraq dayanmışdır. Həmin vaxt bir neçə dəqiqənin içərisində xeyli sayda tanımadığı şəxslərin həmin əraziyə toplaşdıqlarını, əllərində dəyənəklərlə bir-birilərinin avtomobillərini əzməyə və bir-birilərinin üzərinə hücum etməyə başladıqlarını görmüşdür. Həmin vaxt əllərində dəyənək olan şəxslər daha çox “Qalenvagen” kimi tanıdığı ağ rəngli avtomobilin üzərinə hücum edərək həmin avtomobili əzməyə başlamışlar. Lakin həmin avtomobilin sürücüsü avtomobili idarə edərək camaatın arasında çıxaraq harasa sürüb getmişdir. Bundan sonra orada olan şəxslər yaxınlıqda dayanan “VAZ 2106” markalı avtomobili əllərində olan dəyənəklərlə əzməyə başlamışlar. Həmin şəxslərin əməlləri ətrafdakı şəxslərin narahatçılığına səbəb olmuş, ətrafdakı şəxslərdə vahimə yaratmışdır. O və digər ətrafda olan şəxslər qorxduqları üçün həmin şəxslərə yaxınlaşmamışlar. Orada ondan başqa həmin yerdə yaşayan sakinlər, taksi sürücüləri, təkər təmirini işlədən və təmirə, kafeyə istirahətə gələn tanımadığı insanlar da olmuşlar. “VAZ 2106” markalı avtomobili yarasız hala saldıqdan sonra həmin şəxslər əllərindəki dəyənəklərlə mal bazarı istiqamətində getməyə başlamışlar. Bundan sonra Qalinvagen yenidən onların olduğuqları istiqamətə hərəkət edib avtomobili əllərində dəyənək olan şəxslərin üzərinə sürmüş və yenidən hadisə yerindən uzaqlaşmışdır. Həmin vaxt onun avtomobilinə dəyməsinlər deyə avtomobilinin yanına getmək istəyərkən tünd rəngli Mercedes markalı avtomobilin onlara tərəf hərəkət etdiyini və avtomobildə olan şəxsin hansısa odlu silahdan bir neçə dəfə atəş açdığını eşitmişdir. Həmin vaxt hərə bir tərəfə qaçaraq gizlənmiş, lakin həmin vaxt o, başını tutaraq əyildiyi üçün silahdan atəş açan şəxsin hansı istiqamətə və ya kimə atəş açdığını görməmişdir. Bundan sonra o, avtomobilini sürərək hadisə yerindən uzaqlaşmışdır ki, ona və avtomobilinə heç nə olmasın. Təxminən yarım saatdan sonra həmin ərazidə hadisənin sakitləşdiyini görüb nə baş verdiyini öyrənmək üçün yaxınlıqda olan yanacaqdoldurma məntəqəsinə getmiş, orada olarkən bir nəfər traktor idarə edən cavan oğlanın silahdan açılan güllənin az qala ona dəyəcəyini bildirmişdir. O, hadisədə olan şəxsləri tanımamışdır. Baş vermiş hadisə təxminən 15-20 dəqiqə davam etmiş, həmin hadisə nəticəsində ətrafa xeyli sayda adamlar toplaşmış, ətrafda yaşayan və işləyən, həmçinin istirahət edən şəxslərin narahatçılığına səbəb olmuşdur. Hadisə yerində silahdan atəş açan şəxsi o, görməmiş, həmin silahın yalnız “Mercedes” markalı avtomobildən açıldığını görmüşdür. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 eyni məzmunlu ifadə verərək şahid X27 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, özünə məxsus “VAZ-21099” markalı, **-CM-*** dövlət nömrə nişanlı avtomobilini BC dərəcəli sürücülük vəsiqəsi əsasında idarə edir. Gəncə şəhərindən olan Əli adlı tanışına təxminən 2020-ci ilin iyul ayının əvvəllərində nisyə olaraq Jiquli markalı avtomobillər üçün 100 manata sükan satmışdır. 13.07.2020-ci il tarixdə o, Bakı şəhərindən gələn tanışı Anar adlı şəxslə birlikdə Gəncə şəhəri ərazisində oturub yemək yeyərkən, həmin gün saat 21 radələrində o, Əliyə zəng edib pulunu istəmişdir. Əli də yaşadığı Bağman adlı ərazidə olduğunu onlara deyib yaşadığı evin yaxınlığına getməyini ona demişdir. O, Anarla birlikdə özünə məxsus avtomobillə həmin əraziyə getmiş, camaat arasında “Döş əti” kimi tanınan kafenin yaxınlığında olan yanacaqdoldurma məntəqəsinə girərək yanacaq doldurmuşdur. Bundan sonra Əliyə bir neçə dəfə zəng etmiş, lakin Əli onun zənglərinə cavab verməmişdir. Yanacaqdoldurma məntəqəsindən çıxarkən isə “Mersedes Benz G55 AMG” markalı, ağ rəngli avtomobilin karantin postundan saxlamadan sürətlə keçdiyini, bir nəfər şəxsin həmin avtomobilin arxası ilə qaçdığını, təxminən 20 nəfərə yaxın şəxsin isə həmin şəxsin arxasınca qaçdıqlarını görmüşdür. O, başa düşmüşdür ki, nəsə hadisə baş vermişdir. Həmin vaxt o, karantin postunda olan polis əməkdaşlarına yaxınlaşaraq nə baş verdiyini soruşmaq istəsə də, polis əməkdaşları postu sürətlə keçən avtomobilin nömrəsini dəqiqləşdirməyə və nə baş verdiyini aydınlaşdırmağa başlamışlar. Buna görə nə baş verdiyini o, bilməmişdir. Daha sonra nə baş verdiyini öyrənmək üçün öz avtomobili ilə “Döş əti” kimi tanınan kafenin qarşısına gəlib dayanmışdır. Lakin orada olan şəxslər artıq dağılışdıqları üçün o, da öz avtomobilinə minərək oradan işlərinin dalınca getmişdir. Sonradan isə Gəncə şəhəri ərazisində camaat arasında gedən söz-söhbətdən ona məlum olmuşdur ki, iki qurup şəxs arasında hansısa insident olmuş və aralarında olan mübahisəni, dava-dalaşı həmin ərazidə davam etdirmək üçü oraya toplaşaraq bir-biriləri ilə dalaşmışlar. O, hadisədə iştirak edən şəxslərdən heç kimi tanımamış, o, isə orada təxminən 5 dəqiqə olmuş və sonra çıxıb getmişdir. O, hadisə yerində olarkən silahdan atəş açıldığını eşitməmiş və görməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Gəncə şəhər Təbriz küçəsində “Ürək xəstəxanası”nın yaxınlığında yerləşən təkər təmirində işləyir. 13.07.2020-ci il tarixdə, saat 21 radələrində o, görmüşdür ki, işlədiyi yerin əks tərəfində 296 nömrəli evin qarşısında avtomobillər dayanıb, xeyli sayda təxminin 70- 80 nəfər tanımadığı şəxslər əllərində dəyənəklə avtomobildən düşmüşlər və həmin yerdə olan “Qalinvagen” kimi tanınan “Mercedes” markalı avtomobilin üstünə tökülüşmüşlər. Həmin avtomobili dəyənəklə vurmuşlar sonra avtomobilin yanında olan şəxslərlə dalaşmışlar. Dava zamanı bəzi şəxslər oradan qaçmışlar. “Mercedes” markalı avtomobil də üzü Yeni Gəncə istiqamətinə sürüb qaçmışdır. Orada əlində dəyənək olan şəxslərdən bəziləri Mercedesin ardınca, bəziləri isə qışqırıb ucadan söyüşlər söyüb ətrafda qorxu yaradıb əllərində dəyənəklə digər tanımadığı şəxslərin ardınca qaçmışlar. O və orada olan şəxslər qorxub həmin şəxslərə yaxınlaşmayıb bir qırağa çəkilib dayanmışlar ki, həmin şəxslər getsin, sonra işlərinə davam etsinlər. Buna baxmayaraq həmin şəxslər öz qanunsuz və vahimə yaradan hərəkətlərindən əl çəkməmişlər, “Mercedes” markalı avtomobil yenidən fırlanıb həmin qaçan kütləyə doğru avtomobili idarə edib həmin şəxslərin üzərinə sürmüş, əlində dəyənək olan şəxslər yenidən həmin Qalinvageni dəyənək və daşla vurub zədələmişlər. “Qalinvagen” bu dəfə mal bazarı istiqamətində sürüb getmişdir. Əllərində dəyənək olan şəxslərin bəziləri piyada, bəziləri isə gəldikləri avtomobilə minib Qalinvagenin arxasınca getmişlər. Həmin şəxslər onlar olduqları yerdən uzaqlaşsalar da, sonradan həmin şəxslər oraya qayıdıb 296 nömrəli evin qarşısında dayanan “VAZ 2106” markalı avtomobilə əllərində olan dəyənək və bıçaqla zədələr yetirib avtomobilin təkərlərini çırıb, pəncərələrini, fənərlərini sındırıb, detallarını isə əzmişlər. Həmin şəxslər o qədər qərəzli və vahiməli hərəkətlər etmişlər ki, onlar qorxudan həmin şəxslərə yaxınlaşa bilməmişlər. Orada ondan başqa həmin yerdə yaşayan sakinlər, taksi sürücüləri, təkər təmirinə gələn insanlar həmin şəxslərin bu hərəkətlərindən təlaşa düşmüşlər. “VAZ 2106” markalı avtomobili yarasız hala saldıqdan sonra həmin şəxslər əllərində dəyənək mal bazarı istiqamətində getmişlər. Həmin istiqamətə gedəndə Qalinvagen yenidən onların olduğu istiqamətə hərəkət edib avtomobili əllərində dəyənək olan şəxslərin üzərinə sürmüş, əllərində dəyənək olan şəxlər də yenidən çılğınlaşıb dəyənəklərini və yerdən götürdükləri daşı Qalinvagenə atmışlar. Qalinvagenin arxasınca isə qara rəngli “4 göz” kimi tanınan “Mercedes” markalı avtomobil onlara tərəf hərəkət edib avtomobildə olan şəxs odlu silahdan bir neçə dəfə havaya atəş açmışdır. O və orada olan şəxslər qorxub həmin yerdən qaçmışlar, sonra həmin şəxslər oradan uzaqlaşıb getmişlər. Həmin hadisə təxminən 15-20 dəqiqə davam etmiş, o, həmin şəxslərdən heç kimi tanımamışdır. O, hansı silahdan atəş açıldığını görməmiş, heç bir xəsarət almamış və ekspertdən keçmək istəmir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, özünə məxsus “VAZ 2106” markalı, **-KA-*** nömrə nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olub ailəsini dolandırır. O, mütamadi olaraq Gəncə şəhər Təbriz küçəsində «Ürək xəstəxanası»nın yaxınlığında dayanıb müştəri gözləyir. 13.07.2020-ci il tarixdə, saat 21:30 radələrində o, həmin yerdə dayanıb müştəri gözləyən vaxt yolun əks istiqamətində 296 nömrəli evin qarşısında dayanan “VAZ 2106” markalı avtomobilə əllərində dəyənək və bıçaq olan şəxslərin avtomobilin təkərlərini çırıb pəncərələrini, fənərlərini sındırıb, detallarını isə əzdiklərini görmüşdür. Həmin şəxslər qərəzli və vahiməli hərəkətlər etdikləri üçün onlar qorxularından həmin şəxslərə yaxınlaşa bilməmişlər. Orada ondan başqa həmin yerdə yaşayan sakinlər, taksi sürücüləri, təkər təmirinin işlədən və oraya təmirə gələn insanlar onların bu hərəkətlərindən təlaşa düşmüşlər. “VAZ 2106” markalı avtomobili yararsız hala salandan sonra həmin şəxslər əllərində dəyənək mal bazarı istiqamətində getmişlər. Həmin istiqamətə gedən zaman Qalinvagen kimi tanınan “Mercedes” markalı avtomobil onların olduqları istiqamətə hərəkət edib avtomobili əllərində dəyənək olan şəxslərin üzərinə sürmüş, əllərində dəyənək olan şəxlər də yenidən çılğınlaşıb dəyənəlklərini və yerdən götürdükləri daşı Qalinvagenə atmışlar. Qalinvagenin arxasınca isə qara rəngli “4 göz” kimi tanınan “Mercedes” markalı onlar tərəf hərəkət edib avtomobildə olan şəxs odlu silahdan təxminən 3 dəfə havaya atəş açmışdır. O və orada olan şəxslər qorxub həmin yerdən qaçmışlar. Sonra həmin hadisəni törətmiş şəxslər oradan uzaqlaşıb getmişlər. O, hadisəni törətmiş şəxsləri tanımamışdır. O, hansı silahdan atəş açıldığını görməmiş, odlu silahdan açılan atəş nəticəsində hər hansı bir xəsarət almadığı üçün ekspertdən keçmək istəməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, X37, X47, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, X13, X25, X19, X26, Şahid11 tanıyır, həmin şəxslərlə eyni bir ərazidə qaldığı üçün tanıyır, münasibəti yaxşı olmuş, heç bir ədavəti və ya düşmənçiliyi yoxdur. 13.07.2020-ci il tarixdə, saat 20 radələrində o, yaşadığı Poçt qəsəbəsində olan zaman küçənin oğlanlarından eşitmişdir ki, Poçt qəsəbəsinin oğlanları Gəncə şəhər Təbriz küçəsində yerləşən «Ürək xəstəxanası»nın yanına yığılıblar. Həmin vaxt o, bacısı oğlu Araza zəng etsə də sonuncuya zəng çatmamışdır. Arazın da oraya getməsi onun ürəyinə gəldiyi üçün o, yoldan keçən tanımadığı taksi avtomaşını ilə həmin yerə getmiş, o, oraya gedəndə artıq həmin yerdə heç kim olmamışdır. O, getdiyi taksi avtomaşını ilə yenidən yaşadığı Poçt qəsəbəsinə qayıtmışdır. Sonradan eşitmişdir ki, Poçt qəsəbəsinin oğlanları ilə digər tanımadığı şəxslər arasında dava-dalaş olubdur. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan “Hadisə yerinə və avtomobillərə baxış keçirilməsi haqqında” 13.07.2020-ci il tarixli protokoldan görünür ki, baxış keçirilərək müəyyən edilmişdir ki, hadisə yeri Gəncə şəhəri, Təbriz küçəsi, 296 nömrəli evin qarşısından həmin küçədə olan avtomobil təmiri sexinin qarşısına kimi olan məsafədə yerləşir. Hadisə yerində fərdi yaşayış evləri, qapı-pəncərə sexləri, avtomobil təmiri sexləri, ərzaq və avtomobil ehtiyyat hissələrinin satışı mağazaları və digər ictimai obyektlər vardır. Hadisə yerindən üzü Gəncə şəhəri istiqamətində Kardioloji dispanser, üzü Göygöl rayonu istiqamətində isə “Vüsal” şadlıq sarayı, yanacaqdoldurma məntəqəsi yerləşir. Təbriz küçəsi, 296 nömrəli evin qarşısında Zərərçəkmiş şəxs2 məxsus “VAZ-2106” markalı, qara rəngli, **-BE-*** dövlət nömrə nişanlı avtomobil vardır ki, həmin avtomobilin ön, arxa və yan şüşələri, qabaq və arxa faraları sınmış, təkərləri deşilmiş, dam hissəsi iə əzilmiş vəziyyətdədir. Həmin avtomobildən 100 metr aralıda, Təbriz küçəsindəki avtomobil təmiri sexinin qarşısında Şahid11 məxsus olan “Opel Vectra” markalı, gümüşü rəngli, **-DZ-*** dövlət nömrə nişanlı avtomobil vardır ki, avtomobilin sol arxa qapısının çöl və içəri hissəsində 2x2 sm ölçüdə dəlik, qabaq sol tərəfində sürtülmə izləri vardır. Hadisə yerinə baxış zamanı başqa heç bir cinayət xarakterli əşya, predmet və ya iz aşkar edilməmiş, bu barədə protokol tərtib edilmiş, hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. “Axtarış aparılması və götürmə haqqında” 15.07.2020-ci il tarixli protokoldan görünür ki, X31 məxsus “Mersedes Benz G55 AMG” markalı, ağ rəngli, **-PB-*** dövlət nömrə nişanlı avtomobilə baxış keçirilmiş və müəyyən edilmişdir ki, avtomobilin sağ yan şüşəsi sınmış vəziyyətdədir, avtomobilin sağ yan hissəsində digər avtomobilə sürtünmə izi vardır, avtomobilin ban hissəsinin müxtəlif yerlərində əzilmə izi vardır, sol ön qapıda və şüşəsində, arxa sol qapıda göy rəngli alətlə yetirlmiş zədə izləri vardır. Avtomobilə baxış zamanı başqa heç bir cinayət xarakterli əşya, predmet və ya iz aşkar edilməmişdir. Bu barədə protokol tərtib edilmiş, avtomobilin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. “Axtarış aparılması və götürmə haqqında” 15.07.2020-ci tarixli protokoldan görünür ki, X40 məxsus “Kia Sorento” markalı, qara rəngli, **-TH-*** dövlət nömrə nişanlı avtomobilə baxış keçirilmiş və müəyyən edilmişdir ki, zahiri görünüşündə heç bir zədə və ya deformasiya izi yoxdur. Avtomobilin salonunun qabaq tərəfində baş hissəsi tünd göy rəngdə olan əl dəyənəyi (beysbool), dəyənəyin üzərində isə çoxsaylı zədələr vardır. Avtomobilə baxış zamanı başqa heç bir cinayət xarakterli əşya, predmet və ya iz aşkar edilməmişdir. Avtomobildə olan əl dəyənəyi müvafiq qaydada götürülmüş, bu barədə protokol tərtib edilmiş, avtomobilin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. “Baxış keçirilməsi haqqında” 04.08.2020-ci tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxs X24 baş vermiş hadisə vaxtı Zərərçəkmiş şəxs2 məxsus “VAZ-2106” markalı avtomobilin təkərlərini deşdiyi bıçağın onun yaşadığı evdə olduğunu bildirsə də, istintaq zamanı onun yaşadığı evə baxış keçirilmiş, lakin həmin bıçağın evdən aşkar edilərək götürülməsi mümkün olmamışdır. “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X61 15.07.2020-ci il tarixli 1034 və 1035 nömrəli rəylərindən görünür ki, məhkəmə-tibbi müayinəsinə əsasən Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 bədənində xəsarət müəyyən edilmədi. Məhkəmə Ekspertiza Mərkəzinin 25.09.2020-ci il tarixli 3/963; 8/1346; 3/980; 3/981 nömrəli rəylərindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan turist bıçağıdır, soyuq silah hesab edilmir, üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmişdir. Həmçinin, tədqiqata təqdim edilmiş 1 ədəd predmet kustar üsulu ilə hazırlanmış beysbol toxmağıdır, soyuq silah hesab edilmir, üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmişdir. Bundan əlavə, təqdim edilmiş “Mercedes Benz G55 AMG” markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində (qabaq sol qanadda, qabaq arxa sol qapıda, qabaq-arxa sol yan şüşədə) və “Vaz-2106” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində (banında, qabaq sağ və sol farada, arxa farada, alın şüşədə, külək qoruyucuda, yan şüşələrdə) olan zədələr, izlər öz formasına, marfoloji quruluşuna, xarakterinə və sair əlamətlərinə görə hər hansı bərk predmetlə kontakda olması, dəyməsi, o cümlədən təqdim edilmiş dəyənəyin təsirindən yaranması mümkündür.Bundan başqa, təqdim edilmiş “Vaz-2106” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin təkərlərində olan zədələr kəsicilik, deşicilik xassəsinə malik olan predmetin, o cümlədən təqdim edilmiş bıçağın təsirindən yaranması mümkündür.Qeyd olunanlarla yanaşı, təqdim edilmiş “Mercedes Benz G55 AMG” markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində (qabaq sağ qanadda, arxa sağ qanadda, sağ ayaqaltıda) və “Opel Vectra” markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində (qabaq- arxa sol qapıda, qabaq sol qanadda, sol kılıkda) olan zədələr, izlər öz formasına, marfoloji quruluşuna, xarakterinə, yerləşmə yerlərinə və sair əlamətlərinə görə hər hansı bərk predmetlə kontakda olması, dəyməsi, o cümlədən nəqliyyat vasitələrin bir-biriləri ilə təmasda olması nəticəsində yaranması mümkündür.Bundan əlavə, tədqiqata təqdim edilmiş “Opel Vectra” markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol, arxa qapısının çöl və iç hissəsində, arxa, sol oturacağı üzərində rəyin tədqiqi hissəsində qeyd edilən sayda və ölçüdə zədələr vardır. Zədələrin ətrafında atəşin əlavə faktoru olan qurğuşun metal izinin və tam yanmamış, tüstüsüz barıt hissəciklərinin aşkar edilməməsinə baxmayaraq, zədələrin formasına, ölçüsünə, morfoloji quruluşuna, əsasən, avtomobilin sol, arxa qapısının çöl hissəsində və sol, arxa oturacağı üzərində olan zədələr giriş, avtomobilin sol, arxa qapısının iç hissəsində olan zədə isə çıxış zədəsi olmaqla, yivsiz odlu silahdan açılmış atəş nəticəsində mərmilərin-qırmaların təsirindən, 5 sm-dən 2 metrə qədər məsafədən soldan sağa doğru istiqamətdə yetirilməyə xarakterikdir. Məhkəmə Ekspertiza Mərkəzinin 23.09.2020-ci il tarxli 6/1650 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “Mercedes Benz G55 AMG” markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol qapısından, ön sol qapısından və arxa sol və ön sol qapılarının şüşəsi səthindən götürülməsi qeyd edilən göy rəngli hissəciklər 1 qatlı kənar boya örtüyü hissəcikləridir və üzərində “COSFER” yazısı olan dəyənəyin göy rəngli boya örtüyü ilə rənginə və tərkibinə görə uyğun olub ümumi cins mənsubiyyətinə malikdirlər. Zərərçəkmiş şəxs1 məxsus “Mersedes Benz G55 AMG” markalı, **-PB-*** dövlət nömrə nişanlı avtomobil üçün alınmış qüsur aktından görünür ki, avtomobilin qabaq sol və sağ güzgüsü sındırmaqla, avtomobilin ban hissəsini bir neçə yerdən əzilməklə avtomobilə 2490 (iki min dörd yüz doxsan) manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs2 məxsus “VAZ 2106” markalı, **-BE-*** dövlət nömrə nişanlı avtomobil üçün alınmış qüsur aktından görünür ki, avtomobilinin alın şüşəsi, arxa görüntü şüşəsi, ön sağ və sol faraları, arxa sağ və sol faraları, qapı şüşələri sındırılmalqa, avtomobilin ban hissəsi bir neçə yerdən əzilməklə, avtomobilin təkərləri deşilməklə avtomobilə 568 (beş yüz altmış səkkiz) manat maddi ziyan dəymişdir. Təhlükəsiz şəhər kameralarından əldə olunmuş GTŞ-90.3 nömrəli videogörüntüyə baxış zamanı müəyyən olunmuşdur ki, görüntüdə Gəncə şəhərinə giriş-çıxış yolları müşahidə olunur. Həmin görüntünün 00:14 saniyəsində Şahid11 idarə etdiyi Opel Vectra markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin Gəncə şəhəri istqamətində hərəkəti, 01:10 dəqiqəsində X32 idarə etdiyi Kia Sorento markalı, **-HT-*** dövlət qeydiyyat nişanlı avtomobilin Gəncə şəhəri istqamətində hərəkəti, 03:53 dəqiqəsində Zərərçəkmiş şəxs1 idarə etdiyi Mercedes Benz G 55 AMG markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Gəncə şəhəri istqamətində hərəkət etməsi, onun ardınca isə X41 özünə məxsus Renalut Megan markalı **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Gəncə şəhəri istqamətində hərəkət etməsi müşahidə edilir. Gəncə şəhər Baş Polis İdarəsinin şəhər ərazisində quraşdırılmış GTŞ-89.4 nömrəli Kamerasının qeyd aldığı videogörüntüdən görünür ki, Zərərçəkmiş şəxs1 idarə etdiyi Mercedes Benz markalı avtomobili ilə Nizami küçəsi ilə şəhərin mərkəzi istiqamətində hərəkət edib Cihazqayırma zavodunun yaxınlığında Nizami küçəsi ilə Ş.İ.Xətai prospektinin kəsişməsindəki işıqforun qırmızı işığında dayanır, həmin vaxt Ramil Hüseynov idarə etdiyi “Renalut Megan” markalı avtomobillə onun arxasında, Şahid11 idarə etdiyi “Opel Vectra” markalı avtomobillə sağ tərəfdən hərəkət edib Zərərçəkmiş şəxs1 idarə etdiyi “Mercedes Benz” markalı avtomobilin önünə keçir, onun ardında X32 idarə etdiyi “Kia Sorento” markalı avtomobil gəlib dayanır, daha sonra Atin Əliyev “Mercedes Benz C” markalı avtomobillə sol tərəfdən hərəkət edib Zərərçəkmiş şəxs1 idarə etdiyi “Mercedes Benz” markalı avtomobilin önünə keçərək saxlayır, onun arxasında isə Zərərçəkmiş şəxs2 idarə etdiyi “VAZ-2106” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil dayanır. Bundan sonra Ramil Hüseynov idarə etdiyi avtomobildən yerə düşüb Zərərçəkmiş şəxs1 idarə etdiyi “Mercedes Benz” markalı avtomobili istiqamətində əl-qol işarələri ilə hərəkət edərək Emini hədələməsi, Şahid11 idarə etdiyi “Opel Vectra” markalı avtomobildən və digər avtomobillərdən bir neçə nəfər şəxslər düşüb Zərərçəkmiş şəxs1 idarə etdiyi “Mercedes Benz” markalı avtomobilin ətrafına toplaşaraq ətrafda olan şəxsləri özlərinə cəlb edərək onların narahatçılığına səbəb olan və digər hərəkət iştirakçılarının hərəkətinə maneçilik yaratması ilə nəticələnən hərəkətlər edirlər. Gəncə şəhər Baş Polis İdarəsinin şəhər ərazisində quraşdırılmış digər Təhlükəsizlik kameralarından da görünür ki, X32, X20, X42, Şahid11, Təqsirləndirilən şəxs6 Səyyad oğlunun və onlarla birlikdə bir neçə avtomobillərin Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 idarə etdiyi avtomobilləri Gəncə şəhəri ərazisində, yəni nizami küçəsi ilə hərəkət edib M.Bağırov küçəsi ilə hərəkətlərini davam etdirib, oradan Azərbaycan Bayrağı küçəsinə dönüb təqiblərini davam etdirərək Ş.İ.Xətai prospektinə daxil olub üzü «Dəyirmanın» dairəsi istiqamətində təqiblərini davam etdirmiş, «Dəyirmanın» dairəsindən geri qayıdaraq üzü Cihazqayırma zavodu istiqamətində təqiblərini davam etdirmişlər. X6 və onunla birlikdə olan adları yuxarıda qeyd olunan şəxslər idarə etdikləri avtomobilləri ilə təqiblərini dayandıraraq H.Əliyev prospekti ilə Poçt qəsəbəsinə qayıtmışlar. Təxminən 1 saatdan sonra Renad Əliyev idarə etdiyi “Kia Sorento” markalı, Ramil Hüseynov idarə etdiyi qırmızı rəngli “Renault Megan” markalı, Atin Əliyev idarə etdiyi boz rəngli “Renault Megan” markalı, Təqsirləndirilən şəxs6 idarə etdiyi “VAZ-2107” markalı avtomobillə Poçt qəsəbəsi ərazisindən Ş.İ.Xətai prospektinə daxil olaraq Gəncə şəhəri Təbriz küçəsində yerləşən «Ürək Xəstəxanası» istiqamətində hərəkət edirlər. Həmçinin Zərərçəkmiş şəxs1 idarə etdiyi “Mercedes Benz G 55 AMG” markalı avtomobillə Gəncə şəhəri H.Əliyev prospekti ilə hərəkət edib 3 nömrəli Xəstəxananın qarşısından keçib Təbriz küçəsində yerləşən «Ürək Xəstəxanası» istiqamətində hərəkət edir. Bundan əlavə hadisələrin baş verdiyi ərazidə olan “Toyuğun döş əti” kimi adlanan kafenin qarşısında quraşdırılmış müşahidə kameralarından əldə olunmuş 1 nömrəli videogörüntüyə baxış zamanı məlum olur ki, həmin videogörüntü 13.07.2020-ci il tarixdə, saat 20:30:25 saniyədə başlayır. Həmin vaxt hava açıq vəziyyətdədir, ətrafda ticarət obyektləri, taksi fəaliyyəti ilə məşğul olan şəxslər, səki ilə hərəktdə olan şəxslər, həmçinin Təbriz küçəsindəki avtomobil yolunda intensiv olaraq avtomobillərin hərəkəti müşahidə edilir. Bundan başqa, həmin videogörüntünün 20:47:53 saniyəsində Zərərçəkmiş şəxs2 özünə məxsus idarə etdiyi VAZ-2106 markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Təbriz küçəsi 296 saylı yaşayış evinin qarşısına gəlib avtomobilini saxlayır. Zərərçəkmiş şəxs2 avtomobili saxladıqdan sonra özü sükanın arxasından, avtomobilin digər qapıları açıldıqdan sonra isə özü ilə birlikdə 6 nəfər şəxslərin avtomobildən yerə düşdükləri görünür. Sonra həmin şəxslər səkidə toplaşaraq söhbət edirlər. Bundan əlavə, həmin videogörüntünün 20:49:03 saniyəsində Zərərçəkmiş şəxs1 idarə etdiyi “Mercedes Benz G 55 AMG” markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə həmin yerə gəlib Zərərçəkmiş şəxs2 saxladığı avtomobildən bir qədər öndə saxlayır, avtomobili saxladıqdan sonra özü sükanın arxasından, avtomobilin digər qapıları açıldıqdan sonra isə özü ilə birlikdə 3 nəfər şəxslərin avtomobildən yerə düşdükləri görünür. Həmin şəxslər avtomobildən düşdükdən sonra Zərərçəkmiş şəxs2 ilə yanaşı sonuncunun yanında olan şəxslər Zərərçəkmiş şəxs1gilin yanına yaxınlaşaraq sonuncunun avtomobilinin yanında səkidə toplaşaraq söhbət edirlər. Onların orada toplaşaraq söhbət etmələri həmin ərazidə taksi fəaliyyati ilə məşğul olan şəxslərin diqqətini özlərinə cəlb edir. Sonra onlar təxminən 15-20 nəfər olmaqla səki ilə kütlə halında üzü «mal-qoyun» bazarı istiqamətində piyada hərəkət edirlər. Əldə olunmuş 2 nömrəli videogörüntünün 21:21:45 saniyəsində Zərərçəkmiş şəxs1 özünə məxsus avtomobili Təbriz küçəsində səkinin yanı ilə əks istiqamətdə hərəkətdə olan avtomobillərin yolu ilə «Urək Xəstəxanası» istiqamətində asta sürətlə idarə edir və paralel olaraq səki ilə onun yanında olan şəxslər də kütlə halında piyada addımlayırlar. Görüntünün 21:21:53 saniyəsində Zərərçəkmiş şəxs1 idarə etdyi avtomobilin ön sağ oturacağından bir nəfər şəxs yerə düşərək piyada hərəkətdə olan şəxslərlə yaxınlaşaraq ətrafda olan səki ilə hərəkətdə olan kənar şəxslərə, cəmiyyətə laqeyd münasibət göstərib yollarını kəsərək hörmətsizliklə ifadə olunan hərəkətlər göstərib səkidə dayanaraq söhbət etməyə başlayırlar. Onların bu hərəkətləri səki ilə hərəkətdə olan digər şəxslərin hərəkəti üçün maneçilik və narahatçılıq yaratdığına görə kütləyə aid olmayan şəxslər yollarını dəyişərək avtomobil yoluna daxil olub öz hərəkət istiqamətlərini dəyişirlər. Görüntünün 21:22:30 saniyəsində X2 Hüseynova məxsus avtomobilin arxa sağ oturacağından yerə düşür. Bundan başqa, həmin görüntünün 21:22:36 saniyəsində X41 özünə məxsus Renalut Megan markalı **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə şəhərin mərkəzi istiqamətində hərəkətdə olarkən idarə etdiyi avtomobili «Toyuğun döş əti» kimi adlanan kafenin qarşısındakı səkiyə çıxardaraq səki ilə təxminən 10 metr məsafə qət edib ətrafda olan şəxslər üçün qorxu və vahimə yaradıb yenidən avtobillərin hərəkət yoluna daxil olub Zərərçəkmiş şəxs1 hərəkətsiz vəziyyətdə dayanmış Mercedes Benz G 55 AMG markalı avtomobilinin hərəkətini məhdudlaşdımaq üçün qarşısını dayanıb kəsir. Bundan sonra hadisə yerinə Təqsirləndirilən şəxs6 Səyyad oğlu idarə etdiyi VAZ-2107 markalı, **-RK-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə həmin yerə gəlib yolun sağ tərəfində avtomobilini saxlayır. Onun ardınca X30 idarə etdiyi VAZ-21015 markalı, **-LV-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə hadisə yerinə gəlib Zərərçəkmiş şəxs1 idarə etdiyi avtomobilin qarşı tərəfində saxlayır. Bundan sonra Şahid11 idarə etdiyi Opel Vectra markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə hadisə yerinə gəlib orada dayanır. Bundan sonra X32 idarə etdiyi Kia Sorento markalı, **-HT-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə hadisə yerinə gəlib yolun hərəkət istiqamətində dayanır. Həmçinin, görüntünün 21:22:58 saniyəsində Ramil Hüseynovun avtomobilindən özü və bir neçə şəxslər yerə düşüb Emin Hüseyova məxsus avtomobilə yaxınlaşırlar. 21:23:00 saniyədə Təqsirləndirilən şəxs6 idarə etdiyi avtomobilindən onun özü, X29, Təqsirləndirilən şəxs1 avtomobilindən düşüb Emin Hüseyova məxsus avtomobilə qaçaraq yaxınlaşırlar. Qeyd olunanlarla yanaşı, həmin görüntünün 21:22:58 saniyəsində Təqsirləndirilən şəxs5 piyada avtomobil yolu ilə bir nəfər şəxslə Emin Hüseyov və sonuncunun yanında olan şəxslərə tərəf qaçaraq yaxınlaşır. Bundan başqa, həmin görüntünün 21:23:02 dəqiqəsində Şahid11 məxsus “Opel Vectra” markalı avtomobil hadisə yerində dayanır, avtomobiin ön sağ oturacağından Təqsirləndirilən şəxs3 əlində dəyənək, arxa sol oturacaqdan X24, sükan arxasından isə Şahid11 özü yerə düşərək Emin Hüseyova məxsus avtomobilə qaçaraq yaxınlaşırlar.Bundan əlavə, həmin görüntünün 21:23:05 dəqiqəsində Ramil Hüseynovun kütləyə əli ilə Zərərçəkmiş şəxs1 avtomobilini göstərib həmin avtomobilə yaxınlaşmalarını əli ilə işarə edib səsləməsi müşahidə olunur. Həmçinin, həmin görüntünün 21:23:06 dəqiqəsində X52 idarə etdiyi Kia Sorento markalı, **-HT-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə hadisə yerinə gəlib yolun hərəkət istiqamətində dayanır, onun özü, avtomobilin arxa oturacağından bir nəfər əlində dəyənəklə və digər şəxslər düşüb Emin Hüseyov və sonuncunun yanında olan şəxslərə tərəf qaçaraq yaxınlaşırlar.Qeyd olunanlarla yanaşı, həmin görüntünün 21:23:14 dəqiqəsində hadisə yerinə gələn həmin avtomobillər və avtomobildən düşən şəxslər, həmçinin Zərərçəkmiş şəxs1 və onunla birlikdə hadisə yerinə gəlmiş Zərərçəkmiş şəxs2, Pərviz Salmanov, Rəsul Musayevin kütləvi şəkildə toplaşaraq qarşılıqlı mübahisə və münaqişə yaratmaları həmin ərazidəki avtomobil yolunun hərəkətini tam məhdudlaşdırılması və ətrafda olan şəxslərin diqqətini özlərinə cəlb etməsi müşahidə olunur. Bundan başqa, həmin görüntünün 21:23:18 dəqiqəsində hər iki kütlə arasında olan şəxslərin qarşılıqlı dava-dalaşları müşahidə edilir. görüntünün 21:23:20 dəqiqəsində isə Zərərçəkmiş şəxs1 “Mercedes Benz” markalı avtomobilini şəhərin mərkəzi istiqamətində idarə edir, əlində dəyənəkli şəxslər isə Eminin avtomobilinə zərbələr endirməklə həmin avtomobilin arxası ilə qaçırlar. Görüntünün 21:23:29 dəqiqəsində hər iki kütlə arasında qarşılıqla davanın baş verməsi müşahidə olunur. Görüntünün 21:23:33 dəqiqəsində əlində dəyənək olan və olmayan şəxslərin kütlə halında avtomobil yolu ilə üzü «mal-qoyun» bazarı istiqamətində qaçmaları, hərəkətdə olan avtomobillərin isə hərəkətinin məhdudlaşdırılması müşahidə edilir. Bundan əlavə, həmçin görüntünün 21:23:37 dəqiqəsində X15 əlində dəyənəklə kütlə ilə birlikdə bir neçə nəfər şəxsin arxasınca qaçaraq əlindəki dəyənəyi hadisə yerinə “VAZ-2107” markalı avtomobilin arxa oturacağına minmək istəyən şəxsə vurması görünür və yenidən digər şəxslərin arxası ilə qaçaraq əlindəki dəyənəyi həmin şəxslərə tətbiq etmək məqsədi olması müşahidə edilir. Həmçinin, həmin görüntünün 21:23:41 dəqiqəsində Zərərçəkmiş şəxs1 idarə etdiyi Mercedes markalı avtomobillə yenidən hadisə yerinə qayıdır və avtomobilini kütlə halında qaçan şəxslərin üzərinə sürərək həmin şəxsləri avtomobillə vurmağa cəhd etməsi müşahidə edilir. Qeyd olunanlarla yanaşı, həmin görüntünün 21:23:47 dəqiqəsində Təqsirləndirilən şəxs3 əlində dəyənəklə kütlə ilə birlikdə bir neçə nəfər şəxsin arxasınca qaçaraq əlindəki dəyənəyi həmin şəxslərə tətbiq etmək məqsədi olması müşahidə edilir. Həmçinin həmin vaxt adları istintaqa məlum omayan bir neçə nəfər şəxslərin də əllərində dəyənəklə kütlə arxasınca qaçmaları və digər şəxslərə dəyənəyi tətbiq etmək məqsədlərinin olması müşahidə edilir.Bundan başqa, həmin görüntünün 21:24:04 dəqiqəsində Renad Əliyev idarə etdiyi “Kia” markalı avtomobillə hadisə yerinə gəlmiş şəxsləri avtomobilinə mindirərək Zərərçəkmiş şəxs1 idarə etdiyi avtomobilin arxasınca getmələri müşahidə olunur. Bundan əlavə, həmin görüntünün 21:24:20 dəqiqəsində kütlənin yolun hərəkət istiqamətində toplaşması, avtomobillərin hərəkətinin məhdudlaşdarılması, kənarda olan şəxslərə laqeydlik göstərərək onlara məhəl qoymayıb qərəzli hərəkət etdirməsi və həmin yerdə olan kənar şəxslərin qorxmaları müşahidə edilir.Həmçinin, həmin görüntünün 21:24:35 dəqiqəsində X15, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs6 məxsus VAZ-2107 markalı avtomobilə minərək 21:25:04 dəqiqəsində «mal-qoyun» bazarı istiqamətində dönmələri və Zərərçəkmiş şəxs1 avtomobilinin arxasınca hərəkət etmələri müşahidə edilir. Qeyd olunanlarla yanaşı, həmin görüntünün 21:25:21 dəqiqəsində X16 idarə etdiyi “VAZ-21015” markalı avtomobilini «malqoyun» bazarı istiqamətində yüksək sürətlə idarə edərək Zərərçəkmiş şəxs1 avtomobilinin arxasınca hərəkət etməsi müşahidə edilir. Röyal Məmmədovun bu hərəkətləri ətrafda olan şəxslərin qorxu və narahatçılığına səbəb olması ilə nəticələnir. Səkidə toplaşmış şəxslərin onun arxasınca hərəkətlərinə baxmaları görünür. Bundan başqa, “Toyuğun döş əti” kimi adlanan kafenin qarşısında quraşdırılmış müşahidə kameralarından əldə olunmuş 2 nömrəli videogörüntüyə baxış zamanı məlum olur ki, görüntünün 21:22:36 dəqiqəsindən birinci videogörüntüdə olan görüntələr, yəni Ramil Hüseynovun, Təqsirləndirilən şəxs6, Şahid11, Renad Əliyevin, Röyal Məmmədovun avtomobilləri ilə hadisə yerinə gəlib dayanmaları, kütlənin həmin yerə toplaşması, vətəndaşlar arasında qorxu yaratmaq və şəxslər üzərində zor tətbiq olunması, əllərində dəyənəklə şəxslərin arxasınca qaçmaları müşahidə edilir. Həmçinin Zərərçəkmiş şəxs1 avtomobilini kütlənin üzərinə surməsi, vətəndaşlar üzərində zor tətbiq etməsi müşahidə edilir. Bundan əlavə, həmin görüntünün 21:25:47 dəqiqəsində X20 «mal-qoyun» bazarı tərəfdən kütlənin arasında qaçaraq öz avtomobilinə tərəf gəlməsi müşahidə edilir. Həmçinin, həmin görüntünün 21:26:26 dəqiqəsində X16 idarə etdiyi VAZ-21015 markalı avtomobillə «mal-qoyun» bazarı tərəfdən hadisə yeri istiqamətindən gəlib dayanması, 21:26:36 dəqiqəsində isə Ramil Hüseynovun avtomobilini səkiyə hərəkət edib dayanması, arxa sol qapıdan Təqsirləndirilən şəxs5 avtomobildən düşüb Röyal Məmmədovun avtomobilinin ön sağ oturacağında oturması, Ramil Hüseynovun isə əks istaqamətində avtomobilini ildarə etməsi və yenidən Gəncə şəhəri istiqamətində qayıtması müşahidə edilir.Qeyd olunanlarla yanaşı, Görüntünün 1-1 saylı videosunun 21:28:59 dəqiqəsində X41 idarə etdiyi avtomobillə Gəncə şəhəri istiqamətində hərəkət edib 296 saylı yaşayış evinin qarşısında Zərərçəkmiş şəxs2 avtomobilinin ön hissəsində dayanması, avtomobildən özü ilə yanaşı Araz Məmmədzadə ilə birlikdə düşüb Zərərçəkmiş şəxs2 avtomobilinə yaxınlaşıb kiməsə zəng etməsi müşahidə edilir. Bundan başqa, həmin görüntünün 21:31:31 dəqiqəsində onların bərabərliyində ağ rəngli VAZ-2107 markalı avtomobilin dayanması, həmin avtomobildən Təqsirləndirilən şəxs3 və bir neçə nəfər şəxslərin Zərərçəkmiş şəxs2 avtomobilinə yaxınlaşması, 21:31:41 dəqiqədə həmin yerin yaxınlığında boz rəngli “Reno” markalı avtomobilin dayanması, Kamran Novruzovun həmin avtomobildən düşərək Zərərçəkmiş şəxs2 avtomobilinə yaxınlaşması müşahidə edilir. Bundan əlavə, həmin görüntünün 21:31:48 dəqiqəsində Zərərçəkmiş şəxs2 avtomobilinin yanına toplaşmış şəxslər əllərində olan dəyənəklə avtomobilin müxtəlif yerlərinə zərbələr vurması, Kamran Novruzovun əlindəki əşya ilə avtomobilin təkərlərini deşməsi müşahidə edilir. Onların bu hərəkətləri ətrafdakıların qorxu və narahatçılığına səbəb olur. Bundan sonra həmin şəxslərin Ramil Hüseynovun avtomobilinə oturaraq hadisə yerindən uzaqlaşmaları, Təqsirləndirilən şəxs3 və Kamran Novruzovun isə piyada «mal-qoyun» bazarı istiqamətində getmələri müşahidə edilir. Həmçinin, həmin görüntünün 21:32:58 dəqiqəsində Zərərçəkmiş şəxs1 idarə etdiyi avtomobillə yenidən yüksək sürətlə hadisə yerinə qayıdaraq qarşı tərəfdən olan şəxslərin toplaşdıqları yerə avtomobilini istiqamətləndirərək həmin şəxsləri avtomobillə vurmağa cəhd edir, vətəndaşların qorxsuna səbəb olan hərəkətlər edərək şəhərin mərkəzi istiqamətində yoluna davam edir. Qeyd olunanlarla yanaşı, həmin görüntünün 21:33:07 dəqiqəsində vətəndaşların avtomobil yolundan sağ tərəfə təlaş içində qaçması, bir neçə nəfərin isə yolun kənarında dayanmış “VAZ-21099” markalı avtomobilin sağ yan tərəfində aşağıya əyilməsi, görüntünün 3-2 saylı videosunun 21:33:09 dəqiqəsində Rəsul Musayevin oldu silahdan atəş açması nəticəsində yolun kənarında toplaşan şəxslərin qorxu və təlaş içərisində hadisə yerindən özlərini itirmiş şəkildə qeyri-nizam formada kənarda əkilmiş çinar ağacının arxasına qaçıb gizlənmələri müşahidə edilir. Videogörüntünün 21:33:11 dəqiqədə isə Rəsul Musayevin sərnişin olduğu X28 idarə etdiyi qara rəngli Mercedes Benz markalı, **-NL-*** nömrə nişanlı avtomobilin ön sağ pəncərəsindən havaya atəş açaraq yüksək sürətlə şəhərin mərkəzi istiqamətində getmələri müşahidə edilir.Bundan əlavə, həmin görüntünün 21:33:31 dəqiqəsində Kamran Novruzovun «Ürək Xəstəxanası» istiqamətində getməsi, oraya toplaşmış kütlənin qaçaraq avtomobillərinə minərək hadisə yerindən uzaqlaşmaları müşahidə edilir. Bundan başqa, hadisə yerinin yaxınlığındakı dənli bitkilərin satışı dükanının qarşısında quraşdırılmış müşahidə kamerasından götürülmüş 4 saylı videogörüntüdən görünür ki, xeyli sayda kütlənin qarşılıqlı dava-dalaş etməsi, avtomobil yolu ilə onların birbirinin axasınca qaçması, həmin vaxt avtomobillərin hərəkətinin məhdudlaşdırılması, həmin vaxt səki ilə hərəkətdə olan insanların qorxu və təlaş keçirməsi müşahidə edilir. Bir qədər sonra isə X28 idarə etdiyi qara rəngli Mercedes Benz markalı, **-NL-*** nömrə nişanlı avtomobilin, onun ardınca isə Zərərçəkmiş şəxs1 idarə etdiyi Mercedes Benz G 55 AMG markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobilin yüksək sürətlə hərəkət etmələri, Elçin Əsgərovun yolun sol tərəfinə dönüb dayanması, Zərərçəkmiş şəxs1 isə düzünə hərəkət edərək idarə etdiyi avtomobilin qabaq sağ tərəfi ilə yolun sağ tərəfində dayanmış Şahid11 məxsus Opel Vectra markalı avtomobilin arxa sol hissəsini vuraraq ziyan yetirməsi, bundan sonra Elçin Əsgərovun idarə etdiyi avtomobilin Şahid11 məxsus Opel Vectra markalı avtomobilin yanına sürüb dayanması, Rəsul Musayevin isə avtomobilin qabaq sağ pəncərəsindən odlu silahla atəş açaraq ziyan yetirməsi və atəş səsindən qorxuya düşən kənar şəxslərin getdikləri yolu geri qayıdaraq səki ilə qaçmaları müşahidə edilir. “Zənglərin siyahısına baxış keçirilməsi haqqında 02.10.2020-ci il tarixli protokollardan görünür ki, Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-*******, X4 istifadəsində olan ***-*******, X21 istifadəsində olan ***-*******, Zərərçəkmiş şəxs2 istifadəsində olan ***-*******, X32 istifadəsində olan ***-*******, ***-*******, X15 istifadəsində olan ***-*******, X5 istifadəsində olan ***-*******, Təqsirləndirilən şəxs6 istifadəsində olan ***-*******, X22 istifadəsində olan ***-*******, X16 istifadəsində olan ***-*******, ***-*******, X8 istifadəsində olan ***-*******, X9 istifadəsində olan ***-*******, X28 istifadəsində olan ***-*******, X38 istifadəsində olan ***-******* saylı mobil telefon nömrələrinə 2020-ci ilin iyul ayının 12-dən 13-ə qədər olan müddət ərzində daxil olan, eləcə də çıxan zənglərin və mesaj mətnlərinin izahlarının, zəngi edən və ya qəbul edən abunəçilərin anket məlumatlarının, həmçinin həmin nömrələrin anten dairələrinin müəyyən edilməsi, həmçinin 13 iyul 2020-ci il tarixdə saat 20:00-dan saat 22:00-dək Gəncə şəhəri, Təbriz küçəsi, 296 nömrəli fərdi yaşayış evini ətrafında, hadisə yerinin başlanğıc və son nöqtəsi dəqiqləşdirilməklə mobil operatorların anten dairəsinə düşmüş mobil telefon nömrələrinin və həmin nömrələrin anket məlumatlarının müəyyən edilməsi üçün Azərbaycan Respublikası DİN-nin BİKİ-nə sorğu verilmiş və cavablar alınmışdır. Azərbaycan Respublikası DİN-nin BİKİ-dən daxil olmuş cavab məktubuna baxış keçirilərkən müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-******* mobil telefon nömrəsinə 13.07.2020-ci il tarixdə saat 15:35:13-cü dəqiqəsində Şahid11 istifadəsində olan ***-***-**- ** nömrəsindən zəng edilib, həmin vaxt Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-******* mobil telefon nömrəsinin antenanın əhatə dairəsi Gəncə şəhəri, Yevlax şossesi 15 ünvanında olmasını göstərir. Şahid11 istifadəsində olan ***-***-**-** nömrəsin antenanın əhatə dairəsi ünvan 2i ünvanında olmasını göstərir. Bundan sonra həmin antenin əhatə dairəsində Zərərçəkmiş şəxs1 və Şahid11 bir neçə dəfə müxtəlif vaxtlarda telefon əlaqəsi saxlayırlar. 13.07.2020-ci il tarixdə Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-******* mobil telefon nömrəsinə Şahid11 istifadəsində olan ***-***-**-** nömrəsindən zəng edilib. Həmin vaxt Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-******* mobil telefon nömrəsinin antenanın əhatə dairəsi və Şahid11 istifadəsində olan ***-***-**-** nömrəsin antenanın əhatə dairəsi Gəncə şəhəri, Yevlax şossesi 15 ünvanında olmasını göstərir. Bundan sonra həmin antenin əhatə dairəsində Zərərçəkmiş şəxs1 və Şahid11 bir neçə dəfə müxtəlif vaxtlarda telefon əlaqəsi saxlayırlar. Bundan sonra 13.07.2020-ci il tarixdə saat 17:55:15 dəqiqəyə qədər olan müddət ərzində Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-******* mobil telefon nömrəsinin antenanın əhatə dairəsi Gəncə şəhəri, Yevlax şossesi 15 ünvanında olmasını göstərir. Bundan sonra saat 18:23:26 dəqiqəsində Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-******* mobil telefon nömrəsinə Şahid11 istifadəsində olan ***-***-**-** nömrəsindən zəng edilib. Həmin vaxt Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-******* mobil telefon nömrəsinin antenanın əhatə dairəsi ünvan 3 ünvanında olması, Şahid11 istifadəsində olan ***-***-**-** nömrəsin antenanın əhatə dairəsi Gəncə şəhəri, Xətai prospekti 64 ünvanında olması göstərir. Yevlax çossesi 15 ünvanında olmasını göstərir. 13.07.2020-ci il tarixdə saat 18:41:34-də Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-******* mobil telefon nömrəsinə X42 istifadəsində olan ***-***-**-** nömrəsindən zəng edilib. Həmin vaxt Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-******* mobil telefon nömrəsinin antenanın əhatə dairəsi göstərilməsə də X42 istifadəsində olan ***-***-**-** nömrəsin antenanın əhatə dairəsi Gəncə şəhəri, Sevinc qəsəbəsində olmasını göstərir. Bundan sonra həmin antenin əhatə dairəsində Zərərçəkmiş şəxs1 və Atin Əliyev bir neçə dəfə müxtəlif vaxtlarda telefon əlaqəsi saxlayırlar. Saat 21:08:29-dəqiqədən Zərərçəkmiş şəxs1 istifadə etdiyi mobil telefon nömrəsinin antenin əhatə dairəsi Bala Bağbanlı ərazisində olması göstərir. Saat 21:38:54 dəqiqəyə qədər Zərərçəkmiş şəxs1 istifadəsində olan telefon nömrəsinin anteninin əhatə dairəsi Bala Bağmanlı və Gəncə şəhər Yeni Gəncə olmasını göstərir. Saat 21:40:13-cü dəqiqədə Zərərçəkmiş şəxs1 istifadəsin olan mobil nömrədən Zərərçəkmiş şəxs2 istifadəsində olan ***-***-**-** nömrəsinə zəng etmişdir. Zərərçəkmiş şəxs1 telefon nömrəsinin anten dairəsinin Yeni Gəncə yaşayış massivi 2-ci mikrorayon 28 May küçəsi Zərərçəkmiş şəxs2 istifadəsində olan mobil nömrənin əhatə dairəsi Bala Bağmanlı olması göstərilir. Bundan sonra Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 arasında həmin anten əhatə dairəsində bir neçə dəfə zəng əlaqəsi olmuşdur.Bundan başqa, X4 istifadəsində olan ***-***-**-** nömrəsinə 13.07.2020-ci il tarixdədə saat 01:11:02 dəqiqədə X42 istifadəsində olan ***-***-**-** nömrəsinə zəng olunmuşdur. Saat 15:14:10 dəqiqədə X4 mobil telefon nömrəsinə Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** nömrəsindən zəng daxil olmuşdur. Həmin vaxt Zərərçəkmiş şəxs1 istifadəsində olan mobil telefon nömrəsinin anten dairəsi Gəncə şəhər Yevlax şosesi 15 ünvanında olması göstərilir. Saat 15:35:48 dəqiqədə Pərviz Salmanov istifadəsində olan nömrəylə Zərərçəkmiş şəxs1 istifadəsin olan nömrəyə zəng etməsi və hər iki nömrənin anten dairəsi Gəncə şəhər Yevlax şosesi 15 ünvanında olmasını göstərir. Saat 18:04:03 dəqiqəyə qədər Pərviz Salmanovun istifadəsində olan mobil telefon nömrəsinin antenin əhatə dairəsi Gəncə şəhər Yevlax şosesi 15 ünvanında olması göstərilir. Saat 19:25:09-cu dəqiqədə Pərviz Salmanovun istifadəsində olan mobil telefon nömrəsinə Atin Əliyev istifadəsində olan ***- ***-**-** nömrəsindən zəng etmişdir. Saat 21:25:49-cu dəqiqədə Pərviz Salmanovun istifadəsində olan mobil telefon nömrəsinə Atin Əliyev istifadəsində olan ***-***-**-** nömrəsindən zəng etmişdir. Hər iki mobil telefon nömrəsinin əhatə dairəsi Göy-Göl rayonu Üçtəpə kəndi Bala Bağmanlı olmasını göstərmişdir. Saat 21:44:32-ci dəqiqəyə qədər Pərviz Salmanovun istifadəsində olan mobil telefonun əhatə dairəsi Göy-Göl rayonu Üçtəpə kəndi Bala-Bağmanlı olmasını göstərmişdir. X1 istifadəsində olan ***-***-**-** saylı nömrədən 13.07.2020-ci il tarixdə saat 17:59:23-cü dəqiqədə Şahid11 istifadəsində olan ***-***-**-** nömrəsinə zəng olunduğu və hər iki mobil telefon nömrəsinin antenin əhatə dairəsi Gəncə şəhər Yevlax şosesi 15 ünvanında olmasını göstərir. Saat 18:05:28dəqiqəyə qədər Ramil Hüseynovun istifadəsində olan mobil telefon əhatə dairəsi Gəncə şəhər Yevlax şosesi 15 ünvanında olmasını göstərir. Saat 18:11:03 dəqiqədə Ramil Hüseynovun istifadəsində olan nömrədən Zərərçəkmiş şəxs1 istifadəsin olan ***-***-**-** nömrəsinə zəng etməsi və onun telefonunun əhatə dairəsi Gəncə şəhəri Kəpəz rayonu N.Nərmanov prospekti Asturqaz müəssisəsinin şərq hissəsi olması göstərilir. Saat 20:12:46-cı dəqiqədə Ramil Hüseynovun istifadəsində olan nömrəyə ***-***-**-** nömrəsindən zəng daxil olması və hər iki nömrəsinin anten dairəsi Göy-Göl rayonu Üçtəpə kəndi Bala Bağmanlı olmasını göstərmişdir. Saat 20:29:59 dəqiqədə Ramil Hüseynovun istifadəsində olan nömrədən Zərərçəkmiş şəxs1 istifadəsin olan ***-***-**-** nömrəsinə zəng etməsi və onun telefonunun əhatə dairəsi Gəncə şəhəri RTYS olması göstərilir. Saat 21:16:38 dəqiqədə Ramil Hüseynovun mobil telefonun antenin əhatə dairəsi Üçtəpə kəndi Bala-Bağmanlı olması göstərilir. Saat 21:36:38 dəqiqiqəyə qədər Ramil Hüseynovun mobil telefonun anteninin əhatə dairəsi Göy-Göl rayonu Üçtəpə kəndi Bala-Bağmanlı olması göstərilir. Bundan sonra onun anten dairəsi müxtəlif yerləri göstərsədə saat 22:00:04 dəqiqədən 23:03:23-cü dəqiqəyə qədər Göy-Göl rayonu Üçtəpə kəndi Bala-Bağmanlı olması göstərilir. Qeyd olunanlarla yanaşı, Zərərçəkmiş şəxs2 istifadəsində olan ***-***-**- ** mobil nömrəsinə 13.07.2020-ci il tarixdə saat 21:27:45 dəqiqədə Zərərçəkmiş şəxs2 istifadəsində olan mobil telefonun antenin əhatə dairəsi Gəncə şəhər Bağmanlar qəsəbəsi Qaraməmmədli sahəsi olması göstərilir. Saat 23:37:39 qədər Zərərçəkmiş şəxs2 istifadəsində olan mobil nömrənin antenin əhatə dairəsi Gəncə şəhər Bağmanlar qəsəbəsi Qaraməmmədli sahəsi olması göstərilir. Bundan əlavə, X32 istifadəsində olan ***-***-**-** mobil nömrəsinin antenin əhatə dairəsi 13.07.2020-ci il tarixdə saat 20:18:50 dəqiqədən Gəncə şəhər Bala Bağmanlı sahəsi olması göstərilir. Saat 23:26:56 dəqiqəyə qədər X32 istifadəsində olan mobil nömrənin antenin əhatə dairəsi Gəncə şəhər Bağmanlar qəsəbəsi Qaraməmmədli sahəsi olması göstərilir. Bundan başqa, X15 istifadəsində olan ***-***-**-** mobil nömrəsinin antenin əhatə dairəsi 13.07.2020-ci il tarixdə saat 20:12:46 dəqiqədən Gəncə şəhər Bala Bağmanlı sahəsi olması göstərilir. Saat 21:27:15 dəqiqəyə qədər X15 istifadəsində olan mobil nömrənin antenin əhatə dairəsi Gəncə şəhər Bala Bağmanlı sahəsi olması göstərilir.Həmçinin, Təqsirləndirilən şəxs6 istifadəsində olan ***- ***-**-** mobil nömrəsinin antenin əhatə dairəsi 13.07.2020-ci il tarixdə saat 20:25:32-ci dəqiqədən saat 21:49:04-dəqiqəyə qədər olan müddət ərzində heç bir anten dairəsi qeyd etməmişdir. Bundan başqa, X16 istifadəsində olan ***-***-**-** mobil nömrəsinin antenin əhatə dairəsi 13.07.2020-ci il tarixdə saat 20:04:53-cü dəqiqədən saat 23:02:08-cu dəqiqəyə qədər olan müddət ərzində heç bir anten dairəsi qeyd etməmişdir. Bundan əlavə, X9 istifadəsində olan ***-***-**-** mobil nömrəsinin antenin əhatə dairəsi 13.07.2020-ci il tarixdə heç bir ərazidə qeyd edilməmişdir.Qeyd olunanlarla yanaşı, X28 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinin antenin əhatə dairəsi 13.07.2020-ci il tarixdə saat 21:17:18 dəqiqədən saat 21:30:39-cu dəqiqəyə qədər Gəncə şəhər, Göygöl rayonu, Qızılca kəndində olmasını, saat 21:32:02 və 21:32:23 dəqiqələrdə Gəncə şəhər Bala Bağbanlı ərazisini, 21:34:30-cu dəqiqədən 21:38:58 dəqiqəyə qədər Yeni Gəncə qəsəbəsində olmasını, saat 21:48:16-cı dəqiqədə Göygöl rayonu Quşqara kəndi, Gəncə Şəmkir yolunda olmasını, saat 21:52:00 dəqiqədən Şəmkir rayonu ərazisində, saat 23:55:57 dəqiqədə Şəmkir rayon Düyərli kəndində olmasını göstərir. Bundan başqa, 13 iyul 2020-ci il tarixdə saat 20:00-dan saat 22:00-dək Gəncə şəhəri, Təbriz küçəsi, 296 nömrəli fərdi yaşayış evini ətrafında mobil operatorların anten dairəsinə düşmüş mobil telefon nömrələrinin dəqiq siyahısının əldə edilməsi üçün Azərbaycan Respublikası DİNnin BKTİ-nin əməkdaşlarının apardıqları test nəticəsində hadisə baş verən ərazinin başlanğıc və son nöqtələri müəyyən edilmiş qayda ilə dəqiqləşdirilmişdir ki, məhz həmin ərazidə hansı mobil telefon nömrələrinin istifadə edilməsini müəyyən etmək mümkün olsun və hadisənin baş verdiyi ərazi dairəsinin hüdudlarından kənarda istifadə edilmiş mobil telefon nömrələri qeydə alınmasın.Hadisə baş verən Gəncə şəhər Təbriz küçəsindəki ərazidə “Gəncə şəhər Bağbanlar qəsəbəsi”, “Qaraməmmədli sahəsi”, “Goygöl rayonu, Uçtəpə kəndi, Bala Bağbanlı”, “Xanlar rayon üçtəpə kəndi” və “Göygöl rayonu, Qızılca kəndi” adlı antenlər məlumat qəbul edirlər. Həmin ərazidə 13.07.2020-ci il tarixdə saat 20:00-dan saat 22:00-a qədər olan müddət ərzində qeyd edilən əhatənin anten dairəsində mobil telefon işlətmiş şəxslərin müəyyənləşdirilməsi məqsədi ilə götürülən məlummatlardan aydın olur ki, 13.07.2020-ci il tarixdə saat 20:33:17 dəqiqədə, saat 21:34:50-ci, 21:38:36-cı və 21:38:37-ci dəqiqədə X58 qeyd edilən hadisə baş verən vaxt hadisə yerində, yəni Gəncə şəhər Təbriz küçəsində “Gəncə şəhər Bağbanlar qəsəbəsi” anteninin əhatə dairəsində istifadəsində olan ***-***-**-** saylı mobil telefondan istifadə etmiş və həmin vaxt orda olmuşdur. Odur ki, bu barədə protokol tərtib olunmuş və nömrələri əks etdirən siyahı iş üzrə əhəmiyyət kəsb etdiyi üçün diskə köçürülərək cinayət işinin materiallarına əlavə edilmişdir. Gəncə şəhər BPİ-nin CAİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 18 noyabr 2020-ci il tarixdə, saat 18 radələrində Bakı şəhəri ərazisində saxlanılaraq Gəncə şəhər BPİ-nin MSY-nə təhvil verilmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli qərarı ilə barəsində 03 yanvar 2021-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs2 üzrə 02 avqust 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, barəsində Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 03 avqust 2020-ci il tarixli qərarı ilə 14 oktyabr 2020-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 06 avqust 2020-ci il tarixli qərarı ilə barəsində seçilmiş həbs ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli qərarı ilə barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin müddəti 14 dekabr 2020-ci il tarixədək uzadılmış, 14 dekabr 2020-ci il tarixədə isə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Gəncə şəhər BPİ-nin CAİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs3 23 oktyabr 2020-ci il tarixdə, saat 18 radələrində Gəncə şəhəri ərazisində saxlanılaraq Gəncə şəhər BPİ-nin MSY-nə təhvil verilmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 25 oktyabr 2020-ci il tarixli qərarı ilə barəsində 03 yanvar 2021-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Həmin Məhkəmənin 06 noyabr 2020-ci il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Gəncə şəhər BPİ-nin CAİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs4 22 oktyabr 2020-ci il tarixdə, saat 18 radələrində Gəncə şəhəri ərazisində saxlanılaraq Gəncə şəhər BPİ-nin MSY-nə təhvil verilmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 25 oktyabr 2020-ci il tarixli qərarı ilə barəsində 03 yanvar 2021-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Həmin Məhkəməsinin 13.1.2020-ci il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Təqsirləndirilən şəxs5 17 avqust 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 19 avqust 2020-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs6 20 iyul 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 22 iyul 2020-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. 13.08.2021-ci il tarixdə 157 saylı Evlər Üçlüyü tərəfindən verilmiş 79 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 ünvan 7 ünvanda yaşayır və ailə tərkibi X33, X43, X49, X10 ibarətdir. 157 saylı Evlər Üçlüyü tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yerindən müsbət səciyyətləndirilmişdir. 18.02.2019-cu il tarixdə DNK CLİNİK tərəfindən verilmiş 2012-ci il tarixli Exoensefaloqrafiya müayınəsinin nəticələrindən görünür ki, X17 yüngül kəllə daxili hipertenziva aşkar edilir. Məhkəmə Təqsirləndirilən şəxs1 evli olmaqla himayəsində iki azyaşlı uşağının olmasını, oğlu Hüseynin ağır xəstə olmaqla kəllədaxili hipertaniya xəstəsi olmasını, zərərçəkmiş şəxslərlə barışmasını, zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələbinin olmamasını, dəymiş ziyanın tam olaraq ödəməsini, əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət əməli törətməsini, yaşayış yerindən müsbət səciyyələndirilməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. 03.08.2020-ci il tarixdə Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu yoxdur. 03.08.2020-ci il tarixdə Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsi tərəfindən verilmiş tələbnamədən götünür ki, Təqsirləndirilən şəxs3 məhkum olunmamışdır. 03.08.2020-ci il tarixdə Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsi tərəfindən verilmiş tələbnamədən götünür ki, Təqsirləndirilən şəxs4 məhkum olunmamışdır. 23.03.1992-ci il tarixdə Gəncə şəhəri Kəpəz rayon VVAQ şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X18 31 yanvan 1992-ci il tarixdə (kəskin qanitirmə başını dəlib keçən küllə yarası) vəfat etmişdir. 03.08.2020-ci il tarixdə Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsi tərəfindən verilmiş tələbnamədən götünür ki, Təqsirləndirilən şəxs6 məhkum olunmamışdır. Beləliklə, məhkəmə, məhkəmə istintaqında tədqiq edilən sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5 CM-nin 221.3-cü maddəsində, Təqsirləndirilən şəxs6 CM-nin 221.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması, özlərinin ifadələri ilə yanaşı, hazırkı cinayət işindən ayrılmış cinayət işi üzrə təqsirləndirilən şəxslərin, şahid ifadələri və digər məhkəmə-istintaq materialları ilə təsdiq edilir. Belə ki, Azərbaycan Respublikası CM-nin 221-ci maddəsində xuliqanlıq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi təsvir edilmişdir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgə yaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Həmin Qərarda həmçinin qeyd edilmişdir ki, əmlakı məhv etmək dedikdə mülkiyyət formasından asılı olmayaraq əmlaka sonradan bərpa edilməsinin mümkün olmayacağı dərəcədə zərər vurulması,əmlakın zədələnməsi dedikdə isə ona sonradan bərpa oluna biləcək dərəcədə zərər vurulması başa düşülməlidir. Xüsusilə qərəzli xuliqanlığa görə məsuliyyət nəzərdə tutan Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin mənasına görə silah dedikdə hücum və ya müdafiə üçün uyğunlaşdırılmış texniki cəhətdən yararlı olan vasitələrin məcmuyu başa düşülür. Burada cinayət qanunu ilə qadağan edilib edilməməsindən asılı olmayaraq, zavodda və ya kustar üsulla hazırlanmış odlu və soyuq silah həmçinin qaz silahı aid edilir. Digər əşyalar dedikdə isə silah olmayan lakin silah kimi istifadə edilə bilən predmet (dəyənək, kərpic, dəmir çubuq, zəncir, çəkic və s.) başa düşülür. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu xuliqanlıqla bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, xuliqanlıq obyektiv cəhətdən CM-in 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu daha sonra qeyd etmişdir ki, cinayət hüququnda ictimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Zor tətbiq etmə dedikdə isə döymə, sağlamlığa zərər vurma, eləcə də zərərçəkmişə fiziki təsir göstərən digər zorakı hərəkətlər başa düşülməlidir. Xuliqanlıq zamanı zor tətbiq etmə hədəsi fiziki zor tətbiq etmək niyyətinin sözlərlə və ya hərəkətlərlə ifadə olunmasıdır. Hədəyə görə məsuliyyət o zaman yaranır ki, bu hədənin həyata keçirilməsi üçün real əsaslar olsun. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Göründüyü kimi xuliqanlıq cinayəti təqsirkarın özünü hamıdan üstün hesab etməsi, hamının fövqündə dayanmağa cəhd etməsi, özünün təsdiq etməyə yönəlməsi, ciddi səbəblər olmadan hadisələr törətməsi və cəmiyyətin diqqətini cəlb etməsi ilə müşaiyət olunan cinayətdir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs6 Renad Əliyevin, Rəşad Əliyevin və Şahid11 döyüldüyünü bildikdən sonra Zərərçəkmiş şəxs1, Rəsul Musayev, Zərərçəkmiş şəxs2, Pərviz Salmanov və digərləri ilə görüş vaxtı və yeri təyin edib öz üstünlüklərini göstərmək, güclərini nümayiş etdirmək, onların, habelə başqa şəxslərin şüurunda özlərini müstəsna şəxsiyyət olduqlarını, qarşı tərəfdən və başqalarından əsaslı surətdə fərqləndikərini təsdiq etmək məqsədi ilə hərəkət edərək Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və digərləri ilə dalaşmağa getmişlər. İş materiallarında olan mötəbər sübutların məcmusu ilə təsdiq edilir ki, təqsirləndirilən şəxslərin belə hərəkətləri ictimai qaydanı qərəzli olaraq kobud surətdə pozmuş, ətrafdakılar üçün qorxu, vahimə yaratmış, cəmiyyətə açıqca hörmətsizlik ifadə etmiş, əməlləri zərərçəkmiş şəxslərin əmlakının zədələnməsi ilə müşayiət edilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs6 hərəkətlərində qeyd edilən xüsusatlar CM-in 221-ci maddəsinin dispozisiyasında nəzərdə tutulan əlamətlərlə üst-ütsə düşür və əhatə olunur. Bundan başqa məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4 ifadəsində hadisədə iştirak etmədiyini, Təqsirləndirilən şəxs1 ifadəsində baş vermiş hadisə yerində olsa da, heç bir dava-dalaşda iştirak etmədiyini, Təqsirləndirilən şəxs2 ifadəsində hadisə vaxtı əlinə götürdüyü əl dəyənəyi ilə heç kimi və heç nəyi vurmadığını, Təqsirləndirilən şəxs5 ifadəsində hadisə vaxtı silah və ya silah qismində istifadə edilən əşyadan istifadə etmədiyini bildirmişlər, əsassız olaraq onlara CM-nin 221.3-cü maddəsi ilə, yəni silah qismində istifadə olunan əşyalardan istifadə etməklə xuliqanlıq əməlini törətmələrinə dair ittiham verildiyini qeyd etmişlər. Bununla bağlı məhkəmə bildirir ki, Təqsirləndirilən şəxs3 öz ifadəsində göstərmişdir ki, o da Poçt qəsəbəsində yaşadığı üçün, həmçinin orada yaşayan oğlanların əksəriyyətini tanıdığı üçün kimin dava etməsini öyrənmək üçün 7-ci küçə istiqamətinə getmişdir. O ora gedəndə orada tanıdığı Rəşad Əliyevin, Renad Əliyevin, Ələsgərin, Vüqarın olduğunu görmüşdür. Həmin vaxt Rəşadın üzündə göyərti vəşişkinlik olmuşdur. O nə olduğunu soruşanda Rəşad demişdir ki, Emin və Eminin tanışları döyüblər. Rəşadgil toplaşıb döyən şəxslərələ dava etməyə getdiklərini demiş, o da bunun üçün yaşadığı evə qayıdıb özü ilə taxta parçası götürmüşdür ki, dava edən zaman lazım olarsa istifadə etsin. Onlar Emin və Eminin yanında olan şəxslərlə dava etmək üçün Gəncə şəhəri, Təbriz küçəsində yerləşən “Ürək xəstəxanası”nın yanına getmişlər. Həmin vaxt o yenə də Vüqarın avtomobili ilə ora getmişdir. Vüqarın avtomobilini Ələsgər idarə etmişdir. Rəşad Əliyev avtomobildə ön sağ oturacaqda, Vüqar özü arxa sağ tərəfdə, o ortada, Həbib isə arxa sol tərəfdə əyləşmişdir. O dava olacağını bilib əlində olan taxta parçasını da götürmüşdür. Orada olan şəxlər Eminin avtomobilini vurduqlarını görüb o da əlində olan taxta ilə həmin avtomobili vurmuşdur. Təqsirləndirilən şəxs2 öz ifadəsində göstərmişdir ki, həmin vaxt Turalın avtomobilini Aqşin idarə etmiş, Tural özü ön sağ oturacada, o, arxa sağ tərəfdə, Aska ortada, Ayxan isə sol arxa tərəfdə oturmuşlar. Onlar “Ürək xəstəxanası”nın yaxınlığına çatanda Emin və sonuncunun tanışlarının yolun sol tərəfində dayandıqlarını görmüşlər. Onlarla gedən şəxslər də Emingili görüb avtomobillərini saxlamışlar və avtomobildə olan şəxslər əllərində taxta dəyənəklə avtomobillərindən yerə düşmüşlər. O, da Askanın sözünə əsasən Turalın avtomobilində olan taxta dəyənəyi götürüb avtomobildən yerə düşmüş, lakin həmin taxta dəyənəkdən istifadə etməmişdir. Həmin vaxt onlar tərəfdən gedən şəxslər əllərindəki dəyənəklə Eminin Qalinvagen markalı avtomobilini vurmağa başlamışlar. Təqsirləndirilən şəxs6 ifadəsində göstərmişdir ki, Həsən, Qurban və Seymur da onun maşınına minmişlər, onlar oradan “Bağman” deyilən əraziyə getmişlər ki, Emingillə görüşsünlər. Onlarla birlikdə ora Renad, Vüqar, Ramil, həmçinin tanımadığı 2-3 avtomobil və 20-25 nəfərə yaxın şəxs də gəlmişdir. Həmin əraziyə çatdıqdan sonra bir qədər dayanıb Eminlə zəngləşmişlər və görüşün səhərə qaldığını demişlər. Onlar oradan geri qayıdarkən isə “Döş əti” kimi tanınan kababxananın qarşısında Eminin maşınının dayandığını gördükləri üçün bütün maşınlar, həmçini o, da həmin yerdə dayanmışlar və avtomobildə olan bütün şəxslər, onun avtomobilində isə olan Qurban, Seymur və Həsən adlı şəxslər də onun avtomobilindən yerə düşərək Eminin avtomobilinin üstünə hücum çəkmişlər. O, isə öz avtomobilindən düşüb avtomobilin yanında dayanıb nə baş verdiyinə baxmağa başlamışdır. Məhkəmədə şahid qismində (icraatı ayrılan cinayət işi üzrə təqsirləndirilən) X29 ifadəsində göstərmişdir ki, həmin vaxt o, Renadın avtomobilindən yerə düşmüş, avtomobildən düşən zaman avtomobildə olan əl dəyənəyini özü ilə götürmüş, götürməkdə məqəsədi isə həmin vaxt dava düşərsə özünü qorumaq üçün istifadə etmək olmuşdur. Eminin tanışı ilə Renad və Qurban söhbət etmişdir. Bundan sonra onlar razılaşmışlar ki, görüş səhərə qalsın. Bunun üçün də onlar avtomobillərə minib «Poçt» qəsəbəsinə qayıtmışlar. Həmin vaxt o, Qurbanla birlikdə Akifin “VAZ 2107” markalı avtomobilində əyləşmiş, o, arxa sol oturacaqda, Qurban sol tərəfdə, ön oturacaqda isə kimin oturduğunu bilməmişdir. Həmin vaxt taxta parçasını da özü ilə götürmüşdür. Onlar Təbriz küçəsinə qayıdıb Y.Gəncə isitiqamətində gedəndə Eminin Mercedes markalı avtomobilinin yolun sol tərəfində dayandığını və tanışlarının da orada dayandığını görmüşlər. Həmin vaxt onlarla gedən avtomobillərin hamısı orda dayandıqları üçün onlar da orada dayanmışlar. O, əlində taxta düşüb Eminin avtomobili tərəfə getmiş, onlarla gedən şəxslərin hamısı da həmin istiqamətə gəlmişlər. Emin avtomobilində oturub pəncərə və qapısını bağlamışdır. Emin avtomobildən düşməmiş, o və digər orada əlində taxta olanlar Eminin avtomobilinə zərbələr endirmişlər və dava düşmüşdür. Eminin yanında gələn şəxslər “mal qoyun” bazarı istiqamətində qaçmışlar. Həmin vaxt Emin avtomobilini Yeni Gəncə istiqamətinə sürüb qaçmış, o, isə yenidən gəldiyi istiqamətə qaçıb dayanmışdır. Həmin vaxt Emin avtomobilini hərləyib onlar tərəfə sürüb avtomobilini onların üstünə çəkib onları vurmaq istəmiş, həmin vaxt o, əlindəki taxta ilə yenidən Eminin avtomobilinin sağ tərəfindən vurmuşdur. Qeyd edilən ifadələrdən, digər təqsirləndirilən şəxslərin və şahid ifadələrindən, habelə iş materiallarıda olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs3, Həsən Həsənovun əlində taxta parçası, Təqsirləndirilən şəxs2 əlində isə dəyənək olmuşdur. Renad Əliyevin maşında əl dəyənəyi olmuşdur. Təqsirləndirilən şəxs3 Şahid11 avtomobilində hadisə yerinə getmiş, həmin avtomobildə Təqsirləndirilən şəxs4 da onlarla birlikdə getmişdir. Təqsirləndirilən şəxs6 məxsus avtomobildə isə Həsən Həsənov, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs5 birlikdə getmişlər. Məhkəmə qeyd edir ki, xuliqanlıq cinayəti o zaman bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab edilir ki, əməl iki və ya daha çox icraçının birgə iştirakı ilə həyata keçirilmiş olsun. Bu zaman mütləq deyildir ki, iştirakçılardan hər biri zərərçəkmiş şəxsin özünə xəsarət yetirmiş və ya onun əmlakını zədələmiş olsun. Nəzərə almaq lazımdır ki, xuliqanlıq cinayətində bilavasitə iştirak edən şəxslər, cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edirlər, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyini və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edirlər. Bundan başqa qrup üzvlərindən birində və ya bir neçəsində silah qismində istifadə edilən əşya olması, həmin əşyaların tətbiq edilməsi mümkünlüyünü yəqin edən digər qrup üzvlərin də bu haqda məlumatı olması ona dəlalət edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5 ümumi birgə niyyətlə (yəni silah qismində istifadə edilə bilən əşyaları tətbiq etməklə başqa şəxlərin sağlamlığına zərər vurmaq, əmlaklarını məhv etmək və ya zədələmək niyyəti ilə) hərəkət etmişlər. Ona görə də təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5 əməli düzgün olaraq istintaq orqanı tərəfindən CM-nin 221.3-cü maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə iş üzrə mövcud sübutları qiymətləndirib, iş materiallarını təhlil edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5 CM-nin 221.3-cü maddəsi, Təqsirləndirilən şəxs6 CM-nin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə tam təqsirli olduğu təqsirləndirilən şəxslərin özlərinin ifadələri ilə yanaşı, həm də şahidlərin ifadələri, ekspertiza rəyi, qüsur akrıları, istintaq hərəkətlərinin protokolları, maddi sübut və cinayət işinin digər obyektiv halları ilə məhkəmə istintaqında tam sübuta yetirilmişdir.İttihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Ona görə də, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5 CM-nin 221.3-cü maddəsi, Təqsirləndirilən şəxs6 CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinməli və bu maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə onlara cəza təyin edilməlidir. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Başqa bir Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki, bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyri-məhdud) mülahizələrə və özbaşınalığa gətirib cıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır (Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin şərh edilməsinə dair 20.05.2011-ci il tarixli qərar). Azərbaycan Respublikası CPM-nin 139.0.5-ci maddəsində qeyd edilmişdir ki, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları yalnız sübutlara əsasən müəyyən edilir Sübut dedikdə məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) başa düşülür (CPM-nin 124.1-ci madd.). Cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları yalnız sübutlara əsasən müəyyən edilir (CPM-nin 139.0 və 139.0.1-ci maddələri). Sübutlar mənbəyi, əldə edilməsi və iş üçün aidiyyəti olması etibarilə o dərəcədə mötəbər olmalıdır ki, onların obyektiv həqiqəti əks etdirməsi və sübuti əhəmiyyəti kənar müşahidəçidə şübhə doğurmasın. Ona görə də məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər (CPM-nin 125-ci madd.). CPM-nin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. CPM-nin 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər (CPM-nin 145.1 və 145.2-ci maddələri). Azərbaycan Respublikası Cinayət-prosessual qanunvericiliyinin yuxarıda qeyd olunan normalarının tələblərindən görünür ki, cinayət prosesini həyata keçirən orqan hər hansı hadisənin baş verməsini mötəbər şəkildə sübut etməlidir, o cümlədən hadisənin baş verməsinin vaxtı, yeri, şəraiti, təqsirin forması, hadisənin baş verməsinin səbəbləri, motivi, niyyəti və sair əhəmiyyətli hallar mötəbər sübutlarla təsdiq edilməlidir. Bu məqsədlə sübutlar əldə olunmalı, yoxlanılmalı, müqayisəli şəkildə tədqiq edilməli və obyektiv şəkildə qiymətləndirilməlidir. Məhkəmə təqsirləndirilən şəxslərə təyin ediləcək cəzanın növü və həddi ilə bağlı isə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsinin sanksiyasında iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üçlədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası, 221.3-cü maddəsini sanksiyasında isə iki ildən beş ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-in 15.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi Azərbaycan Respublikası CM-in 221.2.1 və 221.3-cü maddələri ilə törədilən əməllər cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də cinayətkarlıqla mübarizədə əsas diqqət sosialiqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən Cinayət Məcəlləsinin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası CM-nin 70.1 və 70.2-ci maddələrinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə hesab edir ki, şərti məhkum etmə təqsirkarın cəzanı tam çəkmədən islah olunmağa başlaması ilə bağlı olan institutdur. Cinayət Qanunu şərti məhkum etmə yolu ilə məhkumu doğru yol seçməyə istiqamələndirir, onun tərəfindən yeni cinayətlərin qarşısını almağa meylləndirir, eyni zamanda digər məhkumların da islah olunmasını sürətləndirir. Bu da öz növbəsində cəzanın CM-nin 41.2-ci madəsində göstərilən məqsədlərinin təmin olunmasına xidmət edir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmə Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 25-ci bəndində göstərilmişdir ki, şərti məhkum etmə yalnız CM-nin 70-ci maddəsində göstərilən cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. Cinayət Qanununun sadalanan normalarının təhlilindən də görünür ki, cinayət törətmiş şəxs əməlinin hansı təhlükəli nəticələrə səbəb olduğunu dərk edirsə, əməlindən səmimi şəkildə peşman olursa, bunu cəzadan yaxa qurtarmaq məqsədilə deyil, səmimi niyyətlə edirsə, habelə törətdiyi cinayətin zərərli nəticələrini tez bir zamanda aradan qaldırmağa yönələn davranış nümayiş etdirirsə və sadalanan müsbət davranışı iləözünün formalaşmış mənfi obrazını cəmiyyətin yaddaşından silmək istəyirsə, bu halda təqsirkarın islah olunmağa başlamasından söhbət gedə bilər. Belə hərəkətlər islah olunmanın başlanığıc nöqtəsi kimi çıxış edir və həm təqsirkarın tam islah olunmasını stimullaşdırır, həm də cəzanın məqsədlərini təmin edir. Məhkəmənin qənaətinə görə belə vəziyyətdə cəzanın məqsədlərinə daha tez nail olunmağa başlandığı üçün cəzanın real olaraq çəkilməsini zərurət aradan qalxır. Belə hallarda cəzanın real olaraq çəkilməsinə lüzum qalmır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs1 əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs1 cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı, ağırlaşdıran halın olmaması, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, xüsusilə təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona CM-nin 221.3-cü maddəsinin sanksiyası həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini, barəsində CM-nin 70-ci maddəsinin tətbiq edilməsini, sınaq müddəti müəyyən edilməklə cəzasının şərti hesab edilməsini məqsədə müvafiq hesab edir. Həmçinin sınaq müddətinin əvvəl hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, sınaq müddəti ərzində üzərinə müəyyən vəzifələr qoyulmalı, barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, sınaq müddəti ərzində hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə probasiya xidmətinə həvalə edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslərlə barışmasını, zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələbinin olmamasını, dəymiş ziyanın tam olaraq ödəməsini, əməlindən səmimi peşman olmasını, gənc olmasını, tələbə olmasını, ilk dəfə cinayət əməli törətməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs2 əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs2 cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı, ağırlaşdıran halın olmaması, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, xüsusilə təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona CM-nin 221.3-cü maddəsinin sanksiyası həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini, barəsində CM-nin 70-ci maddəsinin tətbiq edilməsini, sınaq müddəti müəyyən edilməklə cəzasının şərti hesab edilməsini məqsədə müvafiq hesab edir. Həmçinin sınaq müddətinin əvvəl hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, sınaq müddəti ərzində üzərinə müəyyən vəzifələr qoyulmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, sınaq müddəti ərzində hökmün icrasına nəzarət Rəşad Qəhrəmalının yaşayış yeri üzrə probasiya xidmətinə həvalə edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs3 zərərçəkmiş şəxslərlə barışmasını, zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələbinin olmamasını, dəymiş ziyanın tam olaraq ödəməsini, əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət əməli törətməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs3 əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs3 cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı, ağırlaşdıran halın olmaması, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, xüsusilə təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona CM-nin 221.3-cü maddəsinin sanksiyası həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini, barəsində CM-nin 70-ci maddəsinin tətbiq edilməsini, sınaq müddəti müəyyən edilməklə cəzasının şərti hesab edilməsini məqsədə müvafiq hesab edir. Həmçinin sınaq müddətinin əvvəl hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, sınaq müddəti ərzində üzərinə müəyyən vəzifələr qoyulmalı, barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, sınaq müddəti ərzində hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə probasiya xidmətinə həvalə edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs4 zərərçəkmiş şəxslərlə barışmasını, zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələbinin olmamasını, dəymiş ziyanın tam olaraq ödəməsini, əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət əməli törətməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs4 əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs4 cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı, ağırlaşdıran halın olmaması, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, xüsusilə təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona CM-nin 221.3-cü maddəsinin sanksiyası həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini, barəsində CM-nin 70-ci maddəsinin tətbiq edilməsini, sınaq müddəti müəyyən edilməklə cəzasının şərti hesab edilməsini məqsədə müvafiq hesab edir. Həmçinin sınaq müddətinin əvvəl hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, sınaq müddəti ərzində üzərinə müəyyən vəzifələr qoyulmalı, barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, sınaq müddəti ərzində hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs4 yaşayış yeri üzrə probasiya xidmətinə həvalə edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs5 zərərçəkmiş şəxslərlə barışmasını, zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələbinin olmamasını, dəymiş ziyanın tam olaraq ödəməsini, əməlindən səmimi peşman olmasını, evli olmaqla himayəsində iki azyaşlı uşaqlarının olmasını, ilk dəfə cinayət əməli törətməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs5 əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs5 cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı, ağırlaşdıran halın olmaması, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, xüsusilə təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona CM-nin 221.3-cü maddəsinin sanksiyası həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini, barəsində CM-nin 70-ci maddəsinin tətbiq edilməsini, sınaq müddəti müəyyən edilməklə cəzasının şərti hesab edilməsini məqsədə müvafiq hesab edir. Həmçinin sınaq müddətinin əvvəl hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, sınaq müddəti ərzində üzərinə müəyyən vəzifələr qoyulmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, sınaq müddəti ərzində hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs5 yaşayış yeri üzrə probasiya xidmətinə həvalə edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs6 zərərçəkmiş şəxslərlə barışmasını, zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələbinin olmamasını, dəymiş ziyanın tam olaraq ödəməsini, əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət əməli törətməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs6 Səyyad oğlunun əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs6 cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı, ağırlaşdıran halın olmaması, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, xüsusilə təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona CM-nin 221.2.1-ci maddəsinin sanksiyası həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini məqsədə müvafiq hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs6 20 iyul 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 21 iyul 2020-ci il tarixdə o, təqsiləndirilən şəxs qismində cəlb edilərək CM-nin 221.3-cü maddəsi ilə ittiham ona elan edilmiş və barəsində 22 iyul 2020-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs6 ibtidai istintaq zamanı 20.07.2020-ci il tarixdən saat 22:00-dan 22.07.2020-ci il tarixə 15:40-dək, 2 (iki) gün müddətində şübhəli şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikasının CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə isə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs6 20.07.2020-ci il tarixdən 22.07.2020-ci il tarixədək, şübhəli şəxs qismində tutulduğu 3 (üç) gün müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs6 cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinin tələblərinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri şəxsincinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məhkəmənin yekun qərarı iləməcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, İş üzrə maddi sübut kimi tanınmış 13.07.2020-ci il tarixdə baş vermiş hadisələrin videogörüntülərini əks etdirən bir ədəd disk, Renad Əliyevin və Həsən Həsənovun dindirmə istintaq hərəkətini əks etdirən bir ədəd disk, həmçinin telefon danışıqları və anten dairələrinə aid məlumatları özündə əks etdirən bir ədəd disk cinayət işində saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs1 məxsus “Mersedes Benz G55 AMG” markalı, **-PB-*** dövlət nömrə nişanlı avtomobilin saxlanılması üçün faktiki sahibi Zərərçəkmiş şəxs1 təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmışZərərçəkmiş şəxs2 məxsus “VAZ-2106” markalı, **-BE-*** dövlət nömrə nişanlı avtomobilin saxlanılması üçün faktiki sahibi Zərərçəkmiş şəxs2 təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış Gəncə şəhər BPİ-nin məsul saxlancına verilmiş Renad Əliyevin avtomobilindən götürülmüş bir ədəd əl dəyənəyi dəyəri olmadığından məhv edilməlidir. İş üzrə ekspertiza xərci 100 (yüz) manat təqsirləndirilən şəxslərdən müştərək qaydada tutularaq X11 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilməlidir. İş üzrə müsadirə ediləsi əşya yoxdur. İş üzrə mülki iddia yoxdur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1 və 70.3-cü maddələri tətbiq edilməklə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 02 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs1 sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 davranışı üzərində nəzarət onun qeydiyyatda olduğu və yaşadığı yer üzrə probasiya xidmətinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1 və 70.3-cü maddələri tətbiq edilməklə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 02 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs2 sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 davranışı üzərində nəzarət onun qeydiyyatda olduğu və yaşadığı yer üzrə probasiya xidmətinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1 və 70.3-cü maddələri tətbiq edilməklə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 02 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs3 sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs3 davranışı üzərində nəzarət onun qeydiyyatda olduğu və yaşadığı yer üzrə probasiya xidmətinə həvalə edilsin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş ev dustaqlığı ləğv edilsin, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs4 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1 və 70.3-cü maddələri tətbiq edilməklə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 02 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs4 sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs4 davranışı üzərində nəzarət onun qeydiyyatda olduğu və yaşadığı yer üzrə probasiya xidmətinə həvalə edilsin. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş ev dustaqlığı ləğv edilsin, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs5 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1 və 70.3-cü maddələri tətbiq edilməklə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 02 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs5 sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs5 davranışı üzərində nəzarət onun qeydiyyatda olduğu və yaşadığı yer üzrə probasiya xidmətinə həvalə edilsin. Təqsirləndirilən şəxs5 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs6 20.07.2020-ci il tarixdən 22.07.2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 3 (üş) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, 06 (altı) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs6 cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs6 üzərinə daimi yaşayış yeri olan ünvan 8 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs6 barəsində seçilmiş polisin nəzarəti altına vermə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs6 yaşayış yeri üzrə probasiya xidmətinə tapşırılsın. İş üzrə ekspertiza xərci 100 (yüz) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2,Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs6 tutularaq X3 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış13.07.2020-ci il tarixdə baş vermiş hadisələrin videogörüntülərini əks etdirən bir ədəd disk, Renad Əliyevin və Həsən Həsənovun dindirmə istintaq hərəkətini əks etdirən bir ədəd disk, həmçinin telefon danışıqları və anten dairələrinə aid məlumatları özündə əks etdirən bir ədəd disk cinayət işində saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs1 məxsus “Mersedes Benz G55 AMG” markalı, **-PB-*** dövlət nömrə nişanlı avtomobilin saxlanılması üçün faktiki sahibi Zərərçəkmiş şəxs1 təhvil verilməsi nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs2 məxsus “VAZ-2106” markalı, **-BE-*** dövlət nömrə nişanlı avtomobilin saxlanılması üçün faktiki sahibi Zərərçəkmiş şəxs2 təhvil verilməsi nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış Gəncə şəhər BPİ-nin məsul saxlancına verilmiş Renad Əliyevin avtomobilindən götürülmüş bir ədəd əl dəyənəyi dəyəri olmadığından məhv edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar