Məhkəmə qərarları › İş №1(044)-110/2020

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-110/2020

18.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-110/2020 18.09.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon(şəhər) məhkəmələrində Dövlət İttihamının müdafiəsi üzrə şöbəsinin prokuroru,ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi-Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi,Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 1973-cü ildə Bakı şəhərində doğulmuş, evli, himayəsində bir az yaşlı uşağı olan, Azərbaycan Respublikasının vətəndaşı, sürücü işləyən, orta təhsilli, Gəncə şəhəri, Kəpəz rayonu ünvan 1-də qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxlamış, xx.xx.2020–ci il tarixdə saat 12:30 radələrində Nizami RPB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat–axtarış tədbirləri nəticəsində Gəncə şəhəri H.Əliyev prospektində yerləşən “Maxi” marketin yaxınlığında saxlanılaraq Nizami RPB-yə gətirilmiş və şəxsi axtarış zamanı əynində olan tünd boz rəngli şalvarın sol yan cibində saxlamış olduğu bir ədəd ümumi təmiz çəkisi 0,174 (sıfır tam mində yüz yetmiş dörd) qram olan narkotik vasitə olan “heroin” aşkar edilərək götürülmüşdür. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsi ilə ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilib məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, epizodik olaraq narkotik vasitə istifadəçisidir. xx.xx.2020–ci il tarixdə saat 12:30 radələrində Gəncə şəhər H.Əliyev prospektində yerləşən “Maxi” marketin yaxınlığında olarkən tanımadığı polis əməkdaşları ona yaxınlaşaraq narkotik vasitə istifadə etməkdə şübhəli olduğu üçün onu Nizami RPB–yə dəvət etmişlər. O da Nizami RPB–yə getmiş və Nizami RPB-nin inzibati binasında onun üzərində şəxsi axtarış aparılmış və şalvarın sol yan cibində bir ədəd siqaret falqasına bükülmüş “heroin“aşkar edilərək götürülmüşdür. O, heroini tutulmamışdan iki-üç gün əvvəl yaşadığı küçənin yaxınlığında küçənin kənarından tapmışdır. Yolun kənarında bir bükülü onun diqqətini cəlb etmiş və götürdükdən sonra narkotik vasitə olduğunu bilmişdir. O, heç zaman heroin satışı ilə məşğul olmamışdır. Təqsirləndirilən şəxs ifadəsində həmçinin əməlindən peşmançılıq çəkməsini, himayəsində 3 yetkinlik yaşına çatmayan, o cümlədən bir az yaşlı uşağının olmasını nəzərə alaraq, barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin olunmasını xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs narkotik vasitə qəbul etməsi, üzərində gəzdirməsi və daşıması barədə məlumata əsasən xx.xx.2020-ci il tarixdə saat 12:30 radələrində Təqsirləndirilən şəxs şübhəli şəxs kimi Gəncə şəhəri H.Əliyev prospektində “Maxi” marketin yaxınlığında əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair qərara əsasən saxlanılaraq Gəncə şəhər Nizami RPB-nin inzibati binasına dəvət olunaraq gətirilmişdir. Gəncə şəhər Nizami RPB-nin inzibati binasında Təhqiqat Bölməsinin təhqiqatçı polis kapitanı Nadir Heydərov tərəfindən araşdırma aparılan zaman Təqsirləndirilən şəxs Totiq oğlunun üzərinə baxış keçiriləcəyini bildirmişdir. Onların və dəvət olunmuş müdafiəçinin iştirakı ilə videobaxış vasitəsi ilə həmin şəxsin üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs tünd boz rəngli şalvarının sol yan cibində saxlamış olduğu bir ədəd siqaret falqasına bükülmüş, toz halında, qəhvəyi rəngli, spesifik iyə malik olan ilk görünüşüdən narkotik vasitə olan “heroinə” oxşar kütlə aşkar edilərək götürülmüşdür. Həmin kütlə elektron tərəzidə çəkilmiş və ümumi çəkisi O,l8 (sıfır tam yüzdə on səkkiz) qram gəlmişdir. Baxış zamanı bu barədə protokol tərtib edilərək videoya çəkilmiş, protokolun doğruluğunu imzalarla təstiq etmişlər. Baxış zamanı Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə olan heroin olmasını, ona məxsus olmasını, özü istifadə etmək məqsədi ilə üzərində saxladığını, tutulmamışdan 2–3 gün əvvəl yaşadığı evi yaxınlığında küçədən tapdığını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs narkotik vasitə qəbul etməsi, üzərində gəzdirməsi və daşıması barədə məlumata əsasən xx.xx.2020-ci il tarixdə saat 12:30 radələrində Təqsirləndirilən şəxs şübhəli şəxs kimi Gəncə şəhəri H.Əliyev prospektində “Maxi” marketin yaxınlığında əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair qərara əsasən saxlanılaraq Gəncə şəhər Nizami RPB-nin inzibati binasına dəvət olunaraq gətirilmişdir. Gəncə şəhər Nizami RPB-nin inzibati binasında Təhqiqat Bölməsinin təhqiqatçı polis kapitanı Nadir Heydərov tərəfindən araşdırma aparılan zaman Təqsirləndirilən şəxs Totiq oğlunun üzərinə baxış keçiriləcəyini bildirmişdir. Onların və dəvət olunmuş müdafiəçinin iştirakı ilə videobaxış vasitəsi ilə həmin şəxsin üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs tünd boz rəngli şalvarının sol yan cibində saxlamış olduğu bir ədəd siqaret falqasına bükülmüş, toz halında, qəhvəyi rəngli, spesifik iyə malik olan ilk görünüşüdən narkotik vasitə olan “heroin”ə oxşar kütlə aşkar edilərək götürülmüşdür. Həmin kütlə elektron tərəzidə çəkilmiş və ümumi çəkisi O,l8 (sıfır tam yüzdə on səkkiz) qram gəlmişdir. Baxış zamanı bu barədə protokol tərtib edilərək videoya çəkilmiş, protokolun doğruluğunu imzalarla təstiq etmişlər. Baxış zamanı Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə olan heroin olmasını, ona məxsus olmasını, özü istifadə etmək məqsədi ilə üzərində saxladığını, tutulmamışdan 2–3 gün əvvəl yaşadığı evi yaxınlığında küçədən tapdığını bildirmişdir. Təqsirləndirilən şəxsin özünü təqsirli bilməsi ilə bağlı etiraf edici ifadəsi ilə yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş və cinayət işinin materiallarında olan məhkəmə–narkoloji ekspertizasının xx xxx 2020-ci i1 tarixli, 449 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən epizodik olaraq istifadə etmə halları müəyyən edilmiş, o narkomanlıq xəstəliyindən əzab çəkmir. Narkomanlıq xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserdə profılaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər X1 Dispanserdən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin Dispanserdə qeydiyyatda durmur. Məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən verilmiş arayışdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Nəsimi rayon Xalq Məhkəməsinin xx.xx.1994-cü il tarixli hökmü ilə Azərbaycan Respulikası CM-nin 143 M 2 HİS 39–cu maddəsi ilə O3 il 01 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxx 2020-ci il tarixli rəyindən görünür ki, “şübhəli Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş”heroin” oxşar oxşar kütlə” sözlər və imzalar olan kağız paketdəki 2(iki) ədəd iş-içə qoyulmuş “gümüşü”rəngli kağız bükülünün içərisində olan təmiz çəkisi 0,174 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Məhkəmə iclasında tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci ildə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində”polisin nəzarəti altına vermə”qətimkan tədbiri seçilmiş və həmin qərar ona elan edilməklə o MSY-dən azad edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, şubhəli şəxs Təqsirləndirilən şəxs üzərində olan tünd boz rəngli şalvarın sol yan cibində saxlamış olduğu bir ədəd siqaret falqasına bükülmüş, toz halında, qəhvəyi rəngli, spesifik iyə malik olan narkotik vasitə olan “heroin”ə oxşar kütlə aşkar edilərək götürülmüşdür. Həmin kütlə elektron tərəzidə çəkilmiş, çəkisi 0,18 qram gəlmişdir. Baxış zamanı iştirak etmiş şübhəli Təqsirləndirilən şəxs bildirmişdir ki, onun üzərndən aşkar edilərək götürülmüş kütlə narkotik vasitə olan “heroin”di, ona məxsusdur və özü istifadə etmək məqsədilə üzərində saxlayır. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş «Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında» xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM– nin 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından onun barəsində qeyd edilən maddə ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs Tofıq oğlunun əməli Azərbaycan Respublikası CM-nin 18–ci maddəsinə əsasən cinayətlərin residivi hesab edilməmişdir. Təqsirləndirilən şəxs Tofıq oğlunun üzərindən aşkar olunub götürülmüş narkotik vasitə olan heroinin dəqiq çəkisi 0,174 qram kimi qəbul edilmiş, aşkar olunmuş narkotik vasitənin ekspertizadan qaytarılmış qalığı, yəni 0,154 qram çəkidə narkotik vasitə olan marixuana maddi sübut kimi tanınaraq, Təqsirləndirilən şəxs Tofıq oğlu ilə sonuncunun müdafiəçisi Müdafiəçi cinayət işinin materialları ilə tanış olduqdan sonra həmin 0,154 qram çəkidə narkotik vasitə olan heroin saxlanılması üçün Gəncə şəhər Baş Polis İdarəsində məsul saxlanca verilmiş, Məhkəmə-kimyəvi ekspertizasının xx xxxx 2020–ci il tarixli, 16/240 nömrəli və məhkəmə–narkoloji ekspertizasının xx xxxx 2020-ci il tarixli, 492 nömrəli və video çəkiliş aparıldığı 1 ədəd DVD disk iş üzrə sübut növləri kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,174 (sıfır tam mində yüz yetmiş dörd) qram olan narkotik vasitə olan “heroin”i əldə etməklə və üzərində daşıyaraq saxlamaqla ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxlamış, xx.xx.2020–ci il tarixdə saat 12:30 radələrində Nizami RPB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat–axtarış tədbirləri nəticəsində Gəncə şəhəri H.Əliyev prospektində yerləşən “Maxi” marketin yaxınlığında saxlanılaraq Nizami RPB-yə gətirilmiş və şəxsi axtarış zamanı əynində olan tünd boz rəngli şalvarın sol yan cibində saxlamış olduğu bir ədəd ümumi təmiz çəkisi 0,174 (sıfır tam mində yüz yetmiş dörd) qram olan Azərbaycan Respublikasının xx xxxx 2005-ci il tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 961- İİQ nömrəli qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına görə İ siyahısı” və “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələrin İ siyahısı” ilə müəyyən edilmiş narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 234.1–ci maddəsi ilə tövsif olunmalıdır. Belə ki, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında xx.xx.2005–ci il tarixli Azərbaycan Respublikası Qanunun 1–ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi, məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəlmiş bütün hərəkətləri isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması hesab edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır olmaqla, bilavasitə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq qəsdən törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1–ci maddəsinə əsaslanaraq, Təqsirləndirilən şəxs himayəsində bir az yaşlı uşağının olmasını, həmin Məcəllənin 59.2–ci maddəsinə əsaslanaraq, təqsirini etiraf edərək səmimi peşmanlıq hissi keçirməsini, habelə yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, himayəsində az yaşlı uşağından başqa iki nəfər yetkinlik yaşına çatmayan uşaqlarının da olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə iclasında tədqiq edilmiş 172 nömrəli evlər üçlüyü tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Todiq oğlu müsbət xarakterizə edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş doğum haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx xxxxxx 2012-ci il təvəllüdlü bir az yaşlı uşağı vardır. Məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin şəxsi məlumatlarına dair çıxarışdan görünür ki, təqsirləndirilən şəxsin himayəsində xx xxx 2004-cü ildə doğulmuş Abbasova Ofeliya və xx xxxxxx 2012-ci ildə doğulmuş Abbasov Əli soyadlı və adlı yetkinlik yaşına çatmayan uşaqları vardır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə, cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bununla yanaşı məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək həbsdə saxlanması müddətinin azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, iş materiallarında olan “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, həmin cinayət işi üzrə Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və saxlanması üçün Gəncə şəhər Baş Polis İdarəsinin X8 təhvil verilmişdir. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında qərar”dan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və həmin tarixdə saxlanıldığı Gəncə şəhər Baş Polis İdarəsinin X6 azad edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs 27 martdan 29 martadək, 03 gün müddətində şübhəli şəxs qismində Gəncə şəhər Baş Polis İdarəsinin X7 saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Ona görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilən gün o şübhəli şəxs statusundan çıxsa da istintaq altında olaraq həmin günün birinci yarısına qədər azadlığı məhdudlaşdırıldığından həmin müddətin də bir gün hesablanmaqla ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmasını zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsində əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 03 (üç) gün müddətində şübhəli şəxs qismində tutulmasını nəzərə alaraq həmin müddətin ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmasını qanuna uyğun hesab edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs həbsdə qaldığı 03 gün müddəti nəzərə alaraq hesab edir ki, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası həbsdə saxlamanın 1 günü azadlığın məhdudlaşdırılması cəzasının 2 gününə bərabər tutularaq, cəmi 06 gün müddət təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2–ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli, 2 nömrəli qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. X5 1961-ci il X2 Baxılmasi üçün X3 Konfransının qəbul etdiyi İİİ Qətnaməsində xatırladılaraq tərəflərə tövsiyyə edilmişdir ki,bir çox hallarda narkomanlığın, narkotik vasitələrdən sui-istifadə təhlükəsinə daha meyilli olan şəxslərin yaşadıqları qeyri-sağlam sosial atmosferin nəticəsi olması faktı nəzərə alınsın;narkotik vasitələrdən qanunsuz istifadənin yayılmasına qarşı mübarizə üçün mümkün tədbirlər görülsün;gənclərin normal fıziki və mənəvi sağlamlığınm təmin olunması məqsədilə onların asudə vaxtı və digər fəaliyyət növləri təşkil olunsun. Məhkəmə iş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alıb, həmin rəydə göstərilənləri Azərbaycan Respublikası CM–nin 41.2–ci maddəsində göstərilən məqsədlərə nail olunması istiqamətində görülməli olan zəruri tədbir hesab edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hazırda narkomaniyadan məcburi müalicəyə ehtiyaci olmasa da o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınmalıdır. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99– 1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.1–ci maddələrinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc yerində saxlanılan, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalan təmiz çəkisi 0,154 qram olan narkotik vasitə olan heroin məhv edilməli, bundan başqa Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən istifadə edilmiş video çəkilişin köçürüldüyü 1 ədəd “DVD” diskin cinayət işinin materiallarına əlavə edilib saxlanılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17 və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub–olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10–cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. Cinayət işi üzrə məhkəmə ekspertizasının xərci 32 manat 40 qəpik (otuz iki manat qırx qəpik) təşkil etmişdir ki, həmin məbləğdə pul təqsirləndirilən şəxsin üzərinə qoyulmalı və ondan tutularaq dövlət nəfinə ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəfi hesab edilir. Həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.6—197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Gəncə şəhəri, Kəpəz rayonu ünvan 1 ünvanını axşam saat 23-dən səhər saat 07-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhəri ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o 01 (bir) il, 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx xxxx 2020-ci ildən xx xxxx 2020-ci ilədək həbsdə saxlanıldığı 03 gün Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3cümaddəsinəəsasənhəbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabərhesablanmaqla təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri olan Gəncə şəhəri, Kəpəz rayonu ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhərinin ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktiki qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Probasiya şöbəsinə tapşırılsın. İş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra təmiz çəkisi 0.154 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən istifadə edilmiş video çəkilişin köçürüldüyü 1 ədəd “DVD” diskin cinayət işinin materiallarına əlavə edilib saxlanılması nəzərə alınsın. İş üzrə 32 manat 40 qəpik (otuz iki manat qırx qəpik) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfinin ödənilməsi vəzifəsi Təqsirləndirilən şəxs üzərinə qoyulsun və həmin məhkəmə məsrəfi ondan tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar