Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-111/2020 04.09.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Orucov Maarif Arif oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 2 mənzil 12-də qeydiyyatda olmaqlahəmin ünvanda yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkantədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs, Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» xx xxxx 2005ciiltarixli Qanununda göstərilən şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi, yəni 0,697 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini satış məqsədi olmadan istintaqa məlum olmayan vaxt və mənbədən qanunsuz olaraq əldə edib bir ədəd şəffaf sellofanda qablaşdırıb əynindəolan qara rəngli cins şalvarın qabaq sağ yan cibində daşıyaraqsaxlamış, xx.xx.2020-ci il tarixdə saat 17 radələrində Gəncə şəhəri Nizami rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Gəncə şəhəri Ş.İ.Xətai prospektində yerləşən “Krisal” şadlıq sarayının yaxınlığında saxlanılaraq Gəncə şəhəri Nizami rayon Polis İdarəsinin inzibati binasına gətirilib üzərinə baxış keçirilərkən əynində olan qara rəngli şalvarın qabaq sağ yan cibindən 0,697 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilib götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, narkotik vasitədən uzun müddətdir istifadə edir. xx.xx.2020-ci il tarixdə yaşadığı Gəncə şəhəri H.Əliyev prospekti 85 saylı binanın yaxınlığında dayanacağın yanında olan zaman yerdən şəffaf sellofana bükülü olduğunu görmüş, onu götürüb və baxan zaman heroinə bənzədiyini görmüşdür. O, əvvəllər də narkotik vasitədən istifadə edtiyi üçün heroin olduğunu bilmişdir. İki gün müddətində bir neçə dəfə istifadə etmiş və narkotik vasitəni üzərində gəzdirmişdir. xx.xx.2020-ci il tarixdə saat 17 radələrində Gəncə şəhər Ş.İ.Xətai prospektində “Kristal” şadlıq sarayının yaxınlığından yaşadığı evə gedən zaman yolun kənarında polis əməkdaşları ona yaxınlaşıb, özlərini təqdim edərək, onu şübhəli şəxs kimi Gəncə şəhər Nizami RPİ-nə aparmışlar. Həmin vaxt o, müdafiəçi ilə təmin olunmuş, Nizami RPİ-də xidməti otaqda polis əməkdaşlarının və müdafıəçinin iştirakı ilə onun üzərinə baxış keçirmişlər. Baxış zamanı əynində olan qara rəngli şalvarın sağ yan cibindən özünə məxsus bir ədəd selefona bükülmüş vəziyyətdə içərisində narkotik vasitə olan heroin aşkar olunmuşdur. Həmin bir ədəd selefona bükülmüş narkotik vasitə heroin aptek tərəzisində çəkilmiş və ümumi çəkisi 0.9 (sıfır tam onda doqquz) qram gəlmişdir. Baxış zamanı o, narkotik vasitə heroin özünə məxsus olduğunu, öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Hazırda törətdiyi cinayət əməlindən peşmandır. Həyat yoldaşının hamilə olmasını və ailədə yeganə qazanc gətirən şəxs olmasını nəzərə alıb məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş Azərbaycan Respublikası CMin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 Teymur oğlu ifadəsində bildirdi ki, Gəncə şəhəri Nizami RPİ-nin CAŞ-nin kiçik əməliyyat müvəkkili vəzifəsində işləyir. Gəncə şəhər H.Əliyev prospekti bina 85, mənzil 12-də yaşayan Təqsirləndirilən şəxs üzərində narkotik vasitə gəzdirməklə istifadə etdiyi barədə onlara əməliyyat yolu ilə məlumat daxil olmuş, bununla bağlı o, və Gəncə şəhəri Nizami RPİ-nin CAŞ-nin kiçik əməliyyat müvəkkili Şahid2 ilə birlikdə təxirə salınmaz əməliyyat tədbirləri həyata keçirmiş, keçirilmiş əməliyyat tədbiri nəticəsində xx.xx.2020-ci il tarixdə saat 17 radələrində Təqsirləndirilən şəxs tərəflərindən Gəncə şəhər Ş.İ.Xətai prospektində yerləşən “Kristal” şadlıq sarayının yaxınlığında saxlanılaraq, Gəncə şəhər Nizami RPİ-nin inzibati binasına gətirilmiş və Gəncə şəhər Nizami RPİ-nin inzibati binasının otaqlarının birində videoçəkilişlə və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş vəziyyətdə olan tünd qəhvəyi rəngli, kəskin iyli, ilk baxışdan narkotik vasitəyə oxşar maddə aşkar olunaraq götürülmüşdür. Həmin maddə elektron tərəzi ilə çəkilmiş və çəkisi 0,9 qram olmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitəni saxlanıldığı gündən iki gün əvvəl yaşadığı evin yaxınlığıda olan avtobus dayanacağından tapdığını və özü istifadə etmək üçün üzərində gəzdirdiyini bildirmiş, daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəyə oxşar kütlə qablaşdırılaraq möhürlənmiş və bu barədə protokol tərtib edilərək müdafiəçi, Təqsirləndirilən şəxs və onların tərəfindən imzalanmışdır. Şahid2 məhkəmə iclasında elan olunmuş və ibtidai istintaq zamanı vermiş olduğu ifadəsindən görünür ki, o, daxili işlər orqanlarında və hazırda tutduğu vəzifədə 2015-ci il tarixdən xidmət edir. Onlara əməliyyat yolu ilə məlumat daxil olmuşdur ki, Gəncə şəhəri, H.Əliyev prospekti bina 85, mənzil 12-də yaşayan Təqsirləndirilən şəxs üzərində narkotik vasitə gəzdirməklə istifadə edir. Bununla bağlı o, və Gəncə şəhəri Nizami Rayon Polis X3 şöbəsinin baş əməliyyat müvəkkili Şahid1 Teymur oğlu ilə birlikdə təxirəsalınmaz əməliyyat tədbirləri həyara keçirmişlər. Keçirilmiş əməliyyat tədbiri nəticəsində xx.xx.2020ci il tarixdə saat 17 radələrində Təqsirləndirilən şəxs tərəflərindən Gəncə şəhəri Ş.İ.Xətai prospektində yerləşən “Kristal” şadlıq sarayının yaxınlığında saxlanılaraq Gəncə şəhəri Nizami Rayon Polis İdarəsinin inzibati binasına gətirilmiş və Gəncə şəhər Nizami Rayon Polis İdarəsinin İnzibati binasının otaqlarının birində videoçəkilişlə və müdafiəçinin iştirakları ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli selofana bükülmüş vəziyyətdə olan tünd qəhvəyi rəngli, kəskin iyli, ilk baxışdan narkotik vasitəyə oxşar maddə aşkar olunaraq götürülmüş, həmin maddə elektron tərəzidə çəkilmiş və çəkisi 0.9 qram olmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitəni saxlanıldığı gündən iki gün əvvəl yaşadığı evin yaxınlığında olan avtobus dayanacağından tapdığını və özü istifadə etmək üçün üzərində gəzdirdiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəyə oxşar kütlə qablaşdırılaraq Azərbaycan Respublikası DİN-nin 110 nömrəli möhürü ilə möhürlənmiş və bu barədə protokol tərtib edilərək müdafiəçi, Təqsirləndirilən şəxs və onların tərəfindən imzalanmışdır. Şahid2 tərəfindən məhkəməyə daxil olmuş ərizədə, o, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etdiyini bildirmiş və onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx xxxx 2020-cu il tarixli HK-1/615 saylı “baxış və götürmə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan qabaq cibinin içərisindən bir ədəd şəffaf sellofana bükülmüş vəziyyətdə olan tünd qəhvəyi rəngli, kəskin iyli, ilk baxışdan narkotik vasitəyə oxşar maddə aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 16/239 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş və ekspertizaya təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş, bir ədəd sellofan bükümün içərisində qəhvəyi rəngdə narkotik vasitəyə oxşar kütlə...” sözlər və imzalar olan kağız paketdəki, bir ədəd polietilen kəsiyinə bükülmüş, təmiz çəkisi -0,697 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə– heroindir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan xx.xx.2020-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliy Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserinin xx xxxxx 2020-ci il tarixli, 493 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən epizotik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserdə profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2020-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş narkotik vasitə olan heroinin dəqiq çəkisi -0.697 qram kimi qəbul edilmiş, aşkar olunmuş narkotik vasitənin ekspertizadan qaytarılmış qalığı yəni – 0.647 qram çəkidə narkotik vasitə olan heroini maddi sübut kimi tanınaraq saxlanılması üçün Gəncə şəhər BPİ-də ayrılmış xüsusi yerdə məsul saxlanca verilmiş, həmçinin maddi sübut olan 1 ədəd DVD disk isə cinayət işinə əlavə olunmuşdur. Azərbaycan Respublikası Gəncə şəhər Psixonevroloji Dispanseri tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 2141 saylı arayışdan görünür ki, xx.xx.1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər İcra Hakimiyyəti Səhiyyə X2 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 2218 saylı arayışdan görünür ki, xx.xx.1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur. xx.xx.2020-ci il tarixli qadın məsləhətxanası tərəfindən verilmiş arayışdan görünür ki,Təqsirləndirilən şəxs arvadı X1 29 - 30 həftəlik hamilədir. Məhkəmə cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onunetiraf ediciifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahının təsdiq edilməsi haqqında xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş siyahıdan görünür ki, heroin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla hər birinin ayrı-ayrılıqda yuxarı həddi 0,15 qramdan 02 qramadək müəyyənləşdirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini etiraf edərək, əməlindən səmimi peşman olmasını, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman Azərbaycan Respublikası CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, ailədə yeganə qazang gətirən şəxs olmasını, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini və cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki,Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 1 mənzil 12-ünvanını ı axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək,elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Gəncə şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaqvəzifələriqoyulmalıdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və saxlanma yerinə təhvil verilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltiizam” qətimkan tədbiri seçilərək o, saxlandığı Gəncə şəhəri BPİ-nin MSY-dən azad edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək, 2 (iki) gün müddətində şübhəli şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikası CPM-nin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Azərbaycan Respublikası CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs, hazırkı cinayət işi ilə bağlı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə proflaktiki qeydiyyata götürülməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0.647 qram təşkil edən narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin iş üzrə sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 32,40 (otuz iki manat qırx qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxsdan tutularaq Dövlət Xəzinədarlığı Agentliyi KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəməi stintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğungəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 197-198, 344- 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1(bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 2 mənzil 12 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək,elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra qurumuna tapşırılsın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə proflaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,647 qram təşkil edən narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, həmçinin iş üzrə sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 32,40 (otuz iki manat qırx qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Dövlət Xəzinədarlığı Agentliyi KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Gündüz şirinov
Məhkəmə qərarları › İş №1(044)-111/2020
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-111/2020
04.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver