Məhkəmə qərarları › İş №1(044)-112/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-112/2021

14.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-112/2021 14.09.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi ilə, məhkəmə iclasının katibi Həsənov Ayxan Rasim oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 1959-cu ildə Ermənistan Respublikasının Zəngibasar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, Gəncə şəhəri, Totanlı küçəsi, 3-cü döngə, ev 25-də qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs epidemiya əleyhinə, eləcə də karantin rejimini pozaraq xəstəliklərin yayılması üçün real təhlükə yaratmışdir. Belə ki, o, 19.11.2020-ci il tarixdə “Covid-19” virusu ilə bağlı test analizi verməklə 21.11.2020-ci il tarixdə testin nəticəsinin pozitiv, yəni yeni növ koronavirus infeksiyasını yaymaq təhlükəsinin olmasını bilə-bilə xüsusi karantin rejiminə əməl edərək həmin müddəti evdə keçirməli olduğu halda 21.11.2020-ci il tarixdə saat 12 radələrindən 22 radələrinədək olan müddət ərzində yaşadığı Gəncə şəhəri, Totanlı küçəsi, 3-cü döngə, ev 25 ünvanını tərk edib Göygöl şəhəri, H.Əliyev prospekti 7, Mexaniki zavodun, Gəncə şəhəri, Cavadxan qəsəbəsinin, Göygöl rayonu, Üçtəpə kəndinin yerləşdiyi ərazilərdə, bundan başqa 22.11.2020-ci il tarixdə saat 09 radələrindən 18 radələrinədək olan müddət ərzində yaşadığı Gəncə şəhəri, Totanlı küçəsi, 3-cü döngə, ev 25 ünvanını tərk edib ünvan 2sinin, Göygöl şəhəri, H.Əliyev prospekti 7, Mexaniki zavodunun yerləşdiyi ərazilərdə, bundan başqa 23.11.2020-ci il tarixdə saat 08 radələrindən 18 radələrinədək olan müddət ərzində yaşadığı Gəncə şəhəri, Totanlı küçəsi, 3-cü döngə, ev 25 ünvanını tərk edib Gəncə şəhəri, Cavadxan qəsəbəsinin, Gəncə şəhəri, Hacıkənd qəsəbəsinin, Göygöl rayonu, Üçtəpə kəndinin yerləşdiyi ərazilərdə, bundan başqa 24.11.2020-ci il tarixdə saat 08 radələrindən 18 radələrinədək olan müddət ərzində yaşadığı Gəncə şəhəri, Totanlı küçəsi, 3-cü döngə, ev 25 ünvanını tərk edib Gəncə şəhəri, Cavadxan qəsəbəsinin, Gəncə şəhəri, Hacıkənd qəsəbəsinin, Göygöl şəhəri, H.Əliyev prospekti 7, Mexaniki zavodunun, Göygöl rayonu, Üçtəpə kəndinin yerləşdiyi ərazilərdə, bundan başqa 26.11.2020-ci il tarixdə saat 13 radələrindən 17 radələrinədək olan müddət ərzində yaşadığı Gəncə şəhəri, Totanlı küçəsi, 3-cü döngə, ev 25 ünvanını tərk edib Gəncə şəhəri, Hacıkənd qəsəbəsinin, Gülüstan qəsəbəsi, ADAU-nun, Göygöl şəhəri, H.Əliyev prospekti 7, Mexaniki zavodunun, Gəncə şəhəri, Azərsənayetikinti SC-nin 3 saylı müəssisəsinin yerləşdiyi ərazilərdə, bundan başqa 27.11.2020-ci il tarixdə saat 12 radələrindən 13 radələrinədək olan müddət ərzində yaşadığı Gəncə şəhəri, Totanlı küçəsi, 3-cü döngə, ev 25 ünvanını tərk edib Gəncə şəhəri, Cavadxan qəsəbəsinin yerləşdiyi ərazilərdə, bundan başqa 01.12.2020-ci il tarixdə saat 10 radələrindən 18 radələrinədək olan müddət ərzində yaşadığı Gəncə şəhəri, Totanlı küçəsi, 3-cü döngə, ev 25 ünvanını tərk edib Gəncə şəhəri, Hacıkənd qəsəbəsinin yerləşdiyi ərazilərdə, bundan başqa 02.12.2020-ci il tarixdə saat 10 radələrindən 13 radələrinədək olan müddət ərzində yaşadığı Gəncə şəhəri, Totanlı küçəsi, 3-cü döngə, ev 25 ünvanını tərk edib Gəncə şəhəri, Cavadxan qəsəbəsinin yerləşdiyi ərazilərdə, bundan başqa 03.12.2020-ci il tarixdə saat 10 radələrində yaşadığı Gəncə şəhəri, Totanlı küçəsi, 3-cü döngə, ev 25 ünvanını tərk edib Gəncə şəhəri, Cavadxan qəsəbəsinin yerləşdiyi ərazidə, bundan başqa 04.12.2020-ci il tarixdə saat 13 radələrindən 19 radələrinədək olan müddət ərzində yaşadığı Gəncə şəhəri, Totanlı küçəsi, 3-cü döngə, ev 25 ünvanını tərk edib Gəncə şəhəri, Cavadxan qəsəbəsinin yerləşdiyi ərazidə olmaqla, epidemiya əleyhinə, eləcə də karantin rejimini kobud surətdə pozub yeni növ koronavirus infeksiyasının yayılması üçün real təhlükə yaratmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Gəncə şəhəri, Totanlı küçəsi, 3-cü döngə, ev 25 ünvanında ailəsi ilə birlikdə yaşayır. Gündəlik olaraq qazancını ev təmir edərək əldə edir. Təxminən 2020-ci ilin noyabr ayının 17-dən etibarən səhhətində narahatçılıq hiss etməyə başlamış, bədən temperaturu 37 dərəcəyə qalxaraq sabit şəkildə qalmağa davam etmişdir. O, ilkin olaraq soyuqladığını zənn etmiş və ev şəraitində soyuqdəymə əleyhinə dərmanlar, mürəbbələr qəbul etmişdir. Lakin temperaturu enmədiyinə görə koronavirus xəstəliyinə yoluxduğuna şübhələnmiş, buna görə də, qərar vermişdir ki, gedib test versin. Bu məqsədlə 19.11.2020-ci il tarixdə Gəncə şəhər 1 nömrəli A.Səhhət adına xəstəxanaya getmiş, həmin xəstəxanada müvafiq test verərək yaşadığı evə qayıtmışdır. 21.11.2020-ci il tarixdə saat təxminən 12 radələrində “**********” saylı mobil nömrəsinə “İTS.GOV.AZ”-dan gələn mesajdan öyrənmişdir ki, onun Covid-19 test nəticəsi pozitiv çıxmışdır. Həmçinin mesaj mətnində o və ailə üzvlərinin yaşayış yerini tərk etməməli olması, karantin rejimini pozduğu təqdirdə Azərbaycan Respublikası İnzibati Xətalar və Cinayət Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb oluna biləcəyi barədə xəbərdarlıq da yazılmışdır. Bundan sonra həmin gün bir nəfər xatırlamadığı nömrədən ona zəng edib Səhiyyə Nazirliyindən olduğunu bildirərək Covid-19 test nəticəsinin pozitiv çıxdığını, ev şəraitində müalicə alacağını, yaşadığı evi tərk etməməli olduğunu bildirərək, sağalmağı ilə bağlı mesaj gəldikdən sonra yaşayış yerini tərk edə biləcəyi qeyd olunmuşdur. Onun yaşadığı evdən bir qədər aralıda Göygöl rayonu, Üçtəpə kəndinə özünə məxsus fərdi yaşayış evi vardır. Həmin fərdi yaşayış evinin həyətindəki torpaq sahəsində ev quşları saxlayır. Xəstəliyə yoluxmamışdan əvvəl də, hər səhər və axşam gedib quşları yemləmişdir. Koronavirus xəstəliyinə yoluxduqdan sonra da həmin quşlara sadəcə o, baxdığı üçün məcbur olaraq 21.11.2020-ci il tarixdə saat 17 radələrində yaşadığı evdən çıxaraq piyada Göygöl rayonu Üçtəpə kəndində fərdi yaşayış evinə gedərək orada quşları yemləmiş və təxminən 1-2 saat orada olduqdan sonra saat 19 radələrində yaşadığı evə qayıtmış və həmin axşam evdə gecələmişdir. Həmin günün səhərisi, yəni 22.11.2020-ci il tarixdə saat 08 radələrində yenə yaşadığı evdən çıxaraq Göygöl rayonu, Üçtəpə kəndində yerləşən fərdi yaşayış evinə gedərək orada quşları yemləmiş və təxminən 1-2 saat orada olduqdan sonra saat 10 radələrində yaşadığı evə qayıtmış, bundan sonra həmin gün yenə eyni qaydada axşam saat 17 radələrində yaşadığı evdən çıxaraq piyada Göygöl rayonu, Üçtəpə kəndində yerləşən evinə gedərək orada quşları yemləmiş və təxminən 1-2 saat orada olduqdan sonra saat 19 radələrində yaşadığı evə qayıtmış, həmin axşam da evdə gecələmişdir. 23.11.2020-ci il tarixdə o, yenə eyni qaydada saat 08 radələrində yaşadığı evdən çıxaraq Göygöl rayonu, Üçtəpə kəndində yerləşən evinə gedərək orada quşları yemləmiş və təxminən 1-2 saat orada olduqdan sonra saat 10 radələrində yaşadığı evə qayıtmışdır. Həmin gün o, evdə olarkən sahə həkimi Sevinc xanım saat 14 radələrində ona zəng edərək səhhəti ilə maraqlanmış, o isə səhhətinin yaxşı olduğunu bildirdikdə həkim ona yaşayış yerini tərk etməməli olduğunu bildirərək ona müalicə üçün dərmanlar göndərəcəyini bildirmişdir. Bundan sonra həmin gün Sevinc xanım yaşadığı evə adlarını xatırlamadığı immunitet gücləndirici dərman preparatları göndərmiş və o, həmin dərmanları qəbul etməyə başlamışdır. Həmin gün dərman preparatlarını qəbul etdikdən sonra yenə eyni qaydada quşları yemləmək üçün saat 17 radələrində yaşadığı evdən çıxaraq piyada Göygöl rayonu, Üçtəpə kəndində yerləşən evinə gedərək orada quşları yemləmiş və təxminən 1-2 saat orada olduqdan sonra saat 19 radələrində yaşadığı evə qayıtmış və həmin axşam da evdə gecələmişdir. 24.11.2020-ci il tarixdə yenə adəti üzrə quşları yemləmək üçün saat 08 radələrində yaşadığı evdən çıxaraq Göygöl rayonu, Üçtəpə kəndində yerləşən torpaq sahəsinə gedərək orada quşları yemləmiş və təxminən 1-2 saat orada olduqdan sonra saat 10 radələrində yaşadığı evə qayıtmışdır. Həmin gün günorta saat 16 radələrinədək yaşadığı evdə müalicə aldıqdan sonra yenidən toyuqları yemləmək üçün yaşadığı evdən çıxaraq Göygöl rayonu, Üçtəpə kəndində yerləşən evinə getmiş, orada quşları yemləyərkən Həsən adlı polis əməkdaşı ona zəng edərək harada olmasını soruşduqda o, polis əməkdaşına Göygöl rayonu, Üçtəpə kəndində yerləşən torpaq sahəsində quşları yemlədiyini bildirmişdir. Polis əməkdaşı ona yaşadığı yeri tərk etməyinin digər şəxslərə də təhlükə yaradacağını deyərək yaşadığı evə qayıtmalı olduğunu, yaşadığı evi bir daha tərk etməməsini bildirmişdir. Bundan sonra o, quşları yemləyib yekunlaşdıraraq öz evinə geri qayıtmışdır. Həmin gün Həsən və Fariz adlı polis əməkdaşları yaşadığı evə gələrək hadisə barədə ondan izahat alaraq bir daha yaşayış yerini tərk etməməsi barədə xəbərdarlıq etmişdirlər. Bundan sonra o, bir daha yaşadığı evi tərk etməmişdir. O, evdə olduğu müddət ərzində sahə həkimi Sevinc xanım ona zəng edərək səhhəti ilə maraqlanmış və o, həkimə səhhəti barədə məlumat vermişdir. 09.12.2020-ci il tarixdə “**********” saylı mobil nömrəmə “İTS.GOV.AZ”-dan gələn mesajdan öyrənmişdir ki, “Covid-19” virusu ilə əlaqədar olaraq özünütəcrid müddəti bitmişdir. Bundan sonra o, yaşadığı evi tərk edərək öz gündəlik işləri ilə məşğul olmuşdur. O, törətdiyi əməli səmimi etiraf edərək əməlindən peşman olmasını, əvvəllər məhkum olunmamasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadəsi və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2013-cü ildən X4 xidmət edir. Polis əməkdaşının funksional vəzifələrindən olan ictimai asayişi və ictimai təhlükəsizliyi təmin etmək məqsədi ilə hal-hazırda ölkədə yayılmış “Covid-19” virusu ilə aparılan mübarizə tədbirləri çərçivəsində həmin virusa yoluxmuş və ambulator müalicəyə buraxılmış xəstələrin təlimata uyğun olaraq evdən çölə çıxmamalarına, insanların ictimai yerlərdə sosial məsafə saxlamalarına, tibbi maskalardan istifadə etmələrinə tərəflərindən nəzarət həyata keçirilir. Bununla bağlı X5 əməkdaşları tərəfindən ictimai reydlər, qəfil yoxlamalar, inanılmış şəxslərin məlumatlarından istifadə etmə və digər üsullardan istifadə edilir. Bundan əlavə Gəncə şəhər Gigiyena və X1 şəhəri ərazisində “Covid-19” virusuna yoluxmuş şəxslərin epidemiya və karantin rejiminə, yəni yaşadığı evdə özünütəcrid qaydalarına əməl etmələrinə nəzarət etmək məqsədilə həmin şəxslərin siyahısı Gəncə şəhər Baş Polis İdarəsinə, oradan da ərazi aidiyyəti üzrə rayon polis idarələrinə göndərilir. Həmçinin, qeyd olunan qaydaların təmini məqsədilə Gəncə şəhər Baş Polis İdarəsinin Növbətçi Hissəsindən “Bölgələr üzrə yaşayış yerini tərk edən şəxslərin statistik məlumatlarının” siyahısı göndərilir. Həmin siyahıya uyğun olaraq 24.11.2020-ci il tarixdə müəyyən edilmişdir ki, Gəncə şəhəri, Totanlı küçəsi, 3-cü döngə, ev 25-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs yaşadığı evi tərk edərək Göygöl rayonu, Üçtəpə kəndinə getmişdir. Bundan sonra həmin gün saat 16 radələrində Təqsirləndirilən şəxs istifadəsində olan ********** saylı mobil nömrəsinə zəng edərək harada olmasını soruşduqda, həmin şəxs yaşadığı evi tərk edərək Göygöy rayonu, Üçtəpə kəndində yerləşən torpaq sahəsində olduğunu, həmin sahədə quşçuluqla məşğul olduğu üçün quşları yemlədiyini, koronavirus xəstəsi olduqdan sonra hər gün həmin sahəyə gəlibgetdiyini bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı evdə özünütəcrid qaydalarına əməl etməli olması, yaşadığı evi tərk edərək koronavirus xəstəliyinin yayılmasına səbəb olduğunu, həmçinin xəstəliyin yayılması üçün real təhlükə yaratdığını, buna görə Azərbaycan Respublikası CM-nin və ya İXM-nin müvafiq maddəsi ilə məsuliyyət daşıyacağı barədə xəbərdarlıq edərək öz yaşadığı evə qayıtmasını bildirmişdir. Bundan sonra həmin faktla bağlı raportla məruzə edilmiş, daha sonra müvafiq tibbi izolyasiya geyimi geyilərək Gəncə şəhər Nizami RPİ-nin İTB-nin sahə rəisi Şahid2 ilə ünvan 9 ünvana çatdıqda Təqsirləndirilən şəxs artıq Göygöl rayonu, Üçtəpə kəndindən öz yaşadığı evə qayıtmışdır. Onlar bir daha həmin şəxsə mövcud epidemiya və karantin rejiminin qaydalarını izah edərək yaşadığı evdə özünütəcrid qaydalarına riayət etməli olması, bir daha həmin qaydaları pozmaması barədə xəbərdarlıq edərək həmin hadisə barədə qısa izahatı alındıqdan sonra həmin ünvanı tərk edərək öz xidməti fəaliyyətlərinə davam etmişdirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması haqqında 09 fevral 2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi xüsusatları hadisə yerlərində göstərərək ifadəsini bir daha təsdiq etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan “e-Təbib” mobil tətbiqindən edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 19.11.2020-ci il tarixdə “COVİD-19” analizi vermiş və verdiyi analizdə “COVİD-19” virusu aşkar edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Təqsirləndirilən şəxs hansı tarixdə “Covid-19” virusuna yoluxması ilə əlaqədar test nəticəsinin pozitiv çıxmasını, karantinin rejiminin hansı ünvanda və hansı tarixdən başlaması və bitməsi barədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Gigiyena və Epidemioloji Mərkəzinə verilmiş müvafiq sorğuya cavabdan görünür ki, Təqsirləndirilən şəxs 21.11.2020-ci il tarixdən 05.12.2020-ci il tarixədək olan müddət ərzində Gəncə şəhəri, Totanlı küçəsi, 3-cü döngə, ev 25 ünvanında ev şəratində karantində olmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan “koronavirusinfo.az” saytından “Covid-19” virusu haqqında məlumatların və həmin virusa qarşı profilaktiki tədbirlərin X2 və Azərbaycan Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən sistemləşdirilmiş elektron təlimatından çıxarış edilərək cinayət işinə əlavə edilmiş, həmin təlimatdan müəyyən edilir ki, Koronaviruslar (CoV), adi soyuqdəymə əlamətlərindən X7 Sindromu (X6 Syndrome Coronavirus - MERS-CoV) ve X3 Sindrom (SARS-CoV) kimi daha ciddi patologiyalara qədər çeşidli xəstəliklərə səbəb olan böyük bir virus fəsiləsidir. MERS-CoV və SARS-CoV epidemioloji məlumatlarına görə inkubasiya dövrü 14 günə qədər ola bilər. Virusa yoluxmuş şəxslər başqa bir səbəblə xəstəxanada yatırılması tələb olunmursa, onların 14 gün evdən çıxmamaları və ictimai yerlərdən uzaq olmaları tələb olunur, həmin şəxslər 14 gün ərzində ərazi üzrə tibb müəssisəsi və GEM tərəfindən telefon vasitəsilə nəzarətdə saxlanılır. “Covid-19” virusu insanlar arasında yaxın təmas və hava-damcı yolu ilə ötürülür. Xəstə monitorinq müddətini evdə keçirməlidir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 29 yanvar 2021-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ********** saylı mobil nömrə ilə aparılan telefon danışıqlarına dair əldə edilmiş məlumatların olduğu bir ədəd “DVD” diskə baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 21.11.2020-ci il tarixdə saat 12 radələrindən 22 radələrinədək Göygöl şəhəri, H.Əliyev prospekti 7, Mexaniki zavodun, Gəncə şəhəri, Cavadxan qəsəbəsinin, Göygöl rayonu, Üçtəpə kəndinin yerləşdiyi ərazilərdə, bundan başqa 22.11.2020-ci il tarixdə saat 09 radələrindən 18 radələrinədək olan müddət ərzində yaşadığı ünvan 2sinin, Göygöl şəhəri, H.Əliyev prospekti 7, Mexaniki zavodunun yerləşdiyi ərazilərdə, bundan başqa 23.11.2020-ci il tarixdə saat 08 radələrindən 18 radələrinədək olan müddət ərzində Gəncə şəhəri, Cavadxan qəsəbəsinin, Gəncə şəhəri, Hacıkənd qəsəbəsinin, Göygöl rayonu, Üçtəpə kəndinin yerləşdiyi ərazilərdə, bundan başqa 24.11.2020-ci il tarixdə saat 08 radələrindən 18 radələrinədək olan müddət ərzində Gəncə şəhəri, Cavadxan qəsəbəsinin, Gəncə şəhəri, Hacıkənd qəsəbəsinin, Göygöl şəhəri, H.Əliyev prospekti 7, Mexaniki zavodunun, Göygöl rayonu, Üçtəpə kəndinin yerləşdiyi ərazilərdə, bundan başqa 26.11.2020-ci il tarixdə saat 13 radələrindən 17 radələrinədək olan müddət ərzində Gəncə şəhəri, Hacıkənd qəsəbəsinin, Gülüstan qəsəbəsi, ADAU-nun, Göygöl şəhəri, H.Əliyev prospekti 7, Mexaniki zavodunun, Gəncə şəhəri, Azərsənayetikinti SC-nin 3 saylı müəssisəsinin yerləşdiyi ərazilərdə, bundan başqa 27.11.2020-ci il tarixdə saat 12 radələrindən 13 radələrinədək olan müddət ərzində yaşadığı Gəncə şəhəri, Cavadxan qəsəbəsinin yerləşdiyi ərazilərdə, bundan başqa 01.12.2020-ci il tarixdə saat 10 radələrindən 18 radələrinədək olan müddət ərzində Gəncə şəhəri, Hacıkənd qəsəbəsinin yerləşdiyi ərazilərdə, bundan başqa 02.12.2020-ci il tarixdə saat 10 radələrindən 13 radələrinədək olan müddət ərzində Gəncə şəhəri, Cavadxan qəsəbəsinin yerləşdiyi ərazilərdə, bundan başqa 03.12.2020-ci il tarixdə saat 10 radələrində yaşadığı Gəncə şəhəri, Cavadxan qəsəbəsinin yerləşdiyi ərazidə, bundan başqa 04.12.2020-ci il tarixdə saat 13 radələrindən 19 radələrinədək olan müddət ərzində yaşadığı Gəncə şəhəri, Cavadxan qəsəbəsinin yerləşdiyi ərazidə olmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər psixonevroloji dispanserindən və Gəncə şəhər rayonlararası narkoloji dispanserindən alınmış arayışlardan görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserlərdə qeydiyyatda deyil. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 15 fevral 2021-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefona baxış keçirilmiş, həmin mobil telefonun mesajlar bölməsində “İTS.GOV.AZ” saytından gələn mesajda “Hörmətli Təqsirləndirilən şəxs, Siz ve sizinlə eyni evdə yaşayan şəxslərin COVİD-19 ile bağlı evdə özünütəcrid müddeti bitmişdir. Sağlamlığınızı qoruyun” məzumununda mesaj mətininin gəldiyi müəyyən edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 26 dekabr 2020-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 08 fevral 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir və bu barədə iltizam alınmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs epidemiya əleyhinə rejimin, eləcə də karantin rejimlərini pozmasına görə ehtiyatsızlıqdan insan ölümünə və ya digər ağır nəticələrə səbəb olması ilə bağlı yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadığından onun barəsində Azərbaycan Respublikası CM-nin 139- 1.2-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir, Təqsirləndirilən şəxs “COVİD- 19” inkeksiyasına görə müayinəsinin test nəticəsinin pozitiv çıxdığı 21.11.2020-ci il tarixdən 05.12.2020-ci il tarixdək olan müddət ərzində yaşayış yerini tərk edərkən ictimai yerlərdə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələbləri pozması ilə bağlı yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadığından onun barəsində Azərbaycan Respublikası İXMin 211.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması rədd edilmişdir, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs istifadəsində olmuş ********** saylı mobil nömrə ilə aparılan telefon danışıqlarına dair əldə edilmiş məlumatların olduğu bir ədəd “DVD” disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndirilən şəxsin, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri və iş materiallarında olan digər sənədlər ilə Təqsirləndirilən şəxs epidemiya əleyhinə, eləcə də karantin rejimini pozaraq xəstəliklərin yayılması üçün real təhlükə yaratma cinayətini törətməsi tamamilə sübuta yetirilmişdir. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda - iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublukasının Qanunun 2.3-cü maddəsinə əsasən insanların sağlamlığını ətraf mühit amillərinin mənfi təsirindən qorumaq və möhkəmləndirmək məqsədilə onların sanitariya-epidemioloji salamatlığının təmin edilməsi; sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə əməl edilməsinə, eləcə də sanitariya-gigiyena və epidemiya əleyhinə tədbirlərin görülməsinə nəzarət sisteminin yaradılması; sanitariya normalarını və qaydalarını, gigiyena normativlərini pozmağa görə məsuliyyət dərəcələrinin müəyyən edilməsi; vətəndaşların salamatlığının qorunması hüququnu təmin etməyə yönəldilən qanunvericilik, hüquqi və təşkilati tədbirlər kompleksinin yaradılması Aərbaycan Respublikası sanitariya qanunvericiliyinin əsas vəzifələrini təşkil edir. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən təsdiq edilmiş sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə əməl etmək, dövlət sanitariya nəzarətini həyata keçirən vəzifəli şəxslərin tələblərinə əməl etmək sanitariya-epidemioloji salamatlığın təmin edilməsi ilə bağlı dövlət orqanlarının, ictimai birliklərin, müəssisələrin, təşkilatların, idarələrin, vəzifəli şəxslərin və vətəndaşların vəzifələrinə aiddir. Həmin Qanunun 38-ci maddəsinə əsasən Azərbaycan Respublikasının sanitariya qanunvericiliyinə, o cümlədən qüvvədə olan sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə əməl edilməməsi, epidemiya əleyhinə tədbirlərin görülməməsi, Azərbaycan Respublikası dövlət sanitariyaepidemioloji; xidməti orqanları və idarələri vəzifəli şəxslərinin rəylərinin, qərarlarının və göstərişlərinin yerinə yetirilməməsi ilə əlaqər vətəndaşların hüquqlarına və cəmiyyətin mənafeyinə toxunan qeyri-hüquqi, təqsirli hərəkət sanitariya sahəsində hüquq pozuntusu sayılır.Sanitariya sahəsində hüquq pozuntularına yol vermiş vəzifəli şəxslər və vətəndaşlar inzibati, cinayət və mülki-hüquq məsuliyyətinə cəlb edilə bilərlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü təqsirli bilərək, törətdiyi əməli səmimi etiraf etməsini və əməlindən peşman olmasını, əvvəllər məhkum olunmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, ona təqsirli bilindiyi həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Gəncə şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Gəncə şəhəri hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinin tələbinə əsasən şəxsin cinayət törədərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinin tələbinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarında saxlanma müddəti ərzində işdə saxlanmalı və ya maraqlı təşkilat və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara təhvil verilməlidir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 132.1.7-ci maddəsinin tələbinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Təqsirləndirilən şəxs istifadəsində olmuş ********** saylı mobil nömrə ilə aparılan telefon danışıqlarına dair əldə edilmiş məlumatların olduğu və cinayət işinin materiallarına əlavə edilmiş bir ədəd DVD disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 12 saata görə 72 (yetmiş iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Gəncə Şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri olan Gəncə şəhəri, Totanlı küçəsi, 3-cü döngə, ev 25 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulsun. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs istifadəsində olmuş ********** saylı mobil nömrə ilə aparılan telefon danışıqlarına dair əldə edilmiş məlumatların olduğu və cinayət işinin materiallarına əlavə edilmiş bir ədəd DVD disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 12 saata görə 72 (yetmiş iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar