Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-113/2020 02.09.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Orucov Maarif Arif oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X2, təqsirləndirilən şəxsin müdafiəçisi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1957-ci il tarixdə Goranboy rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Gəncə şəhəri, Hərbi şəhərcik, xətt-9, ev 14-də qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 15:45 radələrində sürücülük hüququ olmaqla idarə etdiyi özünə məxsus “VAZ-2115” markalı **-ED-*** dövlət nömrə nişanlı avtomobili ilə Gəncə şəhəri, H.Əliyev prospekti ilə Gəncə şəhəri, “Dəmiryol” vağzalı istiqamətində geriyə hərəkətdə olarkən həmin prospektdə yerləşən 214-220 nömrəli binanın alt hissəsində olan “Sabina” qadın salonunun bərabərliyində «X6» Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 13-cü hissəsinin tələblərini pozmuş, yəni nəqliyyat vasitəsinin geriyə hərəkəti zamanı etdiyi manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçılarına maneə yaratmamalı, lazım gəldikdə, sürücü başqa şəxslərin köməyindən istifadə etməli olduğu halda, həmin tələblərə əməl etməmiş, yolun solundan sag tərəfə keçmək istəyən piyada Zərərçəkmiş şəxs avtomobilin arxa hissəsi ilə ehtiyatsızlıqdan vuraraq Zərərçəkmiş şəxs baş beynin yumşaq qişasına, beyin mədəciklərinə və beyinciyə qansızma, başın yumşaq toxumalarına təpə-ənsə nahiyələrində qansızmalar, ənsə sümüyünün kəllə əsasına keçən xətti sınığı, ənsə nahiyyəsinin əzilmiş yarası, sağ ayağınbayır topuğunun, sağ diz nahiyyəsinin sıyrıqları ilə müşaiyət olunan birgə həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vurmaya aid xəsarətlər yetirməklə açıq küt kəllə-beyin travması nəticəsində baş beynin yumşaq qişasına, beyin mədəciklərinə beyinciyə qansızma və kəllə sümüklərinin sınması nəticəsində ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli onun özünün etiraf ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri, ekspertiza rəyləri, işdə olan və tədqiq olunan digər istintaq sənədləri ilə aşağıdakı qaydada sübuta yetirilmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona CM-in 263.2-ci maddəsi ilə elan edilmiş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstəmişdir ki, “Vaz 21015” markalı **-ED-*** dövlət nömrə nişanlı avtomobil ona məxsusdur və o, həmin avtomobili “BC” kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə edir. O, xx.xx.2020-ci il tarixdə saat təxminən 15 radələrində yaşadığı ünvan 1 ünvanda olan zaman qərara gəlmişdir ki, nəvəsi üçün gedib “Azərittifaq” adlanan yerdə yerləşən “Alov” ticarət mərkəzindən velosiped alsın və bunun üçün 8103 mobil nömrəsinə 2-ci indeks üzrə mesaj yazıb müsbət cavab aldıqdan sonra evdən çıxmış və özünə məxsus “VAZ 21015” markalı **-ED-*** dövlət nömrə nişanlı avtomobilə əyləşib Gəncə şəhəri, H.Əliyev prospektində yerləşən “Alov” ticarət mərkəzinin yaxınlığına gəlmiş, idarə etdiyi avtomobili Gəncə şəhəri, H.Əliyev prospekti, 214-220 nömrəli binanın alt hissəsində yerləşən “Sabina” qadın salonunun bərabərliyində yolun kənarında dayanmış dövlət nömrə nişanını və markasını xatırlamadığı avtomobilin arxasında saxlamış, sol istiqamətə baxanda görmüşdür ki, velosiped alacağı “Alov” ticarət mərkəzi bağlıdır. Ona görə avtomobildən düşməmiş və evə qayıtmağı qərara almış, avtombilin mühərikini işə salıb yan güzgülər ilə geriyə baxaraq avtomobili saatda 5 km saat sürətlə astaca təxminən 2 metr geriyə hərəkət etdirməyə başlamış, bu zaman maşının arxa hissəsinin nəyəsə dəydiyini eşidib tez avtomobili saxlamış və maşından düşəndə görmüşdür ki, maşının arxa hissəsində yaşlı bir qadın yerə yıxılmış, həmin vaxt bilmişdir ki, avtomobili geriyə hərəkət etdirən zaman avtombilin arxa hissəsinin həmin qadına dəyməsi nəticəsində qadın yerə yıxılaraq baş nahiyyəsindən xəsarət almışdır. Ona görə tez kənardan gələn tanımadığı adamların köməkliyi ilə həmin yaşlı qadını yerdən qaldırıb avtomobilinin arxa oturacağına qoymuş və avtomobili idarə edib 3 saylı TTY xəstəxanasına aparmış, orada həkimlər qadını maşından götürüb xəstəxananın içərisinə aparmışlar və avtomobili ilə vurub xəsarət yetirdiyi Alimə adlı qadın almış olduğu xəsarətlərdən xəstəxanada vəfat etmiş, sonra xəstəxanaya gələn polis əməkdaşları ilə birgə hadisə yerinə qayıtmışlar. Avtomobilinin arxa hissəsi ilə vurduğu piyadanın yolu hansı istiqamətdə keçdiyini görməmişdir və həmin piyadanı görmədiyi üçün neçə metr məsafə qət etdiyini bilmir. O, həmin piyadanın hərəkət edib avtomobilinin yaxınlığına gəlməsini belə görməmişdir. Həmin vaxt o, idarə etdiyi avtomobili geriyə doğru təxminən saatda 5 km saat sürətlə 2 metr idarə etmişdir. Hadisə zamanı avtomobilində ondan başqa heç kim olmamışdır. O, zərərçəkmiş şəxsin dəfn xərclərini qarşılamış və onun tərəfindən maddi zərər ödənilmişdir. Məhkəmədən hərəkətindən peşman olmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini və ailədə yeganə qazanc gətirən şəxs olmasını nəzərə alıb ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə baxışında zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınıb dindirilmiş X5 ifadəsində göstərdi ki, xx xxx 2020-ci il tarixdə saat təxminən 16:30 radələrində ona Gəncə şəhəri 3 saylı TTY xəstəxanasından zəng olunmuş və mərhum anası Zərərçəkmiş şəxs xəstəxanada olduğunu və ora getməsini xahiş etmişlər. O, təcili olaraq avtomobilinə əyləşib 3 saylı TTY xəstəxanasına getmiş, çatanda ona məlum olmuşdur ki, Gəncə şəhəri, H.Əliyev prospektində, “Alov” ticarət mərkəzinin yaxınlığında sürücü Təqsirləndirilən şəxs adlı şəxs idarə etdiyi “VAZ-21015” markalı **-ED-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə geriyə doğru hərəkət edən zaman yolu piyada keçən anası Zərərçəkmiş şəxs Bəhmən qızını vurmuş və anası Zərərçəkmiş şəxs aldığı xəsarətlərdən xəstəxanada vəfat etmişdir. Onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur,onlara dəymiş ziyan tam ödənilmişdir. Nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, hazırda Gəncə şəhər BPİ-nin DYPŞ-nin inspektoru vəzifəsində, polis baş serjantı rütbəsində xidmət edir. xx.xx.2020-ci il tarixdə o, iş yoldaşı polis serjantı Şahid2la birlikdə xidmətdə olmuş, həmin gün təxminən saat 16 radələrində Gəncə şəhər Baş Polis İdarəsinin növbətçi hissəsindən onlara məlumat daxil olmuşdur ki, xidməti ərazidə, yəni Gəncə şəhəri, H.Əliyev prospektində, “Alov” ticarət mərkəzinin yaxınlığında yol-nəqliyyat hadisəsi baş vermiş, bu səbəbdən də onlar dərhal hadisə yerinə getmişlər, hadisə yerinə çatan zaman onlara məlum olmuşdur ki, sürücü Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 21015” markalı **-ED-*** dövlət nömrə nişanlı avtomaşını ilə geriyə hərəkətdə olan zaman yolu keçən piyada Zərərçəkmiş şəxs vurmuş və Təqsirləndirilən şəxs piyadanı avtomobilinə qoyaraq 3 saylı Gəncə şəhər TTYX-na aparmışdır. Onlar da dərhal 3 saylı TTY xəstəxanasına getmiş və orada olan sürücü Təqsirləndirilən şəxs ilə birlikdə yenidən hadisə yerinə qayıtmışar. Hadisə yeri Təqsirləndirilən şəxs iştirakı ilə müayinə edilmiş və protokol tərtib olunmuş, həmin protokol onlar tərəfindən imzalanmış və hadisə yerində olan Təqsirləndirilən şəxs məxsus avtomobil DYPŞ-nin cərimə meydançasına aparılmış və sonra sürücü Təqsirləndirilən şəxs narkoloji dispanserə aparmışlar,orada Təqsirləndirilən şəxs sərxoş olub-olmamasının müəyyənləşdirilməsi üçün müayinədən keçirilmiş və sərxoş olmadığı müəyyən edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Gəncə şəhər BPİ-nin DYPŞ-nin inspektoru vəzifəsində, polis baş serjantı rütbəsində xidmət aparır. xx.xx.2020-ci il tarixdə o, iş yoldaşı polis baş serjantı Şahid1 ilə birlikdə xidmətdə olmuşdur. Həmin gün təxminən saat 16 radələrində Gəncə şəhər Baş Polis İdarəsinin Növbətçi Hissəsindən onlara məlumat daxil olmuşdur ki, xidməti ərazidə, yəni Gəncə şəhəri, H.Əliyev prospektində, “Alov” ticarət mərkəzinin yaxınlığında yol-nəqliyyat hadisəsi baş vermiş, bu səbəbdən də onlar dərhal hadisə yerinə getmişlər, hadisə yerinə çatan zaman onlara məlum olmuşdur ki, sürücü Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 21015” markalı **-ED-*** dövlət nömrə nişanlı avtomaşını ilə geriyə hərəkətdə olan zaman yolu keçən piyada Zərərçəkmiş şəxs vurmuş və Təqsirləndirilən şəxs piyadanı avtomobilinə qoyaraq 3 saylı Gəncə şəhər TTYX-na aparmışdır. Onlar da dərhal 3 saylı TTY xəstəxanasına getmişlər, orada olan sürücü Təqsirləndirilən şəxs ilə birlikdə yenidən hadisə yerinə qayıtmışlar. Hadisə yeri Təqsirləndirilən şəxs iştirakı ilə müayinə edilmiş və protokol tərtib olunmuş, həmin protokol onlar tərəfdən imzalanmış və hadisə yerində olan Təqsirləndirilən şəxs məxsus avtomobil DYPŞ-nin cərimə meydançasına aparılmışdır. Sonra sürücü Təqsirləndirilən şəxs sərxoş olub-olmamasının müəyyənləşdirilməsi üçün narkoloji dispanserə aparmışlar, Təqsirləndirilən şəxs müayinədən keçirilmiş və sərxoş olmadığı müəyyən edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan xx.xx.2020-ci il tarixli 1003/2020 saylı “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı ayıq vəziyyətdə olmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan xx.xx.2020-ci il tarixli “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi” haqqında protokoldan, həmin protokola əlavə olunmuş sxem və fotocədvəldən görünür ki, həmin yol-nəqliyyat hadisəsi Gəncə şəhəri, H.Əliyev prospektində yerləşən “Alov” ticarət mərkəzinin yaxınlığında, Gəncə şəhəri, H.Əliyev prospekti, 214-220 nömrəli binanın alt hissəsində yerləşən “Sabina” qadın salonunun bərabərliyində baş vermişdir. Hadisə yerinə baxışda sürücü Təqsirləndirilən şəxs iştirak etməklə, protokol baxış iştirakçıları, o cümlədən sürücü Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan xx.xx.2020-ci il tarixli 35 saylı rəydən məlum olur ki, - mərhum Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər – baş beyinin yumşaq qişasına, beyin mədəciklərinə və beyinciyə qansızma, başın yumşaq toxumalarına təpə-ənsə nahiyyəslərində qansızmalar, ənsə sümüyünün kəllə əsasına keçən xətti sınığı, ənsə nahiyyəsinin əzilmiş yarası, sağ ayağın bayır topuğunun, sağ diz nahiyyəsinin sıyrıqları, qeyd olunan xəsarətlər həyatidir, bərk KÜT əşyanın /əşyaların/ təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2020-ci il tarixə uyğun gəlir və həmin xəsarətlər birlikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aid edilir.Mərhumə Zərərçəkmiş şəxs ölümünə səbəb açıq küt kəllə-beyin travması nəticəsində, baş beyinin yumşaq qişasına, beyin mədəciklərinə, beyinciyə qansızma və kəllə sümüklərinin sınması olmuşdur. Mərhumə Zərərçəkmiş şəxs bədənində müəyyən edilən xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə avtomobil vurması nəticəsində əmələ gələ bilər. Mərhumə Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanın məhkəmə - kimyəvi təhqiqatı zamanı narkotik maddələr və etil spirti aşkar edilməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan xx xxxx 2020-ci il tarixli 8/672 nömrəli rəydən görünür ki, - “VAZ-21015” markalı, **-ED-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «X6» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 13-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun hərəkətlərində həmin maddənin tələbləri təmin olunmaqla hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan AB 298842 saylı sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs adına verilmiş AB 298842 saylı sürücülük vəsiqəsi xx.xx.2020-ci il tarixədək etibarlıdır. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan AD 483341 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “VAZ-21015” markalı, **-ED-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil Təqsirləndirilən şəxs adına qeyd edilmişdir. xx.xx.2020-ci il tarixdə Gəncə “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Zərərçəkmiş şəxs xx xxx 2020-ci il tarixdə kəllə əsasının sınığı, baş beyinin silkələnməsi səbəbindən vəfat etmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan 1 saylı Mənzil İstismar Sahəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1957-ci il tarixdə Azərbaycan Respublikası Goranboy rayonunda anadan olmuş, ünvan 2 ünvanda ailəsi ilə birlikdə yaşayır, yaşadığı müddət ərzində qonşuların hörmətini qazanmışdır. Cəmiyyətə zidd olan heç bir işlərə əl qoymamışdır. 1 saylı Mənzil İstismar Sahəsinə qonşular və başqa təşkilatlar tərəfindən onun haqqında şikayət daxil olmamışdır. Səmini və mehribandır, vətənpərvərdir, insanların arasında hörmət qazanmışdır. Şəhərciyin bütün tədbirlərində yaxından iştirak edir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Gəncə şəhər İcra Hakimiyyəti Səhiyyə idarəsinin Narkoloji Dispanseri tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 2241 saylı arayışdan görünür ki, xx.xx.1957-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Gəncə şəhəri Psixonevroloji Dispanser tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 2173 saylı arayışdan görünür ki, xx.xx.1957-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Gəncə şəhəri Psixonevroloji Dispanserində qeydiyyatda durmur. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan xx.xx.2020-ci il tarixli 313-2247-1220 nömrəli DİN BDYPİ-nin məktubundan görünür ki, AB298842 saylı “BC” kateqoriyalı sürücülük vəsiqəsi xx.xx.2010-cu il tairxdə Təqsirləndirilən şəxs verilmiş və o, sürücülük hüququndan məhrum edilməmişdir. Beləliklə məhkəmə iclasında bilavasitə tədqiq edilən, biri-digərini tamamlayan sübutlar əsasında müəyyən olunmuşdur ki, xx.xx.2020-ci il tarixdə saat 15:45-də Gəncə şəhəri, H.Əliyev prospekti, 214-220 saylı binanın alt hissəsində yerləşən “Sabina” qadın salonun bərabərliyində sürücü Təqsirləndirilən şəxs özünə məxsus “VAZ 21015 markalı ** ED *** dövlət nömrə nişanlı avtomaşını ilə geriyə hərəkətdə olarkən “X6” Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 13-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun hərəkətlərində həmin maddənin tələbləri təmin olunmaqla hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, həmin tələblərə əməl etməyərək, avtomaşını ilə yolu keçmək istəyən piyada 1947-ci il təvəllüdlü Zərərçəkmiş şəxs Bəhman qızını ehtiyatsızlıqdan vuraraq sonuncuya baş beyinin yumşaq qişasına, beyin mədəciklərinə və beyinciyə qansızma, başın yumşaq toxumalarına təpə-ənsə nahiyyəslərində qansızmalar, ənsə sümüyünün kəllə əsasına keçən xətti sınığı, ənsə nahiyyəsinin əzilmiş yarası, sağ ayağın bayır topuğunun, sağ diz nahiyyəsinin sıyrıqları, baş beyinin yumşaq qişasına, beyin mədəciklərinə, beyinciyə qansızma və kəllə sümüklərinin sınması nəticəsində Zərərçəkmiş şəxs ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməkdə təqsiri tam sübuta yetirilmiş və onun həmin əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Buna görə də o, Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsinin sanksiyasında üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-in 15.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs cinayətlərin təsnifatına görə az ağır cinayət hesab edilən Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini ehtiyatsızlıqdan törətmişdir. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-in 58-ci maddəsi, Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Azərbaycan Respublikası CM-in 41.2. maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1. maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlüləlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. Cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də cinayətkarlıqla mübarizədə əsas diqqət sosialiqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmədə tədqiq edilmiş və işdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İİ-nin xx.xx.2020-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmədə elan edilmiş və işdə olan xx.xx.2020-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinatət əməlini törətdiyindən təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilmiş, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 263-1.3 və 264-cü maddəsinin tərkib əlamətləri yaranmadığı üçün ona həmin maddə ilə ittiham elan edilməməsi, Təqsirləndirilən şəxs əməli rəyin nəticə hissəsində göstərilən “X6” Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 13-cü hissəsinin tələblərini yerinə yetirməklə hadisənin qarşısını almağa texniki imkanı olan kimi qiymətləndirilməsi və rəyin nəticə hissəsindəki, qiymətləndirmə əsas götürülməsi, Zərərçəkmiş şəxs kimi qeyd edilmiş şəxsin adı, soyadı, atasının adı Zərərçəkmiş şəxs kimi tanının oxunması və cinayət işinə əlavə edilmiş iş üzrə ekspertiza rəyləri, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahid ifadələri, həmçinin bir ədəd DVD disk iş üzrə sübit növü kimi tanınması və cinayət işinə əlavə edilməsi qərara alınmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan zərərçəkmiş şəxsin hüquqi varisi X8 oğlu tərəfindən imzalanmış və notarial qaydada təsdiq edilmiş xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, xx xxx 2020-ci il tarixdə saat təxminən 16:00 radələrində Gəncə şəhəri, H.Əliyev prospektində, “Alov” ticarət mərkəzinin yaxınlığında sürücü Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ-21015” markalı **-ED-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə geriyə doğru hərəkət edən zaman yolu piyada keçən anası Zərərçəkmiş şəxs Bəhman qızını vurmuş və nəticədə anası Zərərçəkmiş şəxs aldığı xəsarətlərdən xəstəxanada vəfat etmişdir. Lakin sürücü Təqsirləndirilən şəxs yas mərasimi üçün ona maddi köməklik göstərdiyindən və səmimi peşmançılıq çəkdiyindən onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və maddi tələbi yoxdur. Gələcəkdə ona qarşı heç bir iddiası və tələbi olmayacaqdır. Ərizənin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28 və 145-ci maddələrinin tələblərinə görə məhkəmə cinayət işinə və cinayət təqibi ilə bağlı digər materiallara qərəzsiz və ədalətlə baxmalı, cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etməli, təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları nəzərə almalı, təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmalıdır. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına əsasən sübutları qiymətləndirməlidir. «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2013-cü il tarixli 5 saylı qərarın 21-ci bəndinə əsasən müəyyən edilir ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Bundan başqa «X6» Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 4cü hissəsinin 2-ci bəndində mexaniki nəqliyyat vasitəsinin sürücüsünün zərərçəkənə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, “Təcili tibbi yardım” maşını çağırmalı, zərərçəkənin həyat üçün təhlükəli xəsarət aldığı hallarda isə, onu səmt üzrə gedən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibbi müəssisəyə göndərməli və.s kimi vəzifələri müəyyən edilmişdir. İstər ibtidai istintaq, istərsə də məhkəmə istintaqı zamanı toplanmış təkzibedilməz sübutların məcmusu o, cümlədən təqsirləndirilən şəxs Ş.V.Mustafayevin , zərərçəkmiş şəxsin hüquqi varisi X2, şahidlər Şahid1 və Şahid2 ifadələri, həmçinin xx.xx.2020-ci il tarixli “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi” haqqında protokolla müəyyən edilmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 15:45 radələrində yol-nəqliyyat hadisəsi törətdikdən dərhal sonra zərərçəkmiş şəxsə tibbi yardım göstərilməsi üçün Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs dərhal Gəncə şəhər TTY xəstəxanasına aparmış, orada həkimlərdən xəstəyə lazımi tibbi yardım göstərməyi xahiş etmiş, Zərərçəkmiş şəxs həmin gün yəni, xx.xx.2020-ci il tarixdə avtomobil ilə vurulması zamanı aldığı xəsarətlərdən vəfat etmiş, bundan sonra Təqsirləndirilən şəxs onun bütün dəfn xərclərini qarşılamış və onun tərəfindən maddi və mənəvi zərər ödənilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin həyatda qalması üçün üzərinə düşən və mümkün edilə biləcək tədbirləri görərək, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılmasına dair hərəkətləri etmiş, onu xəstəxanaya aparmış, lakin xəstəxanada həkimlər tərəfindən göstərilən tibbi yardımlara baxmayaraq Zərərçəkmiş şəxs hadisə zamanı aldığı xəsarətlər nəticəsində vəfat etmişdir. Ona görə də məhkəmə, CM-in 59.1.11, 59.1.12-ci maddələrinə əsasən cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılmasına dair hərəkətlər etməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, həmin Məcəllənin 59.1.13. maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini, həmçinin yaşayış yeri üzrə müsbət xarekterizə edilməsini və əməlindən peşman olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur və cəzasını yüngülləşdirən hallar CM-in 58 və 59-cu maddələrinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs cəza təyin edilən zaman nəzərə alınmalıdır. CM-in 60-cı maddəsinin tələblərinə görə bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası törətdiyi cinayət əməlinə görə CM-in 263.2-ci maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində CM-in 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzalarının təyin edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən yuxarıda göstərilənləri, onun cəzasını yüngülləşdirən halların olmasını, həmçinin cəzasını ağırlaşdıran halların olmamasını cəza həddini müəyyən edərkən nəzərə alır və hesab edir ki, CM-in 60-cı maddəsinin tələbləri nəzərə alınmaqla ona ittiham olunduğu Cinayət Məcəlləsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən çox olmayan müddətdə azadlıqdan məhrum etmə cəzası təyin etməklə sosial ədalətin bərpasına, Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçməsinə, cəzanın məqsədlərinə və onun islah olunmasına nail olmaq olar. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan xx.xx.2020-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddə ilə ittiham elan edilməsi qərara alınmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan xx.xx.2020-ci il tarixli “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi barədə” qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CM-in 56.1, 56.1.1-ci maddələrinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ehtiyyatsızlıqdan törədilmiş cinayətlərə aid olduğundan və həmin maddənin sanksiyasında iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğundan, cəzasını həmin Məcəllənin 56.1, 56.1.1-ci maddələrinə əsasən məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 68.1-ci maddəsinə görə müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər cəzanın icrası yerlərinə və bir cəzaçəkmə müəssisəsindən digərinə müşayiətlə göndərilirlər. Məntəqə tipli cəzaçəkmə müəssisəsinə göndərilən və hökm qüvvəyə mindiyi zaman həbsdə olmayan məhkum məhkəmə icraçısının təqdim etdiyi müvafiq göstərişə əsasən müəyyən edilən vaxtda məntəqə tipli cəzaçəkmə müəssisəsinə şəxsən gəlməlidir. Məhkum üzrlü səbəb olmadan cəzanın icrası yerinə gəlmədikdə cəzanı icra edən müəssisənin və ya orqanın vəsatəti və müvafiq prokurorun təqdimatı əsasında məhkəmə onun tutulması barədə qərar qəbul edə bilər. Azərbaycan Respublikası CM-in 68.2-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə, xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə və ya cərimə növlərində cəza islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur. Məhkəmə Azərbaycan Respublikası CM-in 68.2-ci maddəsinə əasən Təqsirləndirilən şəxs təyin ediləcək nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının müstəqil icra olunmasını məqsədə müvafiq hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələblərinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsı qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir, dəyəri olmayan digər əşyalar isə məhv edilməli, maraqlı şəxslərin vəsatəti olduqda isə onlara verilə bilər. Maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılır və ya maraqlı təşkilatlara və şəxslərə verilir. Odur ki, iş üzrə maddi sübut kimi tanınmış Gəncə şəhər BPİ-nin Təhlükəsiz şəhər xidmətindən götürülmüş - 1 ədəd DVD disk və cinayət işinin materiallarına əlavə edilib saxlanılmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının keçirilməsinə xərclənmiş 100 (yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Az.MEM-in VÖEN **********, AZ34 CTRE********************. Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ013601**********3944 S.W.İ.F.T. Bik: CTREAZ22 saylı hesaba keçirilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən səkkiz iş saatı məsrəf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2018-ci il tarixli Sərəncamının 1.3-cü bəndinə əsasən vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə dövlət hesabına göstərilən hüquqi yardıma görə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin İ hissəsinə müvafiq olaraq müəyyən edilmiş məbləğin 3 dəfə artırılması qərara alınmışdır. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 48 (qırx səkkiz) manat məbləğində pul köçürülməlidir. Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı - “Kapitalbank” Gəncə ictimai filialı; Kod: 200275; VÖEN; **********; Müxbir hesab: AZ37NABZ013501**********1944; S.Ü.İ.F.T.BİK: AİİBAZ2X; Hesab №-si AZ04AİİB**********270027327; VÖEN: **********. İş üzrə mülki iddia yoxdur. CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdı̇: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata götürüldüyü vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtadək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra qurumuna həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınmış Gəncə şəhər BPİ-nin Təhlükəsiz şəhər xidmətindən götürülmüş 1 ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilib saxlanılsın. İş üzrə ekspertiza xərci olan 100 (yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Az.MEM-in VÖEN **********, AZ34 CTRE********************. Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ013601**********3944 S.W.İ.F.T. Bik: CTREAZ22 saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından, X1 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 48 (qırx səkkiz) manat məbləğində pul keçirilsin. Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı - “Kapitalbank” Gəncə ictimai filialı; Kod:200275; VÖEN; **********; Müxbir hesab: Z37NABZ013501**********1944; S.Ü.İ.F.T. BİK: AİİBAZ2X; Hesab №-si AZ04AİİB**********270027327; VÖEN: **********. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №1(044)-113/2020
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-113/2020
02.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver