Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(044)-113/2022 18.05.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin məsləhətçisi (məhkəmə iclas katibi) Yediyarova Zeynəb Fərman qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru ədliyyə müşaviri X5, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə şəhər Hüquq Məsləhəxanasının vəkili X2 iştirakları ilə, 13 avqust 1997-ci il tarixdə Şəmkir rayonu Zəyəm qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkum olunmamış, Qarabağ müharibəsi əlili, Gəncə şəhəri, Kəpəz rayonu, 4-cü mikrorayon, ev 15, mənzil 69-da qeydiyyatda olan və Gəncə şəhəri, Məhsəti qəsəbəsində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM-in) 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai istiqtaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ittiham verilmişdir ona görə ki o, 29.08.2021-ci il tarixdə saat təxminən 17 radələrində ictimai yer hesab edilən Gəncə şəhəri, H.Əliyev küçəsində yerləşən “Veqo” otelin arxasında Zərərçəkmiş şəxs ilə görüşmüş, bacısı ilə mobil telefon vasitəsi ilə ”İnstaqram” sosial şəbəkəsində yazışdığı üçün aralarında yaranmış mübahisə zamanı ətrafdakı insanları özünə cəlb etməklə ətrafda olan şəxslərə məhəl qoymamış, cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunun, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərilməklə müşaiyət olunan hərəkətlər edib dava edərək hadisə yerinə üzərində gətirdiyi kustar üsulla hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan məişət təyinatlı mətbəx bıçağını silah qismində istifadə edərək Zərərçəkmiş şəxs qəsdən zərbə vurub sonuncuya burun, sol said və döş qəfəsinin arxa səthinin deşilmiş-kəsilmiş yaraları ilə nəticələnən yüngül dərəcəli bədən xəsarətləri yetirməklə xuliqanlıq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilmir, lakin ozünü CM-nin 128-ci maddəsi ilə təqsirli bilərək, ifadəsində bildirdi ki, o, 28.08.2021-ci il tarixdə yeznəsi Kamran Novruzov ona zəng edərək bacısı Gülnar Niyazovanın başqa bir oğlanla yazışmalarının tutduğunu, bu səbəbdən də bacısını gedib götürməyi ona demişdir. O, isə həmin yazışmaları ona göndərilməsini Kamrana dediyi üçün sonuncu yazışmalarına atmışdır. Bundan sonra o, yazışmada olan xatırlamadığı mobil nömrə ilə əlaqə saxlamış, hansı səbəbdən ailə dağıtdığını deyib həmin şəxslə görüşmək istədiyini bildirmişdir. 29.08.2021-ci il tarixdə, saat 17 radələrində o, bacısı ilə yazışan şəxslə Gəncə şəhərində “Veqo” otelin yaxınlığında görüşmüş və həmin şəxsin yanında tanımadığı bir nəfər də olmuşdur. Onun yanında isə atası olmuşdur. O, həmin şəxslə görüşdükdən sonra həmin şəxsə kənara, yəni binaların arasında gedib birlikdə söhbət etməyi dedikdən sonra onların dördü də birlikdə həmin otelin araxsında yerləşən binaların arasına girmişlər. O, həmin şəxslə birlikdə söhbət etmiş, atası ilə həmin şəxsin yanında gələn tanımadığı oğlan isə kənarda dayanmışlar. Həmin vaxt onun üzərində 2 ədəd bıçaq olmuş, o, bir neçə saniyə həmin şəxslə söhbət etdikdən sonra özünü cilovlaya bilməmiş 2 dəfə həmin şəxsi bıçaqla vurmuş, sonra dərhal hadisə yerinə polis əməkdaşları gəlmiş, onu Nizami RPİ-nə aparmışlar. Hadisə zamanı onun həmin şəxsi öldürmək niyyəti olmamış, həmin şəxsin onun bacısının ailəsinin dağılmasında vasitəçi olmağı olmuşdur. Hadisə baş verən vaxt ətrafda onlardan başqa heç kim olmamışdır. Hadisədən əvvəl atası ona həmin şəxsə heç nə etməməyi xəbərdarlıq etdiyi üçün o, həmin şəxsə heç nə etməyəcəyinə söz vermiş və onun həmin şəxsi bıçaqla vurub xəsarət yetirməsi barədə atasının əvvəlcədən məlumatı olmamışdır. Baş vermiş hadisə təxminən 1-2 dəqiqəyə yaxın davam etmişdir. Onun əməlində xuliqanlıq cinayəti yoxdur, o, özünü yüngül xəsarət yetirməyə görə təqsirli bilir və hazırda zərərçəkmiş Zərərçəkmiş şəxs ilə barışmışdır. Odur ki, barəsində olan cinayət işinə xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, o, 2020-ci ilin sentyabr ayında könüllü olaraq Kəlbəcər rayonu Səfərbərlik və Hərbi Komissarlıq Üzrə Çağırış Şöbəsinə müraciət etmiş, 20 oktyabr 2020ci il tarixdə isə könüllü olaraq, Xocavənd, Ağdam rayonlarının düşməndən azad olunması uğrunda gedən döyüşlərdə iştrak etmiş, 12 dekabr 2020-ci il tarixdə hərbidən təxris olunub evinə qayıtmışdır. 2021-ci ilin avqust ayının ortalarında, gününü dəqiq bilmədiyi tarixdə “İnstaqram” sosial şəbəkəsində hazırda xatırlamadığı və işlətmədiyi səhifə ilə “ahu25” adlı səhifə ilə yazışmağa başlamış, həmin səhifəni işlədən qızla tanış olmuş və həmin qızdan adını soruşanda həmin qız özünü “ahu” kimi təqdim etmişdir. Həmin qız subay olduğunu, Gəncə Asan xidmətinə yaxınlığındakı “Afrodita” gözəllik salonunda işlədiyini ona bildirmişdir. O, deyilən ünvanda yerləşən gözəllik salonuna getsə də “Afrodita” adlı gözəllik salonunun işləmədiyini görmüşdür. Həmin gün o, instaqram sosial şəbəkəsində həmin qıza yazıb bildirmişdir ki, “Afrodita” gözəllik salonu işləmir, sən nəyə görə məni aldadırsan”. Bundan sonra o, “ahu25” adlı səhifə ilə daha yazışmamış və həmin səhifəni “blok” etmişdir. Bir neçə gün keçdikdən sonra, təxminən 28 avqust 2021-ci il tarixdə instaqram sosial şəbəkəsində “ahu_25” adlı səhifədən ona mesailar gəlmiş, ona məlum olmuşdur ki, “ahu25” səhifəsini blok etdiyi üçün həmin qız instaqram sosial şəbəkəsində “ahu 25” adlı səhifə açıbdır. Həmin qız ona yazmışdır ki “ailəliyəm, övladım var, aramızda heç nə olmasa da mənimlə əlaqə saxla, sənsiz darıxıram”. Həmin qız onu əvvəlcə aldatdığı üçün o, daha danışmayacağını, həmin instaqram səhifəsini də “blok” edəcəyini bildirmişdir. Sonra isə həmin qız ona hazırda xatırlamadığı mobil telefon nömrəsini vermiş, həmin nömrənin vatsapında yazmışdır ki, “dur gəl bizə”. O, isə həmin sözləri yazan şəxsin qız yox, əri olmasını ehtimal etmiş, çünki başa düşmüşdür ki, nömrəsini istəmədiyi halda heç bir qız ona mobil telefon nömrəsini verməz. Bundan sonra o, həmin nömrəyə bir neçə dəfə zəng etməyə başlamışhır ki, telefona əri cavab verərsə ərinə desin ki, həyat yoldaşı özü onunla danışıb və əvvəlcə subay olduğunu bildiribdir. Bundan sonra həmin mobil telefon nömrəsindən ona zəng gəlmiş, telefonda danışan şəxs “ahu” nun həyat yoldaşı olduğunu, arvadı ilə danışdığı üçün onu polisə verəcəyini bildirəndə o, həmin qızın ərinə demişditr ki, onun heç bir günahı yoxdur, həyat yoldaşı özü subay olduğunu, gözəllik salonunda işlədiyini deyib danışmağı ona məcbur etmişdir. Təxminən bir-iki saat keçdikdən sonra özünü “ahu”-nun həyat yoldaşı kimi təqdim edən şəxs yenidən ona zəng edərək onun günahı olmadığını, həyat yoldaşı ilə danışıb hər şeyə aydınlıq gətirdiyini bildirmişdir. 29 avqust 2021-ci il tarixdə, günorta saatlarında özünü danışdığı qızın qardaşı kimi təqdim edən şəxs hazırda xatırlamadığı nömrədən onun istifadəsində olan 055 ***-**- ** saylı mobil telefon nömrəsinə zəng edib onu Gəncə şəhəri Məhsəti qəsəbəsinə çağıranda o, bunun səbəbini soruşmuş, həmin şəxs də ona demişdir ki, “mən səninlə dava etməyəcəyəm, yalnız sən mənim bacımla danışdığın “WhatsApp” mesailarını mənə göstərəcəksən”. O, isə oraya getməyəcəyini, şəhərin mərkəzində görüşməyi həmin şəxsə bildirmişdir. Bundan sonra onlar Gəncə şəhəri Şah Abbas məscidinin yaxınlığındakı çinar ağacının yanındakı çayxanada görüşməyi razılaşmışlar. 29 avqust 2021-ci il tarixdə, təxminən saat 17 radələrində o, qəsəbədə onunla qonşulaqda yaşayan Şahid2la birlikdə həmin yerə getmiş, bir neçə dəqiqə keçdikdən sonra onun telefona zəng gəlmiş, əvvəlcə onunla görüşmək istəyən şəxs onun harada olduğunu soruşanda o, məscidin yaxınlığında dayandığını bildirmişdir. Ona zəng gələn vaxt bir nəfər şəxsin telefonla danışa-danışa yanında orta yaşlı kimi ilə gəldiyini görmüş və həmin şəxslərin onunla görüşmək istəyən şəxslər olduğunu başa düşmüşdür. Bundan sonra orta boylu bir nəfər cavan oğlan və orta yaşlı bir nəfər kişi onlara yaxınlaşmışlar, salamlaşdıqdan sonra onlardan qabaqda “Veqo” otelin arxasındakı binalara doğru addımlamağa başlamışlar. Onlar əvvəlcədən görüşüb söhbət edəcəkləri çayxananı keçəndə o, bildirmişdir ki, “biz axı çayxanada oturub söhbət etməliydik”. Həmin vaxt onunla görüşə gələn cavan oğlan bildirmişdir ki, söhbət edib bir-iki məsələni aydınlaşdırdıqdan sonra oturub çay içəcəklər. Bundan sonra o, cavan oğlanla qabaqda, onların arxası ilə isə həmin şəxsin atası kimi başa düşdüyü şəxs və dostu Musa gəlmişlər. “Veqo” otelin arxasındakı binanın qarşısına çatanda həmin şəxs özünü Elnur kimi təqdim etmiş, onu tanıdığını, döyüşlərdə iştirak etdiklərini bildirmişdir. Sonra həmin şəxs ona bacıma yazan şəxs sənsən deyəndə o, demişdir ki, bacına yazan şəxs yox, bacının yazdığı şəxsdir. Bundan sonra o, əlini cibinə atıb mobil telefonunu çıxartmaq istəyəndə Elnur ondan bir addım geridə qalmış, o, telefonunu çıxardıb Elnura tərəf çevriləndə sonuncu sağ əlindəki iri ölçülü, dəstəyi qara rəngli bıçaqla əvvəlcə onun kürək nahiyəsindən, daha sonra isə bədəninin müxtəlif nahiyələrindən bıçaqla xəsarət yetirməyə başlamış və o, zərbələrin təsiri nəticəsində yerə yıxılmışdır. Bundan sonra Elnur hadisə yerindən qaçıb getmiş, daha sonra Musa və ərazidə olan polis əməkdaşı ona yaxınlaşmış, onu xəstəxanaya aparmışlar. Hadisə təxminən 1-2 dəqiqə davam etmiş, hadisənin baş verməsinə səbəb instaqram sosial şəbəkəsində “ahu 25” adlı səhifədən ona yazan qızın özünü subay kimi təqdim edərək onunla danışdığını bilən qızın qardaşı Elnur adlı şəxsin onunla görüşərək məsələni öyrənmək istəyərkən qəfildən üzərindəki bıçaqla onu vurub xəsarət yetirməsi olmuşdur. Hadisə zamanı Şahid2 dada-dalaşa müdaxilə etməmiş və heç kim Şahid2 vurmamışdır. Həmçinin hadisə zamanı Elnurun yanında oraya gəlmiş atası dava-dalaşa müdaxilə etməmiş, həmin şəxs kənarda onun dostu Musa ilə birlikdə dayanıb söhbət etmiş, Elnurun atası onu vurmamışdır. “Veqo” otelin arxasındakı binanın qarşısında Elnurla söhbət edən vaxt ətrafda heç kim olmamış, yalnız dostu Musa və Elnurun atası onlardan aralıda dayanmış, hadisə zamanı Elnur onu bıçaqla vurub yerə yıxdıqdan sonra hadisə yerinə polis əməkdaşı gəlmişdir. O, hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona qarşı şikayət və tələbi yoxdur. Ona dəymiş ziyan ödənilmişdir. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 2011-ci ildən DİO-da, 2021-ci ildən isə Gəncə şəhər BPİ-nin CAİ-nin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 29 avqust 2021-ci il tarixdə xidmətdə olan zamanı Gəncə şəhərində yerləşən “Vego” otelin yaxınlığından keçərkən qışqırıq səslərini eşidib binaların arasına səs gələn tərəfə gedəndə bir nəfər şəxsin yerdə uzandığını və bədənində xəsarətlər olduğunu görmüşdür. Sonradan nə baş verdiyini orada olan polis əməkdaşlarından soruşmuş, hadisə yerini və ətrafı müayinə etmiş, hadisə yerində maddi sübutlar axtarmağa başlamış və hadisə yerinin yaxınlığından 2 ədəd bıçaq aşkar etmişdir. Həmin bıçaqlardan biri açılıb bağlanan bıçaq olmuşdur. O, həmin bıçaqların cinayətin törədilməsi predmeti olması ehtimalını nəzərə alıb həmin bıçaqları istintaqa təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, o, Zərərçəkmiş şəxs təxminən 7 ildir ki, tanıyır. 29 avqust 2021-ci il tarixdə o, yaşadığı evdə olan zaman Zərərçəkmiş şəxs ona problemi olduğunu, danışdığı bir xanımın qardaşı tərəfindən söhbətə çağırıldığını bildirmişdir. O, Zərərçəkmiş şəxs getməsinə mane olmuş, sonradan Elnurun qardaşı Elmir Elnuru bıçaqlayan şəxslə danışmış, o, və Elnur söhbətləşmək qərarına gəlmişlər. Onlar birlikdə Gəncə şəhərində yerləşən “Vego” otelin qabaq tərəfində görüşmüşlər, sonradan Elnuru bıçaqla vuran şəxs şəhərin ortasında söhbət etməməyi, birlikdə kənara çəkilməyi istəmişdir. Sonra Elnurla sonuncunu söhbətə çağıran şəxs onların arxası ilə gəlmişlər. Onlar binaların arasına girdikdən sonra dayanmışlar, dayanan zaman o, arxadan nə isə qışqırtı gəldiyini eşidib arxaya çevriləndə Elnurun yanında olan tanımadığı şəxsin bıçaqla Elnuru vurduğunu görmüşdür. Elnuru vuran şəxs hadisə yerindən qaçıb uzaqlaşmaq istəyərkən polis əmkdaşları Elnurun arxası ilə getmişlər, o, isə Elnura yaxınlaşmışdır. Sonra polis əməkdaşları hadisə yerinə gəlmiş, TTY-a zəng etmişlər və Zərərçəkmiş şəxs xəstəxanaya aparmışlar. Hadisə baş verən vaxt ətrafda kənar şəxslər olmamışdır. Baş vermiş dava-dalaş təxminən bir dəqiqəyə yaxın davam etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirdi ki, o, Gəncə şəhər BPİ-nin PPXT-nin polis nəfəri, polis baş serjantıdır. 29 avqust 2021-ci il tarixdə Gəncə şəhəri BPİ-nin PPXT-nın polis nəfəri Şahid4 ilə 3 saylı piyada postunda xidmətdə olan zaman saat 16 radələrində nə isə yüksək qışqırıq səsinin gəldiyini eşitmiş, bu səbəbdən də qaçaraq binaların arasına tərəf getmişlər. Həmin vaxt binaların arasında bir nəfərin yerə yıxıldığını, bir nəfərin isə qaçaraq oradan uzaqlaşdığını görmüşlər. O, xidmət yoldaşı Şahid4 həmin qaçan şəxsin arxası ilə getməsini demiş, özü isə xəsarət alan şəxsin yanına getmiş, dərhal TTYX-nə müraciət edib hadisə barədə Gəncə BPİ-nin NH-nə məlumat vermiş, ətrafda olan şəxslərin də köməkliyi ilə qanaxmanın dayanması üçün müxtəlif köməkliklər göstərmişdir. Həmin vaxt orada olan post yoldaşı Şahid4 isə xəsarət yetirən şəxsi tutmuşdur. Sonradan oraya əməliyyat qrupu gəlmiş, hadisəni törədən şəxsi oradan aparmışlar. Hadisə yerinə çağırılan TTY xidməti xəsarət alan şəxsi xəstəxanaya aparmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 Şahid3 ifadəsi ilə eyni məzmunlu izahat verdi. İstintaqda verilmiş və məhkəmə iclasında tədqiq edilmiş edilmiş Şahid5 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. 28 avqust 2021-ci il tarixdə həyat yoldaşı ona zəng edib bildirmişdir ki, qızının ailəsində problem olduğu üçün Daşkəsənrayonuna getmək lazımdır. Daha sona isə həyat yoldaşı ona Daşkəsəndə olduğunu, oraya gəlməyini istədiyi üçün o, Daşkəsən rayonuna qızının yaşadığı evə getmişdir. O, oraya gedəndə qızının kiminləsə yazışmalarının olduğunu, bu səbəbdən də qızının ərin boşanmaq istədiyini bilmişdir. Onlar oradan yaşadıqları evə qayıtmışlar, bundan bir qədər sonra qızı yaşadığı evə gəlmiş və ona məlum olmuşdur ki, kürəkəni quznı qovub yaşadığı evə göndərmişdir. 29 avqust 2021-ci il tarixdə, saat 16 radələnndə həyat yokldaşı ona zəng edərək oğlu Elnurun yaşadığı evdən çıxıb harasa getdiyi, kimmlə isə telefonda danışdığını, problem ola biləcəyini demişdir. O, isə bu səbəbdən oğlu Elnura zəng edib harada olmasını soruşanda Elnur ona Gəncə şəhənndə yerləşən “Vego” otelin yaxınlığında olduğunu, bacısına yazan şəxsi gözlədiymi dediyi üçün o, işdən dərhal Elnurun olduğu yerə getmişdir. O, oğlu - Elnurla birlikdə həmin yerdə dayanıb qızı ilə yazışan şəxsi gözləməyə başlamışdır. Bundan bir qədər sonra 2 nəfər tanımadığı şəxs oraya gəlmiş, həmin şəxsiİrdən biri onun yanında dayanmış, digəri isə Elnurla kənarda dayanıb söhbətləşməyə başlamışdır. Həmin vaxt Elnur həmin şəxslə birlikdə binaların arasına gedərək hərəkət etməyə, o, isə digər gənc uşaqla birlikdə hərəkət etməyə başlamışdır. Bundan bır neçə saniyə sonra o, sağa tərəf çevrilib baxanda Elnurun yanında olan uşağın yerə yıxıldığını, Elnurun isə oradan qaçdığını görmüşdür. Bundan sonra oraya polis əməkdaşları gəlmiş, Elnuru saxlamışlar, hadisə yerinə çağırılan təcili yardım avtomobili ilə xəsarət alan şəxsi Xəstəxanaya aparmışlar. Hadisə vaxtı orada bir neçə başqa tanımadığı şəxslər olmuşdur. Təqsirləndirilən şəxs onun qızı ilə yazışan şəxslə təxminən 2-3 dəqiqə söhbət etmiş, daha sonra isə baş vermiş dava-dalaş bir neçə saniyə davam etmişdir. Həmin vaxt Elnurun həmin şəxsi bıçaqlayacağını o, əvvəlcədən bilməmişdir. O, yalnız anidən Elnurun oradan çıxıb getdiyini, həmin şəxsın isə yerə yıxıldığını görmuşdür. Məhkəmə baxışında tədqiq edilmiş və iş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin X6 09.12.2021-ci il tarixli 16/1228 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş (“1” rəqəmi ilə işarələnmiş) bıçaq kustar üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Üzərində təyinatını dəyişdirən hər hansı əlavə və dəyişikliklər edilməmişdir. Tədqiqata təqdim edilmiş (“2” rəqəmi ilə işarələnmiş) bıçaq kustar üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan təsərrüfat-məişət təyinatlı turist bıçağıdır və soyuq silah hesab edilmir. Üzərində təyinatını dəyişdirən hər hansı əlavə və dəyişikliklər edilməmişdir. Məhkəmə baxışında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və pataloji anatomiya Birliyinin 21.01.2022-ci il tarixli, 99 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər-burun, sol said və döş qəfəsinin arxa səthinin deşilmiş-kəsilmiş yaraları-deşici-kəsici alətin (alətlərin) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təvsiri hissəsində göstərilən tarixə, yəni 29.08.2021-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə, hər biriayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aid eilməsi müəyyən edilmişdir. Məhkəmə baxışında tədqiq edilmiş və iş materiallarında olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona qarşı heç bir şikayət və tələbi yoxdur, ona görə də təqsirləndirilən şəxs barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə baxışında tədqiq edilmiş və iş materiallarında olan 29.08.2021-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirdiyi yeri göstərmiş və bu barədə fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. Məhkəmə baxışında tədqiq edilmiş və iş materiallarında olan 30.08.2021-ci il tarixli 300 saylı arayışdan görünür ki, Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X8 Ərazi üzrə Bölmələrinin İdarə etmə Birliyinin Publik hüquqi şəxs Z.Məmmədov adına Xəstəxanaya Zərərçəkmiş şəxs 29.08.2021-ci il tarixdə burunun sol saidin və bel nahiyyəsinin kəsilmiş – deşilmiş yarası ilə müraciət etmiş, dediyinə görə Ş.Abbas meçidinin yanında tanımadığı şəxs bıçaqla vurmuşdur. Məhkəmə baxışında tədqiq edilmiş və iş materiallarında olan 30.08.2021-ci il tarixli şübhəli şəxsin tutulması protokolundan görünür ki, Təqsirləndirilən şəxs tutularaq saxlanılması üçün Gəncə şəhər Baş Polis İdarəsinin MSY-nə göndərilmişdir. Məhkəmə baxışında tədqiq edilmiş və iş materiallarında olan əşyanın götürülməsi haqqında qərardan görünür ki, Şahid1 təqdim etdiyi 2 ədəd bıçaqlar iuş üzrə mühüm əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi götürülməsi barədə barədə protokol tərtib edilmiş, fotoşəkillər çəkilmiş və protokola əlavə edilmişdir. Məhkəmə baxışında tədqiq edilmiş və iş materiallarında olan 30.08.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs tanınmaya təqdim edilmiş 4 ədəd bıçaqdan 3 nömrə ilə olan bıçağı tanıması barədə protokol tərtib olunmuş, fotoşəkillər çəkilərək – protokola əlavə edilmişdir. Məhkəmə baxışında tədqiq edilmiş və iş materiallarında olan 01.09.2021-ci il tarixli 4(044) -147/2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə baxışında tədqiq edilmiş və iş materiallarında olan 29.09.2021-ci il tarixli 4(044) – 154/2021 saylı qərardan çıxarışın surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və o, dərhal həbsdən azad edilmişdir. Məhkəmə baxışında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası “X4” İctimai Birliyi tərəfindən 06.03.2021-ci il tarixdə verilmiş 06515 saylı vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Məhkəmə baxışında tədqiq edilmiş və iş materiallarında olan hərbi biletdən görünür ki, xx.xx.1997-ci il tarixdə Şəmkir rayonunda anadan olmuş Təqsirləndirilən şəxs adına 03.10.2015-ci il tarixdə ******* saylı hərbi bilet verilmişdir. Məhkəmə baxışında tədqiq edilmiş və iş materiallarında olan İ-4640 saylı vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin 24 dekabr 2020-ci il tarixli 2358 nömrəli Sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə” medal ilə təltif olunmuşdur. Məhkəmə baxışında tədqiq edilmiş və iş materiallarında olan İ-2719 saylı vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin 24 dekabr 2020-ci il tarixli 2369 nömrəli Sərəncamı ilə “Qubadlının azad olunmasına görə” medal ilə təltif olunmuşdur. Məhkəmə baxışında tədqiq edilmiş və iş materiallarında olan İ-1710 saylı vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin 24 dekabr 2020-ci il tarixli 2373 nömrəli Sərəncamı ilə “Laçının azad olunmasına görə” medal ilə təltif olunmuşdur. Məhkəmə baxışında tədqiq edilmiş və iş materiallarında olan 30.11.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəmə baxışında tədqiq edilmiş və iş materiallarında olan 04.12.2021-ci il tarixdə Gəncə şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş 5749 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur. Məhkəmə baxışında tədqiq edilmiş və iş materiallarında olan 07.12.2021-ci il tarixdə Gəncə şəhər Psixonevroloji Dispanseri tərəfindən verilmiş 6205 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Psixonevroloji Dispanserində qeydiyyatda durmur. Məhkəmə baxışında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 29.11.2021-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər etməsi məhkəmə istintaqı zamanı sübuta yetirilməmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında xuliqanlıq hərəkətləri ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi təsbit edilmişdir. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət işləri və inzibati hüquq pozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 07.03.2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17.02.2006-cı il tarixli qərarında göstərilir ki, ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi, vətəndaşlar üzərində zor tətbiq edilməsi və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi xuliqanlıq hadisəsini xarakterizə edən əlamətlərdir. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər-təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirinin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyacanın yaranmasına səbəb olan, habelə qanunvericilklə tənzimlənən birgə yaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər-təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydada əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı üzvünün qanuni mənafelərinə toxunan hərəkətlərdir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə istintaq zamanı elan olunmuş ittihamın mahiyyəti, yəni Təqsirləndirilən şəxs təqsirləndirildiyi xuliqanlıq hərəkətlərinin mahiyyəti açıqlanmamışdır. İşin obyektiv vəziyyətindən isə aydın olur ki, ictimai qaydanın kobud surətdə pozulması hadisənin baş verdiyi Gəncə şəhəri, H.Əliyev küçəsində yerləşən “Veqo” otelin arxası ilə ifadə olunmuş, lakin ictimai qaydanı kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizlik edilməsi hər hansı mötəbər sübutla təsdiq edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Təqsirləndirilən şəxsə elan olunmuş xuliqanlıq ittihamında onun Gəncə şəhəri, H.Əliyev küçəsində yerləşən “Veqo” otelin arxasında zərərçəkmişə xəsarət yetirməsi göstərilsə də bununla yanaşı xuliqanlıq cinayətinin qanunda təsbit olunmuş əlamətləri sadalansa da, hansı ictimai qaydanın kobud surətdə pozulması və cəmiyyətə açıqca hörmətsizliyin konkret hansı hərəkətlərdə ifadə olunması göstərilməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, hadisə vaxtı hadisə yerində kənar şəxslərin olması ibtidai istintaqda olduğu kimi məhkəmə istintaqı zamanı da sübut olunmamışdır. İttiham tərəfi Təqsirləndirilən şəxs ictimai qaydanı pozmasına istinad etsə də, ibtidai istintaq orqanı tərəfindən konkret olaraq həmin vaxt hadisə yerində cəmiyyətin, yəni kənar şəxslərin olması (kənar şəxslərin xeyli, az olması), hansı kənar şəxslərin olması, mübahisənin aradan qaldırılması məqsədi ilə hər hansı bir şəxsin hadisəyə müdaxilə etməsi müəyyən edilməmiş, əgər kənar şəxs olmuşsa da, həmin şəxslərin ifadələri alınmamış, şahidlər siyahısında göstərilməmişdir. Göründüyü kimi, hadisə Gəncə şəhəri, H.Əliyev küçəsində yerləşən “Veqo” otelin arxasında baş vermiş, hadisə ümumilikdə 1-2 dəqiqə davam etmiş, təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs arasında münaqişənin baş verməsi və Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirməklə zərər vurması, sonuncunun hərəkətləri nəticəsində baş vermişdir. Yuxarda istinad edilən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17.02.2006-cı il tarixli qərarında göstərilir ki, hər hansı cinayət əməlinin törədildiyi yer və şəraitdə onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. Belə ki, şəxsi ədavət zəminində yaranan, o cümlədən zərərçəkənin səhv əməlləri və sair hərəkətlərindən irəli gələn, ailədə, mənzildə, qohumlara və ya tanışlara qarşı təhqir, döymə, yüngül və ya az ağır bədən xəsarətləri yetirmə, əmlakı dağıtma və sair bu kimi hərəkətlər, ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmayıbsa, xuliqanlıq kimi qiymətləndirilməməlidir. Həmin əməllər Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunmalıdır. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cüil 23 mart tarixli 1 №-li qərarının 3-cü bəndində qeyd edilir ki, ictimai qaydanı kobud şəkildə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5-ci maddəsi ilə müəyyən edilmişdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər.» Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə belə nəticəyə gəlir ki, məhkəmə istintaqı zamanı müəyyən edilən hallarla Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin dispozisiyasında nəzərdə tutulan, tövsifedici əlamətlərin mövcud olmamasına baxmayaraq, əməlin xuliqanlıq kimi deyil, şəxsiyyət əleyhinə olan cinayət kimi qiymətləndirilməli olduğu halda, istintaq orqanı işin faktiki hallarına düzgün hüquqi qiymət vermədən, şəxsi mülahizələrə və ehtimallara əsaslanaraq, Təqsirləndirilən şəxs əməlini əsassız və qanunsuz olaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif etmişdir. Məhkəmə müəyyən etdi ki, Təqsirləndirilən şəxs 29.08.2021-ci il tarixdə saat təxminən 17 radələrində Gəncə şəhəri, H.Əliyev küçəsində yerləşən “Veqo” otelin arxasında Zərərçəkmiş şəxs ilə görüşmüş, bacısı ilə mobil telefon vasitəsi ilə ”İnstaqram” sosial şəbəkəsində yazışdığı üçün aralarında yaranmış mübahisə zamanı dava edərək hadisə yerinə üzərində gətirdiyi kustar üsulla hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan məişət təyinatlı mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs qəsdən zərbə vurub sonuncuya burun, sol said və döş qəfəsinin arxa səthinin deşilmiş-kəsilmiş yaraları ilə nəticələnən yüngül dərəcəli bədən xəsarətləri yetirmişdir. Ona görə də Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətdə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma- beş yüz manatdan min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 128, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Belə olan təqdirdə məhkəmə hesab edirki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs dəymiş ziyanı tamamilə ödəyərək onunla barışması nəzərə alınmalı və Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla, o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə icraata xitam veriləməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.2-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmişlə barışdıqda onun cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası CM-nin 72, 73.1, 73-1.3 və 74-cü maddələrində nəzərdə tutulmuş hallar mövcud olduqda işin icraatına xitam verilə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif olunmalı, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığından, sonuncuya qarşı heç bir şikayət və tələbinin olmamasını təsdiq edən və iş üzrə icraata xitam verilməsinə dair zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və işin icraatına xitam verilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə haqqında” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 02 ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 31,50 (otuz bir manat əlli qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39.1.8, 43.1.2, 175, 321, 321.2.1, 346, 347 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə Təqsirləndirilən şəxs, həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və barəsində cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” iltizam qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 31,50 (otuz bir manat əlli qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq, X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №1(044)-113/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(044)-113/2022
18.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver