Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-114/2020 11.11.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Şirinov Gündüz Əhməd oğlunun, sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Orucov Maarif Arif oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin birinci instansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1992-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli,himayəsində 1 azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri Nizami rayonu,C.Rəfibəyli küçəsi, 1-ci döngə, ev-də qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində“başqa yerə getməmək barədə” iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin(bundan sonra CM-in) 263-1.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, (bundan sonra – Təqsirləndirilən şəxs) xx xxxxxx 2020-ci il tarixdə saat 23 radələrində sərxoş halda sürücülük hüququ olmaqla etibarnamə əsasında idarə etdiyi Zərərçəkmiş şəxs2 məxsus «CHEVROLET NİVA minik» markalı, ** DT *** dövlət nömrə nişanlı avtomobil ilə Gəncə şəhəri, Əziz Əliyev küçəsi ilə aşağı istiqamətdə hərəkətdə olarkən həmin küçədə yerləşən “Füruzə” şadlıqsarayınınbərabərliyində, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı və həmin maddənin tələbələrinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, həmin tələblərə əməl etməyib idarə etdiyi avtomobili yolun sağ hissəsində quraşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə məxsus olan GTŞ-007 nömrəli videomüşahidə kamerasına çırpması nəticəsində avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs1 subaraxnoidal, subdural qansızma, hər iki gicgah, təpə və alın sümüklərinin sınması ilə müşayiət olunan açıq kəllə-beyin travması qismində həyat üçün təhlükəli olan ehtiyatsızlıqdan sağlamlığına ağır zərər vurulmasına, həmçinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə məxsus GTŞ-007 nömrəli videomüşahidə kamerasını məhv etməsi nəticəsində həmin nazirliyə 7731 (yeddi min yeddi yüz otuz bir) manat məbləğində, idarə etdiyi «CHEVROLET NİVA minik» markalı, ** DT *** dövlət nömrə nişanlı avtomobili zədələməklə avtomobilin sahibi Zərərçəkmiş şəxs2 isə 4560 (dörd min beş yüz altmış) manat məbləğində maddi ziyan vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli onun özünün etiraf ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspertiza rəyləri, işdə olan və tədqiq olunan digər istintaq sənədləri ilə aşağıdakı qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona CM-in 263-1.2-ci maddəsi ilə elan edilmiş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 5 il olarki, “Bəyaz”şadlıq sarayında foyedə olan bar işlədir, çörək pulu qazanır. Dayısı Zərərçəkmiş şəxs2 məxsus olan «CHEVROLET NİVA minik» markalı, ** DT *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilidə etibarnamə əsasında idarə edir. O, 2012-ci ildən sərbəst şəkildə avtomobil idarə edir, o vaxtdanda sürücülük hüququna malikdir. xx xxxxxx 2020-ci il tarixdə dostu Şahid2 ad günü olmuş, Adil onu özünün ad gününə dəvət etmiş, ad günü Gəncə şəhəri Gülüstan qəsəbəsində yerləşən «Maralgöl» yeməkxanasında olmuşdur. O, dostu Adillə birlikdə dayısı Çingizə məxsus olan «CHEVROLET NİVA minik» markalı, ** DT *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə yeməkxanaya getmişlər, onlar oraya qonaqlardan biraz qabaq getmişlər, sonra digər dostlar, o cümlədən Şahid1 və Zərərçəkmiş şəxs1 gəlmişlər, onlar hamısı bərabər yeyib-içmişlər, o, 100 qramçaxıriçmiş, Ülvinvə Cahanda spirtli içki qəbul etmişdilər. Onlar təxminən yeməkxanada 22 radələrinə kimi məclisdə iştrak etmişlər, oradan biraz tez durmuş, yəniki, Adildən tez durmuşdur ki, evə getsin. Bu vaxt tanıdığı Ülvin və Cahanda ondan xahiş etmişlərki, onlarıda Bağmanın dairəsinə kimi aparsın, Avtomobil boş olduğu üçün etiraz etməmiş, Ülvin qabaqda oturmuş, Cahan isə Ülvinin arxa hissəsində oturmuş, avtomobildə ayrı kimsə olmamış, o,sükan arxasına əyləşib Gəncə şəhəri Əziz Əliyev küçəsi ilə aşağı istiqamətinə hərəkətdə olmuşdur. O, biraz yüksək sürətlə, təxminən yaşayış yerində 90 km-saat sürətlə gəldiyi üçün həmçinin avtomobilin şinləri biraz keçəl olduğundan «Füruzə» şadlıq sarayına çatmamış, yol az döngəli olduğuna görə o,sükanı yığışdıra bilməmiş, idarə etməni itirib yolun sağ hissəsindəki Təhlükəsiz şəhər kamerasına çırpılmış, avtomobil fırlanmış, o, sağ qulağından xəsarət almış, Ülvin heç bir xəsarət almamış, Ülvinin arxa tərəfində oturan Cahan sağ arxa qapı kamera dirəyinə dəydiyi üçün Cahanın başı həmin qapıya dəyib xəsarət almışdır. Orada yol nan keçən tanımadığı sürücülər onu və Cahanı Gəncə şəhəri X11 xəstəxanasına aparmışlar, orada həkimlər onlara ilk tibbi yardım göstərmiş, Cahanın vəziyyəti yaxşı olmadığı üçün X8 Mərkəzinə aparmışlar, sonra xəstəxanaya yol polisindən uzaq qohumu Nüsrət gəlmiş, hadisə barədə Nüsrətə bildirmiş, sonra o, evə gəlmiş, gecə onu polisdən çağıran olmamış, ertəsi günü səhər tezdən onu polisə çağırmışlar, sərxoşluğu yoxlanılmış, o, polisdə izahatında 100 qram çaxır içməsini bildirmiş, hadisə barədə izahat vermişdir. Hadisədən sonrada o,və ailə üzvləri Cahanın müalicə və müayinəsinə təxminən 10000 (on min) manata yaxın pul xərcləmiş, sonra imkanları olmadığı üçün daha pul verə bilməmiş, lakin müəyyən vaxtlarda yanına, evlərinə bazarlıq alıb aparmışlar. Hazırda o, Təhlükəsiz şəhər kamerasının ziyanının tam ödəyə bilməmiş, həmin kameranın ziyanının ödənilməsi üçün səylər göstərmiş, yaxın vaxtlarda o,kameraya dəyən ziyandan ödənişlər edəcəkdir. Hadisənin baş verməsinə səbəb, onun yaşayış məntəqəsində biraz artıq sürətlə, təxminən 90 km/saat sürəti ilə gələrkən az döngəli yerdən dönməni həyata keçirən zamanı idarə etməni itirməsi, sükanı yığışdıra bilməməsi olmuşdur. Hazırda hərəkətindən peşmandır, zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə razılıq əldə etmiş, onlara dəymiş ziyanı tam ödəmiş və həmin zərərçəkmiş şəxslərin ondan şikayət və tələbi yoxdur. O, təhlükəsiz şəhər kamerasının ziyanını tam ödəyə bilmədiyindən zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə ilə razılıq əldə edə bilməmişdir. Odur ki, qeyd olunanları nəzərə alıb məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. İş üzrə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs1 məhkəmə iclasında ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə onun başına gələn, yəni qəzaya necə uğraması, haradan gəlməsi yadına gəlmir. Hadisənin necə baş verməsini, nə səbəbdən baş verməsini bilmir, yadına gəlmir. Hazırda da başında ağrılar hiss edir, dərmanlar qəbul edir. Bir də gözünü açanda özünü xəstənada görmüşdür, indi əvvəlkindən yaxşıdır. Onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. İstintaq zamanı vermiş olduğuifadəsini təsdiq edir. Ona dəymiş ziyan tam ödənilmişdir. İş üzrə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs2 məhkəmə iclasında ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs, onu bacısı oğludur, Yusif və atası Həsrət onların yanlarında işləyir. O, özünə məxsus “Shevrolet Niva” markalı, ** DT *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilini idarə etmək üçün xx.xx.2016-cı ildən Yusifə etibarnamə əsasında vermişdir, Yusif həmin avtomobillə şadlıq evinə ərzaq mallarının alınması və digər işlərin görülməsinə istifadə edir, eyni zamanda özünün işi ilə bağlı həmin avtomobili idarə edir. xx.xx.2020-ci il tarixdə gecə saatlarında ona məlum olmuşdur ki, Yusif ona məxsus avtomobili ilə dostunun ad günündən gələndə Gəncə şəhəri “Füruzə” şadlıq sarayının bərabərliyində yol-nəqliyyat hadisəsi törətmişdir, avtomobili yolun sağ hissəsindəki dirəyə çırpmış, nəticədə avtomobildə olan bir nəfər xəsarət almışdır, həmin şəxs Gəncə şəhəri mərkəzi Diaqnostika mərkəzinə yerləşdirilmişdir. Ona sonradan məlum olmuşdur ki, Yusif dostunun ad günündə çaxır içmiş, bir az tələsik evə gələndə avtomobili idarə edən zaman sürətinin bir az çox olmasına görə döngəni kəsə bilməmiş, idarə etməni itirərək avtomobili yolun sağ kənarındakı Təhlükəsiz şəhər kamerasına çırpmış, nəticədə özü qulağından sıyrıq xəsarət almış, yanında olan ayrı bir şəxs heç bir xəsarət almamış, arxa tərəfdə oturan şəxs ağır xəsarət almışdır. Onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Ona dəymiş ziyan tam ödənilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi qismində ifadə vermiş Nümayəndə ifadəsində göstərmişdir ki, təxminən 10 ildir ki, «xxxx» Texnoloji Şirkətin Gəncə şəhəri üzrə mütəxəssisi vəzifəsində işləyir. Onların vəzifəsi Gəncə şəhəri üzrə quraşdırılmış videomüşahidə kameralarının texniki nasazlıqlarını aradan qaldırmaq, onların quraşdırılmaq və təmirini təmin etməkdən ibarətdir. xx xxxxxx 2020-ci il tarixdə gecə saatlarında ona məlum olmuşdur ki, Gəncə şəhəri Əziz Əliyev küçəsində «Füruzə» şadlıq sarayının bərabərliyində, Daxili İşlər Nazirliyinə məxsus olan GTŞ-007 nömrəli müşahidə kamerası yol-nəqliyyat hadisəsi nəticəsində tamamilə məhv edilib sıradan çıxmışdır. Həmin kameraya dəymiş ziyan da o, işlədiyi «Ekim Texnoloji» şirkət tərəfındən hesablanaraq müəyyənləşdirilmişdir. O, həmin yol-nəqliyyat hadisəsinin necə törədilməsindən, kim tərəfindən törədilməsindən məlumatı olmamışdır, şirkət və Daxili İşlər Nazirliyi tərəfındən həmin dəymiş ziyanla bağlı onu nümayəndə kimi təyin etmiş, o, da buna etiraz etməmişdir. Hazırda onların tələbi ondan ibarətdir ki, yol-nəqliyyat hadisəsi törətmiş şəxs tərəindən dəymiş ziyan ödənilsin. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid1 ifadəsində göstərdi ki, Şahid2 onu və Cahanı xx xxxxxx 2020-ci il tarixdə özünün ad gününə dəvət etmiş, o, da saat 20 radələrində Adilin təklifi ilə Cahanla birlikdə taksi avtomobili ilə Adilin ad gününü qeyd etmək üçün Gəncə şəhəri Gülüstan qəsəbəsində yerləşən «Maral» yeməkxanasına getmişlər, onlar oraya gedəndə qonşusu Yusif və digər tanımadığı şəxslər orada olmuşlar, o, orada təkcə Yusifi tanımış, başqalarını tanımamışdır. Məclisdən təxminən 10 nəfər var idi, orada o, Cahan və digər şəxslər, o cümlədən Yusif də çaxır içmişdir, təxminən 2-3 nəfər spirtli içki içmirdi, masada araq olmamışdır, ancaq çaxır olmuş, o, da çaxır içmişdir, Cahan bir az çox içmişdir, Yusif elə çox içməmiişdir, onlar məclisdə təxminən 2 saata kimi oturmuşdular.Yusif demişdir ki, evə gedir, o da Yusifdən xahiş etmişdir ki, onu da aparsın, həmin vaxt Cahan da demişdir ki, o da gedir. O, Cahan, Yusif çölə çıxmışlar, o, görmüşdür ki, Yusif sükan arxasına əyləşir, həmişə sürdüyü “Chevrolet Niva markalı”, dövlət qeydiyyat nömrə nişanını tam xatırlamadığı avtomobili idarə etmək istəyəndə o, Yusifə demişdir ki, çaxır içibdir, sükan arxasına oturmasın, qoy ayıq sürücü çağırsınlar. Yusif də demişdir ki, lazım deyil, özü yavaş-yavaş sürəcəkdir. İlkin olaraq Yusif avtomobilə oturub avtomobili yavaş sürəti ilə sürmüş, ancaq Ə.Əliyev küçəsi ilə bir az aşağı düşmüşdülər ki, işıqforda onlardan qabaqda olan “VAZ-2107” markalı, nömrə nişanını bilmədiyi iki avtomobilin arasından Yusif avtomobilin sürətini artırmış, həmin avtomobilləri ötüb qabağa keçmişdir. O, qabaqda Yusifin yanında oturmuşdur, Cahan da arxada, onun arxa tərəfində oturmuşdur, avtomobildə ayrı kimsə olmamışdır. Onlar “Füruzə” şadlıq sarayına çatmağa bir az qalmış, Yusif avtomobilə qaz verdiyi üçün yerin bir az sürüşkən olmasına görə az döngəli hissədə Yusif sükanı yığışdıra bilməmiş, avtomobil sürüşüb yolun sağ hissəsindəki Təhlükəsiz şəhər kamerasına çırpılmışdır, Cahan tərəf kameranın dirəyinə dəymişdir, ona heç nə olmamışdır, Cahan çox içdiyi üçün özünü saxlaya bilməmiş, başı qapıya dəymişdir. O, özü qapını açıb yerə düşmüşdür, Yusif də özü düşmüşdür, Yusiflə o, köməkləşib Cahanı çıxartmışlar, orada tanımadığı şəxslər də onlara köməklik etmişlər, Yusiflə o, Cahanı götürüb yadında qalmayan yol maşını ilə ilkin olaraq Gəncə şəhəri X11 xəstəxanasına aparmışlar, Yusifin qulağı sıyrılıb qanamışdır, həkimlər Yusifə və Cahana yardım etmişdilər, o, heç bir xəsarət almamışdır. Sonra Cahanın vəziyyəti ağır olduğu üçün Cahanı Yusifgilin adamı Mərkəzi Diaqnostika mərkəzindən X11 avtomobili çağırtdırıb oraya aparmışdılar, o, da oraya getmişdir, sonra çıxıb evə gəlmişdir. O, heç bir xəsarət almamışdır, amma Cahanın başı qapıya dəydiyi üçün ciddi xəsarət almışdır, ayrı kimsə xəsarət almamışdır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid2 ifadəsində göstərdi ki, xx.xx.2020-ci il tarixdə onun ad günü olduğu üçün, o, Yusifi, Ülvini, Cahanı və digər yoldaşları Gəncə şəhəri Gülüstan qəsəbəsində yerləşən “Maralgöl” yeməkxanasına dəvət etmişdir. O, və Yusif saat 19 radələrində Yusiflə birlikdə həmin yeməkxanaya getmişlər, Yusif “Shevrolet Niva” markalı avtomobili idarə etmişdir, onlar gedib orada bir az təşkilatçılıq işləri etmişlər, onlardan təxminən bir saat sonra Cahanla Ülvi taksi ilə oraya gəlmişlər, Yusifgil gələndə onlar artıq yeyib-içirdilər, Yusif ancaq çaxır içmişdir. Onun ad günündə digər yoldaşlar da var idi, orada cəmi 10-12 nəfər olardı. Həmin gün saat 23 radələrində Yusif demişdir onun işi var, evdən çağırılar, getməlidir. Bu vaxt Cahanla Ülvin də Yusifdən xahiş etmişlər ki, onları da Totanlı dairəsinə düşürsün, Yusif də Cahangilin xahişini yerə salmamışdır. Yusifgil məclisdən durmuş, Yusif özünün avtomobilinin sükan arxasına keçmiş, o, Yusifə demişdir ki, içkilidir, sükan arxasına oturmasın, Yusif isə bildirmişdir ki, narahatçılıq yoxdur, Yusif də elə güclü sərxoş deyildi. O, da daha Yusifi məcbur etməmiş, həm də Yusif demişdir ki, ayrı bir nəfər çağırıb yolda gələcəkdir, o, da heç nə deməmişdir. Yusif sükan arxasına əyləşmiş, Ülvin qabaqda oturmuş, Cahan da arxada oturmuşdur, Yusifgil getmiş və onların məclisi davam etmişdir. Yusifgil gedəndən təxminən 10-15 dəqiqə sonra Ülvin ona zəng vurub “Füruzə” şadlıq sarayının qarşısında qəzaya düşdüklərini, Cahanın ağır xəsarət almasını və Gəncə şəhəri X11 xəstəxanasına getdiklərini demişdir. Onlar oraya gedənə kimi X5 mərkəzinə aparmışlar, o, da ora getmişdir, orada ona məlum olmuşdur ki, Yusif Füruzə şadlıq sarayının bərabərliyinə çatan zaman bir az sürətli gəldiyi üçün döngəni kəsə bilməmiş, Təhlükəsiz şəhər kamerasına çırpılmış, Cahan ağır xəsarət almış, Yusifin özü qulağından sıryıq xəsarəti almış, elə bir ciddi xəsarəti olmamışdır, Ülvin isə heç bir xəsarət almamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, Gəncə şəhəri Baş Polis İdarəsinin Dövlət yol polisi şöbəsinin X12 xitməti bölüyünün Yol patrul xidməti inspektoru vəzifəsində işləyir. xx.xx.2020-ci il tarixdə axşam saatlarında xidmətdə olarkən Gəncə şəhər Baş Polis idarəsinin növbətçi hissəsindən Gəncə şəhəri Əziz Əliyev küçəsi «Füruzə» şadlıq sarayının bərabərliyində yol-nəqliyyat hadisəsi baş verməsi barədə məlumat aldıqdan sonra hadisə yerinə gəlmişdir, hadisə yerinə gələndə baxmışdır ki, “Chevrolet Niva” minik markalı, ** DT *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili darə etməni itirərək yolun sağ hissəsində DİN-nin Təhlükəsiz şəhər kamerasına çırpılmış, nəticədə kameranın GTŞ-007 nömrəli kamera dirəyi aşmış, həmin kamera dirəyi və kameranın özü sınaraq yararsız vəziyyətə düşmüş, avtomobilin də sağ arxa yan hissəsi və digər tərəf hissələri əzilib zədələnmişdir. O, hadisə yerinə gedəndə hadisə yerində sürücü və sərnişinlər olmamışdır, onlara məlum olmuşdur ki, avtomobildə olan bir nəfər sərnişin və sürücü xəsarət aldıqları üçün yol maşını ilə Gəncə şəhəri X11 xəstəxanasına getmişlər. O, hadisə yerində gözləmişdir, hadisə yerinə Gəncə şəhər Baş Polis İdarəsinin baş təhqiqatçısı, polis mayoru Etibar Abbasov gələrək hadisə yerini ölçübbiçmiş, o, da hadisə yerinin baxışında iştirak etmişdir, protokol tərtib edilmiş, o, və halşahidləri protokola imza etməklə təstiqləmişlər. Bundan sonra o, sürücünü müəyyən etmək məqsədi ilə Gəncə şəhəri X11 xəstəxanasına getmişdir, orada onlara məlum olmuşdur ki, sürücü, əvvəllər tanımadığı, sonradan şəxsiyyəti ona məlum olan Təqsirləndirilən şəxs xəstəxanada ilk tibbi yardım alıb xəsarət alan sərnişinin vəziyyətinin ağırlığına görə X8 mərkəzinə getmişdir, sonra o, oraya getsə də yenə də sürücü Təqsirləndirilən şəxs orada olmamışdır, ertəsi günü sürücü müəyyən edilərək sərxoşluğu yoxlanılmışdır, o, sürücünün dəqiq sərxoş olub-olmamasını bilməmişdir, amma sonradan həmin sürücünün sərxoş olması barədə eşitmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan xx.xx.2020-ci il tarixli “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi” haqqında protokoldan, həmin protokola əlavə olunmuş sxem və fotocədvəldən görünür ki, yol-nəqliyyat qəzası baş vermiş avtomobil yolu asfalt örtükdən ibarət olmaqla, hadisə baş verən zaman asfalt örtüyü quru vəziyyətdə olmuşdur. Avtomobil yolu qarşılıqlı iki hərəkət istiqamətindən ibarətdir. Hərəkət hissəsinin ümumi eni 35 metrdir. Hərəkət zolaqlarının sayı 2, hərəkət hissəsinin eni 15 metrdir. Hərəkət hissəsində Ə.Əliyev küçəsində olan birtərəfli yoldur. Avtomobil yolunun hər iki tərəfində piyadalar üçün nəzərdə tutulan səki vardır. Sağda işıqlandırıcı dirəklər, solda kənd tipli tikililər. Hərəkətin nizamlanma üsulu ötmə qadağandır nişanı, yolda şəhər elektrik işığı. Toqquşma yeri maneəni vurma, nəqliyyat vasitəsinin sayı bir, Niva markalı avtomobil idarəetməni itirərək maneəni vurmasıdır. Ə.Əliyev küçəsi ilə üzü şəhər istiqamətində olan Niva markalı avtomobil idarəetməni itirərək yolun sağ kənarında olan maneəni vurmuşdur. Niva markalı avtomobil yolun kənarında olan maneəni vurduqdan sonra yolun kənarında üzü “Firuzə” şadlıq sarayı istiqamətində dayanmışdır. Avtomobil hər tərəfdən əzilmiş və yararsız hala düşmüşdür. Yolun kənarında olan Təhlükəsizlik kamerası, şam ağacları yol nişanına çırpılmış, yolun kənarında olan aqlay dirəklərini sındırmış və şam ağaclarını qırmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Məhkəmə - Tibbi Ekspertiza və X6 Gəncə şəhər şöbəsinin məhkəmə tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli, 524 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində müəyyən olunmuş xəsarət-sol qulaq seyvanının aıyrığı-bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir. əmələ gəlmə müddəti müayinə olunanın göstərdiyi tarixə, yəni xx.xx.2020-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Məhkəmə - Tibbi Ekspertiza və X2 xx.xx.2020-ci il tarixli 108/nm saylı məhkəmə kimyəvi rəyində, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsində etil spirti aşkar edilmədiyi müəyyən edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olanxx.xx.2020-ci il tarixli AKT-dan görünür ki, Gəncə şəhəri, Ə.Əliyev küçəsində yerləşən GTŞ-007 nömrəli VM nöqtəsi xx.xx.2020-ci il tarixində yol-nəqliyyat hadisəsi zamanı dəyən zərərin məbləği 7731 (yeddi min yeddi yüz otuz bir) manatdır. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan AB 773919 saylı sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs adına verilmiş sürücülük vəsiqəsi xx.xx.2022ci il tarixədək etibarlıdır. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, «CHEVROLET NİVA minik» markalı, ** DT *** dövlətqeydiyyatnömrənişanlıavtomobil Zərərçəkmiş şəxs2 adına qeyd edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan xx.xx.2016-cı il tarixli etibarnamənin surətindən görünür ki, Zərərçəkmiş şəxs2 tərəfindən «CHEVROLET NİVA minik» markalı, ** DT *** dövlətqeydiyyatnömrənişanlıavtomobilə dair Təqsirləndirilən şəxs adına xx.xx.2022-ci il tarixədək etibarnamə verilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan xx.xx.2020-ci il tarixli 1491 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonervoloji Dispanserdə qeydiyyatda qurmur. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan xx.xx.2020-ci il tarixli 1353 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər rayonlararası Narkoloji Dispanserdə qeydiyyatda qurmur. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi ekspertiza və Patoloji Anatomiya ETT birliyi” publik hüququ şəxsi xx.xx.2020-ci il tarixli 542 saylı məhkəmə-tibbi ekspertizanın rəyində, Təqsirləndirilən şəxs bədəni üzərində müəyyən edilmiş xəsarət-sol qulaq seyvanının sıyrığı-bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti müayinə olunananın göstərdiyi tarixə, yəni xx.xx.2020-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 8/443 saylı rəyində, istintaq tərəfindən təqdim edilən məlumatlara əsasən “Chevrolet Niva markalı” 20DT311 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində tədqiq olunan şəraitdə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qan unun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs yaşayış məntəqəsinə aid olan yol sahəsində avtomobili 60 km.saat sürətdən artıq, yəni 90 kv.m saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi ekspertiza və Patoloji Anatomiya ETT” birliyinin xx.xx.2020-ci il tarixli 892 saylı ekspertiza rəyində, Zərərçəkmiş şəxs1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər – subaraxnoidal, subdural qansızma, hər iki gicgah, təpə və alın sümüklərinin sınması ilə müşahidə olunan açıq kəllə beyin travması – bərk KÜT əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarxixə, yəni xx.xx.2020-ci il tarixə uyğun gəlir və həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aid edilir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan xx.xx.2020-ci il tarixli 54K saylı Qüsur Aktından görünür ki, Təqsirləndirilən şəxs məxsus «CHEVROLET NİVA minik» markalı, ** DT *** dövlət nömrə nişanlı avtomobilinə 4560 manat məbləğində zərər dəymişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan cinayət işi üzrə toplanmış sübutlara hüquqi qiymət verilməsi barədə xx xxxx 2020-ci il tarixli qərarın surətindən görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi ekspertiza və X2 xx.xx.2020-ci il tarixli 516/K məhkəmə-kimyəvi rəyi, xx.xx.2020-ci il tarixli 474/2020 saylı və 320/2020 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi akt və protokollar iş üzrə sübut növü kimi qiymətləndirilməmiş, sürücü Təqsirləndirilən şəxs hadisə zamanı sərxoşluq vəziyyəti işdə olan digər sübutlara əsasən sərxoş halda olması kimi qiymətləndirilməsi, cinayət işinə əlavə edilmiş Məhkəmə Tibbi Ekspertizası və X1 Gəncə şəhər şöbəsinin ekspertiza rəyləri, avtotexniki ekspertrizasının rəyi, zərərçəkmiş və şahid ifadələri iş üzrə sbut növü kimi tanınması qərara alınmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2020-ci il tarixli qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə iclasında bilavasitə tədqiq edilən, biri-digərini tamamlayan sübutlar əsasında müəyyən olunmuşdur ki, xx.xx.2020-ci il tarixdə, saat 23 radələrində Təqsirləndirilən şəxs etibarnamə ilə idarə etdiyi “Chevrolet Niva markalı” 20DT311 dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhəri, Əziz Əliyev küçəsi ilə aşağı istiqamətdə hərəkətdə olarkən həmin küçədə yerləşən “Füruzə” şadlıqsarayınınbərabərliyində, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı və həmin maddənin tələbələrinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, həmin tələblərə əməl etməyib idarə etdiyi avtomobili yolun sağ hissəsində quraşdırılmış Daxili İşlər Nazirliyinə məxsus olan GTŞ-007 nömrəli videomüşahidə kamerasına çırpması nəticəsində avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs1 subaraxnoidal, subdural qansızma, hər iki gicgah, təpə və alın sümüklərinin sınması ilə müşayiət olunan açıq kəllə-beyin travması qismində həyat üçün təhlükəli olan ehtiyatsızlıqdan sağlamlığına ağır zərər vurulmasına, həmçinin Daxili İşlər Nazirliyinə məxsus GTŞ-007 nömrəli videomüşahidə kamerasını məhv etməsi nəticəsində həmin nazirliyə 7731 (yeddi min yeddi yüz otuz bir) manat məbləğində, idarə etdiyi «CHEVROLET NİVA minik» markalı, ** DT *** dövlət nömrə nişanlı avtomobili zədələməklə avtomobilin sahibi Zərərçəkmiş şəxs2 isə 4560 (dörd min beş yüz altmış) manat məbləğində maddi ziyan vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törətməsi ilə bağlı Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və X4 Şöbəsində toplanmış material olmuşdur. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməkdə təqsiri tam sübuta yetirilmiş və onun həmin əməli istintaq orqanı tərəfindən CM-in 263-1.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Buna görə də o, CM-in 263-1.2-ci maddəsi ilə təqsirli bilinib cəzalanmalıdır. CM-in 263-1.2-ci maddəsinin sanksiyasında dörd ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. CM-in 15.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyükimi Təqsirləndirilən şəxs, cinayətlərin təsnifatına görə az ağır cinayət hesab edilən CM-in 263-1.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini ehtiyatsızlıqdan törətmişdir. CM-in 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-in 58-ci maddəsi, Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). CM-in 41.2. maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 8.1. maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlüləlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də cinayətkarlıqla mübarizədə əsas diqqət sosialiqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmədə elan edilmiş və işdə olan Azərbaycan Respublikasının DİN-nin BƏSİİnin xx.xx.2020-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan xx.xx.2020-ci il tarixdə yazılmış və notarial qaydada təsdiq edilmiş Zərərçəkmiş şəxs1 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxstərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmişdir, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan xx.xx.2020-ci il tarixdə yazılmış və notarial qaydada təsdiq edilmiş Zərərçəkmiş şəxs2 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxstərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmişdir, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan xx.xx.2019-cu il tarixdə anadan olmuş X3 adına verilmiş AA1145766 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxshimayəsində xx.xx.2019-cu il təvəllüdlü X7 adlı azyaşlı 1 uşağı vardır. Azərbaycan Respubikasının CM-in 59-cu maddəsinə əsasən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə razılıq əldə edilməsini və onlara cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılmasına dair hərəkətlər edilməsini, himayəsində 1 azyaşlı uşağının olmasını məhkəmə Təqsirləndirilən şəxscəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur və cəzasını yüngülləşdirən hallar CM-in 58 və 59-cu maddələrinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxscəza təyin edilən zaman nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallarla yanaşı, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət törətməsini), təqsirkarın şəxsiyyətini və təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2013-cü il tarixli 5 saylı qərarın 21-ci bəndinə əsasən müəyyən edilir ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişlərin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Bundan başqa «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin 2-ci bəndində mexaniki nəqliyyat vasitəsinin sürücüsünün zərərçəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, “X11” maşını çağırmalı, zərərçəkənləri həyat üçün təhlükəli xəsarət aldığı hallarda isə, onu səmt üzrə gedən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibbi müəssisəyə göndərməli və.s kimi vəzifələri müəyyən edilmişdir. CM-in 60-cı maddəsinin tələblərinə görə bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası törətdiyi cinayət əməlinə görə CM-in 263- 1.2-ci maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə, təqsirləndirilən şəxs E Təqsirləndirilən şəxsbarəsində CM-in 263-1.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzalarının təyin edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən yuxarıda göstərilənləri, onun cəzasını yüngülləşdirən halların olmasını, həmçinin cəzasını ağırlaşdıran halların cəza həddini müəyyən edərkən nəzərə alır və hesab edir ki, CM-in 60-cı maddəsinin tələbləri nəzərə alınmaqla ona ittiham olunduğu Cinayət Məcəlləsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən çox olmayan müddətdə azadlıqdan məhrum etmə cəzası təyin etməklə sosial ədalətin bərpasına, Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçməsinə, cəzanın məqsədlərinə və onun islah olunmasına nail olmaq olar. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 263-1.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməli və cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. CM-in 56.1, 56.1.1-ci maddələrinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Təqsirləndirilən şəxs ittiham olunduğu CM-in 263-1.2-ci maddəsi ehtiyyatsızlıqdan törədilmiş cinayətlərə aid olduğundan və həmin maddənin sanksiyasında dörd ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğundan, cəzasını həmin Məcəllənin 56.1, 56.1.1-ci maddələrinə əsasən məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 68.1-ci maddəsinə görə müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər cəzanın icrası yerlərinə və bir cəzaçəkmə müəssisəsindən digərinə müşayiətlə göndərilirlər. Məntəqə tipli cəzaçəkmə müəssisəsinə göndərilən və hökm qüvvəyə mindiyi zaman həbsdə olmayan məhkum məhkəmə icraçısının təqdim etdiyi müvafiq göstərişə əsasən müəyyən edilən vaxtda məntəqə tipli cəzaçəkmə müəssisəsinə şəxsən gəlməlidir. Məhkum üzrlü səbəb olmadan cəzanın icrası yerinə gəlmədikdə cəzanı icra edən müəssisənin və ya orqanın vəsatəti və müvafiq prokurorun təqdimatı əsasında məhkəmə onun tutulması barədə qərar qəbul edə bilər. CM-in 68.2-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə, xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə və ya cərimə növlərində cəza islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur. Məhkəmə, CM-in 68.2-ci maddəsinə əasən Təqsirləndirilən şəxs təyin ediləcək nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının müstəqil icra olunmasını məqsədə müvafiq hesab edir. Məhkəmə hesab edir ki, iş üzrə məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının keçirilməsinə xərclənmiş 100 (yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Az.MEM-in VÖEN **********, AZ34 CTRE********************. Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, müxbir hesab AZ 41NABZ013601**********3944 S.W.İ.F.T. Bik: CTREAZ22 saylı hesaba keçirilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respubikasının Cinayət-Prosessual Məcəlləsinin 346-349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtadək dəyişdirilməsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra qurumuna həvalə edilsin. İş üzrə ekspertiza xərci olan 100 (yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Az.MEM-in VÖEN **********, AZ34 CTRE********************. Dövlət Xəzinədarlığı Agentliyi, KOD210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ013601**********3944 S.W.İ.F.T. Bik: CTREAZ22 saylı hesaba keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vəapellyasiya protesti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №1(044)-114/2020
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-114/2020
11.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver