Məhkəmə qərarları › İş №1(044)-114/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-114/2022

08.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-114/2022 08.06.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Yediyarova Zeynəb Fərman qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə rayon (şəhər) instansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili, müdafiəçi X1, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1996-cı il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkumluğu ödənilmiş, Gəncə şəhəri, V.Xuluflu küçəsi, ev 104 qeydiyyatda olan və Göygöl rayonu, Quşqara kəndində yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 139-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə “Covid-19” virusu ilə bağlı test analizi verməklə xx.xx.2021-ci il tarixdən testin nəticəsinin pozitiv olmasını bilə-bilə xüsusi karantin rejiminə əməl edərək, həmin müddəti evdə keçirməli olduğu halda, yəni xx.xx.2021-ci il tarixdə saat 16 radələrində yaşadığı Göygöl rayonu, Quşqara kəndində yerləşən ünvanını tərk edib xx.xx.2021-ci il tarixdə saat 01:40 radələrində Gəncə şəhəri, H.Əliyev prospektində yerləşən “Ağ çiçəyim” gül mağazasının qarşısında olan zaman epidemiya əleyhinə, eləcə də karantin rejimini kobud surətdə pozub yeni növ koronavirus infeksiyasının yayılması üçün real təhlükə yaratmışdır. Bununla da Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası CM-in 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs CM-in 139-1.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, o, rəsmi olaraq heç bir yerdə işləmir və Göygöl rayonu Quşqara kəndində yerləşən evlərində tək yaşayır. 2021-ci ilin sentyabr ayının 15-də özünü pis hiss etdiyinə görə Gəncə şəhəri, 1 saylı Abbas Səhhət adına xəstəxanada “Covid-19” virusu ilə bağlı analiz vermiş və həmin vaxt istifadəsində mobil nömrəsi olmadığı üçün bacısı Şahid3 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəni əlaqə üçün vermişdir. xx.xx.2021-ci il tarixdə gündüz saatlarında “Covid-19” virusuna yoluxması ilə bağlı bacısı Şahid3 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə İTS.GOV.AZ saytından bildiriş mesajı gəldiyini bacısı Türkən ev nömrəsinə zəng edərək, ona bildirmişdir. Həmin mesajda test nəticələrinin pozitiv olması və karantin rejimini pozacağı təqdirdə Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb oluna biləcəyi barədə xəbərdarlıq yazıldığını bacısı ona bildirmişdir. Bundan sonra həmin günü, yəni xx.xx.2021-ci il saat 16 radələrində evdə ürəyi sıxıldığı üçün yaşadığı Göygöl rayonu,Quşqara kəndindən piyada Gəncə şəhərinə getmiş və həmin vaxt tibbi qoruyucu vasitədən istifadə etmişdir. xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Gəncə şəhərində təkbaşına gəzmiş və daha sonra həmin günü, yəni xx.xx.2021-ci il tarixdə gecə saat 01 radələrində Gəncə şəhəri, Heydər Əliyev prospekti, “Ağ çiçəyim” adlı gül mağazasının qarşısında olan zaman gecə saatları olduğu üçün Gəncə şəhər Post Patrul Xidmətinin iki nəfər əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Özünü şübhəli apardığı üçün “milli-axtarış-portalı“ vasitəsilə şəxsiyyətini müəyyən etmək məqsədilə ad, soyadını portala daxil etmişlər, onun aktiv “Covid-19” virusunun daşıyıcısı olduğunu, özünütəcrid qaydalarına əməl edərək yaşayış yerini tərk etməməli halda tərk etdiyini bildirmişlər. Yaşadığı Göygöl rayonu, Quşqara kəndində yerləşən evini “Covid-19” virusuna yoluxduğu halda nə üçün tərk etdiyini soruşmuşlar. O, da buna cavab olaraq darıxdığı üçün evi tərk etdiyini bildirmişdir. Bundan sonra Gəncə şəhəri Heydər Əliyev prospektində yerləşən “Ağçiçəyim” adlı gül mağazasının qarşısında polis əməkdaşları tərəfindən videogörüntü çəkilmiş və polis əməkdaşları xüsusi geyimlərdə onu yaşadığı Göygöl rayonu, Quşqara kəndində yerləşən evinə getməyi bildirmişlər. Bundan sonra o, birdaha yaşadığı evdən çölə çıxmamışdır. xx.xx.2021-ci il tarixdə isə bacısı X7 ona istifadəsində olan ***-***-**-** mobil telefonuna “İTS.GOV.AZ”-dan yenə mesaj gəldiyini və həmin mesajda qeyd edilən virusla bağlı özünütəcrid müddəti bitdiyini bildirmişdir. Bundan sonra o, işinə geri dönmüşdür. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, o, Gəncə şəhər Baş Polis İdarəsinin Post-Patrul Xidməti taborunun polis nəfəri vəzifəsində xidmət etmişdir. Polis əməkdaşının funksional vəzifələrindən olan ictimai asayişi və ictimai təhlükəsizliyi təmin etmək məqsədi ilə hal-hazırda ölkədə də, yayılmış “Covid-19” virusu ilə aparılan mübarizə tədbirləri çərçivəsində həmin virusa yoluxmuş və ambulator müalicəyə buraxılmış xəstələrin təlimata uyğun olaraq evdən çölə çıxmamalarına, insanların ictimai yerlərdə sosial məsafə saxlamalarına, tibbi maskalardan istifadə etmələrinə və gecə vaxtlarında özünü şübhəli aparan şəxslərin şəxsiyyətinin müəyyən edilməsinə tərəflərindən nəzarət həyata keçirilmişdir. Bununla bağlı X6 əməkdaşları tərəfindən ictimai reydlər, qəfil yoxlamalar, inanılmış şəxslərin məlumatlarından istifadə etmə və digər üsullardan istifadə edilmişdir. xx.xx.2021-ci il tarixdə saat 01 radələrində Gəncə şəhər Baş Polis İdarəsinin Post-Patrul Xidməti Taborunun polis nəfəri, Şahid2 ilə Gəncə şəhəri, H.Əliyev prospektində xidmətdə olan zaman həmin prospektdə yerləşən “Ağ çiçəyim” adlı gül mağazasının qarşısında tanımadığı bir nəfərin özünü şübhəli aparması müəyyən edilmiş və onlar həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər. Onlar həmin şəxsin şəxsiyyətini müəyyən etmək məqsədilə onun adını “Milli-axtarış portalı” vasitəsilə yoxlamışlar cə yoxlayan zaman həmin şəxsin Təqsirləndirilən şəxs olduğu və onun aktiv “Covid-19” virusunun daşıyıcısı olduğunu, özünütəcrid qaydalarına əməl edərək yaşayış yerini tərk etməməli olduğu halda, Təqsirləndirilən şəxs yaşayış yerini tərk etməsini müəyyən etmişlər. Daha sonra Təqsirləndirilən şəxs insanlardan kənar yerdə dayanmasını bildirərək sosial məsafəni gözləməklə onunla profilaktiki söhbətlər aparmışlar. Daha sonra o, baş vermiş hadisə barədə Gəncə şəhər Nizami Rayon Polis İdarəsinə raportla müraciət etmiş və bundan dərhal sonra Gəncə şəhər Nizami Rayon Polis İdarəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis leytenantı Nicad Hüseynov aktiv “Covid-19” koronavirus daşıyıcısı Təqsirləndirilən şəxs aşkar etdikləri Gəncə şəhəri, H.Əliyev prospektində yerləşən “Ağ çiçəyim” adlı gül mağazasının qarşısına gələrək Təqsirləndirilən şəxs videoçəkiliş ilə ona özünütəcrid qaydalarına əməl etməli olması, yaşadığı evi tərk edərək koronavirus xəstəliyinin yayılmasına səbəb olduğunu, həmçinin xəstəliyin yayılması üçün real təhlükə yaratdığını, buna görə Azərbaycan Respublikası CM-nin və ya İXM-nin müvafiq maddəsilə məsuliyyət daşıyacağı barədə xəbərdarlıq edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs müşayiət edərək yaşadığı ünvana yola salmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, o, Gəncə şəhər 4 nömrəli poliklinikada ailə həkimi vəzifəsində çalışır. Koronovirus pandemiyası yayıldıqdan sonra ev şəraitində müalicə alan koronavirus xəstələrinin vəziyyəti ilə maraqlanır. Koronavirus testi pozitiv çıxan şəxslərin vəziyyəti ağır olanlar xəstəxanada stasionar şəkildə, vəziyyəti yüngül olanlar isə ev şəraitində müalicə alırlar. Ev şəraitində müalicə olunmalı xəstələrin siyahısı ərazi aidiyyəti üzrə Gəncə şəhər Səhiyyə İdarəsi tərəfindən onlara göndərilir və klinikanın ərazisində yaşayan həmin sakinlərlə 14 gün ərzində telefon vasitəsi ilə əlaqə saxlayaraq vəziyyətlərinə nəzarət edirlər. Bundan əlavə TƏBİB tərəfindən ev şəraitində müalicə olunmalı olan koronavirus xəstələri üçün dərman paketi verilmişdir. Həmin dərman paketinin içərisində “Vitamin C”, “Maqnezium”, “Sink”, “Lselenometionin”, “Vitamin D3” və “Parasetamol” dəman preparatları yerləşir. Həmin xəstəliyin yayılma dövrü 14 gündür. Əldə etdikləri tibbi məlumatlar əsasında və praktiki olaraq müəyyən edilmişdir ki, həmin 14 gün müddətində müalicə əsasında xəstə sağalmalıdır. Bu qaydaya uyğun olaraq Gəncə şəhər Səhiyyə İdarəsindən onlara daxil olmuş məlumata əsasən poliklinikanın sakini, ünvan 3 ünvanında qeydiyyatda olan və Gəncə şəhəri, DOS 102 148-4 ünvanında yaşayan Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə koronavirus test nəticəsinin pozitiv çıxdığını və ev şəraitində müalicə almalı olmasını müəyyən etmişlər. xx.xx.2021-ci il tarixdə həmin şəxsin adına ambulator xəstənin tibbi kartası açılmışdır. Bundan sonra həmin günü, yəni xx.xx.2021-ci il tarixdə günorta saatlarında Təqsirləndirilən şəxs səhhəti ilə maraqlanmaqdan ötrü onun qeyd etdirdiyi ***- ***-**-** saylı mobil nömrəyə zəng edərkən telefonu Təqsirləndirilən şəxs bacısı Şahid3 götürmüş və həmin telefonun nömrəsinin ona məxsus olmasını bildirərək qardaşı Təqsirləndirilən şəxs istifadəsində mobil nömrənin olmadığını bildirmiş və Xəyalın səhhəti barədə Şahid3 ona məlumat vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs bacısı Şahid3 həmin xəstəyə aid dərman paketinin gəlib götürə biləcəklərini bildirərək Xəyalın yaşayış yerini tərk etməməli olması, əgər yaşayış yerini tərk edərsə digər şəxsləri də, koronavirus xəstələyinə yoluxduracağını bildirmişdir. Bundan sonra 14 gün ərzində Təqsirləndirilən şəxs istifadəsində telefon nömrəsi olmadığı üçün bacısı Şahid3 ilə əlaqə saxlanılaraq, Təqsirləndirilən şəxs səhhətinə nəzarət edilmiş və 14-cü gün, yəni xx.xx.2021-ci il tarixdə səhhətində hər hansı bir nasazlıq müəyyən etmədikləri üçün 14 günlük karantin qeydiyyatından çıxartmışlar. İstintaqda verilmiş və məhkəmə iclasında tədqiq edilmiş edilmiş şahid X7 ifadəsində bildirmişdir ki, o, Gəncə şəhəri, DOS-102 148-4 ünvanında yaşayır və rəsmi olaraq heç bir yerdə işləmir. Gəncə şəhərində yerləşən “Praqa” çay evində ofisiant işləyərək özünü dolandırır. Təqsirləndirilən şəxs onun qardaşıdır və Xəyal hal-hazırda Göygöl rayonu, Quşqara kəndində tək yaşayır. xx.xx.2021-ci il tarixdə qardaşı Təqsirləndirilən şəxs işlədiyi Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən “Praqa” çay evinə gələrək özünü pis hiss etdiyini və dadbilməsinin itdiyini ona bildirmişdir. O, da Xəyala Gəncə şəhəri Abbas Səhhət adına 1 saylı xəstəxanada “Covid-19” virusuna yoluxub-yoluxmaması ilə bağlı test analizi verməsini bildirmişdir. xx.xx.2021-ci il tarixdə adını bilmədiyi sahə həkimi ona zəng edərək Xəyalın “Covid-19” virusuna yoluxduğunu və səhhəti ilə maraqlanmış və Xəyalın dərmanlarını gəlib götürməyini ona bildirmişdir. xx.xx.2021-ci il tarixdə saat 10:40 radələrində istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə İTS.GOV.AZ saytından qardaşı Təqsirləndirilən şəxs “Covid-19” virusuna yoluxmağı ilə bağlı bildiriş mesajı gəlmişdir. Xəyalın istifadəsində mobil telefon nömrəsi olmadığı üçün o, ev nömrəsinə zəng edərək Xəyala “Covid-19” virusuna yoluxmağı ilə bağlı ***-***-**-** saylı mobil nömrəsinə İTS.GOV.AZ saytından bildiriş mesajı gəldiyini və karantin rejimini pozacağı təqdirdə Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb oluna biləcəyi barədə xəbərdarlıq yazılmasını bildirmişdir. Daha sonra Xəyal telefonda ona nömrəsi olmadığı üçün onun nömrəsini Gəncə şəhər Abbas Səhhət adına 1 saylı xəstəxanada qeyd etdirdiyini bilmişdir. Bundan sonra yenidən xx.xx.2021-ci il tarixdə adını bilmədiyim sahə həkimi Xəyalın səhhəti ilə maraqlanmağı üçün ona zəng eləmiş və Xəyalın dərmanlarını gəlib götürməyini ona bildirmişdir. Xəyal “Covid-19” virusuna yoluxduğu üçün dərmanları nə gedib götürə bilməmiş və eyni zamanda onun işləri çox olduğu üçün həmin dərmanları o, da götürə bilməmişdir. Daha sonra adını bilmədiyi sahə həkimi kimi bir neçə dəfə ona zəng edərək Xəyalın səhhəti ilə maraqlanmış, sonradan eşitmişdir ki, xx.xx.2021-ci il tarixdə qardaşı Təqsirləndirilən şəxs aktiv “Covid-19” virus daşıyıcısı olduğu halda evi tərk etməsi polis əməkdaşları tərəfindən aşkarlanmışdır. xx.xx.2021-ci il tarixdə adını xatırlmadığı sahə həkimi ona zəng edərək Xəyalın “Covid-19” virusu ilə bağlı özünü təcrid müddətinin qurtardığını bildirmişdir. Bundan sonra xx.xx.2021-ci il tarixdə isə onun istifadəsində olan ***-***-**-** mobil telefonuna “İTS.GOV.AZ”-dan yenə mesaj gəlmiş və həmin mesajda qeyd edilən virusla bağlı özünütəcrid müddətinin bitdiyi bildirilmişdir. O yenidən bu barədə qardaşı Xəyala məlumat vermişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhər Gigiyeva və Epidemiologiya Mərkəzinin xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, “Covid-19” Milli Məlumat bazasında Gəncə şəhəri, DOS 102, 148-4 ünvanında yaşayan Oruco0v Xəyal Rasim oğlunun COVİD-19 infeksiyasına görə müayinənin nəticəsinin xx.xx.2021-ci ildə pozitiv olduğu qeyd edilmişdir. Müşahidənin başlanma tarixi xx.xx.2021-ci il tarixdən, müşahidənin bitmə tarixinin xx.xx.2021-ci il tarixdəndir. Məhkəmə iclasında iş materiallarında olan diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə saat 01-radələrində Gəncə şəhəri, Heydər Əliyev prospektində yerləşən “Ağ çiçəyim” gül mağzasasının qarşısında Gəncə şəhər BPİnin PPXT-nin əməkdaşları tərəfindən saxlanılır. Saxlanıldıqdan sonra Gəncə BPİ-nin Nizami RPİ-nin TB-nin təhqiqatçısı, polis leytenantı Nicad Hüseynov onunla məsafə saxlayaraq COVİD-19 xəstəsi olmasına baxmayaraq yaşadığı evi tərk etdiyinə görə həmin şəxsi saxladıqlarını və həmin şəxsin törətdiyi əməlin qanunsuz olduğunu ona izah edirlər. Həmin polis əməkdaşları Təqsirləndirilən şəxs yaşadığı evə tərk edərək COVİD-19 infeksiyasının yayılması təhlükəsini yaratdığını xatırladaraq onu xəbərdar edirlər. Sorğu zamanı Təqsirləndirilən şəxs COVİD-19 xəstəliyinə yoluxduğunu telefona mesaj gəldikdən sonra bildiyini və bununla bağlı Gəncə şəhər Abbas Səhhət adına xəstəxanaya müraciət etdiyini bildirir. Bundan sonra Təqsirləndirilən şəxs polis əməkdaşlarının müşayiəti ilə özünə məxsus yaşadığı ünvana yola salınır. Diskə baxış zamanı Təqsirləndirilən şəxs hər hansı şəxslə ünsiyyətdə olması müəyyən edilməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2021-ci il tarixli baxış aparılması haqqında protokoldan görünür ki, baxış zamanı Şahid3 təqdim etdiyi 1 ədəd “Samsung” markalı mobil telefonun mesajlar bölməsində xx.xx.2021-ci il tarixdə “İTS.GOV.AZ” saytından gələn mesajda, “hörmətli Xeyal Orucov, Sizin xx.xx.2021-ci il tarixində COVİD-19 ilə bağlı verdiyi testin neticəsinin pozitiv olması bildirilmişdir. Xeyal orucovdan və ailə üzvlərinin yaşayış yerini tərk etməməlri xahiş olunmuş, karantin rejiminin pozulması təqdirdə Azərbaycan Respublikası İnzibati Xətalar və Cinayət Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb olunacağı bildirilmişdir. xx.xx.2021-ci il tarixli mesajın mətninin fotoşəkli çəkilərək protokola əlavə edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2021-ci il tarixli baxış aparılması haqqında protokoldan görünür ki, baxış zamanı “Ambulator tibbi kitabça”nın 1-ci vərəqində, tibbi kitabça xx.xx.2021-ci il tarixdə “Covid-19” testi pozitiv çıxmış xx.xx.1996-cı il təvəllüdülü Təqsirləndirilən şəxs adına açılmışdır. Tibbi kitabçanın növbəti vərəqlərində, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə “Covid-19” test nəticəsi pozitiv olduğundan xəstə müşahidəyə götürülərək müalicə təyin olunmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs ilə xx.xx.2021-ci il tarixdə temperaturu 38C, xəstənin deməsinə görə şikayətləri öskürək.asqırma, halsızlıq, xx.xx.2021-ci il tarixədək telefon əlaqəsi saxlanılmış, xəstənin şikayətləri öskürək, halsızlıq, iybilmənin itməsi və zəiflik, xx.xx.2021-ci il tarixdə temperaturun ara bir olması, öskürək, halsızlıq, iybilmə və dadbilmənin itməsi, xx.xx.2021-ci il tarixdə şikayətləri öskürək, halsızlıq, iybilmə və dadbilmənin itməsi və xx.xx.2021-ci il tarixdə şikayətləri azalıb 14 gün karantin müddəti bitdiyi üçün xəstə nəzarət portalından çıxarıldığı müəyyən olunmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan ambulator xəstənin tibbi kartasından (xəstənin kodu 1259) görünür ki, Təqsirləndirilən şəxs ilə telefon əlaqəsi saxlanılmış xəstəliyin simptomlarına əsasən ona COVİD-19 diaqnozunun qoyulması qeyd edilmiş, həmin kartda xəstə Təqsirləndirilən şəxs ilə aparılmış telefon əlaqələri barədə qeydlər vardır. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan X2 xx.xx.2021-ci il tarixli 120 saylı arayışdan görünür ki, xx.xx.1996-cı il tarixdə anadan olmuş Təqsirləndirilən şəxs X4 qeydiyyatda durmur. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan X3 xx.xx.2021-ci il tarixli 83 saylı arayışdan görünür ki, xx.xx.1996-cı il tarixdə anadan olmuş Təqsirləndirilən şəxs X5 qeydiyyatda durmur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə iclasında bilavasitə tədqiq edilən, biri-digərini tamamlayan sübutlar əsasında müəyyən olunmuşdur ki, xx.xx.2021-ci il tarixdə “Covid-19” virusu ilə bağlı test analizi verməklə xx.xx.2021-ci il tarixdən testin nəticəsinin pozitiv olmasını bilə-bilə xüsusi karantin rejiminə əməl edərək, həmin müddəti evdə keçirməli olduğu halda, yəni xx.xx.2021-ci il tarixdə saat 16 radələrində yaşadığı Göygöl rayonu, Quşqara kəndində yerləşən ünvanını tərk edib xx.xx.2021-ci il tarixdə saat 01:40 radələrində Gəncə şəhəri, H.Əliyev prospektində yerləşən “Ağ çiçəyim” gül mağazasının qarşısında olan zaman epidemiya əleyhinə, eləcə də karantin rejimini kobud surətdə pozub yeni növ koronavirus infeksiyasının yayılması üçün real təhlükə yaratmışdır. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətməkdə təqsiri tam sübuta yetirilmiş və onun həmin hərəkəti təhqiqat orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Buna görə də o, həmin maddə ilə cinayət məsuliyyəti daşıyıb cəzalanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsinin sanksiyasında Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda - iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi cinayətlərin təsnifatına az ağır cinayət hesab olunur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, törətmiş olduğu cinayət əməlini səmimi etiraf etməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə onu da qeyd edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur və cəzanı yüngülləşdirən hallar Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58 və 59-cu maddələrinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs cəza təyin edilən zaman nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət törətməsini), cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin şəxsiyyətini, onun cəzasını yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini nəzərə alıb hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə törətdiyi cinayətə görə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Göstərilənləri nəzərə alaraq məhkəmə cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 44.1-ci maddəsinə əsasən cərimə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və məbləğdə məhkəmə tərəfindən təyin edilən pul tənbehidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 44.2-ci maddəsinə əsasən cərimə törədilmiş cinayətin ağırlığı və məhkumun əmlak vəziyyəti nəzərə alınmaqla iyirmi min manatadək miqdarda və ya cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) bir mislindən on mislinədək, habelə cinayətin predmetinin dəyərinin yüz faizinədək miqdarda müəyyən olunur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 25-ci maddəsinə əsasən əsas cəza kimi və ya şərti məhkum etmə zamanı əlavə cəza kimi cərimə növündə cəzanın icrası məhkumun yaşadığı və ya işlədiyi yerin, yaxud onun əmlakının olduğu yerin icra məmuru, digər əsas cəza növlərinə əlavə cəza kimi təyin edilmiş cərimənin icrası isə məhkumun əsas cəzanı çəkdiyi yerin icra məmuru tərəfindən həyata keçirilir. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. İş üzrə sübut kimi tanınmış 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353-cü və 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respubikasının Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 2500 (iki min beş yüz) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Hökmün icrası cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra qurumuna tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə sübut kimi tanınmış bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar