Məhkəmə qərarları › İş №1(044)-116/2020

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-116/2020

06.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-116/2020 06.10.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon(şəhər) məhkəmələrində Dövlət İttihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1993-cü ildə Daşkəsən rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, işsiz, ünvan 1 31 nömrəli mənzildə qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs, aralarında yaş fərqi iki ildən çox olmaqla on altı yaşına çatmayan xx.xx.2005-ci il təvəllüdlü Zərərçəkmiş şəxs ilə xx xxxxxx 2019-cu il tarixdə qeyri-rəsmi formada evlənərək həmin tarixdə yaşadığı Gəncə şəhəri Cavadxan qəsəbəsində yerləşən fərdi yaşayış evində sonuncunun razılığı ilə ilk dəfə cinsi əlaqədə olaraq Zərərçəkmiş şəxs bakirəliyini pozmuş, bundan sonra həmin vaxtdan xx xxxxxx 2020-ci il tarixədək olan müddət ərzində qeyd edilən ünvanda Zərərçəkmiş şəxs ilə razılığı əsasında ər-arvad kimi birgə yaşamaqla mütəmadi olaraq təbii yolla cinsi əlaqədə olmuş və anal dəlik vasitəsilə qeyri-təbii yolla cinsi əlaqədə olmaqla seksual xarakterli hərəkətlər etmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs X6 elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun qohumudur. O özünə məxsus avtomobillə taksi fəaliyyəti ilə məşğul olduğundan 2019-cu ilin əvvəllərində Məleykənin xalası Gəncə şəhəri Abbas Səhhət adına xəstəxanada müalicə olunan vaxt Məleykənin anası ona zəng edərək taksi lazım olduğunu bildirmişdir. O da subay olduğundan və evlənmək barədə qərarlı olduğundan Məleykə ilə yaxından tanış olmaq fikrinə düşmüşdür. O,Məleykə haqqında anası Səidəyə bildirmiş və anası da 2019-cu ilin mart ayının 8-də qohumları ilə birlikdə Məleykə gilə elçi getmişlər. Elçilik zamanı anasıgil Məleykənin yaşı ilə maraqlananda Məleykənin 17 yaşı olmasını bildirmişlər. Hətta Məleykənin 17 yaşını birlikdə qeyd etmişlər. Gəncə şəhərində yerləşən “Sevincim” şadlıq evinə gedərək toy üçün hazırlıq görməyə başlamışlar. Toyun vaxtını xx xxxxxx 2019-cu il tarixə təyin etmişlər və şadlıq evinə beh də vermişlər. Onlar toydan əvvəl nikah bağlamaq üçün Məleykənin şəxsiyyət vəsiqəsini istəyəndə Məleykənin anası qızının sənədləri olmadığından gözləmələrini xahiş etmişlər. O da savadsızlığından nikahı rəsmişləşdirmək üçün gözləməmişdir. xx xxxxxx 2019-cu il tarixdə Gəncə şəhərində yerləşən “Sevincim”şadlıq evində Məleykə ilə toyları olmuş, həmin toy məclisində, həm Məleykənin, həm də onun qohumları iştirak etmişlər. Dayısı arvadı onun yengəsi olmuş, qız evi tərəfdən isə Zərərçəkmiş şəxs dayısının arvadı yengə olmuşdur. Toy məclisi qurtardıqdan sonra bir iki yaxın qohumlarla onun Gəncə şəhəri Cavadxan qəsəbəsində yerləşən fərdi yaşayış evinə getmişlər. O, ilk dəfə Zərərçəkmiş şəxs ilə öz razılığı əsasında təbii yolla cinsi əlaqədə olmuşdur. Bundan sonra o, Məleykə ilə ər-arvad münasibətlərində yaşamağa başlamışdır. Toydan 20 gün keçdikdən sonra onlar Məleykənin anasından nikah bağlamaq üçün sənədləri istəyəndə yenə sənədləri verməmişlər. 2019-cu ilin dekabr ayının ortalarında o səhər tezdən işə gedəndə görmüşdür ki, Məleykə açıq-saçıq paltar geyinib çölə çıxıbdır. O, Məleykəni danlamış və əyninə paltar geyinməsini tələb edib işə çıxıb getmişdir. O, işdən qayıdanda görmüşdür ki, Məleykə ona etiraz edərək xalatını doğramışdır. Zərərçəkmiş şəxs bu hərəkətləri onu əsəbiləşdirmiş və o, bu barədə zəng edib Məleykənin valideynlərinə demişdir. Həmin günün səhərisi isə Məleykənin valideynləri gəlib qızını öz evlərinə aparmışlar. O Məleykə ilə qeyri-təbii yolla cinsi əlaqədə olmamışdır. Odur ki, təqsirinin olmamasını nəzərə alaraq məhkəmədən onun barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin iştirakı ilə dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun uzaq qohumudur. Turalla münasibətləri yarandıqdan sonra o tez-tez onun yaşadığı binanın qarşısına gələrək ona sevgisini bildirmişdir. 2019-cu ilin təxminən iyun-iyul aylarında Turalın ailəsi onlara elçi gəlmiş, valideynləri onun yaşı tamam olmadığını bildirsələr də Turalın anası Saidə onun anasına söz vermişdir ki, 18 yaşı tamam olduqdan sonra toylarını edəcəklər. Onun anası da Saidənin sözlərinə inanaraq onun Turalla nişanlanmasına razılıq vermişdir. 2019-cu ilin iyul ayında o, evdə tək olan vaxt Tural onlara gəlmiş və paltar almaq adı ilə şəhərə çıxmağı ona bildirmişdir. O, da Turalın sözlərinə inanıb sonuncu ilə birlikdə şəhərə çıxsalar da Tural onu aldadaraq fürsətdən istifadə edib onu Gəncə şəhəri Avtozavod qəsəbəsində yerləşən fərdi yaşayış evinə qaçırtmışdır. Həmin vaxt Turalın anası Saidə Hüseynova evdə olmuş, sonuncu onunla söhbət edərək həmin evdə qalıb Turalla evlənəcəyini bildirdikdən sonra o, anasına zəng edib bu barədə məlumat vermişdir. O, anası ilə telefonda danışanda Saidə əlinə telefonu götürüb onun 17 yaşı tamam olduqdan sonra Turalla evlənəcəyini və həmin vaxtadək bir evdə yaşayacaqlarını söyləmişdir. Lakin buna baxmayaraq anası Turalın evinə gəlsə də Turalın anası Saidə yenə onun anasını inandırmağa çalışmışdır ki, onun yaşı tamam olduqdan sonra Turalla evləndirəcək. Hətta Saidə anasına bildirmişdir ki, onların yaşadıqları bina yataqxana tiplidir və pis yer olduğu üçün o toya qədər Turalın evində yaşasın. Anası da Saidənin sözlərinə inanıb bir söz deməmişdir. Onun özü də Turalın evində qalıb yaşı çatdıqdan sonra Turalla evlənməsinə razı olmuşdur. Təxminən 2 gün keçdikdən sonra səhər tezdən o, Turalın anası Saidəni işə yola salmadığı üçün Tural əsəbiləşib onu evin içərisində yumruq və şillə ilə döymüşdür. Lakin o, adının pis çıxmaması üçün bu barədə anasına heç nə deməmişdir. 2019-cu ilin oktyabr ayında Tural və onun anası Saidə ona bildirmişdirlər ki, xx xxxxxx 2019-cu il tarixdə Gəncə şəhərində yerləşən“Sevincim”şadlıq evində onların toyu olacaqdır.Onlkarın toyu olmuş, toy qurtardıqdan sonra yaxın qohumlar onları Təqsirləndirilən şəxs Gəncə şəhəri Cavadxan qəsəbəsində yerləşən fərdi yaşayış evinə aparmışlar. Həmin gün Təqsirləndirilən şəxs onunla ilk dəfə xx xxxxxx 2019-cu il tarixdə, yəni toy gecəsi təbii yolla cinsi əlaqədə olmuş və onun bakirəliyi pozulmuşdur. Bundan sonra o, Tural və qaynanası Saidə ilə birlikdə yaşamağa başlamışlar. Bir müddət keçdikdən sonra Turalla xasiyyətlərinin uyğun gəlməməsini dərk etmişdir. Tural müxtəlif bəhanələr gətirərək onu döyürdü. Tural onu həmişə döyüb incitmiş, siqareti yandıraraq közünü sağ əlinin ikinci barmağına basıb söndürməklə ona əzab vermişdir. Artıq o, Təqsirləndirilən şəxs verdiyi əzablara, onu döyüb xəsarət yetirmələrinə dözə bilməyib tələb etmişdir ki, onu valideynlərinin yanına aparsın. Təqsirləndirilən şəxs da xx xxxxxx 2020-ci il tarixdə onu öz ata evinə aparmış və həmin vaxtdan da o, valideynləri ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs onunla ailə həyatı quran zaman, yəni xx xxxxxx 2019-cu il tarixdə toy gecəsi Gəncə şəhəri Cavadxan qəsəbəsində yerləşən fərdi yaşayış evində cinsi əlaqədə olan zamanı onun 14 yaşı olduğunu bilmişdir. Hətta Təqsirləndirilən şəxs onunla ər-arvad münasibətlərində yaşadığı müddət ərzində də mütəmadi olaraq onunla cinsi əlaqədə olmuşdur. Təqsirləndirilən şəxs birgə yaşadıqları evdə bir neçə dəfə onunla qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Odur ki, Təqsirləndirilən şəxs barəsində onun ittiham edildiyi sanksiyada nəzərdə tutulmuş həddə yuxarı həddə cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Qanuni nümayəndə ifadəsində göstərdi ki,28yanvar 2005-ci ildə Gəncə şəhərində doğulmuş Zərərçəkmiş şəxs onun qızıdır. X3 onun anasının dayısı qızıdır. Saidə Gəncə şəhərində Avtozavod qəsəbəsində yaşayır. Təqsirləndirilən şəxs isə Saidənin oğludur. Məleykənin 14 yaşı tamam olandan sonra Saidə ona demişdir ki, Məleykəni oğlu Turala almaq istəyir və qızın çiyninə bir şalda salmışdır. Saidə söz vermişdir ki, Məleykənin yaşı tamam olandan sonra evləndirəcəkdir. Lakin 2019-cu ilin iyun ayının sonlarında o, evdə olmayanda Tural onun evinə gəlib Məleykəni paltar almaq adı ilə aldadıb evlərinə qaçırtmışdır. O, bunu bilib qızını evinə gətirmək üçün Saidəgilin evinə getmiş, sonuncu bildirmişdir ki, onun yaşadığı yer yataqxana tipli olduğu üçün qızı Məleykə toya qədər Saidənin evində qalsın və Məleykənin 15 yaşı tamam olduqdan sonra oğlu ilə toyunu edəcəkdir. Lakin Saidə dediyi sözə əməl etməyib onu aldatmışdır. Belə ki, xx xxxxxx 2019-cu il tarixdə Təqsirləndirilən şəxsla onun qızı Məleykənin Gəncə şəhərində yerləşən “Sevincim”şadlıq evində toy mərasimi keçirilmişdir. Bundan sonra isə Məleykə tamamilə Turalın evində qalmışdır. 2020-ci ilin yanvar ayının əvvəllərində o, Məleykə ilə əlaqə saxlaya bilməmiş və anası Nargilə ilə Saidənin evinə getmişlər. Onlar Məleykənin saçının kəsik və halsız vəziyyətdə olduğunu görüb qızını öz evinə aparmışdır. Bundan sonra Zərərçəkmiş şəxs həyat yoldaşı Tural və sonuncunun anası Saidə tərəfindən tez-tez döyüldüyünü, dustaq kimi evdə saxlanıldığını ona bildirmişdir. O, da məcbur qalıb polisə şikayət etmişdir. SaidəHüseynova və Təqsirləndirilən şəxs dedikləri yalandır, həmin şəxslər qohum oluqları üçün Məleykənin yaşının az olmasını əvvəlcədən də bilmişlər. O, yataqxanada yoxsulluq vəziyyətində yaşadığı üçün qızının xoşbəxt yaşayacağını düşünüb 18 yaşı tamam olmadan evlənməsinə razılıq vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun oğludur.Qanuni nümayəndə isə onun uzaq qohumudur. 2019cu ilin əvvəllərində oğlu Təqsirləndirilən şəxs gəlib ona bildirmişdir ki, Sahibəni və onun qızı Məleykəni taksi kimi idarə etdiyi avtomobillə xəstəxanadan evlərinə aparan vaxt Məleykəni görüb bəyənmişdir. O, bunu bildikdən sonra Turalla ətraflı danışmış və daha sonra Sahibəyə zəng edib bildirmişdir ki, oğlunun qızı Məleykədən xoşu gəlir və ona görə də onlara elçi gəlmək fikrindədirlər. Sahibə həmin vaxt ərinin Rusiya Federasiyasında olduğunu və əri gəldikdən sona elçiliyə getmələrini təklif etmişdir. O, da etiraz etməyib Sahibənin dedikləri ilə razılaşmışdır. Bundan sonra Sahibə qızı Məleykə ilə tez-tez onlara gəlib getmişdir. Hətta Zərərçəkmiş şəxs atası Rusiya Federasiyasında olduğu üçün Məleykənin 17 yaşı tamam olmasını xx xxxxxx 2019-cu il tarixdə onlar öz evində qeyd etmişlər. 2019-cu ilin fevral ayında Məleykənin atası Rusiya Federasiyasından gəlmiş, o, qardaşı Ramiz Hüseynov və onun həyat yoldaşı Ababillə birlikdə Məleykə üçün Sahibəgilə elçiliyə getmişlər. Elçilik zamanı Hümbət və Sahibə hər hansı bir etiraz etməmişlər. Bundan sonra toy etmək qərarına gəlmişlər və razılaşmışlar ki, qız-oğlan toyu bir yerdə olsun. Bundan sonra Gəncə şəhərində yerləşən “Sevincim” şadlıq evinə getmişlər, Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs toy mərasiminin keçirilməsi üçün danışıq aparıb toyun vaxtını xx xxxxxx 2019-cu il tarixə təyin etmişlər və şadlıq evinə beh də vermişlər. Toydan bir ay əvvəl oğlu Təqsirləndirilən şəxs ailə və nikahda qeydiyyata durmaq istədiyi üçün Məleykənin sənədlərini istəyəndə Sahibə 3 ay gözləməyi xahiş etmişdir. Onlar bunun səbəbini soruşanda Sahibə qızının nikaha yaşı çatmadığını bildirmişdir. Bu səbəbdən də ailə nikahda qeydiyyat məsələsi alınmamış, lakin onlar dəvətnamələri paylamışlar və hətta restorana beh də vermişlər. Beləliklə xx xxxxxx 2019-cu il tarixdə Gəncə şəhərində yerləşən “Sevincim”şadlıq evində oğlu Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs toy mərasimi keçirilmişdir. Həm qız, həm də oğlan tərəfdən qohumlar ailəvi şəkildə toy məclisində iştirak etmişlər, məclis çox şən keçmişdir. Onun xahişi ilə qardaşı arvadı oğlan evi tərəfdən yengə təyin olunmuş, qız evi tərəfdən də Zərərçəkmiş şəxs dayısının arvadı yengə olmuşdur. Toy məclisi qurtardıqdan sonra bir iki yaxın qohumlarla bəy və gəlini Gəncə şəhəri Cavadxan qəsəbəsində yerləşən evlərinə aparmışlar. Həmin gecəni Tural Məleykə ilə cinsi əlaqədə olmuşdur. Bundan sonra Tural Məleykə ilə ər-arvad münasibətlərində yaşamağa başlamışlar. O evin natəmiz olmasını görərək Məleykəyə irad bildirmiş, evdə təmizlik yaratmasını xahiş etmişdir. Buna etiraz edərək Məleykə evdə xalatının ətəklərini kəsməyə başlamışdır. Onlar da bu barədə zəng edib Məleykənin valideynlərinə demişlər, səhərisi gün isə Məleykənin valideynləri gəlib sonuncununu öz evlərinə aparmışlar. Zərərçəkmiş şəxs dedikləri yalandır. Təqsirləndirilən şəxs heç vaxt Məleykəni döyüb xəsarət yetirməmişdir. O, Məleykənin döyülməsinin şahidi olmamışdır. Məleykənin valideynlərinin deməsinə görə sonuncunun 17 yaşı olmasını bilmişlər, onlar da Məleykənin valideynlərinə inanmışlar. Hətta Zərərçəkmiş şəxs atası Rusiya Federasiyasında olduğu üçün sonuncunun 17 yaşı tamam olmasını xx xxxxxx 2019-cu il tarixdə onlar öz evlərində qeyd etmişlər.Məleykənin yaşının az olmasından polis idarəsində olarkən xəbər tutmuşdur. Hazırda da Məleykənin cehiz əşyaları onlardadır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 göstərmişdir ki,Şahid1 ərinin bacısı,Təqsirləndirilən şəxs isə Şahid1 oğludur. X4 Hüseynov ana tərəfdən qohumları olan Sahibənin qızı Məleykədən xoşu gəldiyi üçün ailə qurmaq məqsədilə onlar 2019-cu ilin mart ayında Sahibəgilə elçi getmişlər. Məleykənin valideynləri qızlarının 17 yaşı olduğunu bildirmişlər və elçilik zamanı Məleykənin valideynləri evliliyə heç bir etiraz etməmişlər.Elçilikdən bir müddət sonra Turalın valideynləri Gəncə şəhərində yerləşən“Sevincim” şadlıq evinə getmişlər, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs toy mərasiminin keçirilməsi üçün danışıq aparıb toyun vaxtını 01noyabr 2019-cu il tarixə təyin etmişlər və şadlıq evinə beh də vermişlər.01noyabr 2019-cu il tarixdə Gəncə şəhərində yerləşən“Sevincim”şadlıq evindəTəqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs toy mərasimi keçirilmişdir. Onlar daqohumlarla ailəvi şəkildə toy məclisində iştirak etmişlər. Səidənin xahişi ilə o, oğlan evi tərəfdən yengə təyin olunmuşdur. Qız evi tərəfdən də Zərərçəkmiş şəxs dayısının arvadı yengə olmuşdur. Toy məclisi qurtardıqdan sonra bir iki yaxın qohumlar Təqsirləndirilən şəxs Gəncə şəhəri Cavadxan qəsəbəsində yerləşən fərdi yaşayış evinə getmişlər. Həmin günbəy və gəlin cinsi əlaqədə olmaq üçün həmin otağa daxil olmuşlar. Bir az keçdikdən sonra Təqsirləndirilən şəxs otaqdan çölə çıxmışdır. O, Zərərçəkmiş şəxs dayısı arvadı ilə bəy otağına keçmişlər. O, çarpayının üzərinə salınmış ağ örtüyün üzərindəki qan ləkələrini görüb Zərərçəkmiş şəxs bakirəliyinin pozulduğunu başa düşmüşdür. Məhkəmə istintaqında ifadəsi elan edilərək tədqiq edilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdirki, Qanuni nümayəndəSərdar qızıonun qohumudur. xx xxxxxx 2005-ci iltəvəllüdlü Zərərçəkmiş şəxs isə Qanuni nümayəndə qızıdır.Zərərçəkmiş şəxs 14 yaşı tamam olduqdansonra Sahibənin ana tərəfdən qohumu olan Saidə Hüseynova adlı şəxs Məleykəni oğlu Turala almaq üçün Sahibəgilə elçi gəlmiş və qızın çiyninə bir şalalıbsalaraq söz vermişdir ki, Məleykənin yaşı tamam olduqdan sonra oğlu ilə evləndirəcəkdir.Lakin 2019-cu ilin iyun ayının sonlarında o, eşitmişdir ki, Təqsirləndirilən şəxs Məleykəni paltar almaq adı ilə aldadıb evlərinə qaçırtmışdır. Qanuni nümayəndə qızının arxasınca Səidənin evinə getmiş və sonuncu söz vermişdir ki, Məleykənin 17 yaşı tamam olduqdan sonra oğu ilə toyunu edəcəkdir. Lakin Səidə yenə də vədinə əməl etməmiş və 01noyabr 2019-cu il tarixdəGəncə şəhərində yerləşən“Sevincim”şadlıq evindəTəqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs toy mərasimini keçirtmişdir. Onlar da qohumlarla ailəvi şəkildə toy məclisində iştirak etmişlər. Sahibənin xahişinə əsasən o, qız evi tərəfdən yengə təyin olunmuşdur. Toy məclisi qurtardıqdan sonra bir iki yaxın qohumlar gəlinlə birlikdə Təqsirləndirilən şəxs Gəncə şəhəri Cavadxan qəsəbəsində yerləşən fərdi yaşayış evinə gedib gəlini yerləşdirdikdən sonra öz evlərinə çıxıb getmişlər. Məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş və cinayət işinin materiallarında olan xx xxxxxx 2020-ci il tarixli, 150 nömrəli məhkəmə-tibb ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmuşdur, pozulma müddəti 2 həftədən artıqdır (köhnədir). Zərərçəkmiş şəxs anus dəliyində aşkar edilən sfinktorun boşalması, «qıfvari genişlənmə», şüavari büküşlərin hamarlaşması əlamətləri anal dəlik vasitəsilə mütəmadi olaraq qeyri-təbii yolla cinsi əlaqəni təsdiq edən əlamətlərdir. Zərərçəkmiş şəxs bədəni üzərində–sağ təpə-ənsə nahiyəsində bir ədəd çapıq müəyyən edilmiş, Zərərçəkmiş şəxs ekspertizaya gec müraciət etdiyindən və hər hansı bir tibbi sənəd olmadığından həmin çapığın əmələ gəlmə mexanizmini və müddətini müəyyən etmək mümkün deyildir. Məhkəmə iclasında tədqiq edilmiş və cinayət işinin materiallarında olan üzləşdirmə protokolundan görünür ki, iş üzrə zərərçəkmiş şəxs yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs ilə şahid Təqsirləndirilən şəxs üzləşdirilmiş, üzləşmə zamanı yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs 14 yaşı olduğunu bilə-bilə xx xxxxxx 2019-cu il tarixdə ailə həyatı qurub həmin günü təbii yolla cinsi əlaqədə olaraq bakirəliyini pozduğunu və toy günündən xx xxxxxx 2020-ci il tarixədək olan müddət ərzində ər-arvad kimi yaşayıb mütəmadi olaraq təbii yolla və qeyri-təbii yolla cinsi əlaqədə olduğunu Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. Məhkəmə iclasında tədqiq edilmiş və cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs toy məclisinin video görüntüsü olan diskdən görünür ki, toyun olduğu tarix xx.xx.2019-cu il tarix kimi qeyd edilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş «Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında» xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən döyülməsi və əzab verməsi faktını təsdiq edən hər hansı bir sübut əldə edilmədiyindən Təqsirləndirilən şəxs əməlində həmin xüsusat üzrə cinayət təqibinin başlanılması əməldə cinayət tərkibi olmaması əsasına görə rədd edilmiş, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 144 və 145-ci maddələrinin tərkibi yaranmadığı üçün həmin xüsusat üzrə cinayət təqibinin başlanılması əməldə cinayət tərkibi olmaması əsasına görə rədd edilmiş, Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2020-ci il tarixədək olan müddət ərzində yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs ilə Gəncə şəhəri Cavadxan qəsəbəsində yerləşən fərdi yaşayış evində sonuncu ilə anal dəlik vasitəsilə qeyri-təbii yolla cinsi əlaqədə olması seksual xarakterli hərəkətlər etmə kimi qiymətləndirilmiş, onların toy mərasimi və ilk dəfə cinsi əlaqədə olduğu tarix xx xxxxxx 2019-cu il tarix kimi götürülmüş, toyun DVD diskləri maddi sübut kimi tanınmış, məhkəmə tibbi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 150 nömrəli rəyi iş üzrə sübut növü kimi tanınmışdır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs aralarında yaş fərqi iki ildən çox olmaqla on altı yaşına çatmayan, xx.xx.2005-ci il təvəllüdlü Zərərçəkmiş şəxs ilə xx xxxxxx 2019-cu il tarixdə qeyri-rəsmi formada evlənərək həmin tarixdə yaşadığı Gəncə şəhəri Cavadxan qəsəbəsində yerləşən fərdi yaşayış evində sonuncunun razılığı ilə ilk dəfə cinsi əlaqədə olaraq Zərərçəkmiş şəxs bakirəliyini pozmuş, bundan sonra həmin vaxtdan xx xxxxxx 2020-ci il tarixədək olan müddət ərzində qeyd edilən ünvanda Zərərçəkmiş şəxs ilə razılığı əsasında ər-arvad kimi birgə yaşamaqla mütəmadi olaraq təbii yolla cinsi əlaqədə olmuş və anal dəlik vasitəsilə qeyri-təbii yolla cinsi əlaqədə olmaqla seksual xarakterli hərəkətlər etməklə ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetirildi ki, Təqsirləndirilən şəxs on altı yaşına çatmayan xx.xx.2005-ci il təvəllüdlü Zərərçəkmiş şəxs ilə xx xxxxxx 2019-cu il tarixdə qeyri-rəsmi formada evlənərək həmin tarixdə yaşadığı Gəncə şəhəri Cavadxan qəsəbəsində yerləşən fərdi yaşayış evində sonuncunun razılığı ilə ilk dəfə cinsi əlaqədə olaraq Zərərçəkmiş şəxs bakirəliyini pozmuş, bundan sonra həmin vaxtdan xx xxxxxx 2020-ci il tarixədək olan müddət ərzində qeyd edilən ünvanda Zərərçəkmiş şəxs ilə razılığı əsasında ər-arvad kimi birgə yaşamaqla mütəmadi olaraq təbii yolla cinsi əlaqədə olmuş və anal dəlik vasitəsilə qeyri-təbii yolla cinsi əlaqədə olmaqla seksual xarakterli hərəkətlər etmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 152.1-ci maddəsi ilə tövsif olunmalıdır. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o Məleykənin 17 yaşı olduğunu bilsə də, onun şəxsiyyətini təsdiq edən sənədləri ailəsi tərəfindən ona təqdim edilmədiyindən nikah münasibətlərini rəsmiləşdirə bilməmişlər. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsinin qeyd edilən dəlillərini özünü müdafiə xarakterli dəlillər kimi qiymətləndirir. Əvvəla Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 17 yaşının olmasını bilsə də belə, həmin yaş həddi də hələ nikaha girmək üçün yetərli deyildir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 9-cu maddəsinə əsasən nikah müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin, bu Məcəllənin 13.3-cü maddəsinə uyğun olaraq, tibbi müayinədən keçdiklərini təsdiq edən arayış əlavə edilməklə, bu barədə ərizə verdikləri gündən 1 ay sonra onların iştirakı ilə bağlanır. Üzürlü səbəblər olduqda, nikahın bağlanma müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən azaldıla və ya 1 aydan çox olmayan müddətə uzadıla bilər. Həmin Məcəllənin 10-cu maddəsinə əsasən üzürlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər. Göründüyü kimi Hüseynov X2 17 yaşının olmasını bildiyi halda belə nikah yaşının bir ildən az olmayan müddətə azaldılması ilə bağlı Məleykənin müvafiq icra hakimiyyəti orqanına müraciət edib-etməməsi ilə maraqlanmamış, bunu savadsızlığı ilə əlaqələndirmişdir. Bütün bunlar onu deməyə əsas verir ki, Hüseynov X2 hələ 16 yaşına çatmamamasından əvvəlcədən xəbərdar olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının vətəndaşların vəzifələrinin əsasından bəhs edən 72-ci maddənin İİİ hissəsində təsbit edilmişdir ki, qanunu bilməmək məsuliyyətdən azad etmir. Eyni zamanda məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Azərbaycanda evlilik, o cümlədən elçilik zamanı oğlan evinin qız evi ilə, o cümlədən qızın yaşı ilə maraqlanması danılmaz haldır. İşin hallarından da göründüyü kimi təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin ailəsi qohumluq münasibətində olmuşlar ki, bu münasibətlər çərçivəsində isə Məleykənin 16 yaşına çatmamasının müəyyən edilməməsi mümkün deyildir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1–ci maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır olmaqla, bilavasitə şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə olan cinayətlər ilə əlaqədar olaraq qəsdən törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2–ci maddəsinə əsaslanaraq, Təqsirləndirilən şəxs qarşılıqlı məhəbbət və hörmət hissləri əsasında evlənməsini, müəyyən müddət faktiki olaraq ər-arvad münasibətində yaşamasını, gənc olmasını, yenə də Məleykə ilə barışaraq ailə münasibətlərinin davam etdirməsi niyyətində olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Məhkəmə iclasında tədqiq edilmiş və cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs barəsində DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2020-ci il tarixli tələbnamədən məlum olur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə, cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.13-cü maddəsinin tələblərinə görə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin edildikdə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də təqsirləndirilən şəxs barəsində hansı cəzaçəkmə və ya tərbiyə müəssisəsinin müəyyən edilməli olmasıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müəyyən edilmişdir. Ona görə də məhkəmə bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99– 1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.1–ci maddələrinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17 və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub–olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olan xx xxxxxx 2019-cu ildə keçirilmiş toy mərasiminin video görüntüsü olan 3 ədəd “DVD” disklərin cinayət işinin materiallarına əlavə edilib saxlanılması nəzərə alınmalıdır. İttiham hökmü qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və Təqsirləndirilən şəxs məhkəmə iclas zalında dərhal həbsə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10–cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. Cinayət işi üzrə məhkumun üzərinə vəzifə kimi qoyulacaq məhkəmə məsrəfləri müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli, onun məhkəmə iclas zalında həbsə alındığı vaxtdan hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 152.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam”qətimkan tədbiri “həbs”qətimkan tədbiri ilə əvəz olunsun və o dərhal məhkəmə iclas zalında həbs edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli xx xxxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs”qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 3(üç)ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 385-ci madəsində müəyyən edilmiş qaydada Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar