Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-116/2022 31.05.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X7, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X3 iştirakı ilə, xx.xx.1962-ci ildə Samux rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, Samux rayonu Ağasıbəyli kəndində qeydiyyatda olmaqla orada yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə məhkəməyə verilmişdir ona görə ki, o, xx.xx.2021-ci il tarixdə saat 14:54 radələrində sürücülük hüququ əsasında idarə etdiyi 21015 minik markalı, ** BF *** qeydiyyat nömrə nişanlı avtomobil ilə Gəncə şəhəri, Ş.İ.Xətai prospekti ilə sola Atatürk prospektinə sola dönərək hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası qanununun 76-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən relssiz nəqliyyat vasitəsinin sürücüsü svetoforun yaşıl işığında sola və ya geriyə dönərkən, qarşıdan düzünə və ya sağa gedən nəqliyyat vasitələrinə yol verməli olduğu halda, həmin tələblərə əməl etməyərək, xx.xx.2021-ci il tarixdə idarə etdiyi VAZ 21015 minik markalı, ** BF *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə Gəncə şəhəri Ş.İ.Xətai prospektində hərəkətdə olan zaman Atatürk prospekti ilə Ş.İ.Xətai prospektinin kəsişməsində sola dönmə hərəkətini yerinə yetirən zaman qarşıdan düzünə Gəncə şəhəri, Ş.İ.Xətai prospektində 2705 Dairəsindən Gəncə şəhəri Ş.İ.Xətai prospektində yerləşən Dəyirmanın Dairəsi istiqamətində hərəkətdə olan sürücü Zərərçəkmiş şəxs4 idarə etdiyi Kia Sorento minik markalı, ** MU *** dövlət qeydiyyat nömrə nişanlı avtomaşının qarşısına yolun kəsişmə hissəsində svetoforun yaşıl işığında çıxaraq, Zərərçəkmiş şəxs4 idarə etdiyi Kia Sorento minik markalı, ** MU *** dövlət qeydiyyat nömrə nişanlı avtomaşınla toqquşmuş, toqquşduqdan sonra Kia Sorento minik markalı, ** MU *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin yolun kənarında olan səkiyə çırpılması nəticəsində səki ilə hərəkətdə olan iki nəfər piyadadan biri xx.xx.1966-cı il təvəllüdlü Gəncə şəhər sakini X6 Sorento minik markalı, ** MU *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin ön hissəsi ilə səkiyə bitişik olan hasarın arasında ehtiyatsızlıqdan qalaraq sonuncuya qarının açıq küt travması, qaraciyərin, dalağın və sidik kisəsinin cırılması, çanaq sümüklərinin açıq sınığı, sınıq ətrafı yumşaq toxumalara qansızma, hər iki qasıq nahiyələrində böyük ölçülü əzilmiş yaraları ilə müşayiət olunan birlikdə həyat üçün təhlükəli olan sağlamlığına AĞİR zərər vurmaya aid edilən xəsarətlər yetirməklə, qarının açıq küt travması nəticəsində qaraciyərin, dalağın, sidik kisəsinin cırılması və çanaq sümüklərinin çoxsaylı sınıqlarından əmələ gələn travmatik və hemorragik şok nəticəsində ehtiyatsızlıqdan ölümünə, xx.xx.1955-ci il təvəllüdlü Samux rayon Ağaslbəyli kənd sakini Zərərçəkmiş şəxs3 sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilən alın nahiyəsinin yumşaq toxumalarının əzilməsi, burun və sol yanaq nahiyələrinin yaraları xəsarətinə və xx.xx.1954-cü il təvəllüdlü Gəncə şəhər sakini Zərərçəkmiş şəxs1 sağlamlığa zərərvurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin edilməyən sağ bud nahiyəsinin əzilmiş yarasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs, ona Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan edilmiş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 onun qohumlarıdır. Zərərçəkmiş şəxs3 səhhətində müəyyən problemləri olduğuna görə onu Gəncə şəhərində yerləşən Referans klinikasında müalicə üçün 17 sentyabr 2021-ci il tarixdə qızı Reyhan aparmışdır. Həmin gün klinikada müəyyən analizlər verilmiş və analizin nəticələrinin xx.xx.2021-ci il tarixdə hazır olacağını onlara bildirmişlər. xx.xx.2021-ci il tarixdə Reyhana məxsus VAZ 21015 markalı avtomobil ilə anasını yenidən həmin xəstəxanaya aparmaq və analizlərin nəticəsini götürdükdən sonra lazımi müalicələr olunması üçün həkimlə görüşmək qərarına gəlmişlər. Həmin avtomobil Reyhana məxsus olmasına baxmayaraq idarə edə bilmədiyi üçün onu həmin Reyhana məxsus avtomobili idarə etmək üçün dəvət etmişlər. O, Reyhana məxsus VAZ 21015 markalı ** BF *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə Reyhanı və anası Əntiqəni Gəncə şəhəri Atatürk prospektində yerləşən Referans adlı klinikaya aparmağa razılıq vermişdir. Həmin vaxt Əntiqə ön sərnişin oturacağında, Reyhan isə arxa sağ sərnişin oturacağında əyləşmişdir. Gəncə şəhərində o Ş.İ.Xətai prospektində sola dönmə hərəkəti yerinə yetirərək Atatürk prospektinə dönmək istəyərkən bu vaxt o, qarşıdan nəqliyyat vasitəsinin gəldiyini görməmiş və hərəkətini dayandırmadan sola dönən zaman qarşıdan gələn avtomobil onun idarə etdiyi avtomobilin ön sağ hissəsinə çırpılmışdır. Bu vaxt onların avtomobili iki dəfə fırlanaraq yolun ortasında dayanmışdır. Digər onları qarşıdan vuran avtomobil isə yolun sağ hissəsində yerləşən səkiyə çırpılmış və orada olan iki nəfər piyadanı vurmuşdur. Reyhan dərhal avtomobildən düşmüş və anasını əyləşdiyi ön sağ oturacaqdan çıxarmış və yolun kənarında yerləşən səkiyə oturtmuşdur. O, avtomobildə şok vəziyyətində olduğuna və kürək nahiyəsində kəskin ağrılar hiss etdiyi üçün hərəkət edə bilməmişdir. Lakin ətrafda olan şəxslərin köməkliyi ilə onu avtomobildən düşürmüş və onları xəstəxanaya aparmışlar. Sonda təqsirləndirilən şəxs törətmiş olduğu hadisə ilə əlaqədar səmimi peşman olduğunu, zərərçəkmiş şəxsin hüquqi varisi və zərərçəkmiş şəxslərlə barışıq əldə edərək vurmuş olduğu maddi ziyanı ödədiyini, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı heç bir şikayət və tələblərinin olmadığını, ailəyə qazanc gətirən yeganə şəxs olduğunu, ilk dəfə cinayət əməli törətdiyini bildirərək məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxsin hüquqi varisi - X1 arvadı X9 ifadəsində göstərmişdir ki, məhrum X10 onun əri olmuş və birlikdə yaşamışlar. Əri təqaüddə olduğundan hər gün yaşadığı evdən çıxaraq yaxınlıqda olan çayxanada yaxın dostları ilə vaxt keçirirmiş. Familin daim birlikdə olduğu şəxs isə Zərərçəkmiş şəxs1 olmuşdur. Ariflə birlikdə Azərbaycan Dəmir Yolları ASC-də işləmişdilər. Hər gün hər ikisi yaşadıqları evin yaxınlığında görüşüb Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən Züqo şadlıq sarayının qarşısında yerləşən çayxanaya gedirmişlər. Sonuncu dəfə isə Famil yenə də saat 14:30 radələrində yaşadıqları evdən çıxmış və Ariflə görüşərək həmin çayxanaya gedəcəklərini bildirmişlər. Bundan bir qədər keçdikdən sonra Famili çayxanaya gedən zaman avtomobil vurduğunu və vəziyyətinin yaxşı olmadığını eşitmişdir. Bunan sonra dərhal Gəncə şəhər 3 nömrəli xəstəxanaya getmiş, orada öyrənmişdir ki, əri X15 şəhəri Atatürk prosperkti ilə Ş.İ.Xətai prospektilərinin kəsişməsində iki avtomobilin toqquşması nəticəsində yolun kənarı ilə gedən zaman avtomobnillərdən biri ehtiyyatsızlıqdan vurmuş və əri almış olduğu bədən xəsarətlərindən hadisə yerindəcə ölmüşdür. Gəncə şəhər Məhkəmə Tibb Ekspertizasında əri Familin meyidi daxili müayinə olunduqdan sonra onlara təhvil verilmişdir. Nə o, nədə ki, ailəsi Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs4 əvvəllər tanımamış, onunla hər hansı bir ədavəti və ya düşmənçiliyi olmamışdır. Sonda ona dəymiş ziyanın Təqsirləndirilən şəxs tərəfindən tamamilə ödənildiyini, sonuncuya qarşı heç bir şikayəti və tələbi olmadığını bildirərək, təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi - X1 arvadı X9 ona dəymiş ziyanın tamamilə ödənildiyinə və Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi olmadığına dair ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə ona məxsus olan Kia Sorento minik markalı, ** MU *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə əmisi oğlu ilə birlikdə Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi ərazisinə getmək qərarına gəlmişlər. Yeni Gəncə qəsəbəsi ərazisində işlərini həll etdikdən sonra Gəncə şəhəri, Ş.İ.Xətai prospekti ilə onların yaşadıqları evə qayıtmalı olmuşdur. Bu vaxt o Gəncə şəhəri, Yeni Gəncə istiqamətindən 2705-in dairəsi adlanan yerə gəlmiş və oradan isə Ş.İ.Xətai prospekti ilə Dəyirmanın Dairəsi adlanan yerin yaxınlığında Ş.İ.Xətai prospekti ilə Atatürk prospektinin kəsişməsində olan işıqfora daxil olmuş, onun idarə etdiyi avtomobilin sürət həddi təxminən 50-55 km/saat olmuşdur. O, Atatürk prospekti ilə Ş.İ.Xətai prospektinin kəsişməsinə daxil olan zaman qarşıdan VAZ 21015 ağ rəngli dövlət qeydiyyat nömrə nişanlı avtomobil sola dönmə hərəkəti yerinə yetirirmiş, lakin həmin şəxs o, düzünə istiqamətdə hərəkətdə olmağına və onu gözləməli olmağına baxmayaraq hərəkətini dayandırmamış və onun qarşısına çıxmışdır. O, idarə etdiyi avtomobilini sağa doğru çəkib həmin hadisədən yayınmaq istəmiş, lakin həmin VAZ 21015 markalı avtomobil onun qarşısında sola dönmə hərəkətini yerinə yetirmək istəyən avtomobilin arxasından gözləmədən sürətlə çıxdığına görə o, avtomobilini dayanma həddinə çatdıra bilməmişdir. Onun idarə etdiyi avtomobil ön sol hissəsi ilə qarşıdan gələn və sola dönmə hərəkətini yerinə yetirən VAZ 21015 markalı avtomobilin ön sağ hissəsindən vurmuşdur. Bu vaxt o, həmin VAZ 21015 markalı avtomobili gec gördüyünə görə avtomobili saxlaya bilməmiş və avtomobili yolun sağ hissəsinə səkiyə doğru hərəkət etmiş, lakin avtomobilini dayandıra bilməmiş və səkidə piyada hərəkət edən iki nəfər orta yaşlı piyadanı avtomobilin ön hissəsi ilə vurmuş və həmin şəxslər avtomobil ilə səkinin digər tərəfində olan təxminən 80 santimetr hündürlüyündə olan hasarın arasında qalmışlar. Sonra avtomobilini geri hərəkət etdirmək istəmiş, lakin avtomobil qəzalı vəziyyətdə olduğuna görə hərəkət etməmiş, o, sürət qutusunu neytral vəziyyətə gətirmiş və əmisi oğlu ilə avtomobildən düşərək avtomobili geri itələmək və həmin iki nəfər şəxsi hasarla avtomobilin arasından çıxarmaq istəmişlər, lakin həmin şəxslər sıxışıb qaldığına görə çıxara bilməmişlər. Ətrafda olan şəxslər onlara kömək etmiş və həmin şəxsləri oradan çıxarmış və xəstəxanaya getmişlər. Bundan sonra isə əraziyə polis əməkdaşları gəlmiş, o, və avtomobili zərər çəkmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, yuxarıda göstərilən ünvanda ailəsilə birlikdə yaşayır. Onun səhhətində müəyyən nasazlıqlar olduğuna görə Gəncə şəhərində yerləşən Referans klinikasında müalicə üçün 17 sentyabr 2021-ci il tarixdə qızı Reyhanla birlikdə getmək qərarına gəlmişlər. Həmin gün klinikada müəyyən analizlər verilmiş və analizin nəticələrinin xx.xx.2021-ci il tarixdə hazır olacağını onlara bildirmişlər. xx.xx.2021-ci il tarixdə qızı Reyhana məxsus VAZ 21015 markalı avtomobil ilə qızı Reyhanla yenidən həmin xəstəxanaya getmək və analizlərin nəticəsini götürdükdən sonra lazımi müalicələr olunması üçün həkimlə görüşmək qərarına gəlmişlər. Həmin avtomobil qızı Zərərçəkmiş şəxs2 məxsus olmasına baxmayaraq onu idarə edə bilımədiyi üçün qonşuluqda yaşayan qohumu Təqsirləndirilən şəxs avtomobili idarə edərək onları xəstəxanaya aparmasını xahiş etmişlər. Təqsirləndirilən şəxs qızı Reyhana məxsus VAZ 21015 markalı ** BF *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə onları Gəncə şəhəri Atatürk prospektində yerləşən Referans adlı klinikaya aparmağa razılıq vermişdir. Qızı Reyhan və o həmin avtomobildə əyləşmişlər. O ön sərnişin oturacağında, qızı Reyhan isə arxa sağ sərnişin oturacağında əyləşmişlər. Təqsirləndirilən şəxs Ş.İ.Xətai prospektində sola dönmə hərəkəti yerinə yetirərək Atatürk prospektinə dönmək istəyərkən qarşıdan nəqliyyat vasitəsinin gəldiyini görməmiş və sola dönən zaman qarşıdan gələn avtomobil İbrahimin idarə etdiyi VAZ 21015 markalı avtomobilin ön sağ hissəsinə çırpılmışdır. Bu vaxt onların içərisində olduqları VAZ 21015 markalı avtomobil iki dəfə fırlanaraq yolun ortasında dayanmışdır. Digər onları qarşıdan vuran avtomobil isə yolun sağ hissəsində yerləşən səkiyə çırpılmış və orada olan iki nəfər piyadanı vurmuşdur. Reyhan dərhal avtomobildən düşərək onu əyləşdiyi ön oturacaqdan çıxarmış və yolun kənarında yerləşən səkiyə oturtmuşdur. Oraya gəlmiş şəxslərdən isə qohumu İbrahimi avtomobildən çıxarılmasını istəmişlər. Onlar ilk öncə İbrahimin avtomobildə öldüyünü zənn etmiş, lakin sonradan onun sağ olduğunu görmüşlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadə verərək göstərmişdir ki, Zərərçəkmiş şəxs3 onun anasıdır. Anasının səhhətində müəyyən nasazlıqlar olduğuna görə Gəncə şəhərində yerləşən Referans klinikasında müalicə üçün 17 sentyabr 2021-ci il tarixdə anası ilə birlikdə getmişlər. Həmin gün klinikada müəyyən analizlər verilmiş və analizin nəticələrinin xx.xx.2021-ci il tarixdə hazır olacağını onlara bildirmişlər. xx.xx.2021-ci il tarixdə ona məxsus VAZ 21015 markalı avtomobil ilə anası ilə yenidən həmin xəstəxanaya getmək və analizlərin nəticəsini götürdükdən sonra lazımi müalicələr olunması üçün həkimlə görüşmək qərarına gəlmişlər. Həmin avtomobil ona məxsus olmasına baxmayaraq onu idarə edə bilımədiyi üçün qonşuluqda yaşayan qohumu Təqsirləndirilən şəxs avtomobili idarə edərək onları xəstəxanaya aparmasını xahiş etmişlər. Təqsirləndirilən şəxs ona məxsus avtomobil ilə onları Gəncə şəhəri Atatürk prospektində yerləşən Referans adlı klinikaya aparmağa razılıq vermişdir. O, arxada, anası isə avtomobildə ön sərnişin oturacağında əyləşmişlər. Təqsirləndirilən şəxs Ş.İ.Xətai prospektində sola dönmə hərəkəti yerinə yetirərək Atatürk prospektinə dönmək istəyərkən qarşıdan nəqliyyat vasitəsinin gəldiyini görməmiş və sola dönən zaman qarşıdan gələn avtomobil İbrahimin idarə etdiyi VAZ 21015 markalı avtomobilin ön sağ hissəsinə çırpılmışdır. Bu vaxt onların içərisində olduqları VAZ 21015 markalı avtomobil iki dəfə fırlanaraq yolun ortasında dayanmışdır. Digər onları qarşıdan vuran avtomobil isə yolun sağ hissəsində yerləşən səkiyə çırpılmış və orada olan iki nəfər piyadanı vurmuşdur. O, dərhal avtomobildən düşərək anasını əyləşdiyi ön oturacaqdan çıxarmış və yolun kənarında yerləşən səkiyə oturtmuşdur. Oraya gəlmiş şəxslərdən isə qohumu İbrahimi avtomobildən çıxarılmasını istəmişlər. Onlar ilk öncə İbrahimin avtomobildə öldüyünü zənn etmiş, lakin sonradan onun sağ olduğunu görmüşlər. Sonra polis və təcili yardım gəlmiş,onları xəstəxanaya aparmışlar.Sonda ona dəymiş ziyanın Təqsirləndirilən şəxs tərəfindən tamamilə ödənildiyini, sonuncuya qarşı heç bir şikayəti və tələbi olmadığını bildirərək, təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, yuxarıda göstərilən ünvanda ailəsilə birlikdə yaşayır. Əvvəllər Azərbaycan Dəmir Yolları ASC-də Gəncə regionu üzrə texniki şöbəsini rəisi vəzifəsində işləmiş, halhazırda isə təqaüddədir. X16 da onunla iş yoldaşı və qonşu olmuşdur. Famillə müəyyən vaxtlarda, yəni həftədə bir-iki dəfə yaşadıqları evin yaxınlığında yəni Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən çayxanaya vaxtlarını keçirmək, eyni zamanda söhbətləşmək üçün gedirmişlər. xx.xx.2021-ci il tarixdə Famillə zəngləşərək görüşmək və bir az piyada yerimək qərarına gəlmişlər. Həmin gün təxminən saat 15:00 radələrində Famillə Gəncə şəhəri, Atatürk prospekti ilə Ş.İ.Xətai küçəsinin kəsişməsində görüşmüşlər və yolu Atatürk prospektinin sol hissəsindən sağ hissəsinə keçərək Gəncə şəhərində “Azərittifaq” kimi tanınan yerə doğru getməyə başlamışlar. Yolu yeni keçib səki ilə addımlayan zaman arxadan avtomobil toqquşması səsinin gəldiyini eşitmiş, yenicə geri dönmək istəyən zaman üzərlərinə avtomobilin gəldiyini görmüşlər. Onlar həmin avtomobilin onları vurmaması üçün qaçmaq istəmiş, lakin onların qaçmaq cəhdləri nəticəsiz qalmış və həmin avtomobil səkinin üzərinə çıxaraq onları vurmuş və səkinin kənarında olan təxminən 80-90 santimetrlik divara sıxışdırmışdır. Bu vaxt o, hadisənin təsiri nəticəsində nə baş verdiyini anlamamışdır. Bir müddət sonra isə ayılmışdır ki, ətrafda çoxlu insanlar və həmin şəxslər ona və Familə kömək etməyə çalışırmışlar. O, ayıldıqdan sonra X21 avtomobili onu Gəncə şəhər 3 saylı xəstəxanaya aparmışlar və o, sonradan öyrənmişdir ki, Famil də onun yanında həmin qəzada xəsarət almış və hadisə nəticəsində ölmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, yuxarıda göstərilən ünvanda ailəsilə birlikdə yaşayır. O, Gəncə Dövlət Universitetində Fizika müəllimliyi və Texniki fənnlər ixtisası üzrə təhsil alır. Zərərçəkmiş şəxs4 onun əmisi oğludur. O, gündəlik olaraq dərsdən sonra həmişə onunla birlikdə şəhər ərazisində asudə vaxtlarını gəzməklə keçirmişlər. xx.xx.2021-ci il tarixdə Qənimətə məxsus olan Kia Sorento minik markalı, ** MU *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə birlikdə Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi ərazisinə getmək qərarına gəlmişlər. Yeni Gəncə qəsəbəsi ərazisində işlərini həll etdikdən sonra Gəncə şəhəri, Ş.İ.Xətai prospekti ilə yaşadıqları evə qayıtmalı olmuşlar. Bu vaxt Qənimət avtomobillə Gəncə şəhəri, Yeni Gəncə istiqamətindən 2705-in dairəsi adlanan yerə gəlib oradan Ş.İ.Xətai prospekti ilə Dəyirmanın Dairəsi adlanan yerin yaxınlığına gedərkən,Yasəmən kimi tanıdığı yerin yaxınlığında Qənimət Ş.İ.Xətai prospekti ilə Atatürk prospektinin kəsişməsində olan işıqfora daxil olmuşdur. Qənimətin idarə etdiyi avtomobilin sürət həddi təxminən 50-55 km/saat olmuşdur. Qənimət Atatürk prospekti ilə Ş.İ.Xətai prospektinin kəsişməsinə daxil olan zaman qarşıdan VAZ 21015 ağ rəngli avtomobil sola dönmə hərəkəti yerinə yetirirmiş, lakin həmin şəxs Qənimətin düzünə istiqamətdə hərəkətdə olmağına və Qənimətə yol verməli olmağına baxmayaraq hərəkətini dayandırmayaraq Qənimətin qarşısına çıxmışdır. Qənimət idarə etdiyi avtomobili sağa doğru çəkib həmin hadisədən yayınmaq istəmiş, lakin həmin VAZ 21015 markalı avtomobil Qənimətin qarşısında sola dönmə hərəkətini yerinə yetirmək istəyən avtomobilin arxasından gözləmədən sürətlə çıxdığına görə Qənimət avtomobilini dayanma həddinə çatdıra bilməmiş və idarə etdiyi avtomobilin ön sol hissəsi ilə qarşıdan gələn və sola dönmə hərəkətini yerinə yetirən VAZ 21015 markalı avtomobilin ön sağ hissəsindən vurmuşdur. Qənimət həmin VAZ 21015 markalı avtomobili gec gördüyünə görə avtomobili saxlaya bilməmiş və avtomobili yolun sağ hissəsinə səkiyə doğru hərəkət etmiş və yenə də avtomobili dayandıra bilməmişdir. Bu vaxt səkidə piyada hərəkət edən iki nəfər orta yaşlı piyadanı avtomobilin ön hissəsi ilə vurmuş və həmin şəxslər avtomobil ilə səkinin digər tərəfində olan təxminən 80 santimetr hündürlüyündə olan hasarın arasında qalmışlar. Qənimət avtomobili geri hərəkət etdirmək istəmiş, lakin avtomobil qəzalı vəziyyətdə olduğuna görə hərəkət etməmiş, sürət qutusunu neytral vəziyyətə gətirmiş və onunla avtomobildən düşərək avtomobili geri itələmək və həmin iki nəfər şəxsi hasarla avtomobilin arasından çıxarmaq istəmiş, lakin həmin şəxslər sıxışıb qaldığına görə çıxara bilməmişlər. Ətrafda olan şəxslər onlara kömək etmiş və həmin şəxsləri oradan çıxarmış və xəstəxanaya getmişlər. Bundan sonra isə əraziyə polis əməkdaşları gəlmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş “Yolnəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan və foto şəkillərdən görünür ki, yol-nəqliyyat hadisəsi Gəncə şəhəri Ş.İ.Xətai prospekti ilə Atatürk prospektinin kəsişməsində baş vermişdir. Hadisə baş verən yol asfalt örtüklü, hamar, düz və üfüqi olmaqla hadisə baş verən zaman quru vəziyyətdə olmuşdur. Yolun hadisə baş verən hissəsinin ümumi eni 28 metr, hər iki istiqamətdə hərəkət hissəsinin eni ayrı-ayrılıqda 14 metrdir. Qarşı-qarşıya nəqliyyat axınını ayırmaq üçün uzununa nişanlama xətti, eyni istiqamətli nəqliyyat axınını ayırmaq üçün isə qırıq-qırıq xətlər vardır. Hadisə baş vermiş yolun sağ və sol kənarlarında səki və daha sonra iaşə obyektləri yerləşir. Hadisə gündüz saat 14:54 radələrində baş verməklə hava açıq olmuş, yolun hərəkət hissəsi işıqlı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 21015” markalı “** BF ***” dövlət qeydiyyat nömrə nişanlı avtomobillə yolun kəsişmə hissəsinə sola dönmə hərəkətini yerinə yetirmək üçün işıqforun yaşıl işığında daxil olmuşdur. Eyni zamanda Ş.İ.Xətai prospekti ilə düzünə istiqamətdə hərəkətdə olan digər sürücü Zərərçəkmiş şəxs4 svetoforun yaşıl işığında düzünə hərəkətini davam etdirmək üçün heç bir maneənin olduğunu müəyyən etdikdən sonra kəsişməyə daxil olan anda onun hərəkəti üçün təhlükə VAZ 21015 markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs sola dönmə hərəkətini yerinə yetirən zaman dayanmadan keçmək qadağan olduğu halda qarşıdan nəqliyyat vasitəsinin gəlibgəlməməsini dəqiqləşdirmədən hərəkətini dayandırmayaraq Zərərçəkmiş şəxs4 qarşısına çıxdığı andan yaranmış və həmin təhlükə yaranan andan vurulmaya kimi VAZ 21015 markalı avtomobil 9,5 metr məsafə qət etmişdir. VAZ 21015 markalı avtomobil ilə Kia Sorento minik markalı avtomobil toqquşduqdan sonra Kia Sorento markalı avtomobil toqquşma yerində yolun kənarəında səki ilə hərəkət edən piyadaçıya qədət qət etdiyi məsafə 14,9 metr aralıda vurulmuşdur. X1 meyidi vurulma yerində Kia Sorento markalı avtomobil ilə səkinin bitişik olduğu hasarın arasında dayanmışdır. Hadisə yerində tormoz izləri aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” haqqında xx.xx.2021-ci il tarixli, 1118/2021 nömrəli aktdan görünür ki, sürücü Təqsirləndirilən şəxs hadisə zamanı ayıq vəziyyətdə olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş məhkəmə tibbi ekspertizasının 18 oktyabr 2021-ci il tarixli 63 nömrəli rəyindən görünür ki, X1 bədənində müəyyən edilmiş xəsarətlər – qarının açıq küt travması, qaraciyərin, dalağın və sidik kisəsinin cırılması, çanaq sümüklərinin açıq sınığı, sınıq ətrafı yumşaq toxumalara qansızma: hər iki qasıq nahiyələrində böyük ölçülü əzilmiş yaraların olması. Qeyd olunan xəsarətlər həyatidir - bərk KÜT əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsvir hissəsində göstərilən tarixə, yəni xx.xx.2021-ci il tarixə uyğun gəlir və birgə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aid edilir. X1 ölümünə səbəb qarının açıq küt travması nəticəsində qaraciyərin, dalağın, sidik kisəsinin cırılması və çanaq sümüklərinin çoxsaylı sınıqlarından əmələ gələn travmatik və hemorragik şok olmuşdur. Ətraf mühit şəraitini və meyit əlamətlərini nəzərə alaraq belə hesab edir ki, ölümün müddəti meyit müayinə olunan vaxta nəzərən 2-4 saatdır. (meyitin müayinəsi xx.xx.2021-ci il tarixdə saat 17:00-da aparılmışdır. X1 meyitindən götürülmüş qanının məhkəmə-kimyəvi tədqiqatı zamanı etil spirti və narkotik maddələr aşkar edilmədi. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş məhkəmətibb ekspertizasının xx.xx.2021-ci il tarixli 1747 saylı rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs2 bədəni üzərində xəsarət müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş məhkəmətibb ekspertizasının xx.xx.2021-ci il tarixli 1791 saylı rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs3 bədəni üzərində müəyyən edilmiş xəsarətlər- alın nahiyəsinin yumşaq toxumalarının əzilməsi, burun və sol yanaq nahiyələrinin yaraları – bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2021-ci il tarixə uyğun gəlir və sağlamlığın qıza müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş məhkəmətibb ekspertizasının xx.xx.2022-ci il tarixli 296 saylı (xx.xx.2021-ci il tarixli 1781 saylı rəyə əlavə) rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər- sağ bud nahiyəsinin əzilmiş yarası – bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2021-ci il tarixə uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin edilmir. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş məhkəmətibb ekspertizasının xx.xx.2022-ci il tarixli 206 saylı rəyindən görünür ki, vətəndaş Təqsirləndirilən şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər- sol körpücük sümüyünün sınığı, sağ tərəfli Xİ qabırğanın yerinidəyişmiş sınığı, İİ bel fəqərəsinin sol köndələn çıxıntısının sınığı - bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2021-ci il tarixə uyğun gəlir və sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aid edilir. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş baş vermiş yol-nəqliyyat hadisəsinin görüntüləri olan DVD diskə baxış keçirilmiş, baxış zamanı görüntüdən müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 14:54:15 dəqiqədə Gəncə şəhəri. Ş.İ.Xətai prospekti ilə Atatürk prospektinin kəsişməsində Ş.İ.Xəati prospektində yerləşən svetoforlarda yaşıl işığın və Atatürk prospektində isə qırmızı işığın yandığı görünür. 14:54:18 dəqiqədə Ş.İ.Xətai prospektində svetoforun yaşıl işığında ilk öncə Ş.İ.Xətai prospektindən VAZ 21015 minik markalı, ** BF *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sola dönmə hərəkətini yerinə yetirdiyini, lakin qarşıdan gələn və düzünə hərəkət edən Kia Sorento minik markalı, ** MU *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin kəsişməni düzünə keçməsini gözləmədən onun qarşısına çıxır. VAZ 21015 markalı avtomobilin sürücüsü sola dönmə hərəkətini yerinə yetirən zaman hərəkətini dayandırmadığı üçün qarşıdan gələn Kia Sorento minik markalı avtomobilin sürücüsü hərəkətini məhdudlaşdıra bilmir və VAZ 21015 markalı avtomobilin ön sağ hissəsi ilə toqquşduqdan sonra yolun Ş.İ.Xətai prospektinin hissəsində yerləşən səkiyə doğru gedir. VAZ 21015 markalı avtomobil isə yerində bir dəfə fırlanaraq yolun orta hissəsində dayanır. Kia Sorento markalı avtomobil isə yolun sağ hissəsində səki ilə hərəkət edən iki nəfər piyadanın üstünə doğru gedir və onları səkinin birləşdiyi təxminən 80 sm hündürlükdə olan divara vurur. Bundan sonra ətrafda olan şəxslər oraya yaxınlaşır. Bu vaxt Kia Sorento markalı avtomobilin sürücü oturacağından və ön sağ oturacaqdan sərnişin oturacağından bir nəfər şəxsin düşdüyü görünür. Bundan sonra ətrafda olan şəxslər Kia Sorento markalı avtomobili geriyə doğru hərəkət etdirir. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Gəncə RQİ və TBŞ-dən alınmış xx.xx.2022ci il tarixli 313-1473-1222 nömrəli məktubdan görünür ki. Təqsirləndirilən şəxs xx.xx.2015ci il tarixdən xx.xx.2025-ci il tarixədək AC-618725 saylı “C” dərəcəli sürücülük vəsiqəsi verilmiş və o sürücülük hüququndan məhrum edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının 25 noyabr 2021-ci il tarixli 2947 nömrəli rəyindən görünür ki, “VAZ 21015” markalı “** BF ***” dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 76-cı maddəsinin 1-ci hissəsinin tələblərinə riayət etməklə VAZ 21015 markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobil sürücüsünün hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Kia Sorento markalı, 99MU 511 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs4 hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Gəncə avtomotoservis və ticarət müəssisəsi tərəfindən verilən xx.xx.2021-ci il tarixli rəydən görünür ki, gümüşü-metallik rəngli KİA-SORENTO markalı, ** MU *** nömrə nişanlı avtomobilə ümumilikdə 4560 manat məbləğində maddi ziyan dəymişdir. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası SHXÇDX-nin Samux ryon bölməsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs atası X2 1941-ci ildən may 1942-ci ilədək xidmət etmiş və X18 iştirakçısı olmuşdur. Zərərçəkmiş şəxsin hüquqi varisi X9 tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmişdir. O, hazırda təqsirləndirilən şəxslə barışmışdır. Onun təqsirləndirilən şəxsə qarşı həç bir şikayəti və tələbi yoxdur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün tam etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin verdiyi ifadələri, ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 263.2-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. [ Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 76-cı maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən relssiz nəqliyyat vasitəsinin sürücüsü svetaforun yaşıl işığında sola və ya geriyə dönərkən, qarşıdan düzünə və ya sağa gedən nəqliyyat vasitələrinə yol verməlidir. Təqsirləndirilən şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 76-cı maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən relssiz nəqliyyat vasitəsinin sürücüsü svetaforun yaşıl işığında sola və ya geriyə dönərkən, qarşıdan düzünə və ya sağa gedən nəqliyyat vasitələrinə yol verməli olduğu halda, həmin tələblərə əməl etməmiş və nəticədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3cü maddəsinə əsasən həmin cinayətin az ağır cinayətlər təsnifatına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, yəni yaşayış yeri üzrə onun müsbət xarakterizə olunduğunu, təyin ediləcək cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, yəni onun ailəsində yeganə qazanc gətirən şəxs olduğunu nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxsin hadisələrin təsadüfi axarı zəminində ehtiyatsızlıqdan ilk dəfə olaraq az ağır cinayət əməli törətməsini, törətdiyi əməlini səmimi etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, atasının X18 iştirakçısı olmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin hüquqi varisinə dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin ondan şikayət və tələblərinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, məhkum barəsindəki hazırki iş üzrə CM-nin 59.1.10 və 59.1.1-ci maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən üç hal (şəxsin könüllü gəlib təqsirini boynuna alması, cinayətin açılmasına fəal kömək etməsi, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması), habelə CMnin 59.1.12 və 59.1.13-cü maddələrində göstərilən cəzanı yüngülləşdirən hallar (zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması) müəyyən edilmiş, eyni zamanda Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmışdır, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbi yoxdur. Həmçinin təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar da aşkar edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla cəza təyin edilməlidir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1 və 56.1.1-ci maddələrinə görə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisələrində müəyyən edilir. İstinad edilən maddələrinin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Gəncə şəhəri probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış “VAZ 21015” markalı, 51BF788 dövlət qeydiyyat nişanlı və “Kia Sorento” markalı, 99MU511 dövlət qeydiyyat nişanlı avtomobilin sahiblərinə qaytarılması nəzərə alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinin tələbləri baxımından məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 100 (bir yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən məhkum Təqsirləndirilən şəxs məhkəmədə 12 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X5, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla 72 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış “VAZ 21015” markalı, 51BF788 dövlət qeydiyyat nişanlı və “Kia Sorento” markalı, 99MU511 dövlət qeydiyyat nişanlı avtomobilin sahiblərinə qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə xərclənmiş 100 (bir yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Gəncə şəhəri probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə müdafiəçi X4 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) Azərbaycan Respublikasının Dövlət Büdcəsindən 72 (yetmiş iki) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə, müddətin başa çatdığı gündən sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №1(044)-116/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-116/2022
31.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver