Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-117/2021 26.05.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X5 iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli,Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Tabeliyində Əmlak Məsələləri Dövlət Xİdməti yanında Layihə Tədqiqat Mərkəzində mühəndis vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri, Nizami rayonu,Yeni Gəncə qəsəbəsi,bina 17,ev 33 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 12.11.2020-ci il tarixdə “Covid-19” virusu ilə bağlı test analizi verməklə 15.11.2020-ci il tarixdən testin nəticəsinin pozitiv,yəni yeni növ virusu yaymaq təhlükəsi olmasını bilə-bilə xüsusi karantin rejiminə əməl edərək həmin müddəti evdə keçirməli olduğu halda 15.11.2020-ci il tarixdən 29.11.2020-ci il tarixlərdə müxtəlif vaxtlarda və müxtəlif yerlərdə yaşadığı Gəncə şəhəri,Yeni Gəncə qəsəbəsi,bina 17,mənzil 33 ünvanında yerləşən yaşayış evini qanunsuz olaraq tərk edib qeyd olunan tarixlərdə dərman almaq məqsədilə Gəncə şəhərində yerləşən müxtəlif apteklərə gedərək, orada tanımadığı şəxslərlə təmasda olmaqla epidemiya əleyhinə, eləcə də karantin rejimini kobud surətdə pozub yeni növ koronavirus infeksiyasının yayılması üçün real təhlükə yaratmışdır. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirmişdir ki, 2018-ci il tarixdən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Tabeliyində Əmlak Məsələləri Dövlət Xidməti Yanında Layihə Tədqiqat Mərkəzində mühəndis vəzifəsində işləyir. 12 noyabr 2020-ci il tarixdə Covid-19 infeksiyasına yoluxub-yoluxmamağı barədə analiz vermişdir. Həmçinin onunla birlikdə atası X6, anası X7 və arvadı X10 da eyni gündə analiz vermişlər. Onların ailəsində hamısının analizlərinin cavabı 15 noyabr 2020-ci il tarixdə pozitiv çıxmışdır. X12 səhhəti yaxşı olmadığından həkimlər onu xəstəxanaya yerləşdirmişlər. Atası, özü və arvadı isə ev şəraitində müalicə almağa davam etmişlər. Sahə həkimi Şahid1 15 noyabr 2020-ci il tarixdən 29 noyabr 2020-ci il tarixədək istifadəsində olan ***- ***-**-** nömrəli mobil telefondan, onun istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsinə hər gün zəng edib xəstəliyinin necə olması və evdən bayıra çıxmamağını, əgər çıxarsa qanun qarşısında məsuliyyət daşımağı barədə məlumat vermişdir. Lakin, 21 noyabr 2020-ci il tarixdə anasının səhhəti ağırlaşmışdır. Anasına “Elfloksin” dərmanını almaq lazım olmuşdur. İki qardaşı var və həmin vaxt qardaşı Bəhruz Kazımov hərbiçi olduğundan Vətən müharibəsində olmuşdur. X19 isə işləri ilə əlaqədar Bakı şəhərində olmuşdur. Ona görə də məcbur qalıb 22 noyabr 2020-ci il tarixdə saat 10:00-da yaşadığı evini tərk edib, aptekdən “Elfloksin” dərmanını alaraq aparıb xəstəxanada olan anasına vermişdir. Evdən bayıra çıxan zaman tibbi maskadan istifadə etmişdir. Həmçinin ara məsafəsini də saxlamışdır. Dərmanı anasına verdikdən sonra isə yaşadığı evinə qayıtmışdır. Sonra tanımadığı telefon nömrəsindən istifadəsində olan telefon nömrəsinə zəng gəlmiş və polis əməkdaşı olmağını bildirdikdən sonra yaşadığı evini tərk edibetməməyini soruşmuşdur. Həmin vaxt polis əməkdaşı Şahid2 nə deməyini dəqiq xatırlamır. 15 noyabr 2020-ci il tarixdən 29 noyabr 2020-ci il tarixədək olan müddət ərzində anasına dərman almaq məqsədilə təxminən 3-4 dəfə xatırlamadığı tarixlərdə məcbur olaraq gedib Gəncə şəhərinin daxilində yerləşən müxtəlif apteklərdən müxtəlif vaxtlarda dərman alıb aparıb xəstəxanada müalicə alan anasına vermişdir. Samux, Göygöl və Şəmkir rayonlarının ərazilərində olmamışdır. Lakin, 3 və ya 4 dəfə anasına dərman almaq məqsədilə məcbur olaraq yaşadığı evi tərk edib Gəncə şəhərində yerləşən müxtəlif apteklərdən dərman almışdır. Göstərilənləri nəzərə alaraq məhkəmədən ona cərimə növündə cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, o, 2013-cü ildən X14, tutuduğu vəzifədə isə, yəni Gəncə şəhər Nizami rayon polis idarəsinin ictimai təhlükəsizlikbölməsinin baş inspektoru vəzifəsində 2019-cu il tarixdən işləyir. ünvan 4 ünvanında qeydiyyatda olan xx.xx.1986-cı il təvəllüdlü Təqsirləndirilən şəxs Covid-19 infeksiyasına yoluxaraq ev şəraitində müalicə almağa başlamışdır. Covid-19 infeksiyasına yoluxmuş bölgələr üzrə yaşayış yerini tərk edən şəxslərin statistik məlumatlarının siyahısında Təqsirləndirilən şəxs 22 noyabr 2020-ci il tarixdə saat 10:00-da özbaşına yaşadığı ərazidən 18,4 km məsafayə Samux rayonunun Sarıqamış kəndinə getməsi göstərilmişdir. Həmin məlumatı bildikdən sonra Təqsirləndirilən şəxs istifadəsində olan ***- ***-**-** saylı mobil nömrəsi ilə əlaqə saxlamışdır. Təqsirləndirilən şəxs telefon vasitəsilə danışan zaman yaşadığı ünvanı tərk edərək ərzaq mağazasına getməyini bildirmişdir. Təqsirləndirilən şəxs Epidemiya əlehinə rejimin, sanitariya-gigiyena və karantin rejimini pozduğu üçün bu barədə raportla məruzə etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, 1982-ci il tarixdən tibb sahəsində həkim işləyir. Gəncə şəhəri 2 nömrəli poliklinikada isə 1989-cu il tarixdən sahə həkimi işləyir. Təqsirləndirilən şəxs ona təhkim olunmuş 21-ci sahədə yaşayır. Təqsirləndirilən şəxs 12 noyabr 2020-ci il tarixdə Covid-19 infeksiyasına yoluxub-yoluxmaması barədə analiz vermişdir. Onun Covid-19 analizinin cavabı 15 noyabr 2020-ci il tarixdə pozitiv olmuşdur. Ona görə də həmin tarixdə tərəfindən Təqsirləndirilən şəxs ambulator xəstənin tibbi kartası və xəstəlik vərəqəsi açılmışdır. Təqsirləndirilən şəxsla barəbər onun atası X6, həyat yoldaşı X10 və anası X7 da həmin infeksiyaya yoluxmuşlar. Təqsirləndirilən şəxs anası xəstəxanda, həyat yoldaşı, atası və özü isə ev şəraitində müalicə almışlar. İstifadəsində olan ***-***-**-** nömrəli mobil telefonundan Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı telefonuna 15 noyabr 2020-ci il tarixdən 29 noyabr 2020-ci il tarixədək hər gün zəng edib xəstəliyinin necə olması və evdən bayıra çıxmaması, əgər çıxarsa qanun qarşısında məsuliyyət daşıması barədə məlumat vermişdir. 24 noyabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs səhhəti ilə zəng edib maraqlanmışdır. Təqsirləndirilən şəxs həmin vaxt ona 22 noyabr 2020-ci il tarixdə səhər saatlarında evindən çıxıb marketə bazarlıq etmək üçün getməyini və polis sahə rəisinin də onun yaşadığı evini tərk etməsi barədə ona iradlarını bildirməsini demişdir. Çingizə polis sahə rəisinin düzgün irad bildirdiyini bildirmişdir. Həmçinin özü də Təqsirləndirilən şəxs öz iradını bildirmiş və ona “sən Covid-19 infeksiyasına yoluxmuş şəxsən, mən də sənə hər gün zəng edib deyirəmki, evdən bayıra çıxmaq olmaz, sən nə üçün evdən bayıra çıxıb Covid-19 infeksiyasının yayalmasında insanlar üçün təhlükə yaradırsan” demişdir. Çingiz isə heç nə deməmişdir. 29 noyabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs tam sağalmış və ona görə də onun xəstəlik vərəqəsini bağlamış və onun adı Covid-19 infeksiyasına yoluxmuş şəxslərin siyahısından çıxarılmışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Gigiyena və Epidemioloji Mərkəzinin 03 dekabr 2020-ci il tarixli, 4249 nömrəli məktubundan görünür ki, Gəncə şəhəri Yeni Gəncə qəsəbəsi bina 17, mənzil 33-də qeydiyyatda olan 1986-cı il təvəllüdlü və “X21 və Tədqiqat Mərkəzin”-də işləyən Təqsirləndirilən şəxs 15.11.2020-ci il tarixdə “COVİD-19” virusuna yoluxmasına görə Gigiyena və Epidemioloji Mərkəzində qeydiyyata götürülmüşdür. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş 08.02.2021-ci il tarixli “baxışın aparılması haqqında” protokoldan və CD diskə əlavə edilmiş məlumatlardan məlum olur ki, Təqsirləndirilən şəxs məxsus və istifadəsində oaln ***-***-**-** telefon danışıqlarına dair məlumatın əldə olunmasında ***-***-**-** saylı mobil telefon nömrənin 15.11.2020-ci il tarixdə saat 09:31-də Göygöl rayonunun Nadel kəndində,15.11.2020-ci il tarixdə saat 09:46-da ünvan 5 ünvanında,15.11.2020-ci il tarixdə saat 10:06-da Şəmkir rayonu Könüllü kəndində,15.11.2020-ci il tarixdə saat 13:09-da Gəncə şəhəri 4-cü mkr,15 nömrəli binada,22.11.2020-ci il tarixdə saat 11:16-da Samux rayonu, Sarıqamış kəndində,22.11.2020-ci il tarixdə saat 13:42-də Gəncə şəhəri Bayan küçəsi,ev 108A ünvanında,22.11.2020-ci il tarixdə saat 21:53-də ünvan 8.2020-ci il tarixdə saat 13:13-də Gəncə şəhəri Bayan küçəsi,ev 108A ünvanında,24.11.2020-ci il saat 12:17-də Şəmkir rayonu,Könüllü kəndində,25.11.2020-ci il tarixdə saat 11:01-də əncə şəhəri Bayan küçəsi,ev 108A ünvanında,25.11.2020-ci il tarixdə saat 11:31-də Samux rayonu,Sərkar kəndində,25.11.2020-ci il tarixdə saat 12:18-də Gəncə şəhəri Bayan küçəsi,108A ünvanında,28.11.2020-ci il tarixdə saat 17:12-də Samux rayonu,Sarıqamış kəndində,29.11.2020-ci il tarixdə saat 17:12-də ünvan 13 ünvanında olması görünür. İş materiallarında olan “koronavirusinfo.az” internet səhifəsindən “Covid-19” virusu haqqında məlumatların və həmin virusa qarşı profilaktiki tədbirlərin X9 və Azərbaycan Respublikasının İcbari Tibbi Siğorta üzrə Dövlət Agentliyi tərəfindən sistemləşdirilmiş Tibb işçiləri üçün müvəqqəti rəhbərlikdən aydın olur ki, mövcud sübutlar “Covid-19” virusunun insanlar arasında yaxın təmas və hava-damcı yolu ilə ötürüldüyünü göstərir. Xəstəylə təmasda olan və ya xəstəyə qulluq edənlər arasında yoluxma riski ən yüksəkdir. “COVİD- 19” virusu təsdiqlənmiş xəstələrə 14 gün ev izolyasiyası tədbiq edilir. Müvafiq xəstəliyin inkubasiya dövrü 14 günədək ola bilər. Xəstə monitorinq müddətini evdə keçirməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların hərbi hissə komandiri tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs qardaşı X8 xidməti döyüş tapşırığının icrası ilə əlaqədar ezamiyyətdə olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilənAzərbaycan Respublikası Medalının Vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs qardaşı X8 Azərbaycan Respublikası Prezidenti tərəfindən “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Gəncə şəhəri İcra hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat X13 üzrə Xidmət Sahəsi tərəfindən verilmiş 16.03.2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi 1951ci il təvəllüdlü atası X1, 1958-ci il təvəllüdlü anası X2 və 1995-ci il təvəllüdlü arvadı X3 ibarətdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Gəncə şəhəri İcra hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat X13 üzrə Xidmət Sahəsi tərəfindən verilmiş 16.03.2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayətin tərkibi vardır. Təqsirləndirilən şəxsin cinayət əməlini təqsirli olaraq törətməsi özünün etirafedici ifadəsi və şahidlərin ifadələri ilə yanaşı iş materiallarındakı istintaq və digər prosessual hərəkətlərin protokolları və sənədlərlə tam şəkildə öz təsdiqini tapmışdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 08.12.2020-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; - 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; - 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını,himayəsində 70 yaşlı atasının, 63 yaşlı anasının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, qardaşı X4 İİ Qarabağ döyüşlərinə xidməti döyüş tapşırığı ilə əlaqədar olaraq ezam edilməsini, qardaşının “hərbi xidmətlərə görə” medalı ilə Azərbaycan Respublikası Prezidenti tərəfindən təltif edilməsini onun cəzasını yüngülləşdirən hallar hesab edir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların isə olmamasını, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olmasına və onun ailəsinin həyat şəraitinə təsirini, eləcə də işin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1-ci maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəza təyin olunacağı təqdirdə təmin edilə bilər, bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən müdafiəçi X5 məhkum Təqsirləndirilən şəxs məhkəmədə 8 saat dövlət hesabına göstərdiyi hüquqi yardıma görə işlədiyi Gəncə şəhər 1 saylı Vəkil Bürosuna, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərilmiş hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla 48 manat məbləğində pul Azərbaycan Respublikası Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut –1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirli bilinib 2500 (iki min beş yüz) manat cərimə cəzasına məhkum edilsin. Cəzanın icrası Gəncə şəhəri Probasiya İdarəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə müdafiəçi X5 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab №AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) Azərbaycan Respublikasının Dövlət Büdcəsindən 48 (qırx səkkiz) manat məbləğində pul ödənilsin. İş üzrə maddi sübut –1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Həmin müddət ərzində apelyasiya protesti və ya apelyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №1(044)-117/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-117/2021
26.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver