Məhkəmə qərarları › İş №1(044)-117/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(044)-117/2022

20.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(044)-117/2022 20.04.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin məsləhətçisi (məhkəmə iclas katibi) Yediyarova Zeynəb Fərman qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə şəhər 1saylı Vəkillər Bürosunun vəkili X1, iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, sahibkar, məhkum olunmamış, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, bina 10, mənzil 36-da qeydiyyatda olan və ünvan 1 ünvanda yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM-in) 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icrat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2, 04.03.2022-ci il tarixdə saat 12:00 radələrində Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, 10 saylı binanın yaxınlığında yerləşən “Vüqar” adlı mağazada ər-arvad münasibətində yaşadığı keçmiş arvadı Zərərçəkmiş şəxs ilə şəxsi münasibət zəminində aralarında baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs başından və bədənindən müxtəlif yerlərindən əl-ayaq zərbələri ilə qəsdən vurmaqla sağ qulaq seyvanının hematoması, əzilməsi, alt çənə, sağ kürəküstü, sağ bazu nahiyyələrinin qançırları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa Yüngül dərcəli xəsarət yetirməklə Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında bildirdi ki, o, zərərçəkmiş Zərərçəkmiş şəxs və övladları ilə birlikdə yaşayır. 2007-ci ildə Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuşdur. Həmin nikahdan övladları dünyaya gəlmişdir. 2018-ci ildə boşanmalarına baxmayaraq hər iki övladına görə barışıb birlikdə yaşamağa başlamışlar, lakin barışıqlarını rəsmiləşdirməmişlər. Zərərçəkmiş şəxs birlikdə olduqları müddətdə ev işlərinə səhlənkar olmuş, gününün böyük hissəsini anası ilə telefonla danışmaqla keçirmişdir. Zərərçəkmiş şəxs xadiməçi işləyir və işdən kənar vaxtlarda Təqsirləndirilən şəxs məxsus Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi 10 saylı binanın yaxınlığında yerləşən “Vüqar” adlı marketdə kserekopiya aparatından müraciət edənlərə surət çıxarmaqla məşğul olur. Zərərçəkmiş şəxs yalan danışdığı üçün aralarında mübahisə baş vermiş, beləliklə 20.04.2022-ci il tarixdə saat 12 radələrində marketdə olan zaman kserekopiya ilə bağlı müraciət edənlərə Əminə yalan danışaraq Vüqarın olmadığını mütəmadi olaraq yalan danışaraq müştəriləri uzaqlaşdırdığını söylədikdə Zərərçəkmiş şəxs cavab qaytarıb hörmətsizlik etdiyi üçün əl zərbəsi ilə Zərərçəkmiş şəxs sifətindən vurmuşdur. Zərərçəkmiş şəxs isə səhvini dərk etmək əvəzinə özündən çıxaraq nalayiq sözlər söyləmişdir. Həmin vaxt anası Əzilə Aslanova mağazada onları sakitləşdirməyə çalışdıqda Zərərçəkmiş şəxs baş verənlərdə onu günahlandırmışdır. Əminə onun ünvanına nalayiq sözlər söylədiyi üçün əsəbiləşib özündən çıxaraq əl zərbəsi ilə Əminəni başından vurmuş, sonra isə əlləri ilə bir neçə dəfə vurmuşdur. Həmin vaxt əsəbi olduğu üçün Əminəni dəqiq olaraq hansı nahiyyəsindən vurduğunu xatırlamır. Mübahisə təxminən 10 dəqiqə davam etmişdir. O, hazırda zərərçəkmiş Zərərçəkmiş şəxs ilə barışmışdır, barəsində olan cinayət işinə xitam verilməsini xahiş etdi. Zərərçəkmiş Zərərçəkmiş şəxs Gənəcə şəhəri 6 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş ərizəsindən görünür ki, o, hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur, ona görə də təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. İstintaqda verilmiş və məhkəmə iclasında tədqiq edilmiş edilmiş Zərərçəkmiş şəxs ifadəsindən görünür ki, 2007-ci ildə Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuşdur. Həmin nikahdan övladları dünyaya gəlmişdir. 2018-ci ildə boşanmaqlarına baxmayaraq hər ikisi övladlarının xətrinə barışıb birlikdə yaşamağa başlamışlar. Münasibətləri normal olmasına baxmayaraq son zamanlar Təqsirləndirilən şəxs ondan qohumlarından pul tapmasını tələb etmişdir. Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi 10 saylı binanın yaxınlığında yerləşən “Vüqar” adlı marketdə 04.03.2022-ci il tarix saat 12 radələrində Vüqar təkrar pul tapıb gətirməyi istədikdə sonuncu etiraz etdiyi üçün aralarında mübahisə baş vermişdir. Mübahisə zamanı Vüqar kobud danışdıqda ona cavab qaytardığı üçün Təqsirləndirilən şəxs mağazanın içində Zərərçəkmiş şəxs əl zərbəsi ilə dabşından vurmuş, sonra isə əlləri ilə saçlarından tutub yerə yıxmışdır və yerdə olan zaman təpik zərbələri kürəyindən , sağ çiynindən və başından qəsdən vuraraq xəsarət yetirmişdir. Mübahisə zamanı Təqsirləndirilən şəxs anası X4 mağazada olmuş anbara gəldikdə baş verənlərin şahidi olmuşdur. İstintaqda verilmiş və məhkəmə iclasında tədqiq edilmiş edilmiş şahid X3 ifadəsindən görünür ki, Dadaşov Təqsirləndirilən şəxs Əminə Yusif qızı ilə ər-arvad münaibətində övladları ilə birlikdə yaşayırlar, Əminə xadiməçiliklə məşğul olur, həmçinin boş vaxtlarında “Vüqar” mağazasında kresekopiya aparatında müştərilərin təqdim etdiyi sənədlərin surətini çıxardır. 04.03.2022-ci il tarixdə Vüqar ilə Əminə arasında Əminənin zəng edib gəlmək istəyən müştərilərə yalan danışaraq müştəriləri uzaqlaşdırmasına görə mübahisə baş vermişdir. Mübahisə zamanı Əminə və Vüqar mağğazanın içində yerləşən kiçik anbara getmişlər, o, anbara gedərkən Vüqarın Əminəni əl zərbəsi ilə başından vurduğunu. Əminə yerdə olan zaman əl-ayaq zərbəsi ilə bir-iki dəfə vurub döyüdüyünü görmüşdür. , Baş vermiş mübahisə zamanı orada özü, Əminə və Vüqardan başqa heç kim olmamış, mübahisə ani bir anda baş vermiş və 5-10 dəqiqə çəkmişdir. Əminə evə gedəcəyini deyib mağazadan çıxmışdır. Məhkəmədə tədqiq edilmiş və işdə olan məhkəmə tibb ekspertizasının 12.03.2022ci il tarixli 225 saylı rəyindən görünür ki, 1990-cı il təvəllüdlü Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarət – sağ qulaq seyvanının hematoması, əzilməsi, alt çənə, sağ kürəküstü, sağ bazu nahiyyələrinin qançırları-bərk küt əşyanın (əşyalarının) təsiri nəticəsində əmələ gəlməsi, qərarın təsviri hissəsində göstərilən tarixdə, yəni 04.03.2022-ci il tarixdə əmələ gələ bilməsi, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilməsi müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında bilavasitə tədqiq edilən, biri-digərini tamamlayan sübutlar əsasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs, 04.03.2022-ci il tarixdə saat 12:00 radələrində Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, 10 saylı binanın yaxınlığında yerləşən “Vüqar” adlı mağazada ər-arvad münasibətində yaşadığı keçmiş arvadı Zərərçəkmiş şəxs ilə şəxsi münasibətzəminində aralarında baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs başından və bədənindən müxtəlif yerlərindən əl-ayaq zərbələri ilə qəsdən vurmaqla sağ qulaq seyvanının hematoması, əzilməsi, alt çənə, sğ kürəküstü, sağ bazu nahiyyələrinin qançırları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa Yüngül dərcəli xəsarət yetirməklə Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs törətdiyi cinayət əməli CM-in128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işə əlavə edilmiş zərərçəkmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur, ona görə də təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işə əlavə edilmiş Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, o, hazırda zərərçəkmiş Zərərçəkmiş şəxs ilə barışmışdır, barəsində olan cinayət işinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməklə cinayət təqibinə xitam verilməlidir. Məhkəmə iclasında elan edilmiş və işdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsindən alınmış 14.03.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Azərbaycan Respublikası CM-in 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CM-nin 10.4-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və həmin əmələ görə cəza müəyyən edən, cəzanı ağırlaşdıran, yaxud cinayət törətmiş şəxsin vəziyyətini başqa cür ağırlaşdıran cinayət qanununun geriyə qüvvəsi yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-nin 73.2-ci maddəsi tətbiq olunmaqla barəsində olan sadələşdirilmiş icraat materiallarına xitam verilməsini məhkəmə mümkün hesab edir. Beləliklə, məhkəmədə işə baxılarkən aydın olmuşdur ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə Təqsirləndirilən şəxs, həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət təqibinə xitam verilməlidir. İş üzrə maddi sübut, mülki iddia, ekspertiza xərci və müsadirə tətbiq ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 37.4, 43.1.2, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə Təqsirləndirilən şəxs, həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və barəsində cinayət təqibinə xitam verilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddətbaşa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar