Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(044)-118/2022 10.05.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Kazımov Rasim Sarı oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Əliyev Nicat Şirzad oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X2 və cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1990-cı ildə Goranboy rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Goranboy rayounun Erkəc kəndində qeydiyyatda olan, Gəncə şəhəri, Gülüstan qəsəbəsi, Qəmərl küçəsi yeni həyət evində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 08 mart 2022-ci il tarixdə saat 16-30 radələrində yaşadıqları Gəncə şəhəri Gülüstan qəsəbəsi Qəmərli küçəsi yeni həyət evində qeyri rəsmi ər avrad münasibətində olduğu Zərərçəkmiş şəxs ilə ailə münasibətləri zəminində aralarında baş vermiş mübahisə zamanı sonuncunu ona mobil telefonu vermək istəməməsi səbəbindən qəsdən əli zərbəsi ilə vuraraq sol yanaq və alt çənə nahiyələrinin qançırları kimi sağlamlığa zərər vurmayan xəsarətləri, sol gözün ağlı qışasına qansızma ilə müşayət olunan sol gözətrafı nahiyənin qançır-zəif şişkinliyi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa "Yüngül" zərər vurmaya, sol əlin İ daraq sümüyünün sınığı sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa "Az Ağır" zərər vurmaya aid edilən bədən xəsarətləri yetirməklə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuşdur. Cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahid ifadələri, ekspertiza rəyi, eləcə də işdə olan və tədqiq olunan işin digər materialları ilə aşağıdakı qaydada tamamilə sübuta yetirilmişdir. Məhkəmə iclasında cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Gəncə şəhəri Qəmərli küçəsində yeni həyət evlərində ailə üzvlərilə birlikdə yaşayır Zərərçəkmiş şəxs ilə 2013-cü ildə ailə qurmuş, rəsmi nigaha daxil olmayıblar. 3 az yaşlı övladları vardır. Fərqanə ilə normal münasibətləri vardır 06.03.2022-ci il tarixdə Fərqanə ona Bakı şəhərinə anası evinə gedib görüşmək istədiyini demiş, ona etiraz etməmiş və müəyyən ərzaqları almış anası evinə qızı Diləklə birlikdə Bakı şəhəri Qobustan qəsəbəsinə yola salmiş, həmin vaxt 18 manat avtobusa bilet üçün, əlavə olaraq 20 manat da Fərqanənin özünə vermişdir. Fərqanəni yola salan zaman isə evdə qalan 2 az yaşlı uşaqla olan vəziyyətə görə gedib tez qayıtmasını bildirmişdir. 07.03.2022-ci il tarixdə Fərqanəyə zəng edib uşaqların narahat olduqlarını demiş bir az tez qayıdıb gəlməsini demişdir. Həmin gün saat 17-30 radələrində Fərqanə Gəncə şəhərinə qayıtmış özü onu qarşlayıb evə gətirmişdir. Həmin vaxt Fərqanə anası evindən tez qayıtmasına görə bir az incimişdir. Həmin gün aralarında heç bir söz söhbət olmamışdır. 08.03.2022-ci il tarixdə saat 14 radələrində evə tez gəlmiş həmin vaxt Fərqanənin evin həyətində findıq ağacının altında oturub əlində telefonla kiminləsə yazışdığını görmüş, Fərqanəni ona yemək verməsi üçün evə çağırmış Fərqanə evə gəlmiş lakin başının ağrımasını əsas gətirib ona yemək verməmişdir. Həmin vaxt əlində olan telefonla yazışması onu narahat etdiyindən telefona baxmaq üçün istəmiş, lakin Fərqanə telefonu verməmiş qayıdıb həyətə çıxmışdır. Həmin vaxt anası Sevil mətbəxdə olmuş və onların söhbətindən xəbəri olmamışdır. Fərqanənin arxasınca həyətə çıxmış və yenə mobil telefonunu ondan tələb etmişdir. Fərqanə yenə israrla telefonu vermədiyindən əsəbləşmiş və onun sol sifət nahiyəsinə əli ilə vurmuş və telefonu əlindən almağa çalışmış həmin vaxt anası Sevil həyətə çıxmış və Fərqanəni vurduğuna görə onu danlamışdır. Sonra Fərqanə evə girib öz otağına getmiş evdə yemək yemiş sonra çıxıb işə getmişdir 09.03.2022-ci il tarixdə isə səhər tezdən çıxıb işə getmiş, həmin gecə işlə bağlı evə gələ bilməmişdir. 10.03.2022-ci il tarixdə saat 09 radələrində Fərqanə onun telefonuna mesaj yazıb evdən çıxıb gedəcəyini və uşaqları istəmədiyini bildirmişdir. Anası Sevilə zəng edib bu barədə məlumat vermiş və Fərqanəyə desin ki, gözləsin gəlib özü onu yola salaram sözlərini demişdir. Həmin gün saat 15 radələrində evə gələn zaman isə Fərqanəni evdə görməmiş və anası Sevil Fərqanənin pəncərədən düşüb getdiyini bildirmişdir. Bundan sonra Fərqanəni görməmişdir. Fərqanənin sol sifət nahiyəsinə əli ilə vuraraq xəsarət yetirmiş sol əlinin baş barmağını isə əlindən telefonu almaq isyətən zaman sındırmışdır. Etdiyi hərəkətə görə peşman olmuş və Zərərçəkmiş şəxs ilə barışaraq ona dəymiş ziyanı tam ödəmişdir. Hazırda Zərərçəkmiş şəxs ondan hər hansı şikayət və tələbi yoxdur. Məhkəmədən ifadəsində göstərdiklərinin nəzərə alınmasını xahiş edir. İbtidai istintaq zamanı verdiyi İfadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təxminən üç ildir ki, Gəncə şəhəri Gülüstan qəsəbəsi Qəmərli küçəsində yeni həyət evlərində ailə üzvləri ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs ilə 2013-cü ildə ailə qurmuş, rəsmi nigaha daxil olmasalarda, hazırda 3 az yaşlı övladları vardır. 2021-ci ilin iyun ayından anasi evinə getməmişdir. Ona görədə 05.03.2022-ci il tarixdə Vüsaldan 2 günlük Bakı şəhəri Qaradağ rayonu Qobustan qəsəbəsində yaşayan anası evinə geməsinə icazə verməsini xahiş etmiş, Vüsal razılıq vermiş və 06.03.2022-ci il tarixdə Bakı şəhərinə anası evinə getmişdir. Həmin vaxt Vüsal özü onu yola salmış və 18 manat avtobus pulu 20 manat isə özünə vermişdir. Getdikdən cəmi bir gün sonra Vüsal ona zəng edərək uşaqların evdə naratçılıq yaratmasını əsas gətirərək qayıdıb gəlməyini tələb etmişdir. Vüsala etiraz etməmiş və qayıdıb Gəncə şəhərinə gəlmişdır. Vüsal özü onu qarşılayan zaman onunla kobud rəftar etməsini hiss etmiş lakin ona bir kəlmə əgər belə olacaqdırsa gərək uşaqlarıda özü ilə aparmağa imkan verərdin sözlərini demişdir. Sonra evə gəlmişlər və evdə qaynanası Sevil də onu atmacalı sözlərlə qarşılamış, lakin ona cavab verməmişdir. Həmin gün elə bir hadisə olmamişdir. Lakin 08.03.2022-ci il tarixdə 16-30 radələrində evdə olan zaman Vüsal onu təhqir etməyə başlamış ondan təhqir etməsinin səbəbini soruşmuş Vüsal anası evindən qayıdan zaman əliboş gəlməsinə əsəbləşdiyini bildirmişdir. Vüsalın onun ailəsi haqqında dediklərini sinirə bilməmiş və ona ayıbdır ağzının danışığına fikir ver sözlərini demişdir. Onun bu sözündən sonra Vüsal özündən çıxmış və evin içərisində sol sifət nahiyəsinə yumuruqla vuraraq döymüşdür. Həmin vaxt ani olaraq huşunu itirmiş, özünə gələn kimi qaçıb həyətə çıxmış və evin həyətində olan çarpayının üzərində oturmuşdur. Aradan 2 dəqiqə keçmiş Vüsal onun arxasınca gəlmiş və məcbur evə qaytarmaq istəmiş, həmin vaxt evə qayıtmaq ismədiyini desə də Vüsal başa düşməmiş və hər iki əlindən tutub sürüyüb evə qaytarmağa çaılışmış, həmin vaxt sol əlinin baş barmağını Vüsal sındırmışdır. Vüsal onu evə gətirib yenə də döymüşdür. Həmin vaxt qaynanası Sevil onu Vüsalın döyməsinə sevinən kimi olmuş və sonradan gəlib Vüsalı ondan ayırmışdır. Sonra öz otağına keçmiş otağında olan zaman Vüsal arxasınca gəlmiş və mobil telefonunu əlindən almışdır ki, zəng edib anası evinə bu barədə məlumat verə bilməsin. Həmin gün Vüsal evdən çıxıb getmiş evə gəlməmişdir. Sonra öz telefonunu tapıb götürmüşdür. Vüsalın və qaynanası Sevilin ona getməyə imkan verəməyəcəyini bilmiş ona görə 10.03.2022-ci il tarixdə evin pəncərəsindən düşüb qaçmış və polisə gəlib ərizə yazmışdır. Aldığı xəsarətlərin dərəcəsini müəyyən etmək üçün MTEdən keçmək istəyir. Vüsalı onu döyməsini qaynanası Sevil görmüşdür. Məhkəmə iclasında Şahid Əli qızı ifadəsində göstərmişdir ki, Gəncə şəhəri Qəmərli küçəsi yeni həyət evində ailə üzvlərilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs onun oğludur. Zərərçəkmiş şəxs isə gəlinidir. münasibətlərimiz normaldır. Lakin Fərqanə anası evi ilə əlaqə saxlayan kimi evdə olan münasibətləri pozulur. Evlərində narahatçılıq yaranır. 05.03.2022-ci il tarixdə Fərqanə ona anası evinə gedib 1-2 gün qalmaq istədiyini bildirmiş, Fərqanəyə etiraz etməmiş, əri Vüsala desin icazə verirsə getsin demişdir. Vüsal Fərqanəyə icazə verəndən sonra həyətində olan toyuqlarından kəsməyi məsləhət görmüş lakin Fərqanə onlarda həyət beçələri yeyilmədiyini deyərək istəməmişdir. Vüsala isə bazara gedib göy göyərti almağı tapşırmış ki, Fərqanə anası evinə aparsın. 06.03.2022-ci il tarixdə Vüsal özü Fərqanəni uşağı ilə birlikdə Bakı şəhərinə avtobusla yola salmışdır. Fərqanə gedəndən sonra digər iki az yaşlı nəvələri narahatçılıq yaratdığından Vüsal Fərqanəyə zəng edib evə çağırmış və 07.03.2022-ci il tarixdə Fərqanə evə qayıtdıqdan sonra hər şey qaydasında olmuş, 08.03.2022-ci il tarixdə isə nə baş verdiyini bilməmiş Fərqanə onu danışdırmamışdır. Həmin gün saat 16-30 radələrində mətbəxdə olan zaman həyətdə səs eşitmiş və həyətə çıxan zaman Vüsalla Fərqanənin mübahisə etdiklərini və Vüsalın Fərqanənin əlindən telefonunu almaq istəməsini görmüş, lakin Fərqanə telefonu verməmiş, Vüsalı Fərqanəni döyməsinə görə danlamış, sonra evə girmişlər evdə isə Fərqanə öz otağına getmişdir. Mətbəxə keçib yemək hazırlamağa başlamışdır. Vüsal yemək yedikdən sonra evdən çıxıb işə getmişdir 09.03.2022-ci il tarixdə gün ərzində normal işlərini görmüşlər. 10.03.2022-ci il tarixdə uşaqları məktəbə yola salandan sonra Vüsal ona zəng edib Fərqanənin ona mesaj yazaraq getmək istədiyini bildirməsini demiş və Fərqanəyə desin getməsin gəlib özü yola salacaqdır. Bu barədə Fərqanəyə demişdir. Lakin sonra otağa baxan zaman Fərqanənin ona demədən pəncərədən düşüb çıxıb getdiyini görmüşdür. Vüsalı Fərqanəni döyməsinə sevinməmiş əksinə Vüsalı danlamışdır. Məhkəmə iclasında tədqiq edilən və iş materiallarında olan Azərbaycan Respublikası “Məhkəmə-Tibbi Ekspertiza və X3” Publik Hüquqi şəxs Birliyin Qaradağ rayon şöbəsinin 15.03.2021-ci il tarixli, 158 nömrəli «canlı şəxsin ekspertizası» rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı bədən səthində aşkar edilmiş xəsarətlər sol gözün ağlı qışasına qansızma ilə müşayət olunan sol gözətrafı nahiyənin qançır-zəif şişkinliyi, sol əlin İ daraq sümüyünün sınığı, sol yanaq və alt çənə nahiyələrinin qançırları - bərk küt əşya (əşyalar) təsirindən, müayinədən 3-5 gün əvvəl, qərarın təsviri hissəsində göstərilən 08.03.2022-ci il tarixdə və şəraitdə törənmələri mümkündür və dərəcələrinə görə sol gözün ağlı qışasına qansızma ilə müşayət olunan sol gözətrafı nahiyənin qançır-zəif şişkinliyi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa "Yüngül" zərər vurmaya, sol əlin İ daraq sümüyünün sınığı sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa "Az Ağır" zərər vurmaya aiddirlər, sol yanaq və alt çənə nahiyələrinin qançırları isə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Məhkəmə iclasında tədqiq edilən və iş materiallarında olan X1 alınmış 16.03.2022-ci il tarixli, 1241 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs dispanserdə qeydiyyatda durmur. Məhkəmə iclasında tədqiq edilən və iş materiallarında olan 15.03.2022-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə Gəncə şəhəri, Gülüstan qəsəbəsi, Qəmərli küçəsində yerləşən həyət evində baş vermişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarına əlavə edilmiş zərərçəkmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, hazırda cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tamamilə ödənilmiş, ona görə də cinayət əməlini törətmiş şəxsin cinayət məsuliyyətindən azad edilərək barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarına əlavə edilmiş cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, zərərçəkmiş şəxslə barışmış, ona dəymiş ziyanı tamamilə ödəmişdir. Ona görə də cinayət məsuliyyətindən azad edilərək barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında tədqiq edilən və iş materiallarında olan 22.03.2022-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci tərkibi olmadığından barəsində cinayət təqibi rədd edilmişdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.1, 127.2.2, 127.2.3, 221-ci maddələrinin tərkibi olmadığından barəsində cinayət təqibi rədd edilmişdr. Beləliklə, məhkəmə iclasında bilavasitə tədqiq edilən, biri-digərini tamamlayan sübutlar əsasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs 08 mart 2022-ci il tarixdə saat 16-30 radələrində yaşadıqları Gəncə şəhəri Gülüstan qəsəbəsi Qəmərli küçəsi yeni həyət evində qeyri rəsmi ər avrad münasibətində olduğu Zərərçəkmiş şəxs ilə ailə münasibətləri zəminində aralarında baş vermiş mübahisə zamanı sonuncunu ona mobil telefonu vermək istəməməsi səbəbindən qəsdən əli zərbəsi ilə vuraraq sol yanaq və alt çənə nahiyələrinin qançırları kimi sağlamlığa zərər vurmayan xəsarətləri, sol gözün ağlı qışasına qansızma ilə müşayət olunan sol gözətrafı nahiyənin qançır-zəif şişkinliyi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa "Yüngül" zərər vurmaya, sol əlin İ daraq sümüyünün sınığı sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa "Az Ağır" zərər vurmaya aid edilən bədən xəsarətləri yetirməklə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuşdur. Məhkəmə belə nəticəyə gəlir ki, təhqiqat orqanı tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə cinayət əməlini törətmiş şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadəsini dinləyib, cinayət işinin materiallarını araşdırıb hesab edir ki, cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməklə onun barəsində cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsinin sanksiyasında iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmçinin Cinayət Məcəlləsinin 72-ci maddəsinin Qeyd hissəsinə əsasən şəxs bu Məcəllənin 40.3, 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Məhkəmə iclasında elan edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsindən alınmış 16.03.2022ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tam ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Beləliklə, məhkəmədə işə baxılarkən aydın olmuşdur ki, cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini ilk dəfə törətmiş, zərərçəkmiş şəxslə barışmış və ona dəymiş ziyanı tamamilə ödəmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət təqibinə xitam verilməlidir. İş üzrə maddi sübut, mülki iddia, ekspertiza xərci və xüsusi müsadirə tətbiq ediləcək əmlak müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 37.4, 43.3, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və barəsində cinayət təqibinə xitam verilsin. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Hakim Rasim Kazımov
Məhkəmə qərarları › İş №1(044)-118/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(044)-118/2022
10.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver