Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-119/2020 21.10.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Orucov Maarif Arif oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə rayon (şəhər) instansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri X4, Müdafiəçi Zərərçəkmiş şəxs, cinayət əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1996-cı il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, orta təhsilli, məhkum olunmamış, ünvan 1, mənzil 1 ünvanda qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM-in) 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icrat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs (bundan sonra-Təqsirləndirilən şəxs) xx.xx.2020-ci il tarixdə saat 22 radələrində yaşadığı ünvan 1 ünvanın qarşısında Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı əli ilə sonuncunun burun nahiyyəsinə turaraq burun nahiyyəsinin əzilmiş yarası, hər iki gözün alt qapaqlarınıb qançırı ilə müşaiyət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxs, şahid ifadələri, ekspertiza rəyi, eləcə də, işdə olan və tədqiq olunan digər iş materialları ilə aşağıdakı qaydada tamamilə sübuta yetirilmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona CM-in 128-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ünvan 1, mənzil 1 ünvanında ailəsilə birlikdə yaşayır. Gündəlik olaraq qazancını istifadə olunmuş metal tullantılarını yığıb sataraq əldə edir. Adətən hər gün səhər saat 07 radələrində işə gedib axşam saat 20 radələrində evə qayıdır. xx.xx.2020-ci il tarixdə saat 22 radələrində o, yaşadığı evin, yəni ünvan 1 ünvanının qarşısında həyətdə dayanıb hava alırarkən, bu zaman adı ona sonradan məlum Zərərçəkmiş şəxs binalarının blokundan çıxıb evlərinin pəncərəsinin qarşısında dayanaraq qonşuluqlarında yaşayan Əfsanə Məmmədovanın evinin pəncərəsi istiqamətində ucadan nalayiq ifadələr işlədərək “ay fahişə pulumu qaytar...” deyə qışqırmağa başlamışdır. Bu zaman o, İlqara yaxınlaşaraq həmin binada onun da, ailəsinin yaşadığını, nalayiq ifadə işlətməsini, həmin yerdən getməsini demişdir. Həmin vaxt İlqarın yanında adı ona sonradan məlum olan əvvəllər tanımadığı Elnur adlı şəxs də, olmuşdur. O, İlqara iradını bildirdikdə, İlqar ona “bura fahişəxanadır...mən də, istirahətə gəlmişəm...yaxşı edirəm...mənə qarışma...” deyə cavab vermişdir. İlqarın onların binasının önündə bu cür nalayiq ifadələr işlətməsi onu özündən çıxarmış və o, hirslənərək sağ yumruğu ilə İlqarın burun nahiyəsinə sərt şəkildə zərbə endirmişdir. Zərbənin təsirindən İlqar müvazinətini itirərək yerə yıxılmışdır. Bu zaman İlqarın üzərində olan qara rəngli markasını xatırlamadığı mobil telefon yerə düşmüşdür. İlqarın yanındakı Elnur adlı şəxs dərhal telefonu götürərək “məni də, vuracaqlar...” deyərək oradan uzaqlaşmışdır. O, İlqarın yerə yıxılmasını görüb binanın qarşısında işlətdiyi nalayiq ifadələrə görə İlqarın cavabını aldığını düşündüyü üçün yenidən onun üzərinə hücum çəkməyərək oradan çıxıb getmişdir. Daha sonra o, öyrənmişdir ki, İlqar ondan polisə şikayət etmişdir. Buna görə də, onu Gəncə şəhər Nizami Rayon Polis İdarəsinə dəvət etmişlər və o, həmin yerdə hər şeyi olduğu kimi demişdir. O, Zərərçəkmiş şəxs törətdiyi cinayət hadisəsi baş verənədək tanımamış, onunla hər hansı bir ədavəti və ya düşmənçiliyi, hər hansı bir alış-verişi olmamışdır. O, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş burun nahiyəsinin əzilmiş yarası, hər iki gözün alt qapaqlarının qançırı xəsarətlərini xx.xx.2020-ci il tarixdə saat 22 radələrində yaşadığı ünvan 1 ünvanının qarşısında onun ucadan nalayiq ifadələr işlətməsinə görə burun nahiyəsinə yumruqla zərbə vuraraq xəsarət yetirmişdir. O, həmin vaxt konkret olaraq Zərərçəkmiş şəxs səhhətinin ağır dərəcədə pisləşməsini arzu etməmiş, sadəcə istəmişdir ki, Zərərçəkmiş şəxs binalarının qarşısında onları təhqir etdiyinə görə cavabını alsın və qorxaraq oradan getsin. Onun Zərərçəkmiş şəxs ağır xəsarət yetirmək və ya öldürmək fikrim olmamışdır.Sözü gedən cinayət hadisə ilə əlaqədar ona heç kəs köməklik etməmiş, o, bu barədə heç kəsə bir söz deməmiş və bu barədə əvvəlcədən heç kəsin məlumatı olmamışdır. Həmin hadisə zamanı ona heç kəs xəsarət yetirməmiş, onu heç kəs vurmamışdır. O, Elnurun adını sonradan öyrənmiş, Elnurun nə yaşayış yerini, nədəki telefon nömrəsini bilmir. İlqarı vurduqdan sonra Elnur qorxaraq oradan uzaqlaşmışdır.İlqar onu şərləmək və ondan pul almaq üçün 300 manat pulunun itməsini demiş, hadisə zamanı İlqarın sadəcə telefonu yerə düşmüş, cibindən yerə pul düşməsini görməmiş, nədəki İlqarın cibindən pul götürməmiş və belə bir məqsədi də, olmamışdır. O, Zərərçəkmiş şəxs vurduqdan sonra oradan çıxıb getmişdir. Hadisə baş verdiyi yerdə İlqar, Elnur və o, olmuş, hava qaranlıq olduğu üçün onları başqa kiminsə görməsini dəqiq bilməmişdir. Zərərçəkmiş şəxs zərbənin təsirindən yerə yıxılmış və İlqarın üzərinə yenidən hücum etməmişdir. Sözügedən hadisə ümumilikdə 2-3 dəqiqə davam etmişdir. O, Əfsanə Məmmədovanın fahişəliklə məşğul olmasını eşitmiş, lakin dəqiq olaraq Əfsanənin kimlərlə cinsi əlaqədə olmasını və kiminsə onu fahişəliyə cəlb etməsini bilməmişdir. Sözü gedən cinayət hadisəsindən başqa heç bir cinayət hadisəsi törətməmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Gəncə şəhər MKTİB-də bağban vəzifəsində işləyir. xx.xx.2020-ci il tarixdə axşam saat 20 radələrində yaşadığı evdə spirtli içki olan araq içdikdən sonra yaşadığı evdən küçəyə çıxmışdır. Küçədə olarkən əvvəllər tanıdığı, elə də, sıx münasibəti olmayan Elnurla rastlaşmışdır. Elnurla bir qədər söhbət etdikdən sonra Elnur ona borc almaq üçün Gəncə şəhər, Atatürk prospketi 197 ünvanına getməsini demişdir. O, Elnurun təklifi ilə razılaşmış və onlar birlikdə Gəncə şəhər, Atatürk prospketi 197 ünvanına getmişlər. Onlar həmin küçədə 1 nömrəli binanın qarşısında olarkən onun qarşısına adı ona sonradan məlum olan Əfsanə adlı qadın çıxmışdır. O, Əfsanəyə baxan kimi onun fahişəliklə məşğul olmasını anlamışdır. Həmin vaxt sərxoş olduğu üçün qərar vermişdir ki, həmin qadınla pul müqabilində cinsi əlaqədə olsun. Bu məqsədlə həmin qadına yaxınlaşaraq öz məqsədini ona deyib 10 manat pul vermiş, həmin qadın pulu götürdükdən sonra bir qədər onunla söhbət etmiş, lakin qadının xarici görkəmi onun xoşuna gəlmədiyi üçün həmin qadınla pul müqabilində cinsi əlaqədə olmaq fikrindən danışınmışdır. Buna görə də, ondan pulunu tələb etmişdir. Bu zaman onun Əfsanə ilə arasında sözlə mübahisə yaranmışdır. Əfsanə binanın həyətindən içəri keçmiş, o isə binanın həyətində qalmış və əsəbi olduğu üçün nalayiq ifadələr səsləndirməyə başlamışdır. Bu zaman Elnur da, onun yanında olmuşdur. Həmin vaxt adı ona sonradan məlum olan Təqsirləndirilən şəxs kənardan onun yanına gələrək həmin binada yaşadığını, binanın həyətində nalayiq ifadə işlətməməsini bildirmiş, o, isə cavabında onunla işi olmadığını, ona qarışmamasını demişdir. Fərid isə cavabında ona həmin yerdən getməsini demişdir. O, isə Fəridlə razılaşmamış və buna görə də, aralarında əvvəlcə sözlə mübahisə yaranmışdır. Mübahisə gedişində Fərid yumruqla onun burun nahiyəsinə sərt şəkildə zərbə endirmişdir. Zərbənin təsirindən o, yerə yıxılmış və burnundan qan gəlməyə başlamışdır. Bu zaman başını qaldırdıqda nə Elnuru, nədəki Fəridi orada görməmişdir. Bu zaman onun yanına adı ona sonradan məlum olan həmin küçədə yaşayan Şahid2 gəlmişdir. Şahid2 onun yanına yaxınlaşaraq onu yerdən qaldırıb köməklik etmiş və üzünün qanını yumuşdur. O, həmin vaxt zəng etmək istədikdə üzərində Çin istehsalı olan “E2” markalı mobil telefonunu tapmamışdır. O, Samirə telefonunu itirdiyini demiş, bundan sonra Samir ətrafda onun telefonunu axtarmağa başlamış və bir qədər sonra onun yanına qayıdaraq telefonunu qaytarmışdır. O, Samirdən telefonunu haradan tapmasını soruşduqda Samir cavabında ona telefonunu Elnurdan aldığını, Elnurun isə qorxduğu üçün gəlmədiyini demişdir. Bundan sonra o telefonunu götürərək həmin yerdən kənarlaşmışdır. Bir qədər kənarlaşdıqdan sonra üzərində olan 300 manat pulun da, olmadığını və naməlum şəraitdə itdiyini müəyyən etmişdir. O, həmin vaxt sərxoş olduğu üçün ilkin olaraq şübhələnmişdir ki, ona telefonunu gətirən Samir adlı şəxs Fəridlə əlbir olmuş və Fərid onu vurduqdan sonra onlar onun cibindən 300 manat pulu götürmüşdürlər. Buna görə də, dərhal DİN-in 102 xidmətinə zəng edərək onu iki nəfər şəxsin döyərək cibindən 300 manat pulu götürməsini bildirmişdir. Daha sonra o, Nizami RPİ-yə gedərək ərizə ilə müraciət etmiş, bundan sonra Nizami RPİ-də müvafiq araşdırma aparılmış və o da, sərxoşluq vəziyyətindn ayıldıqdan sonra hadisəni yenidən xatırlamış və müəyyən etmişdir ki, dava zamanı heç kəs onun cibindən pul götürməmişdir. Daha sonra küçədə o, Elnurla rastlaşmış və Elnur ona bildirmişdir ki, Fərid onu vurarkən telefonu yerə düşmüş və o da, telefonu itməsin deyə yerdən götürmüş, həmçinin Fəridin onu da, vuracağından qorxduğu üçün qaçaraq oradan uzaqlaşmış və qorxduğuna görə də, yenidən onun yanına qayıtmayaraq telefonu Samirə təhvil vermişdir. O, sözügedən hadisəyədək Təqsirləndirilən şəxs tanımamış, hər hansı bir ədavəti və ya düşmənçiliyi, borcu olmamışdır. O, bədəni üzərində olan burun nahiyəsinin əzilmiş yarası, hər iki gözün alt qapaqlarının qançırı xəsarətlərini ona xx.xx.2020-ci il tarixdə saat 22 radələrində ünvan 1 ünvanının qarşısında Təqsirləndirilən şəxs onun burun nahiyəsinə sərt şəkildə zərbə endirərək xəsarət yetirmişdir. Həmin hadisə zamanı o, Təqsirləndirilən şəxs heç bir xəsarət yetirməmiş, Fəridlə sözlə mübahisə edərkən Fərid anidən onun burun nahiyəsinə yumruqla zərbə endirməsi nəticəsində xəsarət almışdır. Sözügedən hadisənin baş verməsinə səbəb onun sərxoş vəziyyətdə nalayiq ifadə işlətməsi, Fəridin isə ona irad tutması olmuşdur. Hadisə 2-3 dəqiqə müddətində davam etmiş, həmin vaxt orada Fərid, Elnur və özü olmuş, kənar şəxslərin olmasını xatırlamamışdır. Mübahisə zamanı onun 300 manat pulu əynində olan şalvarın arxa cibində olmuş, Fərid onu vurarkən o, yerə yıxılmış və bu zaman bir anlıq özünü itirmiş, daha sonra isə pulu tapmamış və həmin pulu naməlum şəraitdə itirmişdir. Təqsirləndirilən şəxs ona yumruqla vurduqdan sonra onun üzərinə yenidən hücum çəkməmiş, oradan çıxıb getmişdir.Həmin pulun cibində olmasını sadəcə özü, bilmiş, başqa heç kəsin xəbəri olmamışdır. Sözü gedən hadisə ilə əlaqədar Təqsirləndirilən şəxs heç kəs köməklik etməmiş, o, tək özü ona xəsarət yetirmişdir. Başqa heç kəs onu vurmamış, ona qarşı hər hansı bir zorakılıq etməmişdir. Elnurla elə də, sıx münasibəti olmamış, Elnur hadisədən əvvəl təsadüfən qabağına çıxmışdır. Həmin hadisədən sonra isə o, bir dəfə Gəncə şəhər Xan Bağının yaxınlığında təsadüfən Elnurla rastlaşmışdır. Elnurun dəqiq adını, soyadını, yaşayış yerini telefon nömrəsini bilmir. Elnur sözügedən hadisə zamanı ona qarşı hər hansı bir fiziki və ya maddi zərər vurmamış, sadəcə Fərid onu vurduqdan sonra qorxaraq həmin yerdən qaçmışdır. Sözü gedən hadisə yaşadığına görə Elnur borc məsələsini maraqlana bilməmişdir. O, ilk dəfə Əfsanə adlı qadınla hadisə baş verən yerdə rastlaşmış, xarici görkəminə baxarkən fahişəliklə məşğul olmasını bilmişdir. Heç kəs onu həmin qadınla tanış etməmiş, əvvəllər həmin qadınla cinsi əlaqədə olmamışdır. Məhkəmə iclasında dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, ünvan 1, mənzil 23 ünvanında ailəsilə birlikdə yaşayır və heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs onun qonşuluğunda yaşayır, onunla hər hansı bir ədavəti və düşmənçiliyi olmamışdır. xx.xx.2020-ci il tarixdə saat təxminən 22 radələrində yaşadığı evdə olarkən binalarının qarşısında səs-küy gəlməsini, kiminsə nalayiq ifadələr işlətməsini eşitmişdir. Bu zaman o, həmin səs-küyün səbəbini aydınlaşdırmaq üçün pəncərəni açaraq binanın qarşısına baxdıqda bu zaman orada bir nəfər 35-40 yaşlarında, arıq, balaca boy, gödək saçlı kişinin Fəridgilin evinin pəncərəsinin qarşısında dayanaraq qonşuluqlarında yaşayan Əfsanə Məmmədovanın evinin pəncərəsi istiqamətində ucadan nalayiq ifadələr işlədərək “ay fahişə pulumu qaytar...” deyə qışqırdığını, həmin şəxsin yanında isə başqa bir nəfər tanımadığı kişinin də, olduğunu görmüşdür. Həmin şəxsin hərəkətlərindən və danışığından hiss etmişdir ki, o sərxoş vəziyyətdədir. Bu zaman Fərid həmin kişiyə yaxınlaşaraq həmin binada onun da, ailəsinin yaşadığını, nalayiq ifadə işlətməməsini, həmin yerdən getməsini demişdir. Fərid nalayiq ifadə işlədən kişiyə iradını bildirdikdə həmin şəxs Fəridə “bura fahişəxanadır...mən də, istirahətə gəlmişəm...yaxşı edirəm...mənə qarışma...” deyə cavab vermişdir. Bundan sonra Fəridlə həmin şəxsin arasında sözlə mübahisə yaranmış və Fərid yumruqla həmin şəxsin burun nahiyəsinə zərbə endirmişdir. Zərbənin təsirindən həmin şəxs müvazinətini itirərək yerə yıxılmış, bu zaman üzərində olan qara rəngli markasını xatırlamadığı mobil telefon da, yerə düşmüşdür. Telefon yerə düşərkən Fəridin vurduğu şəxsin yanında gəlmiş digər şəxs yerdən telefonu götürərək “məni də, vuracaqlar deyərək...” oradan uzaqlaşmışdır. Bundan sonra Fərid də, oradan uzaqlaşıb çıxıb getmişdir. Bir qədər sonra həmin yerə qonşuluqlarında yaşayan Samir gəlmiş və həmin şəxsə köməklik etmiş, o isə öz növbəsində pəncərəni örtərək evə keçmiş və daha sonrasında isə nə baş verməsini bilməmişdir. Təqsirləndirilən şəxs həmin şəxsə yumruqla zərbə vurduqdan sonra həmin şəxs yerə yıxılmış və Fərid yenidən həmin şəxsin üzərinə hücum etməmişdir. O, Fəridin vurduğu şəxsin üzərindən mobil telefonun düşməsini, həmçinin, üzərindən yerə pul düşməsini, hadisədən əvvəl, hadisə zamanı və ya daha sonrasında kiminsə onun ciblərini qurdalamasını görməmişdir. Hadisə yerində Fərid, vurulan şəxs şəxs və digər bir kişi olmuşdur. O, həmin hadisəni evinin pəncərəsindən baxarkən görmüşdür. Hadisə ümumilikdə 2-3 dəqiqə davam etmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun qonşuluğunda yaşayır, onunla hər hansı bir ədavəti və düşmənçiliyi olmamışdır. xx xxxx 2020-ci il tarixdə saat 22 radələrində yaşadığı evimin həyətində olarkən Fəridgilin binasının qarşısında səs-küy eşidib dərhal həmin yerə getmişdir. Bu zaman orada adı ona sonradan məlum olan İlqar adlı şəxsin yerdə uzanılı vəziyyətdə burun nahiyəsinin qan olduğunu görmüş və dərhal həmin şəxsə yaxınlaşmışdır. Həmin vaxt orada tanımadığı iki nəfər qadın da, olmuşdur. O, həmin qadınlardan nə baş verdiyini soruşduqda həmin qadınlar ona yerdə uzanılı olan şəxsin nalayiq ifadə işlətdiyinə görə vurulduğunu bildirmişdirlər. O, dərhal həmin şəxsi yerdən qaldıraraq həyətdə olan su ilə onun üzünü yumuşdur. Həmin şəxsdən spirt qoxusu gəldiyindən onun sərxoş olmasını bilmişdr. O, İlqardan burnuna kimin vurmasını soruşduqda İlqar cavabında onu sarışın, balaca boy, cavan oğlanın vurduğunu, lakin onu tanımadığını deyərək əlini ciblərinə ataraq telefonu itirdiyini bildirmişdir. Bundan sonra o, İlqarı olduğu yerdə qoyub ətrafa baxdıqda bir qədər kənarda əvvəllər qonşuluğunda yaşayan Elnur adlı şəxsi görmüşdür. Elnur ona İlqarın dostu olduğunu, dava düşən zaman İlqarın telefonunun yerə düşdüyünü, buna görə də, telefon itməsin deyə götürüb qorxaraq oradan uzaqlaşdığını demişdir. Bundan sonra o, Elnura İlqarın telefonunu axtardığını, onu niyə tək qoyduğunu demişdir. Elnur isə telefonu ona verərək, qorxduğunu, İlqarın yanına getmək istəmədiyini deyərək oradan uzaqlaşmış, o, isə markasını xatırlamadığı sadə telefonu götürüb İlqara vermiş və İlqar çıxıb getmişdir. Bir qədər sonra Nizami RPİ-nin əməkdaşları onu idarəyə dəvət etmişlər və o, idarədə öyrənmişdir ki, İlqarı qonşusu Fərid vurmuşdur. Bundan sonra o, həmin yerdə hadisə barədə ətraflı məlumat vermişdir. O, Zərərçəkmiş şəxs xx.xx.2020-ci il tarixdə saat 22 radələrində Fəridin yaşadığı ünvan 3 ünvanının həyətində yerdə uzanılı vəziyyətdə görmüş, lakin Fəridin İlqarı vurma anını görməmişdir. Zərərçəkmiş şəxs sadəcə ona telefonunun itməsini demiş və həmin telefonu da, o, Elnurdan taparaq İlqarın özünə qaytarmışdır. İlqar həmin vaxt ona pulunun itməsilə bağlı heç bir söz deməmişdir. Həmin səs-küy təxminən bir neçə dəqiqə davam etmişdir. O, həmin vaxt Fəridi hadisə yerində görməmiş və harada olmasını bilməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi MTE və PA Birliyi Gəncə şöbəsi tərəfindən verilmiş 441 saylı rəydən görünür ki, 1983-cü il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər – burun nahiyyəsinin əzilmiş yarası, hər iki gözün alt qapaqlarının qançırları bərk KÜT əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlməsi, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2020-ci il tarixə uyğun gəlməsi və sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji Dispanseri tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 1193/2007 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2007-ci il tarixdən hal-hazıradək X7 Dispanserində orta debillik dərəcəsində olan oliqofreniya diaqnozu ilə qeydiyyatda durur. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan xx.xx.2020-ci il tarixli “sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, toplanmış materialda Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə ittiham elan edilməməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2020-ci il tarixli 526/2020 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Zərərçəkmiş şəxs yüngül dərəcəli alkoqollu sərxoşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2020-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirməsi hadisəsi Gəncə şəhəri, Atatürk küçəsi 197-ci kvartal 1 saylı yataqxananın arxasında baş vermişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Atatürk prospekti 197-ci məhəllə bina 1, mənzil 1-də yaşayır, qonşular arasında böyük hörməti vardır, bütün qonşuların xeyir və şər işlərində fəal iştirak edir. Təqsirləndirilən şəxs barəsində mənzil istismar sahəsinə indiyədək heç bir şikayət daxil olmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2020-ci il tarixli 2739 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserdə qeydiyyatda durmur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhər Psixonevroloji Dispanserinin xx.xx.2020-ci il tarixli 280 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətməzdən əvvəl, həmin əməli törədərkən və hazırkı ekspertiza zamanı yüngül dərəcəli əqli gerilik (yüngül debillik səviyyəsində), davranış pozğunluqları ilə XBT 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F70.1 xəstəliyi keçirmişdir və keçirir. Təqsirləndirilən şəxs yüngül dərəcəli əqli gerilik (yüngül debillik səviyyəsində), davranış pozğunluqları ilə XBT 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F70.1 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik az ifadəli olduğundan o, hazırki cinayət əməlini törədərkən öz hərəkətlərini dərk etmək və ya öz hərəkətlərini idarə etmək iqtidarında olmuş, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxsəməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22 ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırda da, öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Məhkəmə belə nəticəyə gəlir ki, cinayət əməlini törətmiş şəxs X2 cinayət əməlini törətməkdə təqsiri tam sübuta yetirilmiş və onun həmin hərəkəti təhqiqat orqanı tərəfindən Azərbaycan RespublikasınınCinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Buna görə də o, həmin maddə ilə cinayət məsuliyyəti daşıyıb cəzalanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Göründüyü kimi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyəncinayət hesab olunur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 alınmış xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə onu da qeyd edir ki, cinayət əməlini törətmiş şəxsTəqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur və cəzanı yüngülləşdirən hal Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58 və 59-cu maddələrinin tələblərinə uyğun olaraq cinayət əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cəza təyin edilən zamanı nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini (böyük ictimai təhlükə törətməyən cinayət törətməsini), cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halı, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini nəzərə alıb hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə törətdiyi cinayətə görə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı Qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. AzərbaycanRespublikasının Cinayət Məcəlləsinin 47.1-ci maddəsinə əsasən ictimai işlər məhkumun əsas işindən və ya təhsilindən asudə vaxtlarda haqqı ödənilmədən cəmiyyətin xeyrinə ictimai faydalı işlər yerinə yetirməsindən ibarətdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 47.2-ci maddəsinə əsasən ictimai işlər iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə müəyyən edilir və gü nərzində dörd saatdan çox ola bilməz. İş üzrə mülki iddia, ekspertiza xərci vəmaddisübut müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353-cü və 356-cı maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 300 (üç yüz saat) saat müddətə ictimai işlər cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs ictimai işlərə cəlb edildiyi gündən hesablansın. Hökmün icrası cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra qurumuna tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş“polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №1(044)-119/2020
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-119/2020
21.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver