Məhkəmə qərarları › İş №1(044)-119/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-119/2021

07.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-119/2021 07.10.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ GGəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Kazımov Rasim Sarı oğlunun sədrliyi, məhkəmə iclas katibi Əliyev Nicat Şirzad oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 nümayəndəsi müdafiəçi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx.xx.1977-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci və 157.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci və 157.2-ci maddələri ilə məhkəməyə verilmişdir, ona görə ki,o, rəsmi nikahda olduğu arvadı Zərərçəkmiş şəxs1 ilə Gəncə şəhəri, Nizami Rayon Məhkəməsinin 09 yanvar 2020-ci il tarixli qətnaməsi əsasında boşandıqdan sonra həmin Məhkəmənin 03 mart 2020-ci il tarixli qətnaməsinə uyğun olaraq, azyaşlı övladları: 2016-cı il təvəllüdlü X13 və 2018-ci il təvəllüdlü X9 hər həftənin şənbə və bazar günləri ünsiyyətdə olmaq hüququ əldə etsə də, növbəti görüş günü, yəni 05 dekabr 2020-ci il tarixdə Rəvan Namazov və Ayxan Namazovun xəstəlikləri ilə əlaqədar görüşün təşkil edilməməsinə və bu barədə müvafiq tibbi rəy olmasına baxmayaraq, uşaqları ilə görüşmək üçün həmin tarixdə saat 11 radələrində onların yaşadığı ünvan 2 ünvanına gedərək, həyətyanı yaşayış sahəsinin giriş darvazasını döyüb Zərərçəkmiş şəxs1 özünü icra məmuru kimi təqdim etməklə qapını açmasını tələb etsə də, sonuncunun uşaqların xəstəliyi barədə tibbi arayışı İcra İdarəsinə təqdim etdiyini bildirib, qapını açmaqdan imtina etməsindən sonra zəncirbənd və cəftə ilə bağlanmış vəziyyətdə olan dəmir darvazaya təpiklə vurub aramsız zərbələr endirdiyinə görə darvazanın arxasındakı cəftənin yerindən çıxması nəticəsində aralanmış darvazadan fərdi yaşayış evinin həyətinə girib mənzilin bağlı vəziyyətdə olan ağ rəngli plastik materialdan hazırlanmış giriş qapısına təpiklə zərbələr endirərək qapının zəncirbəndini sındırıb zor tətbiq etməklə Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan mənzildə yaşayan Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 iradəsi ziddinə xüsusi mülkiyyət hüququ əsasında sonuncuya məxsus olan mənzilə daxil olmuş, Zərərçəkmiş şəxs1 yaşadığı evə qanunsuz daxil olmağına etiraz etməsinə baxmayaraq, mənzili tərk etməyib Zərərçəkmiş şəxs1 saçından tutub itələməklə yerə yıxaraq, azyaşlı övladları Rəvan Namazov və Ayxan Namazovun analarını qucaqlayıb ağlamalarına məhəl qoymadan onların gözü qarşısında Zərərçəkmiş şəxs1 bədəninin müxtəlif nahiyələrindən yumruq və təpiklə vurub zərərçəkmiş şəxsə qarşı xüsusi amansızlıqla sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid sağ kürək və sol dirsək nahiyələrinin yumşaq toxumalarının əzilməsi və hematoması, sağ gözün alt qapağının, hər iki dodaq, bel və hər iki diz nahiyələrinin qançırları, alın, boyun, sağ yanaq nahiyələrinin sıyrıqları xəsarətləri yetirməklə Zərərçəkmiş şəxs1ın sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Bundan başqa o, 30 yanvar 2021-ci il tarixdə saat 12:30 radələrində ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısına gedib divarda quraşdırılmış işıq sayğacına müdaxilə edərək mənzilə elektrik enerjisinin verilməsini dayandırmış, sayğacı yoxlamaqdan ötrü evdən küçəyə çıxan keçmiş qayınanası Zərərçəkmiş şəxs2 uzun müddətdən bəri aralarında şəxsi münasibətlərlə əlaqədar yaranmış ədavət zəminində yumruqla vurub sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid sağ göz ətrafı nahiyənin hematoması xəsarəti yetirməklə başqa şəxsin sağlamlığına təkrarən qəsdən yüngül zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128 və 157.2-ci maddələri ilə elan edilmiş ittihamla özünü təqsirli bilmədiyini qeyd edərək ifadəsində göstərmişdir ki, 2014-cü ildə Zərərçəkmiş şəxs1 ilə rəsmi nikaha girərək ailə qurmuş, həmin nikahdan 31.12.2016-cı il tarixdə Rəvan Namazov və 24.01.2018-ci il tarixdə isə Ayxan Namazov adlı övladları doğulmuşdur. Evli olduqları ilk vaxtlarda arvadı ilə münasibətləri yaxşı olsa da, sonradan qayınanası Zərərçəkmiş şəxs2 ondan Ləmana ev almağını tələb etməsi və ailə məsələlərinə başqa formada müdaxilə etməsi nəticəsində Ləmanla münasibətləri soyuqlaşmağa başlamış və onlar 2020-ci ildə məhkəmə qaydasında boşanmışlar. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 03 mart 2020-ci il tarixli qətnaməsi ilə onun ata kimi hüquqlarını həyata keçirməsini təmin etmək üçün övladı Ayxan Namazovla üç yaşınadək anasının iştirakı ilə şənbə və bazar günləri saat 12:00dan 15:00-dək, digər övladı Rəvan Namazovla isə şənbə və bazar günləri saat 12:00-dan 17:00-dək görüşüb ünsiyyətdə olmaları üçün görüş günləri təyin edilmişdir. Həmin qətnamədən sonra Zərərçəkmiş şəxs1 hər həftənin şənbə və bazar günləri uşaqları İcra idarəsinə aparmamış və onunla görüşü təmin etməmişdir. Buna görə bir neçə dəfə İcra idarəsinə müraciət etsə də, hər hansı bir müsbət nəticə əldə edə bilməmişdir. Sadəcə 28 noyabr 2020-ci il tarixdə saat 12 radələrində Ləman böyük övladı Rəvanı Gəncə şəhər İcra İdarəsinə aparmış, o, Rəvanı oradan götürərək öz evinə aparmış və övladı ilə vaxt keçirdikdən sonra saat 17 radələrində Rəvanı Gəncə şəhər İcra idarəsinə apararaq orada icra məmurunun iştirakı ilə anası Ləmana təhvil vermişdir. Sonrakı həftə, yəni 05 dekabr 2020-ci il tarixdə yenə övladları ilə görüş vaxtı yarandığından saat 11:30 radələrində Gəncə şəhər İcra idarəsinə gedərək icra məmuru Fərid Rzayevlə görüşmüşdür. Fərid Rzayev ona Ləmanın atasının həkimdən övladlarının hər ikisinin xəstələnməsi ilə bağlı arayış gətirdiyini, buna görə də, görüşün alınmayacağını bildirmişdir. O, icra məmuru X8 evinə gedib uşaqların həqiqətən xəstə olub-olmadığını yoxlamalarını xahiş etmiş, lakin icra məmuru ona həkim arayışı olduğu üçün həmin ünvana gedə bilməyəcəyini bildirmişdir. O, övladlarının səhhətindən narahat qalaraq, həmçinin onlarla görüşmək üçün Ləmanın yaşadığı ata evi olan ünvan 2 ünvanına gedərək küçədə dayanıb evin həyət darvazasını döymüşdür. Bu zaman Ləman evin həyətindən qapını döyən şəxsin kim olduğunu soruşduqda o, “mənəm”- demiş, Ləman “sən kimsən?”- deyə soruşmuş, o, “icra məmurudur”- deyə cavab vermiş, Ləman isə “yalan deyirsən, sən icra məmuru deyilsən, İlhamsan, uşaqlar xəstədir, bununla bağlı icra idarəsinə arayış vermişəm, qapını açmayacam, çıx get burdan”- demiş və darvazadan uzaqlaşmışdır. O, yenə də “qapını aç, uşaqları görüb çıxıb gedirəm”- deyib qapını döyməyinə baxmayaraq, Ləman “açmıram”demiş, o, darvazanı əli ilə döyməyə davam edərkən darvazanın iki böyük qapısından birinin arxasındakı cəftə yerindən çıxmış və o, darvazadan içəri daxil olmuşdur. O, həyətə daxil olanda həyətdə heç kəs olmamışdır. Bundan sonra o, mənzilin ağ rəngli plastik giriş qapısını açıb qonaq otağına girmişdir. Həmin qapı örtülü olsa da, kilidlənməmişdir, ona görə də, o, qapını açıb sərbəst şəkildə içəri keçmişdir. Keçmiş arvadı Ləman və keçmiş qayınanası Sədaqət qonaq otağında, övladları Rəvan və Ayxan isə yataq otağında olmuşlar. O, Ləmangilə övladları ilə görüşmək istədiyini, onlarla görüşüb qayıdacağını bildirdikdə qayınanası Sədaqət övladlarını görə bilməyəcəyini bildirmişdir. Bu zaman o, özündən çıxaraq Sədaqətin üzərinə hücum edib sillə ilə bədəninin müxtəlif nahiyələrinə vurmuşdur. O, Sədaqəti vurarkən Ləmanın özünə məxsus mobil telefonla onu videoya çəkdiyini görmüş, ona görə də, Ləmanın telefonunu əlindən alıb stolun üzərinə atdıqdan sonra saçından tutub itələmiş və Ləman yerə yıxılmışdır. Ləman yıxıldıqdan sonra o, yataq otağına gedərək övladları Rəvan və Ayxanla görüşüb qucaqlaşmış, onların xəstə olmadığını görmüş, Sədaqət isə qışqıraraq evdən çölə çıxmışdır. Bundan sonra Ləman da onun yanına gəlmiş və o, Ləmana yenidən irad bildirərək, anasının sözlərinə qulaq asmamağını, övladları ilə görüşünü təmin etməyini istəmişdir. O, uşaqlarla vaxt keçirib Ləmanla danışarkən keçmiş qayınatası Vəfadar əlində dəmir parçası ilə evin qonaq otağına daxil olaraq heç bir söz demədən birbaşa onun üstünə yerimiş və həmin alətlə onun sol dirsək nahiyəsinə zərbə endirmişdir. Halbuki o, evə girəndə Vəfadar evdə olmamış, uşaqları ilə görüşərkən Vəfadarın qəfil evə gəldiyini görmüş, haradan gəldiyini bilməmişdir. Bundan sonra Vəfadar yenidən ona zərbə endirmək istədikdə o, sağ qolunu qabağa vermiş və həmin dəmir alət onun sağ sahid nahiyəsinə dəymişdir. O, dalaşmaq istəmədiyinə baxmayaraq, Vəfadar onu zorla davaya təhrik etmişdir. Lakin o, dəmir aləti Vəfadarın əlindən alıb yerə atmışdır. Bu zaman tanımadığı bir nəfər 50-53 yaşlarında, sonradan Şahid2 olduğunu bildiyi şəxs evin qonaq otağına daxil olaraq onları sakitləşdirməyə çalışmış və Vəfadarla onu aralaşdırmışdır. Bundan sonra o, qonaq otağından həyətə çıxıb evin darvazasına çatdıqda Vəfadar ağac kəsiyi ilə onun arxasınca gedərək kürək nahiyəsinə vurmuşdur. Vəfadarın onu vurması nəticəsində cibində olan özünə məxsus “Samsung Galaxy A30” markalı telefonun ekranı çatlamışdır. Lakin o, Vəfadarın onu vurmasına qarşılıq vermədən darvazadan çölə çıxmışdır. O, küçəyə çıxdıqda Vəfadar onun sağ baldır nahiyəsinə taxta ilə yenidən zərbə endirmişdir. Həmin vaxt Sədaqət də küçədə olmuş, sonuncu ona əli ilə zərbə endirərək dırnağı ilə burun nahiyəsini sıyırmışdır. O, çölə çıxdıqda anası Sevil və kürəkəni Mehmanın küçənin baş tərəfindən onun olduğu yerə yaxınlaşdıqlarını görmüşdür. Anası Sevil həmin yerə yaxınlaşdıqda Sədaqət daşla anasının bel və ayağına zərbələr endirmişdir. Bundan sonra o, anası və kürəkəni ilə birlikdə oradan uzaqlaşaraq yaşadığı evə qayıtmışdır. Təqsirləndirilən şəxs 30 yanvar 2021-ci il tarixdə olan hadisə ilə bağlı qeyd etmişdir ki, o, həmin ittihamla bağlı özünü təqsirli bilmir, beləki, həmin gün o, qayınatası evinə yaxud həmin evin yaxınlığına gedib qayınanasını vurub ona yüngül dərəcəli xəsarət yetirməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs1 göstərmişdir ki, 2014-cü ildə Namazov (Verdiyev) İlham Sabir oğlu ilə rəsmi nikaha daxil olaraq evlənmiş, həmin nikahdan 31.12.2016-cı il tarixdə Rəvan Namazov, 24.01.2018-ci il tarixdə isə Ayxan Namazov adlı övladları doğulmuşdur. İlhamla ər-arvad kimi münasibətləri qaydasında getmədiyinə görə onlar 2020-ci ilin yanvar ayının 9-da Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin qərarı ilə rəsmi qaydada boşanmışlar. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 03 mart 2020-ci il tarixli qətnaməsi ilə İlham Namazovun ata kimi hüquqlarını həyata keçirməsini təmin etmək üçün övladı Ayxan Namazovla üç yaşınadək onun iştirakı ilə şənbə və bazar günləri saat 12:00-dan 15:00-dək, digər övladı Rəvan Namazovla isə şənbə və bazar günləri saat 12:00-dan 17:00-dək görüşüb ünsiyyətdə olmaları üçün görüş günləri təyin edilmişdir. Həmin qətnamədən sonra o, övladlarını həftənin şənbə və bazar günləri Gəncə şəhər İcra İdarəsinə apararaq orada icra məmuru Fərid Rzayevin iştirakı ilə İlhama təhvil verib, görüş müddəti bitdikdən sonra isə yenə Gəncə şəhər İcra İdarəsində icra məmuru Fərid Rzayevin iştirakı ilə övladlarını İlhamdan təhvil almışdır. Yenə adəti üzrə həftənin şənbə günü, yəni 05.12.2020-ci il tarixdə saat 11 radələrində icra məmuru Fərid Rzayev ona zəng edərək uşaqlarla görüş vaxtının olduğunu bildirmişdir. O isə telefonda uşaqların dekabr ayının 3-dən xəstələndiyini, lakin lazım olsa, yenə də uşaqları icra idarəsinə apara biləcəyini demişdir. Bu zaman icra məmuru Fərid Rzayev ona əgər uşaqların xəstələnməsi ilə bağlı həkimin arayışı varsa, həmin arayışı təqdim etməsini, görüşün uşaqlar sağalanda təşkil oluna biləcəyini bildirmişdir. O, Fərid Rzayevlə zəngini sonlandırdıqdan sonra övladlarının xəstə olması ilə bağlı həkimdən aldığı arayışın şəklini çəkib “Whatsapp Messenger” tətbiqi vasitəsilə icra məmuru Fərid Rzayevə göndərmiş, sonuncu, şəklə baxdıqdan sonra ona zəng edib uşaqların yoluxduğu “kəskin respirator virus infeksiyası, allergiya” xəstəliyinin ataları ilə görüşə mane olduğunu, ona görə də, uşaqları görüşə gətirmədən həmin arayışı ona təqdim etməyini bildirmişdir. O, arayışı icra məmuruna təqdim etməsi üçün atası Zərərçəkmiş şəxs3 vermiş, Zərərçəkmiş şəxs3 arayışları götürərək evdən çıxmışdır. Atası evdən çıxdıqdan təxminən 5 dəqiqə sonra evlərinin darvazası döyülmüşdür. Anası ona icra idarəsindən gəldiklərini demişdir. O, qapını döyən şəxsin kimliyini müəyyən etmək üçün evin həyətinə çıxaraq darvazanın arxasından qapını kimin döydüyünü soruşduqda küçədən həmin şəxs ona “icra idarəsindən icraçıdır”- deyə bildirmişdir. O isə darvazanın arxasından həyətdə küçədə olan şəxsə “atam sənədləri icra idarəsinə aparıb, xahiş edirəm, sənədləri oradan götürün” - deyə bildirərək evə keçmişdir. O, evə keçdikdən sonra evin darvazası yenidən döyülmüşdür. O isə yenidən həyətə çıxaraq darvazanın arxasından “atam sənədləri icra idarəsinə aparıb, xahiş edirəm, sənədləri oradan götürün”deyə təkrar edib bir daha evin plastikdən olan giriş qapısını zəncirbəndlə kilidləyərək qonaq otağına keçmişdir. O, qonaq otağına keçdikdə küçədə olan şəxs evin darvazasına sərt şəkildə zərbələr endirməyə başlamışdır. Bu zaman o anlamışdır ki, küçədə olan şəxs keçmiş əri İlhamdır. İlham əvvəllər də onu döydüyünə görə həmin vaxt fikirləşmişdir ki, İlham yenə evə keçərək onu döyəcək. Sadəcə olaraq, İlham əvvəlcə icra məmurunun adından onunla danışarkən səsini dəyişdirdiyinə görə həmin şəxsin İlham olduğunu bilməmişdir. O, İlhamın əməllərini sübut etmək üçün dərhal yataq otağına keçərək oradan özünə məxsus 1 ədəd “X16” markalı mobil telefonu götürərək yataq otağından qonaq otağına keçə-keçə telefonun video çəkiliş funksiyasını işə salmışdır. O, qonaq otağına keçdikdə İlham artıq darvazanın qapısını qıraraq həyətə keçmiş və oradan da evin plastikdən olan giriş qapısını təpiklə vurub sındıraraq qonaq otağına daxil olmuşdur. Yəni İlhamın həyət darvazasına zərbələr endirməsi nəticəsində darvazanın arxa - içəri tərəfdəki cəftəsi yerindən çıxmış, dəmiri əyilmiş və zəncirbəndi qırılıb istifadəyə yararsız hala düşmüş, bununla da, İlham həyətə daxil ola bilmişdir. Daha sonra İlhamın mənzilin ağ rəngli plastik materialdan olan giriş qapısına təpiklə zərbə vurması nəticəsində qapının zəncirbəndi sınmış, nəticədə qapı açılmış və onların iradəsi ziddinə İlham evə girmişdir. O, İlhamı qonaq otağında görən kimi “nə var?! nəyə gəlmisən?!”- deyə bildirmiş, həmin sözü dedikdə səsə anası Zərərçəkmiş şəxs2 yataq otağından çıxaraq qonaq otağına keçmişdir. İlham qayınanası Sədaqəti görən kimi heç bir söz demədən dərhal üzərinə hücum edərək yumruqla boyun, kürək, sağ qol nahiyələrinə zərbələr endirmişdir. Bu zaman o, İlhamın əməllərini telefonu ilə video çəkilişlə qeydə almışdır. İlham Sədaqəti vurarkən o, qışqırmağa başlamış, İlham onun telefonla video çəkiliş apardığını görərək, anasını buraxıb onun üzərinə hücum çəkib əvvəlcə 400 manat dəyərində telefonunu əlindən alıb əyərək kənara atmış, sonra yenidən onun üzərinə hücum edərək saçından tutub başına, üzünə, boynuna və başını aşağı əyərək kürəyinə yumruqla zərbələr endirmişdir. Zərbələrin təsirindən o, yerə yıxıldıqda övladları Rəvan və Ayxan da ağlaya-ağlaya yataq otağından qonaq otağına gəlib onu qucaqlamışlar. Lakin İlham uşaqların ağlamasına da məhəl qoymadan onu yerdə uzanmış vəziyyətdə təpik və yumruq zərbələri ilə vurub xəsarətlər yetirmişdir. İlham onu döyərkən uşaqlar ondan tutduğu üçün onlar da sağa-sola yıxıldıqlarından oğlu Ayxan sol yanağından və sağ dizindən, digər oğlu Rəvan isə hər iki dizindən xəsarət almışdır. Həmin vaxt anası Sədaqət onu İlhamın əlindən almağa çalışsa da, buna nail ola bilmədiyi üçün küçəyə çıxaraq qonşuları köməyə çağırmış, İlham onun üzərindən çəkilib evdən həyətə, oradan isə darvazanın arasından küçəyə çıxaraq getmişdir. Bundan sonra anası küçədə DİN-in 102 xidmətinə zəng edərək məlumat vermişdir. Bir qədər sonra polis əməkdaşları hadisə yerinə gəlmiş və müvafiq sənədləşmə aparmışlar. Polis əməkdaşları ilə birgə atası Vəfadar da evə gəlmiş və onlar hadisə barədə Vəfadara da məlumat vermişlər. Əlavə olaraq qeyd etdi ki, 30 yanvar 2021-ci il tarixdə saat 12:30 radələrində anası Sədaqət, o və övladları Rəvanla Ayxan yaşadıqları ünvan 2 ünvanında olarkən qəflətən evin işıqları sönmüş, anası sayğacı yoxlamaq üçün küçəyə çıxmışdır. Məlumat üçün bildirmişdir ki, mənzilin işıq sayğacı həyətdən çöldə, yəni küçədə divarda quraşdırılmışdır. Az keçmiş anasının qışqırtı səsini eşidib qaçaraq küçəyə çıxmışdır. Anasının darvazanın qarşısında yerə yıxıldığını görüb nə baş verdiyini soruşmuş, anası isə İlhamın yenə gəlib həyətə girmədən darvazanın qarşısında onu yumruqla sağ göz nahiyəsindən vurub qaçdığını bildirmişdir. O, küçəyə baxdıqda İlhamın iti yerişlərlə küçədən uzaqlaşdığını görmüş, İlhamın üzünü görməsə də, arxadan İlham olduğunu tanımışdır. Məhkəmə-tibb ekspertizasının 01.02.2021-ci il tarixli, 139 saylı rəyinə əsasən, Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş sağ göz ətrafı nahiyənin hematoması xəsarəti 30.01.2021-ci il tarixdə yaşadıqları ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin giriş darvazasının qarşısında keçmiş əri Təqsirləndirilən şəxs tərəfindən anası Zərərçəkmiş şəxs2 yetirilmişdir. İlhamın onların yaşadıqları mənzilə daxil olmaq hüququ yoxdur. Çünki onlar həm faktiki, həm də hüquqi olaraq boşanmışlar, İlham həmin ünvanda qeydiyyatda deyil və yaşamır. Qeyd edilən ünvan atası Zərərçəkmiş şəxs3 xüsusi mülkiyyətindədir. Onlar boşandıqdan sonra həm o, həm də ailə üzvləri İlhamın həmin mənzilə gəlməsinə sərt qadağa qoymuşlar. Hadisə vaxtı isə evin həyət darvazası arxadan cəftə ilə, mənzilin giriş qapısı isə zəncirbəndlə bağlı olmuşdur. İlham təpik zərbələri ilə darvazanın cəftəsini yerindən çıxarmış, dəmirini əymiş, həmçinin darvazanın və plastik qapının zəncirbəndini qırmış, yəni zor tətbiq etməklə onların iradəsinə zidd olaraq mənzilə daxil olmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs2 göstərmişdir ki, ünvan 2 ünvanında əri Zərərçəkmiş şəxs3, qızı Zərərçəkmiş şəxs1, nəvələri X13 və X10 birlikdə yaşayır. Qızı Ləman 2014-cü ildə Namazov (Verdiyev) İlham Sabir oğlu ilə rəsmi nikaha daxil olaraq evlənmiş və həmin nikahdan onların 31.12.2016-cı il tarixdə Rəvan Namazov və 24.01.2018-ci il tarixdə isə Ayxan Namazov adlı övladları doğulmuşdur. Qızı Ləman və İlhamın ər-arvad kimi münasibətləri qaydasında getmədiyinə görə onlar 2020-ci ilin yanvar ayında Gəncə şəhər Nizami Rayon Məhkəməsinin qərarı ilə rəsmi qaydada boşanmışlar. Bundan sonra Gəncə şəhər Nizami rayon məhkəməsinin 03 mart 2020-ci il tarixli qətnaməsi ilə İlham Namazovun ata kimi hüquqlarını həyata keçirməsini təmin etmək üçün nəvəsi Ayxan Namazovla üç yaşınadək anasının iştirakı ilə şənbə və bazar günləri saat 12:00-dan 15:00-dək, digər nəvəsi Rəvan Namazovla isə şənbə və bazar günləri saat 12:00-dan 17:00-dək görüşüb ünsiyyətdə olmaları üçün görüş günləri təyin edilmişdir. Həmin qətnamədən sonra Ləman övladlarını həftənin şənbə və bazar günləri Gəncə şəhər İcra İdarəsinə apararaq orada icra məmuru Fərid Rzayevin iştirakı ilə İlhama təhvil verib, görüş müddəti bitdikdən sonra isə Gəncə şəhər İcra İdarəsində icra məmuru Fərid Rzayevin iştirakı ilə övladlarını İlhamdan təhvil almışdır. 2020-ci ilin dekabr ayının əvvəlində nəvələri Rəvan və Ayxanın səhhəti pisləşmiş, onlar xəstələnmişlər. Yenə adəti üzrə həftənin şənbə günü, yəni 05.12.2020-ci il tarixdə saat 11 radələrində icra məmuru X11 zəng edərək uşaqlarla görüş vaxtının olduğunu bildirmişdir. Ləman isə telefonda uşaqların xəstələndiyini, lakin yenə də lazım olsa, onları icra idarəsinə apara biləcəyini demişdir. Bu zaman icra məmuru Ləmana uşaqların xəstələnməsi ilə bağlı həkimin arayışı varsa, onu təqdim etməsini, görüşü uşaqlar sağalanda təşkil edəcəyini bildirmişdir. Bundan sonra Ləman uşaqların xəstə olması ilə bağlı həkimdən aldığı arayışı icra məmuruna təqdim etməsi üçün Vəfadara vermiş, Vəfadar arayışları götürərək evdən küçəyə çıxıb darvazanı kilidləyərək Gəncə şəhər İcra İdarəsinə getmişdir. Vəfadar evdən çıxdıqdan təxminən 5-10 dəqiqə sonra evin darvazası döyülmüş, o, həyətə çıxaraq darvazanı kimin döyməsini soruşduqda həmin şəxs küçədən “icra idarəsindən icraçıdır”- deyə bildirmişdir. O, evə qayıdıb Ləmana icra idarəsindən gəldiklərini demişdir. Ləman qapını döyən şəxsin kimliyini müəyyən etmək üçün evin həyətinə çıxmış, o isə yataq otağına nəvələrinin yanına keçmişdir. Bir qədər sonra Ləman qonaq otağına keçdikdə küçədə olan şəxs evin darvazasına sərt şəkildə zərbələr endirməyə başlamışdır. Bu zaman o anlamışdır ki, küçədə olan şəxs keçmiş kürəkəni İlhamdır. İlham əvvəllər də qızı Ləmanı döydüyünə görə həmin vaxt fikirləşmişlər ki, İlham yenə evə keçərək onları döyəcək. İlham anidən evin darvazasını təpiklə vurub zorakılıqla açaraq oradan həyətə, həyətdən isə evin plastikdən olan giriş qapısını təpiklə vurub zəncirbəndini sındıraraq qonaq otağına daxil olmuşdur. Məlumat üçün bildirmişdir ki, həmin gün evin həyət darvazası arxadan cəftə ilə bağlanmışdır, zəncirbəndini isə əri Vəfadar evdən çıxarkən çöldən açarla bağlamışdır. İlham sərt zərbələrlə darvazanı döyməyə başlayanda isə Ləman mənzilin plastik giriş qapısını zəncirbənddən bağlamışdır. İlhamın darvazaya təpiklə sərt zərbələr vurması nəticəsində darvazanın arxasındakı cəftə yerindən çıxmış, dəmiri əyilmiş və zəncirbəndi sınmış, bunun nəticəsində İlham zorakı yolla həyətə daxil olmuşdur. Daha sonra isə İlham mənzilin ağ rəngli plastik giriş qapısına təpik zərbələri vurub bağlı vəziyyətdə olan zəncirbəndi qıraraq zor tətbiq etməklə onların iradəsi ziddinə olaraq mənzilə daxil olmuşdur. İlham evin qonaq otağına daxil olarkən yaranmış səs-küyə o da yataq otağından qonaq otağına keçmişdir. Ləman İlhama “nə var?! nəyə gəlmisən?! ”- deyə bildirdikdə İlham heç bir söz demədən dərhal onun üzərinə hücum edərək yumruqla boyun, kürək, sağ qol nahiyələrinə zərbələr endirmişdir. Bu zaman Ləman İlhamın əməllərini öz mobil telefonu ilə video çəkilişlə qeyd almışdır. İlham onu vurarkən Ləman qışqırmağa başlamışdır. İlham Ləmanın telefonla video çəkiliş apardığını görərək onu buraxıb Ləmanın üzərinə hücum edib əvvəlcə telefonunu əlindən alıb əyərək kənara atmış, yenidən Ləmanın üzərinə hücum edərək, saçından tutub başına, üzünə, boynuna və başını aşağı əyərək kürəyinə yumruqla zərbələr endirmiş, zərbələrin təsirindən Ləman yerə yıxılmışdır. O, İlhamı Ləmanın əlindən ala bilmədiyi üçün kömək üçün həyətə, oradan da sındırılmış darvazanın arasından küçəyə çıxaraq qonşuları köməyə çağırmışdır. Bu zaman küçədən keçən təxminən 50-55 yaşlarında tanımadığı kişidən telefonu ilə zəng etməyinə şərait yaratmağını xahiş etmiş, həmin şəxsə əri Vəfadarın telefon nömrəsini vermişdir. Həmin şəxs Vəfadara zəng edərək hadisə barədə məlumat verib oraya çağırmışdır. Bu zaman onun səsinə qonşusu Vəfa gəlmişdir. Vəfanın əlində telefon olmuşdur. O, Vəfaya telefonunun evdə qaldığını, evə girə bilmədiyini deyərək polisə məlumat verməyinə köməklik etməsini istəmişdir. Bundan sonra Vəfadan telefonu götürərək DİN-in 102 xidmətinə zəng edib hadisə barədə məlumat vermiş və telefonu Vəfanın özünə qaytarmışdır. Vəfa telefonu götürərək öz evinə getmişdir. Bu zaman o, “polis-polis...”- deyə qışqırmağa başlamışdır. Həmin vaxt keçmiş qudası Sevilin və kürəkəni Mehmanın küçənin baş tərəfində olduqlarını, Sevilin onların yaşadığı ev istiqamətində gəldiyini görmüşdür. Bu anda İlham evin darvazasından küçəyə çıxaraq yanından keçib anası Sevilin yanına gedərək, sonuncu ilə birlikdə Mehmana məxsus “VAZ 2107” markalı avtomobilə minərək oradan uzaqlaşmışdır. Onlar getdikdən təxminən 5-10 dəqiqə sonra əri Vəfadar evə qayıtmışdır. O, Vəfadarı küçədə qarşılamış və hadisə barədə məlumatlandırmışdır. Bundan sonra Vəfadarla birlikdə kilidi sındırılmış darvazadan həyətə, oradan da evə daxil olmuşlar. Evin qonaq otağında qızı Ləmanın və nəvələrinin xəsarət aldıqlarını görmüşdür. Bu zaman hadisə yerinə polis əməkdaşları da gəlmiş və müvafiq sənədləşmə aparmışlar. Əlavə olaraq qeyd etdi ki, 30 yanvar 2021-ci il tarixdə saat 12:30 radələrində o, qızı Ləman və nəvələri Rəvanla Ayxan yaşadıqları ünvan 2 ünvanında, əri Vəfadar isə bazarda olarkən qəflətən evin işıqları sönmüş, o, sayğacı yoxlamaq üçün küçəyə çıxmışdır. Məlumat üçün bildirmişdir ki, mənzilin işıq sayğacı həyətdən çöldə, yəni küçədə divarda quraşdırılmışdır. O, həyət darvazasını açıb küçəyə çıxmış, sayğaca baxanda üzərində istifadə üçün balans olduğunu, sayğacın düyməsinin aşağı endirilməsi nəticəsində, yəni kənar müdaxilə ilə işığın söndürüldüyünü görmüşdür. Sayğacın düyməsini yuxarı qaldırıb işığı yandırmış və sağa çönərkən İlhamın qarşısında dayandığını görmüşdür. İlham möhkəm bir yumruq zərbəsi ilə sağ gözündən vurmuş, o, zərbənin təsirindən yerə yıxılmışdır. İlham onu nalayiq ifadələrlə təhqir edib hədələyərək iti yerişlərlə oradan uzaqlaşmışdır. O, qışqırıb kömək çağırmış, İlham artıq küçədən çıxmaq üzrə olarkən səsinə qızı Ləman gəlmişdir. Təqsirləndirilən şəxs qızından boşandıqdan sonra yaşadıqları mənzilə daxil olmaq hüququ olmamışdır. Belə ki, o, əri Vəfadar və qızı Ləman, yəni hamısı İlhamın evlərinə gəlməsinə qəti qadağa qoymuşlar. Həmin gün isə İlham onların etirazlarına baxmayaraq, evin darvazasını təpiklə vurub zorakılıqla açaraq oradan həyətə, həyətdən isə evin plastikdən olan giriş qapısını təpiklə vurub zəncirbəndini sındıraraq qonaq otağına daxil olmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs3 göstərmişdir ki, ünvan 3 ünvanında arvadı Zərərçəkmiş şəxs2, övladı Zərərçəkmiş şəxs1, nəvələri X13 və X9 birlikdə yaşayır. Qızı Ləman 2014-cü ildə X12 ilə rəsmi nikaha daxil olaraq evlənmiş, həmin nikahdan onların 31.12.2016-cı il tarixdə Rəvan Namazov və 24.01.2018-ci il tarixdə isə Ayxan Namazov adlı övladları dünyaya gəlmişdir. Qızı Ləmanla kürəkəni İlhamın ər-arvad kimi münasibətləri qaydasında getmədiyinə görə onlar 2020-ci ilin yanvar ayında Gəncə şəhər, Nizami rayon məhkəməsinin qərarı ilə rəsmi olaraq boşanmışlar. Bundan sonra həmin Məhkəmənin 03 mart 2020-ci il tarixli qətnaməsi ilə İlham Namazovun ata kimi hüquqlarını həyata keçirməsini təmin etmək üçün nəvələri Ayxan Namazovla üç yaşınadək anasının iştirakı ilə şənbə və bazar günləri saat 12:00dan 15:00-dək, digər nəvəsi Rəvan Namazovla isə şənbə və bazar günləri saat 12:00-dan 17:00-dək görüşüb ünsiyyətdə olmaları üçün görüş günləri təyin edilmişdir. Həmin qətnamədən sonra Ləman övladlarını həftənin şənbə və bazar günləri Gəncə şəhər İcra İdarəsinə apararaq orada icra məmuru Fərid Rzayevin iştirakı ilə İlhama təhvil verib, görüş müddəti bitdikdən sonra isə Gəncə şəhər İcra İdarəsində icra məmuru Fərid Rzayevin iştirakı ilə övladlarını İlhamdan təhvil almışdır. 2020-ci ilin dekabr ayının əvvəlində nəvələri Rəvan və Ayxanın səhhətləri pisləşmiş və onlar xəstələnmişlər. Yenə adəti üzrə həftənin şənbə günü, yəni 05.12.2020-ci il tarixdə saat 11 radələrində icra məmuru X11 zəng edərək uşaqlarla görüş vaxtının olduğunu bildirmiş, Ləman isə telefonda övladlarının xəstə olduğunu, ancaq ehtiyac yarandığı təqdirdə onları gətirə biləcəyini söyləmişdir. Bu zaman icra məmuru Fərid müəllim qızı Ləmana “əgər uşaqların xəstələnməsi ilə bağlı həkimin arayışı varsa onu təqdim edin, uşaqlarla görüşü sağalanda təşkil edərik”- deyə bildirmişdir. Bundan sonra nəvələrinin xəstə olması ilə bağlı həkimdən aldıqları arayışı icra məmuruna təqdim etməsi üçün qızı Ləman ona vermiş, daha sonra arayışları götürərək evdən küçəyə çıxıb darvazanı kilidləyərək piyada Gəncə şəhər İcra idarəsinə getmiş, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, “Novruz meydanı” kimi tanınan əraziyə çatdıqda xatırlamadığı nömrədən ona zəng gəlmiş, dəstəyi götürdükdə tanımadığı şəxs onun evinin qarşısında olduğunu, evində dava-dalaş baş verdiyini bildirərək, həmin yerə gəlməyini istəmiş və o, dərhal yoldan geri qayıdaraq piyada evinə getmişdir. Yaşadığı evin yerləşdiyi küçəyə çatdıqda arvadı Sədaqətin küçədə ağladığını görmüş, sonuncudan nə baş verdiyini soruşduqda Sədaqət ona İlhamın evin darvazasının kilidini sındıraraq evə daxil olduğunu, evdə onu və qızı Ləmanı döydüyünü bildirmişdir. Bundan sonra o, evinin darvazasına baxdıqda darvazanın tərəflərinin aralandığını, qapısının kilidinin sındırıldığını görmüş, darvazanın arasından həyətə daxil olaraq evin plastikdən olan giriş qapısının kilidinin də sındırıldığını aşkar etmişdir. Oradan evin qonaq otağına daxil olduqda Ləmanın və nəvələrinin ağladığını, qızının üzündə xəsarətlərin olduğunu görmüşdür. Ləman ona İlhamın evə girərək onu və nəvələrini döydüyünü bildirmişdir. Təqsirləndirilən şəxs qızından boşandıqdan sonra ona məxsus mənzilə daxil olmaq hüququ olmamışdır. Çünki o, qızı və arvadı, yəni hamısı İlhamın onlara gəlməsinə qəti qadağa qoymuşlar. İlham dəfələrlə onlarla münaqişə yaratdığına görə o, həmişə evdən qısa müddətlik çıxanda İlhamın gəlib evə girə bilməməsi üçün darvazanı zəncirbənddən açarla bağlamış, evdən uzun müddətlik çıxanda, məsələn, işə gedəndə və s. darvazanı açarla bağladıqda isə açarı darvazanın altından həyətə atmışdır ki, çölə çıxmaq zərurəti yarandığı halda ailə üzvləri qapını aça bilsinlər. Həmin gün, yəni 05.12.2020-ci il tarixdə də evdən qısa müddətlik çıxmış, məqsədi tibbi arayışı icra məmuruna verib geri qayıtmaq olmuş, ona görə də, darvazanı çöldən bağlayıb açarı özü ilə aparmışdır. Darvazanın arxasına həmişə dəmir cəftə taxılır ki, həmin cəftə darvazanın iki böyük qapısının bir-birindən aralanıb açılmasına mane olur. O, həmin gün evə qayıtdıqdan sonra hadisə yerinə baxarkən aydın olmuşdur ki, İlhamın zərbələrindən darvazanın arxasındakı cəftə yerindən çıxmış, zəncirbəndi sınmış, həmçinin mənzilin giriş qapısının zəncirbəndi də zərbədən istifadəyə yararsız vəziyyətə düşmüş, qapı açılmış və bununla da, İlham zor tətbiq etməklə mənzilə daxil olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ünvan 4 ünvanında əri Şahid2 və övladları ilə birlikdə yaşayır. 05.12.2020-ci il tarixdə səhər saat 11 radələrində evdə olan zaman qonşusu Zərərçəkmiş şəxs2 qışqırıb kömək çağırdığını eşidərək, dərhal çölə çıxmış, bayıra çıxdıqda Zərərçəkmiş şəxs2 öz evlərinin darvazasının qapısını iki əllə vurduğunu görərək onun yanına getmişdir. Ona yaxınlaşdıqda Sədaqət kömək çağırmaq üçün telefon istəmiş, o isə evə qayıdaraq stasionar telefonu götürüb sonuncuya gətirmişdir. Bu zaman Zərərçəkmiş şəxs2 DİN-in 102 xidmətinə zəng edərək, keçmiş kürəkəni Təqsirləndirilən şəxs onların yaşadıqları evə daxil olaraq ailə üzvlərini döydüyünü bildirmiş və polis əməkdaşlarının dərhal həmin ünvana yaxınlaşmalarını xahiş etmişdir. Bundan sonra o, telefonu götürərək evinə qayıtmışdır. Atasının səhhətində problemlər olduğundan, o, hər gün sonuncuya baş çəkmişdir. Bu səbəbdən də, telefonunu Zərərçəkmiş şəxs2 götürüb evə gəldikdən sonra əri Rövşənə zəng edərək, sonuncudan onu atasıgilə aparmasını xahiş etmiş, Rövşən yaxınlıqda olduğu üçün təxminən 10-15 dəqiqə sonra evə gəlmiş və onu atasıgilə aparmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, ünvan 5 ünvanında arvadı Şahid1 və övladları ilə birlikdə yaşayır. 05.12.2020-ci il tarixdə səhər saatlarında evə bazarlıq etmək məqsədilə “köhnə Şəmkir avtovağzalı”nın yaxınlığında yerləşən ticarət obyektinə getmiş, təxminən saat 11 radələrində arvadı Şahid1 ona zəng edərək qayınatasıgilə getmək lazım olduğunu bildirmiş və evə qayıtmağını xahiş etmişdir. Alış-veriş prosesini yekunlaşdırdığı üçün o, şəxsi **-DM-*** dövlət qeydiyyat nişanlı “VAZ 2107” markalı avtomobili ilə yaşadığı ünvana gəlmiş, oraya yaxınlaşarkən, yəni Əlişir Nəvai küçəsinə çatarkən qonşusu Zərərçəkmiş şəxs2 keçmiş kürəkəni Təqsirləndirilən şəxs küçə ilə hərəkət edərkən görmüş və buna məhəl qoymadan evinə getmişdir. Daha sonra o, arvadını da götürərək, qayınatasıgilə yollanmış və həmin vaxt başqa heç nə görməmişdir. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi xüsusatlar, yəni onun 05.12.2020-ci il tarixdə Əlişir Nəvai küçəsi, ev 12 ünvanına daxil olaraq İlhamla mübahisə edən keçmiş qayınatası Zərərçəkmiş şəxs3 aralaşdırdığı barədə göstərilənlər həqiqəti əks etdirməmişdir. Belə ki, o, həmin gün, ümumiyyətlə, Zərərçəkmiş şəxs3 görməmiş və onların yaşadığı evə daxil olmamışdır. Bundan əlavə o, 05.12.2020-ci il tarixdə yaşadığı ünvana gəldikdə küçədə heç kəs olmamışdır. Sadəcə olaraq o, küçə ilə hərəkət edən zaman Təqsirləndirilən şəxs və qapılarının ağzında Zərərçəkmiş şəxs2 görmüşdür. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-tibb ekspertizasının 07.12.2020-ci il tarixli, 1859 saylı rəyində göstərilmişdir ki, vətəndaş Zərərçəkmiş şəxs1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər - sağ kürək və sol dirsək nahiyələrinin yumşaq toxumalarının əzilməsi və hematoması, sağ gözün alt qapağının, hər iki dodaq, bel və hər iki diz nahiyələrinin qançırları, alın, boyun, sağ yanaq nahiyələrinin sıyrıqları - bərk KÜT əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni 05.12.2020-ci il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-tibb ekspertizasının 01.02.2021-ci il tarixli, 139 saylı rəyində göstərilmişdir ki, vətəndaş Zərərçəkmiş şəxs2 bədəni üzərində müəyyən edilmiş xəsarət - sağ göz ətrafı nahiyənin hematoması - bərk KÜT əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni 30.01.2021-ci il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında 05.12.2020-ci il tarixli və 30.01.2021-ci il tarixli protokollardan görünür ki, hadisə yerləri - ünvan 2 ünvanı və həmin evin yerləşdiyi ərazidəki küçədir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan diskə baxış keçirilməsi barədə protokoldan görünür ki, diskə baxış zamanı 05.12.2020-ci il tarixdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 yaşadığı ünvan 3 ünvanında yerləşən evin qonaq otağında yumruqla sonuncunun sifətindən vuraraq saçından yolması faktı görüntülərdə öz təsdiqini tapmışdır. Məhkəmədə tədqiq edilmiş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 31.12.2016-cı il təvəllüdlü X13 və 24.01.2018-ci il təvəllüdlü X14 adlı iki azyaşlı uşağı var. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən işin faktiki halları düzgün müəyyən edilməyərək, Təqsirləndirilən şəxs əməlləri Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilsədə, sonuncunun əməli Cinayət Məcəlləsinin 157.2-ci maddəsinə münasibətdə düzgün tövsif edilməmişdir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 saylı, 27 dekabr 1996-cı il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan şəkildə yazılmalı, iş üzrə müəyyən olunmuş hallar, sübutlar və məhkəmənin nəticələri hökmdə ciddi məntiqi ardıcıllıqla şərh edilməlidir. “X7 Keçirilməsi Zamanı “İnsan Hüquqlarının və X6 Haqqında” X3 və İnsan Hüquqları Üzrə Arvopa Məhkəməsinin Presedentlərinin Tətbiqi Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 10cu maddəsində göstərilir ki, hüququn aliliyi və insan hüquqlarına hörmət X4 3-cü maddəsində nəzərdə tutulan əsas dəyərlərdəndir. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinsipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Azərbaycan Respublikası CPM-in 44.1-ci maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2.4-cü maddəsində göstərilmişdir ki, bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda - təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-in 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinin tələbinə görə məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə qeyd edir ki, məhkəmə istintaqı zaman tədqiq edilmiş sübutların məcmusu ilə tam təsdiq edilmişdir ki, Təqsirləndirilən şəxs rəsmi nikahda olduğu arvadı Zərərçəkmiş şəxs1 ilə Gəncə şəhəri, Nizami Rayon Məhkəməsinin 09 yanvar 2020-ci il tarixli qətnaməsi əsasında boşandıqdan sonra həmin Məhkəmənin 03 mart 2020-ci il tarixli qətnaməsinə uyğun olaraq, azyaşlı övladları: 2016-cı il təvəllüdlü X13 və 2018-ci il təvəllüdlü X9 hər həftənin şənbə və bazar günləri ünsiyyətdə olmaq hüququ əldə etsə də, növbəti görüş günü, yəni 05 dekabr 2020-ci il tarixdə Rəvan Namazov və Ayxan Namazovun xəstəlikləri ilə əlaqədar görüşün təşkil edilməməsinə və bu barədə müvafiq tibbi rəy olmasına baxmayaraq, uşaqları ilə görüşmək üçün həmin tarixdə saat 11 radələrində onların yaşadığı ünvan 2 ünvanına gedərək, həyətyanı yaşayış sahəsinin giriş darvazasını döyüb Zərərçəkmiş şəxs1 özünü icra məmuru kimi təqdim etməklə qapını açmasını tələb etsə də, sonuncunun uşaqların xəstəliyi barədə tibbi arayışı İcra İdarəsinə təqdim etdiyini bildirib, qapını açmaqdan imtina etməsindən sonra qapını əli ilə fasiləsiz döyərək, darvazanın arxasındakı cəftənin yerindən çıxması nəticəsində aralanmış darvazadan fərdi yaşayış evinin həyətinə daha sonra isə mənzilə daxil olub Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan mənzildə yaşayan Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 iradəsi ziddinə xüsusi mülkiyyət hüququ əsasında sonuncuya məxsus olan mənzilə daxil olmuş, Zərərçəkmiş şəxs1 yaşadığı evə qanunsuz daxil olmağına etiraz etməsinə baxmayaraq, mənzili tərk etməyib Zərərçəkmiş şəxs1 saçından tutub itələməklə yerə yıxaraq, azyaşlı övladları Rəvan Namazov və Ayxan Namazovun analarını qucaqlayıb ağlamalarına məhəl qoymadan onların gözü qarşısında Zərərçəkmiş şəxs1 bədəninin müxtəlif nahiyələrindən yumruq və təpiklə vurub zərərçəkmiş şəxsə qarşı xüsusi amansızlıqla sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid sağ kürək və sol dirsək nahiyələrinin yumşaq toxumalarının əzilməsi və hematoması, sağ gözün alt qapağının, hər iki dodaq, bel və hər iki diz nahiyələrinin qançırları, alın, boyun, sağ yanaq nahiyələrinin sıyrıqları xəsarətləri yetirməklə Zərərçəkmiş şəxs1ın sağlamlığına qəsdən yüngül zərər vurmuş, daha sonra o, 30 yanvar 2021-ci il tarixdə saat 12:30 radələrində ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısına gedib divarda quraşdırılmış işıq sayğacına müdaxilə edərək mənzilə elektrik enerjisinin verilməsini dayandırmış və həmin vaxt sayğacı yoxlamaqdan ötrü evdən küçəyə çıxan keçmiş qayınanası Zərərçəkmiş şəxs2 uzun müddətdən bəri aralarında şəxsi münasibətlərlə əlaqədar yaranmış ədavət zəminində yumruqla vurub sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid sağ göz ətrafı nahiyənin hematoması xəsarəti yetirməklə başqa şəxsin sağlamlığına təkrarən qəsdən yüngül zərər vurmuş və bu hərəkəti ilə də qeyd olunan tarixdə CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ifadəsində 30 yanvar 2021-ci il tarixdə qayınanası Zərərçəkmiş şəxs2 qarşı törədilmiş cinayətdə özünü təqsirli bilmədiyini, həmin gün qayınatası evinə yaxud həmin evin yaxınlığına gedib qayınanasını vurub ona yüngül dərəcəli xəsarət yetirmədiyini göstərsədə məhkəmə onun bu ifadəsini özünü müdafiə xarekterli olmaqla cinayət məsuliyyətin yayınmaq üçün verilmiş ifadə kimi qiymətləndirib həmin hissədə təqsirləndirilən şəxsin ifadəsini sübut növü kimi qəbul etmir. Beləliklə məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs 12.05.2020-ci il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməli ilə yanaşı CM-nin 157.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi deyil, CM-nin 157.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı əməlin cinayət hesab edilməsi həmin əməli törədən şəxsin barəsində mühüm cinayət-hüquqi nəticələr törətdiyindən cinayət-hüquqi məsuliyyətə səbəb olan hansı hərəkət və ya hərəkətsizlik, o cümlədən məhz hansı vəzifənin yerinə yetirilməməsi hüquqi müəyyənlik prinsipinə uyğun olaraq qanunda dəqiq və aydın göstərilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun məsələ ilə bağlı hüquqi mövqeyi ondan ibarətdir ki, cinayət məsuliyyəti yaradan əməlin qanunda dəqiq, birmənalı və açıq-aşkar şəkildə göstərilməsi tələb edilir. Müvafiq olaraq, təqsirsiz şəxslərin cinayət məsuliyyətinə cəlb olunmasına və təqsirli şəxslərin cinayət məsuliyyətindən kənarda qalmasına şərait yaratmamaq məqsədilə məsuliyyəti müəyyən edən cinayət qanununun müddəası qeyrimüəyyən və ikimənalı olmamalıdır. (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 229.1, 230, 231 və 232.1-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2010cu il 21 iyun tarixli Qərar). Cinayət qanunvericiliyi sahəsində hüquqi müəyyənlik prinsipi Konstitusiyanın 71-ci maddəsinin Vİİİ hissəsindən və Konvensiyanın 7-ci maddəsindən irəli gəlir. Konstitusiyanın 71-ci maddəsinin Vİİİ hissəsindəki müddəa Əsas Qanunda qanunçuluq prinsipini ifadə edərək, cinayət və cəzanın qanuna əsaslanmasını tələb etməklə yanaşı (nullum crimen sine lege və nulla poena sine lege prinsipləri), cinayət qanununun genişləndirici təfsirinin qadağan edilməsi (lex stricta) və cinayət qanunvericiliyinin aydın və müəyyən olmasını da (lex certa) tələb edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin X1rşı iş üzrə 2008-ci il 19 sentyabr tarixli Qərarında göstərilmişdir ki, Konvensiyanın 7-ci maddəsi ittiham olunan şəxsin maraqlarının ziyanına cinayət-hüquqi normaların geriyə qüvvəsinin qadağan edilməsi ilə məhdudlaşmır. Bununla bərabər, həmin maddə özündə daha ümumi prinsipləri ehtiva edir. Həmin prinsiplərə əsasən yalnız qanun cinayətin tərkibini və buna görə cəzanı müəyyən edə bilər (nullum crimen, nulla poena sine lege), o cümlədən ittiham olunan şəxsin ziyanına, məsələn, analogiya üzrə, cinayət hüquq normalarının genişləndirici şərh olunmasını qadağan edir. Bu prinsiplərin mahiyyətindən aydın olur ki, milli qanunvericilik cinayətin tərkibini dəqiq müəyyən etməlidir (§ 70). Cinayət qanununun başlıca prinsiplərindən biri olan qanunçuluq prinsipinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir (Cinayət Məcəlləsinin 5.1-ci maddəsi). Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər (Cinayət Məcəlləsinin 7.1-ci maddəsi). Bu vəzifələrin və prinsiplərin təmin olunması törədilmiş ictimai təhlükəli əməlin düzgün tövsif edilməsi zamanı mühüm əhəmiyyətə malikdir. Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. “Azərbaycan Respublikası CM-in 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Başqa bir Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki, bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyriməhdud) mülahizələrə və özbaşınalığa gətirib cıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır (Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsinə dair 20.05.2011-ci il tarixli qərar). Məhkəmə təqsirləndirilən şəxsin məhkəməyə verildiyi Cinayət Məcəlləsinin 157.2-ci maddəsinin dispozsiyasına diqqət yetirilməsini zəruri hesab edir. Həmin normada göstərilmişdir ki, eyni əməllər yəni Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olma zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə bu maddədə nəzərdə tutulmuş cinayət tərkibi yaranır. Göstərilən cinayət tərkibinin obyekti Azərbaycan Respublikası Konstitusiyasının 33cü maddəsi ilə müəyyən edilən mənzil toxunulmazlığı hüququdur. Hansı ki, bu hüquq vətəndaşlığından asılı olmayaraq hər bir şəxsə məxsusdur. Hüququn məzmunu ondan ibarətdir ki, qanunla müəyyən edilmiş hallar və ya məhkəmənin qərarı istisna olmaqla mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz. Cinayət obyektiv cəhətdən Azərbaycan Respublikası qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanların iradəsi ziddinə daxil olmaqla ifadə olunur. Mənzil toxunulmazlığını pozma mənzilə elə daxil olmanı nəzərdə tutur ki, bu, Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş əsaslar olmadan mənzildə yaşayan şəxslərin iradəsi ziddinə uyğun həyata keçirilsin. Əks halda yəni qeyd olunanlar mövcud olmadıqda cinayət məsuliyyəti istisna edilir. Bəhs olunan cinayətin tövsifedici əlaməti əməllərin zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədilməsidir. Burada zor tətbiq etmək dedikdə zərərçəkmiş şəxsin azadlığının məhdudlaşdırılması, qəsdən sağlamlığına yüngül xəsarət vurulması və ya əzab vermə və.s. başa düşülür. Zor tətbiq etmə hədəsi dedikdə isə zərərçəkmiş şəxsə onun sağlamlığına ağır, az ağır və yüngül zərər vurmaqla, azadlığın məhdudlaşdırmaqla və ya ölümlə hədələmə formasında psixi təsir başa düşülür. Məhkəmə Təqsirləndirilən şəxs mənzilə qanunsuz daxil olmasını Cinayə Məcəlləsinin 157.2-ci maddəsinin tələbləri baxımından qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxsin əməlində mənzilə qanunsuz daxil olma olsa da, zor tətbiq etmə və ya zor tətbiq etmə hədəsi olmamışdır. Çünki təqsirləndirilən şəxs darvazanın cəftəsini yerindən çıxarmış, darvazadan içəri daxil olmuş, daha sonra ağ rəngli plastik giriş qapısı olan qonaq otağına daxil olmuşdur. Bundan sonra təqsirləndirilən şəxslə zərərçəkmiş şəxslər arasında insident baş vermişdir. Nəzərə almaq lazımdır ki, Cinayət Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli formal tərkibli cinayətdir. Yəni formal quruluşa malik olan tərkiblərdə cinayət tərkibinin obyektiv cəhəti yalnız ictimai təhlükəli hərəkətdən (hərəkətsizlikdən) ibarət olur. Belə tərkibli cinayətlər qanunla qadağan edilən hərəkət (hərəkətsizlik) törədildiyi andan başa çatmış hesab edilir. Göstərilən cinayət əməli qanunla müəyyən edilmiş əsaslar olmadan mənzilə yaşayan şəxslərin iradəsi ziddinə daxil olma anından cinayət başa çatmış sayılır. Təsadüfi deyildir ki, qanunvericilik və hüquq ədəbiyyatı “cinayət” anlayışı ilə yanaşı “obyektiv əlamətlər” anlayışından istifadə edir. Cinayət - ictimai təhlükəli əməli yaradan obyektiv və subyektiv elementlərin sistemidir. Cinayət tərkibi - ictimai təhlükəli əməli cinayət kimi xarakterizə edən cinayət qanununda göstərilən obyektiv və subyektiv əlamətlərin məcmusudur. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs tərəfindən qonaq otağında baş vermiş hadisələrin həyata keçirilməsi mənzildə qanunsuz daxil olmadan sonra yarandığından və onun əməli artıq mənzildə yaşayan şəxslərin iradəsi ziddinə darvazadan içəri girən zaman başa çatdığından əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157.1-ci maddəsi üzrə tövsif edilməlidir. Göstərmək lazımdır ki, mənzilə daxil olmaq üçün təqsirləndirilən şəxsin əməllərində zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi mövcud olmamışdır ki, bu da onun əməlinə Cinayət Məcəlləsinin 157.2-ci maddəsinin tətbiqini istisna edir. İşin qeyd olunan halları ibtidadi istinaq zamanı, habelə məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs və zərəçəkmiş şəxslərin ifadələri, eyni zamanda digər sübutlarla təsdiqini tapır. Azərbaycan Respublikası CPM-in 139.0.5-ci maddəsində qeyd edilmişdir ki, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları yalnız sübutlara əsasən müəyyən edilir Sübut dedikdə məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) başa düşülür (CPM-in 124.1-ci maddəsi). Cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları yalnız sübutlara əsasən müəyyən edilir (CPM-in 139.0 və 139.0.1-ci maddələri). Sübutlar mənbəyi, əldə edilməsi və iş üçün aidiyyəti olması etibarilə o dərəcədə mötəbər olmalıdır ki, onların obyektiv həqiqəti əks etdirməsi və sübuti əhəmiyyəti kənar müşahidəçidə şübhə doğurmasın. Ona görə də məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər (CPM-in 125-ci maddəsi). Məhkəmə göstərir ki, Azərbaycan Respublikası CPM-in 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 128 və 157.1-ci maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də cinayətkarlıqla mübarizədə əsas diqqət sosialiqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsaslanaraq, Təqsirləndirilən şəxs əməlində cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. CM-nin 59-cu maddəsinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs himayəsində iki azayaşlı uşağının olmasını, ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət əməlini törətməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-in 128 və 157.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlləri “böyük ictimai təhlükə törətməyən” olmaqla, şəxsiyyət əleyhinə, habelə insan və vətəndaşın konstitusion hüquq və azadlıqlarınən əleyhinə olan qəsdən törədilən cinayətlərdir. Məhkəmə cəzanı ağırlaşdıran halların olmamasını, əksinə cəzanı yüngülləşdirən halların olmasını habelə təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128 və 157.1-ci maddələrinin sanksiyalarında nəzərdə tutulan hədlərdə, CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsinə görə azadlığın məhdudlaşdırılması və CM-in 157.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə görə isə islah işi cəzası təyin olunmalı və həmin Məcəllənin 66.2 və 68.3.1-cü maddələrində nəzərdə tutulan qaydada təyin olunmuş cəzalar qismən toplanmaqla cinayətlərin məcmusu üzrə ona qəti cəza təyin edilməlidir. Cəzaların toplanması zamanı müddətlərin müəyyən edilməsi qaydasından bəhs edən Cinayət Məcəlləsinin 68.3.1-ci maddəsinə görə cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlığın məhdudlaşdırılmasının bir gününə islah işlərinin iki günü bərabər tutulur. Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 6 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.1-ci maddələrinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17-ci maddəsində göstərilmişdir ki, ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmamasıdır. Məhkəmə qeyd edir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. Məhkəmə göstərir ki, hazırki cinayət işi üzrə məhkəmə məsrəfləri yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən 30 iş saatı məsrəf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamının 1.3-cü bəndinə əsasən vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə dövlət hesabına göstərilən hüquqi yardıma görə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin İ hissəsinə müvafiq olaraq müəyyən edilmiş məbləğin 3 dəfə artırılması qərara alınmışdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353-cü, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128 və 157.1ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası, Cinayət Məcəlləsinin 157.1-ci maddəsi ilə aylıq qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 8 ay müddətinə islah işləri cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu Cinayət Məcəlləsinin 68.3.1-ci maddəsinin müddəalarına uyğun islah işlərinin iki günü azadlığın məhdudlaşdırılmasının bir gününə bərabər tutulmaqla cinayətlərin məcmusu üzrə qəti olaraq 9 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 6 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra qurumuna tapşırılsın. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 (yüz səksən) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rasim Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar