Məhkəmə qərarları › İş №1(044)-12/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-12/2021

16.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-12/2021 16.12.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi ilə, Rüstəmov Turan Aydın oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və X2, Təqsirləndirilən şəxs iştirakları ilə 16 avqust 1984-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs etibardan sui istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək təkrar dələduzluq etmişdir. Belə ki, o, Zərərçəkmiş şəxs3 ev almaq üçün Gəncə bank ASC-dən ipoteka krediti düzəltmək adı ilə inandırıb 2015-ci ilin iyul ayında günü istintaqa dəqiq məlum olmayan tarixdə Gəncə şəhəri “Xan bağı” adlanan parkın yanında 3000 manat məbləğində pulunu alıb etibardan sui istifadə etmə və aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrar, Zərərçəkmiş şəxs2 ev almaq üçün Gəncə bank ASC-dən ipoteka krediti düzəltmək adı ilə inandırıb sonuncunun tanışı Zərərçəkmiş şəxs4 vasitəçiliyi ilə 2015-ci ilin oktyabr ayında günü istintaqa dəqiq məlum olmayan tarixdə Zərərçəkmiş şəxs4 məxsus ünvan 2 ünvanında yerləşən evdə Zərərçəkmiş şəxs2 3000 manat pulunu alıb etibardan sui istifadə etmə və aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrar, Zərərçəkmiş şəxs1 ev almaq üçün Gəncə bank ASC-dən ipoteka krediti düzəltmək adı ilə inandırıb sonuncunun tanışı Zərərçəkmiş şəxs4 vasitəçiliyi ilə 2015-ci ilin dekabr ayında günü istintaqa dəqiq məlum olmayan tarixdə ünvan 3 ünvanında 3000 manat məbləğində pulunu alıb etibardan sui istifadə etmə və aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrar, Zərərçəkmiş şəxs4 ev almaq üçün Gəncə bank ASC-dən ipoteka krediti düzəltmək adı ilə inandırıb 2016-cı ilin yanvar ayında günü istintaqa dəqiq məlum olmayan tarixdə ünvan 2 ünvanında yerləşən evində 3000 manat məbləğində pulunu alıb etibardan sui istifadə etmə və aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 2013-cü ildə özünə məxsus evi Gəncə bank vasitəsilə ipoteka krediti ilə almışdır. Həmin vaxt Gəncə bankda işləyən həmin bankın ipoteka şöbəsinin müdiri Şahidla tanış olmuşdur. O, ev götürdükdən sonra onun ev götürməyini digər şəxslər bilməyə başlamışlar. Evi götürdükdən təxminən 2-3 ay sonra Şahid yaxınlaşmış və bir neçə tanış adam olduğunu, həmin adamlara da ev götürməkdə köməklik etməsini bildirmişdir. Ramin isə köməlik eddə biləcəyini bildirmişdir. Təxminən 2 il əvvəl tanışı Təyyar ona müraciət etmişdi ki, sonuncuya ipoteka krediti düzəltməkdə köməklik etsin. O, da Təyyarı Şahidla tanış etmiş və Təyyar öz iş yerindən arayış almışdır, bir neçə ay sonra Təyyara ipoteka krediti ilə ev almışdır. Həmin ərəfədə Təyyar evini aldığı Elşad adlı şəxsin qudası Sevinc ona zəng etmiş və “Ramin eşitdim sən ipoteka krediti ilə ev düzəldirsən” demişdir. O isə Gəncə bankla vasitəçilik etdiyini və ipoteka krediti düzəltdirə biləcəyini demişdir. Təxminən 1 həftə sonra Sevinc yenə də ona zəng etmiş və evinə getməyini bildirmişdir. O, Sevincin evinə getmiş və Sevinc orda ona İlhamə və oğlu Turalı təqdim etmiş və İlhamə ilə Turalın da ipoteka krediti ilə ev almaq istədiklərini demişdir. O, isə ev düzəldə bilcəyini demişdir. Turaldan harada işləməsini soruşmuşdur. Tural isə heç bir yerdə işləmədiyini bildirmiş və o, Turala bunun üçün arayış lazım olduğunu, arayış düzəltdirmək üçün 3000 (üç min) manat lazım olduğunu demişdir. Tural və anası İlhamə isə onunla razılaşmışlar. Lakin həmin vaxt o, pul almamışdır. Sonradan Şahid yaxınlaşmış və Tural adlı şəxsin heç bir yerdə işləmədiyini, Turala iş yeri tapıb arayış almaq lazım olduğunu demişdir. Şahid isə arayışı özü tapacağını demişdir. Bir neçə gün sonra Turalla Sevincin evində görüşmüş və Turaldan 1450 manat pul almışdır. Tural isə qalan 1550 manat pulu isə bir neçə aya verəcəyini demişdir. Lakin o, 1450 manat pulu Şahid verməmişdir. Həmin pulu öz ehtiyacları üçün xərcləmişdir. Tural isə özünə aid müvafiq sənədləri, yəni şəxsiyyət vəsiqəsinin surəti, qeydiyyatda olduğu yerin sənədlərini təqdim etmişdir. Təxminən 2 ay sonra o, Turalın anası İlhamədən Gəncə şəhəri Mərkəzi univermağın qarşsısında qalan 1550 manat pulu da almışdır. Həmin pulu alan zaman artıq Turalın ipoteka krediti düzəlmək üzərə olmuşdur. Şahid isə iş düzələndən sonra pulu aldığı üçün o, 1550 manat pulun üzərinə də 950 (doqquz yüz əlli) manat pul qoymuş və 2500 manat pulu Şahid vermişdir. Həmin 3000 manat puldan 500 manat ona çatdığı üçün o, 2500 manat vermişdir. Tural isə Gəncə bank vasitəsilə ipoteka fondundan 55000 (əlli beş min) manat pul götürmüşdür. Həmin pulun 35000 manatını evini aldığı Nofəl adlı şəxsə vermişdir. 20000 (iyirmi min) manat puldan 11000 (on bir min) manat pulu ilkin ödənişə çıxılmışdır. Qalan 9000 (doqquz min) manat puldan 5500 (beş min beş yüz) manat “şapka” pulu kimi Şahid vermişdir. Qalan 3500 (dörd min beş yüz) manat puldan 1000 (min) manatını Şahid vermişdir. 1000 (min) manat qiymətləndirmə şirkətinə verilməsi üçün Raminə vermişdir. Qalan 1000 manat isə ilkin ödəniş edilməsi üçün pul verən adama vermişlər. 500 manatın üstünə 200 manat cibindən qoyub sığorta rüsümü, kassa rüsumu və s. verildiyi üçün ora çıxılmışdır. Təxminən 1 həftə sonra o, evini satan Nofəl adlı şəxs sonuncuya da ipoteka krediti düzəltməyi təklif etmişdir. Həmin vaxt Nofəl də onunla razılaşmış və ev istədiyini bildirmişdir. O da Nofəlin heç bir yerdə işləmədiyi üçün iş yerindən arayış almaq üçün saxta arayış almağı demişdir. Nofəl də razılaşmış və o, Nofələ bunun üçün 3000 manat lazım olduğunu demişdir. Nofəl də təxminən 10 gün müddətində 700 manat və 2300 manat pulu hissə hissə ona vermişdir. Bundan sonra Nofəl gedib Məhsəti qəsəbəsində olan evə beh olaraq 1000 manat vermişdir ki, Gəncə bankdan ipoteka krediti alınmasını ev sahibi gözləsin. O, 3000 manatın 1000 manatını borcuna vermiş və 2000 manatı saxlamış ki, gələcəkdə lift idarəsinin müdiri Ələddindən Nofəlin orda işləməsinə dair saxta arayış alsın. Sonra Nofel ipotekanın açılmasını gözləməyə başlamışdır. Təxminən bir neçə ay sonra Sevinc yenə də ona zəng etmiş və Suad adlı tanışının olduğunu, sonuncunun da ipoteka krediti ilə ev almaq istədiyini bildirmişdir. O da söhbət edəcəyini demiş və Sevincin evinə getmişdir. Ramin həmin ərəfədə ona ipoteka kreditinin limiti olmadığını dediyi üçün o, Sevincə limit olmadığını bildirmişdir. Həmin vaxt Suad ona heç bir yerdə işləmədiyini bildirmişdir. O, ordan çıxdıqdan sonra lift idarəsində işləyən tanışı Ələddinin yanına gəlib Suad adlı qadının Ələddinin idarəsində işləməsi və ayda 500 manat maaş alması barədə arayış verməsini demişdir. Ələddin isə bunun üçün 2000 (iki min) manat pul alacağını demişdir. O, da bir neçə günə gələcəyini bildirmişdir. Bir neçə gün sonra Sevincin evində Suadla görüşmüş və Suada iş yerindən arayış almaq üçün və ilkin ödəniş olaraq 3000 (üç min) manat pul lazım olduğunu demişdir. Suad onunla razılaşmış və verəcəyini bildirmişdir. Suad ondan işin dəqiq düzələcəyini soruşmuşdur. O, isə narahat olmamasını demişdir. Bundan 1 həftə sonra Suad ona zəng etmiş və pulun hazır olduğunu demişdir. O, da Suadla Gəncə şəhəri ərazisində görüşmüş və onlar birlikdə Sevincin evinə getmişlər. Binanın qarşısında Suad ona pulunun dollar olduğunu, pulu xırdalayıb gələcəyini demişdir. O, Suadı gözləmiş və pulu manata çevirib gəlmişdir. Onlar sonra Sevincin evinə getmişlər və Sevincin evində Suad ona 3000 (üç min) manat pul vermişdir. Suad isə onu limit açılana kimi gözləyəcəyini bildirmişdir. O, həmin pulun 1000 manatını özünün ehtiyacları üçün xərcləmişdir. Qalan 2000 (iki min) manatı isə evdə şkafa qoymuşdur ki, Ələddinə versin. 2015-ci ilin dekabr ayında Sevinc ona Svetlana adlı rəfiqəsinin olduğunu, Svetlanaya da kredit düzəltməyini bildirmişdir. O, Sevincə də limit olandan sonra kredit veriləcəyini demişdir. Söhbətlərindən sonra Sevinc hissə-hissə ona 3000 manat pul vermişdir. Sonuncu dəfə 1500 manat pulu ona verən zaman Sevinc və Suad onun evinə gəlmişdir. O, Sevincdən ümumilikdə 3000 manat pul almışdır. Bundan əvvəl Rasim Alıyev adlı şəxs ondan ipoteka düzəltməyini xahiş etmişdir. Lakin sənədləşmə getdikdən sonra Rasim ipoteka istəmədiyini dediyi üçün Ramin və o, ziyan eləmişlər. Onun Şahid 2000 manat borcu yaranmışdır. Ona görə Ələddinə ayırdığı pulu Raminə vermək qərarına gəlmişdir. Həmin şəxslər onun evində olan zaman Şahid da özünə məxsus “Hyundai” markalı **-DB-*** nömrəli avtomobili ilə onların evinin yanına gəlmişdir. O, Rasim Alıyevin işindən borclu olduğu 2000 manat pulu şkafa qoyduğu üçün anası Gülnarəyə həmin pulu gətirməsini demişdir. Anası da kağıza bükülü pulu gətirmiş və o, həmin pulu aparıb Raminə vermişdir. Sonra Ramin çıxıb getmiş və o, da öz avtomobili ilə getmişdir. Sevincdən aldığı puldan 2000 manatını, bundan əlavə isə 2000 manat pulu özü tapmış və Ələddinə 4000 (dörd min) manat vermişdir ki, Suadın və Svetlananın adına lift idarəsindən ona arayış versin. Ələddin əvvəlcə arayışları vermək istəmiş, lakin o, Raminə bu barədə deyən zaman Ramin limitin açılmadığını və ona “mən deyəndə alıb gətirərsən, indidən alma, arayışın vaxtı keçməsin” demişdir. O, da Ələddinə o, deyən zaman arayışları verməsini demişdir. Lakin ipotekanın açılması bir neçə ay ləngimişdir. Bu ərəfədə Nofəl də ev sahibinin evi satmaq istədiyini, əlavə olaraq beh pul istədiyini demişdir. O, da ev sahibinə beh pulu verməsi üçün özü bir neçə dəfə ümumilikdə 2500 manat pul vermiş ki, Nofəl ev sahibinə beh kimi versin, ev sahibi də onları biraz gözləsin. Çünki o, Nofələ ipotekanın yaxın vaxtlarda düzələcəyi barədə söz vermişdir. Ev sahibi də Nofələ evi satmaq istədiyini deyən kimi Nofəl onun yanına gəlmişdir. 2016-cı ilin yanvar ayında Gəncə bank bağlanmışdır. Bundan sonra Sevinc və Suad ona zəng etmişlər. O, isə Ramin ona dediyi kimi Sevinclə Suada yaxın vaxtlarda bankın açılacağını bildirmişdir. Lakin bank açılmamış və Suad, Sevinc və Nofəl ondan pulunu tələb etməyə başlamışlar. O, bundan sonra Ələddinin yanına getmiş və bankın bağlandığını, pulu qaytarmasını bildirmişdir. Ələddin isə qaytaracağını söz vermiş, lakin pulu qaytarmamışdır. Bir neçə dəfə Ələddinin evinə getmiş, lakin Ələddin pulu olmadığını demişdir. Sonradan isə Ələddinin işdən çıxarıldığını eşitmiş və hələ də o, Ələddindən pulu ala bilməmişdir. O, bu barədə Raminə də demişdir. Sonra Ramin ona Zaminbanka işə düzəldiyini Nofəl, Sevinc və Suada ipoteka krediti düzəldəciyini demişdir. Lakin bir neçə ay sonra həmin bank da bağlanmışdır. O, da Rusiya Federasiyasının Moskva şəhərinə getmişdir. Lakin sonradan Nofəlin, Sevincin və Suadın onun barəsində şikayət etdiyini gördüyü üçün özü gəlmişdir. Sonradan isə Nofəlgilin pulunu düzəltmək məqsədilə Bakı şəhərinə getmiş və marşurut xətti üzrə avtobusda işləməyə başlamışdır. O, Sevincdən yalnız Svetlananın 3000 manat pulunu almışdır. Sevincin özündən 2500 manat pulu həmin hadisədən iki il əvvəl almışdır. Lakin Sevinc ev istəmədiyi üçün həmin pulu qudası Elşad və Təranənin əli ilə Sevincə qaytarmışdır. Suadın dedikləri yalandır. O, Suadla Gəncə bankın qarşısında Ramini görüşdürməmişdir. Ramin Suadın adını eşitmiş, üzünü görməmişdir. Sevinc ona Svetlanaya kredit düzəltməyi üçün 3000 manat vermiş, Suad və Nofəl isə özü ipoteka krediti düzəltməsi üçün 3000 manat pul vermişdir. O, da həmin pulların hər birinə 2000 manat olmaqla, ümumilikdə 4000 (dörd min) manatını Ələddinə vermiş ki, Svetlana və Suadın adına saxta arayış alsın və sonunculara ipoteka krediti düşsün. Qalan 5000 manat puludan 2500 manatını Nofəlin evinin behinə, qalan 2500 manat pulu isə özü ehtiyacları üçün xərcləmişdir. Sevincgil 2015-ci ilin dekabr ayında onların evə gəlmişlər. Sevinc ona Svetlanandan aldığı 1500 manat pulu vermişdir. Həmin vaxt Şahid ora gəlmiş, lakin o, Raminə Sevincin pulunu yox, başqa bir adamın pulunu, yəni Rasim Alıyevə qaytarmalı olduqları pulu Raminə vermişdir. Sonra da o, ordan çxıxıb getmişdir. O, Şahidla ipoteka krediti almaq istəyənlər arasında vasitəçilik etmişdir. Həmin pulları isə yuxarıda qeyd etdiyi kimi, lift idarəsindən iş üçün arayış almaq üçün almışdır. Qalanını da özü xərcləmişdir. O, Sevincgildən ayrı ayrılıqda aldığı həmin 3000 manat pulları iş yeri arayışı almaq üçün almışdır. Lakin sonradan bank bağlanmış və həmin arayışı da ala bilməmişdir. İpoteka krediti açılsaydı və Gəncə bank bağlanmasa idi o, lift idarəsindən həmin şəxslərin orada işləməsinə dair arayış alıb Şahid verərək orda işlədiyini və ipoteka krediti düzəltməsini deyəcəkdir. Sonra isə kredit düzələn zaman həmin şəxslər özləri ona bunun müqabilində pul verməli olmuşlar. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs4 ilə uzun illərdir ailəvi münasibətləri vardır. 2015-ci ilin may ayında Sevincin evində olan zaman qudası Tərnəyə Gəncə bank vasitəsilə ipoteka krediti ilə ev aldığını demişdir. Bu zaman o, da ev almaq istədiyini ona bildirmişdir. Sevinc isə tanışı Təqsirləndirilən şəxs zəng edib evə çağırmışdır. Ramin evə gələndən sonra Sevinc Raminə “bu mənim padruqamdı, buna da ipoteka ilə ev almaq olarmı” demişdir. Ramin isə limit olmadığını, ipoteka limiti açılan zaman məlumat verəcəyini demişdir. 2015-ci ilin sentyabr Sevinc onların evdə olan zaman ona ipoteka kreditlərinin limitinin açıldığını bildirmişdir. O, da bu barədə söhbət edəcəyini demişdir. Bir neçə gün sonra o, Sevinicin evinə getmiş və biraz sonra Ramin də ora gəlmişdir. O, Ramindən ona ipoteka ilə ev almaq istədiyini birdaha bildirmişdir. Ramin isə bu işi Gəncə bankda Şahidl birlikdə etdiyini, bunun üçün ilkin olaraq 3000 (üç min) manat pul istəmişdir. O, isə pulu olmadığını, düzələndən sonra verəcəyini demişdir. Ramin isə pulun əvvəlcədən verilməli olduğunu bildirmişdir. Bundan sonra o, Brilliyant adlı qadından 3000 (üç min ABŞ) dolları borc almışdır. Bundan sonra Təqsirləndirilən şəxs zəng etmiş və pulun hazır olduğunu demişdir. O, birdaha soruşmuş ki, “sən dəqiqmi Gəncə bankda işləyirsən”. Ramin isə “mən yox, sotum, qardaşım Ramin var, o Gəncə bankda işləyir, kreditləri o düzəldir” demişdir. O, isə “olarmı ondan görüşüb söhbət edək, görək nədi nə döl, sora pulu verim” demişdir. Ramin isə razılıq vermiş və onlar Raminə məxsus bardovi rəngli avtomobillə Gəncə bankın qarşısına getmişlər. Ramin bankda işləyən Raminə zəng etmiş və Şahid bankın qarşsına çıxmışdır. Onlar avtomobildən düşmüşlər və Raminə yaxınlaşıb Gəncə bankın pilləkənlərində söhbət etmişlər. O, Şahid “ay Ramin mənim işim alınacaqmı, mən heç yerdə işləmirəm, xalam oğlu başqa bankdan götürmək istədi, lakin maşı az olduğu üçün vermədilər” demişdir. Şahid isə üzünə baxıb gülümsəmiş və ona “ay xala bəs pulu nəyə görə alırıq səndən?!, özümüz düzüb qoşacıyıq” demişdir. O, bundan sonra əlavə xərc çıxıbçıxmadığını soruşmuşdur. Ramin isə hər on min manata min manat “şapqa” tutulduğunu, həmin pulun isə bankın müdiri Pərvanəyə çatacağını bildirmişdir. Bundan başqa həmin puldan komissiya pulunun da çıxılacağını demişdir. O, isə Raminə “pul üztümdədi, istiyirsən verim” demişdir. Şahid isə “yox, şəxsiyyət vəsiqəni və pulu ver Raminə mən ondan götürüəcəm” demişdir. Bu zaman Ramin ona “xala sən get maşına, mənim bir dəqiqə Raminlə işim var, həll edim gəlirəm” demişdir. O, da avtomobilə əyləşmiş və biraz sonra Ramin yanıma gəlmişdir. Sonra birlikdə Raminin avtomobili ilə Sevincin evinə getmişlər. O, Raminə pulun ABŞ dolları olduğunu demişdir. Ramin isə “xala ordan mənə 500 manat mənə çatır, gedək pulu xırdalayaq sora götürüm” demişdir. O, da 95 saylı aptekin yanında valyutadəyişmə mətəqəsində 3000 ABŞ dolları pulu manata çevirmiş və həmin pul 3150 (üç min yüz əlli) manat olmuşdur. Çünki həmin vaxt dolları 1 manat beş qəpik olmuşdur. Onlar birlikdə Sevincin evinə qalxmışlar və Sevincin yanında o, Sevincə “bax pulu verirəm ha, sabahoyan buyan olar” demişdir. Sevinc isə arxayın olmasını demişdir. Sonra o, Raminə 3000 manat pulu verib pulu saymasını bildirmişdir. Ramin də 3000 manat pulu saymış və “bunun 500 manatı mənimdi halallıq ver” demişdir. Qalan pulu isə Gəncə bankdakı Raminə verəcəyini deyib digər cibinə qoymuşdur. Sonra isə evdən çxıb getmişdir. Səhəri gün Ramin zəng etmiş və şəxsiyyət vəsiqəsinin surətini istəmişdir. O, da surətini çıxarıb şəhər ərazisində Raminlə görüşüb Raminə vermişdir. Ramin ona ev tapmağını dediyi üçün o, evlərlə maraqlanmış və Namiq adlı şəxsin evini almaq qərarına gəlmişdir. Bir müddət sonra Ramin ona zəng etmiş və evin şəkillərini çəkib qiymət qoyulacağını demişdir. O, da Raminlə birlikdə Namiqin Gəncə şəhərində olan evinə getmiş və adını bilmədiyi bir nəfər şəxs Raminlə evə baxıb evə 38000 (otuz səkkiz min) manat pul düşdüyünü demişdir. Sonra həmin şəxs evin sənədlərinə baxmış və şəklini çəkib getmişdir. Ramin isə ona “sənədlərin kopyala mənə ver” dmişdir. O, da sənədləri ksero kopya etmiş və “elba” kolbasa sexinin qabağında Təqsirləndirilən şəxs vermişdir. Ramin isə ona bir neçə ay gözləməyini, kredit düzələn kimi məlumat verəcəyini demişdir. O, hər həftə Ramindən məlumat almaq üçün zəng etmişdir. Ramin də hər dəfə onu arxayın salmışdır. Lakin sonradan Gəncə bank bağlanmış və Ramin onlara Şahid Zamin banka işə düzəldiyini, krediti ordan verəcəyini bildirmişdir. Ona görə onlar biraz da arxayınlaşmışlar. Lakin vaxt keçdikcə Raminin onları aldatdığını bilmişdir. 2015-ci ilin dekabr ayında o, Sevinc gilə getmişdir. Həmin vaxt Sevincin çıxdığını görmüş və Sevinc ona Raminə Sevtlana adlı qadının pulunu verməyə getdiyini demişdir. O, da Sevinclə birlikdə Təqsirləndirilən şəxs evinə getmişdir. Onlar orda olan zaman Raminin anası Gülnarə orda olmuşdur. Sevinc Raminə məbləğini bilmədiyi pulu vermişdir. Sonra Ramin zəng edib kimləsə danışmışdır. Biraz sonra Gəncə bankda işləyən Şahid ağ rəngli “Hundai” markalı avtomobillə gəlib evin yanında dayanmışdır. Sonra avtomobildən düşmüş və gözləmişdir. Təqsirləndirilən şəxs isə anası Gülnarəyə pulu gətirməsini bildirmişdir. Anası da gedib digər evdən pulu gətirmiş və Ramin Sevincən aldığı pulu da həmin pulun üzərinə qoyub çölə çıxmışdır. Onlar isə Sevinclə birlikdə pəncərədən baxmışlar. Ramin aparıdığı pulu da Şahid vermişdir. Sonra hər ikisi avtomobilə oturub getmişlər. Bundan sonra Ramin hər dəfə onları arxayın salmışdır ki, ipoteka krediti düzələcək. Lakin sonradan Raminin onları aldatdığını bilmişlər və şikayət ərizəsi yazmışlar. O, ipoteka düzəltməsi üçün Təqsirləndirilən şəxs 3000 (üç min) manat pul vermiş. Lakin o, 3000 (üç min) ABŞ dolları pulu sələm götürdüyü üçün həmin pulun faizi 3900 (üç min doqquz yüz) ABŞ dolları etmişdir. Ona görə də o, 3900 ABŞ dolları yazmışdır. Əslində o, 3000 (üç min) ABŞ dollarını manata çevirib Təqsirləndirilən şəxsa 3000 manat pul vermişdir. O, Ramin Veriyevə pulu verən zaman Sevinc də yanlarında olmuşdur. Ramin ilk öncə onu Gəncə bankda işləyən Şahidla görüşdürmüş. Ramin isə narahat olmamağını, pulu Təqsirləndirilən şəxs verməyini, sonra isə ipoteka krediti ilə ev alacağını demşdir. Ona görə də o, 3000 manat pulu Təqsirləndirilən şəxs vermiş ki, Şahid versin. Ordan 500 manat isə Təqsirləndirilən şəxs öz payına düşdüyünü bildirmişdir. Hal-hazırda təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmiş, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur və təqsirləndirilən şəxsin məsuliyyətdən azad edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, təxminən 4 il əvvəl o, ipoteka krediti düzəltdirmək qərarına gəlmişdir. Bu barədə qudası Təranəyə deyən zaman, Təranə ona Ramin adlı şəxi tanıdığını, Raminin “Gəncə Bank” vasitəsilə Təragilə ipoteka kredit düzəltdirməsinə köməklik etdiyini demişdir. Bundan sonra o, Raminin mobil nömrəsini götürüb zəng etmiş və kredit götürmək istədiyini demişdir. Bir neçə gün sonra Təqsirləndirilən şəxs onların evinə gəlmiş və kredit götürmələrinə köməklik edə biləcəyini demişdir. Həmin vaxt Ramin onlara Gəncə bankda işləmədiyini, yalnız həmin Gəncə bankda işləyən Ramin və bankın rəhbəri Pərvanə adlı qadın vasitəsilə ipoteka kreditini düzəltdiyini onlara izah etmişdir. Söhbət zamanı Ramin onlara sənədlərin toplanması üçün 3000 (üç min) pul lazım olduğunu bildirmişdir. Bu zaman oğlu Ruslan ona dostu Turalın və anası İlhamənin də evlərinin kiçik olduğunu, ipoteka krediti ilə yeni ev almaq istədiklərini bildirmişdir. Bundan sonra o, İlhamənin də ev istədiyi barədə Təqsirləndirilən şəxs bildirmişdir. Ramin isə ilkin olaraq 3000 (üç min) manat sənədlərin düzəlməsinə aldıqlarını demişdir. İlhamə isə bununla razılaşmış və 3000 (üç min) manat pulu onun yaşadığı evdə Təqsirləndirilən şəxs vermiş ki, ipoteka krediti düzəltsin. Təxminən 1 il sonra İlhamə Təqsirləndirilən şəxs vasitəçiliyi ilə Gəncə Bankdan 52000 (əlli iki min) manat götürsə də 35000 (otuz beş min) manata Nofəl adlı şəxsdən ev almışdır. Qalan 17000 (on yeddi min) manat puldan isə 8000 (səkkiz min) manat ilkin ödənişə çıxılmış, qalan pulu isə bankın işçiləri krediti düzəltmək müqabilində öz aralarında bölmüşlər. Həmin vaxt ona ehtiyac olmadığı üçün o, ipoteka krediti vasitəsilə ev almaq üçün Raminə müraciət etməmişdir. 2015-ci ilin oktyabr ayında anası ilə əvvələr birlikdə işlədiyi, tanışı Zərərçəkmiş şəxs2 ilə söhbət edən zaman Suad ona ipoteka krediti ilə bankdan pul götürmək istədiyini demiş və ondan Təqsirləndirilən şəxs mobil telefon nömrəsini istəmişdir. O, da Raminin telefon npmrəsini vermiş və özü Raminlə danışmışdır. Ramin isə Suadı Gəncə bankda işləyən Raminlə tanış edən zaman Ramin 3900 (üç min doqquz yüz) ABŞ dolları pulu Təqsirləndirilən şəxs verməsini dediyi üçün Suad 15 gün sonra Təqsirləndirilən şəxslə onun evinə gəlmişdir. Suad ona “Ramini sənin vasitənlə tanımışam, ipoteka üçün ona 3900 ABŞ dolları pulu indi sənin yanında verirəm ki, sən şahid olasan” demişdir. Bundan sonra evində həmin pulu Təqsirləndirilən şəxs vermişdir. Ramin isə həmin pulu götürüb evdən çıxmışdır. Suad Raminin krediti düzəltməsi üçü gözləməyə başlamışdır. 2015-ci ilin dekabr ayında qohumu Svetlana ona ipoteka ilə ev almaq istədiyini bildirmişdir. O, da Təqsirləndirilən şəxslə danışmış, Ramin yenə də Svetlanaya kredit düzəltmək üçün 3000 (üç min) manat pul istəmişdir. Bir neçə gün sonra Svetlana isə 3000 manat pulu ona vermiş ki, Raminə versin. O, da pulu götürmüş və Raminin yaşadığı evə gedən zaman Suad da onun evinə gəlmişdir. Ondan hara getdiyini soruşanda o, Raminin evinə getdiyini və Svetlananın pulunu verəcəyini demişdir. Suad isə “qoy elə mən də sənnən gedim, oların evini tanıyıram, görüm mənim işim də noldu” demişdir. O, da Suadla birlikdə Təqsirləndirilən şəxs evinə getmişdir. Evdə Raminin anası Gülüşün yanında 3000 (üç min) manat pulu Raminə vermişdir. Ramin isə pulu alandan sonra onlara “indi Gəncə bankın işçisi Ramin gələcək, pulu oan verim” demişdir. Bir neçə dəqiqədən sonra Şahid ağ rəngli, “Hunday” markalı avtomobili ilə gəlib Təqsirləndirilən şəxs evinin həyətində dayanmışdır. Bundan sonra Ramin evdən çıxmış və onun sonuncuya verdiyi pulu sayıb Şahid vermişdir. Onlar isə Təqsirləndirilən şəxs kənardan görmüşlər. Bundan sonra Şahid və Ramin də ordan çıxıb getmişdir. Bundan sonra o, da ev almaq qərarına gəlmiş və 2015-ci ilin dekabr ayının sonlarında Raminə “mən də istiyirəm ev alım” Ramin isə düzəldə biləcəyini demişdir. O, da Raminə “pulu hazırlıyım veimmmi?” demişdir. Təqsirləndirilən şəxs isə “hələ tələsmə, ipoteka krediti 2016-cı ilin yanvar ayının 20-nə kimi veriləcək” demişdir. 2016-cı ilin yanvar ayının əvvəlində Təqsirləndirilən şəxs onun evinə gəlmiş və kreditin veriləcəyini bildirmişdir. O, da Ramindən biraz az pul vermək istədiyini demiş, Ramin isə “vallah mənnik deyil, mən kiməmki”, 3000 (üç min) manat pulu evində Təqsirləndirilən şəxs vermişdir. Ramin isə narahat olmamağını, yaxın aylarda ipoteka kreditinin düzələcəyini demişdir. Lakin bir neçə aydan sonra Gəncə Bank bağlanmışdır. O, isə Təqsirləndirilən şəxs pulları tələb etməyə başlamışdır. Ramin isə pulu Şahid verdiyini, narahat olmamağını kreditin düzələcəyini demişdir. Təxminən 10 gün sonra Təqsirləndirilən şəxs ona zəng etmiş və “muşduluğumu ver, gözün aydın, ipoteka krediti Zamin bank da veriləcək, Şahid ora müdür müavini gedir” demişdir. O, da Svetlanaya narahat olmamasını kreditin veriləcəyini demişdir. Həqiqətən Şahid Zamin Baka gedib işə düzəlmişdir. Lakin nə kredit, nə də pullarını verməmişlər. Bundan sonra o, Təqsirləndirilən şəxs evinə getmişdir. Anası gülüş evdə olsa da Ramin evdə olmamış, Gülüş onlara Raminin evi tərk etdiyini demişdir. Gülüş ona “verməsə get oğlmu polisə ver, mənim oğlum pulu tək yemiyib, oğlum Raminlə birlikdə pulu yeyib” demişdir. Lakin sonradan Təqsirləndirilən şəxs qaçıb gizləndiyi üçün o, da polisə şikayət ərizəsi yazmışdır. Həmin pulun 3000 manatı Svetlana xanımın olmuş, 3000 manatı isə onun olmuşdur. Lakin o, Svetlananın adını ərizəsinə yazmamışdır. Həmin pulu o, verdiyi üçün ümumi olaraq 6000 manat yazmışdır. Ümumiyyətlə Təqsirləndirilən şəxs Gəncə bankda işləmədiyi üçün Ramin aldığı pulları həmin bankda işləyən Şahid vermişdir. Şahid isə ipoteka krediti düzəlməsi üçün köməklik etmişdir. Təqsirləndirilən şəxs isə vasitəçilik etmişdir. Ona görə də o, şikayət ərizəsində Şahid da adını yazmışdır. Hal-hazırda təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmiş, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur və təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini xahiş edir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində ifadə vermiş və ifadəsi məhkəmə iclasında tədqiq edilmiş Zərərçəkmiş şəxs1 ifadəsindən görünür ki, 2015-ci ilin oktyabr ayında o, ipoteka krediti ilə ev almaq qərarına gəlmişdir. Bu barədə qohumu Sevincə bildirmiş və Sevinc Ramin adlı şəxsin həmin işlərə baxdığını, “Gəncə Bank” vasitəsilə ipoteka krediti ilə ev düzəltdiyini bildirmişdir. Sevinc Ramin adlı şəxslə danışmış, Ramin isə bunun üçün, yəni sənədləri düzəltmək məqsədilə 3000 manat lazım olduğunu demişdir. O, da evində olan qızılların bir qismini satmış və 3000 (üç min) manat düzəltmişdir. Sonra 3000 manat pulu Sevincə vermiş, Sevinc isə onun yanında Raminə zəng etmiş və pulun düzəldiyini demişdir. X9 evinə gedib pulu Raminə verdiyini ona demişdir. Lakin Ramin onları aldatmış və ipoteka krediti düzəltməmişdir. Pulu isə qaytarmamışdır. O, Raminə Zərərçəkmiş şəxs4 vasitəçiliyi ilə 3000 manat pul vermiş, Ramin həmin pulu onlardan alan zaman ipoteka krediti düzəltmək üçün sənədlərə verdiyini bildirmişdir. Cinayət işinin məhkəmə baxışı zamanı internet vasitəsilə məhkəməyə müraciət etmiş Zərərçəkmiş şəxs1 hazırda Türkiyə Respublikasında olduğundan məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etdiyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını və təqsirləndirilən şəxsə cəza təyin edilməməsini xahiş etdiyini bildirmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində ifadə vermiş və ifadəsi məhkəmə iclasında tədqiq edilmiş Zərərçəkmiş şəxs3 ifadəsindən görünür ki, o, 2015-ci ilin yanvar ayında Gəncə şəhəri Məhəsti qəsəbəsində olan evini satmaq qərarına gəlmişdir. Həmin vaxt adlarını sonradan bildiyi İlhamə adlı qadın və oğlu Tural ona yaxınlaşmış və evi almaq istədiklərini demişdir. O, da İlhaməgilə evi 36000 (otuz altı min) manata satdığını demişdir. İlhaməgil isə ona Gəncə bank vasitəsilə ipoteka krediti düzəltdirdiklərini, həmin şəxsləri bir neçə ay gözləməsini xahiş etmişlər. O, da İlhaməgilin xahişini nəzərə almış, lakin o, bir neçə ay yox, təxminən 6 ay gözləmişdir. 6 ay müddətində o, özü də Gəncə banka gedib işlə maraqlanmışdır. Bu müddətdə ipoteka krediti ilə maraqlanmış və Təqsirləndirilən şəxs ipoteka krediti götürmək istədiyini demişdir. Ramin isə köməklik edə biləcəyini ona bildirmişdir. 2016-cı ilin iyul ayında onların ipoteka krediti verilməsi alınmış və həmin ayda pul götürmək üçün banka getmişdir. Orada pulu götürən zaman o, İlhaməyə 1000 manat keçmiş və İlhaməgilə satdığı evin müqabilində ona 35000 (otuz beş min) manat vermişlər. O, pulu götürüb getdikdən sonra Təqsirləndirilən şəxs ona zəng etmiş və “gəl sənə də ipoteka düzəldək” demişdir. O, da Raminlə razılaşmış və Təqsirləndirilən şəxs onu Gəncə bankda işləyən Şahid yanına aparmışdır. Təqsirləndirilən şəxs onun yanında Şahid “10-15 günə buna kredit verə biləcəyikmi?!, bunun sənələrini götürümmü?!” demişdir. Şahid isə “sənələrini düzəlt 15 günə sənə də ipotek krediti düzəldək” demişdir. Bundan sonra onlar bankdan çıxmışlar, Təqsirləndirilən şəxs ona “üç min ver, sənin adına iş yeri arayışı alaq düzüb qoşaq” demişdir. O, da Raminə bu barədə düşünüb bildirəcəyini demişdir. Səhəri gün Təqsirləndirilən şəxs ona zəng etmiş və pulu istəmişdir. O, da 3000 (üç min) manat pulu götürüb Təqsirləndirilən şəxslə Gəncə bankın yanında olan çayxanada görüşüb Raminə vermişdir. Ramin isə ona 15 günə kreditin düzələcəyini bildirmişdir. Ramin ona ev tapmağını da bildirmişdir. O, da maraqlanmış və Məhsəti qəsəbəsindən Ələddin adlı şəxsin ev satdığını öyrənmişdir. Ələddin evi 30000 (otuz min) manata satdığını bildirmişdir. O, isə ordan çıxmış və Təqsirləndirilən şəxs yanına gedib “mən alacağım evə beh vermək istəyirəm, kredit alınacaqmı” demişdir. Ramin isə Şahid yanına getmiş və bir neçə dəqiqədən sonra qayıdıb ona “arxayın ol Ramin dedi düzələcək” demişdir. Bundan sonra o, Təqsirləndirilən şəxslə birlikdə Ələddinin yanına gəlmiş və sonuncuya evi almaq üçün onu bir ay yarım gözləməsi məqsədilə 1000 (min) manat pul vermişdir. Ələddin isə evin açarını ona vermişdir. Ramin bundan sonra ona demiş ki, “evi remont eə Gəncə bankdan gəlib şəkil çəkəcəklər, ev yaxşı olsa qiymətləndirmə evə çox qiymət qoycaq”. Ona görə də o, 4500 (dör min beş yüz) manat evin təmirinə xərc çəkmişdir. Lakin aradan 1 ay keçməsinə baxmayaraq Ramingil krediti düzəltməmişlər. Ələddin isə hər ay onu evdən çıxarmaq istəmişdir. O, da Ələddinə ipoteka kreditinin düzələciyini demişdir. Təqsirləndirilən şəxs və Şahid onu hər dəfə arxayın salmış ki, kredit düzələcək. Ona görə də o, ev sahibi Ələddinə ümumilikdə 5500 (beş min beş yüz) manat behə pul vermişdir. Bunun müqabilində Ələddin onu 7 ay gözləmişdir. Bu müddət ərzində Gəncə bankda işləyən Şahid da Ələddinin yanına getmiş ki, sonuncuya “narahat olma mən banın müdiriyəm, Nofələ ipoteka verləcək. Nofəlin bütün sənədləri məndədi, hamısı hazırdı, pul 5-3 günə vurulan kimi sən evin pulunu alacaqsan” demişdir. Lakin ipoteka krediti alınmadığı üçün Şahid onu yanına çağırmış və “sənə bir iki nəfər adam deyəcəm, olar Ələddinin evini alsın, o kirisin, həmin adam sənə ayda 200 manat versin” demişdir. Lakin o, ziyan etdiyimi hesablamış və etiraz etməmişdir. Sonradan Ələddin onu evindən çıxarmış və o, Təqsirləndirilən şəxs pulunu tələb etmişdir. Ramin ona kreditin düzələcəyini demişdir. Lakin kredit düzəlməmiş, nə də Ramin pulunu verməmişdir. O, bir neçə ay Ramingili gözləsə də pulu vermədiklərini görüb ərizə yazıb şikayət etmişdir. Təqsirləndirilən şəxs Gəncə bank vasitəsilə onun adına hərbidən iş yeri arayışı düzəltdirib ona ipoteka krediti düzəltdirmək üçün 3000 manat pul almışdır. O, Təqsirləndirilən şəxs 3000 manatı verən zaman qardaşı Vüqar və tanışı Arif də onun yanında olmduşdur. Təqsirləndirilən şəxs 3000 manat pul vermiş ki, ipoteka krediti düzəltsin. Bundan başqa o, almaq istədiyi evin 4500 manat təmirinə, 5500 manat isə ev sahibinə beh vermişdir. Cinayət işinin məhkəmə baxışı zamanı internet vasitəsilə məhkəməyə müraciət etmiş Zərərçəkmiş şəxs3 hazırda Rusiya Federasiyasında olduğundan məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etdiyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını və təqsirləndirilən şəxsə cəza təyin edilməməsini xahiş etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, 2009-cu ilin yanvar ayından 2016-cı ilin fevral ayına kimi Gəncə bankda işləmişdir. 2013-ci ilin sonlarından ipoteka kreditləri şöbəsinin müdiri vəzifəsində işləmişdir. 2016-cı ilin fevral ayında “Gəncə bank” bağlandığı üçün öz ərizəsi ilə 2016-cı ilin mart ayında “Zamin bankın” Kəpəz filialında baş iqtisadçı vəzifəsində işləmişdir. 2016-cı ilin sentyabr ayında Zamin bankın linsenziyası ləğv edildiyi üçün işdən çıxmışdır. Təxminən 2013-cü ildə Gəncə bankda işləyən zaman ipoteka krediti götürmək istəyən şəxs X6 ipoteka krediti vermişlər. Həmin vaxt X11 Verdiyevin Gəncə şəhərində olan evini aldığı üçün həmin vaxtdan Raminlə tanış olmuşdur. Onunla dostluq münasibətlərimiz də yaranmışdır. Həmin müddətdən sonra Ramin adlarını xatırlamadığım bir neçə müştərini onun yanına gətirmiş və onlara ipoteka krediti almaqda köməklik etməsini xahiş etmişdir. Bundan sonra həmin şəxslərin ipoteka krediti almağında köməklik etmişdir. Ümumiyyətlə ipoteka krediti verilməsi üçün vətəndaş onun rəhbərlik etdiyi ipoteka şöbəsinə müraciət edərək kreditlə ev almaq istədiyini demiş, müvafiq sənədləri təqdim etmişdir. Bundan sonra Gəncə bankın kredit komitəsində kreditin verilməsi təsdiqləndikdən sonra vətəndaşa ev tapması bildirilmiş, həmin ev tapıldıqdan sonra pul ev sahibinin adına köçürülərək götürülmüşdür. 2016-cı ilin iyul ayında Sevinc adlı qadın ona zəng etmiş, “Raminin ona ipoteka düzəltməyi üçün pul alıb, kredit düzəltmədiyini, pullarını qaytarmasını” demişdir. O isə Raminin pul almasından xəbərinin olmadığını demişdir. Sevinc isə onunda Raminlə əlbir olduğunu və polisə şikayət edəcəyini bildirmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş "Elektron notariat" X1 Çıxarışdan görünür ki, Zərərçəkmiş şəxs3 notariat qaydasında təsdiq olunmuş ərizəsində göstərmişdir ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər ödənilmiş, hal-hazırda təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, həmçinin ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş edir. Məhkəmə iş üzrə hərtərəfli, obyektiv və tam araşdırma aparıb, məhkəmə baxışında tədqiq edilmiş sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs etibardan sui istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək təkrar dələduzluq cinayətini törətməkdə təqsirliliyi tam sübuta yetirildiyindən onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-cü maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməllərini 2015 və 2016-cı illlərdə törətdiyindən onun barəsində 31 may 2017-ci il tarixədək qüvvədə olmuş redaksiyada olan Cinayət Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Belə ki, Cinayət Məcəlləsinin 10.3-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Odur ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-cü maddəsi ilə (31 may 2017-ci il tarixədək qüvvədə olmuş redaksiyada) tövsif olunmalı və o, həmin maddə ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 7.1-ci maddəsinin tələbinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 nömrəli qərarının 1-ci bəndində göstərilmişdir ki, ...Törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin Plenum qərarının 2-ci bəndində göstərilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Plenum qərarının 3-cü bəndində göstərilir ki, dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərərçəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-in 58-ci maddəsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarı). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına görə deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlüləlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətlərində görünür ki, Təqsirləndirilən şəxs himayəsində üç nəfər yetkinlik yaşına çatmayan uşaqları var. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 16 noyabr 2016-cı il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tanınmaqla, onun yeri müəyyən etmək mümkün olunmadığından barəsində axtarış elan edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 07.06.2017-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 07.06.2017-ci il tarixdə Bakı şəhərində tutularaq həmin tarixdə Gəncə şəhər BPİ-nin istintaq və Təhqiqat İdarəsinə təhvil verilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 09 iyun 2017-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə Gəncə şəhər BPİ-nin MSY-dən azad edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” 27 dekabr 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Əsgərov tural Arzu oğlunadan 3000 manat pul alaraq ona ipoteka düzəltməsində cinayət tərkibi olmadığından həmin hissədə cinayət işi başlanması rədd edilmiş, Şahid əməli CM-nin 178-ci maddəsində nəzərədə tutulan cinayət əmli kimi qiymətləndirilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində üç nəfər yetkinlik yaşına çatmayan uşaqlarının olmasını və həmin Məcəllənin 59.1.13-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərə dəymiş zərəri tamamilə ödəlməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur və cəzanı yüngülləşdirən hallar Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58 və 59-cu maddələrinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs cəza təyin edilən zaman nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Yuxarıda göstərilənlərə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, onun cəzasını yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini nəzərə alıb hesab edir ki, onun törətdiyi cinayətə görə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsinin (31 may 2017-ci il tarixədək qüvvədə olmuş redaksiyada olan) sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Eyni zamanda cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə 03 (üç) gün müddətində tutulmuşdur. Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən həbsdə saxlanılan şəxsə cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 44.1-ci maddəsinə əsasən cərimə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və məbləğdə məhkəmə tərəfindən təyin edilən pul tənbehidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 44.2-ci maddəsinə əsasən cərimə törədilmiş cinayətin ağırlığı və məhkumun əmlak vəziyyəti nəzərə alınmaqla iyirmi min manatadək miqdarda və ya cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) bir mislindən on mislinədək, habelə cinayətin predmetinin dəyərinin yüz faizinədək miqdarda müəyyən olunur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 25-ci maddəsinə əsasən əsas cəza kimi və ya şərti məhkum etmə zamanı əlavə cəza kimi cərimə növündə cəzanın icrası məhkumun yaşadığı və ya işlədiyi yerin, yaxud onun əmlakının olduğu yerin icra məmuru, digər əsas cəza növlərinə əlavə cəza kimi təyin edilmiş cərimənin icrası isə məhkumun əsas cəzanı çəkdiyi yerin icra məmuru tərəfindən həyata keçirilir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən 50 (əlli) iş saatı məsrəf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamının 1.3-cü bəndinə əsasən vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə dövlət hesabına göstərilən hüquqi yardıma görə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin İ hissəsinə müvafiq olaraq müəyyən edilmiş məbləğin 3 dəfə artırılması qərara alınmışdır. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 300 (üç yüz) manat məbləğində pul köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə tətbiq ediləcək əmlak müəyyən edilməmişdir. Eyni zamanda iş üzrə mülki iddia və məhkəmə xərci müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353-cü və 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökm e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respubikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində (31 may 2017-ci il tarixədək qüvvədə olmuş redaksiyada olan) nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 3000 (üç min) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən onun 03 (üç) gün müddətində tutulması nəzərə alınaraq cəzası yüngülləşdirilsin və üzərində qəti olaraq 2700 (iki min yedd yüz) manat cərimə cəzası saxlanılsın. Hökmün icrası cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra qurumuna tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 300 (üç yüz) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu vaxtdan 20 gün müddətində Gəncə şəhəri Nizami rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar