Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-12/2022 27.04.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Yediyarova Zeynəb Fərman qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin birinci instansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri X8, müdafiəçi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X6, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs oğlunun iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, işsiz, məhkumluğu olan, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan, hazırda 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, 04 oktyabr 2020-ci il tarixdən 10 oktyabr 2020-ci il tarixədək olan müddət ərzində istintaq zamanı dəqiq müəyyən edilməmiş vaxtda qonşusu Zərərçəkmiş şəxs məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin darvazasını istintaq zamanı müəyyən edilməmiş üsul və vasitə ilə açaraq qanunsuz daxil olduqdan sonra evin ikinci mərtəbəsinin qapılarının açıq vəziyyətdə olmasından istifadə edərək evin zalına qanunsuz daxil olaraq, oradan 1 ədəd 750 manat dəyərində “Samsung” markalı televizoru, 1 ədəd 30 manat dəyərində kanalqəbuledici qurğunu, ikinci mərtəbənin digər otaqlarından 1 ədəd 120 manat dəyərində “Raybon” markalı eynəyi, 1 ədəd 150 manat dəyərində “Paloroid” markalı eynəyi, 1 ədəd 150 manat dəyərində “Toshiba” markalı nooutbuk komputeri, 1 ədəd 35 manat dəyərində üzqırxan maşını, 350 manat dəyərində ipək materialdan olan iri qırmızı güllü 4 ədəd yastıq üzləri və 2 ədəd yataq örtüklərini, 1 ədədinin dəyəri 2 manat olan 12 ədəd 24 manat dəyərində “İnci” markalı nəlbəkiləri, 1 ədədinin dəyəri 1 manat olan 12 ədəd 12 manat dəyərində mürəbbə qablarını, 1 ədədinin dəyəri 6 manat olan 4 ədəd 24 manat dəyərində bulud boşqabları, 1 ədədinin dəyəri 4 manat olan 12 ədəd 48 manat dəyərində kiçik kasaları, 1 ədədinin dəyəri 3 manat olan 12 ədəd 36 manat dəyərində kiçik dayaz boşqabları, 1 ədədinin dəyəri 4 manat olan 6 ədəd 24 manat dəyərində iri dərin boşqabları, 1 ədədinin dəyəri 4 manat olan 24 ədəd 96 manat dəyərində dərin boşqabları, 1 ədədinin dəyəri 4 manat olan 18 ədəd 72 manat dəyərində dayaz boşqabları, 1 ədədinin dəyəri 3 manat olan 12 ədəd 36 manat dəyərində salat qablarını ümumilikdə zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus 1957 (min doqquz yüz əlli yeddi) manat dəyərində özgə əmlakı gizli olaraq talamaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs ilə qonşuluqda yaşamış, Rüstəmlə münasibəti normal olmuş, Rüstəmin ailə üzvləri ilə birlikdə Bakı şəhərinə getməsindən məlumatı olmuş və maddi vəziyyəti çətin olduğundan oğurluq etmək qərarına gəlmişdir. O, 2020-ci ilin oktyabr ayının əvvəllərində təxminən saat 06 radələrində evin qarşısına gedib darvazanın qapısının tutacağından tutaraq aşağıya doğru əyəndə qapı açılmış, ilk öncə evdə kimsə olmasını zənn etdiyindən biraz səs edərək Rüstəmi çağırmış, ancaq cavab verən olmamışdır. Daha sonra pilləkənlə evin ikinci mərtəbəsinə qalxaraq taxta qapının tutacağını aşağı doğru əyib qapını açmış, qapıdan girdikdə sağ tərəfdə yerləşən evin zalına girərək 1 ədəd “Samsung” markalı böyük ölçülü plazma televizoru qucağına alıb darvazanın yanına qoymuş, televizorun üzərində kanal qəbuledici qurğuda olmuşdur. Daha sonra evin digər otağına girərək təxminən 5-6 ədəd qutuda qab-qabaq dəstlərini, yataq dəstlərini, 1 ədəd qara rəngli “Toshiba” markalı kompyuteri oğurlayıb darvazanın yanına qoymuş, daha sonra evin digər otağına girərək güzgülü şkafın üzərindən 2 ədəd eynəyi, 1 ədəd üzqırxan maşını oğurlamışdır. O, tanışı Xəyala zəng edərək təcili pula ehtiyacı olduğu üçün evin televizorunu satmaq istədiyini demiş, Xəyal ona qonşularının televizor almaq istədiyini dediyindən televizoru satmaq üçün zəng edərək sifarişlə taksi çağırmışdır. Bundan sonra “VAZ 2109” markalı qəhvəyi rəngli taksi gəlmiş, həmin taksiyə televizoru yükləmiş, oğurladığı digər əşyaları isə yaşadığı evdə zirzəmiyə qoymuşdur. O, taksi ilə Xəyalın yaşadığı “Köhnə Yevlax avtovağzalı” adlanan yerin yaxınlığılnda yerləşən evə gəlmiş, taksiyə iki manat vermiş, televizoru Xəyalın evinə qoymuş, həmin gün Xəyal onun iştirakı olmadan tanımadığı qonşusuna 1 ədəd “Samsung” markalı televizoru 600 manata sataraq pulun hamısını ona vermişdir. Onun bundan sonra Xəyalla heç bir əlaqəsi olmamış, əldə etdiyi pulu müxtəlif ehtiyaclarına sərf etmiş, qab-qacağın bir hissəsini, 1 ədəd “Toshiba” markalı daşınar kompyuteri, 1 ədəd eynəyi, yataq dəstlərini, 1 ədəd üzqırxan maşını Keçəllər bazarı adlanan yerdə tanımadığı müxtəlif şəxslərə satmış, 1 ədəd eynək və qab-qacaq dəstlərini təqdim etmişdir. Onun oğurluq etməsindən Xəyalın heç bir məlumatı olmamış, heç kimin oğurluq etməsi barədə məlumatı olmamış və o, tək oğurluq etmişdir. Başqa cinayət əməlləri törətməmiş, Rüstəmin darvazasının açarı onda olmamış, darvazanın tutacağından tutub aşağı əyən zaman darvaza açılmış, oğurladığı əşyaları satdığı şəxslərin həmin əşyaların oğurluq nəticəsində əldə olmasından məlumatları olmamışdır. O, əməlindən peşmandır. Zərərçəkmiş şəxs dəymiş ziyan ödənilmişdir. Məhkəmədən himayəsində azyaşlı uşağının olmasını, əməlindən peşman olmasını nəzərə alaraq, barəsində yüngül cəza təyin olunmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, o, 04 oktyabr 2020-ci il tarixdə qızının universitetə daxil olması münasibəti ilə ailəsi ilə birlikdə evin giriş darvasının kilidini bağlayıb Bakı şəhərinə getmiş, Bakı şəhərinə gedərkən evdə olan qızıl-zinət əşyalarını özü ilə aparmışdır. 10 oktyabr 2020-ci il tarixdə saat 17 radələrində Gəncə şəhərinə qayıdaraq evə daxil olmaq istədikdə evin giriş darvazasını açıq vəziyyətdə aşkar etmişdir. Naməlum şəxs açar vasitəsi ilə darvazanın kilidini açmış, bir–iki ay əvvəl darvazanın kənarına asdığı açar naməlum şəraitdə itmiş, evin ikinci mərtəbəsinin taxta qapıları isə açıq vəziyyətdə olmuşdur. O, evə daxil olub ikinci mərtəbəyə qalxıb evə ümumi nəzər yetirəndə əvvəlcə yataq otağında 2019-cu il istehsalı ekran ölçüsü 140 sm olan 1600 (min altı yüz) manat dəyərində “Samsung” markalı televizorun oğurlandığını aşkar etmiş, əlini heç bir yerə vurmadan “Azərbaycan Respublikası DİN-nin 102 zəng xidmətinə” müraciət etmiş, polis əməkdaşları və kriminalist gəlib öz vəzifələrini icra etdikdən sonra evə ətraflı baxış keçirmişdir. Bu zaman əlavə olaraq evin yataq otaqlarından 470 manat dəyərində cehizlik servis dəsti, 1 ədəd 350 manat dəyərində “Raybon” və 1 ədəd 150 manat dəyərində “Paloroid” markalı eynəklərin oğurlandığını aşkar etmiş, bundan sonra Gəncə şəhər Nizami RPİ-nə ərizə ilə müraciət etmişdir. Daha sonra yoldaşı ilə evə nəzər yetirən zaman 30 manat dəyərində kanalqəbuledici qurğunun, ümumilikdə 350 manat dəyərində qara rəngli ipək materialdan olan iri qırmızı güllü 4 ədəd yastıq üzü və 2 ədəd yataq örtüklərinin, 1 ədəd 150 manat dəyərində 2015-ci il istehsalı “Toshiba” markalı nooutbukun, 1 ədəd 35 manat dəyərində üzqırxan maşının oğurlanmasını aşkar etmişdir. Ona oğurluq edən şəxsin qonşuluqda yaşayan Təqsirləndirilən şəxs olması məlum olmuş, həmin cehizlik servis dəstlərinə 24 ədəd dərin boşqab, 18 ədəd dayaz boşqab, 12 ədəd inci markalı nəlbəki, 12 ədəd mürəbbə qabı, 4 ədəd bulud boşqab, 12 ədəd kiçik kasa, 12 ədəd kiçik dayaz boşqab, 12 ədəd salat qabı, 6 ədəd iri dərin boşqab daxil olmuş və cehizlik dəst istifadə edilməmiş, oğurluq hadisəsi ilə əlaqəli ona 3135 (üç min yüz otuz beş) manat maddi ziyan dəymişdir. Ona dəymiş ziyan ödənilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, gündəlik olaraq kənd təsərrüfatı məhsulları sataraq pul qazanmışdır. Xəyal adlı şəxslə qonşuluqda yaşamışdır və Təqsirləndirilən şəxs adlı şəxsi tanımamışdır. Xəyal ev avadanlıqlarını alıb-satmış və onun televizorunun qırıq olmasından məlumatı olmuşdur. Təxminən 2 həftə əvvəl Xəyal ona dostunun xəstə olduğunu, xəstəxana xərclərini ödəmək üçün təcili pul lazım olduğunu, buna görə də dostunun evindəki əşyaları satıb pul əldə etmək üçün verməsini demişdir və Xəyal 1 ədəd “Samsung” markalı 140 ekran ölçülü qara rəngli plazma televizoru ona satmağı təklif etmiş, dəfələrlə Xəyaldan televizorun oğurluq olub-olmaması barədə maraqlanmışdır. Xəyal isə ona andlar verərək televizorun oğurluq olmamasını bildirmişdir. Xəyalın əvvəllər də ev avadanlıqları satmasını bildiyindən o, Xəyala inanmışdır və Xəyal 700 manata televizor satmağı təklif etmiş, o, Xəyalla razılaşaraq Xəyaldan televizoru 600 manata almışdır. Bundan başqa Xəyal ona heç bir əşya satmağı təklif etməmiş, televizoru yaşadığı evdə istifadə etmişdir. O, 1 ədəd “Samsung” markalı plazma televizoru istintaqa təqdim etmişdir. Təqsirləndirilən şəxs anası tərəfindən ona 600 manat məbləğində pul ödənildiyindən həmin televizorla bağlı heç bir tələbi yoxdur. Onun həmin televizorun oğurluq edilərək əldə edilməsindən məlumatı olmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 10.10.2020-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında qərarın surətindən görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs ünvan 3 ünvanda yaşadığı evin yataq otağından oğurlanmış televizotun yerini göstərmiş və bu barəsində protokol tərtib edilmiş, fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 21.10.2020-ci il tarixli baxış keçirilməsi və götürmə aparılması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi 24 ədəd dərin boşqab, 18 ədəd dayaz boşqab, 12 ədəd inci markalə nəlbəki, 12 ədəd mürəbbə qabının, 2 ədəd bulud boşqab, 6 ədəd kiçik kasa, 12 ədəd kiçik dayaz boşqab, 6 ədəd dərin boşqab, 1 ədəd “Raybon” markalı eynək öz xüsusiyyətinə, əlamətlərinə, üzərində hadisənin izlərini saxladıqlarına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən götürülmüş və bu barədə protokol tərtib edilmiş tərtib edilmiş, fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 22.10.2020-ci il tarixli baxış keçirilməsi və götürmə aparılması haqqında protokoldan görünür ki, Şahid Bəxtiyar oğlunun təqdim etdiyi 1 ədəd samsung markalı LED ytelevizor öz xüsusiyyətinə, əlamətlərinə, üzərində hadisənin izlərini saxladığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən götürülmüş və bu barədə protokol tərtib edilmiş tərtib edilmiş, fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 22.10.2020-ci il tarixli əşyanın tanınmaya təqdim edilməsi haqqında protokoldan görünür ki, tanınmaya təqdim edilmiş televizorlardan Zərərçəkmiş şəxs 4 nömrədə olan Samsung markalı televizorun Zərərçəkmiş şəxs məxsus olmasını göstərmiş və bu barədə protokol tərtib edilmiş tərtib edilmiş, fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 22.10.2020-ci il tarixli əşyanın tanınmaya təqdim edilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs tanınmaya təqdim edilmiş 24 ədəd dərin boşqab, 18 ədəd dayaz boşqab, 12 ədəd inci markalə nəlbəki, 12 ədəd mürəbbə qabının, 2 ədəd bulud boşqab, 6 ədəd kiçik kasa, 12 ədəd kiçik dayaz boşqab, 6 ədəd dərin boşqab, 1 ədəd “Raybon” markalı eynək öz xüsusiyyətlərinə görə yaşadığı evdən oğurlanmış ona məxsus əmalkla eynilik təşkile dir və həmin əşyalara heç bir zərər yetirilməmişdir, bu barədə fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 121.11.2020-ci il tarixli 3327 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 12.11.2020-ci il tarixli 3465 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs 20.12.2012-ci il tarixdən Orium narkomaniyası diaqnozu ilə Gəncə şəhər Narkoloji Dispanserdə qeydiyyatdadır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin 13.11.2020-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına Azərbaycan Respublikası üzrə qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İİ tərəfindən verilmiş 11.11.2020-ci il tarixli tələbnamədən görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 05.12.2004-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə 02 il 18 gün azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 24.01.2006-cı il tarixli qərarı ilə 01 il 05 gün vaxtından əvvəl şərti azad edilmişdir. Goranboy Rayon Məhkəməsinin 13.07.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə 01 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 12.01.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə 11 ay 10 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 16.09.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən 01 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 22.02.2013-cü il tarixi hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 01 il 08 ay 03 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Binəqədi rayon Məhkəməsinin 18.06.2014-cü il tarixli qərarı ilə 04 ay 07 gün vaxtından əvvəl şərti azad edilmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 04.05.2016-cı il tarixi hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 177.2.4-cü maddələri ilə 04 il 08 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və 28.06.2016-cı il tarixdə Gəncə Apelyasiya Məhkəməsinin 04.05.2016-cı hökmü ilə Azərbaycan Respublikası CMnin 177.2.1, 177.2.3, 177.2.4 maddələri ilə 62-ci maddə tətbiq edilərək 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası, 25.10.2016-cı il tarixdə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 317-2.1 maddəsinə əsasən 04 ay azadlıqdan məhrumetmə cəzasına, 66.5 maddəsinə əsasən Gəncə Apelyasiya Məhkəməsinin qərarı ilə təyin edilmiş cəza hazırkı cəza ilə birləşdirilərək, qəti olaraq 03 il 07 ay müddətə, 13.07.2017-ci il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarı ilə 28.06.2016-cı tarixli qərarı qüvvədə qalmışdır. 19.03.2018-ci il tarixdə Binəqədi rayon Məhkəməsinin qərarı ilə CM-nə dəyişiklik edilməsi ilə bağlı ərizəsi təmin olunmamış, 19.03.2019-cu ildə cəzasının sonu ilə azad edilmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 25.10.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsinə əsasən 03 il 07 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası daxili İşlər Nazirliyi baş X20 İdarəsinin 12.11.2020-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına qeydiyyatda alınmış heç bir nəqliyyat vasitəsi aşkar olunmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhər Kəpəz rayon İHB-nın 1 saylı SİƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki,ünvan 4 ünvanda yaşayan Təqsirləndirilən şəxs tərəfindən heç bir şifahi və yazılı şikayət daxil olmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 10.05.2013-cü il tarixdə Gəncə şəhəri Kəpəz rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X2 birgə nikahlarından 23.02.2013-cü il tarixdə X11 anadan olmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 25.10.2016-cı il tarixli 1(044) -112/2016 saylı hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Gəncə Apelyasiya Məhkəməsinin 28.06.2016-cı il tarixli 1(104) 211/2016 saylı qərarı ilə təyin olunmuş 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası birləşdirilmiş, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 03 (üç) 07 (yeddi) ay müddətə azadlıdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15.12.2020-ci il tarixli 9/5588 saylı ekspert rəyindən görünür ki, ekspertə təqdim edilmiş 10 adda malların 2020ci ilin oktyabr ayına olan orta bzar qiyməti təxminən 1170.00 manat müəyyən edilmiş və qərarda göstərilən 3 adda mallar haqqında kifayət qədər məlumat olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmamışdır. Həmin malların ayrı-ayrılıqda adları vəq iymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir (eksperiza xərci 50 manat). Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 12.01.2021-ci il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs özünə məxsus - 24 ədəd dərin boşqab, 18 ədəd dayaz boşqab, 12 ədəd inci markalı nəlbəki, 12 ədəd mürəbbə qabı, 2 ədəd bulud boşqab, 6 ədəd kiçik kasa, 12 ədəd kiçik dayaz boşqab, 6 ədəd iri dərin boşqab, 1 ədəd Samsung markalı LED televizor, 1 ədəd Rayon markalı eynəkdən ibarət əşyalarını saxlanması üçün qəbul etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 10.03.2021-ci il tarixli 385 saylı arayışdan görünür ki, X1 şəhər, Kəpəz rayon, Səfəvilər küçəsi, ev 17 ünvanda qeydiyyatdadır və ünvanda oğlu Təqsirləndirilən şəxs, oğlu X12, gəlini X5, nəvəsi X11 ilə birgə yaşayır. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan 19.03.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 19.03.2022-ci il tarixdə Bakı şəhərində tutularaq Gəncə şəhər baş Polis İdarəsinin MSY-nə təhvil verilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan 2 saylı İstintaq Təsridxanasının 07.04.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 20.03.2022-ci il tarixdə məhkəmənin hesabına müəssisəyə daxil olmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Zərərçəkmiş şəxs tərəfindən vurulmuş və 19.04.2022-ci il tarixdə məhkəməyə daxil olmuş teleqramda Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs tərəfrindən ona dəymiş ziyan tam ödənilmişdir və Təqsirləndirilən şəxs şikayətçi deyildir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 21.10.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 177.2.3-cü maddəsi ilə cinayət əməlini törətməkdə şübhəli şəxs kimi tutulmuş və bu barədə protokol tərtib edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi və saxlandığı MSY-dən azad edilməsi haqqında 23.10.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” haqqında qətimkan tədbiri seçilmiş, saxlandığı MSY-dən azad edilmiş və bu barədə protokol tərtib edilmişdir. Məhkəmə cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də Təqsirləndirilən şəxshəmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikasının CM-in 177.2.3-cü maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının CM-in 15.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. İş materiallarından göründüyü kimi CM-in 177.2.3-cü maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Azərbaycan Respublikasının CM-nin 129-cu maddəsinin İİİ hissəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının CM-in 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-in 58-ci maddəsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Azərbaycan Respublikasının CM-in 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının CM-in 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. Cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də cinayətkarlıqla mübarizədə əsas diqqət sosialiqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Azərbaycan Respublikasının CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətmiş, məhkumluğu götürülmədən yenidən qəsdən cinayət törətmişdir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən cinayətlərin residivinə görə bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və hədlərdə daha sərt cəza tətbiq edilir. Azərbaycan Respublikasının CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Cəzanı yüngülləşdirən hallar CM-in 58 və 59-cu maddələrinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs cəza təyin edilən zaman nəzərə alınmalıdır. Azərbaycan Respublikasının CM-in 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən Cinayət Məcəlləsinin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə CM-nin 59.1.4, 59.1.13, 59.2-ci maddəsinə əsasən himayəsində azyaşlı uşağıının olmasını, törətdiyi cinayət əməlini səmimi etiraf etməsini və zərərçəkmişə dəymiş ziyanı ödəməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə CM-in 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən və ağırlaşdıran hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənləri nəzərə alıb məhkəmə Təqsirləndirilən şəxs cinayətlərinin residivinin olması nəzərə alınmaqla təqsirli bilindiyi CM-in 177.2.3-cü maddəsinin sanksiyası həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini və cəzanı yüngülləşdirən halları nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Azərbaycan Respublikasının CM-in 69.3-cü maddəsinə əsasən, hökm qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, iltizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanmalıdır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs 21.10.2020-ci il tarixdən 23.10.2020-ci il tarixədək həbsdə saxlanılmışdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 21.10.2020-ci il tarixdən 23.10.2020-ci il tarixədək Təqsirləndirilən şəxs barəsində olan həbs qətimkan tədbiri nəzərə alınmaqla, 02 (iki) gün müddəti cəza müddətinin bir gününə bir gün hesablanaraq cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkzi) gün azadlıqdan məhrumetmə cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən, ona azadlıqdan məhrum etmə növündə təyin olunacaq cəzanı, CM-in 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs un cəzaçəkmə müddətinin əvvəli 19.03.2022-ci il tarixdən hesablanmalıdır. Həmçinin Təqsirləndirilən şəxs həbsdə olması nəzərə alınmalı və barəsində qətimkan tədbiri seçilməməlidir. İş üzrə maddi sübutlar - 24 ədəd dərin boşqab, 18 ədəd dayaz boşqab, 12 ədəd inci markalı nəlbəki, 12 ədəd mürəbbə qabı, 2 ədəd bulud boşqab, 6 ədəd kiçik kasa, 12 ədəd kiçik dayaz boşqab, 6 ədəd iri dərin boşqab, 1 ədəd Samsung markalı LED televizor, 1 ədəd Raybon markalı eynək, sahibi Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tutularaq Dövlət Xəzinədarlığı Agentliyi KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilməlidir. İş üzrə mülki iddia yoxdur, CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353-cü və 356-cı maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 21.10.2020-ci il tarixdən 23.10.2020-ci il tarixədək Təqsirləndirilən şəxs barəsində olan həbs qətimkan tədbiri nəzərə alınmaqla, 02 (iki) gün müddəti cəza müddətinin bir gününə bir gün hesablanaraq cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkzi) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəza çəkmə müddətinin başlanğıcı 19.03.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisində çəksin. İş üzrə maddi sübutlar - 24 ədəd dərin boşqab, 18 ədəd dayaz boşqab, 12 ədəd inci markalı nəlbəki, 12 ədəd mürəbbə qabı, 2 ədəd bulud boşqab, 6 ədəd kiçik kasa, 12 ədəd kiçik dayaz boşqab, 6 ədəd iri dərin boşqab, 1 ədəd Samsung markalı LED televizor, 1 ədəd Raybon markalı eynək, sahibi Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. İş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tutularaq Dövlət Xəzinədarlığı Agentliyi KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Hökmdən elan olunduğu andan, məhkum Təqsirləndirilən şəxs oğluna isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir Sədrlik edən:Gündüz Şirinov
Məhkəmə qərarları › İş №1(044)-12/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-12/2022
27.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver