Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-120/2020 23.09.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Orucov Maarif Arif oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə rayon (şəhər) instansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Zərərçəkmiş şəxs, cinayət əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1973-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, orta təhsilli, Gəncə şəhəri, M.S.ünvan 1 ünvanda qeydiyyatda olan və həmin ünvanda yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM-in) 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icrat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs (bundan sonra-Təqsirləndirilən şəxs) xx.xx.2020-ci il tarixdə saat 15 radələrində şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı qəsdən arvadı Zərərçəkmiş şəxs saçından tutaraq yerdə sürütləyərək, onun döş qəfəsinin sol yan səthinin əzilməsi( qançır və şişkinliyi), sol dirsək, sağ diz oynağı nahiyələrinin və sağ ayağın İ barmağının qançırı və sıyrıqları ilə müşaiyət olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmuşdur. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxs, şahid ifadələri, ekspertiza rəyi, eləcə də, işdə olan və tədqiq olunan digər iş materialları ilə aşağıdakı qaydada tamamilə sübuta yetirilmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona CM-in 128-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2010-cu il tarixdə Zərərçəkmiş şəxs Şahmmməd qızı ilə rəsmi ailə qurmuş, birgə nikahlarından üç azyaşlı övladları anadan olmuşdur. Ailə qurandan sonra ailə üzvləri ilə birlikdə yuixarıda qeyd olunan ünvanda yaşayır. Əvvəllər münasibətləri yaxşı olmuş, sonra maddi imkanı zəif olduğu üçün işləmək məqsədi ilə Rusiya Federasiyasına gedib gəlirmiş, yaranmış pendemiya ilə bağlı 2020-ci ilin aprel ayında Rusiya Federasiyasından geri qayıtmışdır. İşsizlikdən əziyyət çəkdiyi üçün spirtli içki qəbul edirmiş. Bundan sonra aralarında mübahisələr yaranmağa başlamışdır. Dəfələrlə bu məsələlərə görə Lamiyə ilə aralarında mübahisələr olmuşdur. xx.xx.2020-ci il tarixdə Zərərçəkmiş şəxs qardaşı Rəhimə ona məxsus qaz sobasını gətirməsini bildirmişdir. Sonra qaz sobasına məxsus boru yerində olmadığı üçün borunun gətirilməsini bildirmişdir. Həmin vaxt lamiyə onun sözlərinə məhəl qoymamışdır. Sonra o, spirtli içki qəbul etdiyi üçün lamiyənin hərəkətləri onun sözlərinə olan münasibəti onu qıcıqlandırmışdır. Həmin vaxt əsəbləşib Lamiyəni nalayiq sözlərlə təhqir etmiş, Lamiyənin evin içərisinə daxil olmasını tələb etmiş, lamiyə səs-küy salaraq evin qapısından küçəyə çıxmış, o, əsəbləşib Lamiyənin arxasınca evin qarşısına çıxmış, həmin vaxt baldızı Xatirə onun olduğu yerə gəlmişdir. Bundan sonra o, əsəbləşib Lamiyəni qorxutmaq üçün cibində olan bıçağı çıxartmış, sonra bıçağı cibinə qoymuş, əlləri ilə Lamiyənin saçından tutaraq onu yerdə sürütləmiş, Lamiyə müxtəlif nahiyələrindən bədən xəsarətləri almışdır. Sonra yaşadığı evə daxil olmuş, Lamiyə isə bacısı Xatirə ilə birlikdə getmişdir. O, üzərində olan bıçaqla heç kiməsə xəsarət yetirməmiş, əməlindən peşman olduğunu və həyat yoldaşı Lamiyəni öldürməklə hədələmədiyini bildirmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Gəncə şəhər 4 saylı tam orta məktəbdə laborant işləyir, 2010-cu ildə Təqsirləndirilən şəxs ilə rəsmi ailə qurmuş, birgə nikahlarından 3 azyaşlı uşaqları var. Ailə qurandan sonra bu günə qədər ailə üzvləri ilə birlikdə Gəncə şəhər, M.S.ünvan 2 ünvada yaşayırlar. Əri Təqsirləndirilən şəxs tez-tez Rusiya Federasiyasına gedib gəlirdi, sonuncu dəfə İlqar 2020-ci ilin aprel ayında Rusiya Federasiyasından qayıdıb gəmiş, həmin vaxtdan bu günə qədər İlqar spirtli içki qəbul etməyəbaşlamışdır.Eyni zamanda İlqar mütəmadi spirtli içki qəbul edərək yaşadığı evdə mübahisələr yaratdığı üçün o, dəfələrlə evdən çıxıb bacısının ünvanına getmişdir. xx.xx.2020-ci il tarixdə saat 15 radələrində yaşadığı evdə olan zaman Təqsirləndirilən şəxs yaşadığı evdə spirtli içki içməyə başlamış, sonra telefonla kimlərəsə zəng vuraraq yaşadıqları evə gəlmələrini bildirmişdir. Bundan sonra İlqar onun qardaşı Rəhiməzəng vuraraq apardığı qaz sobasının gətirilməsinibildirmiş, sonra İlqar qaz sobasına məxsus şlankın olduğunu və onu da gətirməsini tələb etmişdir. Bundan sonra İlqar sərxoş vəziyyətdə nalayiq sözlərlə onu təhqir etmiş, sonra İlqar onu öldürəcəyini deyərək səs-küy salmışdır. Həmin vaxt o, bacısı Xatirəyə zəng vuraraq gəlməsini və İlqarla aralarında münaqişə olmasını bildirmişdir. İlqar əlində olan bıçaqla evdən çıxaraq onun üzərinə gəlmişdir. İlqar əlində bıçaq onun üzərinə gələn zaman bacısı Xatirə onların olduğu yerə gəlmişlər. Həmin vaxt İlqar yenə nalayiiq sözlərlə onu təhqir edərək əlləri ilə saçından tutaraq yerə yıxmış, bədənin müxtəlif nahiyyələrinə vuraraq yerdə sürütləmişdir. Həmin vaxt bacısı Şahid onları aralaşdırmış, sakitləşdirmişdir. Sonra o, azyaşlı uşaqları ilə birlikdə bacısı Şahid ilə oradan uzaqlaşmışdır. Bundan başqa orada kənar şəxslərin toplaşmamasını, dava-dalaşın isə 4-5 dəqiqə davam etdiyini bildirmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Gəncə şəhər 4 saylı tam orta məktəbdə laborant işləyir, Təqsirləndirilən şəxs onun bacısı Zərərçəkmiş şəxsm həyat yoldaşıdır. İlqar əvvəllər tez-tez Rusiya Federasiyasına gedib-gəlib. 2020-ci ilin aprel ayından X1 geri qayıtmış, hazırda İlqar ailəsi ilə birlikdəı Gəncə şəhəri, M.S.ünvan 2 ünvanda yaşayır. Aprel ayından bu günə kimi İlqar dəfələrlə spirtli içki qəbul edərək Lamiyə ilə mübahisələr yaratmışdır. xx.xx.2020-ci il tarixdə saat 15-radələrində yaşadığı evdə olan zaman bacısı Lamiyə ona zəng vuraraq İlqarın onunla münaqişə yaratmasını bildirmiş, həmin vaxt o, taksi ilə Lamiyənin yaşadığı evə gəlmişdir. Həmin vaxt o, İlqardan nələrin baş verdiyini soruşanda İlqar əsəbləşib Lamiyənin saçından tutaraq yerə yıxmış və sürütləməyə başlamışdır. Bundan sonra o, hər ikisini sakitləşdirmişdir. Həmin vaxt İlqar spirtli içki qəbul etdiyi üçün sərxoş vəziyyətdə olmuşdur. Həmin vaxt İlqar heç kimə bıçaqla xəsarət yetirməmiş, kənar şəxslər toplaşmamış və mübahisənin 4-5 dəqiqə davam etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi MTE və PA Birliyi Gəncə şöbəsi tərəfindən verilmiş 907 saylı rəydən görünür ki, 1982-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər –döş qəfəsinin sol yan səthinin əzilməsi (qançır və şişkinliyi), sol dirsək , sağ diz oynağı nahiyələrinin və sağ ayağın İ barmağının qançır və sıyrıqları-bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2020-ci il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji Dispanseri tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 2255 nömrəli arayışdan görünür ki, 1973-cü il təvəllüdlü Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan xx.xx.2020-ci il tarixli “sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, toplanmış materialda Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 221-ci maddəsinin əlamətləri yaranmadığından həmin fakt üzrə cinayət işinin başlanması rədd edilməsi barədə qərar qəbul edilmişdir. Beləliklə məhkəmə iclasında bilavasitə tədqiq edilən sübutlar əsasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 15 radələrində şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı qəsdən arvadı Zərərçəkmiş şəxs saçından tutaraq yerdə sürütləyərək, onun döş qəfəsinin sol yan səthinin əzilməsi (qançır və şişkinliyi), sol dirsək, sağ diz oynağı nahiyələrinin və sağ ayağın İ barmağının qançırı və sıyrıqları ilə müşaiyət olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə belə nəticəyə gəlir ki, cinayət əməli törətmiş şəxs Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsiri tam sübuta yetirilmiş və onun həmin hərəkəti təhqiqat orqanı tərəfindən CM-in 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Buna görə də Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin sanksiyasında min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-in 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayət hesab edilən, Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-in 58-ci maddəsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlüləlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İİ-nin verdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Məhkəmə qeyd edir ki, cinayət əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməlində CM-in 59 və 61-ci maddələrində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə cinayət əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (böyük ictimai təhlükə törətməyən cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, cinayət əməli törətmiş şəxs Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 128-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət əməli törətmiş şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın cinayət əməli törətmiş şəxs Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini və cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin etməklə onu cəmiyyətdən tam təcrid etmədən yaşayış yeri üzrə azadlığını məhdudlaşdırmaqla onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Azərbaycan Respublikası CM-in 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası CM-in 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Məhkəmə hesab edir ki, cinayət əməli törətmiş şəxs Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Gəncə şəhəri, M.S.ünvan 3 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək,elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulmalıdır. İş üzrə məhkəmə ekspertiza xərci 53 manat pul Təqsirləndirilən şəxs tutularaq, Dövlət xəzinədarlıq Agentliyinə kodu: 210005, VÖEN:-**********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: STREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, büdcə səviyyəsinin kodu 3, hesab № AZ43CTRE********************, büdcə təsnifatının kodu 142319-a ödənilməlsin. İş üzrə maddi sübut və mülki iddia yoxdur. CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353-cü və 356-cı maddələrini rəhbər tutub, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Gəncə şəhəri, M.S.ünvan 2 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək,elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilmədiyi nəzərə alınsın. Hökmün icrası cinayət əməli törətmiş şəxs Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra qurumuna tapşırılsın. İş üzrə məhkəmə ekspertiza xərci 53 manat pul Təqsirləndirilən şəxs tutularaq, Dövlət xəzinədarlıq Agentliyinə kodu: 210005, VÖEN:-**********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: STREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, büdcə səviyyəsinin kodu 3, hesab № AZ43CTRE********************, büdcə təsnifatının kodu 142319-a ödənilməlsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №1(044)-120/2020
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-120/2020
23.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver