Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-120/2021 16.06.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Yediyarova Zeynəb Fərman qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 Teyyub oğlunun, Təqsirləndirilən şəxs Fizuli oğlunun və onun müdafiəçisi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, xx.xx.1980-ci il tarixdə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, himayəsində bir azyaşlı uşağı olan, işsiz, əvvəllər məhkum olunmuş, Şəmkir rayonu, Seyfəli kəndi, X9, ev 11-də qeydiyyatda olan, Gəncə şəhəri, M.Hacıyev küçəsi, X11 Universiteti 1 saylı yataqxanada yaşayan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Renitensiar Xidmətinin 2 saylı İsintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Fizuli oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 177.2.1., 177.2.2, 177.2.3, 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Fizuli oğlu 05 oktyabr 2020-ci il tarixdə, saat 23 radələrində tanışı Quliyev Sadiq Sahib oğlu ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgə əmlakını gizli talama məqsədi ilə Zərərçəkmiş şəxs1 məxsus ünvan 1 ünvanda yerləşən evinə qanunsuz daxil olaraq qonaq otağından bir ədədi 100 manat olmaqla 200 manat dəyərində 2 ədəd gümüş qulplu konfet qabı, bir ədədi 100 manat olmaqla 300 manat dəyərində 3 ədəd gümüş xəncər, bir ədəd 50 manat dəyərində qara buynuz suvenir, bir ədəd 80 manat dəyərində alminium nərdivan, bir ədəd 50 manat dəyərində latun şamdan, bir ədəd 30 manat dəyərində suvenir bıçaq, bir ədədi 40 manat olmaqla 80 manat dəyərində iki ədəd gülab qabı, bir ədəd 100 manat dəyərində gümüş qəndqabı, bir ədəd 20 manat dəyərində göy rəngli güldan, bir ədəd 20 manat dəyərində göy rəngli cürdək, bir ədəd 40 manat dəyərində qızılı rəngli güldan, bir ədəd 100 manat dəyərində ağ rəngli bagema güldan, bir ədəd 10 manat dəyərində şeytan formalı kül qabı, bir ədədi 30 manat olmaqla 60 manat dəyərində iki ədəd fil sümüyündən olan buynuz suvenir, bir ədəd 100 manat dəyərində mini bar, bir ədədi 25 manat olmaqla 50 manat dəyərində iki ədəd tənbəki, bir ədəd 100 manat dəyərində suvenir tapanca, bir ədəd 50 manat dəyərində alışqanlı siqaret qabı, bir ədəd 80 manat dəyərində buz qabı, bir ədəd 25 manat dəyərində çaxıraçan, bir ədəd 20 manat dəyərində 40x60 sm ölçüdə xalça, bir ədəd 25 manat dəyərində sarı rəngli gülab qabı, bir ədəd 200 manat dəyərində Rusiya istehsalı tikiş maşını, bir ədədi 7 manata olmaqla 168 manat dəyərində 24 ədəd iki dəfə qızıl suyuna batırılmış xörək qaşıqları, bir ədədi 7 manata olmaqla 168 manat dəyərində 24 ədəd iki dəfə qızıl suyuna batırılmış çəngəl, bir ədədi 5 manata olmaqla 60 manat dəyərində 12 ədəd çay qaşığı, bir ədədi 7 manata olmaqla 84 manat dəyərində 12 ədəd qulpu bəzəkli çay qaşığı, bir ədədi 5 manata olmaqla 60 manat dəyərində 12 ədəd limon çəngəli, bir ədədi 20 manata olmaqla 40 manat dəyərində 2 ədəd gümüş tort qaşığı, bir ədədi 10 manata olmaqla 60 manat dəyərində 6 ədəd mürəbbə qaşığı, bir dəst (6 ədəd) 100 manat dəyərində qızıl suyuna batırılmış çay qaşığı, bir ədədi 4 manata olmaqla 16 manat dəyərində 4 ədəd tort qaşığı, 1360 manat dəyərində bir ədəd 07 L Napaleon markalı konyak, 350 manat dəyərində bir ədəd 07 L REMY MARTİNİ markalı konyak, 200 manat dəyərində bir ədəd 05L REMY MARTİNİ markalı konyak, 300 manat dəyərində bir ədəd 07 L MARTELL markalı konyak, 300 manat dəyərində bir ədəd 07L White Horse markalı whisky, 300 manat dəyərində bir ədəd 075L Queen Anne markalı whisky, 450 manat dəyərində bir ədəd 1L HAİG markalı whisky, 422 manat dəyərində 1L Amaro 18 markalı whisky, 470 manat dəyərində bir ədəd 1L Hankey Bannister 1970 s markalı whisky, 240 manat dəyərində 05 L JB markalı whisky, 300 manat dəyərində 1 L Adder markalı likor, 100 manat dəyərində 180 ml Yapon arağı, 50 manat dəyərində 500 ml Baku konyak, 200 manat dəyərində 05L Polar markalı likor, 50 manat dəyərində 5L Pxenyansul arağı, 40 manat dəyərində 250 ml Demidovsky eliksir, 100 manat dəyərində bir ədəd 05L Belo- Vejskaya likor, 50 manat dəyərində bir ədəd 200 ml Jack Daniels whisky, 400 manat dəyərində bir ədəd 07L Kakaovy markalı likor, 400 manat dəyərində bir ədəd 07L Kakaovy markalı likor, 100 manat dəyərində bir ədəd 07L İnsampulrosul markalı likor və 100 manat dəyərində bir ədəd 05L Portoriko Rum markalı likoru, ümumilikdə 8828 (səkkiz min səkkiz yüz iyirmi səkkiz) manat dəyərində qeyd olunan Zərərçəkmiş şəxs1 məxsus əşyalarını talamaqla xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən 20 noyabr 2020-ci il tarixdə, təxminən saat 18 radələrində təkrarən özgə əmlakını gizli talama məqsədi ilə, yəni eyni niyyətlə Zərərçəkmiş şəxs2 məxsus ünvan 2 ünvanda yerləşən evinə qanunsuz daxil olaraq evdən bir ədəd 60 manat dəyərində gidrafonlu su mühərriki, bir ədəd 120 manat dəyərində su qızdırıcı, bir ədəd 250 manat dəyərində 3x4 ölçüdə və bir ədəd 100 manat dəyərində 2x4 ölçüdə xalçalar, 350 manat dəyərində 7 ədəd qadın donlarını, 1500 manat dəyərində qaba-qacaq servis dəsti, 150 manat dəyərində qaşıq-çəngəl-bıçaq dəsti və 50 manat dəyərində bir ədəd “Samsung” markalı planşeti, ümumilikdə isə 2580 manat dəyərində qeyd olunan əşyalarını talamaqla təkrar oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Fizuli oğlu Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs Fizuli oğlu Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3 və 177.24-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, əvvəllər Azərbaycan Respublikası CM-nin 177-ci maddəsi ilə bir neçə dəfə məhkum olunmuş, sonuncu dəfə törətdiyi oğurluq hadisələrinə görə Gəncə şəhər Nizami Rayon Məhkəməsi tərəfindən 2 il azadlıqdan məhrum cəzasına məhkum edilmiş və 17.08.2020-ci il tarixdə Salyan rayonu ərazisində yerləşən 5 saylı cəza çəkmə müəssisəsindən azad olunmuş, həbsdən çıxdıqdan sonra müxtəlif maşın sexlərində rəngsaz kimi işləyib pul qazanmış, lakin sonradan iş zəif olduğu üçün pul qazana bilməmişdir. 2020-ci ilin oktyabr ayının əvvəlində Bakı şəhərinə getmiş, Bakı şəhərində olan zaman sürmək üçün Əhmədli qəsəbəsində yerləşən renta cardan icarəyə “Hyundaı Sonata” markalı maşın götürüb Gəncə şəhərinə gəlmişdir. O, Gəncə şəhərində maşınla gəzən zaman tanışı Sadiqlə rastlaşmış, sonuncu ilə görüşüb çay içən zaman Sadiq pula ehtiyacı olduğunu bildirmişdir. Onun maşınla olduğunu görüb Gəncə şəhərində “Xan Bağı” adlanan parkın yaxınlığında qohumunun evi olduğunu bildirmiş, həmin evdən əşya oğurlayıb satmağı və pul əldə etməyi ona təklif etmiş, o, da etiraz etməyib razılaşmış, həmin gün, yəni 05.10.2020-ci il tarixdə, saat 23 radələrində onun idarə etdiyi maşınla oraya getmişlər və o, maşını evin yan tərəfində saxlamışdır. Sadiq evə hasardan düşəcəyini bildirmiş və tapşırmışdır ki, o, da maşında oturub Sadiqi gözləsin. Bundan sonra Sadiq evin hasarından evin həyətinə düşəndə o, maşından düşüb evin giriş qapısının yanına gəlmiş, orada Sadiqi gözləmiş, Sadiq isə bir neçə dəqiqədən sonra gəlib giriş qapısını arxadan açıb özü ilə gətirdiyi qutuda olan spirtli içkiləri qapıdan ona vermiş, o, həmin içkiləri idarə etdiyi avtomobilin yük yerinə qoymuş, daha sonra o, evin giriş qapısından keçib həyətə daxil olmuş və orada Sadiqin evdən götürüb verdiyi qədimi qabları, gümüş qaşıqları götürüb Sadiqlə birlikdə gətirib maşının yük yerinə yığmışlar və oradan çıxıb getmişlər. Onlar birlikdə oğurladıqları əşyaları onun yaşadığı ünvana aparmışlar, oğurladıqları əşyaları maşında saxlamışlar və o, maşını yaşadığı evin həyətinə salmışdır. O, evdə gecə Sadiqlə birgə qalmış, səhərisi gün isə həmin oğurladığı əşyaları birlikdə idarə etdiyi maşınla aparıb satmışlar. Həmin əşyalardan qədimi qabları onun şəxsiyyət vəsiqəsi əsasında kolxoz bazarının yuxarı hissəsində yerləşən mağazada Leyla adlı qadına 200 manata satmışlar. Gümüş qaşıqları isə Mərkəzi Univermaqda adını xatırlamadığı şəxsə 137 manata satmışlar. Daha sonra isə spirtli içkiləri Şəmkir rayonunda yaşayan tanışı Rafiqə 100 manata satmışlar. Həmin şəxslər əşyaları haradan əldə etdiklərini soruşanda o, Sadiqin bu işlə məşğul olduğunu, qədimi və antikvar əşyalar satdığını demişdir. Bundan başqa bir ədəd də tikiş maşınını Göygöl rayonunda tanışı Yusif adlı şəxsə 30 manata satmışdır. Həmin oğurluq nəticəsində əldə etdikləri pulu Sadiqlə öz aralarında bölmüşlər və ona 200 manat pul çatmışdır. O, əldə etdiyi pulu şəxsi tələbatlarına xərcləmişdir. O, daha sonra ifadəsində göstərmişdir ki, tanışı Eminlə görüşmək üçün sonuncunun ünvan 3 ünvanında yerləşən evinə getmiş, lakin Emini tapa bilməmişdir. 20 noyabr 2020-ci il tarixdə, saat təxminən 18 radələrində yenə Eminin yaşadığı ünvan 3 ünvanına getmiş, lakin həmin vaxt Emin evdə olmadığı üçün yenə sonuncu ilə görüşə bilməmişdir. Onun isə pula ehtiyacı olduğu üçün oğurluq etmək qərarına gəlmişdir. Evin giriş darvazası bağlı olduğu üçün o, hasardan keçib evin həyətinə daxil olmuşdur. O, evin giriş hissəsinə quraşdırılmış su qızdırıcısını görüb sökərək yerindən çıxartmış və gətirib giriş darvazasının yanına qoymuşdur. Sonra evin içərisinə olan giriş qapısının açıq olduğunu görüb evə daxil olmuşdur. O, evin qonaq otağında divarda yerləşən şkaflardakı çay və yemək servis dəstlərini, iki ədəd yaşıl rəngli meyvə qabını, bir ədəd gül qabını götürüb stolun üstündə olan süfrəyə büküb evdən çıxarıb həyətə qoymuşdur. Sonra yenə evin içərisinə daxil olub yataq otağından iki ədəd xalçanı da götürüb evin həyətinə çıxmışdır. Sonra evin giriş darvazasını arxadan açıb həmin əşyaları götürüb aparıb yaxınlıqda yerləşən 9 mərtəbəli binanın dam hissəsinə yığmışdır. Sonra gedib yoldan tanımadığı qara rəngli “VAZ 21099” markalı taksi avtomobilini saxlatdırıb binanın qarşısına gəlmişdir. O, oğurladığı həmin əşyaları aparıb maşına yığmış, taksi sürücüsünə öz evinin əşyaları olduğunu, satmağa apardığını bildirmişdir. O, tanımadığı həmin taksi ilə birgə “Köhnə Kolxoz bazarının” yanına gəlib orada çayni servisi, gül qabını və meyvə qablarını öz şəxsiyyət vəsiqəsi əsasında Arif adlı şəxsə 70 manata, daha sonra bir qədər aralıda yerləşən təmir əşyaları satılan yerə isə su qızıdırıcısını 20 manata satmışdır. Həmin şəxslər satdığı əşyaları haradan aldığını soruşanda o, yalandan bildirmişdir ki, onun yaşadığı evə müharibə zamanı raket düşdüyü üçün salamat qalan əşyaları pula ehtiyac yarandığı üçün satır. Sonra həmin taksi ilə “Xaraba” adlanan yerə getmiş, orada yaşayan tanışı Şəlalə adlı qadına yaşadığı evdən gətirdiyi xalçaları satmağı demişdir. Şəlalə isə xalçalara baxıb ikisi üçün ona 20 manat pul vermişdir. O, həmin puldan 10 manatını taksiyə verib yola salmış, əşyaları satmağı nəticəsində əldə etdiyi pulları isə şəxsi tələbatlarına xərcləmişdir. O, oğurluq nəticəsində əldə etdiyi əşyaları satdığı şəxslərə həmin əşyaların oğurluq olduğunu deməmişdir. O, əməlindən peşmandır. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirdi ki, o, ünvan 4 ünvanında qeydiyyatda olsa da ünvan 5 ünvanda kirayədə yaşayır. Gəncə şəhərində yerləşən evinə isə ayda bir dəfə gəlib bir həftə qaldıqdan sonra Bakı şəhərinə gedir. Sonuncu dəfə o, 16 sentyabr 2020-ci il tarixdə Gəncə şəhərində yerləşən evindən çıxıb Bakı şəhərinə getmiş, o, Bakı şəhərində yaşasa da atası Vaqif tez-tez onun evinə gedib nəzarət edir. 30 sentyabr 2020-ci il tarixədək atası ona məxsus həmin evə gedib nəzarət etmiş, evdə hər şey qaydasında olmuşdur. Sonra isə atası xəstə olduğu üçün evinə gedib nəzarət edə bilməmişdir. 08 oktyabr 2020-ci il tarixdə Qarabağ müharibəsi zamanı düşmən tərəfindən Gəncə şəhərinə atılan raket nəticəsində onun evinin pəncərələri yararsız hala düşdüyü üçün o, həmin gün Gəncə şəhərinə gəlmişdir. O, öz evinə gedəndə görmüşdür ki, evinin darvazası bağlı olsa da evin giriş qapısı açıq vəziyyətdədir. Evinin pəncərələri yararsız halda olmuş və evin işıqları da yanılı vəziyyətdə olmuşdur. Sonra o, görmüşdür ki, naməlum şəxslər onun evindən oğurluq etmişdir. O, müəyyən etmişdir ki, naməlum şəxs onun evinin qonaq otağından ona məxsus bir ədədi 100 manat dəyərində 2 ədəd gümüş qulplu konfet qabı, bir ədədi 100 manat dəyərində 3 ədəd gümüş xəncər, 50 manat dəyərində bir ədəd qara buynuz suvenir, 80 manat dəyərində bir ədəd alminium nərdivan, 50 manat dəyərində bir ədəd latun şamdan, 30 manat dəyərində bir ədəd suvenir bıçaq, bir ədədi 40 manat dəyərində iki ədəd gülab qabı, 100 manat dəyərində bir ədəd gümüş qəndqabı, 20 manat dəyərində bir ədəd göy rəngli güldan, 20 manat dəyərində göy rəngli bir ədəd cürdək, 40 manat dəyərində qızılı rəngli bir ədəd güldan, 100 manat dəyərində bir ədəd ağ rəngli bagema güldan, 10 manat dəyərində şeytan formalı kül qabı, bir ədədi 30 manat dəyərində iki ədəd fil sümüyündən olan buynuz suvenir, 100 manat dəyərində bir ədəd mini bar, bir ədədi 25 manat dəyərində iki ədəd tənbəki, 100 manat dəyərində bir ədəd suvenir tapanca, 50 manat dəyərində bir ədəd alışqanlı siqaret qabı, 80 manat dəyərində bir ədəd buz qabı, 25 manat dəyərində bir ədəd çaxıraçan, 20 manat dəyərində bir ədəd 40x60 sm ölçüdə xalça, 25 manat dəyərində bir ədəd sarı rəngli gülab qabı, 200 manat dəyərində bir ədəd Rusiya istehsalı tikiş maşını, bir ədədi 7 manata olmaqla 24 ədəd iki dəfə qızıl suyuna batırılmış xörək qaşıqları, bir ədədi 7 manata olmaqla 24 ədəd iki dəfə qızıl suyuna batırılmış çəngəl, bir ədədi 5 manata olmaqla 12 ədəd çay qaşığı, bir ədədi 7 manata olmaqla 12 ədəd qulpu bəzəkli çay qaşığı, bir ədədi 5 manata olmaqla 12 ədəd limon çəngəli, bir ədədi 20 manata olmaqla 2 ədəd gümüş tort qaşığı, bir ədədi 10 manata olmaqla 6 ədəd mürəbbə qaşığı, 100 manat dəyərində bir dəst (6 ədəd) qızıl suyuna batırılmış çay qaşığı, bir ədədi 4 manata olmaqla 4 ədəd tort qaşığı, 1360 manat dəyərində bir ədəd 0,7 litr Napaleon markalı konyak, 350 manat dəyərində bir ədəd 0,7 litr REMY MARTİNİ markalı konyak, 200 manat dəyərində bir ədəd 0,5 litr REMY MARTİNİ markalı konyak, 300 manat dəyərində bir ədəd 0,7 litr MARTELL markalı konyak, 300 manat dəyərində bir ədəd 0,7 litr White Horse markalı whisky, 300 manat dəyərində bir ədəd 0,75 litr Queen Anne markalı whisky, 450 manat dəyərində bir ədəd 1 litr HAİG markalı whisky, 422 manat dəyərində 1 litr Amaro 18 markalı whisky, 470 manat dəyərində bir ədəd 1 litr Hankey Bannister 1970 s markalı whisky, 240 manat dəyərində 05 litr JB markalı whisky, 300 manat dəyərində 1 litr Adder markalı likor, 100 manat dəyərində 180 ml Yapon arağı, 50 manat dəyərində 500 ml Baku konyak, 200 manat dəyərində 05 litr Polar markalı likor, 50 manat dəyərində 5 litr Pxenyansul arağı, 40 manat dəyərində 250 ml Demidovsky eliksir, 100 manat dəyərində bir ədəd 05 litr Belo-Vejskaya likor, 50 manat dəyərində bir ədəd 200 ml Jack Daniels whisky, 400 manat dəyərində bir ədəd 07 litr Kakaovy markalı likor, 400 manat dəyərində bir ədəd 07 litr Kakaovy markalı likor, 100 manat dəyərində bir ədəd 07 litr İnsampulrosul markalı likor və 100 manat dəyərində bir ədəd 05 litr Portoriko Rum markalı likor oğurlanmışdır. Baş vermiş oğurlaq hadisəsi nəticəsində ümumilikdə onun evindən ona məxsus 8828 manat dəyərində əşyaları oğurlanmışdır. O, təhqiqat zamanı 13500 manat dəyərində əşyalarının oğurlandığını bildirsə də sonradan dəqiqləşdirmişdir ki, oğurluq hadisəsi nəticəsində ona 8828 manat dəyərində maddi ziyan dəymişdir. O, Təqsirləndirilən şəxs Fizuli oğlu ilə hal-hazırda barışmış, ona dəymiş ziyan tam ödənilmiş və onun Təqsirləndirilən şəxs Fizuli oğlundan heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs2 Teyyub oğlu ifadəsində bildirdi ki, o, ünvan 7 ünvanda qeydiyyatda olsa da həmin evdə yaşamır. Həmin ev onun ata evidir, atası və anası rəhmətə getdikdən sonra qardaşı ilə sözü tutmadığına görə o, həmin evdən çıxıb Göygöl rayonu Qızılca kəndində kirayədə yaşamış, lakin evinin əşyaları ata evində qalmışdır. O, qardaşı ilə razılaşmışlar ki, ata evini satıb pulunu öz aralarında bölsünlər. O, da fikirləşmişdir ki, evi satdıqdan sonra evdə ona məxsus olan əşyaları götürər. Ata evində isə aradabir qardaşı Emin qalır. 24 noyabr 2020-ci il tarixdə qardaşı Emin ona zəng edib evdən oğurluq olmasını bildirmişdir. Həmin gün o, Gəncə şəhərinə gələ bilməsə də DİNnin 102 xidmətinə zəng edib bu barədə məlumat vermişdir. 25 noyabr 2020-ci il tarixdə isə o, ata evinə gəlmiş və görmüşdür ki, evin darvazasından içəri daxil olduqdan sonra sol tərəfdə yerləşən 60 manat dəyərində hidraforlu su mühəriki, evə daxil olmamışdan əvvəl ayaq yolunun qarşısında quraşdırılmış 120 manat dəyərində su qızdırıcısı yerində yoxdur. Evin plastikdən düzəldilmiş giriş qapısı həmişə açıq olur və şüşəsiz olmuşdur. O, evin içərisinə daxil olanda görmüşdür ki, qonaq otağından 250 manat dəyərində 1 ədəd 1.5x4 ölçüdə xalça, 50 manat dəyərində Samsung markalı planşet, 150 manat dəyərində qutunun içərisində qaşıq, çəngəl, bıçaq dəsti, 1500 manat dəyərində barda olan rəflərdən və servantdan nahar servisi, uşaq yataq otağından 100 manat dəyərində 1.5x4 ölçüdə xalça, yataq otağında olan paltar şkafından isə həyat yoldaşına aldığı 350 manat dəyərində 7 ədəd don yerində yoxdur. Baş vermiş oğurluq hadisəsi nəticəsində ümumilikdə ona 2580 manat dəyərində maddi ziyan dəymişdir. O, Təqsirləndirilən şəxs Fizuli oğlu ilə hal-hazırda barışmış, ona dəymiş ziyan tam şəkildə ödənilmiş və onun Təqsirləndirilən şəxs Fizuli oğlundan heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, o, Gəncə şəhər, H.Əliyev prospekti ilə Nizami prospektinin kəsişməsində yerləşən Mərkəzi Univermaq ticarət mərkəzinin birinci mərtəbəsində özünə məxsus səyyar dükanda gümüş alqı-satqısı ilə məşğul olur. O, gümüşün bir qramını 1 manata alır. 08 oktyabr 2020-ci il tarixdə, saat 13-14 radələrində tanımadığı iki nəfər şəxs onun piştaxtasına yaxınlaşmışlar. Həmin şəxslər əllərində sellofan torbadan qaşıq və çəngəllər çıxardaraq həmin əşyaların gümüş olduğunu söyləyib satmaq istədiklərini bildirmişlər. O, satış üçün təqdim olunan həmin əşyalara alıcı kimi baxış keçirdikdən sonra təqdim olunmuş əşyların bir qismini geri qaytararaq gümüş olmadığını bildirmişdir. O, qaytardığı əşyaların içində bıçaq, xörək qaşığı və çəngəl olmuşdur. Həmin şəxs hər bir dəstdən bir ədədini ona nümunə kimi göstərmişdir. O, əşyaların gümüş olmadığını söylədikdən sonra digər əşyaları, yəni 6 ədəd çay qaşığından ibarət qızılı rəngli, tutacağı göy rəngli olan 1 dəst gümüş qaşığı, 4 ədəd qara rəngli, minalı, gümüş çay qaşığından ibarət dəsti və 4 ədəd qara rəngli, minalı limon çəngəlini seçib həmin əşyaların gümüş olduğunu demiş və qiymətlərini müəyyənləşdirmək üçün tərəzidə çəkmişdir. Onun seçdiyi əşyaların ümumi çəkisi 135 qram etdiyi üçün o, həmin gümüş əşyaların sahiblərinə 135 (yüz otuz beş) manat pul vermişdir. O, həmin şəxslərdən aldığı qaşıqlardan bir qismini, yəni 4 ədəd çay qaşığından ibarət dəsti və 4 ədəd limon çəngəlindən ibarət gümüş dəsti əridib emal etmişdir. 11 oktyabr 2020-ci il tarixdə polis əməkdaşları ona yaxınlaşaraq qeyd olunan qaşıqlar barədə suallar vermişlər və həmin əşyaların oğurluq əmlak olduğunu qeyd etmişlər. O, 6 ədəd gümüş qaşıqdan ibarət dəsti isə polis əməkdaşlarına vermişdir. O, gümüş əşyaları satan şəxsləri tanımamış, həmin şəxsləri birinci dəfə görmüş, satdıqları əşyaların oğurluq olduğunu da bilməmişdir. O, əgər həmin əşyaların oğurluq olduğunu bilsəydi həmin əşyaları almazdı. O, gümüş alqı-satqısı ilə məşğul olduğu üçün satışa təqdim olunan həmin əşyaları almışdır. İstintaqda verilmiş və məhkəmə iclasında tədqiq edilmiş edilmiş Şahid2 ifadəsindən görünür ki, qohumu Tahirin vasitəsilə Vüqar kimi tanıdığı, əslində isə Təqsirləndirilən şəxs adlı şəxs 08 oktyabr 2020-ci il tarixdə, saat 18 radələrində onun yaşadığı kəndə dövlət qeydiyyat nişanını xatırlamadığı “Hyundaı” markalı avtomobillə gəlmişdir. Təqsirləndirilən şəxs yanında adını və soyadını bilmədiyi bir nəfər şəxs də olmuşdur. Əli ona bildirmişdir ki, özünə məxsus spirtli içkiləri pula ehtiyacı olduğundan satır. Həmçinin Əli həmin spirtli içkiləri Rusiya Federasiyasından aldığını da ona demişdir. O, həmin spirtli içkilərə baxıb gömüşdür ki, spirtli içkilərin hamısı Azərbaycan istehsalı deyil, xarici ölkələrin istehsalıdır. Təqsirləndirilən şəxs həmin spirtli içkilərin hamısını ona 100 manata satmaq istədiyini bildirmişdir. O, Əli ilə razılaşmış və həmin spirtli içkilərin hamısına 100 manat pul vermişdir. Təqsirləndirilən şəxs da ona markalarını xatırlamadığı və ümumilikdə 19 şüşə qabda olan spirtli içkiləri 100 manata satmışdır. O, Təqsirləndirilən şəxs aldığı həmin spirtli içkiləri evinin həyətinə qoymuşdur. 12 oktyabr 2020-ci il tarixdə, saat 12 radələrində adlarını xatırlamadığı polislər onun yaşadığı evə gəlmişlər və ondan spirtli içki alıb-almadığını soruşanda o, Vüqar kimi tanıdığ əslində isə Təqsirləndirilən şəxs 08 oktyabr 2020-ci il tarixdə, saat 18 radələrində 100 manat pulun müqabilində 19 ədəd müxtəlif markalı spirtli içkilər almış və hal-hazırda da həmin spirtli içkilər həyətindədir. Bundan sonra o, həmin spirtli içkiləri könüllü olaraq sahibinə qaytarılması üçün polislərə təqdim etmişdir. Təqsirləndirilən şəxs aldığı 19 ədəd spirtli içkilərin oğurluq olduğunu bilməmiş, həmin içkilərin oğurluq olduğunu bilsəydi almazdı və Təqsirləndirilən şəxs oğurluq etməsi barədə dərhal polisə məlumat verərdi. Təqsirləndirilən şəxs ilə birlikdə gələn şəxsin adını və soyadını bilməmiş, həmin şəxsi ilk dəfə həmin vaxt görmüşdür. İstintaqda verilmiş və məhkəmə iclasında tədqiq edilmiş edilmiş Şahid3 qızının ifadəsindən görünür ki, o, uzun müddətdir ki Gəncə şəhəri Əttarlar küçəsində işlənmiş əşyaların alışı və satışı ilə məşğuldur. 06 oktyabr 2020-ci il tarixdə, saat 16 radələrində Təqsirləndirilən şəxs və yanında da bir nəfər adını bilmədiyi şəxs onun işlədiyi dükana gəlmişlər. Təqsirləndirilən şəxs pula ehtiyacı olduğundan evində olan əşyaları satmaq istədiyini ona bildirmişdir. O, həmin əşyaların dəqiq Əliyə məxsus olduğunu soruşanda sonuncu satmaq istədiyi əşyaların dəqiq özünə məxsus olduğunu, oğurluq olmadığını bildirmişdir. O, əşyaların oğurluq olmamasını dəqiqləşdirmək üçün Əlidən şəxsiyyət vəsiqəsini tələb etmiş və sonuncu da şəxsiyyət vəsiqəsini ona təqdim etmişdir. Bundan sonra o, Əliyə və yanında adını bilmədiyi bir nəfər şəxsə inanmışdır. Əli ona 2 ədəd xrustal qulplu konfet qabı, 1 ədəd latun buz qabı, 1 ədəd şamdan, 1 ədəd böyük buynuz suvenir, 2 ədəd balaca ölçüdə buynuz suvenir, 2 ədəd balaca ölçüdə latun su qabları, 1 ədəd şetan formalı kül qabı və 100 ədəd qaşıq, çəngəl təqdim etmişdir. O, həmin əşyaların hamısına 200 manat pul verib almışdır. Həmçinin özünə məxsus dəftərdə aldığı əşyları, X1 vəsiqəsinin seriya və nömrəsini də qeyd etmişdir. Bundan sonra 09 oktyabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs təxminən saat 15 radələrində onun işlədiyi ünvana gəlmiş və evindən gətirdiyi 6 ədəd çömçə, 6 ədəd sadə qaşıq, 4 ədəd ətçevirən qaşıq, 4 ədəd fincan, 7 ədəd bulud, 6 ədəd boşqab, 1 ədəd alüminium ləyən və 1 ədəd də alüminium padnusu pula ehtiyacı olduğundan satmaq istədiyini demişdir. O, da həmin əşyaların hamısına 30 manat pul verib Əlidən almışdır. Həmçinin yenə də özünə məxsus dəftərdə bu barədə qeydiyyat aparmışdır. Təqsirləndirilən şəxs həmin əşyalardan başqa ona hər hansı bir digər əşyalar satmamışdır. O, Təqsirləndirilən şəxs aldığı əşyaların bəzilərini tanımadığı müştərilərə satmış, bəziləri isə dükandadır. Təqsirləndirilən şəxs ona satdığı əşyaların oğurluq olmasını o, bilməmişdir. Təqsirləndirilən şəxs yanında gələn şəxsi o, ilk dəfə işlədiyi dükanda görmüşdür. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 26 yanvar 2021-ci il tarixli, 6/225-9/233 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş məmulatların metalının tərkibi tədqiqi hissədə göstərilmiş və aparılmış fiziki-kimyəvi tədqiqatın nəticəsini nəzərə alaraq, ekspertiza tədqiqatına təqdim edilmiş müxtəlif adda malların istifadədə olması nəzərə alınmaqla 2020-ci ilin oktyabr-noyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 3700,00 manat müəyyən edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan 10.10.2020-ci il tarixdə hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə olunmuş fotoşəkillərdən görünür ki, oğurluq hadisəsi Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 9 ünvanda yerləşən fərdi yaşayış evində baş vermişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan 11.10.2020-ci il tarixdə baxış və götürmə haqqında protokoldan və ona əlavə olunmuş fotoşəkillərdən görünür ki, ifadənin yerində yoxlanılması üçün hadisə yerinə baxış keçirilmiş və bu barədə protokol tərtib edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan 12.10.2020-ci il tarixdə baxış və götürmə haqqında protokoldan və ona əlavə olunmuş fotoşəkillərdən görünür ki, ifadənin yerində yoxlanılması üçün hadisə yerinə baxış keçirilmiş və bu barədə protokol tərtib edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan 17.10.2020-ci il tarixdə əşyaların tanınma üçün təqdim edilməsi haqqında protokoldan və ona əlavə olunmuş fotoşəkillərdən görünür ki, ifadənin yerində yoxlanılması üçün Zərərçəkmiş şəxs1 məxsus qaşıqlar və spirtli içkilərin tanınma üçün təqdim edilmiş və bu barədə protokol tərtib edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan 25.11.2020-ci il tarixdə baxış və götürmə haqqında protokoldan və ona əlavə olunmuş fotoşəkillərdən görünür ki, ifadənin yerində yoxlanılması üçün ünvan 10 ünvanına baxış keçirilmiş və bu barədə protokol tərtib edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan 18.12.2020-ci il tarixli şübhəli şəxs qismində tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və bu barədə protokol tərtib olunmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan 19.12.2020-ci il tarixli şübhəli şəxs Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması protokoldan və ona əlavə olunmuş fotoşəkillərdən görünür ki, ifadənin yerində yoxlanılması zamanı təqsirləndirilən şəxs oğurluq etdiyi yeri və həmin yerdə iş üçün əhəmiyyət kəsb edən yerləri, Zərərçəkmiş şəxs1 məxsus Gəncə şəhəri, Nizami rayonu, Ozan küçəsində yerləşən 4 saylı evi və həmin evə hasardan daxil olduğu yeri, əldə etdiyi əşyaları “Köhnə Kolxoz bazarının” yanında satdığı yeri əyani olaraq göstərərək ifadəsini təsdiq etmiş və və bu barədə protokol tərtib olunmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 20.12.2020-ci il tarixli 4(044)-166/2020 saylı qərarın surətindən görünür ki, vəsatət qisməntəmin edilmiş, xx.xx.1980-ci ildə Şəmkir rayonu, Seyfəli kəndində anadan olmuş, Azərbaycan Respublıikası vətəndaşı, evli, orta təhsilli, məhkum olunmuş, fərdi əməklə məşğul olan, Şəmkir rayonu, Seyfəli kəndində qeydiyyatda olan, Gəncə şəhəri, Kəpəz rayonu, M.Hacıyev küçəsi, 2-ci döngə, ev 20 ünvanda yaşayan Təqsirləndirilən şəxs barəsində 02 (iki) ay 27 (iyirmi yeddi) gün müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti 17.03.2021-ci il tarixədək müəyyən edimiş, həbs etmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu gündən, yəni 18.12.2020-ci il tarixdə, saat 17:30-dan hesablanmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan 28.12.2020-ci il tarixli təqdim edilmiş əşyanın maddi sübut kimi götürmə haqqında protokoldan görünür ki, Şahid3 Babovna qızının təqdim etdiyi qaşıqlar, çəngəllər, çömçələr, suvenir qablar iş üçün mühüm əhəmiyyət kəsb etdiklərindən maddi sübut kimi götürülmüş və bu barədə protokol tərtib olunmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan 02.01.2021-ci il tarixli təqdim edilmiş əşyanın maddi sübut kimi götürülməsi və əşyaya baxış keçirilmə barədə protokoldan görünür ki, 2 ədəd xalçaları təqdim edən Şəlalə adlı qadının 20 manat pulun müqabilində Təqsirləndirilən şəxs aldığı və Təqsirləndirilən şəxs həmi xalçaların özünə məxsus olduğunu, oğurluq olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs2 həmin 2 ədəd 1.5x4 ölçüdə xalçaların ona məxsus olduğunu və ona məxsus evdən oğurlandığını bildirmiş, həmin xalçalar iş üçün mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi götürülmüş, fotoşəkilləri çəkilmiş və bu barədə protokol tərtib olunmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İİ-nin 08.02.2021-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 13.03.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 69.4-cü maddələri ilə təqsirli bilinərək barəsində 2000 manat cərimə cəzası təyin edilmişdir. Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 19.02.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək barəsində 02 (iki) il azadlıqdan məhrumetmə və 2000 manat cərimə cəzası təyin edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 13.03.2018-ci il tarixli 1(044)-17/2018 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 69.4-cü maddələri ilə təqsirli bilinərək barəsində 2000 manat cərimə cəzasına məhkum edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 19.02.2019-cu il tarixli hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 1772.2 və177.2.3-cü maddələri ilə nəzərdə tutulmuşcinayət əməllərini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 67.1-ci maddəsinə əsasən qəti olaraq, 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası və 2000 manat cərimə cəzasına məhkum edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Şəmkir rayon İcra və Probasiya şöbəsinin 17.02.2021-ci il tarixli 110066/18-7-113/21 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 2000 (iki min) manat cərimə cəzasına məhkum edilmiş və cəzasından heç bir ödəniş etməmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş və qanunvericilikdə nəzərdə tutulan iki il müddət keçmədən, yəni məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən qəsdən cinayət törətmişdir. Belə ki, CM-in 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. CM-in 83.3.5-ci maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun CM-in 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair 18 mart 2013-cü il tarixli qərarının nəticəvi hissəsindən görünür ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən eyni və ya həmcins cinayətin törədilməsi cinayətin residivi kimi qəbul edilməlidir. Həmin şəxsin əməli eyni zamanda cinayətlərin təkrar törədilməsi əlaməti ilə tövsif edilə bilməz. Cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi CM-in 18.1-ci maddəsinə əsasən cinayətlərin residivini yaradır. Belə ki, CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Beləliklə məhkəmə iclasında bilavasitə tədqiq edilən, biri digərini tamamlayan sübutlar əsasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs, 05 oktyabr 2020-ci il tarixdə, saat 23 radələrində tanışı Quliyev Sadiq Sahib oğlu ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgə əmlakını gizli talama məqsədi ilə Zərərçəkmiş şəxs1 məxsus ünvan 1 ünvanda yerləşən evinə qanunsuz daxil olaraq qonaq otağından bir ədədi 100 manat olmaqla 200 manat dəyərində 2 ədəd gümüş qulplu konfet qabı, bir ədədi 100 manat olmaqla 300 manat dəyərində 3 ədəd gümüş xəncər, bir ədəd 50 manat dəyərində qara buynuz suvenir, bir ədəd 80 manat dəyərində alminium nərdivan, bir ədəd 50 manat dəyərində latun şamdan, bir ədəd 30 manat dəyərində suvenir bıçaq, bir ədədi 40 manat olmaqla 80 manat dəyərində iki ədəd gülab qabı, bir ədəd 100 manat dəyərində gümüş qəndqabı, bir ədəd 20 manat dəyərində göy rəngli güldan, bir ədəd 20 manat dəyərində göy rəngli cürdək, bir ədəd 40 manat dəyərində qızılı rəngli güldan, bir ədəd 100 manat dəyərində ağ rəngli bagema güldan, bir ədəd 10 manat dəyərində şeytan formalı kül qabı, bir ədədi 30 manat olmaqla 60 manat dəyərində iki ədəd fil sümüyündən olan buynuz suvenir, bir ədəd 100 manat dəyərində mini bar, bir ədədi 25 manat olmaqla 50 manat dəyərində iki ədəd tənbəki, bir ədəd 100 manat dəyərində suvenir tapanca, bir ədəd 50 manat dəyərində alışqanlı siqaret qabı, bir ədəd 80 manat dəyərində buz qabı, bir ədəd 25 manat dəyərində çaxıraçan, bir ədəd 20 manat dəyərində 40x60 sm ölçüdə xalça, bir ədəd 25 manat dəyərində sarı rəngli gülab qabı, bir ədəd 200 manat dəyərində Rusiya istehsalı tikiş maşını, bir ədədi 7 manata olmaqla 168 manat dəyərində 24 ədəd iki dəfə qızıl suyuna batırılmış xörək qaşıqları, bir ədədi 7 manata olmaqla 168 manat dəyərində 24 ədəd iki dəfə qızıl suyuna batırılmış çəngəl, bir ədədi 5 manata olmaqla 60 manat dəyərində 12 ədəd çay qaşığı, bir ədədi 7 manata olmaqla 84 manat dəyərində 12 ədəd qulpu bəzəkli çay qaşığı, bir ədədi 5 manata olmaqla 60 manat dəyərində 12 ədəd limon çəngəli, bir ədədi 20 manata olmaqla 40 manat dəyərində 2 ədəd gümüş tort qaşığı, bir ədədi 10 manata olmaqla 60 manat dəyərində 6 ədəd mürəbbə qaşığı, bir dəst (6 ədəd) 100 manat dəyərində qızıl suyuna batırılmış çay qaşığı, bir ədədi 4 manata olmaqla 16 manat dəyərində 4 ədəd tort qaşığı, 1360 manat dəyərində bir ədəd 07 L Napaleon markalı konyak, 350 manat dəyərində bir ədəd 07 L REMY MARTİNİ markalı konyak, 200 manat dəyərində bir ədəd 05L REMY MARTİNİ markalı konyak, 300 manat dəyərində bir ədəd 07 L MARTELL markalı konyak, 300 manat dəyərində bir ədəd 07L White Horse markalı whisky, 300 manat dəyərində bir ədəd 075L Queen Anne markalı whisky, 450 manat dəyərində bir ədəd 1L HAİG markalı whisky, 422 manat dəyərində 1L Amaro 18 markalı whisky, 470 manat dəyərində bir ədəd 1L Hankey Bannister 1970 s markalı whisky, 240 manat dəyərində 05L JB markalı whisky, 300 manat dəyərində 1 L Adder markalı likor, 100 manat dəyərində 180 ml Yapon arağı, 50 manat dəyərində 500 ml Baku konyak, 200 manat dəyərində 05L Polar markalı likor, 50 manat dəyərində 5L Pxenyansul arağı, 40 manat dəyərində 250 ml Demidovsky eliksir, 100 manat dəyərində bir ədəd 05L Belo-Vejskaya likor, 50 manat dəyərində bir ədəd 200 ml Jack Daniels whisky, 400 manat dəyərində bir ədəd 07L Kakaovy markalı likor, 400 manat dəyərində bir ədəd 07L Kakaovy markalı likor, 100 manat dəyərində bir ədəd 07L İnsampulrosul markalı likor və 100 manat dəyərində bir ədəd 05L Portoriko Rum markalı likoru, ümumilikdə 8828 (səkkiz min səkkiz yüz iyirmi səkkiz) manat dəyərində qeyd olunan Zərərçəkmiş şəxs1 məxsus əşyalarını talamaqla xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bunndan başqa o, təkrarən 20 noyabr 2020-ci il tarixdə, təxminən saat 18 radələrində təkrarən özgə əmlakını gizli talama məqsədi ilə, yəni eyni niyyətlə Zərərçəkmiş şəxs2 məxsus ünvan 2 ünvanda yerləşən evinə qanunsuz daxil olaraq evdən bir ədəd 60 manat dəyərində gidrafonlu su mühərriki, bir ədəd 120 manat dəyərində su qızdırıcı, bir ədəd 250 manat dəyərində 3x4 ölçüdə və bir ədəd 100 manat dəyərində 2x4 ölçüdə xalçalar, 350 manat dəyərində 7 ədəd qadın donlarını, 1500 manat dəyərində qaba-qacaq servis dəsti, 150 manat dəyərində qaşıqçəngəl-bıçaq dəsti və 50 manat dəyərində bir ədəd “Samsung” markalı planşeti, ümumilikdə isə 2580 manat dəyərində qeyd olunan əşyalarını talamaqla təkrar oğurluq etmişdir. Məhkəmə cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.4-cü maddələrinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsinə əsasən Cinayət Maddəsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə CM-in 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan 20.01.2021-ci il tarixdə 147 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Şəmkir rayon, Seyfəli kəndində qeydiyyatdadır, hal-hazırad M.Hacıyev küçəsi, döngə 1, ev 20 ünvanda yaşayır. İş materiallarından müəyyən olundu ki, Ermənistan Silahlı Qüvvələri tərəfindən tərəfindən atılmış raket düşməsi nəticəsində Təqsirləndirilən şəxs yaşadığı ev dağıldığından o, hazırda müvəqqəti olaraq başqa ünvanda yaşayır. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Zərərçəkmiş şəxs1 ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən tam ödənilmiş, onun Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Zərərçəkmiş şəxs2 ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən tam ödənilmiş, onun Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını, ziyanın tam dənilməsini, zərərçəkmiş şəxslərlə barışmasını, himayəsində bir azyaşlı uşağının olmasını, Ermənistan silahlı qüvvələri tərəfindən tərəfindən atılmış raketin düşməsi nəticəsində yaşadığı evinin dağılmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, CM-in 61.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs residivinin olması onun cəzasını ağırlaşdıran hallar kimi qiymətləndirilir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası CM-nin 65.3-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin məhkumluğu bu Məcəllənin Xüsusi hissəsinin maddəsində tövsifedici əlamət kimi göstərildikdə, habelə bu Məcəllənin 62-ci maddəsində nəzərdə tutulmuş müstəsna hallar olduqda, residivə, təhlükəli residivə və ya xüsusi təhlükəli residivə görə cəza, bu Məcəllənin 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar nəzərə alınmadan təyin olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plinumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 04 saylı Qərarına əsasən, Azərbaycan Respublikası CM-nin 65.3-cü maddəsi ilə müəyyən edilən qaydalar yalnız o vaxt tətbiq edilir ki, CM-nin Xüsusi hissəsinin maddəsi şəxsin məhkumluğunu yeni törədilmiş cinayətin tövsifedici əlaməti kimi nəzərdə tutsun. (məsələn, 177.3.3 və 178.3.3-cü maddələri) CM-nin 65.3-cü maddəsinin qaydaları digər ağırlaşdırıcı əlamətlər, məsələn təkrarlıq barəsində tətbiq olunmur. Müstəsna hallar (CM-nin 62-ci maddəsi) olduqda məhkəmə CM-nin 65.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydaların tətbiq edilməsi barədə qərarını hökmün təsviri- əsaslandırıcı hissəsində CPM-nin 353.2-ci maddəsinə müvafiq surətdə əsaslandırmalıdır. Bu halda hökmün nəticəvi hissəsində yalnız CM-nin 62-ci maddəsinə istinad edilməlidir. Azərbaycan Respublikası CM-nin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Azərbaycan Respublikası CM-nin 62.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanı tam ödəməklə, zərərçəkmiş şəxslərlə barışmasını, himayəsində bir azyaşlı uşağının olmasını, Ermənistan silahlı qüvvələri tərəfindən atılmış raketin düşməsi nəticəsində yaşadığı evinin dağılmasını, hazırda müvəqqəti olaraq başqa ünvanda yaşamasını kimi qəbul edilmiş yüngülləşdililən halların məcmusunu müstəsna hal kimi qəbul edir. Odur ki, məhkəmə CMnin 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar nəzərə alınmadan təyin etməyi məqsədə müvafiq hesab edir. Beləliklə də, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Rerspublikası CM-nin 177.2.1, 177. 2.2, 177.2.3, 177.2.4-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməklə sosial ədalətin bərpasına və onun islah edilməsinə nail olmaq olar. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 177.2.1, 177. 2.2, 177.2.3, 177.2.4-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Azərbaycan Respublikası CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, 18.12.2020-ci il tarixdən 16.06.2021-ci il tarixədək Təqsirləndirilən şəxs Fizuli oğlunun barəsində olan “həbs” qətimkan tədbiri nəzərə alınmaqla, 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətinin bir gününə azadlığın məhdudlaşdırılması cəzasının iki günü bərabər tutulub cəzadan 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirilməsi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə, xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə və ya cərimə növlərində cəza ictimai işlər, islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur. İş üzrə maddi sübutlar - 19 ədəd spirtli içkilər, qaşıqlar, çəngəllər, çömçələr, suvenirlər, iki ədəd 1.5x4 ölçüdə xalçalar, nahar servizi, sahibi Zərərçəkmiş şəxs1, iki ədəd 1.5 x 4 ölçüdə xalçalar və nahar servisi sahibi Zərərçəkmiş şəxs2 təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə ekspertiza xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs Fizuli oğlundan tutularaq X3 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. İşi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 197-198, 344- 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Fizuli oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, CM-nin 62-ci maddəsi tətbiq edilməklə 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 18.12.2020-ci il tarixdən 16.06.2021-ci il tarixədək Təqsirləndirilən şəxs Fizuli oğlunun barəsində olan “həbs” qətimkan tədbiri nəzərə alınmaqla, 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətinin bir gününə azadlığın məhdudlaşdırılması cəzasının iki günü bərabər tutulub cəzadan 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 06 (altı) ay 02 (iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Fizuli oğluna Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 19.02.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təyin edilmiş və çəkilməmiş qalan 2000 (iki min) manat cərimə cəzası, hazırkı hökmlə təyin edilmiş 01 (bir) il 06 (altı) ay 02 (iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən birləşdirilməklə qəti olaraq 01 (bir) il 06 (altı) ay 02 (iki) gün müddətə azadlığın məhdudlaşdırılması və 2000 (iki min) manat cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Fizuli oğluna təyin olunmuş 01 (bir) il 06 (altı) ay 02 (iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası və 2000 (iki min) manat cərimə cəzası müstəqil icra olunsun. Təqsirləndirilən şəxs Fizuli oğlunun barəsində olan “həbs” qətimkan tədbiri ləğv edilsn, barəsində “polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilsin” və o, məhkəmə iclas zalından dərhal azad edilsin. Təqsirləndirilən şəxs Fizuli oğlunun cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs Fizuli oğlunun üzərinə daimi yaşayış yeri olan Gəncə şəhəri, M.Hacıyev küçəsi, X11 Universiteti 1 saylı yataqxana ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs Fizuli oğlunun yaşayış yeri üzrə icra qurumuna tapşırılsın. İş üzrə maddi sübutlar - 19 ədəd spirtli içkilər, qaşıqlar, çəngəllər, çömçələr, suvenirlər, iki ədəd 1.5x4 ölçüdə xalçalar, nahar servizi, sahibi Zərərçəkmiş şəxs1, iki ədəd 1.5 x 4 ölçüdə xalçalar və nahar servisi sahibi Zərərçəkmiş şəxs2 təhvil verilməsi nəzərə alınsın. İş üzrə ekspertiza xərci (50 manat) Təqsirləndirilən şəxs Fizuli oğlundan tutularaq X2 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesabına keçirilsin. Hökmdən elan olunduğu andan, 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №1(044)-120/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-120/2021
16.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver