Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(044)-121/2020 26.11.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hünmətov Zaur Adil oğlunun sədrliyi, məhkəmə iclas katibi Əsgərov Yadigar Əsgər oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon(şəhər) məhkəmələrində Dövlət İttihamının müdafiəsi üzrə şöbəsinin prokuroru,ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 1962-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli,məhkum olunmamış, fərdi əməklə məşğul olan, Gəncə şəhəri,Nizami rayonu,N.Nərimanov küçəsi,ev 143 ünvanında qeydiyyatda olan və yaşayan,barəsində xx xxxx 2020-ci il tarixdə başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 2530 manat məbləğində pul Zərərçəkmiş şəxs1 və 8000 manat məbləğində pulun Zərərçəkmiş şəxs2 verilməsinə dair Gəncə şəhəri Nizami rayon Məhkəməsinin xx xxxxxxxx 2016-cı il tarixli,2(044)-4972/2016 və xx xxxx 2018-ci il tarixli,2(044)-3172/2018 nömrəli qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrini müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə həmin məhkəmənin xx xxxxxx 2019-cu il tarixli 3(044)- 91/2019 nömrəli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 15(on beş) gün müddətində inzibati qaydada həbs edilməsinə,icra üçün yeni müddət təyin olunmasına,ona məsuliyyət barədə xx xxxxxx 2019-cu il tarixdə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq,öz hərəkətlərini davam etdirərək zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 2530 manat və Zərərçəkmiş şəxs2 8000 manat məbləğində ziyan vurmaqla məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməkdən yanınmaqla ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli onun özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunan digər istintaq sənədləri ilə aşağıdakı qaydada sübuta yetirilmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 qonşusu olmaqla yaxşı münasibətləri olmuşdur.Aptek işlətdiyindən işlərində bir az maliyyə ehtiyacı olduğundan sonuncudan 2500 manat məbləğində hər ay 250 manat faiz ödəməklə sələmə pul almışdır.Aldığı pulu hər ay ödəyərək borcunu qaytarmağına baxmayaraq sonuncu ödədiyi pulun faizə çıxıldığını bildirərək yenidən pul tələb etməyə başlamışdır. Borcunu qaytardığı üçün ona daha veriləsi pulu olmadığını bildirmişdir. Belə olan halda Zərərçəkmiş şəxs1 pul tələbi ilə Gəncə şəhəri Nizami rayon Məhkəməsinə müraciət etmişdir.Məhkəmənin xx xxxxxxxx 2016-cı il tarixli qətnaməsinə əsasən 2530 manat məbləğində pulun Zərərçəkmiş şəxs1 verilməsi qət edilmişdir.Həmin qətnamə üzrə olan borcdan hal hazırki tarixədək cəmi 1150 manat ödəniş edə bilmişdir.Zərərçəkmiş şəxs2 isə qohumu Etibar Hüseynovun vasitəsi ilə tanımışdır.Aptek işində lisenziyasının dayandırılmaması üçün pul lazım olduğundan sonuncudan da faizə 8000 manat məbləğində pul götürmüşdür.Daha sonra mart ayında işini itirdiyindən borcunu ödəyə bilməmişdir.Zərərçəkmiş şəxs2 bircunu ödəməyi üçün vaxt verməsini xahiş etməyinə baxmayaraq sonuncu pul tələbi ilə Gəncə şəhəri Nizami rayon Məhkəməsinə müraciət etmişdir.Məhkəmənin xx xxxx 2018-ci il tarixli qətnaməsinə əsasən 8000 manat məbləğində pul Zərərçəkmiş şəxs2 verilməsi qət edilmişdir.Qətnamə çıxdıqdan sonra maddi durumu aşağı olduğu üçün müəyyən edilmiş məbləği ödəməkdə çətinlik çəkdiyindən tam ödəyə bilməmişdir. Məhkəmə proseslərinin gedişində o Zərərçəkmiş şəxs2 3500 manat, Fərəhbanu Nəsibovaya 1070 manat məbləğində pul ödəmişdir. Qətnaməni icra etməyəcəyi halda icra məmurları tərəfindən inzibati və cinayət məsuliyyətinə cəlb olunacağı barədə xəbərdar olunmuş, bundan sonra inzibati məsuliyyətə, daha sonra isə cinayət məsuliyyətinə cəlb edilmişdir. Hazırda əməlindən peşmandır, icrasənədi əsasında mövcud olan borcu zərərçəkmiş şəxslərə ödəmişdir. Odur ki, məhkəmədən qeyd etdiklərini nəzərə almağı və barəsində baxılan cinayət işinə xitam verilməsini xahiş edir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qonşusu olmaqla yaxşı münasibətləri olmuşdur.Sonuncunun apteki olduğundan onun lisenziyasının dayandırılmaması üçün 1 ay müddətinə 5000 manat məbləğində borc pul istəmişdir.Təqsirləndirilən şəxs tanıdığından ona 2500 manat pulunun olduğunu bildirərək tez bir zamanda qaytarmaq şərti ilə həmin pulu borc olaraq vermişdir.Sonuncu pulu aldıqdan sonra geri vermədiyindən bir neçə dəfə istəməyinə baxmayaraq hazırda imkanı olmadığını sonra verəcəyini bildirərək hər dəfə aldadaraq borcunu verməkdən imtina etmişdir.Belə olan halda 2016-cı ilin sonlarında pul tələbi ilə Gəncə şəhəri Nizami rayon Məhkəməsinə müraciət etmişdir.Məhkəmənin xx xxxxxxxx 2016-cı il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 2530 manat məbləğində pulun alınıb verilməsi qət edilmişdir.Təqsirləndirilən şəxs qətnamədən narazı olduğundan müvafiq olaraq Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və Kassasiya şikayəti verməyinə baxmayaraq qətnamə qüvvəsində qalmışdır.Qətnamə qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs hazırki tarixədək borcunu tam olaraq ödəməmişdir.Borclu Gəncə şəhəri ərazisində Aptek işlədərək yaxşı qazanc əldə etməsinə baxmayaraq borcunu ödəməkdən yayınmışdır. Buna baxmayaraq Namiq söz vermişdir ki, yaxın vaxtlarda ona olan borcu tam şəkildə ödəniləcəkdir. Məhkəmə proseslərinin gedişində Namiq ona olan borcundan 1070 manat məbləğində ödəniş etsə də qalan borcunu ödəməmişdir. Namiq ona olan borcunu ödəməzsə məhkəmədən işə onun iştirakı olmadan baxılaraq Təqsirləndirilən şəxs barəsində cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs yaxın bildiyi Etibar Hüseynovun vasitəsi ilə tanıyaraq söhbət zamanı sonuncunun özünün Gəncə şəhərində apteki olmasını və həmin apteki sərmayəsi olmadığına görə işlədə bilməməsini deyərək ona borc verərsə hər ay 400 manat qaytara biləcəyini demişdir.Təqsirləndirilən şəxs söhbətində çox səmimi olduğundan ona Gəncə Asan Xidmət mərkəzində olan notariat Kontorunda aralarında kredit müqaviləsi bağlayaraq Təqsirləndirilən şəxs 8000 manat məbləğində pul vermişdir. Sonuncu pulu aldıqdan sonra aptekini işlətməsinə baxmayaraq söz verdiyi 400 manatı ödəməmişdir. Sonuncudan razılaşdıqları kimi öhdəliyini yerinə yetirməsini əks təqdirdə aldığı pulu geri verməsini istədikdə hər dəfə guya daha sonra verəcəyini bildirsə də, pulu verməkdən imtina etmişdir. Belə olan halda 2018-ci ilin əvvəllərində pul tələbi ilə Gəncə şəhəri Nizami rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin xx xxxx 2018-ci il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 8000 manat məbləğində pulun alınıb verilməsi qət edilmişdir. Təqsirləndirilən şəxs qətnamədən narazı olduğundan müvafiq olaraq Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verməyinə baxmayaraq qətnamə qüvvəsində qalmışdır. Buna baxmayaraq Namiq söz vermişdir ki, yaxın vaxtlarda ona olan borcu tam şəkildə ödəniləcəkdir. Məhkəmə proseslərinin gedişində Əgər Namiq ona olan borcundan 3500 manat ödənişetmişdir. Qalan borcunu ödəməzsə məhkəmədən işə onun iştirakı olmadan baxılaraq Təqsirləndirilən şəxs barəsində cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Gəncə şəhəri üzrə İcra idarəsində icra məmuru vəzifəsində işləyir. İcra sənədi onun, eyni zamanda digər icra məmurlarının icraatında olduğu müddətdə qanunla müəyyən edilmiş qaydada icra hərəkətləri həyata keçirilmiş, tələbin könüllü icrası barədə bildiriş göndərilmiş, tələb icra edilmədiyindən sair məcburi icra tədbirləri həyata keçirilmişdir. Gəncə şəhəri Nizami rayon Məhkəməsinin xx xxxxxxxx 2016-cı il tarixli, 2(044)-4972/16 və xx xxxx 2018-ci il tarixli 2(044)-3172/2018 nömrəli qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri Namiq tərəfindən qərəzli olaraq icra edilməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhəri Nizami rayon Məhkəməsinin xx xxxxxxxx 2016-cı il tarixli, 2(044)-4972/16 saylı qətnaməsindən görünür ki, cavabdeh Təqsirləndirilən şəxs 2500 manat məbləğində pul və 30 manat dövlət rüsumu olmaqla ümumilikdə 2530 manatın alınaraq iddiaçı Zərərçəkmiş şəxs1 verilməsi qət edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2016-cı il tarixli “İcraata başlamaq haqqında” qərar və “tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, Gəncə şəhəri, Nizami rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(044)-4972/16 saylı icra sənədinə əsasən icraata başlanılmış və cavabdeh Təqsirləndirilən şəxs borcunu könüllü ödəməsi barədə bildiriş göndərilmiş və o, rəsmi bildirişi şəxsən öz imzası ilə imzalayaraq qəbul etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhəri Nizami rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 8(044)-87/2017 saylı qərardadından görünür ki, Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti, yəni icra sənədi üzrə müəyyən edilmiş borcunu ödəyənədək məhdudlaşdırılmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhəri Nizami rayon Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli, 3(044)-195/2017 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx xxxxx 2017-ci il tarixli bildirişdən görünür ki, Təqsirləndirilən şəxs icra üçün yeni müddət təyin olunmuş və cavabdeh Təqsirləndirilən şəxs borcunu könüllü ödəməsi barədə bildiriş göndərilmiş və o, rəsmi bildirişi şəxsən öz imzası ilə imzalayaraq qəbul etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhəri Nizami rayon Məhkəməsinin xx xxxx 2018-cı il tarixli, 2(044)-3172/2018 saylı qətnaməsindən görünür ki, cavabdeh Təqsirləndirilən şəxs 8000 manat məbləğində pul və 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 8030 manat manatın alınaraq iddiaçı Zərərçəkmiş şəxs2 verilməsi qət edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhəri Nizami rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 3(044)-91/2019 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 15 gün müddətinə inzibati qaydada həbs edilmişdir Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx xxxxxxx 2018-ci il tarixli rəsmi xəbərdarlıqdan görünür ki, Təqsirləndirilən şəxs məsuliyyət barədə rəsmi xəbərdarlıq edilmiş və rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, o ödəniş etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair xx xxxxxxx 2012-ci il tarixli qərarına əsasən Cinayət Məcəlləsinin 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci (yeni redaksiyada İXM-in 528.1) maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra yaranır. Lakin şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 313- 1.1-ci (yeni redaksiyada İXM-in 528.1) maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmiş olması qeyd-şərtsiz olaraq onun Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə səbəb ola bilməz. Məhkəmə qərarını icra etməyən şəxsin bunu qərəzli olaraq edib-etməməsi və ya məhkəmə aktlarının icrasına maneçilik törətməsi həmin şəxs inzibati məsuliyyətə cəlb edildikdən sonra aydınlaşdırılmalıdır və yalnız bu əlamət mövcud olduqda cinayət təqibi başlana bilər. Məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda CM-in 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Həmin qərarda qeyd edilmişdir ki, məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Eyni zamanda, tələbin yönəldilməsi mümkün olan əmlakın və pul vəsaitinin gizlədilməsi, icradan yayınmaq məqsədilə əmlakın özgəninkiləşdirilməsi və borcun tam ödənilməsi imkanı olduğu halda kiçik məbləğin ödənilməsi ilə məhkəmə qərarının icrasından yayınma məhkəmə aktlarının qərəzli icra edilməməsi kimi qiymətləndirilməlidir. Beləliklə, məhkəmə iclasında bilavasitə tədqiq edilən, biri-digərini tamamlayan sübutlar əsasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs 2530 manat məbləğində pul Zərərçəkmiş şəxs1 və 8000 manat məbləğində pulun Zərərçəkmiş şəxs2 verilməsinə dair Gəncə şəhəri Nizami rayon Məhkəməsinin xx xxxxxxxx 2016-cı il tarixli,2(044)-4972/2016 və xx xxxx 2018-ci il tarixli,2(044)-3172/2018 nömrəli qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrini müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə həmin məhkəmənin xx xxxxxx 2019-cu il tarixli 3(044)-91/2019 nömrəli qərarına əsasən Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 15(on beş) gün müddətində inzibati qaydada həbs edilməsinə,icra üçün yeni müddət təyin olunmasına,ona məsuliyyət barədə xx xxxxxx 2019-cu il tarixdə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq,öz hərəkətlərini davam etdirərək zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 2530 manat və Zərərçəkmiş şəxs2 8000 manat məbləğində ziyan vurmaqla məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməkdən yanınmaqla ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxslər izahatlarında Təqsirləndirilən şəxs borcunu ödəməzsə ona cəza təyin edilməsini xahiş etsələr də, zərərçəkmiş şəxslərin iştirak etdiyi məhkəmə iclasından sonra Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxslərə dəymiş ziyan ödənilmşdir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Şahid1 xx xxxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs tərəfindən X2 olan 2530 manat məbləğində borc tam olaraq ödənildiyindən icra işi üzrə icraata xitam verilmişdir. O cümlədən iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə göndərilmiş və notarial qaydada tədqiq edilmiş ərizənin məzmundan müəyyən edilir ki, Zərərçəkmiş şəxs2 ona olan borc Namiq tərəfindən tam ödənildiyindən məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrini dinləyib, cinayət işinin materiallarını araşdırıb hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilərək onun barəsində olan cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306-cı maddəsinin qeyd hissəsinə əsasən bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini məhkəmə tərəfindən hökm çıxarılanadək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 təqdim olunmuş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Beləliklə, məhkəmədə işə baxılarkən aydın olmuşdur ki, Təqsirləndirilən şəxs Gəncə Şəhəri, Nizami rayon Məhkəməsinin xx xxxxxxxx 2016-cı il tarixli, 2(044)-4972/2016 və xx xxxx 2018-ci il tarixli 2(044)-3172/2018 nömrəli qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini hazırki iş üzrə məhkəmə tərəfindən hökm çıxarılanadək tam icra etmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə Təqsirləndirilən şəxs həmin Məcəllənin 306-cı maddəsinin qeyd hissəsinə əsasən cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət təqibinə xitam verilməlidir. Məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 15 (on beş) iş saatı məsrəf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2018-ci il tarixli Sərəncamının 1.3-cü bəndinə əsasən vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə dövlət hesabına göstərilən hüquqi yardıma görə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin İ hissəsinə müvafiq olaraq müəyyən edilmiş məbləğin 3 dəfə artırılması qərara alınmışdır. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 90 (doxsan) manat məbləğində pul köçürülməlidir. Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı - “Xalqbank” Gəncə ictimai filialı; Kod: 504023; VÖEN; **********; Müxbir hesab: AZ24NABZ********************; S.Ü.İ.F.T. BİK: HAJCAZ22; Hesab №-si AZ75HAJC HCRAZN**********1001; VÖEN: **********. İş üzrə maddi sübut, mülki iddia, ekspertiza xərci və xüsusi müsadirə tətbiq ediləcək əmlak müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 37.4, 43.3, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə Təqsirləndirilən şəxs həmin Məcəllənin 306.1-ci maddəsinin qeyd hissəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 90 (doxsan) manat məbləğində pul keçirilsin. Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı - “Xalq Bank” Gəncə ictimai filialı; Kod: 504023; VÖEN; **********; Müxbir hesab: AZ24 NABZ ********************; S.Ü.İ.F.T. BİK: HAJCAZ22; Hesab №-si AZ75HAJC HCR AZN**********1001; VÖEN: **********. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №1(044)-121/2020
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(044)-121/2020
26.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver