Məhkəmə qərarları › İş №1(044)-123/2020

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-123/2020

20.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-123/2020 20.10.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Orucov Maarif Arif oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X4 və Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, “xxxxxxxx” ASC-nin X27 İstismarı İdarəsində çilingər işləyən, himayəsində bir azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri, V.Xuluflu küçəsi, ev 104-də qeydiyyatda olan və Gəncə şəhəri, yeni Gəncə qəsəbəsi, 2-ci mikr., Hərbi şəhərcik, ev c-2, mənzil 43-də yaşayan, barəsində «polisin nəzarəti altına vermə haqqında iltizam» qətimkantədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan vaxt və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdardan artıq miqdarda, yəni 475 qram çəkidə narkotik vasitə olan marixuananı qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxlamış və xx xxxxx 2020-ci il tarixdə saat 17 radələrində Gəncə şəhəri, Əttarlar küçəsində yerləşən köhnə “Kolxoz” bazarının yaxınlığında Gəncə şəhər Baş Polis İdarəsinin, Nizami rayon X13 Axtarış Şöbəsinin əməkdaşları tərəfindən saxlanılmış, Gəncə şəhər Nizami Rayon Polis İdarəsinə gətirilərək üzərinə baxış keçirilərkən əynində olan qara rəngli gödəkçəsinin sağ yan içərisindən qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxladığı, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 475 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilrək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, 2019-cu ilin yay ayında Göygöl rayonunda “Azos” deyilən yerə çimməyə getmiş və həmin vaxt çayın kənarında marixuana kollarını görmüş və selofan torbaya yığaraq qeydiyyatda olduğu evin yaxınlığında olan yarımtikili, yaşayış olmayan evə gətirib orada qurutmuş, həmin evdə gizlədərək saxlamışdır. xx.xx.2020-ci il tarixdə saat 17 radələrində həmin yarımtikili evə gedərək ora yığıb qurutduğu marixuananı götürüb yaşadığı evə gedən zaman Gəncə şəhər Əttarlar küçəsində köhnə “Kolxoz” bazarının yaxınlığında yolun kənarında polis əməkdaşları ona yaxınlaşıb, özlərini təqdim edərək onu şübhəli şəxs kimi Nizami RPİ-nə aparmışlar. Polis idarəsində onu üzərində narkotik vasitə gəzdirməkdə şübhəli bilindiyi üçün saxladıqlarını demişlər və orada ona hüquqlarını müdafiə etmək üçün Müdafiəçi təqdim etmişlər. Polis əməkdaşları və müdafiəçisinin iştirakı ilə onun üzərinə baxış keçirilmiş, baxış keçirilən zaman onu əynindəki qara rəngli isti gödəkçəsini sağ yan içindən qara rəngli selofanın içərisində ağ rəngli selofanda narkotik vasitə olan marixuana aşkar olunmuş, həmin narkotik vasitə olan marixuana elektron tərəzidə çəkilmiş, narkotik vasitənin çəkisi 490 qram olmuş və qablaşdırılmışdır, iştirakçılar və onun tərəfindən imzalanmış, bu barədə protokol tərtib olunmuşdur. O, və iştirakçılar qablaşdırmanın üzərinə və protokola imza etmişlər, həmin vaxt video çəkiliş aparılmış, o, video çəkiliş aparılmasına etiraz etməmişdir. O, üzərinə baxış keçirilən zaman həyacanlı olduğu üçün düzgün ifadə verməmişdir. Əslində isə o, 2019-cu ilin yay ayında Göygöl rayonunda “Azos” deyilən yerə çimməyə gedən zaman çayın kənarından marixuana kollarından yığdığı marixuananı qeydiyyatda olduğu evin yaxınlığında olan yarımtikili, yaşayış olmayan evə gətirib orada qurutmuş, o, üzərindən aşkar edilmiş narkotik vasitə olan marixuanadan heç kimə verməmiş, heç kimə satmamış və həmin narkotik vasitəni siqaret çəkmək yolu ilə qəbu etmiş, üzərində isə özü üçün saxlamışdır. Onun üzərində saxladığı narkotik vasitənin onda olmasını heç kim bilməmişdir. Bu barədə heç kimə heçnə deməmişdir. Hazırda törətdiyi cinayət əməlindən peşmandır. Onun azyaşlı uşağının olmasını nəzərə alıb məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş Azərbaycan Respublikası CMin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş şahid X1 ifadəsində bildirdi ki, xx xxxxx 2020-ci il tarixdə Gəncə şəhəri V.Xuluflu küçəsi ev 104-də qeydiyyatda olan və Gəncə şəhəri Yeni Gəncə qəsəbəsi, 2-ci mkr. Hərbi şəhərcik ev C-2, mənzil 43-də yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə qəbul etməsi və əldə edib üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuş, daxil olmuş məlumatın yoxlanılması ilə əlaqədar olaraq Şahid2 rəhbərliyə raportla məruzə etmiş və əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi barədə tapşırıq almışlar, tərəflərindən təxirə salınmadan əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul olunmuş, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx xxxxx 2020-ci il tarixdə saat 17:00-da Təqsirləndirilən şəxs Gəncə şəhəri, Əttarlar küçəsində yerləşən köhnə Kolxoz bazarının yaxınlığında saxlamışlar və qanunsuz olaraq narkotik vasitə saxladığına görə üstünə baxış keçirilməsi məqsədilə Nizami RPİ-nə aparmışlar. Təqsirləndirilən şəxs üstünə baxış keçirilməzdən əvvəl müdafiəçi tutmaq hüququ izah ediləndə Tural maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunması barədə ərizə yazmış, Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək məqsədilə şöbəyə Müdafiəçi dəvət edilmiş və Təqsirləndirilən şəxs təqdim olunmuşdur. Təqsirləndirilən şəxs Müdafiəçi etirazı olmadığını və müdafiəçi tərəfindən hüquqlarının müdafiə olunmasına razı olduğunu bildirmiş, Təqsirləndirilən şəxs üstünə baxış keçirilən zaman sonuncunun əynində olan qara rəngli isti gödəkçənin sağ yan içərisindən 1 ədəd qara rəngli selofanın içərisində olan ağ rəngli seofanın içərisində yaşıl rəngli, kəskin iyli, ilk baxışdan narkotik vasitə olan “marixuanaya” oxşar kütlə aşkar olunaraq götürülmüş, sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütləni təxminən 2019-cu ilin yay aylarında Göygöl rayonu “Azos” adlanan yerdən tapıb yığmış, bir hissəsini qəbul etmiş, qalan hissəsini isə öz şəxsi istifadəsi üçün yaşadığı evin yaxınlığında olan yarımtikilidə qurudub saxlamışdır. Baxış zamanı Təqsirləndirilən şəxs aşkar olunan kütlə iştirakçıların və müdafiəçinin iştirakı ilə qablaşdırılmış, imzalarla təsdiq edilmişdir və Azərbaycan Respublikası DİN-nin 110 saylı möhürü ilə möhürlənmişdir. Baxış zamanı video və fotoşəkillər çəkilib protokola əlavə edilmişdir. Məhkəmə baxışı zamanı ifadəsi elan olunmuş Şahid2 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində bildirmişdir ki, xx xxxxx 2020-ci il tarixdə Gəncə şəhəri V.Xuluflu küçəsi ev 104-də qeydiyyatda olan və Gəncə şəhəri Yeni Gəncə qəsəbəsi, 2-ci mkr., hərbi şəhərcik ev C-2, mənzil 43-də yaşayan Təqsirləndirilən şəxs mütəmmadi olaraq narkotik vasitə qəbul etməsi və əldə edib üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuş, daxil olmuş məlumatın yoxlanılması ilə əlaqədar olaraq o, rəhbərliyə raportla məruzə etmiş və əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi barədə tapşırıq almış, sonra tərəflərindən təxirə salınmadan əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul olunmuş, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx xxxxx 2020-ci il tarixdə saat 17:00-da Təqsirləndirilən şəxs Gəncə şəhəri, Əttarlar küçəsində yerləşən köhnə Kolxoz bazarının yaxınlığında saxlamışlar və qanunsuz olaraq narkotik vasitə saxladığına görə üstünə baxış keçirilməsi məqsədilə Nizami RPİ-nə aparmışlar. Təqsirləndirilən şəxs üstünə baxış keçirilməzdən əvvəl müdafiəçi tutmaq hüququ izah ediləndə Tural maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunması barədə ərizə yazmış, onun hüquqlarını müdafiə etmək məqsədilə şöbəyə Müdafiəçi dəvət edilmiş və Təqsirləndirilən şəxs təqdim olunmuş, Təqsirləndirilən şəxs Müdafiəçi etirazı olmadığını və müdafiəçi tərəfindən hüquqlarının müdafiə olunmasına razı olduğunu bildirmiş, Təqsirləndirilən şəxs üstünə baxış keçirilən zaman sonuncunun əynində olan qara rəngli isti gödəkçənin sağ yan içərisindən 1 ədəd qara rəngli selofannın içərisində olan ağ rəngli seofanın içərisində yaşıl rəngli, kəskin iyli, ilk baxışdan narkotik vasitə olan “marixuanaya” oxşar kütlə aşkar olunaraq götürülmüş, sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütləni təxminən 2019-cu ilin yay aylarında Göygöl rayonu “Azos” adlanan yerdən tapıb yığmasını, bir hissəsini qəbul etməsini, qalan hissəsini isə öz şəxsi istifadəsi üçün yaşadığı evin yaxınlığında olan yarımtikilidə qurudub saxlamasını bildirmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs aşkar olunan kütlə iştirakçıların və müdafiəçinin iştirakı ilə qablaşdırılmış, imzalarla təsdiq edilmişdir və Azərbaycan Respublikası DİN-nin 110 saylı möhürü ilə möhürlənmişdir. Baxış zamanı video və fotoşəkillər çəkilib protokola əlavə edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2020-cu il tarixli 375 saylı “video diskə baxış keçirilməsi” barədə protokoldan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs şübhəli şəxs kimi hüquq və vəzifələri izah edilmiş, adları qeyds edilən iki nəfər polis əməkdaşının, vəkil Müdafiəçi İnqilab oğlunun iştirakı ilə şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan içərisindən 1 ədəd qara rəngli selofana bükülmüş, içərisindəki ağ rəngli selofanda olan narkotik vasitəyə oxşar kütlə aşkar edilmiş, digər bir dövriyyəsi və saxlanılması qanunla qadağan edilmiş hər hansı bir əşya aşkar edilib götürülməmişdir. Sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş narkotik vasitəni 2019-cu ilin yay aylarında Göygöl rayonunda azos adlanan yerdə çimərkən çayın kənarından yığdığını bildirmişdir. Odur ki, bu barədə protokol tərtib edilmiş, diskə baxış keçirilən hər hansı bir formada təklif, vəsatət, şikayət daxil olmamış, protokol oxundu və doğruluğu imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 16/274 nömrəli rəyindən görünür ki, təqdiqata təqdim olunmuş üzərində, “Vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkarolunmuş...” yazılar və imzalar olan polietilen torbadakı, 1 (bir) ədəd qara rəngli polietilen torbada olan 1 (bir) ədə şəffaf rəngli polietilen torbada təmiz çəkisi 475 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üzulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır (tədqiqata cəmi 0.2 qram sərf edildi, qalıq 474.8 qram). Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan xx.xx.2020-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliy Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanseri tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 1711 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Rayonlararası narkoloji Dispanserində qeydiyyatda durmur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhər Psixonevroloji Dispanseri tərəfindən verilmiş xx.xx.2020-ci 1856 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Rayonlararası Psixonevroloji Dispanserində qeydiyyatda durmur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 05/Q-673 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs arvadı X9 və uşağı X10r. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2020-ci il tarixli ******* saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanda qeydiyyatdadır, qeydiyyatda olan digər şəxslər X5, X11, X18, X19, X7, X2, X6, X3 ibarətdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Nrkoloji Dispanseri tərəfindən v erilmiş xx.xx.2020-ci il tarixli464 saylı rəydən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabisdən epizodik istifadə etmə halları olub, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur, narkoloji dispanserdə profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2020-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş 475 qram çəkidə narkotik vasitə olan marixuananınb ekspertiza tədqiqatından sonra qalıq qalmış 474.8 qram narkotik vasitə olan marixuana iş üzrə mühüm əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınaraq, Təqsirləndirilən şəxs ilə sonuncunun müdafiəçisi X12 cinayət işinin materialları ilə tanış olduqdan sonra saxlanılması üçün Gəncə şəhər BPİ-də ayrılmış xüsusi yerdə məsul saxlanca verilmiş, həmçinin maddi sübut olan 1 ədəd DVD disk isə cinayət işinə əlavə olunmuşdur. Məhkəmə cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onunetiraf ediciifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahının təsdiq edilməsi haqqında xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş siyahıdan görünür ki, marixuana şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla hər birinin ayrı-ayrılıqda yuxarı həddi 0,15 qramdan 02 qramadək müəyyənləşdirilmişdir. Təqsirləndirilən şəxs götürülmüş marixuannanın çəkisi 475 qram olmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini etiraf edərək, əməlindən səmimi peşman olmasını, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman Azərbaycan Respublikası CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, ailədə yeganə qazang gətirən şəxs olmasını, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini və cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki,Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan (Gəncə şəhəri, V.Xuluflu küçəsi, ev 104-də qeydiyyatda olan) ünvan 2ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək,elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Gəncə şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaqvəzifələriqoyulmalıdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və saxlanma yerinə təhvil verilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə haqqında iltiizam” qətimkan tədbiri seçilərək o, saxlandığı Gəncə şəhəri BPİ-nin MSY-dən azad edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək, 2 (iki) gün müddətində şübhəli şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikası CPM-nin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Azərbaycan Respublikası CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs, hazırkı cinayət işi ilə bağlı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə proflaktiki qeydiyyata götürülməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 474.8 qram (475 qram -tədqiqata cəmi 0.2 qram sərf edildi, qalıq 474.8 qram) təşkil edən narkotik vasitə olan marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin iş üzrə sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 32,40 (otuz iki manat qırx qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Dövlət Xəzinədarlığı Agentliyi KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 197-198, 344- 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixdən xx xxxxx 2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan (Gəncə şəhəri, V.Xuluflu küçəsi, ev 104-də qeydiyyatda olan) ünvan 2ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək,elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti nəzarəti altına vermə haqqında” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra qurumuna tapşırılsın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə proflaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 474.8 qram təşkil edən narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, həmçinin iş üzrə sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 32,40 (otuz iki manat qırx qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Dövlət Xəzinədarlığı Agentliyi KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Gündüz şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar