Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(044)-123/2021 29.03.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, X4 oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərər çəkmiş şəxs – Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Şəmkir rayonu, Seyfəli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, əvvəllər məhkum olunmamış, Şəmkir rayonu, Yuxarı Seyfəli kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 10.2.2021-ci il tarixdə, saat 11 radələrində Gəncə şəhəri, Gülüstan qəsəbəsində “Arka” deyilən yerin yaxınlığında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı tanıdığı Zərərçəkmiş şəxs vuraraq ona alt dodağın əzilmiş yarası, sağ gözün alt qapağının qançırı xəsarəti yetirməklə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələri, ekspertiza rəyi, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, xx.xx.2021-ci il tarixdə təxminən saat 11 radələrində Gəncə şəhəri Gülüstan qəsəbəsindən Ə.Əliyev küçəsi istiqamətində özünə məxsus olan VAZ-2106 markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman VAZ-2106 markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü, sonradan tanıdığı Zərərçəkmiş şəxs onun avtomobilini ötərək keçmiş, ötmə əməliyyatı edən zaman bir neçə dəfə ardıcıl olaraq siqnal vermişdir. O, da cavab olaraq ona siqnal vermiş, həmin vaxt Zərərçəkmiş şəxs yenə ardıcıl olaraq bir neçə dəfə siqnal verərək avtomobilini sürüb getmişdir. O, Zərərçəkmiş şəxs arxasınca avtomobilini sürüb, sonuncunu keçərək bir qədər qabaqda yolun kənarında saxlamış, sonuncuya da avtomobilini saxlamasını işarə etmişdir. Zərərçəkmiş şəxs avtomobilini onun avtomobilinin arxasında saxlayıb düşmüş, o, həmin şəxsə yaxınlaşanda tanımış, sonuncunun avtomobilyuma mərkəzində işləyən Xəyal olduğunu görmüşdür. O, Xəyala yaxınlaşanda sonuncu onunla salamlaşmış və o, nə üçün ardıcıl siqnal verdiyini Xəyaldan soruşmuş, sonuncu da onu tanıdığı üçün siqnal verdiyini demişdir. Həmin vaxt o, əsəbi olduğundan Xəyal ilə kobud danışmış, Xəyal da ona kobud cavab vermişdir. O, daha da əsəbləşib Xəyalın üz nahiyyəsindən zərbələr vurmuş və avtomobilinə minib getmişdir. Hazırda o, zərərçəkmişlə barışmışdır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, özünə məxsus VAZ-2106 markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə taksilik fəaliyyəti ilə məşğul olur, əvvəllər Gəncə şəhəri, Atatürk prospekti Təhsil İdarəsinin yaxınlığında avtomobilyuma mərkəzindən işləmişdir. xx.xx.2021-ci il tarixdə, təxminən saat 11 radələrində Göygöl rayonundan Gəncə istiqamətinə gələn zaman Gəncə şəhəri Gülüstan qəsəbəsində “Arka” deyilən yeri keçdikdən sonra o, idarə etdiyi avtomobili ilə ötmə əməliyyatı etmək istəyən zaman qarşısında hərəkət edən **-BU-*** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü, sonradan tanıdığı Coşqun Nammazadə yolun sol cinahına keçmək istədiyi üçün o, siqnal vermiş, Coşqun avtomobilini yolun sağ cinahına çəkmiş, o, da ötmə əməliyyatı edərək öz yoluna davam etmişdir. Bundan sonra Coşqunda idarə etdiyi avtomobillə onu keçib siqnal vermiş, o, da sonuncunu tanımış, onun işlədiyi avtoyuma mərkəzinə gəlib-gedən Coşqun olduğunu gördüyü üçün, ona görə ardıcıl iki dəfə siqnal vermişdir. Bir qədər sonra Coşqun idarə etdiyi avtomobilini bir qədər qabaqda yolun kənarında saxlamış, ona da avtomobili saxlamağı işarə etmiş, o, da idarə etdiyi avtomobilini Coşqunun avtomobilinin arxasında saxlayıb düşmüşdür. Coşqun ona yaxınlaşan zaman o, sonuncu ilə salamlaşmış, Coşqun ona ailəsi avtomobildə olduğu halda niyə ardıcıl siqnal verdiyini kobud formada bildirmişdir. O, da Coşquna tanıdığını, əvvəllər işlədiyi avtomobilyuma mərkəzinə avtomobilini yuduzdurmağa gətirdiyini, tanıdığı üçün siqnal verdiyini bildirmişdir. Coşqun onunla kobud danışan zaman o, da Coşquna kobud cavab vermiş, Coşqun onun üz nahiyəsinə zərbə vuraraq, öz avtomobilinə minib getmişdir. Hazırda ona dəymiş ziyan ödənilmiş, o, təqsirləndirilən şəxslə barışmış, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan Gəncə şəhər MTE və PA şöbəsinin xx.xx.2021-ci il tarixli, 192 nömrəli “canlı şəxsin ekspertizası” rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər – alt dodağın əzilmiş yarası, sağ gözün alt qapağının qançırı - bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir və əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2021-ci il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa “yüngül” zərər vurmaya aid edilir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə baxışında təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə qarşılıqlı surətdə barışmış, ona dəymiş ziyanı tamamilə ödəmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur, iş üzrə icraata xitam verilməsini xahiş edir. Təqsirləndirilən şəxs məhkəmə baxışında təqdim etdiyi ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs ilə barışmışdır. O, zərərçəkmiş şəxsə vurulan maddi və mənəvi zərəri tam ödəmişdir. Ona görə də onun barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə, iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən iş üzrə keçirilmiş ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə, Təqsirləndirilən şəxs bаrəsində Аzərbаycаn Respublikаsı CM-nin 73.2-ci mаddəsinin tətbiq оlunmаsını istisnа edən hаl müəyyən etməmişdir. Belə ki, iş mаteriаllаrındаn görünür ki, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə bаrışmış, zərərçəkmiş şəxsə dəymiş ziyan tamamilə ödənilmişdir. Buna görə də, zərər çəkmiş şəxsin təqsirləndirilən şəxsdən hər hansı şikayəti və tələbi yoxdur. Azərbaycan Respublikası CM-nin 72-ci maddəsinin qeydinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən azad olunmamışdır. Azərbaycan Respublikasının CPM-nin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikasının CPM-nin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs dəymiş ziyanı tamilə ödəyərək barışması nəzərə alınmalı və təqsirləndirilən şəxsin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla, o, cinayət məsuliyyətindən azad edilməli və onun Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən məhkum Təqsirləndirilən şəxs məhkəmədə 8 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X2, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, onun işlədiyi vəkil bürosunun hesabına 48 manat məbləğində pul Azərbaycan Respublikası Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut, xüsusi müsadirə edilməli əmlak və mülki iddiа yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 321.2.1, 346, 347 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 128-ci mаddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs barəsində həmin Məcəllənin 73.2-ci maddəsi tətbiq edilsin və o, cinаyət məsuliyyətindən аzаd edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata verilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə müdafiəçi X1 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) 48(qırx səkkiz) manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsindən ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və yа protesti verilə bilər. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №1(044)-123/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(044)-123/2021
29.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver