Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-125/2021 21.09.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hünmətov Zaur Adil oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayev Əli Nazim oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon-şəhər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1961-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu götürülmüş, Gəncə şəhəri Ə.B.Hüseynzadə küçəsi, ev 10-da qeydiyyatda olmaqla Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, bina 8, mənzil 32də yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan istehlak miqdarından artıq,kustar üsulla hazırlanmış narkotik vasitə olan 19,64 qram qurudulmuş marixuananı əldə edib daşıyaraq üzərində və yaşadığı evdə szaxlamışdır. Belə ki, 08 dekabr 2020-ci il tarixdə Gəncə şəhər BPİ-nin CAİ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Gəncə şəhər Həsən Əliyev prospektində saxlanılaraq ünvan 1 ünvanında yerləşən Gəncə şəhər BPİ-də şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli şalvarın sol yan cibindən 4 ədəd ayrı-ayrı bükümlərdə, hər birinin ayrılıqda təmiz çəkisi 0.41, 0.42, 0.42, 0.51 qram,ümumi təmiz çəkisi 1.76 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, keçirilmiş əməliyyat-axtarış tədbirlərinin davamı olaraq onun yaşadığı ünvan 3 ünvanına həmin gün baxış keçirilən zaman 4 ədəd ayrı-ayrı kibrit qutularında hər birinin ayrı-ayrı təmiz çəkiləri 3.62 qram,4.27 qram,3.71 qram və 4.89 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana 1 ədəd kibrit qutusunun (içərisində ayrı-ayrı bükümlərdə olan hər birinin ayrılıqda təmiz çəkisi 0.46 qram,0.48 qram və 0.45 qram, ümumi təmiz çəkiləri 17.88 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli onun özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, maddi sübutlar, ekspertiza rəyi, iş materiallarında olan və tədqiq olunan digər istintaq sənədləri ilə aşağıdakı qaydada sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, hal-hazırda rəsmi olaraq heç bir işlə məşğul olmur, əvvəllər bir dəfə məhkum edilmişdir. O, təqribən 3-4 il olar ki, narkotik vasitə olan marixuananı siqaretin içərisinə doldurub tüstü vasitəsi ilə qəbul etməyə başlamış, 2020-ci ilin iyul ayında Göygöl rayonu Topalhəsənli kəndinə istirahətə gedən zaman təsadüfən çay kənarında narkotik vasitə olan marixuana bitkisinin olduğunu görmüş, o, həmin bitkiyə tam olaraq diqqətnən baxdıqdan sonra həmin bitkinin marixuana olduğundan əmin olmuşdur. Həmin marixuananı yığaraq qurutmaq, özü qəbul etmək qərarına gəlmiş, o, həmin qurudulmuş marixuananı yığmış, qurutmuş və istədikcə qəbul etməyə başlamış, həmin qurudulmuş marixananı evində olan yataq otağında, bəzən isə bir hissəsini özü gündəlik istifadə etmək üçün üzərində daşımışdır. 08.12.2020-ci il tarixdə saat təqribən 11:30 radələrində o, Gəncə şəhər Həsən Əliyev küçəsində, “Gəncə Mall” ticarət mərkəzinin arxa giriş qapısının yaxınlığında olan zaman 3 nəfər mülki geyimli şəxs ona yaxınlaşmış, özlərini təqdim etdikdən sonra o, həmin şəxslərin polis əməkdaşları olduğunu bilmiş, həmin polis əməkdaşları ona narkotik vasitə əldə edib daşımaqda şübhəli olduğunu deyib onu Gəncə şəhər BPİ-nə dəvət etmiş, o, həmin şəxslər ilə birlikdə Gəncə şəhər BPİ-nə getmiş, həmin inzibati binada hüquqlarının müdafiə olunması üçün müdafiəçi ilə təmin olunmağından ötrü ona müdafiəçilərin siyahısı təqdim edilmiş, həmin müdafiəçilərdən kimi istəyirsə seçə biləcəyi barədə ona deyilmiş, seçməkdə tərəddüd etdiyi halda həmin gün növbətçi vəkilin yardımından istifadə etməsi ona izah edilmiş, o, təqdim olunmuş vəkillərin siyahısından X2 hüquqlarının dövlət hesabına müdafiə olunması üçün seçmiş, müdafiəçi X5 dəvət olunaraq ona təqdim edilmişdir. Bundan sonra protokol və digər sənədlər tərtib olunmuş, o, həmin sənədləri düzgün tərtib edildiyinə görə imzalamış, müdafiəçinin iştirakı ilə onun üzərində şəxsi axtarış keçirilmiş, onun üzərində şəxsi axtarış keçirilməmişdən əvvəl ondan üzərində qanunla qadağan olunmuş hər hansı bir vasitə olub-olmadığı soruşulmuş, o, da üzərində öz şəxsi istifadəsi üçün saxladığı, 2020-ci ilin iyul ayında Göygöl rayonu Topalhəsənli kəndində, çayın qırağından yığaraq qurutduğu marixuananı sol yan cibimdən çıxararaq polis əməkdaşlarına təqdim etmiş ,həmin 4 ədəd ayrı-ayrı bükümlərdə olan qurudulmuş marixuana elektron tərəzidə çəkilmiş, həmin narkotik vasitələrin ümumi çəkisi 2.7 qram olmuş, həmin üzərindən aşkar edilərək götrülmüş qurudulmuş marixuana qablaşdırılmış, üzəri onun, müdafiəçisinin və digər iştirakçılar ı tərəfindəri imzalandıqdan sonra həmin qablaşdırılan kağız zərf möhürlənmiş, bundan sonra polis əməkdaşları ondan yaşadığı evdə narkotik vasitə olub-olmamasını soruşmuş, o, polis əməkdaşlarına yaşadığı evdə də narkotik vasitə olduğunu demiş, o, polis əməkdaşları və müdafiəçisi ilə birlikdə yaşadığı ünvan 3 ünvanına getmiş, bu zaman o, həmin şəxslərin yaşadığı evə daxil olmalarına heç bir etiraz etməmiş, polis əməkdaşları videoçəkiliş ilə onun yaşadığı evə daxil olmuş, ondan narkotik vasitənin harada olmasını soruşan zaman o, həmin şəxslərə narkotik vasitənin yataq otağında yerləşən çarpayının sağ yan küncündə olan balaca dolabın birinci siyirməsindəki çəhrayı rəngli polietilen sellofan torbanın içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu demiş, onlar yataq otağına daxil olmuş, oradan polis əməkdaşları həmin 4 ədəd ayrı-ayrı kibrit qutusunda olan qurudulmuş marixuana və 1 ədəd kibrit qutusunun içərisində isə 3 ədəd damalı ağ kağızın içərisinə bükülü vəziyyətdə olan qurudulmuş marixuanalar aşkar edilərək yaşadığı evin yataq otağından götürülmüş, həmin narkotik vasitələr götürüldükdən sonra elektron tərəzidə çəkilmiş, 4 ədəd ayrı-ayrı kibrit qutularında olan qurudulmuş marixuananın ümumi çəkisi 29.12 qram, 1 ədəd kibrit qutusunun içərisində olan 3 ədəd kağız bükümlərin isə ümumi çəkisi 5 qram olmuş, sonradan yaşadığı evdə olan həmin narkotik vasitələr bir ədəd ağ kağız zərfdə qablaşdırılaraq üzəri iştirakçılar tərəfindən imza edilmişdir. O, daha sonra ifadəsində göstərmişdir ki, o, polis əməkdaşları tərəfindən saxlanılan zaman ona heç bir zor tətbiq edilməmiş, onun istifadəsində mobil nömrə olmamış, üzərindən və yaşadığı evdən həmin narkotik vasitələr ona aid olmuş, həmin narkotik vasitə olan marixuananı Göygöl rayonu Topalhəsənli kəndində çayın qırağından yığaraq öz şəxsi istifadəsi üçün qurudub saxlamış. istifadə etmiş, həmin narkotik vasitə marixuananı heç kimə verməmiş, satmamış, onun həmin narkotik vasistəni ayrı-ayrı qutularda, ayrı-ayrı bükümlərdə saxlamasının səbəbi özünün həmin narkotik vasitəni istifadə etməyini asanlaşdırmaq olmuş, o, bəzən bir gündə bir neçə dəfə həmin narkotiki istifadə etdiyi üçün üzərində bir neçə balaca bükümlər daşımışdır. Həmçinin o, həmin kibrit qutularında olan marixuananı boş vaxtı olan zaman ayrı-ayrı kağız bükümlərə bölüb evə qoymuş, buna səbəb lazım olduqca həmin narkotik vasitəni rahat götürüb istifadə etməsi olmuşdur. Göstərilənlərə əsasən məhkəmədən ona aşağı həddə cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Gəncə şəhər BPİ-nin CAİ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. İdarəyə Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yaşayan Şaxmar adlı şəxsin üzərində mütəmadi olaraq narkotik vasitələr gəzdirməsi və istifadə etməsi barədə əməliyyat məlumatı daxıl olmuş, keçirilmiş əməliyyat müəyyənləşdirməsi nəticəsində həmin şəxsin Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi bina 8 mənzil 32-də yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. “Gəncə Mall” ticarət mərkəzinin yaxınlığında Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələrini göstərdikdən sonra Təqsirləndirilən şəxs Gəncə şəhər BPİ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sol yan cibində olan 4 ədəd ağ rəngli, damalı kağız bükümü cibindən çıxararaq təqdim etmiş, o, həmin bükümlərin içərisində narkotik vasitə marixuana olduğunu, həmin narkotik vasitəni öz şəxsi istifadəsi üçün 2020-ci ilin iyul ayında Göygöl rayonu Topalhəsənli kəndində çayın qırağından yığdığını bildirmiş, həmin narkotik vasitə marixuanın özünə məxsus olduğunu, polis əməkdaşları tərəfindən heç bir təzyiqə məruz qalmadığını bildirmiş, həmin kütlələr elektron tərəzidə çəkilmiş və kağızlarla birlikdə ümumi çəkiləri 2.7 qram gəlmiş, bundan sonra bükümlər zərfdə qablaşdırılaraq Azərbaycan Respublikası DİN-in 91 saylı möhürü ilə möhürlənərək imzalanmış, müvafıq sənədləşmə aparılmışdır. Bundan başqa keçirilmiş əməliyyat-axtarış tədbirlərinin davamı olaraq Təqsirləndirilən şəxs də razılığı ilə yaşadığı ünvan 3 ünvanına gedilmiş, bu zaman onlar Təqsirləndirilən şəxslə birlikdə sonuncuya məxsus olan yataq otağına daxil olmuş, orada Təqsirləndirilən şəxs çarpayının yanında yerləşən siyirmədən 5 ədəd kibrit qutusunu çıxararaq onlara təqdim etmiş, həmin kibrit qutularının 4 ədədinin içərisində qurudulmuş marixuanaya bənzər ot, 1 ədədinin içərisindən isə 3 ədəd kağız bükümdə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmiş, həmin kibrit qutuları elektron tərəzidə çəkilmiş, həmin kütlələr ümumilikdə 29.19 qram gəlmiş, orada Təqsirləndirilən şəxs həmin marixuanaya bənzər otun kimə məxsus olması soruşulan zaman Təqsirləndirilən şəxs həmin marixuanaların özünə məxsus olduğunu, şəxsi istifadəsi üçün saxladığını bildirmiş, həmin kibrit qutuları kağız zəridə qablaşdırılıb möhürləndikdən sora iştirakçılar tərəfindən imza edilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 da Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhhkəmə iclasında istintaq zamanı verdiyi ifadəsi elan edilərək tədqiq edilmiş Əliyev X6 Məmmədovun ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhəri Nizami Rayon Pois İdarəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı Yaqub Cəlilov tərəfindən tərtib edilmiş 08 dekabr 2020-ci il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, video çəkiliş vasitəsilə vətəndaş Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş,baxış keçilrilməzdən öncə üzərində narkotik vasitənin olmasını etiraf etmiş, boz rəngli şalvarın sol yan cibindən 04 ədəd damalı riyaziyyat vərəqinin kəsiiyndə olan bükümləri çıxardaraq təqdim edir. Təqsirləndirilən şəxs həmin bükümlərin narkotik vasitə olan marixuana olmasını bildirir.Bundan sonra əynindəki boz rəngli şalvarın sağ yan cibindən 10 ədəd 5 manatlıq əskinas və 6 ədəd 1 manatlıq əskina sol maqla ümumilikdə 56 manat nağd pul, əyniundə olan göy rəngli gödəkçənin sol üst döş cibindən YAP-ın üzvlük vəsiqəsi aşkar edilərək götürüldü. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 08 dekabr 2020-ci il tarixli yaşayış evinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilərkən içərisində göy ot kütləsi olan 5 ədəd kibrit qutusu aşkar edilmişdir. Həmin qutulardan aşkar edilmiş ot kütləsinin çəkisi 29,19 qram, digər qutudan çıxan 3 ədəd bükümün çəkisi isə 5 qram olmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 08 dekabr 2020-ci il tarixli, 16/796 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş kütlələr..” sözləri və imzalar olan kağız paketdəki, 4 (dörd) ədəd ağ rəngli kağız bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0.41 qram, 0.42 qram, 0.42 qram, 0.51 qram, ümumi təmiz çəkisi 1.76 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Həmçinin rəydən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində, “şübhəli şəxs Təqsirləndirilən şəxs mənzilindən aşkar edilərək götürülmüş kütlələr” sözləri və imzalar olan kağız paketdəki 4 ədəd kibrit qutusunda və 1 ədəd kibrit qutusunun içərisində 3 ədəd kağız bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 3.62 qram, 4.27 qram, 3.71 qram, 4.89 qram, 0.46 qram, 0.48 qram, 0.45 qram, ümumi təmiz çəkisi 17.88 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 15.02.2021-ci il tarixli, 116 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan kannaboidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 08.12.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 08 dekabr 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və saxlanması üçün Gəncə şəhər Baş Polis İdarəsinin X4 təhvil verilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 10 dekabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs oğlu 10 dekabr 2020-ci ildə Gəncə şəhər Baş Polis İdarəsinin X1 azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəmə iş üzrə hərtərəfli, obyektiv və tam araşdırma aparıb, məhkəmə baxışında tədqiq edilmiş sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq,kustar üsulla hazırlanmış narkotik vasitə olan 19,64 qram qurudulmuş marixuananı əldə edib daşıyaraq üzərində və yaşadığı evdə saxlamaqla cinayət əməli törətmiş, onun bu cinayət əməlini törətməkdə təqsirliliyi tam sübuta yetirildiyindən onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Odur ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmalı və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 5 qram müəyyən edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-in 58-ci maddəsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarı). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına görə deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlüləlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də cinayətkarlıqla mübarizədə əsas diqqət sosialiqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2–ci maddəsinə əsaslanaraq, təqsirləndirilən şəxsin əməlindən peşman olmasını, yaşını, ailənin yeganə qazanc gətirən şəxs olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, eyni zamanda həm sosial ədalətin bərpası, həm də onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası daxilində azadlığın məhdudlaşdırılması növündə ədalətli cəza təyin olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6 maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Odur ki, Təqsirləndirilən şəxs 08 dekabr 2020-ci ildən 10 dekabr 2020-ci ilədək tutulduğu iki gün nəzərə alınaraq ona təyin olunacaq cəzaçəkmə müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsində əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə hesablanır. Həmçinin məhkəmə hesab edir ki, iş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi Narkoloji Dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.19cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olub Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc yerində saxlanılan, Təqsirləndirilən şəxs oğlunun üzərindən aşkar olunaraq götürülmüş təmiz çəkisi 1.76 qram və yaşadığı evdən aşkar olunaraq götürülmüş təmiz çəkisi 17.88 qram olan ekspertiza tədqiqatından sonra qalmış narkotik vasitə olan marixuana məhv edilməli, eləcə də Təqsirləndirilən şəxs üzərinə və yaşadığı evə baxış keçirilməsi zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 2 ədəd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Bundan başqa, Azərbaycan Respubikasının Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən iş üzrə məhkəmə-bioloji ekspertizasının keçirilməsinə xərclənmiş 30,40(otuz manat qırx qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından göstərilmiş 10 saat hüquqi yardıma görə 60(altmış) manat pul Müdafiəçi vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təsirləndirilən şəxs Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) günün bir günün azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla üzərində qəti olaraq 02 (iki) il, 11(on bir)ay, 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktiki qeydiyyata alınsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Probasiya şöbəsinə tapşırılsın. İş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş təmiz çəkisi 1.76 qram və yaşadığı evdən aşkar olunaraq götürülmüş təmiz çəkisi 17.88 qram olan ekspertiza tədqiqatından sonra qalmış narkotik vasitə olan marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə və yaşadığı evə baxış keçirilməsi zamanı çəkilmiş video görüntüləri özündə əks etdirən 2 ədəd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Məhkəmə-bioloji ekspertizasının keçirilməsinə xərclənmiş 30,40(otuz manat qırx qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 60 (altmış) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №1(044)-125/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-125/2021
21.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver