Məhkəmə qərarları › İş №1(044)-125/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-125/2022

18.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-125/2022 18.05.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin məsləhətçisi (məhkəmə iclas katibi) Yediyarova Zeynəb Fərman qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin birinci instansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi X1, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1977-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan və Gəncə şəhəri, 20 yanvar küçəsi, ev 104-də yaşayan, Təqsirləndirilən şəxs qızının Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair sadələşdirilmiş icraat materialına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 11.03.2022-ci il tarixdə təmizlik işləri görmək məqsədi ilə getdiyi Zərərçəkmiş şəxs məxsus evin yataq otağından mebelin üzərində olan qara rəngli əl çantasının içərisindən 200 manat nağd pul, 1000 manat dəyəri olan 01 ədəd “10” luqqızıl sikkə klonu, 1500 manat dəyərində bir ədəd brilliant qaşlı qızıl üzüyü gizli olaraq oğurlamaqla sonuncuya ümumilikdə 2700 manat maddi ziyan vurması məlum olmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs qızı, özünü tam təqsirli bilərək ifadəsində bildirdi ki, o, rəsmi olaraq heç yerdə işləmir və onun maddi imkanı zəif olduğu üçün evlərə və obyektlərə pul qarşılığında təmizlik işləri görməyə gedir. Zərərçəkmiş şəxs məxsus ünvan 3 ünvanına ayda 3-4 dəfə 10 manat qarşılığında təmizliyə getmişdir. O, sonuncu dəfə Zərərçəkmiş şəxs məxsus evə 11.03.2022-ci il tarixdə getmiş, evdə təmiz işləri görmüşdür. O, həmin günü saat 14 radələrində evdə təmizlik işləri görən zaman evin yataq otağındakı mebelin üzərindəki qara rəngli, ağzı açıq bir ədəd pul kisəsi və pul kisəsinin içərisində 200 manat nağd pul görmüşdür. Həmin vaxt o, yataq otağındakı yataq dəstini dəyişən zaman otaqda heç kimin olmamasından istifadə edərək qara rəngli pul kisəsinin içərisindən 200 manat nağd pul, bir ədəd 10-luq klonu, bir ədəd brilliant qaşlı antikvar üzük götürüb cibinə qoymuş, daha sonra evdə təmizlik işlərini görüb qurtardıqdan sonra evdən çıxıb getmişdir. O, oğurladığı bir ədəd antikvar üzüyü Gəncə şəhəri Nizami prospektində yerləşən “MY Brend” adlanan qızıl mağazasına 375 manata satmışdır. Oradan oğurladığı 200 manat pul ilə evin kirayəsini ödəmiş, qızıl üzüyün satışından əldə etdiyi 375 manat pulu xərclədiyini, bir ədəd 10-luq qızıl klonun özündə olduğunu, qızıl klonu təqdim edə biləcəyini bildirmişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, o, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi ona məxsusdur. 18.03.2022-ci il tarixdə axşam saat 21 radələrində yaşadığı evdə olan zaman əl şçantasının içərisində 200 manat pulun, bir ədəd 10-luq qızıl klonun, bir ədəd mina sədəflibrilliant qaşlı qızıl üzüyün olmadığını aşkar etmişdir. Həmin vaxt o, həmin əşyaları axtarmış, lakin tapa bilməmiş və həmin əşyaların evdə təmizlik işləri aparan Təqsirləndirilən şəxs tərəfindən götürülməsindən şübhələnmişdir. Onun yaşadığı evə təmizlik işləri görən Kəmalə adlı qadından başqa heç kim gəlməmişdir. Daha sonra təmizlik işləri görən Kəmalə adlı qadınla danışan zaman evdən oğurluq etməsini etiraf etmişdir. 08.03.2022-ci il tarixdən 18.03.2022-ci il tarixədək olan müddət ərzində evə təmizlik işləri görmək məqsədi ilə gələn Kəmalə adlı qadın evdə Təmizlik işləri görən zaman evin yataq otağındakı əl çantasının içərisindən 200 manat nağd pul, təxminən 1000 manat dəyəri olan 8 qramlıq 9.9 qramlıq bir ədəd 10-luq qızıl klonu, təxminən 1500 manat dəyəri olan mina sədəfli 5 qram qızılı, 60-70 qramlıq bir ədəd antikvar üzüyü oğurlamışdır. Həmin qızıl-zinət əşyaları ona nənəsindən yadigar olaraq qalmışdır. O, 19.03.2022-ci il tarixdə Nizami rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin yataq otağından əl çantasının içərisindən Kəmalə adlı qadının oğurluq etməsi barədə məlumat vermişdir. Məhkəmədən ona dəymiş ziyan tam ödənilmədiyindən təqsirləndirilən şəxsin barəsində qanuna müvafiq qərar qəbul ediolməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş şahid Mustafayev Nicat Tahir oğlu ifadəsində bildirdi ki, o, rəsmi olaraq heç yerdə işləmir, fərdi əmək olaraq qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olur. Gəncə şəhəri Nizami prospektində yerləşən “MY Brend” adlanan qızıl mağazasının içərisində qızıl piştaxtasında qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olur.11.03.2022-ci il tarixdə saat 15 radələrində mağazada olan zaman tanımadığı bir nəfər qadın mağazaya yaxınlaşaraq əlində olan bir ədəd mina qaşlı qızıl üzüyü satmaq istədiyini demişdir. Həmin vaxt tanımadığı qadından şəxsiyyət vəsiqəsini verməsini tələb etdikdə şəxsiyyət vəsiqəsinin üzərində olmadığını demiş, şəxsiyyət vəsiqəsi olmadığı üçün üçüyü almaqdan imtina etmişdir. Bundan sonra tanımadığı qadın mağazanı tərk edib getmişdir, təxminən 40 dəqiqə sonra həmin qadın mağazaya geri qayıdaraq özünə məxsusşəxsiyyət vəsiqəsini ona təqdim edərək, qızıl üzüyü satmaq istədiyini demişdir Bundan sonra ondan qızıl üzüyün kimə məxsus olmasını soruşduqda, həmin vaxt tanımadığı qadın qaynanasına məxsus olduğunu demişdir. O, Təqsirləndirilən şəxsNəsib qızının şəxsiyyət vəsiqəsinin seriya nömrəsini özündə qeyd edib, ondan mina qaşlı bir ədəd 6.3 qram çəkidə 0.8 qram mina qaşı çıxmaqla təmiz qızılın çəkisi 5.5 qram çəkidə olan qızıl üzüyü ondan 375 manata almışdır. O, həmin qızıl üzüyü təxminən 15-16 mart tarixlərində saat 16 radələrində 420 manata tanımadığı iki nəfər qadına satdığını bildirmişdir. O, həmin qızıl üzüyün oğurluq olması barədə heç bir məlumatının olmadığını demişdir. Məhkəmə iclasında tədqiq olunmuş və iş materiallarında olan, hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş, fotoşəkillər çəkilmiş və protokola əlavə edilmişdir. Məhkəmə iclasında tədqiq olunmuş və iş materiallarında olan, əşyaya baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvandan üzərində “10 рубляй 1902 г” sözləri yazılmış 8.76 qram çəkisi olan klonu təqdim etmiş və fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. Məhkəmə iclasında tədqiq olunmuş və iş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30.03.2022-ci il tarixli 6/696-9/2131 saylı rəyindən görünür ki, təqdim edilmiş 1 ədəd sarı rəngli metaldan, üzərində “10 рубляй 1902 г” sözləri yazılmış asılqanlı “10” luq sikkə (klon) –metalı təxminən 900 əyarlı qızıla uyğundur (asılqan hissəsinin metalı 585 əyarlı qızıla uyğundur) çəkisi 8.72 qramdır. Ekspertiza tədqiqatına təqdim edilmiş kulonun 2022-ci ilin mart qyına olan bazar qiyməti təxminən 950 manat müəyyən edilmişdir. Ekspertizatədqiqatına təqdim olunmayan nəzəri qiymətləndirmə üçün qərarda təsvir edilən bir ədəd mina sədəfli, 585 əyarlı, 5 qram qızıl çəkisi olan üzüyün 2022-ci ilin mart ayına olan orta bazar qiyməti təxminən 400.0 manat müəyyən edilmişdir. Qeyd: bir ədəd mina sədəfli, 585 əyarlı, 5 qram qızıl çəkisi olan üzüyün üzərində olan qaşların keyfiyyət göstəricisi aydın olmadığı və tədqiqata təqdim edilmədiyi üçün qaşlar üzrə qiymətləndirmə aparmaq mümkün olmamışdır. Məhkəmə iclasında tədqiq olunmuş və iş materiallarında olan Gəncə şəhər Kəpəz rayon İcra Hakimiyyəti başçısının 2 saylı SİƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə iclasında tədqiq olunmuş və iş materiallarında olan 04.04.2022-ci il tarixli 1518 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserdə qeydiyyatda durmur. Məhkəmə iclasında tədqiq olunmuş və iş materiallarında olan 05.04.2022-ci il tarixli 1753 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. Məhkəmə iclasında tədqiq olunmuş və iş materiallarında olan 25.03.2022-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Beləliklə, məhkəmə iclasında bilavasitə tədqiq edilən, biri-digərini tamamlayan sübutlar əsasında müəyyən oldu ki, 11.03.2022-ci il tarixdə Təqsirləndirilən şəxs təmizlik işləri görmək məqsədi ilə getdiyi Zərərçəkmiş şəxs məxsus evin yataq otağından mebelin üzərində olan qara rəngli əl çantasının içərisindən 200 manat nağd pul, 1000 manat dəyəri olan 01 ədəd “10” luqqızıl sikkə klonu, 1500 manat dəyərində bir ədəd brilliant qaşlı qızıl üzüyü gizli olaraq oğurlamaqla sonuncuya ümumilikdə 2700 manat maddi ziyan vurması məlum olmuşdur. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs bu cinayəti törətməkdə təqsiri tam sübuta yetirilmiş və onun həmin hərəkəti istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının CM-nin 177.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Buna görə də o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Göründüyü kimi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Məhkəmə, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayəti etiraf etməsini, əməlindən peşman olmasını və zərərçəkmiş şəxsə vurulmuş ziyanın qismən ödənilməsi onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq onun cəzasını yüngülləşdirən halla yanaşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (böyük ictimai təhlükə törətməyən cinayət törətməsini), təqsirkarın şəxsiyyətini (müsbət xasiyyətləndirilməsini, himayəsində, həmçinin ailəsində bir neçə əlilliyi olan şəxslərin olmasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Həmçinin məhkəmədə işə baxılarkan aydın olmuşdur ki, Təqsirləndirilən şəxs zərərçəkən şəxsə dəymiş ziyanı qismən ödəməklə, törətmiş olduğu böyük ictimai təhlükə törətməyən cinayətin ictimai təhlükəliliyini azaltmışdır. Azərbaycan Respublikasının CM-nin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun cəzasını yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini nəzərə alıb hesab edir ki, ona törətdiyi cinayətə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Göstərilənləri, Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən halı, əməlindən peşman olmasını nəzərə alaraq, məhkəmə hesab edir ki, təqləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs qızının üzərinə daimi yaşayış yeri olan Gəncə şəhəri, 20 yanvar küçəsi, ev 104 ünvanını axşam saat 23:00-dan səhər saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs qızının cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs qızının yaşayış yeri üzrə icra qurumuna tapşırılmalıdır. İş üzrə məhkəmə ekspertizasının xərci 150 (yüz əlli manat) məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs qızından tutularaq, X2 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab Z34CTRE******************** saylı hesaba keçirilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur, Azərbaycan Respublikasının CM-nin 99- 1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 346-349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs qızı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs qızının cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs qızının üzərinə daimi yaşayış yeri olan Gəncə şəhəri, 20 yanvar küçəsi, ev 104 ünvanını axşam saat 23:00-dan səhər saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs qızının yaşayış yeri üzrə icra qurumuna tapşırılsın. İş üzrə məhkəmə ekspertizasının xərci 150 (yüz əlli manat) məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs qızından tutularaq, X2 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab Z34CTRE******************** saylı hesaba keçirilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar