Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-126/2021 26.05.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Əliadə Kamran Mehman oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1990-cı il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, mebel sexində usta işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1-də qeydiyyatda olan və yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan istintaqa məlum olmayan miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metafetamini əldə edib daşıyaraq üzərində saxlamış, Gəncə şəhər Nizami rayon Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 05.01.2021-ci il tarixdə saat 18:30 radələrində Təqsirləndirilən şəxs Gəncə şəhəri, Təbriz küçəsi ilə C.Rəfibəyli küçəsinin kəsişməsində 16 saylı orta məktəbin yaxınlığında saxlanılaraq Nizami rayon Polis Bölməsinə aparılmış, onun üzərinə Nizami rayon Polis Bölməsində şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli şalvarın sol yan cibindən 1 ədəd qutuda 3 ədəd ayrı-ayrı bükümlərdə, hər birinin ayrılıqda təmiz çəkisi 0.310 qram,0.356 qram və 0.295 qram, ümimi təmiz çəkisi 0.961 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, hazırda mebel sexində usta işləyir, əvvəllər məhkum edilməmişdir. O, təxminən 6-7 dəfə el arasında “şüşə” adlandırılan psixotrop maddə metafetamini istifadə etmiş, lakin o, mütamadi olaraq narkotik vasitə istifadə etməmiş, həmin narkotik vasitələri də başında bəzən ağrılar olduğu üçün istifadə etmişdir. 2021-ci ilin yanvar ayının əvvəllərində o, yaşadığı Gəncə şəhər Təbriz küçəsi 14 saylı binanın qarşısında olan zaman binanın qarşısındakı ağacın dibində nə isə orbit saqqız qutusunun olduğunu görmüş, aşağı əyilib həmin qutunu götürmüş, saqqız qutusunu açmış, bu zaman qutunun içərisində 3 ədəd müxtəlif bükümlərdə əvvəllər də istifadə etdiyi el arasında “şüşə” adlandırılan psixotrop maddə metafetamin olduğunu görmüş, o, əvvəllər də bəzən metaftamin istifadə etdiyi üçün həmin psixotrop maddəni özündə saxlamış, istifadə etmək qərarına gəlmişdir. 05.01.2020-ci il tarixdə saat 18:30 radələrində o, Gəncə şəhəri, Təbriz küçəsi ilə C.Rəfibəyli küçəsinin kəsişməsində, 16 saylı orta məktəbin yaxınlığında olan zaman mülki geyimli şəxslər ona yaxınlaşmış, özlərini ona təqdim etdikdən sonra həmin şəxslərin polis əməkdaşları olduğunu bilmiş, həmin polis əməkdaşları ona narkotik vasitə və psixotrop maddə əldə edib daşımaqda şübhəli olduğunu deyib onu Nizami RPB-nə dəvət etmiş, o, həmin şəxslər ilə birlikdə Nizami RPB-nə gəlmiş, həmin inzibati binada müdafiəşinin iştirakı ilə protokol və digər sənədlər tərtib olunmuş, o, həmin sənədləri düzgün tərtib edildiyinə görə imzalamış, müdafiəçisinin iştirakı ilə onun üzərində şəxsi axtarış keçirilmiş, onun üzərində şəxsi axtarış keçirilməmişdən əvvəl ondan üzərində qanunla qadağan olunmuş hər hansı bir vasitə olub olmadığı soruşulmuş, o, da üzərində öz şəxsi istifadəsi üçün saxladığı, 2021-ci ilin yanvar ayının əvvəllərində yaşadığı binanın qarşısından tapdığı psixotrop maddə metafetamini sol yan cibindən çıxararaq polis əməkdaşlarına təqdim etmiş, həmin 1 ədəd orbit saqqız qutusunun içərisində 3 ədəd ayrıayrı bükümlərdə olan psixotrop maddə metafetamin elektron tərəzidə çəkilmişdir. Həmin psixotrop maddənin ümumi çəkisi 1.02 qram olmuş, həmin maddə qablaşdırılmış, üzəri onun, müdafiəçisi və digər iştirakçılar tərəfindən imzalandıqdan sonra həmin qablaşdırılan kağız zərf möhürlənmişdir. O, əməlindən peşmandır. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, o, hazırda Gəncə şəhər Nizami RPB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. İdarəyə Gəncə şəhəri, Təbriz küçəsində yaşayan Elvin adlı şəxsin üzərində psixotrop maddələr gəzdirməsi və istifadə etməsi ilə barədə əməliyyat məlumatı daxil olmuş, 05.01.2021-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində psixotrop maddə olması, məlumat daxil olmuş, həmin məlumat əsasında Gəncə şəhər Nizami RPB-nin əməliyyat müvəkkili, Şahid2 ilə birlikdə Gəncə şəhəri, Təbriz küçəsi ilə C.Rəfibəyli küçəsinin kəsişməsinə getmiş, bu zaman Təqsirləndirilən şəxs saat təxminən 18:30 radələrində yaxınlaşaraq özlərini təqdim edib narkotik vasitələrin qanunsuz dövriyyəsində günahkar olduğunu deyib həmin şəxsi Nizami RPB-nə dəvət etmiş, Təqsirləndirilən şəxs heç bir etiraz etməyərək onlarla birlikdə Nizami RPB-nə gəlmiş, bölmədə Təqsirləndirilən şəxs hüquqları izah edilmiş, müdafiəçinin iştirakı ilə üzərinə baxış keçirimiş, baxış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı alət və ya maddə olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs bu zaman əynində olan göy cins şalvarın sol yan cibində olan “Orbit” saqqız qutusunu özü könüllü olaraq təqdim etmiş, həmin saqqız qutusu açılan zaman içərisində 2 ədəd kiçik şəffaf sellofan və 1 ədəd falqanın içərisində ağ rəngli, kristal halında psixotrop maddə metafetaminə oxşar kütlə aşkar edilərək götürülmüş, həmin kütlə elektron tərəzidə çəkilmiş, ümumi çəkisi 1.02 qram gəlmiş, bundan sonra bükümlər zərfdə qablaşdırılmış, möhürlənərək imzalanmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, idarəyə Gəncə şəhəri, Təbriz küçəsində yaşayan Elvin adlı şəxsin üzərində mütəmadi olaraq psixotrop maddələr gəzdirməsi və istifadə etməsi ilə barədə əməliyyat məlumatı daxil olmuş, keçirilmiş əməliyyat müəyyənləşdirməsi nəticəsində həmin şəxsin Gəncə şəhər Təbriz küçəsi bina 14 mənzil 15-də yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. 05.01.2021-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində psixotrop maddə olması barədə məlumat daxil olmuş, həmin məlumat əsasında Gəncə şəhər Nizami RPB-nin əməliyyat müvəkkili, Şahid1 ilə birlikdə Gəncə şəhəri, Təbriz küçəsi ilə C.Rəfibəyli küçəsinin kəsişməsinə getmiş, bu zaman Təqsirləndirilən şəxs saat təxminən 18:30 radələrində yaxınlaşaraq özlərini təqdim edib narkotik vasitələrin qanunsuz dövriyyəsində günahkar olduğunu deyib həmin şəxsi Nizami RPB-nə dəvət etmiş, Təqsirləndirilən şəxs heç bir etiraz etməyərək onlarla birlikdə Nizami RPB-nə gəlmiş, bölmədə Təqsirləndirilən şəxs hüquqları izah edilmiş, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirimiş, baxış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı alət və ya maddə olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs bu zaman əynində olan göy cins şalvarın sol yan cibində olan “Orbit” saqqız qutusunu özü könüllü olaraq təqdim etmiş, həmin saqqız qutusu açılan zaman içərisində 2 ədəd kiçik şəffaf sellofan və 1 ədəd falqanın içərisində ağ rəngli, kristal halında psixotrop maddə metafetaminə oxşar kütlə aşkar edilərək götürülmüş, həmin kütlə elektron tərəzidə çəkilmiş, ümumi çəkisi 1.02 qram gəlmiş, bundan sonra bükümlər zərfdə qablaşdırılmış, Azərbaycan Respublikası DİN-in 182 saylı möhürü ilə möhürlənərək imzalanmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 05.01.2021-ci il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarının sol cibindən “Orbit” saqqız qutusu aşkar edilmiş, həmin qutunun içərisində 2 ədəd kiçik şəffaf sellofanda 1 ədəd kiçik falqanın içərisində bükülmüş halda, ağ gəngli, kristal vəziyyətdə, psixotrop maddə ”metamfetaminə” oxşar kütlə aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin 06.01.2020-ci il tarixli, 16/19 nömrəli rəyindən görünür ki, təqdimata təqdim edilmiş, üzərində “05.01.2021-ci il tarixdə vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə metamfetaminə oxşar 1.02 qram çəkidə olan kütlə.” Yazılar və imzalar olan kağız paketi açdıqda içərisində, bir ədəd “gümüşü” rəngli kağız bükümdə və 2 ədəd şəffaf rəngli polietilen kəsiklərində ayrı-ayrılıqda təmiz çəkiləri 0.310 qram, 0.356 qram, 0.295 qram, ümumi təmiz çəkisi 0.961 qram maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir (təmiz çəkisi – 0.310 qram (1 - № ob) - 0.356 qram (2- № ob) – 0.295 qr (3-№ ob) tədqiqata sərf edildi – 0.15 qr (hər ob 0.05 qr), qalıq- 0.260 qr (1-№ ob) - 0,306 qr (2-№ ob) - 0.245 qr (3-№ ob). Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunana prekursorların” siyahəsəna əsaslanaraq yoxlanılmış və müəyyən edilmiş ki, metafetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadan edilən psixotrop maddələr”in 1-ci siyahısının İİ bəndinə daxildir. Tədqiqata təqdim edilmiş, bir ədəd paketdəki, metamfetainlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidir (ekspertiza xərci 32.40 manat). Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən 18.02.2021-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum edilməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserinin 16.02.2021-ci il tarixli, 133 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən epizotik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əziyyət çəkmir və məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserdə profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 17.02.2021-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb satış məqsədi olmadan əldə etdiyi, ümumilikdə təmiz çəkisi 0.811 qram olan psixotrop maddə metafetamin maddi sübut kimi tanınaraq saxlanılması üçün Gəncə şəhər BPİ-də ayrılmış xüsusi yerdə məsul saxlanca verilmiş və 1 ədəd “DVD” disk iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Gəncə şəhər Psixonevroloji Dispanseri tərəfindən verilmiş 15.02.2021-ci il tarixli 865 saylı arayışdan görünür ki, 1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər İcra Hakimiyyəti Səhiyyə İdarəsi Narkoloji Dispanser tərəfindən verilmiş 17.02.2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur. Məhkəmə cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası CM-in 59.1.4 və 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini etiraf edərək, əməlindən səmimi peşman olmasını, subay olmasını, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman Azərbaycan Respublikası CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini və cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 05.01.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 05.01.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və müvəqqəti saxlanma yerinə təhvil verilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 07.01.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə iltiizam” qətimkan tədbiri seçilərək o, saxlandığı Gəncə şəhəri BPİ-nin MSY-dən azad edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 05.01.2021-ci il tarixdən 07.01.2021-ci il tarixədək, 3 (üç) gün müddətində şübhəli şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikası CPM-nin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Azərbaycan Respublikası CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs, hazırkı cinayət işi ilə bağlı 05.01.2021-ci il tarixdən 07.01.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 3 (üç) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə proflaktiki qeydiyyata götürülməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi (0.260 qram, 0.306 qram və 0.245 qram) cəmi çəkisi 0.811 qram təşkil edən narkotik vasitə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin iş üzrə sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 32,40 (otuz iki manat qırx qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxsdan tutularaq X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 197-198, 344- 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 05.01.2021-ci il tarixdən 07.01.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 3 (üç) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, 6 gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 2 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra qurumuna tapşırılsın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə proflaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc anbarında saxlanılan, (0.260 qram, 0.306 qram və 0.245 qram) cəmi çəkisi 0.811 qram təşkil edən narkotik vasitə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, həmçinin iş üzrə sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertiza xərci 32,40 (otuz iki manat qırx qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №1(044)-126/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-126/2021
26.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver