Məhkəmə qərarları › İş №1(044)-127/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-127/2021

27.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-127/2021 27.05.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, X4 oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta ixtisas təhsilli, evli, himayəsində 1 azyaşlı uşağı olan, Gəncə şəhəri 2 saylı Polikilinikada tərbiyəçi müəllimə vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla Gəncə şəhəri, Məhsəti qəsəbəsində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 25.11.2020-ci il tarixdə “Covid-19” virusu ilə bağlı test analizi verməklə 28.11.2020-ci il tarixdən testin nəticəsinin pozitiv, yəni yeni növ virusu yaymaq təhlükəsi olmasını bilə-bilə xüsusi karantin reyiminə əməl edərək həmin müddəti evdə keçirməli olduğu halda 28.11.2020-ci il tarixdə saat 09 radələrindən saat 20 radələrinədək olan müddə tərzində yaşadığı ünvan 3 ünvanında yerləşən evini qanunsuz tərk edib ünvan 4 Vaqif küçəsi 104a, Gəncə şəhəri Əhməd Cəmil küçəsi 4, Gəncə şəhəri Şahsevənlər küçəsi 153, Gəncə şəhəri Sevinc qəsəbəsi, Gəncə-Şəmkir şossesi 01, Göygöl rayonu Quşqara kəndi, Gəncə şəhəri YGGG-nin yarımçı kombinatın ərazilərində, 29.11.2020-cı il tarixdə saat 11 radələrindən 19 radələrinədək olan müddət ərzində yaşadığı ünvan 3 ünvanında yerləşən evini qanunsuz tərk edib ünvan 4 Vaqif küçəsi 104a ərazilərində, 30.11.2020-ci il tarixdə saat 12 radələrində ünvan 3 ünvanında yerləşən evini qanunsuz tərk edib ünvan 6, həmin gün saat 18 radələrində Gəncə şəhəri Fikrət Əmirov küçəsi 20A ərazilərində, 01.12.2020-ci il tarixdə saat 13 radələrindən həmin gün saat 23 radələrinədək olan müddət ərzində yaşadığı ünvan 3 ünvanında yerləşən evini qanunsuz tərk edib ünvan 4 Xətai küçəsi 64, Gəncə şəhəri Vaqif küçəsi 104a, Gəncə şəhəri Xətai küçəsi 7, Gəncə- Qazax yolunun 21-ci kilometrliyi, ünvan 12i, Samur rayonu Füzuli kəndi, Gəncə şəhəri Şahsevənlər küçəsi 153, Gəncə şəhəri Sevinc qəsəbəsi, Gəncə şəhəri Nizami küçəsi ev 150, ünvan 7 ünvanına, ünvan 8ə-Şəmkir şossesi 01 ərazilərində, 02.12.2020-ci il tarixdə saat 09 radələrindən 23 radələrindək olan müddət ərzində yaşadığı ünvan 3 ünvanında yerləşən evini qanunsuz tərk edib Gəncə şəhəri N.Aliyev və N.Malikova küçələrinin kəsişməsi, Gəncə şəhəri Kəpəz rayonu Sadıllı qəsəbəsi, Gəncə şəhəri Xətai küçəsi 64, Gəncə şəhəri Vaqif küçəsi 104a, Gəncə şəhəri Xətai küçəsi 7, Gəncə şəhəri DOS 102 ocaqxana, Gəncə şəhəri, Ş.İ.Xətai küçəsi avtodayanacağın yanı, Gəncə şəhəri Xaqani küçəsi, Gəncə-Qazax yolunun 21-ci kilometrliyi, ünvan 12i, Samur rayonu Füzuli kəndi, Gəncə şəhəri Şahsevənlər küçəsi 153, Gəncə şəhəri Sevinc qəsəbəsi, Gəncə şəhəri Nizami küçəsi ev 150, ünvan 7 ünvanına, ünvan 8ə-Şəmkir şossesi 01 ərazilərində, 03.12.2020-ci il tarixdə saat 08 radələrindən 23 radələrindək olan müddət ərzində yaşadığı ünvan 10 ünvanında yerləşən evini qanunsuz tərk edib Samur rayonu Sərkar kəndi, Samux rayonu Füzuli kəndi, Göygöl rayonu Füruzabad qəsəbəsi, Gəncə şəhəri T.Arani küçəsi ilə Xətai küçəsinin kəsişməsi, Gəncə şəhəri 4 mikrarayon bina 15, Gəncə şəhəri N.Aliyev və N.Malikova küçələrinin kəsişməsi, Gəncə şəhəri Kəpəz rayonu Sadıllı qəsəbəsi, Gəncə şəhəri Xətai küçəsi 64, Gəncə şəhəri Vaqif küçəsi 104a, Gəncə şəhəri Xətai küçəsi 7, Gəncə şəhəri DOS 102 ocaqxana, Gəncə şəhəri Ş.İ.Xətai küçəsi avtodayanacağın yanı, Gəncə şəhəri Xaqani küçəsi, Gəncə-Qazax yolunun 21-ci kilometrliyi, Gəncə şəhəri Sevinc qəsəbəsi, ünvan 8ə-Şəmkir şossesi 01 ərazilərində, 04.12.2020-ci il tarixdə saat 08 radələrindən 23 radələrindək olan müddət ərzində yaşadığı ünvan 11 ünvanında yerləşən evini qanunsuz tərk edib ünvan 12i, Samux rayonu Füzuli kəndi, Gəncə şəhəri T.Arani küçəsi ilə Xətai küçəsinin kəsişməsi, Gəncə şəhəri 4 mikrarayon bina 15, Gəncə şəhəri N.Aliyev və N.Malikova küçələrinin kəsişməsi, Gəncə şəhəri 4 mikrarayon 15 saylı bina, Gəncə şəhəri Xətai küçəsi 64, Gəncə şəhəri Xətai küçəsi 7, Gəncə şəhəri H.Sultanov küçəsi 41, Gəncə-Qazax yolunun 21-ci kilometrliyi, Gəncə şəhəri Sevinc qəsəbəsi, ünvan 8ə-Şəmkir şossesi 01 ərazilərində, 05.12.2020-ci il tarixdə saat 08 radələrindən 23 radələrindək olan müddət ərzində yaşadığı ünvan 3 ünvanında yerləşən evini qanunsuz tərk edib Şəmkir rayonu Mahmudlu bələdiyyəsi, ünvan 12i, Samux rayonu Füzuli kəndi, Gəncə şəhəri N.Aliyev və N.Malikova küçələrinin kəsişməsi, Gəncə şəhəri Xətai küçəsi 7, Gəncə şəhəri H.Sultanov küçəsi 41, Gəncə- Qazax yolunun 21-ci kilometrliyi, Gəncə şəhəri Sevinc qəsəbəsi, ünvan 8ə-Şəmkir şossesi 01 ərazilərində, Gəncə şəhəri Heydər Əliyev prospekti ilə Atatürk prospektinin kəsişməsi olan ərazilərində, 06.12.2020-ci il tarixdə saat 09 radələrindən 23 radələrindək olan müddət ərzində yaşadığı ünvan 3 ünvanında yerləşən evini qanunsuz tərk edib ünvan 12i, Samux rayonu Füzuli kəndi, Gəncə şəhəri N.Aliyev və N.Malikova küçələrinin kəsişməsi, Gəncə şəhəri Xətai küçəsi 7, Gəncə şəhəri H.Sultanov küçəsi 41, Gəncə-Qazax yolunun 21-ci kilometrliyi, Gəncə şəhəri N.Aliyev və N.Malikova küçələrinin kəsişməsi, Şəmkir rayonu Könüllü kəndi, ünvan 8ə-Şəmkir şossesi 01 ərazilərində, Gəncə şəhəri Heydər Əliyev prospekti ilə Atatürk prospektinin kəsişməsi olan ərazilərində, 07.12.2020-ci il tarixdə saat 08 radələrindən 23 radələrindək olan müddət ərzində yaşadığı ünvan 3 ünvanında yerləşən evini qanunsuz tərk edib ünvan 12i, Samux rayonu Füzuli kəndi, Gəncə şəhəri DOS 102 ocaqxana, Gəncə şəhəri N.Aliyev və N.Malikova küçələrinin kəsişməsi, Gəncə şəhəri Xətai küçəsi 7, Gəncə şəhəri H.Sultanov küçəsi 41, Gəncə- Qazax yolunun 21-ci kilometrliyi, Gəncə şəhəri N.Aliyev və N.Malikova küçələrinin kəsişməsi, Şəmkir rayonu Könüllü kəndi, ünvan 8ə-Şəmkir şossesi 01 ərazilərində, 08.12.2020-ci il tarixdə saat 08 radələrindən 23 radələrindək olan müddət ərzində yaşadığı ünvan 3 ünvanında yerləşən evini qanunsuz tərk edib Gəncə şəhəri H.Əliyev prospekti 95, ünvan 15tai prospekti 53, ünvan 12i, Gəncə şəhəri Xətaf küçəsi, Samux rayonu Füzuli kəndi, Gəncə şəhəri DOS 102 ocaqxana, Gəncə şəhəri N.Aliyev və N.Malikova küçələrinin kəsişməsi, Gəncə şəhəri Xətai küçəsi 7, Gəncə şəhəri H.Sultanov küçəsi 41, Gəncə- Qazax yolunun 21-ci kilometrliyi, Gəncə şəhəri N.Aliyev və N.Malikova küçələrinin kəsişməsi, ünvan 8ə-Şəmkir şossesi 01 ərazilərində, 09.12.2020-ci il tarixdə saat 01 radələrindən 23 radələrindək olan müddət ərzində yaşadığı ünvan 3 ünvanında yerləşən evini qanunsuz tərk edib Gəncə şəhəri H.Əliyev prospekti 95, ünvan 15tai prospekti 53, ünvan 12i, Gəncə şəhəri Xətai küçəsi, Samux rayonu Füzuli kəndi, Gəncə şəhəri DOS 102 ocaqxana, Gəncə şəhəri N.Aliyev və N.Malikova küçələrinin kəsişməsi, Gəncə şəhəri Xətai küçəsi 7, Gəncə şəhəri H.Sultanov küçəsi 41, Gəncə-Qazax yolunun 21-ci kilometrliyi, Gəncə şəhəri N.Aliyev və N.Malikova küçələrinin kəsişməsi, ünvan 8ə-Şəmkir şossesi 01 ərazilərində, 10.12.2020-ci il tarixdə saat 01 radələrindən 23 radələrindək olan müddət ərzində yaşadığı ünvan 3 ünvanında yerləşən evini qanunsuz tərk edib ünvan 15tai prospekti 53, ünvan 12i, Gəncə şəhəri Xətai küçəsi, Samux rayonu Füzuli kəndi, Gəncə şəhəri DOS 102 ocaqxana, Gəncə şəhəri N.Aliyev və N.Malikova küçələrinin kəsişməsi, Gəncə şəhəri Xətai küçəsi 7, Gəncə şəhəri H.Sultanov küçəsi 41, Gəncə- Qazax yolunun 21-ci kilometrliyi, Gəncə şəhəri M.Aliyev və N.Malikova küçələrinin kəsişməsi, ünvan 8ə-Şəmkir şossesi 01 ərazilərində, 11.12.2020-ci il tarixdə saat 01 radələrindən 23 radələrindək olan müddət ərzində yaşadığı ünvan 3 ünvanında yerləşən evini qanunsuz tərk edib Gəncə şəhəri H.Əliyev prospekti 95, ünvan 15tai prospekti 53, ünvan 12i, Gəncə şəhəri Xətai küçəsi, Samux rayonu Füzuli kəndi, Gəncə şəhəri N.Aliyev və N.Malikova küçələrinin kəsişməsi, Gəncə şəhəri Xətai küçəsi 7, Gəncə şəhəri H.Sultanov küçəsi 41, Gəncə-Qazax yolunun 21-ci kilometrliyi, Gəncə şəhəri M.Aliyev və N.Malikova küçələrinin kəsişməsi, X7 kəndi, Gəncə şəhəri YGGG-nin yarımçı kombinatın ərazisi və Gəncə-Şəmkir şossesi 01 ərazilərində olmaqla epidemiya əleyhinə, eləcə də karantin rejimini kobud surətdə pozub yeni növ koronavirus infeksiyasının yayılması üçün real təhlükə yaratmışdır. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, Gəncə şəhəri 4 mikrorayon bina 1, mənzil 6-da qeydiyyatda olsa da, Gəncə şəhəri, Məhsəti qəsəbəsində evləri təmir olunduğu üçün Gəncə şəhəri H.Əliyev prospektində yerləşən “İlin dörd fəsli” adlanan yaşayış kompleksi bina 1, mənzil 45 ünvanında olan evdə kirayədə yaşamışdır. Onun yaşdığı ərazi, həmçinin Gəncə şəhəri Ş.İ.Xətai prospekti ilə də kəsişmədə yerləşir. 2020-ci ilin noyabr ayının təxminən 25-də onun bədənində halsızlıq olduğundan yoxlanmaq üçün Gəncə şəhər A.Səhhət adına xəstəxanaya getmiş və “Covid-19” virusu ilə bağlı test vermişdir. 28.11.2020-ci il tarixdə, səhər saatlarında onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə “İTS.GOV.AZ” saytından analiz nəticəsinin pozitiv çıxması, yəni “COVİD-19” virusuna yoluxmağı ilə bağlı sms gəlmişdir. Həmin sms məlumatı gələn zaman o, yaşadığı evdə olmuşdur. Həmin sms mətnində yaşayış yerini tərk etməyi, əgər karantin rejimini pozacağı təqdirdə Azərbaycan Respublikası İnzibati Xətalar və Cinayət Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyət cəlb oluna biləcəyi barədə xəbərdarlıq da yazılmışdır. Həmçinin 01.12.2021-ci il tarixdə Gəncə şəhər Gigiyena və Epidemiologiya Mərkəzindən adı yadında qalmayan həkimi ona zəng edərək səhhətini soruşmuş, o, isə səhhətinin normal olduğunu bildirmişdir. 03.12.2021-ci il tarixdə Gəncə şəhər 6 saylı poliklinikanın sahə həkimi Tükəzban həkim onun mobil telefonuna zəng edərək səhhətini soruşmuş və hansı dərmanlardan istifadə etdiyini maraqlanmış, o, isə Tükazban həkimə immunitet gücləndirən dərmanlardan istifadə etdiyini bildirmişdir. Adlarını qeyd etdiyi hər iki həkim ona evdən çıxmamağını ona dəfələrlə tapşırmrşlar. 06.12.2020-ci il tarixdə təxminən saat 13 radələrində o, tibbi maskasını taxıb, əlinə tibbi əlcək geyinmiş və yaşadığı binanın arxasında olan “Əminə market” adlı mağazaya getmiş və oradan çörək, eləcə də lazım olan digər ərzaq məhsullarını alıb yaşadığı evə qayıtmış, sonra isə yaşadığı evdə qalıb müalicəsini davam etdirmişdir. Bundan bir neçə gün sonra onun mobil telefonuna polis əməkdaşları tərəfindən zəng gəlmiş evdən çıxmağı barədə ondan soruşmuşlar, o, da evi tərk edib mağazaya getməyi barədə bildirmiş, ona evdən bir daha çıxmamağını tapşırmışlar, o, da həmin tələblərə riayət edəcəyini demişdir. 13.12.2020-ci il tarixdə isə onun mobil telefonuna “İTS.GOV.AZ”-dan yenə sms gəlmiş və həmin smsdə qeyd edilmişdir ki, qeyd edilən virusla bağlı özünütəcrid müddəti bitmişdir. Bundan sonra o, sərbəst şəkildə istədiyi yerə gedib gəlmişdir. Sonda təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətdiyini, əməlindən peşman olduğunu, himayəsində 1 az yaşlı uşağının olduğunu nəzərə alaraq barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, Gəncə şəhər 6 nömrəli poliklinikanın sahə həkimi vəzifəsində işləyir, koronovirus pandemiyası yayıldıqdan sonra ev şəraitində müalicə alan koronavirus xəstələrinin vəziyyəti ilə maraqlanır. Belə ki, koronavirus testi pozitiv çıxan şəxslərin vəziyyəti ağır olanlar xəstəxanada stasionar şəkildə, vəziyyəti yüngül olanlar isə ev şəraitində müalicə alırlar, həmin xəstəliyin inkubasiya dövrü 14 gündür, əldə etdikləri tibbi məlumatlar əsasında və praktiki olaraq müəyyən edilmişdir ki, həmin 14 gün müddətində müalicə əsasında xəstə sağalmalıdır. Ev şəraitində müalicə olunmalı xəstələrin siyahısı ərazi aidiyyəti üzrə Gəncə şəhər Səhiyyə İdarəsi tərəfindən onlara göndərilir və klinikanın ərazisində yaşayan həmin sakinlərlə 14 gün ərzində telefon vasitəsi ilə əlaqə saxlayaraq vəziyyətlərinə nəzarət edilir. Bu qaydaya uyğun olaraq Gəncə şəhər Səhiyyə İdarəsindən onlara daxil olmuş məlumata əsasən poliklinikanın sakini, Gəncə şəhəri, 4-cü mikrarayon ev 1, mənzil 6-da qeydiyyatda olan Təqsirləndirilən şəxs koronavirus test nəticəsinin pozitiv çıxdığını və ev şəraitində müalicə almalı olmasını müəyyən etmişlər. Bundan sonra həmin şəxsin adı poliklinikanın ilkin müraciət edənlərin qeydiyyatı jurnalına qeyd olunmuş və adına ambulator xəstənin tibbi kartası açılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs ilə sonuncunun istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə əlaqə saxlayaraq xəstəyə “arbitrol” həblərinin, “azitramisin” dərman vasitələrini qəbul etməsi tövsiyyə edilmiş, eyni zamanda 14 gün ərzində yaşayış yerini tərk etməməli olması barədə xəbərdarlıq edilmiş və 14 gün ərzində telefon əlaqəsi saxlanılaraq səhhətinə nəzarət edilmişdir. 14-cü gün, yəni 11.12.2020-ci il tarixdə Nuranənin səhhətində hər hansı bir nasazlıq müəyyən etmədikləri üçün 14 günlük karantin qeydiyyatından çıxarılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, o, Gəncə ŞBPİ-nin CAİ-nin kiçik inspektoru vəzifəsində xidmət edir. Polis əməkdaşının funksional vəzifələrindən olan ictimai asayişi və ictimai təhlükəsizliyi təmin etmək məqsədi ilə hal-hazırda ölkə də yayılmış “Covid-19” virusu ilə aparılan mübarizə tədbirləri çərçivəsində həmin virusa yoluxmuş və ambulator müalicəyə buraxılmış xəstələrin təlimata uyğun olaraq evdən çölə çıxmamalarına, insanların ictimai yerlərdə sosial məsafə saxlamalarına, tibbi maskalardan istifadə etmələrinə tərəflərindən nəzarət həyata keçirilir. Bununla bağlı X3 əməkdaşları tərəfindən ictimai reydlər, qəfil yoxlamalar, inanılmış şəxslərin məlumatlarından istifadə etmə və digər üsullardan istifadə edilir. Onlara Gəncə şəhər BPİ-nin növbətçi hissəsindən şəxslərin evin tərk etməsi bardədə koordinatların verilmiş və həmin siyahı üzrə CAİ-in əməkdaşları vətəndaşlara zəng edib həqiqətən də evi tərk edib-etməməsi barədə məlumat almışlar. 06.12.2020-ci il tarixdə daxil olmuş məlumat əsasında o, Gəncə şəhəri, H.Əliyev prospektində yerləşən “İlin dörd fəsli” adlanan yaşayış kompleksi bina 1, mənzil 45-də yaşayan Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**- ** saylı mobil nömrəyə zəng etmiş, telefon danışığı zamanı Nuranədən evi tərk edib etməməsini soruşduqda sonuncu 06.12.2020-ci il tarixlərində Gəncə şəhəri Atatürk prospektinə getməsini bildirmişdir. Bundan sonra o, rəisi Vilayət Allahverdiyevə məlumat vermiş, sonuncu bu barədə rəhbərliyə raportla müraciət etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Gigiyena və Epidemioloji Mərkəzindən verilmiş 13.12.2020-ci il tarixli, 4556 saylı məktubdan görünür ki, COVİD-19 Milli Məlumat Bazasında ünvan 17 ünvanında yaşayan Təqsirləndirilən şəxs 28.11.2020-ci il tarixdə “COVİD-19” infeksiyasına görə müayinəsinin nəticəsinin pozitiv olması qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş 15.01.2021-ci il tarixli “baxışın aparılması haqqında” protokoldan və CD diskə əlavə edilmiş məlumatlardan məlum olur ki, Təqsirləndirilən şəxs 28.11.2020-ci il tarixdə saat 09 radələrindən saaat 20 radələrinədək olan müddət ərzində yaşadığı ünvan 18 ünvanında yerləşən evini qanunsuz tərk edib ünvan 19f küçəsi 104a, Gəncə şəhəri Ə.Cəmil küçəsi 4, Gəncə şəhəri Şahsevənlər küçəsi 153, Gəncə şəhəri Sevinc qəsəbəsi, Gəncə-Şəmkir şossesi 01, Göygöl rayonu, Quşqara kəndi, Gəncə şəhəri YGGG-nin yardımçı kombinatın ərazisi ərazilərində, 29.11.2020-ci il tarixdə saat 11 radələrindən 19 radələrinədək olan müddət ərzində yaşadığı ünvan 18 ünvanında yerləşən evini qanunsuz tərk edib ünvan 19f küçəsi 104a ərazilərdə, 30.11.2020-ci il tarixdə saat 12 radələrində ünvan 18 ünvanında yerləşən evini qanunsuz tərk edib ünvan 21in gün saat 18 radələrində Gəncə şəhəri F.Əmirov küçəsi 20A ərazilərdə, 01.12.2020-ci il tarixdə saat 13 radələrindən həmin gün saat 23 radələrinədək olan müddət ərzində yaşadığı ünvan 18 ünvanında yerləşən evini qanunsuz tərk edib ünvan 22i küçəsi 64, Gəncə şəhəri Vaqif küçəsi 104a, Gəncə şəhəri Xətai küçəsi 7, Gəncə-Qazax yolunun 21-ci kilometrliyi, ünvan 12i, Samux rayonu, Füzuli kəndi, Gəncə şəhəri Şahsevənlər küçəsi 153, Gəncə şəhəri Sevinc qəsəbəsi, Gəncə şəhəri Nizami küçəsi ev 150, ünvan 23 ünvanına, ünvan 24cə-Şəmkir şossesi 01 ərazilərində, 02.12.2020-ci il tarixdə saat 09 radələrindən 23 radələrindək olan müddət ərzində yaşadığı ünvan 18 ünvanında yerləşən evini qanunsuz tərk edib Gəncə şəhəri N.Aliyev və N.Malikova küçələrinin kəsişməsi, Gəncə şəhəri, Kəpəz rayonu Sadıllı qəsəbəsi, Gəncə şəhəri, Xətai küçəsi 64, Gəncə şəhəri Vaqif küçəsi 104a, Gəncə şəhəri Xətai küçəsi 7, Gəncə şəhəri DOS-102 ocaqxana, Gəncə şəhəri, İ.Xətai küçəsi avtodayanacağın yanı, Gəncə şəhəri Xaqani küçəsi, Gəncə- Qazax yolunun 21-ci kilometrliyi, ünvan 27ndi, Gəncə şəhəri Şahsevənlər küçəsi 153, Gəncə şəhəri Sevinc qəsəbəsi, Gəncə şəhəri, Nizami küçəsi ev 150, ünvan 7 ünvanına, ünvan 24cə-Şəmkir şossesi 01 ərazilərində, 03.12.2020-ci il tarixdə saat 08 radələrindən 23 radələrindək olan müddət ərzində yaşadığı ünvan 18 ünvanında yerləşən evini qanunsuz tərk edib ünvan 25di, Göygöl rayonu Füruzabad qəsəbəsi, Gəncə şəhəri T.Arani küçəsi ilə Xətai küçəsinin kəsişməsi, Gəncə şəhəri 4 mikrarayon bina 15, Gəncə şəhəri N.Aliyev və N.Malikova küçələrinin kəsişməsi, Gəncə şəhəri, Kəpəz rayonu Sadıllı qəsəbəsi, Gəncə şəhəri Xətai küçəsi 64, Gəncə şəhəri, Vaqif küçəsi 104a, Gəncə şəhəri, Xətai küçəsi 7, Gəncə şəhəri DOS-102 ocaqxana, Gəncə şəhəri Ş.İ.Xətai küçəsi avtodayanacağın yanı, Gəncə şəhəri, Xaqani küçəsi, Gəncə-Qazax yolunun 21-ci kilometrliyi, Gəncə şəhəri Sevinc qəsəbəsi, ünvan 24cə-Şəmkir şossesi 01 ərazilərində, 04.12.2020-ci il tarixdə saat 08 radələrindən 23 radələrindək olan müddət ərzində yaşadığı ünvan 18 ünvanında yerləşən evini qanunsuz tərk edib ünvan 12i, Samux rayonu Füzuli kəndi, Gəncə şəhəri T.Arani küçəsi ilə Xətai küçəsinin kəsişməsi, Gəncə şəhəri 4 mikrarayon bina 15, Gəncə şəhəri N.Aliyev və N.Malikova küçələrinin kəsişməsi, Gəncə şəhəri 4 mikrarayon 15 saylı bina, Gəncə şəhəri Xətai küçəsi 64, Gəncə şəhəri, Xətai küçəsi 7, Gəncə şəhəri H.Sultanov küçəsi 41, Gəncə-Qazax yolunun 21-ci kilometrliyi, Gəncə şəhəri Sevinc qəsəbəsi, ünvan 24cə-Şəmkir şossesi 01 ərazilərində, 05.12.2020-ci il tarixdə saat 08 radələrindən 23 radələrindək olan müddət ərzində yaşadığı ünvan 18 ünvanında yerləşən evini qanunsuz tərk edib Şəmkir rayonu, Mahmudlu bələdiyyəsi, ünvan 27ndi, Gəncə şəhəri N.Aliyev və N.Malikova küçələrinin kəsişməsi, Gəncə şəhəri Xətai küçəsi 7, Gəncə şəhəri H.Sultanov küçəsi 41, Gəncə-Qazax yolunun 21-ci kilometrliyi, Gəncə şəhəri Sevinc qəsəbəsi, ünvan 24cə-Şəmkir şossesi 01 ərazilərində, Gəncə şəhəri H.Əliyev prospekti ilə Atatürk prospektinin kəsişməsi olan ərazilərində, 06.12.2020-ci il tarixdə saat 09 radələrindən 23 radələrindək olan müddət ərzində yaşadığı ünvan 18 ünvanında yerləşən evini qanunsuz tərk edib ünvan 27ndi, Gəncə şəhəri N.Aliyev və N.Malikova küçələrinin kəsişməsi, Gəncə şəhəri Xətai küçəsi 7, Gəncə şəhəri H.Sultanov küçəsi 41, Gəncə-Qazax yolunun 21-ci kilometrliyi, Gəncə şəhəri N.Aliyev və N.Malikova küçələrinin kəsişməsi, Şəmkir rayonu Könüllü kəndi, ünvan 24cə-Şəmkir şossesi 01 ərazilərində, Gəncə şəhəri Heydər Əliyev prospekti ilə Atatürk prospektinin kəsişməsi olan ərazilərində, 07.12.2020-ci il tarixdə saat 08 radələrindən 23 radələrindək olan müddət ərzində yaşadığı ünvan 18 ünvanında yerləşən evini qanunsuz tərk edib ünvan 12i, Samux rayonu Füzuli kəndi, Gəncə şəhəri DOS 102 ocaqxana, Gəncə şəhəri N.Aliyev və N.Malikova küçələrinin kəsişməsi, Gəncə şəhəri Xətai küçəsi 7, Gəncə şəhəri H.Sultanov küçəsi 41, Gəncə-Qazax yolunun 21-ci kilometrliyi, Gəncə şəhəri N.Aliyev və N.Malikova küçələrinin kəsişməsi, Şəmkir rayonu Könüllü kəndi, ünvan 24cə-Şəmkir şossesi 01 ərazilərində, 08.12.2020-ci il tarixdə saat 08 radələrindən 23 radələrindək olan müddət ərzində yaşadığı ünvan 18 ünvanında yerləşən evini qanunsuz tərk edib Gəncə şəhəri H.Əliyev prospekti 95, ünvan 15tai prospekti 53, ünvan 12i, Gəncə şəhəri Xətai küçəsi, Samux rayonu Füzuli kəndi, Gəncə şəhəri DOS 102 ocaqxana, Gəncə şəhəri N.Aliyev və N.Malikova küçələrinin kəsişməsi, Gəncə şəhəri Xətai küçəsi 7, Gəncə şəhəri H.Sultanov küçəsi 41, Gəncə-Qazax yolunun 21-ci kilometrliyi, Gəncə şəhəri N.Aliyev və N.Malikova küçələrinin kəsişməsi, ünvan 24cə-Şəmkir şossesi 01 ərazilərində, 09.12.2020-ci il tarixdə saat 01 radələrindən 23 radələrindək olan müddət ərzində yaşadığı ünvan 18 ünvanında yerləşən evini qanunsuz tərk edib Gəncə şəhəri H.Əliyev prospekti 95, ünvan 15tai prospekti 53, ünvan 12i, Gəncə şəhəri Xətai küçəsi, Samux rayonu Füzuli kəndi, Gəncə şəhəri DOS 102 ocaqxana, Gəncə şəhəri N.Aliyev və N.Malikova küçələrinin kəsişməsi, Gəncə şəhəri Xətai küçəsi 7, Gəncə şəhəri H.Sultanov küçəsi 41, Gəncə- Qazax yolunun 21-ci kilometrliyi, Gəncə şəhəri N.Aliyev və N.Malikova küçələrinin kəsişməsi, ünvan 24cə-Şəmkir şossesi 01 ərazilərində, 10.12.2020-ci il tarixdə saat 01 radələrindən 23 radələrindək olan müddət ərzində yaşadığı ünvan 18 ünvanında yerləşən evini qanunsuz tərk edib ünvan 15tai prospekti 53, ünvan 12i, Gəncə şəhəri Xətai küçəsi, Samux rayonu Füzuli kəndi, Gəncə şəhəri DOS 102 ocaqxana, Gəncə şəhəri N.Aliyev və N.Malikova küçələrinin kəsişməsi, Gəncə şəhəri Xətai küçəsi 7, Gəncə şəhəri H.Sultanov küçəsi 41, Gəncə-Qazax yolunun 21-ci kilometrliyi, Gəncə şəhəri M.Aliyev və N.Malikova küçələrinin kəsişməsi, ünvan 24cə-Şəmkir şossesi 01 ərazilərində, 11.12.2020-ci il tarixdə saat 01 radələrindən 23 radələrindək olan müddət ərzində yaşadığı ünvan 18 ünvanında yerləşən evini qanunsuz tərk edib Gəncə şəhəri H.Əliyev prospekti 95, ünvan 15tai prospekti 53, ünvan 12i, Gəncə şəhəri Xətai küçəsi, Samux rayonu Füzuli kəndi, Gəncə şəhəri N.Aliyev və N.Malikova küçələrinin kəsişməsi, Gəncə şəhəri Xətai küçəsi 7, Gəncə şəhəri H.Sultanov küçəsi 41, Gəncə-Qazax yolunun 21-ci kilometrliyi, Gəncə şəhəri M.Aliyev və N.Malikova küçələrinin kəsişməsi, ünvan 24cə-Şəmkir şossesi 01 ərazilərində, olmuş və yaşadığı ünvan 18 ünvanında yerləşən evini qanunsuz tərk edib digər yerlərə getmişdir. İş materiallarına əlavə edilmiş 21.01.2021-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Gəncə şəhər 6 nömrəli poliklinikasının sahə həkimi Şahid1 iştirakı ilə onun təqdim etdiyi 1 ədəd “ilkin müraciət edənlərin qeydiyyatı jurnalı”na və “ambulator xəstənin tibbi kartası”na baxış keçirilmişdir. Baxış zamanı müəyyən olundu ki, Şahid1 təqdim etdiyi “ilkin müraciət edənlərin qeydiyyatı jurnalı”nda 1989-cu il təvəllüdlü, Gəncə şəhəri, H.Əliyev prospektində yerləşən “İlin dörd fəsli” adlanan yaşayış kompleksi, bina 1, mənzil 45-də yaşayan Təqsirləndirilən şəxs 28.11.2020-ci il tarixdə qeydiyyata alınmışdır. Şahid1 təqdim etdiyi “ambulator xəstənin tibbi kartası”na baxış zamanı müəyyən olundu ki, həmin karta 28.11.2020-ci il tarixdə Təqsirləndirilən şəxs adına açılmış və kartanın 2-ci vərəqində xəstəliyin simptomlarına əsasən ona COVİD-19 diaqnozunun qoyulması qeyd edilmişdir. Bundan başqa həmin kartada xəstə Təqsirləndirilən şəxs ilə 01.12.2020-ci il tarixdə telefon əlaqəsi saxlanılaraq ona ev şəraitində müalicə olunması və evdən çölə çıxmaması tövsiyyə olunduğu qeyd edilmişdir. İş materiallarında olan “koronavirusinfo.az” internet səhifəsindən “Covid-19” virusu haqqında məlumatların və həmin virusa qarşı profilaktiki tədbirlərin X2 və Azərbaycan Respublikasının İcbari Tibbi Siğorta üzrə Dövlət Agentliyi tərəfindən sistemləşdirilmiş Tibb işçiləri üçün müvəqqəti rəhbərlikdən aydın olur ki, mövcud sübutlar “Covid-19” virusunun insanlar arasında yaxın təmas və hava-damcı yolu ilə ötürüldüyünü göstərir. Xəstəylə təmasda olan və ya xəstəyə qulluq edənlər arasında yoluxma riski ən yüksəkdir. “COVİD- 19” virusu təsdiqlənmiş xəstələrə 14 gün ev izolyasiyası tədbiq edilir. Müvafiq xəstəliyin inkubasiya dövrü 14 günədək ola bilər. Xəstə monitorinq müddətini evdə keçirməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayətin tərkibi vardır. Təqsirləndirilən şəxsin cinayət əməlini təqsirli olaraq törətməsi özünün etirafedici ifadəsi və şahidlərin ifadələri ilə yanaşı iş materiallarındakı istintaq və digər prosessual hərəkətlərin protokolları və sənədlərlə tam şəkildə öz təsdiqini tapmışdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 08.01.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Elektron Məhkəmə Sistemindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 28.07.2014-cü il təvəllüdlü X6 adlı 1 azyaşlı uşağı vardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; - 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; - 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, himayəsində 1 azyaşlı uşağı olunmasını onun cəzasını yüngülləşdirən hallar hesab edir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların isə olmamasını, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olmasına və onun ailəsinin həyat şəraitinə təsirini, eləcə də işin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1-ci maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəza təyin olunacağı təqdirdə təmin edilə bilər, bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən müdafiəçi X1 məhkum Təqsirləndirilən şəxs məhkəmədə 8 saat dövlət hesabına göstərdiyi hüquqi yardıma görə işlədiyi Gəncə şəhər 1 saylı Vəkil Bürosuna, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərilmiş hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla 48 manat məbləğində pul Azərbaycan Respublikası Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut –1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirli bilinib 2500 (iki min beş yüz) manat cərimə cəzasına məhkum edilsin. Cəzanın icrası Gəncə şəhər Probasiya şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə müdafiəçi X1 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab №AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) Azərbaycan Respublikasının Dövlət Büdcəsindən 48 (qırx səkkiz) manat məbləğində pul ödənilsin. İş üzrə maddi sübut –1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Həmin müddət ərzində apelyasiya protesti və ya apelyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar