Məhkəmə qərarları › İş №1(044)-127/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(044)-127/2022

28.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(044)-127/2022 28.04.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin məsləhətçisi (məhkəmə iclas katibi) Yediyarova Zeynəb Fərman qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru ədliyyə müşaviri X2, Zərərçəkmiş şəxs Bəhrəm oğlunun, çinayət əməlini törətmiş şəxs İbrahimov X5 və onun müdafiəçisi Gəncə şəhər Hüquq Məsləhəxanasının vəkili X1, iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan və Gəncə şəhəri, N.Nərimanov pr., ev 318 ünvanda yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM-in) 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icrat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, 24.03.2022-ci il tarixdə saat 12 radələrində Gəncə şəhəri, Gülüstan qəsəbəsində yerləşən «Gülüstan sağlamlıq mərkəzi» adlı xəstəxana yaxınlığında Zərərçəkmiş şəxs ilə şəxsi münasibət zəminində aralarında baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs sifətindən əl zərbəsi ilə qəsdən vurmaqla sol əng sümüyünün qapalı, yerdəyişməyən sınığı ilə müşaiyət olunan sol yanaq nahiyəsinin yumşaq toxumalarının əzilməsi, hematoması kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa AZ AĞİR dərəcəli xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında bildirdi ki, o, 23.03.2022-ci il tarixində təxminən saat 11:30 radələrində tanışı X4 şəhəri, Gülüstan qəsəbəsində yerləşən “Gülüstan sağlamlıq mərkəzi” xəstəxanasına aparmış, daha sonra xəstəxanadan çıxıb yaxınlıqda şəxsi işlərini həll etməyə getmişdir. Bir qədər sonra Şəhla Məmmədova zəng edərək xəstəxanada tanımadığı şəxsin onu narahat edərək tanışlıq məqsədilə üzərində mobil nömrəsi olan kartını verdiyini, lakin həmin kartı qəbul etmədiyini söylədikdə xəstəxanaya qayıtmışdır. Şəhla Məmmədova xəstəxananın yaxınlığında avtomobilində əyləşmiş həmin şəxsi göstərdikdə ona (Şəhla Məmmədova) xəstəxananı tərk edib evə getməsini tapşırmış və həmin şəxsə yaxınlaşıb özünü təqdim edərək həmin şəxsin adının Zərərçəkmiş şəxs olduğunu özündən öyrənmişdir. Zərərçəkmiş şəxs hansı səbəblə tanımadığı qadına mobil nömrəsini verdiyini soruşduqda Rəfi adlı şəxs kobud cavab verdiyi üçün əl zərbəsi ilə Zərərçəkmiş şəxs sifətindən bir dəfə vurmuşdur. Mübahisənin 2 dəqiqə davam etdiyini, mübahisə zamanı ətrafda başqa şəxslərin olmadığını bildirdi. O, zərərçəkmişlə barışdığı üçün barəsində olan işin icrasına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs Bəhrəm oğlu ifadəsində bildirdi ki, o, etibarnamə ilə “X7” markalı 99SM833 dövlət qeydiyyat nömrə nişanlı avtomaşını sifariş olanda taksi kimi idarə edir. 23.02.2022-ci il tarixində təxminən saat 12 radələrində həyat yoldaşı Gülnaz Namazovanın müayinəsi ilə bağlı nəticələri götürmək üçün Gəncə şəhəri Gülüstan qəsəbəsində yerləşən “Gülüstan sağlamlıq mərkəzi” xəstəxanasına getmişdir. Xəstəxanada olan zaman özünə məxsus mobil nömrə olan kartı xəstəxanadakı tanımadığı qadına avtomaşınla bağlı sifarişi olsa əlaqə saxlaması üçün vermişdir. Daha sonra o, xəstəxanada müayinə sənədləri ilə maraqlanmış və sənədlərlə bağlı bir qədər gözləməsi xahiş olunmuşdur. Xəstəxanadan çıxıb yaxınlıqda avtomaşınına əyləşmiş, bir müddət gözlədikdən sonra özünü Elmir kimi təqdim edən şəxs yaxınlaşıb hansı səbəbdən tanışı Şəhla adlı qadına mobil nömrə verdiyini soruşmuş mübahisə edərək sifətinin sol tərəfindən yumruq zərbəsi ilə vurmuşdur. 24.03.2022-ci il tarixində Nizami RPİ-yə gələrək olanlar barədə məlumat vermişdir. Xəsarəti olduğu üçün məhkəmə tibbi ekspertiza müayinəsindən keçmək istədiyini bildirmişdir. Mübahisənin Gəncə şəhəri Gülüstan qəsəbəsində yerləşən “Gülüstan sağlamlıq mərkəzi” adlanan xəstəxananın yaxınlığında baş verdiyini, 2-3 dəqiqə davam etdiyini və mübahisə zamanı ətrafda başqa şəxslərin olmadığını bildirdi. O, Təqsirləndirilən şəxs ilə barışmışdır. Məhkəmədə tədqiq edilmiş və işdə olan məhkəmə tibb ekspertizasının 24.03.2022ci il tarixli 430 saylı rəyindən görünür ki, 1960-cı il təvəllüdlü Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarət – sol əng sümüyünün qapalı, yerdəyişməyən sınığı ilə müşaiyət olunan sol yanaq nahiyəsinin yumşaq toxumalarının əzilməsi, hematoması –bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmiş, əmələ gəlmə müddəti müayinə olunan vaxta nəzərən (müayinə 24.03.2022-ci il tarixdə) 1-2 gündür və ağırlıq dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilir. Beləliklə, məhkəmə iclasında bilavasitə tədqiq edilən, biri-digərini tamamlayan sübutlar əsasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs, 24.03.2022-ci il tarixdə saat 12 radələrində Gəncə şəhəri, Gülüstan qəsəbəsində yerləşən «Gülüstan sağlamlıq mərkəzi» adlı xəstəxana yaxınlığında Zərərçəkmiş şəxs ilə şəxsi münasibət zəminində aralarında baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs sifətindən əl zərbəsi ilə qəsdən vurmaqla sol əng sümüyünün qapalı, yerdəyişməyən sınığı ilə müşaiyət olunan sol yanaq nahiyəsinin yumşaq toxumalarının əzilməsi, hematoması kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa AZ AĞİR dərəcəli xəsarət yetirmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs törətdiyi cinayət əməli CM-in127.1-cimaddəsiilə düzgün tövsif edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işə əlavə edilmiş Zərərçəkmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, hazırda Təqsirləndirilən şəxs ilə barışmış, onun barəsində heç bir şikayəti və yoxdur. Məhkəmə iclasında tədqiq edilmiş və işə əlavə edilmiş Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, o, hazırda zərərçəkmiş ilə barışmışdır, barəsində olan cinayət işinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməklə cinayət təqibinə xitam verilməlidir. Məhkəmə iclasında elan edilmiş və işdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsindən alınmış 01.04.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Azərbaycan Respublikası CM-in 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CM-nin 10.4-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və həmin əmələ görə cəza müəyyən edən, cəzanı ağırlaşdıran, yaxud cinayət törətmiş şəxsin vəziyyətini başqa cür ağırlaşdıran cinayət qanununun geriyə qüvvəsi yoxdur. Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci addəsinin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində cinayət təqibinə xitam verilir. Azərbaycan Respublikası CM-in 72-ci maddəsinin Qeyd hissəsinə əsasən şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Odur ki, Təqsirləndirilən şəxs oğluna CM-nin 73.2-ci maddəsi tətbiq olunmaqla barəsində olan sadələşdirilmiş icraat materiallarına xitam verilməsini məhkəmə mümkün hesab edir. Beləliklə, məhkəmədə işə baxılarkən aydın olmuşdur ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs, həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət təqibinə xitam verilməlidir. İş üzrə maddi sübut, mülki iddia, ekspertiza xərci və müsadirə tətbiq ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 37.4, 43.1.2, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs, həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və barəsində cinayət təqibinə xitam verilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddətbaşa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar