Məhkəmə qərarları › İş №1(044)-128/2020

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-128/2020

16.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-128/2020 16.10.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi ilə, məhkəmə iclasının katibi Novruzov Maarif Vidadi oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X2, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1987-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Tovuz rayonu, Qaraxanlı kəndində qeydiyyatda olan, Gəncə şəhəri, Cavadxan qəsəbəsində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinəaçıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə, saat 15 radələrində sürücülük hüququ olmaqla etibarnamə əsasında idarə etdiyi özünə məxsus “X7” yük markalı, **-DN-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə Gəncə şəhəri, Nizami rayonu, F.Həsənov küçəsində yerləşən Gəncə şəhər Mənzil Kommunal Təsərrüfat X1 İdarəsinə məxsus xüsusi mühafizə olunan Gülçülük sahəsinin ərazisindəki torpaq örtüklü yolda dönmə əməliyyatı yerinə yetirmək məqsədi ilə geriyə hərəkət edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin13-cü hissəsinin tələblərinə əsasən, həmin manevrin təhlükəsizliyinə və hərəkətin digər iştirakçılarına maneə yaratmamasına əmin olmalı, lazım gəldikdə başqa şəxslərin köməyindən istifadə etməli olduğu halda bu tələblərə əməl etməyib həmin vaxt avtomobilin arxasında olan piyada Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan vuraraq Zərərçəkmiş şəxs sağ alın-təpə-gicgah nahiyyələrinə uyğun hissələrdə başın yumşaq toxumalarına qansızma, kəllə tağı və kəllə əsası sümüklərinin xətti formalı sınığı, baş beyinə qansızma, döş qəfəsinin hər iki tərəfdən İİ-İİİ-İV-V-Vİ-Vİİ-Vİİİ-İX qabırğaların məmə xətti üzrə sınıqları, sınıq ətrafı yumşaq toxumalara qansızma, hər iki ağciyərin cırılması, sol göz nahiyyəsinin hematoması, üzün sağ yarısının, döş qəfəsinin ön səthinin, sol bazu, hər iki kürək, sol sağrı, sağ əlin arxa səthinin, hər iki diz və sağ baldır nahiyyələrinin sıyrıqları ilə müşayiət olunan və birgə həyat üçün təhlükəli olmaqla sağlamlığa ağır zərərvurmaya aid edilən xəsarətlər yetirməklə açıq küt kəllə beyin travmasından əmələ gələn kəllə tağı və kəllə əsası sümüklərinin sınığı və baş beyinə qansızma nəticəsində ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs ölümünə səbəb olan yol- nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi onun özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadəsi, ekspertiza rəyləri, iş materiallarında olan və tədqiq olunan digər sübutlarla aşağıdakı qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Gəncə şəhəri, Cavadxan qəsabəsində qeydiyyatsız olaraq ailə üzvləri ilə birlikdə yaşayır və həmin evdə avtomobil ehtiyat hissələrinin satışı ilə məşğul olur. “X7” yük markalı, **-DN-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil onun özünə məxsusdur. Özü qeyd olunan həmin avtomobili baş etibarnamə əsasında özünə məxsus BC kateqoriyalı, AC 623277 seriya nömrəli sürücülük vəsiqəsi əsasında idarə edir. xx xxx 2020-ci il tarixdə, saat 15 radələrində həmin nəqliyyat vasitəsini idarə edib Kamil və atası Vidadi ilə birlikdə Gəncə şəhər Mənzil Kommunal Təsərrüfat X1 İdarəsinin Gəncə şəhəri, F.Həsənov küçəsində yerləşən Gülçülük sahəsinin ərazisinə getmişdir. Oraya getməkdə məqsədi Gəncə çayının sahilində yerləşən evinin çay sularından mühafizəsi üçün bənd tikdirmək olmuşdur. Bunun üçün əvvəlcədən qaldırıcı kranı olan nəqliyyat vasitəsinin sürücüsü İftixarla bənd quraşdırmaq üçün beton maneələri kranla qaldırmaqda köməklik etməsi barədə danışmışdır. Həmin vaxt o, Gülçülük sahəsinin ərazisinə girərkən darvazadan içəri daxil olmuş, bir qədər sonra oraya idarə etdiyi qaldırıcı kranı olan nəqliyyat vasitəsi ilə İftixar gəlmişdir. Gəncə çayının sahilində yerləşən evində olarkən İftixar ona zəng edib Gülçülük sahəsinin ərazisinə giriş darvazasının yanında olduğunu, lakin darvazanın bağlı olduğunu bildirmişdir. Bunun üçün də özü “X7” yük markalı, **-DN-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsini idarə edib həmin darvazanın yanına gəlmişdir. Orada darvazanı açması üçün Gülçülük sahəsinin məsul işçisinə zəng etmiş, lakin açar mühafizəçidə olduğundan darvazanı aça bilməmişdir. Bundan sonra o, qeyd edilən avtomobili idarə edib mühafizəçini tapmaq üçün getmək istəmiş, lakin yolun hərəkət hissəsi dar olduğundan, idarə etdiyi nəqliyyat vasitəsi isə bir qədər uzun olduğundan avtomobili geriyə hərəkət etdirməyə başlamışdır. O, nəqliyyat vasitəsini təxminən 10 metr geri hərəkət etdirdikdə arxa tərəfdən nəyinsə nəqliyyat vasitəsinə dəydiyini eşitmiş və dərhal nəqliyyat vasitəsinin hərəkətini dayandırmışdır. Avtomobildən düşüb arxa tərəfə keçdikdə tanımadığı 55-60 yaşlarında bir nəfər şəxsin, sonradan adını bildiyi Zərərçəkmiş şəxs nəqliyyat vasitəsinin altında qaldığını, üz-gözünün qan içində olduğunu görmüş və dərhal həmin şəxsi qucağına alıb idarə etdiyi avtomobilə mindirib Gəncə şəhər 3 saylı xəstəxanaya aparmış, lakin həmin şəxs xəstəxanada ölmüşdür. Hadisə vaxtı hadisə yerində yalnız sürücü İftixar olmuş və onun avtomobili geri hərəkət etdirib qəfil dayandırdığını görmüşdür. Kran sürücüsü İftixar bağlı darvazanın digər tərəfində olmuşdur. Hadisəyə səbəb isə mərhum piyada Faiq adlı şəxsi görməməsi olmuşdur. Belə ki, o, nəqliyyat vasitəsini geri hərəkət etdirməzdən əvvəl nəqliyyat vasitəsinin yan güzgülərindən geriyə baxmış və heç bir maneə görmədiyi üçün nəqliyyat vasitəsini normal sürətlə geri hərəkət etdirmişdir. Həmin piyada isə sərxoş vəziyyətdə olmuşdur. Belə ki, o, hadisədən sonra həmin piyadanı qucağına alarkən piyadadan spirtli içki qoxusu gəlirmiş. Onun özü isə hadisə vaxtı ayıq olmuş, hadisədən əvvəl spirtli içki qəbul etməmişdir. Hadisə vaxtı idarə etdiyi nəqliyyat vasitəsində sadəcə onun özü olmuşdur. Hadisə yerində aşkar edilmiş 13.3 metr təkər izləri onun darvazanı açmağa gələrkən sürətli gəldiyi üçün sərt tormozlama etdiyinə görə yaranmışdır. Bundan bir qədər sonra isə hadisə baş vermişdir. Hadisədən sonra zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmış və ona dəymiş ziyanı tam olaraq ödəmişdir. Hazırda zərərçəkmiş şəxsin hüquqi varisinin ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alıb məhkəmədən onun barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X4 ifadə verərək bildirmişdir ki, o, ünvan 1 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır və Gəncə şəhərində 28 saylı uşaq baxçasında tərbiyəçi işləyir. Mərhum Zərərçəkmiş şəxs onun əri olub. Əri Zərərçəkmiş şəxs da onunla birlikdə 28 saylı uşaq baxçasında çalışırmış. Belə ki, Zərərçəkmiş şəxs həmin baxçada mühafizəçi işləyirmiş. xx.xx.2020-ci il tarixdə, günorta saatlarından bir qədər keçmiş oğlu Vüqar ona zəng edərək Zərərçəkmiş şəxs yol-nəqliyyat hadisəsi nəticəsində Gəncə şəhər 3 saylı xəstəxanada vəfat etdiyini bildirmişdir. O, dərhal həmin xəstəxanaya getmiş və xəstəxanaya çatdıqda əri Zərərçəkmiş şəxs həqiqətən də vəfat etməsini görmüşdür. Xəstəxanada onlara məlum olmuşdur ki, hadisəni törədən Fizuli adlı şəxsdir. Belə ki, mərhum əri Zərərçəkmiş şəxs tez-tez Gülçülük sahəsi deyilən yerə gedib, orada istirahət edirmiş. Həmin vaxt Fizuli adlı şəxs idarə etdiyi “X7” yük markalı avtomobilini geriyə hərəkət etdirərkən ehtiyatsızlıqdan əri Zərərçəkmiş şəxs vurub öldürmüşdür. Hadisədən sonra Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi və mənəvi ziyan tam ödənilmiş və onlar barışmışlar. Ona görə də hazırda təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, ona qanunda nəzərdə tutulmuş ən yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, təxminən 5-6 ildir ki, Gəncə şəhər MKTİB-də avtokran sürücüsü işləyir. Təqsirləndirilən şəxs da uzun müddətdir ki, tanıyır, aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Təqsirləndirilən şəxs Gəncə çayının sahilində evi var. Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə avtokranla Gəncə çayının sahilində, evinin kənarında bir-iki beton pilitəni götürüb çayın kənarına qoymasını ondan xahiş etmişdir. O da Fizuli ilə razılaşmışdır. Həmin gün saat 15 radələrində avtokranla Gəncə şəhəri, F.Həsənov küçəsində yerləşən Gülçülük sahəsinin ərazisinə getmişdir. O, Gülçülük sahəsinin ərazisinə girişdə olan dəmir darvazaya çatdıqda dayanıb Fizuliyə zəng etmiş və darvazanın bağlı olmasını bildirmişdir. Fizuli isə ona gözləməsini, özünün gələcəyini bildirmişdir. O, bir qədər gözlədikdən sonra Fizuli idarə etdiyi “X7” yük markalı, **-DN-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə onun dayandığı yerə, yəni bağlı darvazanın əks tərəfinə gəlmişdir. Fizulinin gəldiyi yol torpaq örtüklü idi. Fizuli idarə etdiyi həmin avtomobilin qarşı tərəfini onun dayandığı istiqamətdə saxlamış və bağlı darvazanın yanında kiməsə zəng vurub danışmış, darvazanın açarını almaq üçün getmək qərarına gəlmişdir. Həmin vaxt o, avtokranın kənarında, yerdə olmuşdu. Fizuli gəldiyi həmin avtomobilə əyləşmiş və gəldiyi torpaq yolun eni məhdud olduğu üçün avtomobilini geri döndərmək mümkün olmadığından geri hərəkət etdirməyə başlamışdır. Bir neçə metr avtomobilini geri hərəkət etdirdikdən sonra Fizuli avtomobili dayandırmış və ona zəng edərək adam vurduğunu bildirmiş, ondan getməsini istəmişdir. O da Fizulinin kimi vurduğunu görmədən avtokranı idarə edib geri qayıtmış və öz işləri ilə məşğul olmuşdur. Həmin vaxt Fizulinin avtomobilinə diqqət etmədiyi üçün həmin avtomobilin arxa tərəfində kiminsə olub-olmadığını görə bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərmişdir ki, o, Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin baş inspektorudur. xx xxx 2020-ci il tarixdə saat 16 radələrində xidmətdə olarkən Gəncə şəhəri, F.Həsənov küçəsində yerləşən Gülçülük sahəsində “X7” yük markalı avtomobilin geriyə hərəkət edərkən bir nəfər piyadanı vuraraq ehtiyatsızlıqdan öldürməsi barədə Gəncə şəhər Baş Polis İdarəsinin Növbətçi Hissəsindən xidməti məlumat alaraq dərhal qeyd edilən hadisə yerinə getmiş və hadisə yerinə çatdıqda orada torpaq yolda qan izlərinin və təkər izlərinin olmasını aşkar etmişdir. Orada sürücünün və piyadanın Gəncə şəhər 3 saylı Təcili tibbi yardım xəstəxanasında olmalarını öyrənib, həmin xəstəxanaya getmiş və həmin xəstəxanada bir nəfər şəxs ona yaxınlaşıb sürücü kimi özünü təqdim edərək adının Təqsirləndirilən şəxs olmasını bildirmişdir. Bundan sonra o, müstəntiq, hal şahidləri və sürücü Təqsirləndirilən şəxs hadisə yerinə qayıtmış, hadisə yerinə baxış keçirilərək fotoşəkillər çəkilmiş və özü də hadisə yerinə baxış keçirilməsində iştirak edərək protokola imza etmişdir. Həmin vaxt qeyd edilən avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisəni ehtiyatsızlıqdan törətdiyini, hadisədən dərhal sonra piyadanı avtomobilinə əyləşdirib xəstəxanaya apardığını bildirərək sənədlərini ona təqdim etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx xxx 2020-ci il tarixli “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokol və fotocədvəldən, eləcə də ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə Gəncə şəhəri, F.Həsənov küçəsində yerləşən Gülçülük sahəsinin ərazisindəki torpaq örtüklü yolda baş vermişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx xxx 2020-ci il tarixli “baxış keçirilməsi haqqında” protokol və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs iştirakı ilə hadisə vaxtı onun idarə etdiyi “X7” yük markalı, **-DN-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı avtomobilin arxa dövlət qeydiyyat nömrə nişanının yuxarı sağ tərəfində kiçik batıq olması müəyyən edilmiş, iş üçün əhəmiyyət kəsb edən hər hansı bir əşya aşkar edilməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2020-ci il tarixli, 998/2020 saylı “Sərxoşluğun təyini” aktından görünür ki, hadisə baş verən zaman sürücü Təqsirləndirilən şəxs ayıq vəziyyətdə olmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-tibb ekspertizasının xx.xx.2020-ci il tarixli, 32 saylı rəyindən görünür ki, 1954-cü il təvəllüdlü mərhum Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər sağ alın-təpəgicgah nahiyyələrinə uyğun hissələrdə başın yumşaq toxumalarına qansızma, kəllə tağı və kəllə əsası sümüklərinin xətti formalı sınığı, baş beyinə qansızma, döş qəfəsinin hər iki tərəfdən İİ-İİİ-İV-V-Vİ-Vİİ-Vİİİ-İX qabırğaların məmə xətti üzrə sınıqları, sınıq ətrafı yumşaq toxumalara qansızma, hər iki ağciyərin cırılması, sol göz nahiyyəsinin hematoması, üzün sağ yarısının, döş qəfəsinin ön səthinin, sol bazu, hər iki kürək, sol sağrı, sağ əlin arxa səthinin, hər iki diz və sağ baldır nahiyyələrinin sıyrıqlarıdır. Qeyd olunan xəsarətlər həyatidir, bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmiş, əmələgəlmə müddətləri xx.xx.2020-ci il tarixə uyğun gəlir və birgə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilir. Zərərçəkmiş şəxs ölümünə səbəb açıq küt kəllə beyin travması nəticəsində əmələ gələn kəllə tağı və kəllə əsası sümüklərinin sınığı və baş beyinə qansızma olmuşdur. Ətraf mühit şəraitinə və meyit əlamətlərinə əsasən, ölümün müddəti meyit müayinə olunan vaxta, yəni xx.xx.2020-ci il tarixdə saat 17:50-yə nəzərən 2-4 saatdır. Mərhum Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlərin yolnəqliyyat hadisəsi nəticəsində əmələ gəlmələri istisna edilmir. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanının məhkəmə-kimyəvi tədqiqatı zamanı 1.1% qatılığında etil spirti aşkar edilmişdir. Etil spirtinin bu miqdarı qəbul edilmiş müvafiq cədvələ əsasən, yüngül dərəcəli sərxoşluq vəziyyyətinə uyğun gəlir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının xx.xx.2020-ci il tarixli, 8/992 nömrəli rəyindən görünür ki, “X7” yük markalı, **-DN-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 13-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Belə ki, həmin Qanunun 42-ci maddəsinin 13-cü hissəsinə əsasən, nəqliyyat vasitəsinin geriyə hərəkətinə o şərtlə icazə verilir ki, bu manevr təhlükəsiz olsun və hərəkətin digər iştirakçılarına maneə yaratmasın. Lazım gəldikdə, sürücü başqa şəxslərin köməyindən istifadə etməlidir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Təqsirləndirilən şəxs məxsus sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət X8 QİS / Gəncə Asan Xidmət Mərkəzi tərəfindən xx.xx.2016-cı il tarixdə AC 623277 nömrəli, BC kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və həmin sənədin etibarlılıq müddəti xx.xx.2026-cı il tarixədək müəyyən edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət X8 Tovuz RQİ və TBŞ-dən alınmış xx.xx.2020-ci il tarixli, 016-923 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs adına xx.xx.2016-cı il tarixdən xx.xx.2026-cı il tarixə kimi AC-623277 saylı “BC” dərəcəli sürücülük vəsiqəsi verilmişdir. Təqsirləndirilən şəxs adı sürücülük hüququndan məhrum olunanların siyahısında yoxdur. Cinayət işinin materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs hadisə vaxtı idarə etdiyi “X7” yük markalı, **-DN-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil Gəncə şəhəri, Kəpəz rayonu, Qırmızıkənd ərazisində qeydiyyatda olan Məmmədova Hökümə Cabbar qızının adına rəsmiləşdirilmişdir. Cinayət işinin materiallarında olan etibarnamədən görünür ki, avtomobil üzərində qanunvericilikdə nəzərdə tutulan müvafiq səlahiyyətlərə, o cümlədən idarə etmək hüququna dair xx.xx.2019-cu il tarixdə 01 il müddətinə, yəni xx.xx.2020-ci il tarixədək mülkiyyətçi Məmmədova Hökümə Cabbar qızı tərəfindən sürücü Təqsirləndirilən şəxs etibarnamə verilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Tovuz rayon X5 rayonlararası Narkoloji və Ruhi-Əsəb Dispanserlərindən alınmış arayışlarından görünür ki, Tovuz rayonu, Qaraxanlı kəndində qeydiyyatda olmaqla Gəncə şəhəri, Cavadxan qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs həkim-psixiatrın və həkim-narkoloqun dispanser qeydiyyatında olmaması müəyyən edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan zərərçəkmiş şəxsin hüquqi varisi X2Gəncə şəhər Baş polis İdarəsinə ünvanlanmış ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş maddi ziyanı tamamilə ödədiyini və ona görə də Təqsirləndirilən şəxs şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2020-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələrində nəzərdə tutulan cinayət əməli kimi qiymətləndirilməmişdir. Beləliklə, məhkəmə iclasında bilavasitə tədqiq edilən, biri-digərini tamamlayan sübutlar əsasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə, saat 15 radələrində sürücülük hüququ olmaqla etibarnamə əsasında idarə etdiyi özünə məxsus “X7” yük markalı, **-DN-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə Gəncə şəhəri, Nizami rayonu, F.Həsənov küçəsində yerləşən Gəncə şəhər Mənzil Kommunal Təsərrüfat X1 İdarəsinə məxsus xüsusi mühafizə olunan Gülçülük sahəsinin ərazisindəki torpaq örtüklü yolda dönmə əməliyyatı yerinə yetirmək məqsədi ilə geriyə hərəkət edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 13-cü hissəsinin tələblərinə əsasən, həmin manevrin təhlükəsizliyinə və hərəkətin digər iştirakçılarına maneə yaratmamasına əmin olmalı, lazım gəldikdə başqa şəxslərin köməyindən istifadə etməli olduğu halda bu tələblərə əməl etməyib həmin vaxt avtomobilin arxasında olan piyada Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan vuraraq Zərərçəkmiş şəxs sağ alın-təpə-gicgah nahiyyələrinə uyğun hissələrdə başın yumşaq toxumalarına qansızma, kəllə tağı və kəllə əsası sümüklərinin xətti formalı sınığı, baş beyinə qansızma, döş qəfəsinin hər iki tərəfdən İİ-İİİ-İV-V-Vİ-Vİİ-Vİİİ-İX qabırğaların məmə xətti üzrə sınıqları, sınıq ətrafı yumşaq toxumalara qansızma, hər iki ağciyərin cırılması, sol göz nahiyyəsinin hematoması, üzün sağ yarısının, döş qəfəsinin ön səthinin, sol bazu, hər iki kürək, sol sağrı, sağ əlin arxa səthinin, hər iki diz və sağ baldır nahiyyələrinin sıyrıqları ilə müşayiət olunan və birgə həyat üçün təhlükəli olmaqla sağlamlığa ağır zərərvurmaya aid edilən xəsarətlər yetirməklə açıq küt kəllə beyin travmasından əmələ gələn kəllə tağı və kəllə əsası sümüklərinin sınığı və baş beyinə qansızma nəticəsində ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs həmin cinayəti törətməkdə təqsiri tam sübuta yetirilmiş və onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Buna görə də o, həmin maddə ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2013-cü il tarixli “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 5 №-li Qərarının 1-ci bəndinə əsasən, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Bununla bağlı məhkəmələrin diqqəti yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam və hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixioloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Məhkəmə iclasında elan edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X3 xx.xx.2020-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2020-ci il tarixli, 297 saylı xasiyyətnamədən görünür ki, Gəncə şəhəri Kəpəz rayonu, Cavadxan qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X2 təqdim etdiyi və cinayət işinin materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi və mənəvi ziyan tamamilə ödənilmiş, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə Təqsirləndirilən şəxs zərər çəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməyə cəhd etməsini və buna nail olmasını, təqsirləndirilən şəxs tərəfindən maddi və mənəvi zərərin ödənilməsini, zərər çəkmiş şəxsin hüquqi varisinin ondan tələbinin və şikayətinin olmamasını, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi yardım göstərilməsinə çalışmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirib nəzərə alır. Təqsirləndirilən şəxs əməlində həmin Məcəllənin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmiş və cəzanı yüngülləşdirən hallar Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58 və 59-cu maddələrinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs cəza təyin edilən zaman nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-nin 58-ci maddəsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələbinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini məhkəmələr sözsüz təmin etməlidir. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də cinayətkarlıqla mübarizədə əsas diqqət sosialiqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən yuxarıda göstərilənləri, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların isə olmamasını cəza həddini müəyyən edərkən nəzərə alır və hesab edir ki, ona ittiham olunduğu Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, həmçinin həmin maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəzatəyin etməklə sosial ədalətin bərpasına, Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin tələblərinə, cəzanın məqsədlərinə və onun islah olunmasına nail olmaq olar. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1, 56.1.1-ci maddələrinə əsasən məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 68.1-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər cəzanın icrası yerlərinə və bir cəzaçəkmə müəssisəsindən digərinə müşayiətlə göndərilirlər. Məntəqə tipli cəzaçəkmə müəssisəsinə göndərilən və hökm qüvvəyə mindiyi zaman həbsdə olmayan məhkum məhkəmə icraçısının təqdim etdiyi müvafiq göstərişə əsasən müəyyən edilən vaxtda məntəqə tipli cəzaçəkmə müəssisəsinə şəxsən gəlməlidir. Məhkum üzrlü səbəb olmadan cəzanın icrası yerinə gəlmədikdə cəzanı icra edən müəssisənin və ya orqanın vəsatəti və müvafiq prokurorun təqdimatı əsasında məhkəmə onun tutulması barədə qərar qəbul edə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən iş üzrə yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 70 (yetmiş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən 12 (on iki) iş saatıməsrəf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2018-ci il tarixli Sərəncamının 1.3-cü bəndinə əsasən vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə dövlət hesabına göstərilən hüquqi yardıma görə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin İ hissəsinə müvafiq olaraq müəyyən edilmiş məbləğin 3 dəfə artırılması qərara alınmışdır. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabındanMüdafiəçi2 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına72 (yetmiş iki) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata götürüldüyü vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs əlavə cəza kimi təyin edilmiş nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəzası əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə müəyyən edilmiş 01 (bir) il 06 (altı) ay müddətə şamil edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra qurumuna həvalə edilsin. İş üzrə ekspertiza xərci olan 70 (yetmiş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına72 (yetmiş iki) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar