Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-129/2022 24.05.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Kazımov Rasim Sarı oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi(məhkəməiclaskatibi) Əliyev Nicat Şirzad oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş ProkurorluğununDövlət ittihamının müdafiəsi üzrə Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun və Təqsirləndirilən şəxs iştirakları ilə, Gəncə şəhər Nizami rayon Məhkəməsinin inzibati binasında xx xxxxxx 1980-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş,Gəncə şəhəri, Kəpəz rayonu, Ü.Hacıbəyov küçəs, ev 16, mənzil 9-da qeydiyyatda olan, Samux rayonu, Çobanabdallı kəndində yaşamış, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı istintaq təcridxanasında saxlanılan və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq 01 ədəd LB-75605 nömrəli, zavod üsulu ilə keçmiş SSRİ dövlətində Tula silah zavodunda 1914-cü ildə istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yararlı, 7,62 mm kalibrli yivli odlu silah hesab edilən Naqan sistemli Revolver modelli tapançanı, 02 ədədi döyüş sursatı və digər 02 ədədi isə ibtidai hərbi hazırlıq dərslərində, idman təlim məşqləri üçün nəzərdə tutulmuş təlim döyüş sursatı olmaqla ümumilikdə 04 ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş atəş üçün yararlı, 7,62x38R mm kalibrli, həmin kalibrli Naqan sistemli revolver silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş patronları əldə edib gəzdirərək daşıyıb saxlamış, barəsində qanunsuz olaraq odlu silah saxlaması barədə Gəncə şəhər BPİ-nin CAİ-nə daxil olmuş məlumat əsasında 05 fevral 2022-ci il tarixdə saat 15 radələrində Gəncə şəhər BPİ-nin CAİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Gəncə şəhəri, Nizami rayonu Şahsevənlər küçəsi ilə Eminbəyli küçəsinin kəsişməsində saxlanılaraq ünvan 1 ünvanında yerləşən Gəncə şəhər BPİ-nə gətirilmiş və üzərində şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli şalvarın bel hissəsində kəmərə taxılmış vəziyyətdə 01 ədəd nömrəsi silinmiş, zavod üsulu ilə keçmiş SSRİ dövlətində Tula silah zavodunda 1914-cü ildə istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yaralı, 7,62 mm kalibrli yivli odlu silah hesab edilən Naqan sistemli Revolver modelli tapançanı, 02 ədədi döyüş sursatı və digər 02 ədədi isə ibtidai hərbi hazırlıq dərslərində, idman təlim məşqləri üçün nəzərdə tutulmuş təlim döyüş sursatı olmaqla ümumilikdə 04 ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş atəş üçün yararlı, 7,62x38R mm kalibrli, həmin kalibrli Naqan sistemli revolver silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş patronları aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli onun özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, maddi sübutlar, ekspertiza rəyi, iş materiallarında olan və tədqiq olunan digər istintaq sənədləri ilə aşağıdakı qaydada sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin228.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilərək, ifadəsində göstərmişdir ki, qeyd edilən ünvanda yaşayır, heç bir yerdə işləmir. O, əvvəllər məhkum olunmuşdur. Tutulmamışdan təxminən 3-4 gün əvvəl Gəncə şəhəri, Dəmiryol Vağzalının yaxınlığında dəmiryolu relslərinin kənarı ilə gedən zaman relslərin kənarında tapança olduğunu görmüş və həmin tapançaya yaxınlaşan zaman onun “Revolver” tipli tapança olduğunu görüb götürmüşdür. Daha sonra həmin tapançaya baxan zaman onun içərisində 4 ədəd güllə olduğunu bilmişdir. Onun tapançaya hobbisi olduğundan tapançanı və içərisindəki güllələri tapdığı gündən etibarən üzərində gəzdirmiş və bu barədə heç bir kəsin məlumatı olmamışdır. Tapdığı həmin tapançadan heç vaxt istifadə etməmişdir. 05.02.2022-ci il tarixdə saat təxminən 16 radələrində Gəncə şəhəri, Şahsevənlər küçəsi ilə Eminbəyli küçəsinin kəsişməsində piyada hərəkətdə olan zaman 2 nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirdikdən sonra onu Gəncə şəhər BPİ-nə dəvət etmişlər və onlarla birlikdə Gəncə BPİnə gəlmişdir. Gəncə BPİ-də xidməti otaqların birində ona hüquq və vəzifələri izah edildikdən sonra hüquqlarının müdafiəsi üçün dövlət hesabına Müdafiəçi adlı vəkil dəvət edilmişdir. Daha sonra həmin xidməti otaqda video çəkiliş ilə onun üzərinə baxış keçirilmişdir. Baxış zamanı onun əynində olan qara rəngli şalvarının bel hissəsindən kəmərə keçirilmiş halda 1 ədəd “Revolver” tipli tapança və həmin tapançanın içərisində olan 4 ədəd güllə aşkar edilmişdir. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs əlavə olaraq bildirmişdir ki, o həmin tapança və 4 ədəd patronu təxminən 3-4 bundan əvvəl, yəni 2022ci ilin fevral ayının ilk günlərində Gəncə şəhəri, Dəmiryol Vağzalının yaxınlığında dəmiryolu relslərinin kənarı ilə gedən zaman relslərin kənarından tapmış və həmin silahdan heç vaxt istifadə etməmiş, həmin silahı əldə etdikdən sonra həmin silahdan hər hansısa bir formada atəş açmamış, həmin silahın nömrəsinin kim tərəfindən və hansı məqsədlə silinməsinin məlumatı olmamış, həmin silahın üzərində hər hansı bir əlavə dəyişiklik etməmiş, qanunsuz olaraq 1 ədəd Naqan sistemli Revolver modelli tapança əldə edərək üzərində saxlayıb daşıyaraq gəzdirməyindən heç kəsin, o cümlədən ailə üzvlərinin də, məlumatı olmamış, o sözgedən cinayət əməlimdən başqa digər hər hansısa bir cinayət əməli törətməmiş və belə bir məqsədi olmamış, barəsində əməliyyat-axtarış tədbirləri, təhqiqat və rəsmiləşdirmə aparılarkən ona qarşı hər hansı qanunsuz hərəkətlərə yol verilməmiş, bununla bağlı hər hansı bir vəsatəti və ya şikayəti olmamış, törətdiyi cinayət əməlini könüllü olaraq etiraf etmiş, həmin əməldən peşma olduğunu deyərək, özünü müdafiəsi ilə əlaqədar hər hansı bir dəlil və ya sübutunun olmadığını bildirmişdir. Əməlindən peşman olduğunu və barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı şahid qismində ifadə vermiş Şahid1 ifadəsində göstərmişdir ki, 05.02.2020-ci il tarixdə saat 14 radələrində Təqsirləndirilən şəxs Gəncə şəhəri ərazisində üzərində odlu silah daşıması barədə əməliyyat məlumatı daxil olduqdan sonra həmin məlumat əsasında o Gəncə şəhər BPİ-nin CAİ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və həmin idarənin kiçik inspektoru, polis serjantı Şahid3 ilə birlikdə Təqsirləndirilən şəxs Gəncə şəhəri Şahsevənlər küçəsi ilə Eminbəyli küçəsinin kəsişməsində olduğunu müəyyən edərək həmin əraziyə getmişlər və Təqsirləndirilən şəxs orada olduğunu görüb Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələrini göstərdikdən Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah əldə edib gəzdirməkdə şübhəli olduğunu bildirərək Gəncə BPİ-nə dəvət etmişlər. Gəncə BPİ-də Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra müdafiəçi dəvət etmək hüququ da izah edilmiş və vəkil Müdafiəçi Təqsirləndirilən şəxs müdafiəçisi kimi iştirakı təmin edilmiş və Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmiş və Təqsirləndirilən şəxs bu barədə bildiriş təqdim olunmuşdur. Bundan sonra vəkil Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtrış keçirilmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxsn əynində olan qara rəngli şalvarın bel hissəsində kəmərə taxılmış vəziyyətdə 01 ədəd nömrəsi silinmiş, Naqan sistemli Revolver modelli tapança və həmin tapançanın sandıqçasında 04 ədəd patronlar aşkar edilərək götürülmüşdür. Daha sonra götürülmüş 01 ədəd nömrəsi silinmiş, Naqan sistemli Revolver modelli tapança və həmin tapançanın sandıqçasında 04 ədəd patronlar zərfdə qablaşdırılmış və ağzı Azərbaycan Respublikası DİN-in 91 saylı möhürü ilə möhürlənərək üzəri tərəflərindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, üzərindən aşkar edilmiş tapança və patronlar özünə məxsusdur, saxlanılmamışdan təxminən 3-4 gün əvvəl dəmir yolu relslərin yaxınlığında tapmışdır. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 və Şahid3 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdilər. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-ballistik ekspertizasının 06 fevral 2022-ci il tarixli, 22/115R nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş xəzinəsinin (kamorların) üzərində LB-75605 nömrəsi olan 01 ədəd silah zavod üsulu ilə keçmiş SSRİ dövlətində Tula silah zavodunda 1914-cü ildə istehsal olunmuş 7,62 mm kalibrli Naqan sistemli revolverdir, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. - Təhqiqata təqdim edilmiş 04 ədəd patronlar zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 7,62x38R mm kalibrli olmaqla həmin kalibrli Naqan sistemli revolver silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş ştat patronlarıdırlar. Lakin onlardan 02 ədədi döyüç sursatıdırlar və digər 02 ədəd isə ibtidai hərbi hazırlıq dərslərində, idman təlim məşqləri üçün nəzərdə tutulmuşdur, təlim döyüş sursatıdırlar və atəş üçün yararlıdırlar. Eksperimental atəşlər zamanı əldə olunmuş güllə və giliz DİN-in KTİ-də yerləşən “güllə-giliz” kartotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş güllə-gilizlərlə müqayisə edilib nəticəsi haqqında Sizə məlumat veriləcəkdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan DİN-in Kriminilastik Tədqiqatlar İdarəsinin 10.02.2022-ci il tarixli məktubundan görünür ki, 01 ədəd 7,62 kalibrli xəzinəsində LB-75605 nömrəsi olan, Naqan sistemli revolverdən eksperimental qaydada atılmış güllə-giliz nümunələri idarənin “güllə-giliz” kartotekasında “ARSENAL” avtomatlaşdırılmış balistik sistemi vasitəsilə yoxlanıldı. Müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 28 fevral 2022-ci il tarixli video görüntüyə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı əşya və predmet olmadığı soruşulur. Təqsirləndirilən şəxs üzərində odlu silah olduğunu bildirərək, əynində olan qara rəngli cins şalvarın belinə keçirilmiş halda 1 ədəd “Revolver” tipli tapança çıxardaraq təqdim edir. Baxış zamanı həmin “Revolver” tipli tapançanın nömrəsinin silindiyi və sandıqçasında 4 ədəd güllə olduğu müəyyən edilir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs həmin tapançanı və içərisində olan güllələri 3-4 gün bundan əvvəl Gəncə şəhəri, Dəmiryol Vağzalı adlanan ərazidə relslərin yaxınlığında tapdığını, üzərində daşıdığını, həımin tapançanın onda olması barədə heç kimin məlumatı olmadığını və həmin tapançadan istifadə etmədiyini bildirir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Psixonevroloji Dispanserin 19 fevral 2022ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs dispanserdə qeydiyyatda durmur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 05.02.2022-ci il tarixli protokoldan görünür ki,Təqsirləndirilən şəxs 05 fevral 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və saxlanması üçün Gəncə şəhər Baş Polis İdarəsinin X1 təhvil verilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 07 fevral 2022-ci il tarixli, 4(044)-16/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 05.02.2022-ci il tarixdən hesablanmaqla 02 (iki) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 02 aprel 2022-ci il tarixli, 4(044)-45/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 06.05.2022ci il tarixədək uzadılmışdır. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş «Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında» 12 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş odlu silah və patronların əldə edilmə tarixi və mənbəyi istintaqa məlum olmayan tarix və mənbə kimi qiymətləndirilsin. Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd /15-75605 nömrəli, zavod üsulu ilə keçmiş SSRİ dövlətində Tula silah zavodunda 1914-cü ildə istehsal Olunmuş, 7,62 mm kalibrli yivli odlu silah hesab edilən Naqan sistemli Revolver modelli tapança və 06.02.2022-ci il tarixli tədqiqatdan qalıq qalmış 02 ədəd ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 7,62x38R mm kalibrli, həmin kalibrli Naqan Sistemli revolver silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş patronlar xüsusiyyətlərinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxta görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyi üçün maddi sübut kimi tanınmışdırvə Gəncə şəhər BPİ-nin saxlanca verilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Beləki, Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Xidməti və mülki silah haqqında” Qanun) 2-ci maddəsinin 8-ci bəndinə görə odlu silah - barıtın və ya digər alışan maddələrin yanmasından yaranan enerji hesabına mərmisi istiqamətlənmiş hərəkət edərək müəyyən məsafədən hədəfi mexaniki zədələmək və ya sıradan çıxarmaq təyinatına malik olan silahdır. Sözügedən Qanunla bütün xidməti və mülki silahların, o cümlədən odlu silahın dövriyyəsi ilə bağlı qadağan olunan hərəkətlərin dairəsi müəyyənləşdirilmiş, onun əldə edilməsi, gəzdirilməsi və ondan istifadə edilməsi, habelə onun istehsalı və satışı müvafiq icazənin alınması ilə şərtləndirilmişdir (“Xidməti və mülki silah haqqında” Qanunun 3, 8 və 9-cu maddələri). Bu Qanun və digər müvafiq qanunvericilik aktları ilə müəyyən olunmuş qaydaların pozulması isə məsuliyyətin yaranmasına səbəb olur. Belə ki, qeyd olunan Qanun xidməti və mülki silahın yalnız dövriyyəsi ilə bağlı hüquqi münasibətləri tənzimləyir, odlu silahla qanunsuz hərəkətlərə görə məsuliyyət isə digər qanunlar, o cümlədən cinayət məsuliyyəti cinayət qanunu ilə müəyyən edilir. Belə məsuliyyətin növlərindən biri kimi CM-in 228-ci maddəsi çıxış edir. Həmin maddəyə əsasən “qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə” cinayət əməlini təşkil edir. “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə” məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27.05.2005-ci il tarixli 2 №-li qərarında göstərilmişdir ki, CM-nin 228.1-ci maddəsində silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz əldə edilməsi dedikdə, onların satın alınması, başqa əmlakla və ya əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, habelə, tapılmış qeyd olunan predmetlərin mənimsənilməsi və s. hərəkətlər başa düşülür. Bu cinayətin predmetlərinin qanunsuz saxlanılması dedikdə, onların binalarda, gizli saxlanc yerlərində, habelə mühafizəsi təmin edilən və üzərində zəruri nəzarət həyata keçirilən digər yerlərdə saxlanılması başa düşülməlidir. Həmin predmetlərin qanunsuz daşınması dedikdə, onların yerinin dəyişdirilməsi ilə istənilən üsulla qəsdən edilən hər hansı bir hərəkət başa düşülməlidir. Odlu silahın və bu cinayətin digər predmetlərinin qanunsuz gəzdirilməsi dedikdə, onların təqsirli şəxsin bilavasitə paltarlarında, bədənin üstündə olması, eyni zamanda çantada, portfeldə və s. predmetlərdə gəzdirilməsi başa düşülməlidir. Məhkəmə iş üzrə hərtərəfli, obyektiv və tam araşdırma aparıb, məhkəmə baxışında tədqiq edilmiş sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə edib daşıyaraq saxlaması cinayətini törətməkdə təqsirliliyi tam sübuta yetirildiyindən onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Odur ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə tövsif olunmalı və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin sanksiyasında iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etməcəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 31.10.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CMnin 177.2.2-ci maddəsi ilə təqsirli bilinib 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzanına məhkum edilmişdir. Azərbaycan Respublikasının CM-nin 67-ci maddəsinə əsasənbu cəza bundan əvvəlki Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 19 yun 2017-ci il tarixli hökmü ilə CM-nin 177.2.1, 177.2.3 və 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş 3000 manat cərimə növündə əsas cəzaının hökm çıxarılan tarixə çəkilməmiş hissəsi ilə tam birləşdirilməklə ona qəti olaraq 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası və 2817 manat cərimə cəzası təyin olunmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olanGəncə şəhər Probasiya Şöbəsinn məktubundan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 31.10.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 177.2.2-ci maddəsi ilə təqsirli bilinib, 2817 manat cərimə cəzasına məhkum edilmiş, “8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli Qərarının 2.11-ci bəndi tətbiq edilərək cərimə cəzasından azad edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxsGəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 31.10.2018-ci il tarixli hökmüilə təyin edilmiş cəzanı çəkib qurtardığı gündən 02 il keçmədiyindən onun həmin məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residiviyaranır. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan RespublikasınınCinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-in 58-ci maddəsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarı). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına görə deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlüləlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də cinayətkarlıqla mübarizədə əsas diqqət sosialiqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinn Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş 045279 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs İİ qrup əlildir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan arayışdan görünür ki, Təqsirləndirilən şəxs Samux rayonun Çobanabdallı kəndndə yaşayır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakteriza olunur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş və yenidən qəsdən cinayət törətdiyinə görə onun əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən cinayətin residivi mövcuddur. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməldən peşmançılıq hissi keçirməsini (CM-nin 59.2), Təqsirləndirilən şəxs İİ qrup əlil ollmasını və yaşayış yeri üzrə müsbət xarakterza olunmasını nəzərə alıb onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlinə cinayətin residivinin olması onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, eyni zamanda həm sosial ədalətin bərpası, həm də onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin sanksiyası daxilindəmüəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələblərinə uyğun cəza təyin edilməlidir. Azərbaycan RespublikasınınCinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6 maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Odur ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət ona təyin olunacaq cəzaçəkmə müddətinə daxil edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun həbsdə olduğu müddət cəza müddətinə hesablanmaqla cəzaçəkmənin əvvəli onun şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni 05 fevral 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.19cu maddəsinin tələbləri baxımından işüzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd LB-75605 nömrəli, zavod üsulu ilə keçmiş SSRİ dövlətində Tula silah zavodunda 1914-cü ildə istehsal olunmuş, 7,62 mm kalibrli yivli odlu silah hesab edilən Naqan sistemli Revolver modelli tapança və 06.02.2022-ci il tarixli tədqiqatdan qalıq qalmış 02 ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 7,62x38R mm kalibrli, həmin kalibrli Naqan sistemli revolver silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş patronlarhökm qanuni qüvvəyə mindikdən sonra əvəzsiz olaraq müsadirə edilməli və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. Bundan başqaTəqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən istifadə edilmiş video çəkilişin köçürüldüyü 1 ədəd “DVD” diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından 54 (əlli dörd) manat pul Müdafiəçi vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur, Azərbaycan RespublikasınınCinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasınaməhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 05 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc yerində saxlanılan, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd LB-75605 nömrəli, zavod üsulu ilə keçmiş SSRİ dövlətində Tula silah zavodunda 1914-cü ildə istehsal olunmuş, 7,62 mm kalibrli yivli odlu silah hesab edilən Naqan sistemli Revolver modelli tapança və 06.02.2022-ci il tarixli tədqiqatdan qalıq qalmış 02 ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 7,62x38R mm kalibrli, həmin kalibrli Naqan sistemli revolver silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş patronlarhökm qanuni qüvvəyə mindikdən sonra əvəzsiz olaraq müsadirə edilsin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilsin. Bundan başqaTəqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən istifadə edilmiş video çəkilişin köçürüldüyü 1 ədəd “DVD” diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 54 (əlli dörd) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Rasim Kazımov
Məhkəmə qərarları › İş №1(044)-129/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-129/2022
24.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver